İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:11 PM
    25. QARDAŞIN HAQQI
    وَأَمّا حَقُّ أَخِيكَ فَتَعْلَمَ أَنّهُ يَدُكَ الَّتِي تَبسُطُهَا، وَظَهْرُكَ الَّذِي تَلْتَجِئُ إلَيهِ، وَعِزُّكَ الَّذِي تَعْتَمِدُ عَلَيهِ، وَقُوَّتُكَ الَّتِي تَصُولُ بهَا، فَلا تَتَّخِذْهُ سِلاحًا علَى مَعصيةِ اللَّهِ ولا عُدَّةً لِلظُّلْمِ بحَقِّ اللَّهِ، ولا تَدَعْ نُصْرتَهُ عَلَى نفْسِهِ وَمَعُونتِهِ عَلَى عَدُوِّهِ وَالْحَوْلَ بَيْنَهُ وبَيْنَ شَيَاطينهِ وتَأْديَةِ النَّصِيحَةِ إلَيهِ والإقبَالِ عَلَيْهِ فِي اللَّهِ فَإنْ انقَادَ لِرَبهِ وَأَحْسَنَ الإجَابَةَ لَهُ وَإلاّ فَلْيَكُنِ اللهُ آثرَ عِنْدَكَ وَأَكْرَمَ عَلَيْكَ مِنْهُ
    "Qardaşının haqqı barəsində onu bilməlisən ki, o sənin əlindir və onunla iş görürsən. Arxa və dayağındır. Ona pənah aparırsan. Etimad etdiyin qüvvəndir. O, hücuma keçdiyin qüvvəndir.
    Allaha qarşı günah etdikdə ondan silah ünvanı kimi istifadə etmə. Ondan Allahın yaratdıqlarına qarşı zülm atəşi kimi istifadə etmə. Özünə görə dost ol. Düşməninə görə ona kömək ol. Şeytandan xilas olmaqdan ötrü ona kömək edib, azda olsa haqqını yerinə yetir. Allaha xatir ona tərəf get. Əgər Allaha itaət etsə, Onu yaxşı qəbul etsə, lap yaxşı. Yoxsa, Allah sənin üçün müqəddəm və daha hörmətli olsun!"
    İmam Səccad (əleyhissalam) qardaşın haqqı barəsində üç mətləbə işarə edir:
    Birinci: Qardaş bir əl kimi həmişə insanın güc və qüdrətinə səbəb olur. Bu güc və qüdrəti, günah silahı qərar vermə.
    İkinci: Özünə kömək, düşmənlərinə qarşı ona arxa ol.
    Üçüncü: Onu Şeytanın yolundan azad edib, Allahına tərəf qaytar. Əgər qəbul etməsə, Allahın əmr və göstərişni ona başa sal.
    İSLAMDA QARDAŞLIQ BÖLÜMÜ
    Qardaşlıq məsələsi, İslam və Quranın mühüm məsələlərindən biri olub iki qismə bölünür: Birinci: Əsl qardaş, ata-anadan bir olub, bir–birinə ən yaxın insani bağlılıqda olan qardaşlar. Bu bağlılıq, onların bir-birindən irs aparmasına səbəb olur. İrs aparmaqda ikinci təbəqələrdə olub, xüsusi hökmləri vardır. İkinci: İman qardaşları. Əslində, bu qardaşlıq bütün müsəlmanları bir-birinə bağlayır və dünyada müsəlmanların vəhdətinə səbəb olur.
    "Əx" sözü ərəbcə lüğətdə, qardaş, rəfiq, və yoldaş mənasındadır. Sözün kökü "əxəvudur". Əslində, o şəxsə deyilir ki, ata-ana da və ya onların birində başqası ilə şərik olsun. "Müfrədat" lüğət kitabında süd qardaşı da, bu mənadan hesab edir. "Əx" kəlməsinin ərəbcə istifadəsi, "əb"və "Ümm" kimi çoxdur. "Müfrədat" kitabında sözün əsl mənasını zikr etdikdən sonra yazır: Hər kim başqası ilə, qəlbdə, dində, sənətdə, alverdə, dostluqda və başqa şeylərdə şərik olsa, ərəb ona "əx" deyir. Qurani kərimdə, bu söz həm əsl mənasında, həm də məcazi mənada işlənmişdir.
    Fərid Vəcdi, "Dairətul Maarif" kitabında yazır: "İxvan" sözü "əx" sözünün cəm şəkli olub, rəfiq mənasındadır. Əgər "əx"həqiqi qardaş mənasında olsa, cəm şəkli "ixvətun" şəklində gələr. Lakin, Fərid Vəcdinin dediyinin əksinə olaraq Quranda Nur surəsində "İxvanihinnə" sözü, həqiqi qardaş mənasında işlənmişdir.
    Qurandan istifadə etməklə demək olar ki, "İxvət" və "İxvan" sözlərinin mənasının fərqi burdadır ki, "İxvan" sözü, istər həqiqi, istərsə də qeyri-həqiqi qardaşlar mənasında işlədilir. "İxvə" sözü isə yalnız, həqiqi qardaşlar mənasında işlədilir. Məsələn: Yusif surəsində oxuyuruq: "Öz yuxunu qardaşlarına nəql etmə"!Nisa surəsində gəlib: "Həqiqətən, möminlər qardaşdırlar". Quran və rəvayətlərdə, möminləri həqiqi qardaş bilirlər.
    İSLAMİ QARDAŞLIĞIN ƏHƏMİYYƏTİ
    Qurani-Kərim buyurur: "Möminlər bir–birləri ilə qardaşdırlar. Bəs qardaşlarınız arasında sülh bərqərar edin və Allahın rəhmətini qazanmaqdan ötürü təqvalı olun!" (Hücurat surəsi-10 )
    Bu ayə, İslam dininin ən geniş və təsirli şüarlarından birini bəyan edir. Müsəlman insanların bağlılığı o qədər üstündür ki, onlar bir-birləri ilə qardaş hesab olunurlar. Əslində, İslam dini bütün müsəlmanları bir ailə kimi bilir və bu məsələ, həcc mərasimində daha çox hiss olunur. Biri şərqdən, digəri qərbdən gəlsə də, hamı bir-birinə qardaş kimi baxırlar. Bu da, Quranın bəyanıdır. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) sözlərinə diqqət etdikdə belə oxuyuruq: (Mühəccətul beyza cil 1 səh 332 )
    "Müsəlman müsəlmanın qardaşıdır. Heç vaxt ona zülm etməz. Ondan köməyini əsirgəməz və onu hadisələr bərabərində tək qoymaz." Başqa hədisdə Həzrət buyurur:
    "İki dini qardaş, bir–birinin əlini yuyan iki əl kimidir(Mühəccətul beyza cil 1 səh 332 )
    Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) müsəlman qardaşları iki əl kimi fərz edir. Yəni, bütün müsəlmanlar bir bədən olub, fərdlari də əllərdir.
    MÖMİN, MÖMİNİN QARDAŞI
    İmam Sadiq (əleyhissalam) buyurur: "Mömin, möminin qardaşıdır. Ona yol göstərən gözü hökmündədir. Heç vaxt ona xəyanət və zülm etməz. Onu aldadıb hiylə gəlməz. Verdiyi hər bir vədəsinə əməl edər."(Üsul Kafi cil 2səh 166 )
    Başqa hədisdə Həzrət buyurur:
    "Mömin möminin qardaşıdır. Hamısı bir bədənin əzasına bənzərlər ki, hər bir üzvü dərd tutsa, digəri də ağrıyar. Onların hamısının ruhu bir ruhdan tutulub. Möminin ruhu, Allahla, günəşin nurunun günəşlə bağlılığı kimidir."(Üsul Kafi cil 2 səh 166 )
    QARDAŞLIQ ƏN BÖYÜK NEMƏTDİR
    Qurani-Kərim, Ali-İmran surəsində qardaşlıq nemətini insanlara çatdırır, buyurur:
    "Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-biriniz ilə qardaş oldunuz."(Ali İmran surəsi-103 )
    Ayənin nazil olma səbəbi, bir-biri ilə düşmən olan "Ovs və Xəzrəc"adlı iki qəbilə barəsindədir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Mədinəyə gələrkən, onların arasında sülh və qardaşlıq icad edir. Doğrudur ki, bu qardaşlıqdan sonra müxtəlif səbəblərdən dində düşmənçiliyə qayıtmaq istəyiblər, lakin, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) vaxtında onların ixtilaf atəşini söndürə bilir.
    Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) müsəlmanlara göstəriş verir ki, dostluq, məhəbbət və qardaşlıqlarını bir-birinə elan etsinlər. Çünki, bu işin qardaşlıqda çox böyük təsiri vardır. Həzrət buyurur: "Sizlərdən müsəlman qardaşlarnızdan birini dost tutduqda, bu dostluğu ona elan edin!"(Mühəccətül beyza cil 3 səh 311 )
    MÖMİN QARDAŞIN ZİYARƏTİNİN SAVABI
    "Kafi" kitabında, "Mömin qardaşın ziyarəti" fəslində, bu əməlin çoxlu savablarına işarə olunur. Onlardan bəzilərinə işarə edirik:
    İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim dini qardaşını Allaha xatir ziyarət etsə, Allah ona buyurar: Bəndəm! Məni ziyarət etdin, savabın Mənim öhdəmdədir. Mən, sənin əməlinin savabında Behiştdən başqa bir şey bəyənmirəm! "
    Başqa rəvayətdə İmam Baqir (əleyhissalam) buyurur:"Müsəlman, qardaşını ziyarət etməkdən ötrü evindən xaric olsa və onun bu işi yalnız, Allahın razılığını ələ gətirməkdən ötrü olsa, Allah-taala, yetmiş min Məlaikəni ona vəkil edər. Mənzilinə qayıdarkən səsləyərlər: Xoş halına! Behişt sənə şirin olsun!"(Mühəccətül beyza səh 331 )
    İslam dini, müsəlmanların belə gözəl göstərişlərlə vəhdət və birliyinə zəmanət vermişdir. Belə göstərişlər sayəsində möminlər şirin həyat tərzi keçirirlər.
    HƏZRƏTİ ƏLİ (ƏLEYHİSSALAM)-INNƏZƏRİNDƏ QARDAŞLAR VƏ ONLARIN VƏZİFƏLƏR
    Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:"Qardaşlar iki dəstədirlər: Birinci: İnanılmış və həqiqi qardaşlar. İkinci: Zahiri qardaşlar. Amma, həqiqi qardaşlar insanın əli, qanadı və malı kimidirlər. Bəs nə vaxt belə inanılmış qardaş tanıdın, malını onun yolunda bağışla. Əlinlə ona kömək et. Hər kimlə dostdursadost ol, hər kimlə düşməndirsə, ona düşmən ol! Sirrini saxlayıb, eybini gizlət, yaxşılıqlarını aşkar et. Bil ki, onlar, qırmızı kibritdən də az tapılandırlar. Lakin, zahiri qardaşlardan yalnız, zahirdə bəhrələn və istifadə et. Bu yolda onlardan rabitəni üzmə. Ancaq, olanların batinindən bundan artıq bir şeyin intizarında olma! Onların şirin danışıq və rəftarı müqabilində, yaxşı rəftar edib şirin danış! "
    Bu bəyanda Həzrəti Əli (əleyhissalam) insanların həqiqi və zahiri dostları müqabilindəki vəzifəsini təyin edir. Onlardan bəhrələnmə və vəzifə yollarını tanıtdırır. Yaxşı dostlardan ötrü mal, can və köməklərindən keçməli, zahiri dostlara isə gündəlik həyatda zahiri rəftarla kifayətlənməliyik.
    QARDAŞLIQDA İNSAFA RİAYƏT ETMƏK
    Həzrəti Əli (əleyhissalam) buyurur: "Qardaşlıq əlaqəsi, insaf və ədalətli rəftarla davam tapa bilər."(Müstədrəkül Vəsail. Cil. 2. səh. 61 )
    Həzrət Məhəmməd (səlləllahu əleyhi və alehi və səlləm) yeddi yaşında, süd anası Həlimə Sədiyyəyə buyurur: Qardaşlarım hardadırlar? Cavab verir: Əziz övladım! Onlar, Allahın sənin vücuduna xatir bizə mərhəmət etdiyi qoyunları otarırlar. Həzrət buyurdu: Anacan mənim barəmdə insafla rəftar etməmisən! Anası soruşur: Nəyə görə? Buyurdu: Məgər layiqdir ki, mən xeymədə oturub süd içəm, amma qardaşlarım biyabanda günün altında qalsınlar."(Əh-hədis. Cil. 1 səh 285 )
    Bu mövzuda yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Əməllərin ağası üçdür: 1. İnsafa riayət etmək 1. Allah yolunda qardaşa kömək etmək 1. Hər halda Allahı zikr etmək!"(Töhəful-uqul. səh. 235 )
    İMAM SADİQ (ƏLEYHİSSALAM)-INNƏZƏRİNDƏ QARDAŞLAR
    İmam Sadiq (əleyhissalam) buyurur: "Qardaşlar üç dəstədirlər. Bir dəstə qida hökmündə olub, insanının ona həmişə ehtiyacı vardır. Bu dəstə şəxslər aqillərdir. İkinci, o dostlar ki, insan üçün dərd və mikrob kimidirlər. Bu cür insanlar nadanlar və ağılsızlardır. Üçüncü: Şəfa verən dərmanlar kimidirlər. Belə şəxslər, aqil və zirəngdirlər."
    Qardaşın hüquqları bəhsinin sonunda İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) mömin qardaşın möminin boynunda olan otuz ədəd haqqını zikr etmək yerinə düşərdi. Bəlkə də, bu rəvayət, həmin mövzuda ən geniş və ətraflı rəvayətdir.
    İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alehi və səlləm) NƏZƏRİNDƏ QARDAŞIN OTUZ HAQQI
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Müsəlmanın müsəlman qardaşının boynunda otuz haqqı vardır. Hər bir müsəlman, bu hüquqları yerinə yetirməyib və ya müsəlman qardaşından bunlar barəsində halalllıq almayınca, qiyamətdə üzrlü olmaz:
    1. Onun xətalarını bağışlasın.
    2. Narahatçılıq vaxtı ona qarşı mehriban olsun.
    3. Sirrini gizlin saxlasın.
    4. Səhvlərinin əvəzini çıxsın.
    5. Üzrünü qəbul etsin.
    6. Pis danışanların müqabilində onu müdafiə etsin.
    7. Həmişə onun xeyrini istəsin.
    8.Onunla dostluğu qorusun.
    9. Onunla əhdinə riayət etsin.
    10. Xəstələnən vaxtı onu yoxlasın.
    11.Ölən vaxtı onun dəfnində olsun.
    12.Dəvətini qəbul etsin.
    13.Hədiyyəsini qəbul etsin.
    14. Xeyirxahlığını qiymətləndirsin.
    15. Onun nemət olmasına şükür etsin.
    16. Ona kömək etməyə çalışsın.
    17. Onun namusunu qorusun.
    18. Onun hacətini yerinə yetirsin
    19. İstəyinə şəfaət etsin.
    20. Asqıran vaxtı onu salamlasın.
    21. İtirdiyini tapmaqda kömək etsin.
    22. Salamına cavab versin.
    23. Danışığını yaxşı bilsin.
    24. Hörmətini saxlasın.
    25. Andlarını təsdiq etsin.
    26. Dostunu dost tutsun.
    27. Onunla düşmənçilik etməsin.
    28. İstər zalim, istərsə də məzlum olsa, ona kömək etməyə çalışsın. Zalim vaxtı ona köməkliyi bu olar ki, onu zülm etməkdən saxlasın. Məzlum olan vaxtı ona haqqını almaqda kömək etsin.
    29.Onu müxtəlif hadisələrdə tək qoymasın.
    30. Özünə istədiyi yaxşılıqlardan ona da istəsin. Özünə istəmədiyi pisliyi ona da istəməsin.
    ÜMUMİ HÜQUQLAR
    25. KÖLƏ AZAD EDƏNİN HAQQI
    وَأَمّا حَقُّ الْمُنْعِمِ عَلَيْكَ بالْولاءِ فَأَنْ تَعْلَمَ أَنّهُ أَنفَقَ فِيكَ مَالَهُ، وَأَخرَجَكَ مِن ذُلِّ الرِّقِ وَوَحْشَتِهِ إلَى عِزِّ الحُرِّيةِ وأُنسِها، وَأَطْلَقَكَ مِنْ أَسْرِ الْمِلْكَةِ، وَفَكَّ عَنْكَ حلَقَ الْعُبُودِيَّةِ وَأَوْجَدَكَ رَائِحَة الْعِزِّ، وَأَخرَجَكَ مِنْ سِجْنِ القَهْرِ، وَدَفَعَ عَنْكَ الْعُسْرَ، وبَسَطَ لَكَ لِسَانَ الإنْصَافِ، وَأَبَاحَكَ الدُنْيَا كُلَّهَا فَمَلَّكَكَ نفْسَكَ، وَحَلَّ أَسْرَكَ، وَفَرَّغَكَ لِعِبَادَةِ رَبكَ، وَاحْتَمَلَ بذَلِكَ التَّقْصِيرَ فِي مَالِهِ، فَتَعْلَمَ أَنّهُ أَوْلَى الخَلْقِ بكَ بَعْدَ أُولي رَحِمِكَ فِي حَيَاتِكَ وَمَوْتِكَ، وَأَحَقَّ الخَلْقِ بنَصْرِكَ وَمَعُونَتِكَ وَمُكَانفَتِكَ فِي ذَات اللَّهِ، فَلا تُؤثِرْ عَلَيْهِ نفْسَكَ مَا احْتَاجَ إلَيْكَ.
    "Sənə azadlıq neməti bağışlayıb azad edənin haqqı odur ki, biləsən, o, öz malını sənin azad olmağına xərc edib, səni köləlik və onun vəhşətindən azadlıq izzəti və aramlığa çıxartdı. Səni mülk olmaq əsirliyindən xilas edib, köləlik həlqələrini boynundan uzaqlaşdırdı. İzzət yelini sənə hazır etdi. Səni, qəhr zindanından azad edib, çətinliklərdən qurtardı.Ədalət dilni sənə açdı. Bütün dünyanı sənə mübah etdi. Əsirlikdən azad edib azadlıq ixtiyarının cilovunu öz əlinə verdi. Rəbbinə itaət etməkdən ötrü sənə aramlıq verdi. Öz malının azalmasına dözdü. Bəs bil ki, qohumlarından sonra insanlar içində, həyatında və ölümündə sənə ən yaxın adamdır. Allah yolunda kömək olunmalı ən layiqli şəxsdir. Bəs nə qədər ki, möhtacdır özünü ondan qabağa salma!"
    Bu bəhsdə İmam Səccad (əleyhissalam), azad olunmuş köləyə xəbərdarlıq edir ki, səni öz pulu və sərvəti ilə azad edən şəxs, köləliyin vəhşətindən, başqalarının köləliyindən, başqalarının sənin üstündə malik olmasından, iqtisadi müstəqillik, əqidə və fikir azadlığı, başqalarından xilas olub yalnız, Allaha bəndə olmaq azadlıqlarını sənə bəxş etmişdir. Belə şəxsin, azad olunmuş kölənin boynunda haqqı vardır. O da köməklik haqqıdır. Kölə çalışmalıdır ki, heç vaxt belə şəxsdən qabağa düşməsin və hər yerdə onun ehtiramını gözləsin.
    Biz keçmiş bəhslərdə, malik və kölənin hüquqları, köləliyin yaranması, tarix boyu kölələrin əziyyətləri, onların azadlığa çıxması amilləri, xüsusilə, İslamda köləliklə mübarizə və tədriclə azadlığa dəvət barəsində geniş bəhs etmişik. Bu bəhsdə onları təkrar etmək istəmirik. Bu qismətdə yalnız, başqa mövzulara o cümlədən, azadlıq, əqidə azadlığı, fikir azadlığı, məkan seçmək və sair barəsində bəhs edəcəyik.
    FİKİR AZADLIĞI
    Fikir azadlığı, bəşərin ən əsas hüquqlarından biri sayılır. Hər bir insanın haqqı var ki, fikirləşsin və təfəkkürə dalsın. Fikir azadlığından məqsəd budur ki, hər bir insanın haqqı var ki, istədiyi hər bir mövzu barəsində fikirləşsin. Heç kimin haqqı yoxdur ki, insanın fikir və etiqadlarını nəzarətə alıb, ona bu işdə mane olsun.
    Əgər deyilsə ki, kölənin cismi, malikin ixtiyarındadır, lakin, malikin kölənin etiqad və fikirləşməsinə mane olmağa ixtiyarı yoxdur. Kölə fikir və etiqad cəhətdən azaddır. Aydındır ki, kölənin azad fikirləşməsinə şərait yolu yoxdur. Əgər fərz etsək ki, kölə azad fikirləşir amma, görəsən imkan var ki, bu fikirlərini həyata keçirə bilsin? Heç vaxt! Beləliklə, İmam Səccad (əleyhissalam) buyurur: "Səni azad edən, səni başqalarının köləliyindən nicat verib, başqalarının qəhrində vaqe olmaqdan xilas edən odur." Bununla, belə birmövzuya işarə edir ki, azadlıqdan sonra azad fikirləşib onu həyata keçirə bilərsən. Beləliklə, demək olar ki, kölə azad olmaqla, fikri azadlıq da ələ gətirir.
    İslam dini öz tərəfdarlarına azad fikirləşmək hüququnu verib, təhqiq və mütaliə yolunu onlara başa salmışdır.Həzrəti Əli (əleyhissalam) bu barədə buyurur:
    "Hər kim müxtəlif fikirlər və nəzərlərlə üzbəüz olsa, xəta və səhvi tanıyıb, haqla batili bir-birindən ayıra bilər. Bu fikirlərin düzgünlüyünü və səhvini anlayar."
    İslamda etiqadı və fikirləri zorla ram edib, qarşısını almamaqla yanaşı, insanın vəzifəsini və dəyərini onların ağlı, biliyi və təfəkkürünə əsasəntəyin edir. Hədisdə var: "Bir saat fikirləşmək yetmiş ilin ibadətindən üstündür."
    Quran bir çox ayələrdə insanları təfəkkür və azad fikirləşməyə dəvət edir və bu haləti, bəşərin ən yaxşı xüsusiyyəti kimi qeyd edir. Quran buyurur:
    "O kəslər ki, sözü (öyüd nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir . Ağıl sahibləri elə onlardır! "(Zümər Surəsi - 18 )
    Başqa ayədə buyurur: "Məgər korla görən eyni ola bilərmi? Bəs nəyə görə təfəkkür etmirsiniz?"(Ənam Surəsi - 50 )
    ETİQAD AZADLIĞI
    Keçmiş əqidələr və insanların məzhəb etiqadları müxtəlif xüsusi müqəddimatlar əsasında vücuda gəlir. Təlim və tərbiyə növləri, fikir və etiqadların başqa amillərindəndir. Fikir və etiqadı dəyişməkdən ötrü məcburiyyət və zorla yox, məntiq və tutarlı dəlillər istifadə etmək lazımdır. Necə ki, Quran əqidə azadlığı barəsində buyurur:
    "Dində məcburiyyət və zorakılıq yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) aydın fərqlənir.(Bəqərə Surəsi 256 )
    Başqa surədə buyurur: "Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən? "(Yunis surəsi-99 )
    Yenə başqa yerdə buyurur: "Və de ki: Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim istəyir inanmasın(kafir olsun).Biz, kafir və zalimlərdən ötrü bir atəş hazırlamışıq"(Bəqərə Surəsi 256 )
    Həmin mövzuda başqa ayədə oxuyuruq: "Ya Peyğəmbər! Mənim bəndələrimə öyüd-nəsiət ver. Sən ancaq öyüd verənsən. Sənin onları ikrah və məcbur etməyə haqqın yoxdur. "(Qaidə Surəsi – 21 - 22 )
    Yenə də başqa ayədə buyurur: "(De ki:) Rəbbinizdən sizə çoxlu parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, lehinə, kim görməsə, əleyhinədir. Mən sizə nəzarətçi deyiləm(Ənam Surəsi 104 ).
    Zikr olunan ayələr insanda əqidə azadlığından söz açır. Dində icbar və zorakılıq yoxdur və etiqad seçmək də azaddır. Lakin İslam, ağıl, məntiq, elm və təhqiq diniolduğuna görə kor-koranə təqlidlərinin qarşısını alır. Allahdan qeyrisinə, aya, günəşə, ulduzlar və inəklər kimi məxluqatlara ibadət və pərəstiş etməyi bəşərin cəhalətinin nəticəsi kimi qələmə verir və hamını elmə tərəf dəvət edir.
    MALİKİYYƏT AZADLIĞI
    İmam Səccad (əleyhissalam) azad olunmuş köləyə buyurur: Səni azad edən malik, dünyada istədiyinə (halal yolla) malik olmağı sənə mübah etmişdir.Sənə fikir, əqidə, söz və malikiyət azadlığı bağışlamışdır. Beləliklə, azad olunmuş kölə, mal-dövlətə malik olmasında da, tamamilə azaddır.
    Məlum olduğu kimi fərdi malikiyyət, insanın fitrətindən qaynaqlanır və həyatın rövnəqli olmasında, insanda ürək isintisi yaradır. İslam da, fərdi malikiyyəti müqəddəs bilib, öz qanunlarında tamammilə bu hüquqdan himayət etmişdir. Quran buyurur:
    "Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payları vardır."(Nisa surəsi-32 )
    Bununlada, məlum olur ki, İslamda hər kim halal yolla nə qədər mal-dövlət qazanarsa, öz haqqı sayılır. Quran yenə də bu mövzuda buyurur:
    "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarınnızı haqsız bəhanələrlə yeməyin! "(Nisa surəsi-39 )
    Beləliklə, halal zəhmətdən qazanılmış mal halal olub, insanın şəxsi malı sayılır. Hədislərdə var, əgər müsəlman öz halal mal-dövlətini qorumaq yolunda öldürülsə, şəhid hökmündədir. Rəvayətdə, məsum İmamdan (əleyhissalam) nəql olunur,buyurur:
    "Hər kim mal-dövlətini qorumaq yolunda ölsə, şəhiddir." (İslam və Hüquq bəşər. Səh. 316 )
    Əlbəttə, bir məsələ də aydındır ki, malikiyyət azadlığı o demək deyil ki, hər kəs istədiyi yolla mal-dövlət toplasın. Bəli! Əkinçilik, heyvndarlıq, ticarət, sənətkarlıq və başqa bu kimi sənətlərlə qazanılan mal-dövlət, insanın öz malı sayılır. Ancaq, qanunsuz yollarla, o cümlədən, oğurluq, al-verdə aldatma, çəkidə azaltma, sələmçilik, qəsb etmək kimi yollarla ələ gələn mal-dövlət, sahibininki sayılmır və İslam belə hallarla qəti şəkildə mübarizə aparır. Həmçinin, insanın halal yolla qazandığı mal-dövlətin İslami maliyyatları və vergiləri da vardır. Əgər müsəlman bu dini və şəri vergiləri öz halal mallarından ayırıb müstəhəqqinə verməsə, (məs, xums, zəkat və s), aşağadakı zikr olunacaq Quran ayəsinin aydın nümunəsi hesab olunacaq. Quran buyurur:
    "Qızıl-gümüş yığıb onu Allah younda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! " "O gün (Qiyamət günü), yığdıqları qızıl-gümüş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq. (və onlara:) Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın (əzabın) dadın! – deyiləcəkdir."(Tövbə surəsi-34-35 )
    Bura kimi kölənin azad olması,malikin hüququ, etiqad, malikiyyət, fikr və söz azadlıqları barəsində bəhs olundu. İmam Səccad (əleyhissalam) azad olunmuş kölənin vücudunda təşəkkür və nemətlər müqabilində Allaha şükr etmək hissini oyadır. Bununla da, ona xəbərdarlıq edir ki, malikin sənin barəndə etdiyi bu mühüm xeyirxahlığı heç vaxt unutma!.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 607 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024