İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:06 PM
    İNSAN İCTİMAİ MÖVCUDDUR
    Bu bəhsdə, məclis yoldaşından məqsəd, həmişə bir məclisdə oturub və ya bir-biri ilə yoldaşlıq edənlərdirlər. Hər halda, insanın kiminləsə bir yerdə oturması, hüquq və haqqın olmasına səbəb olur. Ümumiyyətlə, bəşər övladı bütün ömrü boyu bir nəfər məclis yoldaşına, dosta və həmkara möhtacdır. Çünki, insanın ictimai yaşayış meyilli olması artıq bir həqiqətdir. İnsan tənhalıqdan əziyyət çəkir və qürbət hissi keçirir. Əksinə, yaxşı yoldaş və dostla olmaqından ruhlanır və xoşhal olur.
    DOSTUN İNSANIN ŞƏXSİYYƏTİNDƏ ROLU
    Hər bir insanın yoldaşı, dostu və həmkarının onun şəxsiyyətinin formalaşmasında, dünya və Axirətinə böyük təsiri vardır. Yoldaşın mənfi yaxud, müsbət rəftarı insanın həyatının müxtəlif mərhələlərinədə öz əsərini qoyur. Bu təsir o dərəcədədir ki, İslam Peyğəmbəri (əlləlləahu əleyhi və alehi və səlləm) insanın şəxsiyyətinin meyarvə mizanını onun dostunun şəxsiyyəti ilə ölçür, buyurur: "Hər kəs öz dostunun yolunda və raftarında olar "(Şafi. C.1.səh.192 )
    İnsanın dost və yaxşı yoldaşının olmaması ondan ötrü böyük bir müsibətdir. Həzrət Əli (əleyhissalam) buyurur:
    "Hər kim, Allaha görə dost tutduğu şəxsi əldən verərsə, bədəninin ən şərəfli əzasını əldən vermiş şəxs kimidir."(Şərh Ğurər və Durər. C. 5. səh.472 )
    İndiki, dostun insanın həyatında böyük rol oynamağı məlum oldu, onun seçilməsində çox diqqət olunmalıdır. Bununlada yaxşı dostun əldən verilməsinin qarşısı alınar.
    LƏYAQƏTLİDOSTUNSEÇİLMƏSİ
    İmam Sadiq (əleyhissalam) dost seçmək barəsində buyurur: "Hər kim sənə qarşı üç dəfə qəzəblənsə və eyni halda sənin barəndə pis söz danışmasa belə şəxs dostluğa layiqdir. Onu özünə dost seç.”(Tarix Yəqubi .c.2.Səh.383.  )
    HƏMİŞƏKİ VƏ MÜVƏQQƏTİ DOSTLAR
    Həzrət Əli ( əleyhissalam ) bu barədə buyurur:
    "Hər kim, doğru imtahandan sonra birini özünə dost seçsə, bu dostluq möhkəm və məhəbbətləri çox olar.”(Şərh Ğurər və Durər. C. 5. səh.397 )
    Həzrət yenə bu mövzuda buyurur:
    "Hər kim yoxlamadan başqası ilə dostluq peymanı bağlasa, məcbur olar ki, fasid və əşrar şəxslərə yoldaş olsun.”(Biharul-Ənvar. C.74.səh.191 )
    PİSLƏRLƏ OTURUB-DURMAĞIN TƏSİRİ
    Həzrəti Əbdül-Əzim Hüseyni, İmam Baqir (əleyhissalam)–dan, o da babası İmam Əli (əleyhissalam)-dan nəql edir, buyurur:
    "Pislər və şər adamlarla oturub-durmaq, insanın yaxşı və saleh şəxslərə qarşı pis fikirdə olmasına səbəb olur."
    İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:
    "Üç dəstə var ki, onlarla oturub-durmaq qəlbi öldürər: Birinci: Şərəfsiz, abırsız və imansız şəxslərlə oturub-durmaq. İkinci: Qadınlarla çox danışmaq. Üçüncü: Dövlətlilərlə oturub-durmaq.”(Biharul-Ənvar. C.74.səh.191 )
    Yuxarıdakı iki hədisdə, iki tayfa pislərlə oturub durmağı qəlblərin ölməsinə səbəb olması vurğulanır. Onlardan bir tayfası, təkəbbürlü sərvətlilərdir. Başqa bir hədisdə İmam Baqir (əleyhissalam)-dan sərvətlilərlə oturub-durmağı soruşan bir kişinin cavabındabuyurduğunu oxuyuruq:
    "Ey kişi! Sərvətlilərlə çoxda oturub-durma. Çünki, insana pis təsir qoyur. Belə şəxslərlə oturub-duran şəxs, onunla yoldaşlıqdan əvvəl öz vücudunda Allahın ona verdiyi ne məti görüb duyurdu, lakin sərvətli ilə yoldaşlıq etdikdən sonra özündə olan neməti unudub, sərvətlinin mal-dövlətinə göz tikər və öz nemətindən qəflətdə qalar."(Biharul-Ənvar. C.74.səh.194 )
    Başqa bir hədisdə İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:
    "Ölülərlə oturub-durmayın! Soruşdular: Ya Rəsuləllah! Ölü kimdir? Buyurdu: Allahı yaddan çıxarıb, hər şeyi mal-dövlətdə görən sərvətli bir şəxs.”(Biharul-Ənvar. C.74.səh.194 )
    Belə şəxsin qəlbi ölmüş olar. Ona görə də İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) ondan ölü kimi ad aparır. Ölülərlə oturub-durmağın nəticəsi isə insanın qəlbinin ölməsidir. Bu cəhətdən də, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) nəzərində onlarla oturmaq,münasib deyildir.
    Şeyx Səduqun "Sefatuş-Şiə" kitabında Əmirəlmöminin Əli (səleyhissalam)-dan nəql olunur, Həzrət buyurur: "Şərəfsiz şəxslərlə oturub-durmaq, yaxşı insanlara qarşı bədbinlik əmələ gətirir. Yaxşı və saleh şəxslərlə oturub-durmaq, pislərin yaxşılara qoşulmasına səbəb olur. Yaxşıların günahkarlarla oturub-durmaları, salehlərin fasiqlərə qoşulmasına səbəb olur. Bəs hər kimin işi sizə şübhəlidirsə və dini cəhətdən onu tanımırsınızsa, oturub-durduqları şəxslərə baxsın! Əgər dindar şəxslərdirsə, onda Allahın dinindədir. Əgər oturub-durduğu, Allahdan-qeyrisinin dinindədirsə, onun Allahın dinindən heç bir bəhrəsi yoxdur. Çünki, İslam Peyğəmbəri (əlləlləahu əleyhi və alehi və səlləm) buyurub:
    Hər kimin Allaha və qiyamət gününə imanı varsa, kafirlə qardaşlıq edib, günahkarlarla oturub-durmaz. Yoxsa, özü də fasiq olar!”(Biharul Ənvar. .c. 74. səh. 191 )
    BELƏ ŞƏXSLƏRLƏ OTURUB-DURUN
    Həzrət Zeynəlabidin (əleyhissalam ) övladına belə buyurur:
    "Din və bilik əhli ilə oturub-durun. Əgər onları tapa bilməsəniz, təklikdə qalın ki, sağlam qalasınız. Əgər əhali ilə oturmaqdan başqa çarəniz olmasa, pis söz danışmayıb, söyüş söyməyən mürüvvət əhli ilə bir məclisdə olun!."
    İmam Sadiq (əleyhissalam )-dan nəql olunur, buyurur:
    "Hər kim şəkk-şübhədə olan şəsxlə oturub-dursa, özüdə şəkk-şübhəli olar. "
    ALİMLƏRLƏ OTURUB-DURMAQ
    İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: "Alimlər və bilik əhli ilə oturub-durun ki, sizi beş şeydən beş şeyə dəvət edərlər:
    1.Sizi şəkk-şübhəli haldan çıxarıb yəqinliyə çatdırarlar.
    2.Sizi işdə riyakarlıq və təkəbbür halından ixlaslı olmağa dəvət edər.
    3.Dünyaya meyilli olub ona bel bağlamaqdan zöhd və pərhizkarlığa dəvət edər.
    4.Təkəbbür və özünü öyməkdən təvazökarlıq və mülayimliyə dəvət edər.
    5.Düşmənçilik və kinyəçilikdən dostluq və məhəbbətə dəvət edər."
    Bu hədisdən alimlər və bilik əhli ilə oturub-durmağın böyük rolu vəİslam Peyğəmbərinin(səlləlləahu əleyhi və alehi və səlləm) bu barədə müsəlmanlara tövsiyə etməsinin səbəbi də aydın olur.
    AĞILLI DOST VƏ YOLDAŞLA OTURUB DURMAĞIN TƏSİRİ
    İmam Sadiq (əleyhissalam) buyurur: "Səmimi dostlar və qardaşlar üç dəstədirlər:
    Birinci: O kimsələr ki, qida kimi həyatda zəruridirlər. İnsan bütün hallarda onlara möhtacdır. Onlar ağıllı dostlardır.
    İkinci: O kəslər ki, vücudları xəstəlik və ağrı kimidir. Onlar axmaq dostlardır.
    Üçüncü: O kəslər ki, vücudları şəfaverici olub, üfunətə qarşı olan dərman kimidir. Onlar, çox ağıllı dostlardır."(Töhəfül-uqul. Səh.239 )
    XƏLİFƏ MÖTƏSİM, VƏZİRİN QONAĞLIĞINDA
    Fəzl Mərvan Əbbasi vəzirlərindən biri idi. O, ləyaqət və xidmətinə görə bütün işçilərdən xəlifəyə yaxın olub onun yanında böyük məqama malik idi. Özünü camaatın gözündə xəlifənin yaxın adamlarından olduğunu göstərməkdən ötrü xəlifəni axşam üstü qonağlığa dəvət edir.xəlifəni yaxşı qəbul etməkdən ötrü evinə ən yaxşı xalçaları, parçaları və rəngarəng gülləri düzdürür. Çoxlu qızıl və gümüş qab-qaşıq alır. Ən yaxşı meyvə və şirniləri hazırlatdırır. Xəlifə gəlib otağa girərkən bu mənzərədən təəccübə gəlir və ürək ağrısı bəhanəsi ilə oranı tərk edir.
    Vəzir bu gözlənilməz işdən nigaran olur. Təşkil etdiyi məclisin nəticəsini anlayıb səhfini düzəltmək fikrinə düşür. Artıq fikirləşməyə vaxt yox idi. O həssas anlarda yaxın ağıllı dostu İbrahimlə məsləhətləşib məsələni ona açır. İbrahim huşdarlıqda məşhur idi .Bir an fikirləşib vəzirə dedi: Sən xəlifədən ayrılma və müşayət ünvanı ilə onunla saraya gedib mənim məktubumu gözlə. Məktubum sənə yetişəndə onu xəlifənin hüzurunda ucadan oxu. Vəzir dostunun göstərişi üzrə yola düşür. Çox çəkmir ki, ona bir məktub gətirirlər. Məktubda yazılır: Cəvahir və xalçaların sahibləri gəliblər. Deyirlər ki, xəlifənin məclisi qurtardı, icazə verin mallarımızı aparaq. Mötəsim məktub barəsində soruşur. Vəzir əhvalatı məktub üzrə ona nəql edir. Xəlifənin batini əqidəsi dəyişir. Anlayır ki, bunlar hamısı borc imiş. Nəticədə çox huşyar bir dostun köməyi ilə vəzir də nicat tapır.(Cavan. C.2. səh.337)
    YAXŞI DOSTUN XÜSUSİYYƏTİ
    İmam Sadiq (əleyhissalam ) buyurur:
    "Dostluq və sədaqətin həddi-hüdudu var. Hər kimdə bu meyar və xüsusiyyətlər varsa onu dostluqda sadiq sana bilərsən:
    Zahiri və batini səninlə bir olsun.
    1.Sənin abır-həyanı öz abır həyası bilsin.
    2.Dünya malı və məqam onun sənə qarşı olan münasibətini dəyişməsin.
    3.İxtiyarında olan güc və qüdrətdən səni məhrum etməsin.
    4.Səni dünyada olan gözlənilməz hadisələrə qurban verməsin.”(Cavan. C.2. səh.337 )
    Bütün bunlar yaxşı yoldaşın xüsusiyyətləridir.Əgər tapsaq, yoldaş olağın!
    PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALEHİ VƏ SƏLLƏM) QƏLBLƏRİ TƏMİZ YOXSULLARLA OTURUB-DURMASI
    Qurani-Kərim buyurur: "Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar.(nəfsini qoru) Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi xatırlatmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və hər işində ifrata varan bir kimsəyə itaət etmə! "(Kəhf surəsi-28 )
    Bu ayədən məlum olur ki, insanların dəyəri məqam və mal-dövlət deyildir. Ayənin nazil olma səbəbində nəql olunur:
    Bir dəstə təkəbbürlü sərvətlilər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) hüzuruna gələrək, Salman Abuzər, Süheyb və Xubab kimi imanlı yoxsul şəxslərin Həzrətin yanında oturmalarına işarə edib dedilər: Ya Məhəmməd! Əgər özün məclisin baş tərəfində oturub iyləri bizə əziyyət edən və libasları panbıqdan olan bu yoxsulları yanından uzaqlaşdırsan biz də sənə qoşulub sənin məclisində iştirak edərik. Bu zaman ayə nazil olur ki, ya Peyğəmbər! Onların aldadıcı sözlərinə uyma. Ya Peyğəmbər! Təkcə o kəslərlə oturubdur ki, yalnız Allahın pak zatını tələb etsinlər. Pis əməllərinin nəticəsində qəlblərini Məni yada salmaqdan qafil etdiklərimizlə oturma!(Təfsir Nümunə .c.12.səh.414 )
    Yuxarıdakı ayə, yaşayış mühitində təbəqələşmə ruhiyyəsini aradan aparır və sərvətlilərlə yoxsullar arasında rabitə yaratmaq istəyir. Ayədə buyurur: Nəfsə pərəstiş və Allahdan qəflət olmaq arasında rabitə vardır. Hər kim nəfsinə pərəstiş edirsə, Allahdan qəflətdədir. Qafillərə öz məclisinə yol vermə. Əksinə, səhər-axşam Allaha pərəstiş edənlərə öz evində yer ver!
    Necə ki, Allah-taala İslam Peyğəmbərinə (səlləlləahu əleyhi və alehi və səlləm)buyurur: Məclisində təqvalı və fəzilət sahibi olanlara yer ver. Onlara böyük ehtiram göstər.İmam Səccad (əleyhissalam) da yoldaşlıq barəsindəki bu bəhsində buyurur ki, yaxşıvə saleh dostlara ehtiram göstərin. Onlarla ədəblə söhbət edin. Açıq ürəklə qarşılayıb, xudafizləşərkən ehtiramına tamamilə riayət edin.
    32. QONŞUNUN HAQQI
    وَأمّا حَقُّ الجَارِ فَحِفْظُهُ غَائِبًا وَكَرَامَتُهُ شَاهِدًا ونُصْرَتُهُ وَمَعُونتُهُ فِي الحَالَينِ جَمِيعاً لا تَتَّبعْ لَهُ عَوْرَةً ولا تَبحَثْ لَهُ عَنْ سَوْءَ[ةٍ] لِتَعْرِفَهَا، فَإنْ عَرَفْتَهَا مِنْهُ عَنْ غَيْرِ إرَادَةٍ مِنْكَ وَلا تَكَلُّفٍ كُنْتَ لِمَا عَلِمْتَ حِصْناً حَصِيناً وَسِتْرًا سَتِيرًا، لَوْ بَحَثتِ الأَسِنَّةُ عَنْهُ ضَمِيرًا لَمْ تَتَّصِلْ إلَيْه لانطِوَائِهِ عَلَيهِ. لا تَسْتَمِعْ عَلَيهِ مِنْ حَيْثُ لا يَعْلَمُ. لا تُسَلِّمْهُ عِنْدَ شَديدَةٍ، ولا تَحْسُدْهُ عِنْدَ نِعْمَةٍ. تُقِيلُ عَثْرَتهُ وتَغْفِرْ زَلَّتَهُ. ولا تَدَّخِرْ حِلْمَكَ عَنْهُ إذَا جَهِلَ عَلَيْكَ، ولا تَخرُجْ أَنْ تَكُونَ سُلَّمًا لَهُ. تَرُدُّ عَنهُ لِسَانَ الشَّتِيمَةِ، وَتُبْطِلُ فِيهِ كَيْدَ حَامِلِ النَّصِيحَةِ، وَتُعَاشِرَهُ مُعَاشَرَةً كَرِيمَةً. وَلا حَوْلَ وَلا قُوَّةَ إلا باللهِ.
    "Qonşunun haqqı budur ki, olmayan vaxtı onun abır-həyasını qoruyan, olarkən isə hörmətini saxlayan ol. Sirrini axtarmaq niyyətində olmayıb həmişə ona köməkçi ol. Pisliklərini görməməzliyə vur. Əgər qəsdüzündən olmadan onun pis işini bilsən, bildiyini möhkəm qala və nizə ilə də yırtılmayan pərdə içində saxla. Çünki, bu iş dolaşıq və gizlindir. Bilməsədə, onun zərərinə söz danışma. Çətin anlarda onu bada vermə. Qonşunda nemət görsən ona həsəd aparma. Xətalarından keçib günahlarını bağışla. Əgər sənə qarşı nadanlıq edərsə, səbrlə müqabilində dayan. Ona qarşı pis söz işlətmə. Əgər kimsə onunla pisləşsə qarşısını al. Onunla möhtərəmcəsinə rəftar et. Allahdan başqa heç bir güc-qüvvət yoxdur "
    "CAR" (QONŞU) SÖZÜNÜN LÜĞƏTDƏ MƏNASI VƏ İSTİFADƏSİ
    Ərəbcədən"car" sözü lüğətdə qonşu mənasındadır. Quranda Nisa surəsində, yaxın və uzaq qonşulardan ad aparılıb. Çünki, onlar bir-birlərinə yaxındırlar. Qonşulardan Quranda "qitəun mütəcavirat" yəni, bir-birinə yaxın kəsiklər ünvanı ilə ad aparılıb.(Qamus Quran . c.2. səh.88 )
    Yenədə Quranda pənah olmaq məsələsi barəsində buyurur:
    "Əgər müşriklərdən kimsə səndən aman istəsə, ona aman ver."(Tövbə surəsi-6 )
    İcarə və isticarə sözləri, hər ikisi "car" kökündən olub, aman və pənah mənasında işlədilir. Sanki qonşu qonşunun pənah və amanındadır. Lüğət ustası Rağib yazır: Qonşunun haqqı ağılca və şəriətcə böyük olduğuna görə hər kimin boynundaböyük haqq olsa və ya başqasının haqqını böyük bilsə, ərəbcə ona "car" deyərlər. Məsələn, ayədə buyurur:
    "Mən sizin aman yerinizəm və sizin haqqınızı böyük sanıram"(Ənfal surəsi-48 )
    Qeyd etdik ki Qurani-Kərimdə, yaxın və uzaq qonşulara aşkarcasına işarə olunmuşdur. İndi də Qurnın bu barədə nəzərinə diqqət edək.
    QURANDA QONŞUNUN HÜQUQU
    Nisa surəsində oxuyuruq: "Allaha ibadət edin və Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrabaya, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! "(Nisa surəsi- 36 )
    Yuxarıdıkı ayədə, Allahın, bəndələrin hüquqları barəsində həmçinin, insanlarla birlikdə yaşamağın ədəblərindən bəhs olunmuşdur. Ümumiyyətlə, ayədə on göstərişə işarə olunmuşdur.
    Ayədə buyurur: "Yaxın qonşu". Yaxın qonşudan məqsəd kimdir? Müfəssirlər müxtəlif nəzəriyyələr irəli sürür. Bəziləri onları yaxınlıqda olan qohumlar kimi məna edirlər. Lakin, bu təfsir, əvvəlki ayələrdə işarə olunmuş qohumları nəzərə alsaq, bu məna uzaq nəzrə gəlir. Bəlkədə, ayədəyaxın məkan nəzərdə tutulur. Çünki, ən yaxın qonşuların haqqı və ehtiramı daha böyükdür. Yaxud, o qonşulardır ki, din və məzhəb cəhətdən insana daha yaxındırlar.
    Ayənin davamında buyurur: ”Uzaq qonşular”. Uzaqdan məqsəd, məkan cəhətdən uzaq olmaqdır. Çünki, bəzi rəvayətlərə görə insanın evindən qırx o tərəfə onun qonşusu sayılır. Gələcək bəhslərdə bu rəvayətlərə işarə edəcəyik. Qonşu sözü məhdud mənada olub, təkcə yaxın qonşulara deyilir. İslamda, bu sözün mənasına genişlik verməkdən ötrü "uzaq qonşu" adından istifadə etməkdən başqa çarəsi yoxdur. Ola bilər "uzaq qonşulardan "məqsəd qeyri-müsəlmanlar"olsun. Çünki, İslamda qonşuluq haqqı təkcə müsəlmanlara yox, müsəlmanlarla yaşayanqeyri müsəlmanlara da aiddir.
    Quranın, yaxın və uzaq qonşular barəsində nəzərini bildikdən sonra rəvayətlərdə İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm), məsum İmamlardan (əleyhimussalam)-dan bizə çatan mətləblərə qısa da olsa diqqət edək
    RƏVAYƏTLƏRDƏ QONŞULARIN HÜQUQLARI
    Rəvayət kitablarında qonşunun ehtiramı və insanın həyatda əmin-amanlıqla yaşamasında onunrolu bizə bəyan olmuşdur. Əvvəlcə, "Müstədrəkül-Vəsail" kitabından, İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunan geniş bir hədisə diqqət yetirək:
    İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:
    "Hər kim evinin qapısını, qonşusunun onun mal və namusuna əmin olmadığına xatir bağlasa, qonşusu mömin deyildir. Peyğəmbərə dedilər: Ya Rəsuləllah! Qonşununqonşusunun boynunda haqqı nədir? Buyurdu:
    Qonşunun qonşusuna ən kiçik haqqı budur ki, əgər ondan borc istəsə, ona borc versin. Əgər kömək istəsə, ona kömək etsin. Bir şeyi istifadə edib qaytarmasını istəsə ona versin. Bəxşiş və hədiyyəyə ehtiyacı varsa, ondan əsirgəməsin. Əgər onu dəvət etsə, onu qəbul etsin. Xəstələnsə, onu yoxlasın. Dünyadan köçsə, dəfnində iştirak etsin. Qonşusuna xeyir və nemət çatsa, xoşhal olsun. Əgər ona müsübət baş versə, qəminə şərik olsun. Evini qonşusunun evindən uca tikməklə onun yaşayışına əziyyət etməsin. Ən mühüm budur ki, qonşunun qapısının havasının qarşısını alıb, onun evinə təmiz havanın getməsinin qarşısını almasın. Bazardan aldığı meyvə yaxud, başqa şeydən bilsə ki, qonşusunun yoxudur, ona da versin. Yaxud, aldığı şeyi, qonşunun uşaqlarının görüb dözə bilməyəcəklərini bilsə, üstü örtülü evə aparsın.
    Sonra İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurdu: Sizə dediklərimi eşidin! Qonşuların haqqını əda edin! Allah-taala çoxlarına rəhmətini aid edər. Qonşular barəsində, mənə elə tövsiyə buyurmuşdu ki, güman edirdim ki, qonşu irs aparanlardan biridir. "(Müstədrəkül-Vəsail. C.2.səh.79 )
    Bu geniş həcmli hədisdə, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) başqa mövzulardan mühüm olan üç məsələyə toxunmuşdur:
    Birinci: Qonşunun mal və abır-həyasının əhəmiyyəti. Ümumiyyətlə, hər bir insanın evi, əmin-amanlıq yeri sayılır. Əgər bu məhəl əmniyyətini itirsə demək olar ki, insan ən əmin yerini əldən vermişdir. Bu aramlıq hər bir insanın həyatda olan ən böyük haqqı sayılır və heç kimin onu pozmağa ixtiyarı yoxdur. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Əgər qonşu elə öz yaşayış tərzi iləqonşusunun əmin-amanlığına təhlükə törətsə, belə şəxs mömin və ləyaqətli insanlar sırısından kənardadır. Ona görə də sual soruşan, İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) soruşur: Qonşunun qonşusunun boynunda haqqı nədir?Bu vaxtİslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) qonşunun hüquqlarnı necə lazımdırsa bəyan edir.
    İkinci: Evlərinizi hündür tikməklə qonşulara əziyyət verməyin. Bildiyimiz kimi İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) peyğəmbərliyi dövründə uca binalardan xəbər yox idi. Ən azı, Hicaz və Məkkədə belə binalar yox idi. Lakin, Peyğəmbərin gətirdiyi din və təlimlər bütün zamanalara aiddir. O səbəbdən, bəsirət gözü ilə uzaqgörənlik edib, qonşuların evlərindən uca evlər tikib onlara çatan havanın və yollarnın qarşısını almağı nəhy buyurmuşdur. Bu da, İslam dininin qanunlarının ümumi olmasının sirlərindən biri olub, bu dinin son haqq din olmasına dəlildir.
    Bu günkü yaşayışın ən böyük müşküllərindən biri həmin, məskən və yaşayış yerini tapmaqdır. Bumüşkül təkcə bizim ölkənin yox, bəlkədə bütün dünyanın müşkülünə çevrilib. Təxminən, demək olar ki, bu müşkül, bu gün həll olunmaz bir məsələyə çevrilib. Qərb mədəniyyəti uca binalarda yaşamaq yolunu seçib və onun da acı nəticələrini dadıblar.
    Üçüncü: Qonşu özünə aldığından, əgər qonşusunda olmasa ona da verməlidir. Xüsusilə, kiçik uşaqları bu məsələdə daha çox nəzərə almaq lazımdır.Əgər aldığından bir şey vermək istəməsə, yaxud imkanı olmasa, aldığı şeyi üstüörtülü evinə aparmalıdır ki, qonşusu görməsin. Çünki, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Əgər açıq qəlbli olmasanız qonşunuza olan nemətə dözə bilməzsiniz. Bu da, İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) qonşunun haqqı barəsində tövsiyə etdiyi mühüm bir psixoloji məsələdir.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 708 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024