İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:05 PM
    QONŞUYA ƏZİYYƏT HARAMDIR
    İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim qonuşsunun əziyyət çəkməsinə səbəb olsa, Allah dərgahında məlun və tərk olunmuşdur."(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
    Əksinə, qonşunun sevindirilməsi günahların bağışlandırılmasına səbəb olur. İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur,buyurur:
    "Hər kim dünyadan köçsə və üç qonşusu ondan razı olsa, Allahın rəhmət və bağışlamağına aid olar.(Müstədrəkül-Vəsail. C.2.səh.78. )"
    Yenə də İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur,buyurur:
    "Allaha və qiyamət gününə inanan, qonşusuna əziyyət etməz."(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
    Başqa hədisdə İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:
    "Qonşunun qonşuya ehtiramı, övladın anaya qarşı olan ehtiramı kimidir. Sözsüz, riayət olunmalıdır”(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
    QONŞUDAN ŞİKAYƏT
    İmam Sadiq (əleyhissalam) buyurur: "Bir nəfər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) yanına gəlib qonşusundan şikayətlənir. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) üzünü ondan çevirir. Ərəb yenidən gəlib şikayətlənir. Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) həzrət Əli (əleyhissalam)-a, Salmana və Miqdada buyurur: Gedin car çəkin ki, Allahın və mələklərin lənəti o şəxsə olsun ki, qonşusuna əziyyət edir."(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
    QONŞULARLA XOŞRƏFTARLIQ
    İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:"Yaxşılıq etmək və yaxşı qonşu olmaq, ruzini artırar və şəhərlərin abadlaşmasına səbəb olar."(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
    "Fiqhur-Rza" kitabında İmam Rza (əleyhissalam)-dan nəql olunur, buyurur: "Qonşularına, yoldaşlarına və oturub-durduğun şəxslərə qarşı yaxşı rəftar et. Çünki, Allah-taala, qonşun barəsində səndən sual edəcək. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Allah-taala qonşular barəsində mənə elə sifariş buyurmuşdur ki, güman edirdim ki, qonşum məndən irs aparacaq."(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
    QONŞULARINIZDANMÜĞAYƏT OLUN!
    İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur,buyurur:
    "Kənarında qonşusu ac olan halda, özü qarnı dolu yatan kəs mömin deyil!"(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
    Başqa hədisdə buyurur: "Qonşusunun acından qarnı burulan halda, özü toxyatan kimsə, mənə iman gətirməmişdir. Qonşusu çılpaq olan halda, özü geyimli olan kimsə də mənə iman gətirməmişdir.”(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
    Həzrət Əli (əleyhissalam) öz nümayəndəsi Osman ibni Hənifə məktub yazarkən belə buyurur:
    "Məgər mən o halda toxolum ki, ətrafımda qarınları boş, qəlbləri və cigərləri teşnə olanlar olsunlar? "(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
    PİS QONŞU
    İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur,buyurur:
    "Pis qonşudan Allaha pənah aparıram. Evində oturub gözləri ilə sənə baxır, qəlbi ilə səni izləyir. Əgər bir şey baş versə və səni xeyirdə görsə, narahat olar. Əgər sənə giriftarçılıq və bəla üz versə, xoşhal olar.”(Müstədrəkül-Vəsail. C.2.səh.78. )
    EV ALMAMIŞDAN ƏVVƏL QONŞUDAN XƏBƏR TUTMAQ
    İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:"Ev və məskən almamışdan əvvəl, qonşusunda olanlar barəsində soruşun. Yol getməzdən yol yoldaşınızı təyin edin.(Müstədrəkül-Vəsail. C.2.səh.78. )"
    QONŞULUĞUN HƏDDİ
    İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Əmirəlmöminin Əli (əleyhissalam) buyurur: Məscidin və evin qonşusu, dörd tərəfdən qırx evdir.(Müstədrəkül-Vəsail. C.2.səh.78. ) "
    İmam Səccad (əleyhissalam) qonşunun haqqı barəsində buyurur: "Evinin dörd tərəfindən qırx ev o tərəfə qonşularındır. Onların haqqına riayət edib onlarla sülh və əmin-amanlıqda yaşamaqdan ötrü Allahdan fürsət dilə!"
    33. YOLDAŞLIQ HAQQI
    وَأما حَقُّ الصَّاحِب فَأَنْ تَصْحَبَهُ بالفَضلِ مَا وَجَدْتَ إلَيهِ سَبيلاً وإلا فَلا أَقَلَّ مِنَ الإنصَافِ، وَأَنْ تُكْرِمَهُ كَمَا يكْرِمُكَ، وَتحْفَظَهُ كَمَا يحْفَظُكَ، ولا يَسْبقَكَ فِيمَا بَينَكَ وبَينَهُ إلَى مكْرَمَةٍ، فَإنْ سَبَقَكَ كَافَأتَهُ. ولا تُقَصِّرَ بهِ عَمَّا يَسْتَحِقُّ مِنَ الْمَوَدَّةِ. تُلْزِمُ نفْسَكَ نصِيحَتَهُ وَحِيَاطَتَهُ وَمُعَاضَدتَهُ عَلَى طَاعَةِ رَبهِ وَمَعُونتَهُ عَلَى نَفْسِهِ فِيمَا لا يَهُمُّ بهِ مِنْ مَعْصِيةِ رَبهِ، ثُمَّ تَكُونُ [عَلَيْهِ] رَحْمَةً ولا تَكُونُ عَلَيهِ عَذَاباً. ولا قُوَّةَ إلا باللهِ.
    "Yoldaşının haqqı odur ki, nə qədər mümkünsə, onunla bağışlayan və ehsanla yoldaşlıq et. Əgərmümkün deyilsə, ən azı onun haqqında insafa riayət et. Sənə ehtiram və hörmət etdiyi kimi sən də onun ehtiramını gözlə. Sənin abır-həyanı gözlədiyi kimi sən də onun abır-həyasını gözlə. Çalış ki, heç bir kəramətli işdə səndən qabağa düşməsin. Əgər səndən qabağa düşsə, xeyirli işlə əvəzini çıx. Nə qədər bacarırsansa, yoldaşlığınızı qoruyun. Özünə vacib bil ki, onu qoruyub pənahgahı olasan. Allah-taalaya itaətdə ona kömək ol. Günah iş görməsini qərara almasının qarşısını al. Ondan ötrü rəhmət qaynağı ol və ona əziyyət verən olma! Allahdan başqa heç bir güc-qüvvət yoxdur "
    İmam Səccad (əleyhissalam)-ın bu bəhsdəki sözlərinin xülasəsi bunlardır:
    Birinci: İmkan olan hala qədər yoldaşın barəsində mərhəmət edib, onunla yaxşı rəftar et və onun haqqında ən azı insafa riayət elə.
    İkinci: O sənin ehtiramını gözlədiyi kimi səndə onun ehtiramını gözlə. Xeyir işlərdə səndən öndə getməsin. Əgər səndən qabağa düşüb sənə qarşı yaxşılıq etsə, səndə onun müqabilində yaxşılıqla əvəzini çıx.
    Üçünci: Dostluqda, məhəbbətdə, nəsihətdə və Allaha itaət etməkdə əlindən gələni ona köməklik göstər.
    Dördüncü: Həmişə onun günaha düşüb Allahın əmrindən çıxmasının qarşısını al və ona qarşı əziyyət yox, rəhmət ol!
    Ərəbcə "söhbət" sözü, yoldaşlıq və həmişə bir yerdə olan yoldaşa deyilir. "Sahib" sözü də yoldaş mənasındadır. Məşhur lüğətçi Rağib İsfahani yazır: "Sahib" sözü, o yoldaşlığa deyilir ki, bir-birinin yanında çox olsunlar. Quranda buyurur:
    "(Yusif dedi:) Ey mənim iki zindan yoldaşım! (sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı–ayrı tanrılar daha yaxşıdır, yoxsahər şeyə qadir və qalib olan bir Allah?"(Yüsif surəsi -39 )Başqa ayədə buyurur:
    "Allah Özünə nə yoldaş, nə də övlad götürmüşdür.”(Cin surəsi-3 ) Ayədə yoldaşdan məqsəd, zövcədir. Yenədə buyurur:
    "Sizin yoldaşınız nə haqq yoldan sapmış, nə də azmışdır”(Nəcm surəsi- 2 ) Ayədə məqsəd, İslam Peyğəmbəridir (səlləlləahu əleyhi və alehi və səlləm).
    ”Əshab" sözü, sahib sözünün cəmidir. Yoldaşlar və həmrahlar mənasındadır. "Əshab" sözü, Qurandayetmiş yeddi dəfə işlədilmişdir. Ən çox cənnət, nar və cəhim kəlmələrinə nisbət verilmişdir. Bəzən də, "Əshabus-səbt”, "Əshabul-Mədyən”, "Əshabul-Kəhf”, "Əshabu-yəmən”, "Əshabul-qubur”, "Əshabul-fil" və sair mənalarına nisbət verilimşdir.(Qamus-Quran c.4.səh.109 )
    İndi ki, aydın oldu, "sahib" sözü, yoldaş və dost mənasındadır, Yusif də zindanda yanında olanları"yoldaş"adlandırır, Quran, Peyğəmbəri insanların dostu adlandırır, deyə bilərik ki, "sahib" və ya "müsahib" o şəxsdir ki, insanın yol yoldaşı və həmkarı olsun. Bu yoldaşlıq, qısa müddətli və uzun müddətli ola bilər. Bu yoldaşlıq, insanda qarşı tərəfə görə haqq və hüquq icad edir. Hər bir şəxsin vəzifəsidir ki, bu hüquqlara riayət eləsin.
    İNSANIN DOSTUNDAN XASİYYƏT GÖTÜRMƏSİ
    İnsanın adi xüsusiyyətlərindən biridə, onun başqalarından tez xüsusiyyət qəbul etməsidir. İnsan həm özü xüsusiyyət qəbul edir, həm də öz xüsusiyyəti başqasına təsir edir. İnsanın şəxsiyətinin formalaşmasının yollarından biri də onun bu xüsusiyyətidir. Belə olduğuna görə müqəddəs Quran məntiqində insanlara xəbərdarlıq olunur və qiyamətdə insanın nadan və qafil dostlarından necə peşiman olduğu təcəssüm olunur. Həmin səbəbdən insan qiyamətdə arzu edir ki, ey kaş fılankəsi dost tutmayaydım! Lakin, bu əfsusluq onun halına heç bir təsir qoymur. Qurani-Kərim bu mövzuda buyurur:
    "O gün zalim əllərini çeynəyib deyəcəkdir: Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım. Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim. And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan o azdırdı! Şeytan həmişə insanı xar edəndir!."(Furqan surəsi- 27-29 )
    Bu ayələrdə, insanın qiyamət günündəki vəziyyəti bəyan olunur. O da insanın nadan dostuna görə qiyamətdə çəkdiyi həsrətdir. Ayədə "yəğuzzu" sözü, "ğəzzə" kökündən olub, dişləməyə deyilir. Adətən, bu ifadə, şiddətli təəssüflənən şəxs barəsində işlədilir. Məsəl var deyərlər: Fılankəs həsrət barmağını yeyir. Ərəbcə barmaq yerinə "əl" deyilir.
    Oxuduğumuz ayələr Qiyamət səhnəsini canlandırır. Lakin, çoxları var ki, bu dünyanın özündə pis dost və yoldaşın əlindən fənaya uğramışdır.
    RƏVAYƏTLƏRDƏ NADAN DOSTLAR BARƏSİNDƏ
    İnsanın bu bəlalara mübtəla olmamasından ötrü rəvayətlərdə dostluğu qadağan olunmuş şəxslərə işarə edirik:
    Həzrət Əli (əleyhissalam) pis dostun insana təsiri barəsində buyurur:
    "Şər insanlarla dostluqdan çəkinin! Çünki, insaının təbiəti özü də bilmədən, qarşı tərəfin pislik və çirkinliklərini oğurlayır. Səninbu işdən xəbərin də olmur."(Şərh Nəhcül-bəlağə ibni Əbil Hədid .c-2. səh-272 )
    Həmin mövzuda İmam Sadiq (əleyhissalam) buyurur:
    "Hər kim özünə pis dost seçsə, onun pisliyindən özünün sağlam ruhiyyəsindən bir şey qalmaz."(Müstədrəkül-Vəsail. C.2.səh.65 )
    Yenə də Həzrət buyurur: "Hər kim axmaqla dost olmaqdan çəkinməsə. onun axmaqcasına gördüyü işlərin təsiri altına düşəcək və tezliklə xoşagəlməz əxlaqa malik olacaq."(Müstədrəkül-Vəsail. C.2.səh.65 )
    Belə yerində deyilmiş bəyanlardan istifadə olunur ki, insan, xasiyyət qəbul etmək xüsusiyyətinə görə başqalarınınrəftar, hərəkət və davranışını özündə tez icad edir. Əgər insanın ətrafındakılar pis, axmaq və nadan şəxslər olarsa, istər istəməz onlarda olan davranışların şəraiti onda da vücuda gələcək. Bir də anlayacaq ki, o şeydən ki, qaçırdı ona mübtəla olub.
    Həkimlər deyirlər: Bəzi xəstəliklər var ki, keçicidirlər. Sağlam şəxs, belə xəstənin yanından keçən kimi ona mübtəla olur və başqasına keçirmək təhlükəsində qalır. Bunlar, cismdə olan xəstəliklərə məxsus deyildir. Bəlkədə, ruhi və rəvani xəstəliklər də vardır ki, başqalarına keçə bilərlər. Həzrət Əli(əleyhissalam)-ın buyurduğu cümlədə oxuyuruq:"Sənin təbiətin pislik və şər işi pis yoldaşdan oğurlayır." Buda həmin çirkin xüsusiyyətlərin insanın özünün də xəbəri olmadan dostundan ona sirayət etməsinə işarədir. İmam Sadiq (əleyhissalam) buyurduğuna diqqət etsək, oxuyuruq:
    "Hər kim pislərlə dostluq etsə, onların pis xüsusiyyətlərinin özünə keçməsindən amanda deyildir. Yaxud, hər kim ağıldan kəm insanlarla yoldaşlıq etsə, özüdə bu xəstəliyə mübtəla olmaq yolunda qərar tutmuş və o vaxt ayılacaq ki, artıq dostunun pis xüsusiyyətlərindən yaxa qurtara bilmir!"
    AXMAQ DOSTA TABE OLMĞIN NƏTİCƏSİ
    Bir nəfərin evində su quyusuna ehtiyacı olur. Fəhlə çağırıb, evin içində bir quyu qazdırır. İş qurtaranda görür ki, evin içi torpaqla doludur. Təəccübdə qalıb nə edəcəyini bilmir. Axmaq bir dostu var idi. Onun yanına gedib ondan məsləhət istəyir. Dostu ona deyir: Fəhlənə de ki, evin başqa bir tərəfində, başqa bir quyu qazıb torpağı ora töksün. Kişi dostunun göstərişi üzrə əməl edir. Evin bir tərəfində başqa bir quyu qazdırıb, birinci quyunun torpağını ora tökür. Sonradan anlayır ki, ikinci quyunun torpağını nə edəcək? Yenə də dostunun məsləhətinə gəlir. O isə deyir: İndi də torpağı birinci quyuya töküb özünü bu işdən rahat et!
    NADAN DARĞA İLƏ MƏSLƏHƏT!
    Günlərin birində, bir kişinin inəyi başını bir qabın içinə salıb nə isə yemək istəyərkən başı ilişib qabın içində qalır. İnəyin sahibi nə qədər fikirləşirsə, bir çarə qıla bilmir. Naəlac qalıb kəndin darğasının yanına məsləhətə gedib müşkülü ona nəql edir. Darğa deyir: Özüm hadisə yerinə gedib baxmayınca bir söz deyə bilmərəm. İnəyin sahibi darğanı özü ilə hadisə yerinə aparır. Darğa səhnəni görcək deyir: İnəyin başını kəsin! İnəyin başını kəsirlər. Bu zaman baş qabın içinə düşür və çölə çıxara bilmirlər. Darğa deyir: İndiki, belədir qabı sındırıb başı çölə çıxarın. Axmaq darğanın fikrindən həm inəyin başı kəsildi, həm də qab sındırıldı. Axmaq dosta tabe olmağın nəticəsi budur.(Kəşkül Təbəsi c.1.səh.167)
    Həzrəti Süleyman peyğəmbərdən nəql olunur, buyurur:
    "Dostlarına baxmamış, heç kimin barəsində qəzavət etməyin. Çünki, insan, dostları və yoldaşları vasitəsilə xüsusiyyətləşir."(Səfinətül-bihar. C.2.səh.27 )
    Həzrət Əli(əleyhissalam) buyurur:
    "Bu altı sifətə malik şəxslərlə dostluq və yoldaşlıq etməyin faydası yoxdur:
    1.Əgər sənə söz desə, yalan desin.
    2.Əgər səndə ona söz desən, səni də yalançı sansın.
    3.Sən onu əmin tənıyasan, o isə sənə xəyanət etsin.
    4.Səni əmin tanıyan halda, sənə töhmət vura.
    5.Əgər ona nemət versən, təşəkkür etmək fikrində olmasın.
    6.Nemətə qarşı küfr etsin və sənə nemət versə, boynuna minnət qoysun.
    Bəs belə şəxslərlə dostluq etmək lazım deyildir."(İsna əşəriyyə. Səh.231 )
    BELƏ ŞƏXSLƏRLƏ YOLDAŞLIQ ETMƏYİN
    İmam Baqir (əleyhissalam) buyurur: "Atam mənə vəsiyyət edib buyurdu: Oğlum! Beş tayfa ilə mütləq şəkildə nə yoldaşlıq və nə də dostluq edərək həmsöhbət olub yol getmə! Soruşdum: Sənə qurban olum atacan! O beş tayfa kimlərdir? Buyurdu:
    Əvvəla, fasiq şəxslərlə yoldaşlıq etmə.Çünki, səni bir qarın yeməyə satacaq. Bəlkədə, ondanda aza satar. Soruşdum ki, ondan az nədir?Buyurdu: Səni bir loğmaya da satar. Lakin, istədiyinə çatmaz. İkinci dəstə kimlərdir? – deyə soruşdum. Buyurdu: Paxıl şəxslərlə yodaşlıq etmə. Çünki, onun malına şiddətli ehtiyacın olduğu halda, səni öz malından məhrum edər. Soruşdum: Üçüncü dəstə kimlərdir? Buyurdu: Çox yalançılarla yoldaşlıq etmə. Çünki, belə dost ilğım kimidir. Yaxın itaət yolunu sənə uzaq edər və yolu uzaq olan günahı sənə yaxınlaşdırar. Dördüncü tayfa kimlərdir? – deyə yenə soruşdum. Buyurdu: Nadanq və ağıldan kəm insanlarla yoldaşlıq etmə. Çünki, o, sənə xeyir vermək istədiyi halda zərər verər. Nəhayət soruşdum: Beşincilər kimdirlər? Buyurdu: Qohum-əqrabaları ilə əlaqəsini kəsənrlə də yoldaşlıq etmə. Çünki, mən , Quranda onların üç dəfə Allah-taala tərəfindən lənətləndiklərini görmüşəm. "(Kəşfül- Ğümmə. C.2.səh.293 )
    İmam Baqir (əleyhissalam) əvvəlcə bu bəyanda buyurur: Fasiqə yoldaşlıq etmə. "Fasiq" sözü lüğətdə, həddən xaric olmaq mənasındadır.Sözün kökü "fisq”-dir. Yəni, Allahın hökmünü görməməzliyə vurmaq, təcavüz və zülm etmək, xurmanın öz qabığından çölə çıxması, bəndənin Allahın əmrindən çıxması, əyyaşlıq və qeyrətsizlik mənalarında işlənilir. Fasiq şəxs, Allahın haram buyurduqlarından kənara çıxmışdır. Hər kimin haram buyurulanlara ehtiramı olmasa, heç kimə hətta, dostuna da məhəll qoymaz.
    İkinci dəstə paxıllardır. "Boxl"sözü lüğətdə, xəsislik, əli bərk, az xərc edən, tamahkar, pulsevər və rüsvayçı mənalarında işlənilir. "Kəzzab"sözü də mübaliğə şəklində olub çox yalan danışana deyilir.(Fərhəng bozorg camei novin.  )
    İmam Səccad (əleyhissalam) buyurur: Qohum-əqrabasından üz döndərən, Quranda üç yerdə lənətlənmişdir. O üç yerə işarə edirik:
    1.”Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaqdan başqa bir şey gözləmək olarmı? Onlar Allahın lənət elədiyikar və gözlərini kor etdiyi kimsələrdir."(Məhəmməd surəsi-22-23 )
    Bu ayələr bir dəstə münafiqlər barəsində nazil olmuşdur. Allah-taala buyurur: Əgər müxalifət yolunu tutub Allahın əmrindən boyun qaçırsanız və Kitabdan (Qurandan) üz döndərsəniz, yer üzündə fəsad törətmək və qohumluq tellərini kəsməkdənbaşqa, sizdən heç bir iş intizarında olmaq olarmı? Bu məna, o vaxt ələ gəlir ki, ayədəki "təvəlləytum"sözü, "təvəlla"kökündən olub, üz çevirmək mənasında olsun. Amma, əgər bu kəlmə, "vilayət"kökündən, yəni, hökumət mənasında olsa, müfəssirlərin əksəriyyəti ayəni belə məna edirlər: Əgər hökumət cilovu əllərinizə keçsə, fitnə-fəsad, qan tökmək və qohumluq tellərini kəsməkdən başqa, sizdən başqa bir iş intizarında olmaq olarmı?
    2."Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (Cəhənnəm) gözləyir.”(Rəd surəsi 25. )
    Allah-taala bu ayədə, dünyanın etiqadı və əməli fəsadını üç cümlədə bəyan edir:
    1.Allahın əhdlərini pozmaq. Bu da fitri, əqli və şəri əhdlərə aiddir.
    2.Əlaqələri kəsmək. İstər Allahla, istər İlahi rəhbərlərlə, istərsə də Allahın yaratdıqları məxluq və qohumları ilə olsun.
    3.Yer üzün də fəsad törətmək.
    3. "O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır! "(Bəqərə surəsi-27 )
    Onların qohum-əqrəbəları ilə əlaqələrinin bərpasının əhəmiyyəti o dərəcədədir ki, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:
    "Qohum-əqrəbalarla əlaqələrin bərpası şəhərləri abad edir və ömürləri uzadır. Bu işin sahibi xeyirxah olmasada belədir.”(Təfsir nümunə .c.1.səh.105 )
    İMAM HƏSƏN (ƏLEYHİSSALAM)-IN YOLDAŞLIQ BARƏSİNDƏ CÜNADƏYƏ SÖZLƏRİ
    İmam Həsən Müctəba (əleyhissalam) öz vəsiyyətində Cünadət ibniÜməyyəyə buyurur:
    "Öz nəfsindən həmişə hesab apar. Əgər çətinliyə düşsən, kişilərlə yodaşlıq et. Bu xüsusiyyətltlərlə yoldaşlıq et: O kəslər ki, sənə zinət olsunlar. Hüzuruna gedərkən səni qəbul edib qorusun. Onun köməyinə ehtiyacın olsa, sənə kömək etsin. Ona söz deyərkən sözünü təsdiqləsin. Əgər onunla dostluq əhdi bağlasan, əhdində möhkəm olsun. Əgər əlini onun fəzilətinə tərəf uzatsan, əlindən tutsun. Əgər səndən abır-həyanın aradan getməsinə səbəb olası bir şey baş versə, onu gizlətsin. Əgər sənin tərəfindən yaxşılıq görsə, onu nəzərə alsın. Əgər ondan bir şey istəsən sənə versin. Əgər ruzigarın hadisələri ilə qarşılaşsan, səninlə bərabər və qardaş olsun!”(Şərh Risalətil- hüquq Qapançı. C.2.səh.210 )
    Əmirəl-möminin Əli (əleyhissalam) alim və bilik sahibləri ilə oturub durmağı belə bəyan edir, buyurur:
    "Yalnız sağlam düşüncəli, ağlı və Allahdan qorxan şəxslərlə yoldaşlıq et. Yalnız, öz nəfsini paklayan alimlərlə yoldaşlıq et. Sirrini yalnız, əhdinə əməl edən vəfadar möminə söylə! "
    Həzrət buyurur: "Bilin! Alimlərlə oturub, onlara tabe olmaq elə bir işdir ki, ona görə insana mükafat verilər. Alimə tabe olmaq, ehsana çatıb, günahların aradan getməsinə səbəb olur. Həmçinin, bu əməl, möminin axirət azuqəsi, dünyada və ölüm anında şərəfidir."(Şərh Risalətil- hüquq Qapançı. C.2.səh.210 )
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 696 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024