İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:09 PM
    AZANIN SÖZÜNDƏ İXTİLAF
    Şiələr mötəqiddirlər ki, "Həyyə əlal-fəlah", iki dəfə deyilməlidir. Həmçinin, "Həyyə əla xeyril-əməl" də, iki dəfə deyilməlidir. Lakin, əhli-sünni mötəqiddirlər ki, bu sözlərin yerinə: "Əssəlatu xeyrün minən-növm" deyilsin. Amma, ixtilafın haradan başlanması barəsində şiələr mötəqiddirlər ki: "Həyyə əla xeyril-əməl" cümləsi, İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) dövründə təyin olunmuşdur. Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm), Əhli-beyt (əleyhissalam) və məsum İmamlar (əleyhissalam) hamısı tarix boyu, "Həyyə əla xeyril-əməl" cümləsini demişdirlər.
    Həzrət Əli (əleyhissalam)-dan nəql olunur ki, buyurur: "İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) eşitdim ki, buyurur:
    Sizlərin ən yaxşı əməli namazdır.Bilala buyurur ki, namazda "həyyə əla xeyril-əməl" desin"!
    Amma, sünnü alimləri mötəqiddirlər ki, "həyyə əla xeyril-əməl" cümləsi, İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) dövründə olub və Həzrət onu deyib. Lakin, sonradan Ömər ibni Xəttab göstəriş verir ki, "həyyə əla xeyril-əməl" cümləsini, "Əssalatu xeyrun minə-novm" cümləsi ilə əvəz etsinlər.
    Sədəddin Təftəzani "Şərh-Üzəd" kitabının haşiyəsində Ömərdən nəql edir:
    "Ömər dedi: Üç şey var ki, İslam Peyğəmbərinin dövründə var idi, amma mən onu haram edirəm və sizi bu işi görməkdən çikindirirəm. Biri "həcc təməttö", ikinci, "mütə" (siğə), üçüncü, azanda "həyyə əla xeyrül-əməl" deməkdir."
    Məşhur İslam alimi Quşçu özünün "Şərh-Təcrid" kitabının "İmamaət" bəhsinin sonunda qeyd olunan hədisi nəql edir və Ömərin bu sözləri deməsini də nəql edir: Hər kim bu üç əməli yerinə yetirsə, onu cəzalandıracağam!"- Alim yazır: Mən bilmirəm, Ömər hansı sənədə və dəlilə əsasən, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) dövründə olan bu üç əməli ləğv etməyi iddia edir? Görəsən, İlahi hökmlərə dəxalət edib, dəyişməkdə özünü haqlı bilirmi? Onun bu işə şəri icazəsi varmı? Bu sualın cavabını, həmin əqidəyə mötəqid olanlar verməlidirlər!
    AZANIN SÖZLƏRİ
    "Vəsail-Şiə" kitabında nəql olunmuş çoxlu rəvayətlərdə azanın sözləri aşağıdakılar kimi qeyd olunmuşdur:
    1. Alahu Əkbər. 4-dəfə.
    2. Əşhədu ən-la İlahə iləlləllah. 2-dəfə.
    3. Əşhədu ənnə Məhəmmədən Rəsulullah. 2-dəfə.
    4. Həyyə əlas-səlah. 2-dəfə.
    5. Həyyə ələl-fəlah. 2-dəfə.
    6. Həyyə əla xeyril-əməl. 2-dəfə.
    7. Allahu- Əkbər. 2-dəfə.
    8. La ilahə illəllah. 2-dəfə.
    Ancaq, azanın, "Əşhədu ənnə Əliyyən vəliyyullah" cümləsi, azanın əsl tərkib hissəsi olmayıb, azanda deymilməsi savabdır. Hədislərdə bu cümlənin də deyilməsinə təkid olunmuşdur.
    İMAM RZA (ƏLEYHİSSALAM), AZANIN HİKMƏTİ BARƏSİNDƏ
    Şeyx Səduq İmam Rza (əleyhissalam)-dan nəql edir ki, Həzrət buyurur:
    "Həqiqətən, müsəlmanlar bir neçə səbəbə görə azana əmr olunmuşdular. O onlardan, namazı unudanlara xatırlatmaq, qafilləri agah etmək, namazın vaxtını bilməyənlərə xəbərdarlıqdır. Həmçinin, azançı öz azanı ilə insanları Allahın ibadətinə dəvət edir. Onları namaza meyilli edib, Allahın təklifinə iqrar etdirir. İman və İslamını aşikar elan edib, unudanlara xatırladır.
    Azançıya, namazıelan etdiyinə görə azançı deyirlər. Azan, təkbirlə (Allahu Əkbər) başlayıb, la ilahə illəllah deməklə qurtarır. Çünki, Allah-taala Öz adını əvvəldə və sonda, La ilahə illəllah deməyi sevir. İki dəfə təkrar edir ki, eşidənə təsir etsin. Əgər birinci cümləni deməklə qafil ayılmasa, ikinci cümlə ilə özünə gələr. İmanın əsli şəhadəti deməkdir.Beləliklə, şəhadəti demək iki dəfə qərara alınmışdır.Necə ki, başqa hüquqlarda da, iki şahid tutulur. Bəndə, Allahın təkliyinə və Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) risalətinə iqrar etdikdə, imanın bütün rükununa iqrar etmiş olur. Çünki, imanın əsası, Allaha və Peyğəmbərinə iqrar etməkdir. Şəhadət verdikdən sonra namaza dəvət edir. Çünki, azan əsasən, namaza dəvətdən ötrü təyin olunmuşdur. Bu da, azanın sözləri arasında namaza olan nidadır. Daha sonra nicat və hidayət olunmağa dəvət olunur. Sonra "Həyyə əla xeyril-əməl"lə, ən yaxşı əmələ dəvət olunur. Nəhayət, azan sonda, Allahın adı ilə sona yetir.(Vəsail-Şiə. C. 4.səh.646. )
    AZAN VERMƏYİN SAVABI
    İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) buyurur:
    "Hər kim müsəlman şəhərlərindən birində bir il azan versə, Behişt ona vacib olar!"(Vəsail-Şiə. C. 4.səh.646. )
    Başqa yerdə İmam Baqir (əleyhissalam)-dannəql olunur ki, buyurur:
    "Behiştə daxil olacaq ilk şəxslərdən biri də, Bilaldır. Soruşdular: Nəyə görə? Həzrət buyurur: Çünki, ilk azaçı olub!"(Vəsail-Şiə. C. 4.səh.646. )
    Başqa yerdə, yenə də İmam Baqir (əleyhissalam)-dannəql olunur ki, İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) buyurur:
    "Azan verən, qılıncını sıyırıb İslam düşmənləri ilə cihad edən kimidir!"
    Həzrət Əli (əleyhissalam) buyurur:
    "Qiyamət günü azan verənlər, uca boylu və boyunları yuxarı çəkilmiş halda gələrlər!"(Vəsail-Şiə. C. 4.səh.613. )
    Şeyx Səduq öz kitablarından birində İslam Peyğəmbərindən (səllallahu əleyhi və alihi və səlləm)rəvayət nəql edir ki, Həzrət buyurur:
    "Allaha görə azan verənə, Allah-taala qırx min şəhidin, qırx min saleh şəxsin savabını əta edər. Onun əli ilə ümmətimdən qırx min günahkar Behiştə daxil olar. Agah olun! Azançı Allahın təkliyinə şəhadət verərkən, yetmiş min məlaikə ona salam verər və ondan ötrü istiğfar edərlər. Qiyamət günü Allah-taala məxluqatın hesabını qurtarana kimi onlar, Allahın ərşi sayəsində olarlar. Azançının, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) risalətinə şəhadətinə xatir, qırx min mələk ona salam göndərir!" (Vəsail-Şiə. C. 4.səh.613. )
    30. PİŞNAMAZIN HAQQI
    وَأمّا حَقُّ إمَامِكَ فِي صَلاتِكَ فَأَنْ تَعلَمَ أنّهُ قَدْ تَقَلَّدَ السِّفَارَةَ فِيمَا بَيْنَكَ وبَيْنَ اللَّهِ وَالْوِفَادَةَ إلَى رَبكَ، وتَكَلَّمَ عَنْكَ وَلَمْ تَتَكَلَّمْ عَنْهُ، وَدعَا لَكَ وَلَمْ تَدْعُ لَهُ، وَطَلَبَ فِيكَ وَلَمْ تَطْلُبْ فِيهِ، وَكَفَاكَ هَمَّ الْمَقَامِ بَينَ يدي اللهِ وَالمُسَاءَلَةَ لَهُ فِيكَ وَلَمْ تَكْفِهِ ذَلِكَ، فَإنْ كَانَ فِي شَيْءٍ مِنْ ذَلِكَ تَقْصِيرٌ كَانَ بهِ دُونَكَ، وَإنْ كَانَ آثِماً لَمْ تَكُنْ شَرِيكَهُ فِيهِ وَلَمْ يَكُنْ لَهُ عَلَيكَ فَضلٌ، فَوقَى نَفْسَكَ بنَفْسهِ، وَوَقَى صلاتَكَ بصَلاتِهِ، فَتَشْكُرَ لَهُ عَلَى ذلِكَ. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.
    "Camaat namazında, sənin pişnamazının haqqı budur ki, biləsən, o, Allaha tərəf seyr etməyi Allahla sənin aranda öz öhdəsinə götürmüşdür. O, bu məqamda sənin tərfindən söz danışır və sən onun tərəfindən danışmırsan. O səndən ötrü dua edir, amma sən ondan ötrü dua etmirsən. O səndən ötrü Allahdan istəyir, amma sən ondan ötrü istəmirsən. Allah-taalanın dərgahında dayanmaqvəsənin tərəfidən istəmək kimi əhəmiyyətli və məsuliyyətli bir işi öz öhdəsinə almışdır. Sən isə ona görə bir şeylə kifayətlənməyib, öhdənə bir şey almırsan. Əgər bu işdə bir eyb qarşıya çıxsa, sən yox, o cavabdehdir. O, özünü sənə, namazını isə sənin namazına sipər qərar verib. Bəs buna görə də, ona təşəkkür etməlisən.Allah tərəfindən başqa heç bir güc-qüvvət yoxdur!"
    İmam Səccad (əleyhissalam)-ın buyurduqlarının xülasəsi budur:
    Namaz qılan bilməlidir ki, pişnamaz, Allahla onun arasında vasitə olub, onun tərəfindən söz danışır, dua edir və dua məqamında onun tərəfindən təvazökarlıq və razi-niyaza dözür. Əgər onun namazında qüsur və naqislik olarsa, imam camaat cavab verər, günahında da, heç kəs şərik deyildir.
    Pişnamazın, arxasında durub namaz qılanın heç bir üstünlüyü yoxdur, bəlkə də, pişnamaz, Allah dərgahında sənin namazını qoruyandır.
    Bu fəsildə bəhs, namazın əslindən yox, pişnamazdan gedir. Mehrabda duran pişnamaz, bütün namaz qılanları Şeytanla döyüşə və mübarizəyə cəm etmişdir. Həmçinin, pişnamaz, bütün namaz qılanları, Allahın feyz və rəhmətini qazanmağın qaynağına cəlb etmiş, qəlb karivanını Allaha tərəf çəkib, onların hamısının tərəfindən ən nəhayət təvazökarlıq və pişnamazlığı ilə dövlətli və kasıbı bir yerə cəm etmişdir. Padşah-rəiyyət, ağ-qara, alim-cahil, dövlətli-kasıb, hamısını bir sıraya düzüb, təkəbbürü aradan aparmışdır.
    CAMAAT NAMAZININ HİKMƏT VƏ TƏSİRLƏRİ
    Allah-taala, insanların kamal yolunu seyr edib, möminlərin ibadətin bərəkət və təsirlərindən bəhrələnmələrindən ötrü bəzi ibadətləri birlikdəvə xüsusi vaxtda qərar vermişdir. Camaat namazının təsirləri aşağadakılardan ibarətdir:
    Birinci: Hamının namazda eyni halda rukuya, səcdəyə gedib təşəhhüdü demsilə, Allah-taalanın əzəmət və camalının insanların qəlbinə nüfuzu.
    İkinci: Müsəlmanların camaat namazı vasitəsilə şövkət və əzəmətlərin cilvələnməsi.
    Üçüncü:Bir sıra işlərin nəzmini tanıyıb pişnamaza iqtida etməklə, işlərin yola düşməsi.
    Dördüncü: Beş vaxt camaat namazının vasitəsilə ictimai bağlılıq, ülfət və qardaşlığın vücuda gəlməsi.
    Beşinci: Camaat namazı qılınması sayəsində, namaz qılanların bir-birinə şəhadət vermələri və alış verişdə inanıb etimad etmələri.
    Altıncı: Camaat namazının ilk vaxda bərpa olunmasına görə Allaha yaxın olub, duaların qəbul olunması.
    Yeddinci: Camaat namazında insan bütün maddi aləmə olan meyillərindən ayrılıb, "Təkbiratul-ehram" deməklə, Allahdan başqa hər şeyi arxada qoyub, yalnız, Allaha təvəccö etməsi.
    Səkkizinci: Camaat namazları səbəb olur ki, məscid və ibadətgahlar düzəldilsin. Bu da, həm zahiri, həm də batini düzəlişdir.
    Doqquzuncu: Namaz qılanların bir-birindənxəbərdar olması, camaat namazı sayəsində qardaşlıq və ülfətin möhkəmlənməsi.
    Onuncu: Müxtəlif şəxslərin bir yerə toplanması, kasıb-dövlətli, qara-ağ, ağa-nökər, alim-cahil hamısı bir sırada dururlar. Camaat namazı, insanlar arasında millətçilik və ayrı-seçkiliyi aradan qaldıran ən yaxşı amildir.
    Ayrı-seçkilikvə ictimai təbəqələşmə, camaat namazında iştirak etməklə aradan qalxır. Müsəlmanları camaat namazınarəğbətləndirən rəvayətlər arasında bu, təsirlərin çoxusu açılıb şərh edilmişdir. Bu rəvayətlərdən bəzilərini nəql etməklə, camaat namazının savabı ilə tanış olaq.
    CAMAAT NAMAZININ ƏHƏMİYƏTİ AŞKARDA OLMASIDIR
    İmam Rza (əleyhisalam)-dan nəql olunur ki, buyurur:" Camaat namazı o, cəhətdən şəriətdə təyin olunub ki, bəndələrin Allah müqabilində ixlası və təslim olması yalnız, pərdəsiz və aşkarda ibadəti ilə təhəqqüq tapır. Bu işin cəmiyyət içində baş verməsi, şərq və qərbdə insanların yalnız, tək Allahları olmasına dəlalətdir. Münafiq və xar olunmuş, dili ilə iqrar etdiyini aşikarda yerinə yetirsin və bununlada, onların İslamda olmaları aşkar olsun. Bunlardan əlavə, camaat namazında insanların bir-birinin əlindən tutub köməklik göstərmələri, Allaha pərəstiş və dostluq asanlaşır. Camaat namazı, Allahın nəhy buyurduğu bir çox şeylərdən çəkinilməsinə səbəb olur."
    Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam) camaat namazının fəziləti barəsində buyurur:
    "İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Hər kəs gündəlik namazlarını camaatla qılsa, onun barəsində xeyirə fikirləşin. "
    Bu həmin məsələdir ki, əvvəlcədən işarə etmişdik. O da namaz qılanların bir-birinə etimad etmələridir. Əvvəlki rəvayətdə İmam Rza (əleyhissalam) buyurur: Ümumiyyətlə, Allah-taala, camaat namazının şəriətdə təyin edib ki, bəndəlik və Allaha ibadət insanların gözü önündə aşkarda keçirilsin. Dünyanın şərq və qərbində hamı bu İlahi fərizəni dərk etsinlər.
    Həmçinin, İmam (əleyhissalam) həmkarlıq və köməkliyə işarə edərək, buyurur: Camaat namazının bərəkətlərindən biri də, cəmiyyətdə pis və bəyənilməmiş işlərin qarşısı alınır, insanlar arasında yaxşı işlər artır.
    Məşhur İslam alimi Hacı Mirzə Cavad Mələki Təbrizinin "Əsrarus-salat" kitabından
    Camaat namazının şəriətdə təyin olunmasının əsas hikməti, Allah qarşısındavəzifələrini yerinə yetirməkdə müsəlmanların birliyinin olmasıdır. Bu birliyin hədsiz dərəcədə faydaları vardır. Bundan əlavə, camaat namazının, nəfslərin kamala yetib, Allah yolunda qüvvət tapması və Onun rəhmətinin cəlb olunmasında böyük rolu vardır. Çünki, əgər onlardan hər birisinə Allahın rəhməti aid olsa, xüsusilə əgər onların birliyi Allaha görə və Onun yolunda olsa, bu rəhmət, ləyaqətləri olmasa da, hamıya aid olar.
    Cəmiyyətin qəlblərinin birliyi, az suların bir-biri ilə birləşməsi kimidir. Belə sular birləşərkən, az su hökmündən xaric olub, kür su olur. Bununla da, az nəcasətlə paklıqları aradan getməz.
    Ümumiyyətlə, mühüm qəlblərin birliyidir. Bəs hər kəs, qəlbləri Allah yolunda bir-biri ilə bağlı olan cəmiyyətlə namaz qılmağa fürsət tapsa və cammat namazı qılsa, ravayətlərdə camaat namazının fəziləti barəsində nəql olunanlara aid olmasına ümidvar ola bilər. Lakin, hər kim camaata qarşı qəlbində kin-küdurət olan haldacamaat namazı qılsa və rəvayətlərdə Allahın camaat namazına verdiyi savaba ümidvar olsa, bilsin ki, bu arzu qürur və özünü aldatmaqdan başqa bir şey deyldir.
    Qəlbini paklaşdırıb nəfsini təmizləyən hər bir pişnamazı, sözsüz ki, hamı tanıyıbsevəcəkdir. O da öz növbəsində həmin İlahi məhəbbətin onunla möminlar arasında olduğuna xatir, onlara qarşı özlərindən də qabaq məhəbbətli olub, onları çox sevər. Nəticədə, onların camaat namazları İlahi istək üzrə olub, savabı çox olacaqdır.
    Lakin, qəlbləri bir-birinə qarşı kin-küdurətdə olub, müxalif niyyətli, zahirdə bir yerə yığışıb camaat namazı qılanlar, biri digərinin pisliyini istəyənlər, Allahın başqasına verdiyi nemətə xatir həsəd aparanların namazları heç də güman edilmir ki, bu İlahi feyzə çatsın və belə cəmiyyətin Allah yanında fəziləti olsun. Çünki, ibadətin əsası budur ki, qəlbə müsbət təsir qoyub onu nurlandırsın.(. "Şərh Risalətul-hüquq” Sipehri. səh.155  )
    Camaat namazının savabı
    Əbi Səid Xidri, İslam Peyğəmbərindən (əlləlləahu əleyhi və alehi və səlləm) nəql edərək buyurur:
    "Əsr namazından sonra Cəbrail yetmiş min mələklənazil olaraq buyurdu: Ya Məhəmməd! Allah-taala salam göndərir və səndən əvvəl heç bir peyğəmbərə vermədiyi iki hədiyyəni sənə bağışlayır. Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) soruşur: O iki hədiyyə nədir?
    Cavab verir: Birinci: Bir rəkət "vitr" namazı. İkinci: Gündəlikbeş vaxt namazı camaatla birlikdə qılmaq.
    Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) soruşdu: Mənim ümmətim üçün camaat namazında nə savab var? Cəbrail buyurur:
    Ya Məməmməd! Camaat namazında iki nəfər olsa , hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə yüz əlli rəkət namazın savabını yazar. Üç nəfər olarsa, Allah-taala onların hər birinə hər bir rəkətə görə iki yüz əlli rəkət namazın savabını yazar. Namaz qılanlarının sayı dörd nəfərə çatarsa, Allah-taalaonların hər birinə, hər bir rəkətin müqabilində min iki yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı beş nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə min üç yüz rəkət namazın savabını yazar.Əgər namaz qılanların sayı altı nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə iki min dörd yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı yeddi nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə dörd min altı yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı səkkiz nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə doqquz min altı yüz rəkət namazın savabını yazar.
    Əgər namaz qılanların sayı doqquz nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə on doqquz min rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı on nəfərdən çox olarsa, yer və göylərdəki dəryalar mürəkkəb, ağaclar qələm, bütün cin, insan və məlaikələr yazan olsalar, onların namazlarının bir rəkətinin savabını yazmağa qüdrətləri olmaz.
    Ya Məhəmməd! Möminin "təkbir"lə (Allahu-Əkbərlə) qoşulduğu camaat namazının savabı, ondan ötrüvacib olmayan yetmiş həcc və min ümrədən üstündür.”("Şərh Risalətul-hüquq” Qapançı .c.2.səh.144 )
    Başqa bir rəvayətdə, raviİmam Sadiq (əleyhissalam)-dan soruşur: "İki nəfərlə camaat namazı bərpa olurmu? Buyurur: Bəli!İkinci nəfər pişnamazın sağ tərəfində durmalıdır”(Vəsail şiə . c.5. səh.379 )
    Başqa bir hədisdə nəql olunur ki, Cuhni adlı bir nəfər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və soruşur: Mən səhralıqda yaşayıram. Azandan sonra zövcəm, övladlarım və xidmətçilərimlə birlikdə camaat namazı qılıram. Bu camaat namazı sayılırmı? Həzrət buyurur: Bəli!
    Bütün bu rəvayətlərə diqqət etdikdən sonra nəyə görə əmirəl-möminin Əli (əleyhissalam)-ın şiələri bu qədər savabı əldən verməlidirlər? Məgər bu, ən pis xəsarət sayılmazmı?
    Pişnamazlardan əhvalvtlar
    Camaat namazının savavbı barəsində qısa şəkildə rəvayətlər nəql etdikdən sonra yerinə düşər ki, tarixçi Qapançının "Şərh risalətul-hüquq" kitabında nəql etdiyi bir neçə əhvalata işarə etməklə bu bəhsimizi sona yetirək.(Şərh Risalətul-hüquq”. Səh.147 )
    Birinci: Mucrim adlı bir nəfər ərəb, pişnamazın arxasında birinci sırada durub namaz qılırmış. Pişnamaz öz qiraətinin arasında bu ayəni oxuyur:
    ”Məgər biz öndə gedənləri həlak etmədikmi? Sonra isə başqalarını da onlara birləşdirdik!"
    Ərəb bu sözü eşitcək üçüncü sıraya keçir. Pişnamaz öz qiraətində bu ayəni oxuyur:
    "Biz cinayətkarlara belə cəza veririk "
    Ərəb öz-özünə deyir: Allaha and olsun ki, məndən başqa heç kimi nəzərdə tutmayıb!. Ayaqqabısınıgötürüb məsciddənqaçır!
    İkinci: İbrahim, Musa və Hacı Əhməd adlı üç qardaş vardı. Onlar köməkli bir məscid tikdirərək camaat namazından ötrü bir nəfər pişnamaz təyin etmiş, məscidi birlikdə idarə edirdilər. Günlərin birində pişnamaz namazda bu ayəni qiraət edir:
    "Həqiqətən, bu deyilənlər əvvəlki kitablarda mövcuddur. İbrahimin və Musanın kitablarında.”
    Namaz qurtardıqdan sonra hacı Əhməd pişnamaza belə müraciət edir: Məgər bilmirsən ki, bu məscidi biz qardaşlar tikib idarəsində də müştərəkik? Pişnamaz cavab verir: Bəli! Bəs necə olur ki, o iki qardaşımın adını namazda çəkirsən , amma məni yaddan çıxarırsan?!
    Pişnamaz cavabında buyurur: Bu Quran ayələridir, onu artırmaq olmaz.
    Hacı Əhməd cavab verir: Xeyr! De ki: Bu mənim o iki nəfərə qarşı məhəbbətimdir. Əgər bundan sonrakı namazda mənim də adımı çəkməsən əlimdəki əsa ilə səni möhkəm əzişdirəcəm! Pişnamaz canının qorxusundan növbəti namazda oxuyur:
    "İbrahimin, Musanın və hacı Əhmədin kitablarında"
    Namazdan sonra namaz qılanlar pişnamazdan soruşurlar: Hacı Əhmədin adını hardan Qurana saldın?! Cavab verir: Möhkəm əsa zərbəsilə hədələmək səbəb oldu ki, hacı Əhmədin adı Qurana düşsün!
    Üçüncü: Nəql olunur: Bir nəfər pişnamaz, bazardanvedrə alıb, məscidə namaza gəlir. Namaz qılarkən vedrəni gözünün qabağına qoymaqdan utanıb, onu arxa tərəfinə qoyur. Rükuya gedərkən vedrə yadına düşür. Güman edir ki, vedrəni oğurladılar. Ona görə də, başını rükudan qaldırarkən: "Rəbbəna! Ləkəl həmd!" (İlahi Sənə həmd olsun!)- deməyin əvəzinə, buyurur: "Rəbbəna! Ləkəs-sətl!” (İlahi! Vedrəni Sənə tapşırdım!). Bu zaman, dalda namaz qılanlardan biri deyir: :Əs-sətlu xəlfəkə la bəsə bi ”! (yəni, vedrə yanındadır, bir şey olmayıb)
    Dördüncü: Bir nəfər pişnamazın arxasında namaz qılırmış. Pişnamaz nə qədər çalışırsa, "Fatəhə" surəsi yadına düşmür. Bədəninə titrəmə düşür.Başlayır: "Əuzu billahi minəş-Şeytanir-rəcim" cümləsini təkrar-təkrar deməyə. Bu vaxt arxadan bir nəfər deyir: Şeytanın günahı yoxdur, sən namazı unutmusan!
    Bəli! Camaat namazı barəsində zikr olunmuş savablar, həm pişnamaza, həm də arxada namaz qılana aiddir.
    31. MƏCLİS YOLDAŞINIHAQQI
    وَأمّا حَقُّ الجَلِيسِ فَأَنْ تُلِينَ لَهُ كَنَفَكَ وَتُطِيبَ لَهُ جَانِبَكَ، وَتُنْصِفَهُ فِي مُجَارَاةِ اللَّفْظِ ولا تُغْرِق فِي نَزْعِ اللَّحْظِ إذَا لَحَظْتَ وتَقْصُدَ فِي اللَّفْظِ إلَى إفْهَامِهِ إذَا لَفَظْتَ. وَإنْ كُنْتَ الْجَلِيسَ إلَيْهِ كُنْتَ فِي الْقِيَامِ عَنْهُ بالْخِيَارِ وَإنْ كَانَ الجَالِسَ إلَيكَ كَانَ بالخِيَارِ. ولا تَقُومُ إلا بإذْنِهِ وَلا قُوَّةَ إلا باللهِ.
    "Məclis yoldaşının haqqı odur ki,biləsən, onunla mülayim davranmalı, açıq ürəklə qəbul etməli , xoş gəlmisənlə qarşılamalı və danışıqda onunla insaflı olmalısan. Bir dəfə görməklə ondan nəzərini çəkmə. Danışıqda hədəfin onu başa salmaq olsun. Əgər bu yoldaşlıq zamanı sən onunla oturmaqdan ötrü onun yanına daxil olsan, ixtiyar səninlədir. Nə vaxt istəsən dura bilərsən. Yox, əgər o bu işdə o sənə müqəddəm olsa, ixtiyar onunladır. Ondan icazə almamış durub məclisi tərk etmə. Allahdan başqa heç bir güc-qüvvət yoxdur"
    "Məkarimul-Əxlaq " kitabında bu cümlələr yazılıb:
    "Məclis yoldaşının xətalarını unut, yaxşılıqlarını yadda saxla və qulağına yalnız yaxşı sözlər de! "
    Beləliklə, səninlə bir yerdə oturub-duran dostunun hüquqları bunlardır:
    1. Onunla yaxşı rəftar et.
    2. Danışıqlarında onunbarəsində insafa riayət et.
    3. Danışanda hədəfin onu anlatmaq olsun.
    4. Məclisdə oturmaq haqqına riayət et.
    5. Əgər əvvəl özün onun yanına gəlimisənsə, ondan icazəsiz məclisi tərk etmə.
    6. Xətalarını görməməzliyə vur.
    7. Onun haqqında həmişə yaxşı fikirlər niyyətində olasan.
    İmam Səccad (əleyhissalam) bu kitabda yoldaş, dost və məclis yoldaşının hüquqlarına işarə etmişdir. Əslində, ola bilsin, bu üç söz bir mənaya işarə olsun. Lakin, bəzi fərqlər var ki, dost və yoldaşın hüquqlarında onlara işarə olunacaq.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 1102 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024