İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:17 PM
    17. MÖVLANIN HAQQI
    وأمَّا حَقُّ سَائِسِكَ بالمِلْك فَنَحْوٌ مِنْ سَائِسِكَ بالسُّلْطَانِ إلاّ أَنَّ هذَا يَمْلِكُ مَالا يَمْلِكُهُ ذاكَ، تَلْزِمُكَ طَاعَتُهُ فِيمَا دَقَّ وَجَلَّ مِنْكَ إلاّ أَنْ تُخرِجَكَ مِنْ وُجُوب حَقِّ الله، ويَحُولَ بَينَكَ وبَيْنَ حَقِّهِ وَحُقُوقِ الخَلْقِ، فَإذَا قَضَيْتَهُ رَجَعْتَ إلَى حَقِّهِ فَتَشَاغَلْتَ بهِ. ولا قُوَّةَ إلاّ باللهِ.
    "Sənə malik olan mövlanın haqqı hakimin haqqı kimidir. Yalnız, bu fərqlə ki, malikin xususi haqqı var, amma bu haqq hakimdə yoxdur. Onun xususi haqqı, az və çox hər şeydə onun itaətində olmaqı lazım bilir. Bütün bunlar o, vaxtdır ki, onun haqqı ilə Allahın sənəvacib buyurduğu əməllə təzadda olmasın. Sənin əməlinlə, Allahın haqqı arasında mane olmasın. Yox əgər belə olarsa, onda Allahın haqqı müqəddəmdir. Hər vaxt Allahın haqqını yerinə yetirsən, onda malikin haqqının ədasının vaxtı yetişir, ona məşğul olmalısan. Allahın güc və qüdrətindən başqaheç bir-güc qüvvə yoxdur!"
    "Məkarimül-Əxlaq" kitabında belə gəlib:
    "Malikin sənin boyununda haqqı budur ki, onun itaətində olub, ona qarşı günah etməyəsən. Yalnız, o şeydə itaət etmə ki, Allahın qəzəbinə səbəb iş olsun. Çünki, Allaha qarşı günah etməkdə heç vaxt bəndəyə itaət etmək olmaz!.”
    İmam Zeynalabidin (əleyhissalam)-ın gözəl bəyanlarından məlum olur ki, maliklə hakimin haqqını bir-birinəoxşar bilir. Bu fərqlə ki, malikə görə xususi haqqı var. O, da onu özünə itaətkar edir. Yeri gəlmişkən, bu haqqın şərhindən belə bir şərhə başlayaq ki, köləlik hansı zamandan başlayıbdır və kökü nədir? Əlbəttə, bu bəhsdə təkcə köləlik yox, ümumi mülkiyyət nəzərdə tutulur.
    QULDARLIĞIN TARİXİ
    Quldarlığın yaranma tarixi çox da məlum deyildir. Onun kökləri barədə müxtəlif nəzəriyələr vardır. Montöskye quldarlığın amilləri barəsində yazır: Quldarlığınibtidasıaşağıdakı amillərdən biri ola bilər:
    1. Beynəlxalq hüquq normaları zəruri bilir ki, döyüşdə əsir düşənlər ölümdən amanda qalmaqdan ötrü qulam hökmündə qalsınlar.
    2. Rum dövlətinin mədəni qanunu, borcunu qaytara bilməyənlər barəsində icazə vermişdir ki, onların özləri satılsın və ya tələbkarın pulunun əvəzində ona bəndəlik etsin.
    3. Təbiət qanunu atanı kölə etdiyi kimi, övladı da kölə edir. Beləliklə, oğul ataya tabe olur.
    4. Köləlik haqqı, bir millətin başqa bir millətə qarşı təhqirindən qarşıya çıxır, o da adət və ənənələrin ixtilafı üzərində qurulub.
    5. Quldarlığın əsas mənşəsi insan cəmiyyətində qüdrətli və zəiflərin tuğyanlar və istismarçı ruhiyyəsi ilə birlikdə olmasıdır." Sonra Montöskye yazır:
    Aristotel subut etmək istəyir ki, kölə və qul fitrətən olub və olacaq. Bu, o mənadadır ki, Allah-taala, bəzi insanları yaradıb ki, başqalarının kölələri olsunlar. Əgər biz bu filosofun dediyini qəbul etsək və qul olmaqı fitri bilsək, onda qulların qulluğdan azad olması kəlamını faydasız və fitrətin xilafı kimi qiymətləndirməliyik.
    Bunlar, köləlik barəsində Montöskyenin "Ruhul-qəvanin" kitabında gətirdiyi bəhsdir.
    İSLAM DİNİ, KÖLƏLİK BARƏSİNDƏ
    Müqəddəs İslam dinində, qul olma heç də fitri deyildir. Aristotel məntiqinin əksinə olaraq, İslama görə bəşər azad yaradılmışdır.Həzrəti Əli (əleyhissalam) buyurur:
    "Bütün bəşər azad yaradılmışdır. Məgər o, kəslər ki, öz zərərlərinə köləliyə iqrar ediblər (özləri elə bir iş görürlər ki, kölə olmaqlarına şərait yaransın) "
    Həzrət başqa bir bəyanda buyurur:
    "Başqalarının qulu olma! Halbuki Allah səni azad yaratmışdır.”
    Bu iki bəyan, bəşəriyyətin azadlıq carçısı sayılan, Həzrəti Əli (əleyhissalam)-dan idi.
    Bəşər azad doğulmuşdur. Əgər sonradan kimin köləsi olursa, xarici amillərin təsirindəndir. Onun köləliyi həmişəgi yox, müvəqqətidir. Keçmiş zamanlarda kölələr necə yaşayırmışlar?
    "Tarixi Rum" kitabının müəllifi Alber Male rumluların kölələri barəsində belə nəql edir:
    "Qanuna görə qul və ya kölə şəxs, insan deyil . Bəlkə də, qul, bir şey və ya danışa bilən bir alətdir. Beləliklə, heç bir haqq və hüququ da yoxdur."
    Montöskye yazır: Əflatunun qanununda qərara alınmışdır ki, qul özünün təbii müdafiəsindən istifadə edə bilməz. Əgər ona həmlə olarsa, bu qanuna əsasən, özünün təbii müdafiəsindən istifadə edə bilməz. Həmçinin, mədəni müdafiə haqqı ona verilmirvə məhkəməyə də şikayət etməyə haqqı yoxdur. Spart şəhərində köləyə verilmiş qanuna görə məhkəməyə müraciət etməyə haqqı yox idi.
    Spartlı qullar, bu cəhətdə o qədər bədbəxt olurlar ki, təkcə bir nəfərin köləsi yox, bəlkə də, bütün cəmiyyətin köləsi hesab olnurdular.
    ALÇALMAQ, HARA QƏDƏR?
    Rum əşraf və əyanlarının kef məclislərindən biri bu idi ki, biçarə qulları nümayiş göstərilən bir meydanda, şir, bəbir, pələng kimi vəhşi və ac heyvanlarla bir yerdə cəm edirdilər. Elə ki, qullar özlərini bu yırtıcı heyvanların caynağında giriftar görürlər, ahu-fəğan və qışqırıqları ucalır. Bu vaxt əyan və əşrəflərin şadlıq ruhiyyələri ərşə çatır. Həmçinin, bu əsil və əşrəflərin istirahət məclislərindən biri də bu idi ki, əli qılınclı çılpaq qullardan ibarət iki dəstəni, bir-birinin canına salırdılar. O həddə kimi ki, bir-birlərinin əzalarını və üz-gözlərini yaralayıb kəsirlər. Bu cinəyatgər əşrəflər, belə dəhşətli və qanlı səhnələri görməkdən ləzzət alıb sevinirdilər. Əgər bu qullar belə işə boyun qoymasaydılar, meydanın ətrafını dövrəyə almış əsgərlər tərəfindən tikə-tikə doğranardılar.
    Həmçinin, rumlu cinayətkar əyan və əşrəflərin başqa kef məclislərindən biri bu idi ki, kölələri məcbur edirdilər ki, öz əllərini arı və əqrəblə dolu yuvaya salsınlar. Onlar da kölələrin qaralmış əziyyətli çöhrələrini görməklə şad olub gülsünlər.
    "Tarixi Rum" kitabının müəllifi, yenə o ölkənin kölələri barəsində belə yazır:
    "Kölələr, heyvanlar kimi yalnız, ağır və müşkül işləri görməli idilər. O cümlədən, xəndəkləri təmizləmək, yolları daş asfalt etmək, tikanları təmizləmək, bağları belləmək, ziyanlı bitkiləri və kolları kəsmək, buğdanı döymək ayaq yollarını təmizləmək və sair işləri yerinə yetirirdilər.
    Əgər qullardan birinin bu işləri görməməkdə qüsuru olsaydı, şiddətli və müxtəlif cəzalara məruz qalır, çubuq və şallaq vururdular. Daha sonra onu dəvə və atın yerinə zəncirə bağlayıbiş gördürürdülər. Mədən quyularına atılır və yaş zirzəmilərdə həbs olunurdular. Heyvanların bayram günlərində işlərindən azad olmalarına baxmayaraq, kölələr bu günləri işdən azad olmurdular.
    İSLAMDA KÖLƏLƏRİN TƏDRİCLƏ AZAD OLUNMASININ SƏBƏBLƏRİ
    Köləliklə mübarizəaparıb onları tədriclə azad etmək tarixi İslam və müsəlmanlara məxsusdur. Əgər soruşlsa ki, nəyə görə İslam bu işi birdəfəlik yox, tədriclə görür? Onda bu sualın cavabında demək lazımdır: Əvvala, İslam zühur edən zamanda Ərəbistanın qaranlıq mühitində, quldarlıq o cəmiyyətin iqtisadiyyatının rüknu idi. Bir çoxlarının ticarət və yaşayışı kölə alveri ilə bağlı olmuşdur. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) belə bir imkanı yox idi ki, köləlik və kölə alverini birdəfəlik aradan aparsın. Çünki, iqtisadi nəzm pozulardı. Bundan əlavə, bütün sərvətini verib kölə olanlar bu işə heç vaxt razı olmazdılar. Bir dəstə hazır yeyənlər yalnız, bu yolla dolanırdılar. Bu dövrdə İslam dini əvvəlcə, iş və fəaliyyətin savabını həmçinin, işsizlik və hazır yeməyinməzəmmətli olmasını cəmiyyətdə insanlara bəyan edir. İş, İslama görə ən yaxşı ibadətlərdən sayılır, nəticəsi, insanın özünə qayıdır. Bu yolla hazır yeyənlər tədriclə iş dalınca gedir və anlayırlar ki, başqalarının əl muzdunu yeyib talan etməklə dolanmaq olmaz.
    İkinci dəlil, əməl və əksül-əməl qanununa görə əgər İslam birdəfəlik kölələri azad elan etsəydi, ola bilsin zülm görmüş kölələr özlərində vücüda gəlmiş etiqadlara görə qanlı inqilablara əl atsınlar, nəticədə, ümumi əmniyyətə zərbə dəyərdi. Bu mövzunun tarixdə oxşarı vardır. Montöskye, fəsadlar və kölələrin birdəfəlik azad olunması barəsində yazır: Saysız sayda kölələrin birdəfəlik azad olunması səlah deyildir. Çünki, cəmiyyətdə nəzm qanunlarının pozulmasına səbəb olar. Nümünə üçün belə yazır:
    Velisin şəhərində kölələr dəstə cəmi azad olub seçkilərdə səsvermə hüququ qazanırlar. Əksər səsi ələ gətirib belə bir qanun yazırlar ki, ona əsasən, hər kim azad (kölə olmayan) şəxslərdən biri ilə evlənsə, kölələrdən birisi toyun ilk gecəsində azadbakirə qadınla yatmalı, ikinci gecə isə bəyə təhvil verməlidir. Üçüncü dəlildən ötrü tarixçi, Kuteov Lubonun işarə etdiyi mətləbə diqqət etmək kifayətdir. O da budur ki, kölələr qədim zamanlarda kölə şəklində yaşadıqlarına görə və tüfeyli həyat sürdükləri üçün istedasız və təcrübəsiz böyüyürdülər. Deyə bilərik ki, əgər İslam bütün kölələri birdəfəlik azad elan etsəydi, kifayət qədər istedları və təcrübələri olmadıqlarına görə müstəqil yaşayış həyatı təşkil edə bilməyib, nəticədə, amerka kölələri kimi azad olduqdan sonra həmin səbəbdən məhv ola bilərdilər.
    Yuxarıdakı səbəblərə görə deyə bilərik ki, İslamda qanunverici, kölələrin birdəfəlik azad olmasına əl atmır. Bəlkə də, onların azadlığının tədriclə olması şəraitini hazırlayır. İndi də İslam dininin, kölələrin azad və xilas olunmaları barəsindəki nəzərinə baxaq. Əvvəlcə, İslam, kölələrinin vəziyyətinin qanunu şəkildə tanıması və şəriətdə onların xüsüsi hökmlərinə işarə etməsinə nəzər salaq. Daha sonra əxlaqi yolları araşdıraq.
    İSLAMDA KÖLƏLƏRİN AZAD OLUNMA YOLLARI
    Birinci: Yazışma. Bu yolla kölə və malik arasında qərar bağlanılır. Bu əsasla ki, kölə bir miqdar pul verib azad olur. Əgər öhdəsinə götürdüyü məbləğdən verə bilməsə, şəriət hakimi beytül-maldan verib onu azad etməlidir.
    İkinci: Tədbir. Bu mənada ki, malik qərara alır ki, öldükdən sonra kölə azad olunsun.
    Üçüncü: Əgər birisi ata-ana, baba, nənə, övlad, övladın övladı, bacı, bibi, xala, qardaş qızı, bacısı qızına malik olsa, dərhal onları azad etməlidir.
    Dördüncü: Əgər birisi kölənin bir qismini azad etsə, o kölə tamamilə azad olar.
    Beşinci: Əgər kəniz ağasından övlad dünyaya gətirsə, azad olar.
    Altıncı: Əgər kölə küfr mühitində olmasından əvvəl, müsəlman olsa, azad olar.
    Yeddinci: Hər vaxt malik, kölənin qulağı, burnu və ya hər hansı bir üzvünü kəssə, kölə azad olar.
    Səkkizinci: Əgər kölə, kor, cüzam, bərəs, axsaq olsa və yatağa düşsə, azad olar. Yaşayış xərci isə beytül-maldan verilər.
    Doquzuncu: Əgər vərəsəsi olmayan sərvətli ölsə, belə şəxsin köləsi ondan alınıb azad olunar. Mal-dövlət də köləyə çatır.
    Onuncu: "Vəsail Şiə" kitabında belə bir ünvanda fəsil var ki, imanlı müsəlman kölə, yeddi ildən sonra azad olunur.
    On birinci: Zəkatın sərf olunan səkkiz yerindən biri də, kölələrin alınıb azad olunmasıdır.
    On ikinci: Əgər birisi öz nəzir və əhdinə əməl etməsə, andını sındırsa, orucunu qəsdən yesə, birini xətadan öldürsə və məhrəmlərindən biri ilə xəta etsə, kəffarə verməlidir. Bu kəffarələrdən biri də kölə azad etməkdir.
    ƏMƏLİ VƏ ƏXLAQİ YOLLAR
    Müqəddəs İslam dini, əməli və əxlaqi cəhətdən kölələrin azad olunması şərtini hazırlamışdır. Nümünə üçün İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) və məsum İmamların (əleyhimussalam)-mın əməli və əxlaqi rəftarlarınabaxaq.
    Tarixçilər yazır: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), Zeyd ibni Haris kimi kölələri azad edirdi. O vaxt müsəlmanlar bir-birinin ardınca Həzrətdən nümünə götürüb kölələri azad edirdilər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Zeyd ibni Harisi azad etməsindən əlavə, onu Cəhişin qızı ilə evləndirir və qısa müddətdən sonra ayrılırlar. Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Zeydin oğlu Usaməni, İslam qoşunlarına başçı təyin edir. Mühacir və ənsarın böyüklərinin ona tabe olmalarını tələbedir.
    Həzrəti Əli (əleyhissalam) öz əlinin zəhməti ilə qazandığı puldan, min köləni azad edir.
    Tarixçi Corc Zeydan yazır: Əbdullah ibni Süleyman yetmiş min kənizi azad etmişdir.
    ƏXLAQİ GÖSTƏRİŞLƏR
    İslam dini, kölələrin azad edənlərdən ötrü o qədər savab və axirət mükafatı qərara alıb ki, bununla öz tərəfdarlarını kölə azad etməyə təşviq etmişdir. Quran "Bələd" surəsində buyurur:
    "Məgər Biz ona iki göz vermədikmi?Eləcə də bir dil və qoşa dodaq vermədikmi? Biz ona iki yolu (xeyir və şərr, küfr və iman yollarını) göstərmədikmi? Lakin o, əqəbəni keçə bilmədi. (özünə verilən bu qədər nemətlərə şükür etmədi.) Ya Peyğəmbər! Bilirsənmi əqəbə nədir? O bir kölə azad etməkdir. Yaxud, aclıq zamanı yemək verməkdir. Qohumluq əlaqəsi çatan bir yetiməvə ya taqətsizlikdən torpağa sərilmiş bir miskinə!”
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Hər kim müsəlman köləni azad etsə, Allah-taala, o kölənin hər bir üzvünün əvəzində, azad edən şəxsin üzvünü cəhənnəmin atəşindən azad edər."
    İmam Sadiq (əleyhissalam) kölə azad edənlərin barəsində buyurur: Allah-taala, azad olunmuş kölənin hər bir üzvü əvəzində azad edənin əzabını atəşdən xilas edir.
    Bəhsin sonunda qeyd edək ki, İmam Səccad (əleyhissalam)-ın bu sözləri, o zamana aiddir ki, hələ kölələr azad olmamışdılar. O, vaxt kölələr öz malikləri haqqında belə rəftar etməli idilər. Əlbəttə, bu bəhs genişdir. Biz yalnız, bu qədərinə kifayətlənirik.
    ADİ ŞƏXSLƏRİN HÜQUQLARI
    18. ƏHALİNİN HAQQI
    فأَمَّا حُقُوقُ رَعِيَّتِكَ بالسُّلْطَانِ فَأَنْ تَعْلَمَ أَنَّكَ إنَّمَا اسْتَرْعَيْتَهُمْ بفَضْلِ قُوَّتِكَ عَلَيْهِمْ فَإنَّهُ إنَّمَا أَحَلَّهُمْ مَحَلَّ الرَّعِيَّةِ لَكَ ضَعْفُهُمْ وَذُلُّهُمْ، فَمَا أَوْلَى مَنْ كَفَاكَهُ ضَعْفُهُ وَذُلُّهُ حَتَّى صَيَّرَهُ لَكَ رَعِيَّةً وَصَيَّرَ حُكْمَكَ عَلَيْهِ نَافِذاً، لا يَمْتَنِعُ مِنْكَ بعِزَّةٍ وَلا قُوَّةٍ وَلا يَسْتَنْصِرُ فِيمَا تَعَاظَمَهُ مِنْكَ إلا [باللهِ] بالرَّحْمَةِ وَالْحِيَاطَة وَالأَناةِ وَمَا أَولاكَ إذَا عَرَفْتَ مَا أَعْطَاكَالله مِنْ فَضْلِ هذِهِ الْعِزَّةِ وَالقُوَّةِ الَّتِي قَهَرْتَ بهَا أَنْ تَكُونَ لِلّهِ شَاكِراً، وَمَنْ شَكَرَ الله أَعْطَاهُ فِيمَا أَنعَمَ عَلَيْهِ. ولا قُوَّةَ إلا باللهِ.
    "Amma sənin hakimiyyətində rəiyyiətin haqqı budur ki, həqiqətən, sən özün artıq qüdrətinin səbəbinə onları rəiyyət ünvanı ilə seçmisən. Həqiqətən, onların zəifliyi və gücsüzlüyü özlərini rəiyyət qərar verib. Belə olan halda, kimsənin zəifliyi, zilləti və səni ehtiyacsız etməsi, sənə üstünlük deyildir. Belə ki, zəiflik və zillətlik, onu sənin rəiyyətin və əlinin altında qərar verib. Sənin hökmünü onlara təsirli etmişdir. Onlar öz qüvvə və izzətləri ilə sənin müqabilində yalnız, Allahdanrəhmət, himayət, səbr və kömək intizarındadılar. Əgər anlasan ki, Allah-taala sənə hansı izzət və qüvvə əta etməklə, başqalarına qələbə çalmısan, onda daha yaxşı olarki, Allaha şükür edəsən. Hər kim Allahın nemətinə şükür etsə, ona daha çox nemət bağışlar. Allah tərəfindən başqa heç bir güc-qüdrət yoxdur! "
    Məkarimul-Əxlaq kitabında bu mövzudayazır
    "Amma sənin hakimyyətin altında qərar tutanların haqqı budur ki, biləsən ki, onlar özlərinin zəifliyi və sənin qüdrətli olmaqına xatir sənin rəiyyətinə çevriliblər. Belə olan halda, sənə vacibdir ki, onlar barəsində ədalətlə əməl edəsən vəonlardan ötrü ürəkyandırıcı ata olub, nadanlıq üzündən etdikləri xətaları bağışlayasan. Onların pis əməlləri müqabilində cəza verməyə tələsmə. Allahın sənə verdiyi qüdrətə görə şükür et."
    İmam Səccad (əleyhissalam), hakim barəsində buyurur: Rəiyyət hakimin itaətində olub onunla düşmənçilikdən çəkinsinlər. Onun müqabilində rəiyyətin hüququndabuyurur: Hakim öz qüdrət və hakimiyyətinə xatir ədalətə riayət etməlidir. Bu hüquqda İmam Səccad (əleyhissalam) neçə mühüm mövzuya işarə etmişdir:
    Birinci: Hakimin ədalətli olması.
    İkinci: Hakimin mehriban və ürəkyandırıcı ataya oxşaması.
    Üçüncü: Rəiyyət öz həyatında xətalara yol verir. Hakim onların müqabilində bağışlamağı bacarmalıdır.
    Dördüncü: Hakimin, Allahın ona bağışladığı qüdrət və hakimiyyət neməti müqabilində ona şükür etməsi.
    RƏHBƏRLİKDƏ ƏDALƏT
    İnsanlar, başqalarının hüquqlarına pis gözlə baxmayıb onların hüquqlarına təcavüz etməsələr, insanlar arasında haqq və hüquq cəhətdən heç bir ayrı-seçkiliyə yol verməsələr, həmçinin, hakim öz hakimiyyətində ən nəhayət tərəfkeşsizlikə hamıya bir gözlə baxarsa, belə şəxslər adil və ədalətli adlanırlar. Onların müqabilində o, şəxslər ki, başqalarının haqlarına təcavüz edir və öz hakimiyyəti çərçivəsində ayrı-seçkiliyi rəva bilib zalimlərdən tərəfdarlıq edirlərsə, belələrinə "zalim"deyərlər.
    Beləliklə, demək olar ki, hüquqlara riayət edib hər bir haqq sahibinin haqqını özünə əta etməyə "həqiqi ictimaiədalət"deyilir. Bəşər qanununda buna riayət olunmalıdır. Hüquqa dayaq olan ədalətin mənası budur.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:"Hakimiyyət küfrlə davam tapar, amma zülüm və sitəmlə heç vaxt davam tapmaz.”(Şərh Risalətül hüquq Qapançı. C.1.səh.385 )
    Başqa hədisdə İslam Peyğəmbəri(səlləllahu əleyhi və alehi və səlləm)buyurur:
    "Bir saat ədalətli olmaq, altımış ilin ibadətindən üstündür."
    SƏXAVƏTLƏ ƏDALƏTİN FƏRQİ
    Həzrət Əli (əleyhissalam)-ın səxavətlə ədalət arasında fərq barəsində gözəl bəyanı vardır. Həzrətdən bu barədə soruşulanda sualın cavabında buyurur:
    "Ədalət hər şeyi öz yerinə qoyur. Səxavət, onu öz yerindən çıxarır. (çünki, səxavət yəni, haqqından çox bağışlamaq).
    Ədalət hər şeyi hifz edəndir. Səxavət yalnız, bəxşiş olunana fayda verir. Beləliklə, ədalət daha yaxşı və şərəflidir."(Nəhcül Bəlağə. Qısa kəlmələr. 429 )
    PEYĞƏMBƏRLƏR VƏ ƏDALƏTƏ DƏVƏT
    Bütün İlahi peyğəmbərlər öz risalətlərində bəşəriyyətin kamal və səadəti, əxlaq və ədalət sayəsində olmasını bəyan etmişlər. Quranda bu mövzuda olan ayələrin bəzilərinə işarə edək.
    "Ey iman gətirənlər Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərnizdən xəbərdardır." (Maidə surəsi -8 )
    İslamda ədalət məsələsinə verilən əhəmiyyət kimi məsələ çox azdır. Çünki, ədalət məsələsinin tövhid kimi İslamın bütün kök və şaxələrində kökü vardır. Etiqad, əməl, fərd, ictimai, əxlaqi və hüquqi məsələlərinin heç biri tövhiddən kənarda deyildir. Həmçinin, bu məsələlərin heç birisi ədalətdən kənarda qalmır. Beləliklə, heç də təəccüblü deyildir ki, ədalət İslam dininin əsas köklərindən və müsəlmanlarınfikri əsaslarından sayılır.
    Ayədə bəyan olunan mühüm mövzulardan biri ədalətdən yayınmağın yollarından sayılan, kin-küdurətdir. Tayfalar arasında kin, düşmənçiliklər və şəxsi hesab-kitablar, ədalətin icra olunmasının qarşısını alır və başqalarının hüquqlarına təcavüzə səbəb olurlar. Çünki, ədalət, bunların hamısından üstündür. Təqva və pəhrizkarlığın ən mühüm rüknü sayılan ədalətə riayət edin.
    DANIŞIQDA ƏDALƏT
    Quran buyurur: "Yetimin malına xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz heç kəsi gücü çatmayan işə vadar etmərik. Söz söylədiyniz zaman əleyhinə danışdığnız adam qohumunuz olsa belə, ədalətli olun Allah qarşısındakı əhdi yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd nəsiət qəbul edəsiniz! "
    Allah-taala bu ayədə yetimlərin hamilərini, satıcıları və tərəzi çəkənləri ədalətə dəvət edir. Bundan əlavə, danışanda da ədaləti gözləməyitövsiyə edir. Beləliklə, cəmiyyətə danışıqda, müamilədə və yetimləri saxlamaqda ədalətli olmaq tövsiyə olunur.
    Yetimin malı barəsində, ona "yaxın düşməmək" xəbərdarlıq olunur. Bu ifadə Quranda bəzi günahlar barəsində də işlənmişdir. Belə nəzərə çatır ki, bu ifadə vəsvəsə gətirən günahlar barəsində işlənmişdir. Məsələn, zina, fahişəlik və yetimlərin müdafiəsiz malları və sair kimi işlərdə, insanlara xəbərdarlıq olunur ki, onlara yaxın düşməyin. Bununla da, Şeytanın vəsvəsəsinin təsirinə düşməzsiniz.
    HÖKUMƏTDƏ ƏDALƏT
    Quran buyurur: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Həqiqətən, bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir. Əlbəttə, Allah hər şeyi görən və eşidəndir!” (Nisa surəsi-58 )
    Bu ayədə əmanəti sahibinə qaytarmaq əmrindən sonra ədalət məsələsinə işarə olunur. Bu tövsiyə yaxşı və gözəl moizə ünvanı ilə qeyd olunur. Allahın eşidən və görən vəsfindən söz açılır. Bununla bildirmək istəyir ki, hakim bilməlidir ki, Allah-taala onun danışıq və rəftarını nəzarətdə saxlayır.
    4..Başqa ayədə ədalət və ehsan verməyi bir yerdə qeyd olunur, buyurur: "Həqiqətən, Allah-taala (Quranda insanlara) ədalətli olmaqı yaxşılıq etməyi, qohumlara (haqqını verməyi) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsiət verir."
    Başqa yerdə Quran buyurur: "(Ya Davud!) Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et. Nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırarlar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab günü şiddətli əzab gözləyir."(Sad surəsi-24 )
    Bu ayədə, əvvala, Allah-taala tərəfindən Davudun xəlifə qərar verilməsi ona xatırladılır. İkinci, ədalətdən çıxmamaq xəbərdarlıq olunur. Üçüncü, ədaləti aradan aparan amillərdən biri, insanın nəfsi istəklərinə tabe olmasına işarə edir. Həmçinin, insan öz zəlalətini və hesab-kitab gününü unudarsa, ədalətsizlik edər.
    Bu beş ayə, nümunə ünvanı ilə bizə ədalət mövzusunu nişan verir. İslamda hər bir hakim, cəmiyyətin bütün üzvlərinə bir nəzərlə baxmalıdır. İndi də ədalətə, rəvayət nəzərindən baxaq. Nümunə üçün aşağıdakı hədisləri nəzərdən keçirək:
    İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Ədalət teşnə insana, içmək istədiyi ən şirin su kimidir. Əgər ədalətlə rəftar olunarsa, az da olsa, yerlərdə icra olunsa, çox təsirlidir."(Usul Kafi. C.2. səh. 146 )
    Yenə də o, həzrətdən nəql olunur buyurur: "Ədalət hər şirindən şirin, əldən yumşaq və müşkdən ətirlidir.”(Usul Kafi. C.2. səh. 147 )
    "Mən la yəhzuruhul fəqih" kitabında İmam Sadiq (əleyhissalam)dan nəql olunur:
    "Həzrətdən soruşurlar ki, bir nəfərin müsəlmanlar arasında şəhadətindən ötrü ədalətli olmasını nə ilə bilək?Buyurdu: Libası, iffəti, qarnını və şəhvətini haramdan hifz etmək, əli və dili gözləmək, Allahın atəş vədə verdiyi böyük günahlardan çəkinmək, şərab içməkdən qorunub, zina, riba və valdeyn üzünə ağ olmamaq, cəbhə bölgəsindən qaçmamaq və sair...”(Əl Mizan.c. 6. səh. 221 )
    Bu üç rəvayətdə ədalətin dəyəri və əhəmiyyəti bəyan olunmuşdur.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 780 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024