İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:10 PM
    26. KÖLƏNİN HAQQI
    وَأَمَّا حَقُّ مَوْلاكَ الْجَارِيَةِ عَلَيْهِ نِعْمَتُكَ فَأَنْ تَعْلَمَ أَنَّ اللهَ جَعَلَكَ حَامِيَةً عَلَيْهِ، وَوَاقِيَةً وناصِرًا وَمَعْقِلاً، وَجَعَلَهُ لَكَ وَسِيلَةً وَسَبَباً بَيْنَكَ وَبَيْنَهُ فَبالْحَرِيِّ أَنْ يَحْجُبَكَ عَنِ النَّارِ فَيَكُونَ فِي ذَلِكَ ثَوَابٌ مِنْهُ فِي الآجِلِ، ويَحْكُمُ لَكَ بمِيرَاثِهِ فِي الْعَاجِلِ إذَا لم يَكُنْ لَهُ رَحِمٌ، مُكَافَأَةً لِمَا أَنفَقْتَهُ مِنْ مَالِكَ عَلَيْهِ وَقُمْتَ بهِ مِنْ حَقِّهِ بَعْدَ إنفَاقِ مَالِكَ، فَإنْ لَمْ تَقُمْ بحَقِّهِ خِيفَ عَلَيْكَ أَنْ لا يَطِيبَ لَكَ مِيرَاثُهُ. وَلا قُوَّةَ إلا باللهِ.
    "Sənin azad etdiyin kölənin haqqı budur ki, biləsən, Allah, səni onun köməkçisi, himayətçisi və pənah yeri qərar vermişdir. Allah, səni onunla Özü arasında vasitə təyin etmişdir. Yaxşı olar ki, bu işə görə Allah, sənə Cəhənnəmdən nicat versin və bu savab, Axirətdə ondan sənə çatan olsun. Dünyada da, əgər azad etdiyin kölənin öləndə varisi olmasa,ondan irs aparırsan. Çünki, sən malını onun yolunda xərc etmisən və onun haqqını qaytarmısan. Əgər malını onun yolunda xərc etdikdən sonra onun hörmətini gözləməsən (minnət qoysan), ondan sənə qalan irs sənin üçün şirin olmaz"!
    "Məkarimul-Əxlaq" kitabında bu hüquq belə bəyan olunmuşdur.
    "Azad etdiyin kölənin haqqı odur ki, biləsən, Allah taala, Özünə yaxın olmaqdan ötrü onun azad olunmasını sənə vəsilə qərar vermişdir. Həmçinin, onu atəşlə sənin aranda mane qərar vermişdir. Bil ki, bu işin mükafatı dünyada malını ona görə xərc etdiyin üçün (əgər kölənin qohumu olmasa) öləndən sonra irsi sənə çatması, Axirət də isə Behiştdir."
    Hədisdə "Məvali" kəlməsi təkrar olmuşdur. Bu ad bir sıra yerlərdə müxtəlif mənalarda işlənilir. Onlardan, rəbb, malik, seyyid, nemət verən, azad olunmuş nasir, sevilən, tabe, qonşu, bibi oğlu, nemət verilmiş, və sair mənaları qeyd etmək olar.
    Bu hədisdə "Məvali" kəlməsi, "azad olunmuş kölə" mənasındadır. Əvvəlki bəhsdə, İmam Səccad (əleyhissalam) kölə azad edənin haqqı barəsində məsələlər buyurmuşdur. Bu bəhsdə isə azad olunmuş kölənin hüquqları barəsində bəhs olunmuşdur.
    İnsan, başqasına xidmət göstərib bağışladığı zaman özündə qürur və təkəbbür hiss edib, minnət qoya bilər. İmam Səccad (əleyhissalam), kölə azad edən malikdə, bu qürur və təkəbbürü aradan aparmaqdan ötrü buyurur:
    "Heç vaxt güman etmə ki, təkcə sənin onun boynunda haqqın var! Xeyr! Bəlkə də, onun da, (azad olunmuş kölənin) sənin boynunda haqqı vardır. Onu əda etməlisən."
    AZAD OLUNMUŞ KÖLƏNİN VƏZİFƏLƏRİ
    O vəzifələr bunlardan ibarətdir: Sən onu azad etməklə, Allaha yaxın olursan. Bununlada, onun vasitəsilə səninlə Cəhənnəm atəşi arasında fasilə olur. Axirətdə də, nicat tapanlardan olursan. Bu əməlin dünyadakı təsiri budur ki, əgər azad etdiyin kölə dünyadan köçsə və qohumlarından heç kəs qalmasa, yerdə qalan irsi sənə çatır. Çünki, ondan ötrü mal-dövlətini xərcləmisən. Bu da, kölə bəhsində şəri hökmə işarədir.
    Köləni azad edən malik, o vaxt ondan irs aparır ki, əvvəla, köləni Allahın razılığına görə azad etmiş olsun. İkincisi, kölənin yaxın qohumları olmamış olsun. Nəticədə, köləni azad etməyin həm bu dünyada, həm də axirətdə mükafatı olur.
    Keçən bəhslərdə, kölə azad etməyin savabları barəsində söhbət açmışdıq. Bu bəhsdə isə qısa da olsa, kölənin bəzi hüquqlarına işarə edəcəyik. İndi də bu barədə nəql olunan rəvayətlərə nəzər salaq.
    KÖLƏ AZAD EDƏNİN MƏQAMI
    "Vəsail-Şiə"kitabının "kölə azad etmək" fəslində, İmam Baqir (əleyhissalam)-dan belə bir rəvayət nəql olunur, Həzrət İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir, buyurur:
    "Hər kim kölə azad etsə, Allah-taala, azad olunmuşun hər bir bədən üzvü müqabilində azad edənin bədən üzvünü atəşdən qoruyar."
    Başqa hədisdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:
    "Günlərin birində Fatimə binti Əsəd, İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) ərz edir: Qərara almışam ki, bu kənizi Allah yolunda azad edəm! Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Əgər belə etsən, Allah-taala onun hər bir üzvü müqabilində sənin üzvünü Cəhənnəm odundan azad edər.
    ŞİƏLƏRİN İMAMLAR VƏ KÖLƏLƏRİ AZAD ETMƏK HAQQINDA
    Hədislərdən birində oxuyuruq: İmam Sadiq (əleyhissalam) buyurur:
    "İmam Baqir (əleyhissalam) vəfat edərkən altımış köləsi var idi, onlardan iyirmisini Allah yolunda azad edir!"
    Şiələrin məsum İmamları (səlləllahu əleyhi və alihi və səlləm) özü hər yerdə həmişə həmişə kölə azad etməkdən öndə gediblər. Bununla da dünya və axirətin savabını öz tərəfdarlarına nişan verirdilər.
    26. EHSAN EDƏNİN HAQQI
    وَأمّا حَقُّ ذِي المَعْرُوفِ عَلَيكَ فَأَنْ تَشْكُرَهُ وتَذْكُرَ مَعْرُوفَهُ وتَنْشُرَ لَهُ الْمَقَالَةَ الْحَسَنَةَ، وَتُخلِصَ لَهُ الدُّعَاءَ فِيمَا بَينَكَ وبَيْنَ اللَّهِ سُبْحَانَهُ، فَإنّكَ إذَا فَعَلْتَ ذَلِكَ كُنْتَ قَدْ شَكَرْتَهُ سِرًّا وَعَلانِيَةً. ثُمَّ إنْ أَمْكَنَ مُكَافَأَتَهُ بالْفِعْلِ كَافَأتَهُ وإلاّ كُنْتَ مُرْصِدًا لَهُ مُوطِّنًا نَفْسَكَ عَلَيْهَا.
    "Sənə yaxşılıq və ehsan edənin haqqı odur ki, ona təşəkkür edəsən və yaxşılığını yada salasan. Onun barəsində yaxşı sözlər yayıb,özünlə Allah arasında ona dua edəsən. Çünki, sən bu işinlə ona qarşı gizlin və aşkarda təşəkkür etmiş olursan. İmkan tapanda, onun yaxşılığının əvəzinin çıx. İmkanının yoxsa, bu fikirdə olub, özünü belə bir işə hazırlaşdır! "
    Hər bir insanını batinində ona yaxşılıq edənə qarşı, təşəkkür və yaxşılıq etmək xüsusiyyəti var. Əgər bəzilərində bunun əksi müşahidə olunursa, bu da onların vucudunda olan rəzilət sifətlərinin nəticəsindəndir. Bu sifətlər, insanda yaxşı xüsusiyyətlərin qarşısına sədd çəkir. Doğurdan da, yaxşı tərbiyə olunmuş və İslam dininin bəyənilmiş əxlaqi xüsusiyyətlərinin özündə cəm etmiş bir şəxsin batinində, həmişə yaxşılıq və başqalarına qarşı təşəkkür hissi dolaşır. Belə şəxslər, Allahdan fürsət axtarırlar ki, möminlərin xidmətində olsunlar. İmam Səccad (əleyhissalam) bu əməlin yolunu belə bəyan etmişdir:
    Birinci: Yaxşılıq edənin xeyir işinin müqabilində təşəkkür edilsin.
    İkinci: Başqasının yaxşılığını yadında saxla və hər yerdə onun xeyir işini təbliğ et. Həmçinin, onun haqqında Allaha dua et! Əgər belə etmiş olsan, gizlin və aşkarda onun təşəkkürünü yerinə yetirmiş olursan.
    Üçüncü: Özünü bu yaxşılığın əvəzini çıxmağa hazırlaşdır. İmkan həddində özündə belə bir təsəvvür yarat ki, nə vaxt imkanım olsa, bu yaxşılığın əvəzini çıxacam.
    YAXŞILIQ VƏ PİSLİK BƏRABƏR DEYİLDİR
    Qurani-Kərim öz əxlaqi təlimində belə buyurur:
    "Yaxşılıqla pislik eyni ola bilməz. (Ey mömin kimsə!) Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda, aranızda düşmənçilik olan şəxsi sanki, yaxşı bir dost kimi görərsən!"(Fussilit surəsi-34 )
    Ayədə buyurur: Yaxşılıq müqabilində yaxşılıq təbii bir işdir. Bəlkə də, bu əməl hamıya vacibdir. Mühüm odur ki, insana hətta, pislik olunsa da, onun müqabilində yaxşılıq göstərsin. Bununlada, Qurnanın, "Pisliyi yaxşılıqla dəf et!" - əmri öz yerini tutsun.
    SALAMA ONDAN DA YAXŞI CAVAB VERİN
    Qurani-Kərimdə oxuyuruq: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın.! Şübhəsiz Allah hər şeyi hesaba alandır!"(Nisa surəsi 86 )
    "Təhiyyət" (salam) lüğətdə, əslində "həyat" və başqalarına həyat istəmək mənasındadır. Bu dua, "Salamun Əleykə" və ya "Həyyakəllah" şəklində əda olunur. Bu söz insanların bir-birinə qarşı göstərdikləri hər növ məhəbbətə aid olur. Ən aydın nümunəsi isə həmin, "Səlamun Əleykə" deməkdir. Lakin, bir sıra rəvayət və təfsirlərdən məlum olur ki, insanın əməli cəhətdən bir-birinə məhəbbət göstərməsi də, "Təhiyyət" sözünün mənasında işlənilir.
    Əli İbni İbrahimin təfsirində, İmam Baqir və İmam Sadiq (əleyhissalam)-dan nəql olunur:
    Ayədə "təhiyyətdən" məqsəd, salam və hər cür yaxşılıqa deyilir."Mənaqib" kitabında belə bir rəvayət var:
    Kənizlərdən birisi İmam Həsən (əleyhissalam)-a bir şaxə gül hədiyyə edir. İmam onun müqabilində,kəniziazad edir. Bu işin səbəbini soruşduqda isə buyurur: Allah-taala buyurur: "Sizə salam verildiyi zaman onu daha gözəl alın!".Sonra əlavəedir: Ən yaxşı salam, kəniz azad etməkdir"
    Beləliklə, ayədə ümumi olaraq hər cür izhar məhəbbətə, istər sözlə, istərsə də əməllə olsun, hökm verilir ki, daha yaxşı cavab verin.(Təfsir nümunə. cil – 4 səh - 42 )
    YAXŞILIQINMÜKAFATI YAXŞILIQDIR
    Qurani-Kərim buyurur: "Yaxşılığın əvəzi ancaq yaxşılıqdır"(Rəhman surəsi - 60 )!
    Doğrudur ki, İslami rəvayətlər və təfsirlərdə müfəssirlər ehsan sözünü yalnız, tövhid və İslami mərifət mənasında olduğnu qeyd edirlər. Lakin, bütün bunlar ayənin aydın nümunələrindəndir. Yoxsa, yaxşılıq, həm əməldə, həm də sözdə olan hər bir xeyir işə aid olur. İmam Sadiq (əleyhissalam)-dan hədislərdən birində nəql olunur, buyurur:
    "Quranda mənası ümumiyyət çatdıran ayələrçoxdur. Ravi soruşur: Hansı ayədir? Buyurur:
    Allahın bir sözü var ki, mömin, kafir, yaxşı əməl sahibi, pis iş görənə də aiddir. O, da yaxşılıq müqabilində yaxşılıqdır. Hər kimə yaxşılıq olunsa, yolu bu deyil ki, səndə ona yaxşılıq edəsən, bəlkə də, ona daha yaxşı yaxşılıq etməlisən. Çünki, həmin qədər olsa, o səndən üstündür. Ona görə ki, işi başlayan odur.(Təfsir nur Səqəleyn. cil 1 səh 199 )
    Rağib İsfahani, "Müfrədat" kitabında yazır: "Ehsan", ədalətdən üstündür. Çünki, ədalət odur ki, insan boynunda olanı əda etsin və yalnız,ona aid olanı götürsün. Lakin, ehsanbudur ki, öhdəndə olandan çox verib, haqqından az götürəsən.
    ALLAHIN EHSANININ CAVABI!
    Allah-taala Quranın Qəsəs surəsində buyurur: "Allahın sənə verdiyindən özünə axirət qazan.(Malını Allah yolunda sərf et!) Dünyanın nəsibini də unutma!"
    Bu bir həqiqətdir ki, insan həmişə gözünü Allahın ona ehsan əta etməsinə dikib. Onun dərgahından hər cür xeyiri tələb edir. Allahdan hər növ intizarı var. Belə olan halda necə ola bilər ki,Allah-taala aşkar tələbi və ya başqa tələbləri görməmiş olsun və onlara əhəmiyyət verməsin. Bu sözə oxşar Nur surəsinin 22-ci ayəsində var, buyurur:
    "Möminlər əfv edib bağışlasınlar. Məgər siz Allahdan bağışlanmağı istəmirsinizmi?"
    Bu cümlənibaşqa ifadə ilə belə məna etmək olar. Bəzən, Allah-taala insana elə əzəmətlinemət bəxş edir ki, insanın onların hamısına ehtiyacı yoxdur. Elə bir əqli qüvvə verir ki, təkcə özünü yox, bütöv bir ölkəni idarə edə bilər. Elə bir elm verir ki, təkcə özü yoxbəlkə də, bütün insanlar ondan istifadə edə bilər. Elə mal-dövlət verir ki, bütün dünyanın dərdinə dəyər. Belə İlahi bəxşişlərin zehni mənası odur ki, onun hamısı sənin deyildir. Bəlkə də, sən bunları başqalarına ötürməkdə Allahın vəkilisən. Allah bu nemətləri sənə verib ki, sənin əlinlə bəndələrinə çatdırsın!(Üsul Kafi cil 2 səh 642 )
    BAŞQALARI İLƏ DOSTLUQ ETMƏK.
    Zikr olunan ayələrdən məlum olur ki, Quran başqalarına yaxşılıq etməyin nə qədər mühüm olduğnu bildirir. Xüsusilə o kəslərə ki,bizlərə yaxşılıq edirlər. Hədis kitablarında da, bu mövzuda maraqlı hədislər zikr olunub. Onlardan bəzilərinə işarə edirik. "Kafi" kitabında insanlara məhəbbət fəsli adlı qismətində ilk rəvayətdə belə nəql olunur: İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Bəni Təmim" qəbiləsindən bir nəfər ərəb İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gələrək, ərz edir: Mənə tövsiyə edin! Həzrətin ona buyurduğu tövsiyələrdən biri də bu idi. İnsanlara qarşı dostluq və məhəbbətli ol ki, səni də sevsinlər."(Üsul Kafi cil 2 səh 642 )
    İmam Sadiq (əleyhissalam) nəql olunur buyurur:"İnsanlarla yaxşı rəftar etmək, ağılın üçdə bir hissəsidir.(Üsul Kafi cil 2 səh 642 )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Hər kimə yaxşılıq olunsa, onun əvəzini çıxmalıdır. Əgər imkanı olmasa, xatırlamalıdır. Əgər xatırlasa, ehsan edənə təşəkkür etmişdir."(Tərcümə və şərh Risalətül hüquq Sipehri səh 149 )!
    Başqa yerdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Bu əmələ ləyaqəti olan və olmayana da yaxşılıq et! Əgər ləyaqətli şəxsə yaxşılıq etmisənsə, bu ona layiqdir, yox əgər ləyaqətsizə yaxşılıq etmisənsə, sən özün bu yaxşılıqa layiqsən."(Tərcümə və şərh Risalətül hüquq Sipehri səh 149 )
    Bəhsimizin sonunda İmam Səccad (əleyhissalam)-ın ifadəsində gələn "məruf" kəlməsini izah edək. "Məruf" sözü, hər bir işin yaxşı olması, ağıl və şəriətlə sabit olmasına deyilir. Həmçinin, o şəxsə "məruf" deyilir ki, Allah adamı olub, vacib və müstəhəb işlərdə insanlara kömək etmiş olsun.
    "Məruf" sözü, "münkər" sözünün ziddidir. "Məruf" şəriət və ağılla vacib və müstəhəb sayılan əməllərə məxsusdur. Lakin, mübaha, məruf deyilməz. Çünki, mübah (ixtiyarı iş) hər cür üstünlükdən boşdur.(Məsələn, mənim qarşımda çay var, istəsəm içərəm, istəməsəm yox.Bumübah işdir. )
    Üstünlüyü olmayan əməldə isə xeyir yoxdur. Məruf nə varsa, xeyirdir. İbni Əbbasdsan nəql olunan hədisdə oxuyuruq:
    "Məruf və tanınmış saleh şəxslər Qiyamət günü məhşərə daxil olarlar. Məruf olduqlarına görə günahlarının hamısı bağışlanmış, yaxşılıqları isə yerində qalmışdır. Ehsanları o şəxsə verərlər ki, günahları yaxşılıqlarından çox olar vəyaxşılıqlarına görə bağışlanar. Sonra hamısı Behiştə daxil olarlar. Beləliklə, insanlar barəsində ehsan və yaxşılıq hamını, dünya və Axirətdə cəmləşdirəcək. Budur ehsan və yaxşılıq edənin haqqının ödənilməsi!(Şərh Risalətul hüquq. Qapançı. cil. 2 səh 57 )
    27. AZANÇININ HAQQI
    وَأمّا حَقُّ الْمُؤَذِّنِ فَأَنْ تَعْلَمَ أنّهُ مُذَكِّرُكَ برَبكَ وَدَاعِيكَ إلَى حَظِّكَ وَأَفْضَلُ أَعْوَانِكَ عَلَى قَضَاءِ الْفَرِيضَةِ الَّتِي افتَرَضَهَا اللهُ عَلَيْكَ فَتَشْكُرَهُ عَلَى ذَلِكَ شُكْرَكَ لِلْمُحْسِنِ إلَيكَ. وَإنْ كُنْتَ فِي بَيْتِكَ مُهْتَمًّا لِذَلِكَ لَمْ تَكُنْ للهِ فِي أَمْرِهِ مُتَّهِماً وَعَلِمْتَ أنَّهُ نِعْمَةٌ مِن اللَّهِ عَلَيْكَ، لا شَكَّ فِيهَا، فَأَحْسِنْ صُحْبَةَ نِعْمَةِ اللَّهِ بحَمْدِ اللَّهِ عَلَيْهَا عَلَى كُلِّ حَالٍ. وَلا قُوَّةَ إلا باللهِ.
    "Azan verənin haqqı budur ki, biləsən, Pərvərdigarını sənə xatırladıb, nəsibinə (bəhrənə) tərəf dəvət edir. Allahın sənə vacib buyurduqlarını yerinə yetirməkdə, sənə ən yaxşı köməkçidir. Onu, bu xidmətinə görə sənə ehsan edən kimi qiymətləndir. Əgər sən evinin içində, onun işinə bədbinsənsə, bədbin olmamalısan. Sən bilirsən ki, şübhəsiz, o Allahınnemətidir. Allahın neməti ilə yaxşı rəftar et. Allah tərəfindən başqa heç bir güc və qüvvə yoxdur!"
    İmam Səccad (əleyhissalam)-ın bu bəhsdə buyurduqlarının xülasəsi budur ki, hər bir müsəlman bilməlidir ki, azan verənin onun boynunda haqqı vardır. Çünki, o, aşağıdakı mühüm işləri yerinə yetirir:
    Birinci: İnsana, Rəbbini xatırladır.
    İkinci: Namaz tərəfindən ona yetişən bəhrəyə tərəf dəvət edir.
    Üçüncü: Allahın insana vacib etdiklərini yerinə yetirməkdə, ən yaxşı köməkdir. Beləliklə, ondan elə təşəkkür etməlisən ki, ehsan edənin təşəkkürü kimi olsun. Əgər kimsə evində azan verənin işindən xoşu gəlmirsə, Allahın əmri olan bu işdə, ona bədbin olmamalıdır. Bunu da bilməlidir ki, azançı, Allahın nemətlərindəndir. İnsan, Allahın nemətinə ehtiram etməlidir. Nemətə ehtiram, hər halda ona şükr etməklə ələ gəlir.
    Gündəlik həyat işləri və məşğuliyyət, gecə-gündüz insanı özünə məşğul edir və onu Allahdan qafil edir. Azançı, Pərvərdigarın nida edəni hökümündə olub, insana maddi ləzzətlər içində qərq olmaqdan nicat verir. Özünün ruhu oxşayan nəğməsi ilə onun əlindən tutub, namazın əsası olan, kamal və səadətə tərəf çəkir. Fiqh və hədis kitablarında azan verən şəxsin yüksək məqam və hörməti barəsində çox mətləblər vardır. Azançıya elə savab və mükafatlar verilib ki, çox az adamlar bu savabı ələ gətirə bilərlər. İslamda azançıdan ötrü xüsusu hüquq vardır ki, bu qismətdə ona işarə edəcəyik. İmam Səccad (əleyhissalam) əxlaqi cəhətdən də azançının haqqını əda etməyə tövsiyə edir.
    AZAN SÖZÜNÜN LÜĞƏTDƏ MƏNASI
    Azan, ərəbcə lüğətdə "elan" mənasındadır.Tövbə surəsində oxuyuruq:
    "Bu Allahdan və Onun Peyğəmbərindən saziş bağladığnız müşriklərə elandır"!
    İslamda "azana", o cəhətdən azan deyilir ki, azançı öz uca səsi ilə namaz vaxtının daxil olmasını elan edir. Ərəf surəsində buyurur:
    "Bu zaman onların arasında bir azançı elan edəcəkdir".(Tövbə surəsi – 1  )
    AZANIN ŞƏRİ OLUNMA TARİXİ
    Azan, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) Mədinəyə hicrətin ilk ilində təyin olunur. Bu mövzuda başqa nəzər də vardır.Bəzilərinə görə azanın şəri olması o vaxtdan başlayır ki, müsəlmanların sayı çoxalır və namazın vaxtının bilinməsi, onlara müşkül olur. Bu zaman müsəlmanlar, namazın vaxtının hamıya çatdırılması və bu savabdan mərhum olmamaqdan ötrü məsləhətə başlayırlar. Bəziləri bundan ötrü zəng vurulmasını təklif edirlər. Lakin,İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bunu qəbul etmir. Buyurur: Bu cür çağırış xaçpərəstlərə aiddir. Bəziləri şeypurdan istifadə olunmasını təklif edirlər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) qəbul etmir. Bu da yəhudilərə aid idi.
    Bəziləri dəf çalmağı məsləhət bilirlər. Həzrət buyurur: Bu da, rumluların işidir. Bəziləri atəş yandırmağı təklif edirlər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Bu da məcuslara aiddir. Bəziləri bayraq qaldırmağı məsləhət bilirlər. Həzrət susur. Nəhayət, onların müəyyən bir mövzuda ittifaqı olmur. Bu zaman Cəbrail nazil olur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əli (əleyhissalam)-ın evində idi. Azan hökümünü müsəlmanlara xəbər verirlər.
    "Şeyx Səduq" özünün, "Mən la yəhzurul fəqih" kitabında nəql edir: İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:
    "Cəbrail İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olanda, Həzrət Əli (əleyhissalam) evində yatmışdı. Cəbrail, azan və iqamə dedi. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Əli can! Eşitdin? Ərz etdi! Bəli! Ya Rəsulallah! Buyurdu: Hifz etdin? Həzrət Əli (əleyhissalam): Bəli! Ya Rəsulallah! Buyurdu: Bəs, Bilala öyrət! Həzrət azanı Bilala öyrətdi.
    AZANIN ŞƏRİ HÖKÜMÜ
    Kişi və qadına müstəhəbdir ki, gündəlik namazdan əvvəl, azan və iqamə desinlər. Məşhur fəqihlər, mütləq şəkildə azan və iqamənin deyilməsinə və savabının çox olmasına təkid edirlər. Bəzi kitablarda, o cümlədən "Cüməl", "Məqnə" "Nihayə", "Məhsub Vəsilə", "Mühəzzəb" və "Əhkamun-nisa" kimi kitabın müəllifləri camaat namazında, kişilərə azanın vacib olmasını bildirirlər.
    Aşağadakı hallarda azanın saqit olması, alimlər arasında məşhurdur:
    Birinci: Cümə günü, cümə namazı qılarkən yaxud, zöhr namazını qılarkən.
    İkinci: Ərəfə günü, əgər əsr namazı zöhrlə birlikdə qılınsa, azan saqitdir.
    Üçüncü: Qurban bayramı gecəsində, məşrul həramda olub, işa namazını məğrib namazı ilə birlikdə qılan vaxt.
    Dördüncü: İstihazə qadının əsr və işa namazında o vaxt saqit olur ki, bu namazları dərhal, zöhr və məğrib namazından sonra qılsın.
    Beşinci: Özünü bol və ğaitin xaric olmasınından saxlaya bilməyənin əsr və işa namazında.
    Bu beş yerdə o vaxt azan saqit olur ki, bu namazları fasiləsiz əvvəlkindən sonra qılsınlar."(Ürvətul-Vüsqa )
    Azan və iqamə demək şəraiti aşağıdaklardan ibarətdir.
    Birinci: Niyyət. Azan və iqamədə axıra kimi niyyət olunmalıdır. Beləliklə, qəsd qürbətsiz deyilən azan və iqamə düzgün deyildir.
    İkinci: İman. Azançı mömin olmalıdır. İmam Sadiq (əleyhissalam)-dan bu barədə hədis var. Amma, həddi buluğa yetişmək azanda şərt deyildir. Xüsusi ilə əhaliyə elan olunan azanda, bu şərt deyildir. Elan azanında kişinin olması şərtdir. Kişilərin də namazında, kişi azançı olması şərtdir.
    Üçüncü: Azanla iqamə arasında tərtib gözlənilməlidir.
    Dördüncü: Azan və iqamənin cümlələri arasında ardıcıllığı gözləmək.
    Beşinci: Ərəbcə səhih oxumaq.
    Alimlər, azan və iqamənin müstəhəb əməllərini də zikr etmişlər. Onlardan:
    Birinci: Müstəhəbdir ki, təzə doğulmuş uşağın sağ qulağına azan, sol qulağına isə iqamə deyilsin.
    İkinci: Biyabanda, cin və başqa şeydən dəhşətə gələn anda azan demək savabdır.
    Üçüncü: Qırx gün ət yeməyənin qulağına azan demək müstəhəbdir.(Ürvətul-Vüsqa )
    Bura kimi şiə alimlərinin, azan və iqamənin deyilməsini təkidini haqqında bəhs etdik. İndi də sünnü alimlərinin bu barədəki nəzərinə işarə edək.
    Sünnü alimlərindən, Maliki, Əbu Hənifə, Şafei,azan və iqamənin deyilməsinin müstəhəb olmasında şiə alimləri ilə müvafiqdirlər.
    Onlar da deyirlər ki, azan və iqamə bütün namazlarda, vətəndə, səfərdə, camaat və tək namazda, vacib yox, müstəhəbdir. Amma, Əhməd İbni Hənbəli, azan və iqamənin kifayi vacib(Yəni, kimsə desə, başqalarından saqitdir, amma heç kəs deməsə hamı günahkardır. ) olmasını bildirir. Şafei və Malikinin də əshabı bu nəzərdə idilər.(Şərh Risalətul hüquq. Qapançı. Cil. 2. səh 90 )
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 699 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024