İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:15 PM
    MƏHƏBBƏT VƏ MƏRHƏMƏT
    İmam Səccad (əleyhissalam)-ın bəyan etdiyi ilk xususiyyət, aramlıq və arxayınçılıqdır. Allah-taala, Qurani-kərimdə kişi və qadının xilqətində bu iki nəfərin aramlığından, ayə və əlamət kimi ad aparmışdır. Buyurur:
    "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostuluq, sevgi və mərhəmət yaranması da Onun qüdrət əlamətindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən qövm üçün ibrətlər vardır."(Rum surəsi-21 )
    Əraf surəsində də sevgi, mərhəmət və aramlığa işarə olunur. Buyurur:
    "Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit rahat olmaq) üçün zövcəsini (Həvvanı) yaradan Odur!”
    Bu iki ayədə, hər biri böyük İlahi bəxşişlərindən sayılan rahatlıq və sakitlikdən söz açılır. Bu rahatlıq, həm cismi, həm ruhi cəhətdəndir. Həm fərdi, həm də ictimai faydaları vardır.İnsanın evlənməməsinə görə mübtəla olduğu xəstəliklər inkar olunmazdır. Həmçinin, subay şəxslərin ruhi cəhətdən aram olmayan narahatçılıqları məlumdur.
    İctimai cəhətdən subay şəxslər az məsuliyyət hiss edirlər. Ona görə də, subaylar arasında intihar daha çox görünür. Həmçinin, ən çox cinayətlər də subay şəxslərdən baş verir. Subaylıq aləmini arxada qoyub evlənən şəxs, özündə təzə şəxsiyyət hiss edib daha çox məsuliyyətli olur.
    Bu mövzunun ardınca həyatın ən yaxşı növü sayılan və hamının istəyi sayılan mərhəmət və məhəbbət mövzusu bəyan olur. Əslində, bu iki xüsusiyyət, insan cəmiyyətinin məsləhətlərinin əsasını təşkil edir. Məhəbbət və mərhəmət arasında müxtəlif cəhətdən fərqlər vardır.
    Birinci: Məhəbbət, işin başlanması ilə əlaqədardır. Amma sonra onlardan biri zəifləyir, məhəbbətə yox, mərhəmətə ehtiyacı olur.
    İkinci: Məhəbbət, biri digərinə xidmət etməkdən ötrü böyüklərə lazımdır. Amma, uşaqlar mərhəmətin sayəsində böyüyürlər .
    Üçüncü: Məhəbbət, çox vaxt qarşılıqlı olur. Amma mərhəmət bir tərəfli və canyandırıcı olur.
    Dördüncü: Kişi ilə qadının həyatı aramlıq, məhəbbət, dostluq və mərhəmətlə dolu olarsa, bu yaşayışın binasına xələl gəlməz. Əksinə, bütün bu xususiyyətlərdən məhrum olan həyat, zəif və dağılmaq imkanı ehtimalındadır. Ailə həyatı, cəmiyyətin ilk sinfi olub, hüquq dərsini oxumaq üçün bir məktəbdirİslamda kişi ilə qadının arasında olan hüquq iki növdür. Biri qanun hüququ. Digəri isə əxlaqi hüquq.
    Birinci: Qanun hüququ, zövcənin xərcinin kişinin boynunda olmasıdır. O da ibarətdir: Yemək, məskən və paltar. Onun müqabilində qadın kişiyə tabe olub, təmkin etməlidir. Hüquq, hər hansı binanın kökünə bənzəyir. Məsələn, binanın skeletinə oxşayır.
    İkinci: Əxlaqi hüquq, o hüquqa deyilir ki, qadın və kişinin hər birinin ona riayət etməsi lazımdır. Lakin, bu hüquqa riayət etməsələr də, qanun cəhətdən müşkül yoxdur. Həyatın gözəlliyi və xoşluğu həmin əxlaqa əməl etməkdir. Məsələn, məhəbbət, səmimiyyət və anlaşmaq. Bu cür hüquq, binaya vurulan nazik rəngə bənzəyir.
    "Xilqət qanunu”,kişi ilə qadını əlaqəsini bir-birinə daha yaxın etməkdən və ailə həyatını bəşərin əsas hədəfi olan xoşbəxtlik və səadət üzərində möhkəmlətməkdən ötrü onların birini digərinə ehtiyaclı halda yaratmışdır.
    Əgər maliyyət cəhətdən kişini qadına dayaq qərar vermişdirsə, ruhi və aramlıq cəhətindən qadın kişinin dayağı sayılır. Bu iki müxtəlif ehtiyac onları bir-birinə daha da yaxınlaşdırır.
    AİLƏ HƏYATINDA İDARƏÇİLİK
    Qurani-Kərim buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu Allahın onlardan birini digərinə üstün etməsi və kişilərin öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməli saleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizlin şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşnalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yola (gəlməsələr) onlardan yatağınızı ayırın və (o da təsir etməsə) tənbih edin.
    Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah uca və böyükdür!”.
    Onu da bilmək lazımdır ki, ailə həyatı ictimayyətin kiçik bir üzvü olub, rəhbər və idarə edənə ehtiyacı vardır.
    Kişi ailənin ixtiyar sahibi, qadın isə onun müavini və nəzarəti altındadır. Bütün bunlar kişinin vücudunda olan bəzi xüsusiyyətlərə görədir. Məsələn, (qadınların əksinə) kişilərdə hissə uymaq və fikri cəhətdən mehribançılıq qüvvəsinə qalib gəlmək, cismi cəhətdən qüvvətli olmaq daha güclüdür. Bu cəhətdən, kişi yaşayış planı çəkə bilər, başqa tərəfdən öz qüvvəsi ilə isə ailə həyatını müdafiə etməyə qadirdir.
    Ayədəki, "Bu Allahın onlardan birinin digərinə üstün etməsi və kişilərin öz mallarından sərf etməsinə görədir"cümləsi də həmin mənaya işarədir. Lakin, aydıncasına məlumdur ki, bu vəzifəni kişilərin öhdəsinə qoyulması, nə onların insani şəxsiyyətlərinin üstün olmasına görə, nə də dərəcə və məqamlarına görədir. Adi həyatda müşahidə olunur ki, müavin vəzifəsində işləyən insanın şəxsiyyəti, müdirdən çoxdur. Lakin, müdir ona tapşırılan işdə məharəti olduğuna görə müdirdir.
    Yuxarıdakı ayədə qadınlar iki dəstəyə ayrılırlar. Birinci dəstə: Saleh qadınlar. Onlar ailə həyatının nəzm və qanunu müqabilində təvazökardırlar. Təkcə ərlərinin hüzurunda yox, bəlkədə, onun olmayan vaxtında da, mal, namus, şəxsiyyət və Allahın ailə həyatına görə təyin etdiyi qanuni vəzifələr və məsuliyyətlərini layiqincə yerinə yetirirlər.
    İkinci dəstə: O qadınlardır ki, öz vəzifələrindən boyun qaçırır və ailə həyatı ilə razılaşmayan nişanələr onlarda özünü göstərir. Kişilər birinci dəstə qadınların müqabilində tam ehtiram və hörmətlə rəftar etməlidir. İkinci dəstəni isə moizə və onlardan yataqlarını uzaqlaşdırmaq, nəhayət, bir nəticə verməsə, müqəddəs İslam şəriətində icazə verilən həddə qədər onları tənbih edə bilərlər.
    Ayəni zikr etməkdən hədəfimiz bu idi ki, qadının xərc və nəfəqəsinin kişinin öhdəsində olmasını aydınlaşdıraq.
    İmam Səccad (əleyhissalam), yemək, libas və qadının hüquqlarına riayət etməyi kişiyə tövsiyə edir. Dahi İslam alimləri də xərcin kişinin boynunda vacib olmasına fətva verirlər:
    "Daimi zövcənin xərci kişiyə vacibdir. O da, yemək, libas, məkan vəyaşayışa lazım olan ləvazimatlarıdan ibarətdir. Məsələn, fərş, pal-paltar təmizlik vasitələri və sair, qadının gündəlik həyatda onlara ehtiyacı vardır. Bu şərtlə ki, zövcə kişinin evində olub ona tabe olsun. Beləliklə, qadın şəri icazəsi olmadan evdən xaric olsa və kişini tərk etsə, xərc olunmağa layiq deyildir.”
    Məşhur İslam alimləri, qadının kişi ilə cinsi ünsiyyətində narazılıq mərhələsinə çatmayınca xərcini kişiyə vacib bilirlər.
    Qeyd etdik ki, qadının iki növ hüququ var.
    Birinci: Qanun hüququ. O da gündəlik xərcini və yaşayışı təmin etməkdir. Əgər kişi zövcəsinin xərcini verməkdən boyun qaçırtsa, qadının haqqı var ki, şəri qanun yolları ilə kişidən öz haqqını alsın.
    İkinci: Əxlaqi hüquqlar: Bu növ hüquqa, hər iki tərəfin riayət etməsi, yaşayışlarının davam tapmasına səbəb olur. Belə hüquqa riayət etməkdə bir neçə göstərişəəməl etmək lazımdır.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) qadınların hüquqlarına aid çox təkidlə sifarişlər buyurmuşdur. Onların bəzilərinə işarə edirik. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Sizlərdən ən yaxşısı, sizlərdən əhli-əyalına ən yaxşı münasibətdə olanlardır. Mən öz əhli əyalıma qarşı münasibətdə sizlərdən ən yaxşısıyam.”(Məkarimul Əxlaq. Səh. 216 )
    Həzrət yenə buyurur:
    "Kişinin zövcəsi onun evində əsir kimidir. Allahın ən yaxşı bəndələri öz zövcələrinə qarşı mehriban olanlardır”.(Vəsail Şiə.c.14. səh.122 )
    İmam Baqir (əleyhissalam), İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql edərək, buyurur:
    "Cəbrail (İlahi rəsul) qadınlarla münasibətdə, mənə elə tövsiyə etdi ki, güman edirdim ki, qadın aşkarcasına namusunu qorumaqda səhlənkarlıq etməyincə təlaq verilməsi yaxşı deyildir."(Vəsail Şiə.c.14. səh.122 )
    Həzrət başqa hədisdə buyurur:
    "Hər kim zövcəsinin hətta bir kəlmə (nalayiq sözünə) dözə bilsə (ailə nəzmini pozmasa), Allah-taala, onu Cəhənnəm atəşindən xilas edər və Cənnət ona vacib olar. Ondan ötrü iki yüz min ehsan yazar və iki yüz min günahından keçər, iki yüz min dəfə məqamını ucaldar və bədənindəki hər bir tükün sayına bir ilin ibadətini yazar.”(Vəsail Şiə.c.14. səh.122 )
    Bu bəyanlar, qadınların hüquq barəsində İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) bizə çatan ən ali və yaxşı göstərişlərdir.
    Kişinin vəzifəsidir ki, ailə həyatının mühitində öz zövcəsi ilə ədəb və kəramətlə rəftar edib, onun xətalarının üstündən keçsin. Zövcəsinin pis rəftarı müqabilində səbirli olsun ki, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) buyurduğu əzəmətli mükafatı ələ gətirə bilsin.
    Şübhəsiz ki, ailə həyatında müxtəlif narahatçılıqlar baş verir. Bəzən ərlə arvadın əxlaqi xüsusiyyətlərinin müvafiq olmaması üzündən bir sıra çəkişmələrə və mübahisələr olur. Bu halətdə, ər-arvadın biri digərinə qarşı soyuq münasibət göstərir. Əgər bu halətin qarşısı alınmasa, nəticədə təlağa səbəb olar. Xüsusilə, ruzigarın isti soyuğunu dadmayan və həva-həvəslərinə uyan cavanlar, tez hövsələdən çıxıb bir-birinə qarşı intiqam almaq fikrinə düşürlər.
    Belə amillərin qarşısını almaqdan ötrü İslam dini, ər-arvada bağışlamaq, bir-birinin xətalarına göz yummaq və hüququna riayət etməyi sifariş edir.
    İshaq ibni Əmmar, İmam Sadiq (əleyhissalam)-dan kişi ilə zövcənin hüquqlarından soruşur! Həzrət cavabında buyurur:
    "Zövcənin qarnını tox et, bədənini ört və xətalarına göz yum. İbrahim (əleyhissalam) Saradan Allaha şikayət edir. Allah ona vəhy göndərir: Zövcə quru əyri ağac kimidir. Əgər onu düzəltmək istəsən, tez sınar. Əgər onu azad etsən vücudundan bəhrələnə bilərsən. (Zövcə ilə pis əxlaq münasibətdə olmaq narahatçılıqdan başqa bir nəticə verməz.)”(Məkarimul Əxlaq. Səh. 216 )
    Kişinin ailə həyatında diqqət etməli ən mühüm mövzu budur ki, bilsin, zövcəsi həyatında onun şərikidir. Onun əsiri və xidmətçisi deyil. Ona görə də, şəri cəhətdən kişinin haqqı yoxdur ki, qadını iş görməyə vadar etsin, yaxud onun əl muzduna şərik çıxsın. Mühüm budur bilsin ki, həyat yoldaşına kömək etməlidir .Məsum İmamlarımız (əleyhimussalam) kişinin zövcəsinə kömək etməsinə görə qazandığı çoxlu savabları nəql etmişlər. Onlardan bəzilərinə işarə edirik .
    ZÖVCƏYƏ KÖMƏK ETMƏYİN SAVABI
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) həzrəti Əli (əleyhissalam)-a buyurur:
    "Ya Əli! Eşit! Allahın mənə vəhy etdiyindən başqa heç bir şey demirəm. Hər kişi evdə zövcəsinə kömək etsə, Allah-taala ondan ötrü bədənindəki tüklərin hər birinin sayına bir il oruc tutub, gecələri oyaq qalıb, ibadətlə məşğul olanın savabını əta edər. Həmçinin, səbr edənlərə, Davud, Yəqub və İsa (əleyhimussalam)-a əta etdiklərini ona da əta edər.”(Cameus-Saadat. C.2.səh. 643 )
    Şübhəsiz ki, bu hədisdəki bütün bu təşviqlər, mömin kişilərin öz zövcələrinə kömək etmələrinə səbəb olur, pis rəftar və zor deməkdən çəkinirlər.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Ya Əli! Hər kim evdə zövcəsinə kömək etsə və bu köməklikdən inciməsə, Allah, onun adını şəhidlərin dəftərinə yazar və onun hər bir gecə-gündüzünə görə min şəhidin savabını yazar. Atdığı hər bir addıma görə həcc və ümrənin savabını bağışlayar. Həmçinin, bədənindəki damarlarının sayı qədər Behiştdə ondan ötrü şəhər salar.”(Cameus-Saadat. C.2.səh. 643 )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Ya Əli! Zövcəyə xidmət etmək, böyük günahların kəffarəsi sayılır. Allahın qəzəbini soyudur və Behişt hurilərinin ona qismət olmasına səbəb olur. Nəhayət, ehsan və dərəcələrinin çoxalmasında böyük rol oynayır."(İrşadul Qulub. C.1.səh.175. )
    ÇƏTİNLİK YARADAN KİŞİLƏRİN MƏZƏMMƏTİ
    İslam peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Hər kim zövcəsini günahı olmadan vursa, Qiyamətdə mən onun düşməniyəm. Qadınlarnızı vurmayın. Bəs hər kim zövcəsini nahaqdan incitsə, Allaha və Peyğəmbərə qarşı günah etmişdir.”(İrşadul Qulub. C.1.səh.175. )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yenə də buyurur:
    "Hər kim dövləti çox olan halda zövcəsini çətinlikdə qoysa, bizdən deyildir.”(Müstədrəkül Vəsail.c.2.səh. 643 )
    ZÖVCƏNİN HƏYATINI YAXŞILAŞDIRMAQ
    İmam Səccad (əleyhissalam)-dan nəql olunur. Buyurur:
    "Allah dərgahında sizlərdən ən sevimlisi onlardır ki, zövcəsinin yaşayış səviyyəsini yaxşılaşdırsınlar! "(Müstədrəkül Vəsail.c.2.səh. 643 )
    İmam Rza (əleyhissalam) buyurur: "Kişiyə lazımdır ki, həyat yoldaşının yaşayış səviyyəsini yaxşılaşdırsın tainki, heç vaxt onun ölümünü arzulamasın."(Vəsail Şiə.c 15 .səh 249 )
    Bura qədər bəhs olunurdu ki, kişilər arvadlarına qarşı mehriban və mərhəmətli olsunl və onlara əziyyət verməsinlər. Onları çətinliyə salmayıb, köməklik göstərsinlər. İndi də İslamdakişilərin bu xidməti müqabilində qadınlara hansı göstəriş verilir və onların həyatda hansı təsirləri vardır?
    KİŞİNİN QADININ BOYNUNDA OLAN HAQQI
    İmam Baqir (əleyhissalam)-dan nəql olunur: "Qadınlardan birisi İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və soruşur: Ya Rəsulallah! Kişinin qadının boynunda olan haqqı nədir? Həzrət buyurur: Öz yoldaşından itaət etsin. Onunla müxalifət etməsin, ərin icazəsi olmadan evin heç bir malından sədəqə verməsin, onun icazəsi olmadan müstəhəb oruc tutmasın, özünü ərinin ixtiyarında qoysun, atın üstə oturmuş olsa, da ərinin istəklərindən boyun qaçırtmasın, ondan icazəsiz evdən bir yerə getməsin. Əgər ondan icazəsiz bir yerə çıxsa, evə qayıdana qədər yerin və göylərin qəzəb və rəhmət mələklərinin lənətinə düçar olar. Qadın soruşdu: Ya Rəsuləllah! İnsanlardan kimin kişinin boynunda ən çox haqqı vardır? Buyurdu: Ata-anasının. Qadınlara ən çox kimin haqqı var? Buyurdu: Ərinin. Soruşdu: Onun haqqı olan qədər mənim də haqqım varmı? Buyurdu: Xeyr! Bəlkə də, yüzdən biri qədər yox! Qadın cavab verdi: Səni Peyğəmbərliyə seçənə and olsun ki, heç bir kişi mənə malik olmayacaq! "(Məkarimul Əxlaq. Səh. 214 )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)buyurur:
    "Qadının boynunda kişinin haqqı budur ki, çırağı yandırmaq, kişi evdə olmayanda, evə qayıdarkən yemək hazırlamaq, onu qarşılamaq, ona xoş gəlmisən demək, ondan ötrü su və dəstmal gətirmək, əllərini yumaq, mane olmayan halda kişinin istəklərindən boyun qaçırmamaq."(Məkarimul Əxlaq. Səh. 214 )
    Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Qadın ərinin haqqını olduğu kimi əda etməyincə,(Məkarimul Əxlaq. Səh. 214 ) Allahın haqqını verə bilməz."
    İmam Sadiq (əleyhissalam) buyurur:
    "Hər bir qadın əri ondan narahat olan halda gecəni-gündüzə çatdırsa, ərini razı salmayınca Allah onun namazını qəbul etməz.”(Məkarimul Əxlaq. Səh. 214 )
    QADINLARIN CİHADI
    İmam Baqir (əleyhissalam)-dan nəql olunu ki, buyurur:"Allah-taala, cihadı kişi və qadınlara yazıb. Kişinin cihadı odur ki, öz malı və canın qurban verməklə şəhadət dərəcəsinə çatsın. Qadının cihadı odur ki, ərinin əziyyət və qeyrətinə dözsün.”(Məkarimul Əxlaq. Səh. 215 )
    Bu hədisdə İmam Baqir (əleyhissalam) ev həyatını cəbhə kimi tanıtdırır və bu cəbhənin əsgərləri qadınlardan ibarətdir. Bu döyüşdə ən mühüm silah, kişinin əziyyət nizələri və şəmşiri müqabilində qadının səbridir. Qadın, bu cəbhədən qaçmamalı, bəlkə də,bütün çətinliklərə sinə gəlib aqibəti xeyirlə ömrünü başa vurmalıdır. Bir çox təcrübəsiz və tərbiyə görməmiş qadınlar bu cəhətdən məğlub olub, ev mühitini tərk etməklə öz əziz övladlarını ana mehr və məhəbbətindən məhrum edirlər. Bununla da, ərinə və övladlarına yaşayışın acısını həmişəlik dadızdırırlar. Onların müqabilində elə səbr və hövsələli qadınlar var ki, həyatın fırtınalı dalğaları arasında və ərinin əziyyət və qeyrət dalğalarına riayət etməklə bu həyat gəmisini istədikləri kimi sahilə çatdırırlar. Qələbə və aqibət xeyrini həm özünə, həm də övladlarına nəsib edirlər.
    İmam Sadiq (əleyhissalam), qadınları öz ərlərindən başqaları üçün bəzənməkdən çəkindirib, buyurur:
    "Özünü ərindən başqası üçün ətirli və zinətli edən qadının namazını,yuyub aradan aparmayana qədər Allah-taala qəbul etməz. Cənabət qüsllu olan şəxslərkimi olarlar."(Məkarimul Əxlaq. Səh. 215 )
    Yenə də Həzrət, qadının ərinin qədrini bilməsi barəsində buyurur: "Hər qadın ərinə desə: Mən həyatda səndən xoş gün görmədim. (Yəni, kişinin bütün zəhmətlərini görməməzliyə vursa) Bütün xeyir əməlləri silinib pak olar."(Məkarimul Əxlaq. Səh. 215 )
    Bura qədər müxtəsər də olsa, ərlə arvadın birinin digərinin boynunda olan hüquqa işarə etdik. Əgər İslam cəmiyyətində kişilər və qadınlar bu göstərişlərə əməl etsələr, şirin və xoşbəxt həyat sürərlər. Qurani-Kərim Bəqərə surəsində kişi və qadın barəsində gözəl ifadə gətirərək, buyurur:
    "Oruc gecəsi qadınlarnıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız”. (Hər ikiniz bir-birinizin zinətisiniz və hifz edənisiniz) "
    Ərlə arvadın bir-birindən ötrü libas olmaları lətif bir ifadədir. Libas bədənin örtüyü, aram və rahatlığı olduğu kimi ərlə arvad da libas kimi bir-birinin eyblərini örtsünlər və bir-birinə rahatlıq vasitəsi olsunlar.
    Bu örtük, onların həyatında bütün sahələrə aid olur. Qadın və kişi borcludurlar ki, bir-birinin eyib və nöqsanlarını gizlətsinlər. Bir-birlərinin pis hərəkətlərini başqalarına söyləməsinlər. Bir-biri ilə ehtiramla rəftar etsinlər.
    Əvvəlcədən rəvayətlərdə qeyd edildiyi kimi bir-birini həlak etmək yoluna gətirən töhmət vurmaqdan uzaq olsunlar. Bir-birinin pis hərəkətlərinə səbr etməklə, Allahın böyük mükafatlarını ələ gətirsinlər.
    İmam Səccad (əleyhissalam)-ın buyurduğu kimi ərlə arvad bir-birinə böyük nemətdirlər. Bəs bu nemətə şükür etməlidirlər. Həyatın yaxşı və pisliklərini öz aralarında bölüb yüksək ruhiyyəli və hədəfli olsunlar ki, cəmiyyətə saleh övladlar versinlər. Kişinin borcudur ki, qəlbinin dərin sevgisini arvadına açsın. Necə ki, rəvayətdə İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:
    "Kişinin arvadına dediyi: "Doğurdan da, mən səni sevirəm”- sözü heç vaxt arvadın qəlbindən silinməz. Bu da səbəb olur ki, qadın ərinə eşq göstərsin və çətinliklərdə ona arxa və kömək olsun."
    21. KÖLƏNİN HAQQI
    وَأمَّا حَقُّ رَعِيَّتِكَ بمِلْكِ اليَمِينِ فَأَنْ تَعْلَمَ أنَهُ خَلْقُ رَبكَ، وَلَحْمُكَ وَدَمُكَ وَأَنَّكَ تَمْلِكُهُ لا أنْتَ صَنَعْتَهُ دُونَ اللَّهِ وَلا خَلَقْتَ لَهُ سَمْعًا وَلا بَصَرًا وَلا أَجْرَيتَ لَهُ رِزْقًا وَلَكِنَّ اللَّهَ كَفَاكَ ذَلِكَ، ثُمَّ سَخَّرَهُ لَكَ وَائْتَمَنَكَ عَلَيْهِ وَاسْتَوْدَعَكَ إيَّاهُ لِتَحْفَظَهُ فِيهِ وتَسِيرَ فِيهِ بسِيرَتِهِ فَتُطْعِمَهُ مِمَّا تَأْكُلُ وَتُلْبسَهُ مِمَّا تَلْبَسُ وَلا تُكَلِّفَهُ مَا لا يُطِيقُ، فَإنْ كَرِهْتَ[هُ] خَرَجْتَ إلَى اللَّهِ مِنْهُ وَاسْتَبْدَلْتَ بهِ وَلَمْ تُعَذِّبْ خَلْقَ اللَّهِ وَلا قُوَّةَ إلا باللهِ.
    "Əlinin altında işləyən kölənin haqqı budur ki, biləsən, o, Rəbbinin yaratdığıdır. Əti ətindən, qanı qanındandır. Xəlq olunduğuna görə sən onun maliki deyilsən. Onu Allah yaratmışdır. Sən onun qulaq və gözünün yaradanı deyilsən və ruzisi də sənin əlində deyil. Bütün bunları, Allah yaratmış və öhdəsinə götürmüşdür. Sonra onu sənə ram etmişdir və səni ona əmin qərar vermişdir. Onu sənin əlinə əmanət kimi vermişdir. O əmanəti hifz etvə onunla yaxşı rəftar et. Bəs özün nə yesən, ona da ondan yedizdir. Hər nədən geyinirsənsə, ona da ondan geyindir. Ona qüdrətindən artıq iş yükləmə. Əgər ondan xoşun gəlmirsə özünü Allah müqabilində məsuliyyətdən qurtarmaq üçün başqası ilə dəyiş. Allahın yaratdığına əziyyət və işgəncə vermə. Allah tərəfindən başqa heç bir güc-qüvvət yoxdur!"
    İmam Səccad (əleyhissalam), malik barəsində əvvəlcədən bir sıra mətləblər buyurmuşdur. Həzrətin yuxarıdakı sözləri kölələr barəsindədir. O bəhsdə deyildi ki, İslam dini ilk zühurunda müvəqqəti də olsa, köləlik məsələsini qəbul edib onların birdəfəlik azad olma hökmünü verməmişdir. Bəlkə də, tədriclə kölələrin azad olması məsələsini qarşıya məqsəd qoymuşdur. Ona görə ki, iqtisadi cəhətdən belə bir imkan yox idi ki, kölələr bir dəfəlik azad olsunlar. Bir halda ki, İslam çarəsiz qalıb köləlik məsələsini qəbul edirsə, onda onlara görə hüquq təyin edib, müsəlmanlara tövsiyə edir ki, kölələrin haqqını əda etməkdə ciddi olsunlar.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 764 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024