İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İttihamla üz-üzə

    İttihamla üz-üzə
    2011-12-21, 9:44 AM
    ÖN SÖZ
    Günəş şərqdən doğur...14 əsr bundan öncə cəhalət və ədalətsizlik zülmətinə qərq olmuş dünyada bir günəş doğdu. Bu günəş öz şəfəqlərini Hicazdan başlayaraq İraq, İran, Azərbaycan, Afrika və nəhayət bütün dünyaya saçdı.
    Yeni bir din, kamil bir kitab nazil oldu bəşəriyyətə. Mərhəmətli Allah Öz bəndələrinin hidayəti üçün son Rəsulunu göndərdi yer üzünə. Bu səma elçisi bütün varlığı ilə mübarizə aparır, insanları mə᾿nəvi saflığa, ictimai ədalətə də᾿vət edirdi. Sonsuz hikmət xəzinəsi olan müqəddəs Qur᾿ani-Kərim - «Allaha iman gətirən kəslər qardaşdırlar» - deyə, bütün bəşəriyyəti tövhid bayrağı altında dostluğa, səmimiyyətə səsləyirdi. Kimsəsizlərə, məzlumlara qardaşlıq mərhəməti, tağutlara, zalımlara qarşı barışmazlıq və qətiyyət şüarı verirdi bu şəriət.
    Lakin, müqəddəs ruhu əbədiyyətə qovuşan əziz Peyğəmbərimizin (s) cəsədi hələ dəfn olunmamış, müsəlman qardaşlar arasına bir fitnə qatıldı. Bu fitnə bütün müsəlmanların anlaşılmazlığına və həqiqət düşmənlərinin sevincinə səbəb oldu.
    «Hamınız Allah ipindən yapışın və heç vaxt təfriqəyə düşməyin» deyə, buyuran Qur᾿an ümməti müxtəlif firqələrə, məzhəblərə ayrıldı......
    Әziz müsəlmanlar, din tariximizdə belə bir ixtilafın meydana gəlməsindən daha acınacaqlısı odur ki, müsəlman qardaşlar bir-birlərinə qarşı yersiz təəssüb hissi bəsləyir, «sən mənim məzhəbimdən deyilsən» deyə, öz qardaşlarına soyuq münasibət göstərirlər. Mənim fikrimcə, uzun illər boyu heç bir məzhəbə aid olmayan qərəzli insanlar müsəlmanlar arasında ixtilaf yaratmağa çalışmış, İslam məzhəblərini biri-birlərinə qarşı qoymaqda əllərindən gələni əsirgəməmişlər. Din tariximizə nəzər saldıqca, bu zəmində düçar olduğumuz yersiz ixtilaflardan yalnız düşmənlərin faydalandığını müşahidə edirik. Özümüzdən xəbərsiz olduğumuz halda biri-birimizə olmazın böhtan və iftiralarını yaxmışıq. Xüsusilə, Peyğəmbər (s) və onun Әhli-beytini (ə) özünə nümunə seçmiş şiə məzhəbinə tuşlanan saysız-hesabsız böhtan və iftiraları gördükdə, özümüzün özümüzə yazığımız gəlir. Çünki, biz öz müsəlman qardaşlarımız haqqında lazım olan mə᾿lumatı yadlardan alır, heç bir tədqiqat aparmadan hökm etməyə tələsirik....
    Hörmətli oxucular, burada məqsəd əsla ixtilaf yaratmaq, hər hansı bir məzhəbi tənqid etmək deyildir. Әn azı ona görə ki, öz qardaşlarına qalib gəlmək duyğusu sağlam düşüncəsi olan hər bir müsəlman üçün ən böyük nöqsan sayılır. Sadəcə olaraq burada şiə məzhəbinə qarşı söylənən iftira və ittihamlara cavab verməyə və bu məzhəbin bir həqiqət olaraq Әhli-sünnə məzhəblərində təsdiqləndiyini açıqlamağa çalışmışıq. Bu kitabda heç bir şiə mənbəyindən istifadə olunmamış, yalnız Qur᾿ani-Kərimdən və Әhli-sünnə kitablarından sitatlar gətirilmişdir.
    20 Yanvar, 2002.
    Suriya‒Dəməşq şəhəri.
    1. ELMİ MÜBAHİSӘ İXTİLAF YARATMIR
    Hər hansı bir məsələ ətrafında müzakirə aparmaq, elmi mübahisə etmək ixtilaf və ya düşmənçilik demək deyildir. Elmi mübahisələr həqiqətin açılması, fikirlərin aydınlaşması və nəhayət elmi inkişaf üçün ən gözəl vasitədir.
    Müsəlman qardaşlar arasında mövcud olan məzhəb ayrılığı onları elmi mübahisələrdən kənarlaşdırmamalıdır. Bu mübahisə düşmənçilik, təəssübkeşlik doğurmur, əksinə qarşılıqlı anlaşmaya və səmimiyyətə səbəb olur. Әgər müsəlmanlar təəssübkeşlik və qərəzçilik mövqeyindən uzaqlaşıb elmi mübahisələrə üz tutsalar aşağıdakı müsbət keyfiyyətlərə nail ola bilərlər:
    1. Elmi inkişaf; Qeyd olunduğu kimi bütün elmi inkişaflar maraq, axtarış və mübahisələrdən doğur. Hal-hazırda bəşəriyyətə xidmət edən əvəzsiz elmi kəşflər mübahisələrin, dialoqların məhsuludur.
    2. Dostluq və səmimiyyət; İnsanlar biri-birlərindən uzaqlaşdıqca qəlblərə soyuqluq, bə᾿zən də kin-küdurət hakim olur. Qarşılıqlı ünsiyyət insanlar arasında soyuqluğu aradan aparır, ürəkləri yaxınlaşdırır. Mübahisədən öncə insan qarşı tərəfin qəlbində nələr olduğundan xəbərsizdir. Lakin danışıq zamanı Allah-taalanın vacib buyurduğu qardaşlıq məhəbbəti, dostluq və səmimiyyət telləri möhkəmlənir, ürəklərdə olan vəsvəsə və şübhələr yox olur.
    3. Mə᾿lumatın artması; Hər iki tərəfin mə᾿lumatı çoxalır, müsəlman qardaşlar biri-birlərini daha yaxından tanıyırlar; onların səhv mə᾿lumatları aydınlaşır, anlaşılmazlıqlar və şayiələr unudulur.
    4. Fitnə-fəsadın azalması; Düşmənlərin, qərəzli insanların hiylə və məkrləri zərərsizləşdirilir. Әgər iki müsəlman qardaş üzbəüz əyləşib öz problemlərini danışıq yolu ilə həll edirsə, üçüncü bir şəxsin, hiyləgər düşmənin vasitəçiliyinə ehtiyac qalmır.
    Həmçinin düşmənlərin yaydığı səhv mə᾿lumatlar müəyyənləşir; iki müsəlman qardaş ortada hiyləgər bir vasitəçinin olduğunu anlayır.
    5. İslam dünyasında mövcud olan problemlərin üzə çıxması; Müsəlman qardaşların ünsiyyət yaratması və elmi mübahisələr aparması İslam dünyasının digər problemlərini aşkarlayır, onların həlli yolları araşdırılır. Hər bir şəxs öz yaşadığı cəmiyyətin keyfiyyətləri, problemləri barəsində açıqlamalar verir, ictimai məsələlər araşdırılır və problemlərin həlli yolları göstərilir. Bu isə İslam dünyasının ən vacib məsələlərindən biridir.
    6. Haqq-həqiqətin aydınlaşması. Elmi mübahisələr həqiqəti aşkar edir, insanları mə᾿lumatsızlıq ucbatından düçar olduqları səhvlərdən xəbərdar edir. Bu dünyada yaşamaqda məqsədimiz həqiqətə yetişmək, haqq yolunda addımlamaq deyilmi?
    Bütün peyğəmbərlər həqiqəti bəyan etmək üçün göndərilməyiblərmi?
    Həqiqətin aşkarlanması üçün biri-birindən üz çevirmək, mə᾿lumatsız qalmaq deyil, səmimi dialoq, qardaşlıq məhəbbəti ilə elmi mübahisələr aparmaq lazımdır.
    İslam dini insanları elmə, hikmətə, dərindən düşünməyə səsləyir, elmi araşdırmaları, mübahisələri ibadət hesab edir. Qur᾿ani-Kərimə diqqət yetirsək görərik ki, İslama də᾿vət heç də əmr formasında deyil, elmi əsasları və dəlilləri araşdırmağa çağırış şəklindədir. Bir çox ayələrdə Allah-taala əsaslı sübutlar gətirmiş, qəbul etməyənlərə ‒ siz də belə hikmətli ayələr, möhkəm dəlillər gətirin ‒ deyə insanları elmi mübahisəyə də᾿vət etmişdir.
    İslam ideologiyasında heç bir əqidənin kor-koranə qəbul olunması düzgün sayılmır. Qur᾿ani-Kərim bu barədə buyurur:
    «Müjdə və bəşarət ver o bəndələrimə ki, bütün sözləri dinləyir, ən yaxşı və düzgününə itaət edirlər».(Zümər 18.)
    Bə᾿zi alimlər elmi mübahisələrdən kənarda qalmaq üçün bu zəmində aparılan araşdırmaları ixtilaf hesab edirlər. Onların fikrincə müsəlman qardaşlığı və vəhdəti qorumaq üçün belə mübahislərdən uzaqlaşmaq lazımdır.
    Bu sözlərdə müəyyən qədər həqiqət vardır. Әgər bu mübahisələr elmi şəkildə deyil, qarşı tərəfə hücum, qərəzçilik və inadkarlıq şəklində olarsa təbii ki, vəhdətin pozulması ilə nəticələnə bilər. Lakin bizim tərəfdarlıq etdiyimiz elmi mübahisə səmimi və dostluq şəraitində aparılır və dini qardaşlığımızı daha da möhkəmləndirir.
    Məsələn, bir ailənin tərkibində iki qardaş arasında anlaşılmazlıq yaranmışdırsa, bu ixtilafın evdən kənara çıxması qəbahət və olduqca mənfi hal sayılır. Lakin bu qardaşların öz evlərində çay süfrəsi arxasında səmimiyyətlə əyləşib öz problemlərini müzakirə etməsi heç də mənfi hal kimi qiymətləndirilməməlidir. Әksinə, əgər bu qardaşlar öz problemlərini müzakirə edib anlaşmaya gəlməslər, hər ikisinin qəlbi giley-güzarla dolu qalar və narazılıq gündən günə artar.
    Biz müsəlmanlar Qur᾿ani-Kərimin hökmünə tabe olaraq, tövhid bayrağı altında birləşmişik və qardaşlıq prinsipi əsasında yaşayırıq. «Dost arası sözsüz olmaz» deyiblər; biz qardaşların arasında ola biləcək hər hansı anlaşılmazlıq öz daxili problemlərimizdir. Bu anlaşılmazlıqda Allah şahidi özümüz, ədalətli hakim müqəddəs Qur᾿anımızdır. Heç bir kəsin, hətta bəşəriyyətin sülh himayədarlığı iddiasında olanların biz müsəlman qardaşların daxili işinə qoşulmaq, düşmənçilik toxumu səpmək haqqı yoxdur.
    Biz öz problemlərimizi həll edə bilməyəcək qədər aciz deyilik. Qardaşlar arasını qatmaq, suyu bulandırıb balıq tutmaq vaxtı artıq tamam olmuşdur.
    İndi isə fikir söyləmək, bəşəriyyətə düşdüyü böhrandan xilas olmaq üçün yol göstərmək biz müsəlman qardaşların öhdəsinə düşür. Hələ İslamın bəşəriyyətə deyiləsi sözü çoxdur.
    2. TARİX GӘLӘCӘYӘ İŞIQ SAÇIR
    İslam məzhəbləri arasında olan ixtilaflı məsələlər daha çox tarixi xarakter daşıyır. Məsələn həzrət Peyğməbərdən (s) sonra xilafət və rəhbərlik məsələsi, o həzrətin bu barədə göstərişləri tarixi məsələlərdir.
    Bə᾿zi alimlər düşünmək, axtarış aparmaqdan yaxa qurtarmaq üçün tarixi məsələləri müzakirə etməyin zəruri olmadığını bildirirlər. Onlar ‒ ötüb keçənlərlə işiniz olmasın, bu gün haqqında fikirləşin ‒ deyə, müsəlmanları öz dini tarixlərinə nəzər salmaq və araşdırmalar aparmaqdan çəkindirməyə çalışırlar.
    Belə bir fikrin irəli sürülməsi məntiqsiz təfəkkür və ya yorğun düşüncə tərzinin məhsuludur desək, yanılmarıq.
    Bu düşüncə tərzi müsəlmanları öz keçmişindən, tarixi həqiqətlərdən və çoxlu elmi nailiyyətlərdən uzaq salır. Məhz bu təfəkkür tərzi bizləri o qədər aciz etmişdir ki, Avropa arxeoloqları, antropoloqları meymun sümüklərini insanın əcdadı kimi təqdim etdilərsə də biz susmalı olduq. Bə᾿zən ata-baba torpaqlarımıza göz dikənlərə tarixi sübutlar gətirməyə belə, aciz oluruq. Öz tarixini bilməyən bir millət, bir ümmət bu günü haqqında düzgün qərar verə bilərmi?
    Tarix insanların inkişaf yolu, modern cəmiyyətin formalaşdığı bir prosesdir. İnsan yarandığı gündən bu günədək öz dünəninə baxa-baxa bu gününü yaşamış, sabahına yol açmışdır.
    İlahi hidayət kitabı olan Qur᾿ani-Kərim keçmiş ümmətlərin tarixini bəyan edir, onların həyat yolunu bizlərə xatırladır. Diqqət etsək görərik ki, Qur᾿ani-Kərimin təqribən yarısını tarixi hadisələr təşkil edir.
    Müqəddəs kitabımız bəşəriyyətin atası Adəm peyğəmbərin yaranmasını, Nuh peyğəmbərin, Musa peyğəmbərin, İbrahim peyğəmbərin mübarizələrini bizlərə xatırladır, fironların, harunların, nəmrudların fəsad və tüğyanlarından söz açır. Bütün bunlar tarixi unutmamağı, ötüb keçənlərdən ibrət almağı bizlərə tövsiyə edir. Bundan əlavə, Qur᾿ani-Kərim tarixə diqqət yetirməyi zəruri hesab edərək buyurur:
    «De ki, gəzin yer üzünü, sizdən öncə yaşayan insanların aqibətinə baxın....» .(Rum 44.)
    Bəli, tarix olub keçsə də unudulmamalı, həmişə diqqət mərkəzində olmalıdır.
    Tarix ibrət və təcrübə mənbəyi olaraq gələcəyimizə işıq saçır.
    Category: İttihamla üz-üzə | Added by: Islam_Kitabxanasi
    Views: 1632 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024