İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:02 PM
    HALAL YOLLA PUL QAZANMAQ
    İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm)nəql edir ki, "Həccətul-vidada" buyurdu:
    "Bilin!Cəbrail mənə xəbər vermişdir ki, heç kimin ruzisi tamam və kamal verilməyincə dünyadan getməz! Bəs, Allahdan qorxub günah etməyin və ruzi üçün çalışmaqda müxtəsər yol tutut. Əgər ruziniz bir az gecikərsə, bu sizi vadar etməsin ki, haram yola əl atıb, günahla öz ruzinizi qazanasınız. Çünki, Allah-taala bəndələri arasında haramı yox, halal ruzini bölmüşdür. Bəs, hər kim səbr etsə, Allah-taala onun ruzisini halal yolla yetirər. Ancaq, ismət pərdəsini yırtıb, tələsik haram yolla ruzi qazanmaq istəsə, ruzisi azalar və qiyamət günü onunla haram ruzinin hesabı aparılar!"(Vəsail Şiə .c.12.səh.29)
    Bu hədisdə, səbr etmək mühüm sayılır. Əgər insanın ruzisi gec çatıb meyli üzrə olmasa, tələsib haram yola düşməli deyil. Çünki, QiyamətdəAllah dərgahında bu işin hesabını verəcəkdir!
    ZƏHMƏTLƏ VƏ ZƏHMƏTSİZ RUZİ
    İmam Sadiq (əleyhissalam) buyurur: "Ruzi, iki qismə bölünür: Bir qismi, tələb etməsədə sahibinə çatar. İkinci qismət isə tələb etmək və ardınca getməyə bağlıdır. İnsanın qismətinə düşən ruzi tələb etməsədə, ona yetişəcək. Ancaq, insanın tələb etdiyi ruzini yaxşı olar ki, halal yolla özü qazansın. Əgər həmin ruzini haram yolla qazanıb götürsə, ruzisi sayılır ancaq, qiyamətdə onunla haram yolla qazandığına görə hesab çəkiləcək!”(Nəhcül-bəlağə 429-cu hikmət )
    Nəql olunan rəvayət, İmam Səccad (əleyhissalam)-ın ruzini haram yolla yox, halal yolla qazanılması barəsində buyurduqlarının təkmilidir. Həzrət buyurmuşdu: İmkan var ki, sənin haram yolla qazandığın ruzi, varislərin əlinə keçsin və onlar o maldan xeyirxahlıqla bəhrələnsinlər ancaq, qiyamətdə acı nəticəsi sənə çatacaq.
    Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: "Qiyamət günü ən böyük həsrət budur ki, birisi qeyri-şəri yolla mal-dövlət yığsın və bu mal başqasına irs çatmaqla, başqası onu Allah yolunda xərcləsin. O kişi Behiştə gedər. Ancaq malı qazanan Cəhənnəmə düşər!"(Təğabun surəsi-17)
    Bəli! Bu ən böyük xəsarətdir ki, sənin haram yolla qazandığın mal, dünyada başqasının əlinə düşsün və o da bunu halal yolda sərf etsin. İkinci şəxs, həm dünyada, həm də Axirətdə bəhrə aparır. Bədbəxt o şəxsdir ki, həm dünyada əziyyətlə haram qazanır, həm də axirətdə onun əzabına düçar olur!
    36. TƏLƏBKARIN HAQQI
    وَأمّا حَقُّ الغَرِيمِ الطَّالِب لَكَ فَإنْ كُنْتَ مُوسِرًا أَوفَيتَهُ وَكَفَيتَهُ وَأَغْنَيتَهُ وَلَمْ ترْدُدْهُ وتَمْطُلْهُ فَإنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ - قَالَ – «مَطَلُ الغَنِيَّ ظُلْمٌ». وَإنْ كُنْتَ مُعْسِرًا أَرْضَيتَهُ بحُسْنِ القَوْلِ وَطَلَبتَ إلَيهِ طَلَباً جَمِيلاً وَرَدَدتَهُ عَنْ نفْسِكَ ردًّا لَطِيفًا، وَلَمْ تَجْمَعَ عَلَيْهِ ذهَابَ مَالِهِ وَسُوءَ مُعَامَلَتِهِ فَإنَّ ذلِكَ لؤمٌ. ولا قُوَّةَ إلاّ باللهِ.
    "Tələbkarın sənin boynun da haqqı budur ki, əgər imkanın varsa, onun haqqını ver, işini youna qoy, ehtiyacını ödə və onu gecikdirib məətəl qoyma. Çünki, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm)buyurur: "İmkanı olub borcunu verməmək zülmdür." Əgər yoxundursa, onu yaxşı dillə xoşhal et, aramlıqla ondan möhlət istə və onu xoşluqla özündən qaytar (səndən inciyib getməsin). Malını ondan alıb onunla pis rəftar etmə. Çünki, bu iş alçaqlıqdır! Allahdan başqa heç bir güc-qüvvət yoxdur! "
    İmam Səccad (əleyhissalam) kitabın bu qismətində tələbkarın haqqında xülasə olaraq belə buyurur:
    1.Borclu öz borcunu ödəməyə imkanı varsa, təxirə salmadan borcunu ödəməlidir. Tələbkarla elə rəftar eləsin ki, onu özündən incitməsin. Əgər elə etməsə, özünün alçaqlığını nişan vermişdir. Çünki, həm qarşı tərəfin malını almış, həm də onunla dava-dalaş edir. Belə şəxs məzəmmətə layiqdir.
    İnsanın həyatının xüsusiyyətlərindən biri budur ki, enişli-yoxuşludur. İnsan bəzən dövlətli, bəzən fəqir və möhtac olur. Hər iki halda çalışmalıdır ki, möhkəm iradə ilə özünü saxlasın. Nə dövlətli vaxtı tüğyan etsin və nə də möhtac olan vaxtı şəxsiyyətini sındırsın. Müqəddəs İslam məktəbinin ən mühüm məsələlərindən biri də borc vermək, başqalarına kömək və borcunu qaytara bilməyənlərə möhlət verməkdir. Bu barədə Qurani-Kərimdə çoxlu ayə zikr olunub və bu məsələnin əhəmiyyətini açıqlayır. İndi də bu ayələrdən bəzilərinə işarə edək.
    QURANDA BORC VERMƏYƏ BAXIŞ
    Təğabun surəsində, mal-dövlətdən söhbət açıb onu fitnə kimi ünvanlaşdırdıqdan sonra buyurur:
    "Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) borc versəniz, Allah sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən və həlimdir! "(Hədid surəsi-11 )
    "Qərz" (borc) sözü ərəbcədən, bir şeyin qət olunmasına deyilir. Əgər "həsənə" (gözəl), sözü ilə birlikdə işləsə, maldan ayırıb xeyir işə sərf etmək mənasındadır. Ayədən məlum olur ki, borc vermək günahların bağışlanmasına səbəb olur. Həmçinin, məlum olur ki, Allah-taala da Öz bəndələrinə bu əməlin müqabilində böyük mükafatlar verməklə, onlardan təşəkkür edir. Hədid surəsində oxuyuruq:
    "Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, Allah da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat gözləyir! "(Hədid surəsi-18 )
    Yenədə həmin surədə buyurur:
    "Şübhəsiz ki, infaq (Allah yolunda xərc) edən kişi və qadınların, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlərin mükafatları qat-qat artırılacaqdır. Onları həmdə çox qiymətli bir mükafat gözləyir! "(Təfsir nümunə .c.23.səh.344 )
    Bəziləri ehtimal verirlər ki ayədəki, "gözəl borc" sözündən məqsəd, bəndələrə borc verib sonra onu almaqdır. Çünki, Allahın Özünün borca ehtiyacı yoxdur. Mömin bəndələrin borca ehtiyacları vardır. Lakin, ayələrin ləhnindən məlum olur ki, "gözəl borc" sözündən məqsəd, "Allah yolunda xərc etmək" nəzərdə tutulur. Bununla belə bəndələrə borc vermək də böyük fəzilət sayılır.(Bəqərə surəsi-245  )
    Quranın Bəqərə surəsində buyurur: "Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, Allah da onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada) gördüyünüz işlərin əvəzini almaq üçün Onun hüzuruna qaytarılacaqsınınız.”(Bəqərə surəsi-278 )
    QURANDA RİBA (SƏLƏMÇİLİK) HAQQINDA
    Qeyd etdiyimiz kimi İslam dinində ən mühüm məsələlərdən biri də, borc vermək və ümumiyyətlə, sədəqə və Allah yolunda xərc etməklə yoxsullara kömək etməkdir. Borc verənin niyyəti yalnız, Allaha görə olmalıdır. Bu barədə, Quran ayələrini də zikr etdik. Bunun müqabilində Quran elə bir məsələni də açmışdır ki, bu gün əksər cəmiyyətlər ona mübtəla olmuşdur. Bəqərə surəsində oxuyuruq:
    "Ey möminlər! Əgər doğurdanda iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, səmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar." (Bəqərə surəsi -275-276 )
    Birinci ayədə deyilir: Sələm yemək, iman ruhu ilə yol getməz. İkinci ayədə sələm yemək, Allah və Peyğəmbəri ilə müharibə kimi ünvanlandırılıb. Əgər sələmçi bu işdən tövbə edərsə, onun barəsində ədalətlə hökm olunar. Yəni, əsl sərmayələri gəlirsiz olaraq onlara qaytarılar. Bu zaman nə səlmçi zalim olar, nə də borcluya zülm olunmuş olar. Həmin surədə başqa ayədə buyurur:
    "Sələm (faizli borc verməklə) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan vurmuş (dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-verişdə sələm kimi bir şeydir! ”- dedikləri ucundandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafir və günahkarı sevməz. "(Təfsir Nümunə. c.2. səh.272 )
    Ərəbcə "xətb" sözü, insanın öz müvazinətini saxlaya bilmədən yol getməsi və ya durmasına deyilir. Bu ayədə sələm yeyən divanə və yol gedə bilməyənə oxşadılıb. Görəsən bu sözdən məqsəd, sələm yeyənlərin cəmiyyətdəki yollarına işarədir ki, onların bu əməli dəlilikdir?Yəni, onlarda, həmdərdlik, köməklik, insani hisslər və dostluğun mənası yoxdur.
    Yoxsa, ayədən məqsəd, qiyamətdə əməllərinin təsirindən dəlilər kimi qalxıb məşhur olmalarıdır? Əksər müfəssirlər ikinci ehtimalı qəbul edirlər. Çünki, insanın o dünyadakı vəziyəti, bu dünyadakı əməllrinin təcəssümüdür. Ehtimal da var ki, hər iki məna nəzərdə tutulsun.İmam Sadiq (əleyhissalam) hədislərin birindəbuyurur:
    "Sələm yeyən dünyada bir növ dəlilik xəstəliyinə mübtəla olmayınca dünyadan getməz! "(Bəqərə surəsi-280 )
    Bu məqamda belə bir sual qarşıya çıxır ki, dəlilik və divanəliyin qaynağı Şeytandandırmı? Yaxud, dəlilik bir çox tanınmış amillərin səbəbindən əmələ gəlmiş bir növ ruhi xəstəlikdir? Cavabında demək lazımdır: Bəziləri mötəqiddirlər ki, ayədəki "Şeytan vurmuş" sözündən məqsəd, bir sıra ruhi xəstəliklərdən kinayədir. Bu cür ifadə, o vaxt ərəblər arasında çox işlədilirmiş. Lakin, çoxda uzaq nəzərə gələn deyil ki, Şeytan insana toxunmaqla, insanbir sıra hiss üzvlərini əldən versin və bunun da nəticəsində düzgün təfəkkür və məntiqi fikirləşmək qüdrəti insanda yox olsun!Hər halda bu ayədə, dünya və Axirətdəsələm yeyənlərin vəziyyəti bəyan olunur.
    SƏLƏMÇİLƏRİN MƏNTİQİ
    Sələm yeyənlər deyirdilər: Alış-veriş də sələm kimi bir şeydir. Onların nə fərqi var? Hər ikisi müamilədir. Quran onların cavabında buyurur: Allah-taala alış-verişi halal, sələm yeməyi isə haram buyurmuşdur. Fərq çox aydındır. Çünki, adi alış-verişdə hər iki tərəf bərabər olub, alverin xeyir və zərərində şərikdirlər. Halbuki, sələm alverində sələmçi heç vaxt zərər görmür. Bundan əlavə, adi alver və ticarətdə hər iki tərəf istehsal və məsrəfdə qədəm atırlar. Halbuki, sələmçinin bu əməlində heç bir müsbət cəhət yoxdur. Bütün bunlardan əlavə, sələmçiliyin yayılması ilə sərmayələr napak şəxslərin əlinə düşür və iqtisadiyyatın kökləri təzəlzül tapır. Halbuki, düzgün ticarət, sağlam sərvətin artmasına səbəb olur. Sələmçilikdə təsəvvür olunan başqa zərərlərdən biri də, sələmçilik cəmiyyətintəbəqələri arasında düşmənçilik və müharibələrin sərçeşmələri sayılır. Amma, düzgün ticarət belə deyildir.
    Ali-İmran surəsinin 130-cu və Nisa surəsinin 159-cu ayələrində də sələm barəsində bəhs olunmuşdur. Lakin, ixtisar üzündən biz onlara işarə etmirik. Nəticə budur ki, İslam, infaq, sədəqə və borclar verməyə təşviq edir. Ancaq, sələmçilik və təbəqələşmənin vücuda gəlməsinin qarşısını alır.
    BORCLUYA MÖHLƏT VERİLMƏSİ
    İmam Səccad (əleyhissalam) buyurur: "Borclunun imkanı varsa, öz borcunu saxlamadan ödəməlidir. Əgər imkanı yoxdursa ona möhlət verilməlidir ki, borcunu verməyə qüdrəti olsun.”Qurni-Kərim bu barədə buyurur:
    "Əgər sizə borclu olan şəxs çətin vəziyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək itəyirsinizsə, (borcu) ona bağışlamağınız daha yaxşıdır! "(Şafi .c.2.səh.110 )
    Keçən bəhslərdə, borc və sələmçilik barəsində olan ayələri araşdırdıq. Bu ayədə, tələbkarın heç bir faiz olmadan öz haqqını almasının ardınca borclunun da hüquqlarından birinə toxunulur. O da budur ki, əgər borclular öz borclarını verməkdə qüdrətləri yoxdursa, cahiliyyət dövründəki kimi onun üstüna faiz gəlib sıxıntıda saxlamamalı, əsl borcunu qaytarmaqdan ötrü ona möhlət verilməlidir. Bununlada, borclunun nə vaxt imkanı olsa,öz borcunu qaytarsın. Əslində, həmin ayənin izahı olan İslam qanunlarında aşkarcasına gəlib ki, heç kimin icazəsi yoxdur ki, borclunun öz borcunu qaytara bilməməsindən ötrü onun həyatında zəruri olan şeylərini ondan alsınlar. O cümlədən, evini və başqa yaşayış vəsilələrini ondan tələb etsinlər. Bəlkədə, tələbkar yalnız, zəruri şeylərdən artıq olan şeyləri tələb etməyə haqqı vardır. Bu da İslamda zəif təbəqələrin hüquqlərını müdafiə edən bir növ insani haqqdır.
    Ayənin ardınca bundanda yuxarı mərhələyə işarə olunur. O da budur ki, həqiqətən, əgər borclu öz borcunu ödəyə bilmirsə və tamamilə acizdirsə, yaxşı olar ki, tələbkar bir addım da böyük bir insani addım atsın və öz pulundan Allaha xatir keçsin. Bu əməl, hər cəhətdən tələbkarın insaniyyətinə xeyir gətirər. Hər kim bu işin mənafesini anlasa onu təsdiqləyər.
    Əgər bu ayəni, İmam Səccad (əleyhissalam)-ın buyurduğu:"Malını ondan alıb onunla(tələbkarla) pis rəftar eləmə. Çünki, bu alçaqlıqdır"– sözləri ilə müqayisə etsək onda görərik ki, Quran və onun ardınca İmamət, (İmamlar) şəri məsələri müsəlmanlara necə də gözəl ifadə ilə çatdırıblar. Tələbkar və borclunun hüquqlarını ən yaxşı üslubla izah etmişlər.
    Bu hüquq bəhsinin sonunda mərhum Feyz Kaşaninin "Şafi" kitabının ikinci cildində, borcunu qatarmaqdan aciz olana,onu bağışlamağın savabı haqqında gətirdiyi rəvayətlərin bəzisinə işarə edirik:
    İmam Sadiq (əleyhissalam) hədislərin birindəbuyurur:
    "Kim istəyir, o gün ki, Allahın kölgəsindən (rəhmətindən) başqa heç bir kölgə yoxdur,Haqqın kölgəsində qərar tutsun? (Bu cümləni üç dəfə təkrar edir. Camaat yığışıb bu məslənin cavabını gözləyir) Həzrət buyurur: Hər kim borcludursa və borcunu qaytara bilmirsə, ona möhlət verin! Yaxud, öz haqqınızı ona bağışlayın. Bu əməlin nəticəsi, Qiyamət günü həzrəti Haqqın rəhmətində qərar tutmaqdır! "(Şafi .c.2.səh.110 )
    Yenə də İmam Sadiq (əleyhissalam) hədislərin birindəbuyurur: "Günlərin birində, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) mənbərə çıxıb buyurur: Həmd və tərif Allaha məxsusdur. Peyğəmbərlərə salam olsun! Sonra buyurur: Ay camaat! Hər kim şahiddir və mənim sözlərimi eşidirlər olmaynlara da xəbər versinlar. Agah olun! Hər kim borcunu qaytara bilməyənə qüdrəti olana qədər möhlət versə, Allah-taala tələbkarın borcu qayıdna qədər, hər günü üçün bütün malının sədəqə verməsinin ölçüsndə ondan ötrü savab yazar.”(Şafi .c.2.səh.110 )
    Sonra İmam Sadiq (əleyhissalam) Quran ayəsinə işarə edir: "Əgər sizə borclu olan şəxs çətin vəziyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək itəyirsinizsə, (borcu) ona bağışlamağınız daha yaxşıdır!”. Buyurur: Borclu çətin vəziyyətdədirsə, öz malnızı ona sədəqə verin! Bu sizin öz xeyirinizədir.
    İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:
    "İnsana qüdrəti olan halda borcunu saxlayıb təxirə salması halal olmadığı kimi tələbkara da halal deyil ki, borclunun imkanı olmayan halda ondan borcunu tələb etsin!"(Şafi .c.2.səh.110 )
    İmam Sadiq (əleyhissalam)-a buyurdular: "Abdurrəhman ibni Siyabənin boynunda ölmüş bir kişinin borcu vardı. Biz onunla söhbət etdik ki, onun borcundan keçib ona bağışlasın, o isə qəbul etmədi. İmam buyurdu: Vay olsun ona! Məgər bilmir ki, əgər bağışlasa, hər dirhəmin müqabilində on dəfə artıq mükafatı var? Əgər bağışlamasa, bir dirhəmin müqabilində bir dirhəm savab aparır!"(Biharul-Ənvar. C.74. səh.185)
    37. HƏMKARIN HAQQI
    وَأمّا حَقُّ الخَلِيطِ فَأَنْ لا تَغُرَّهُ ولا تَغُشَّهُ ولا تُكَذِبَهُ ولا تُغَفِّلَهُ ولا تَخدَعَهُ ولا تَعمَلْ فِي انتِقَاضِهِ عَمَلَ الْعَدُوِّ الَّذِي لا يُبقِي عَلَى صَاحِبهِ وَإنِ اطْمَأَنَّ إلَيكَ اسْتَقْصَيتَ لَهُ عَلَى نفْسِكَ وَعَلِمْتَ أَنَّ غَبْنَ الْمُسْتَرْسِلِ رِِبًا. ولا قُوَّةَ إلا باللهِ.
    "Həmkarın haqqı səninlə budur ki, onu aldadmayasan, ona yalan deyib hiylə gəlməyəsən, onu qəflətdə saxlamayasan və düşmən kimi öz qarşı tərəfini diqqətə alıb, onun işlərini pozmayasan. Əgər sənə etimad edərsə, nə qədər imkanın var onu doğrult. Bilki, sənə etibar edəni aldadmaq sələm əməli kimi bir şeydir. Allahdan başqa heç bir güc-qüvvət yoxdur!”
    İmam Səccad (əleyhissalam) buyurur: Hər kim səninlə hər növ yodaşlıq və həmkarlıq edərsə, sənə qarşı haqqı vardır. O da budur ki, onu aldadmayasan və ona qarşı hər cür hiylə və kələkdən çəkinəsən. Onunla düşmən kimi rəftar etməyəsən. Sənə etimad edən halda ona zərbə vurmayasan!
    Keçən bəhslərdə yoldaşın vədostun hüquqları barəsində çoxlu ayə və rəvayətlər zikr etdik. Onların həmkarlıqla bağlılığı çoxda az deyildi. Onları təzədən təkrarlamırıq. Ancaq, həmkarlığa aid bir neçə rəvayətə işarə edəcəyik.
    HƏMKARLIQ BARƏSİNDƏ RƏVAYƏTLƏR
    İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:
    "İnsanların ən xoşbəxti o kəsdir ki, əhali ilə dahicəsinə həmkarlıq etsin! (Biharul-Ənvar. C.74. səh.188)"
    Bu hədisdə, insanın səadətinin amillrindən birinin yaxşı həmkar və səmimi dostları olması qeyd edilir. Yenə də həmin mövzuda,İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:
    "Alimlərdən soruşun, ariflərlə əlaqəniz olsun və fəqirlərlə oturub-durun! "(Şərh Risalətil-hüquq Qapançı. C.2.səh.289 )
    Bu hədisdə də, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) cəmiyyətin üzvlərinə tövsiyə edir ki, öz rabitələrini arif və hikmətli şəxslərdən kəsməsinlər.
    YAXŞI DOSTUN XÜSUSİYYƏTLƏRİ
    İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:
    "Allah-taala, hər kimə bir xeyir yetirmək istəsə, ona saleh bir dost yetirər. Əgər Onu unutsa, xatırladar, əgər xatırlasa, ona kömək edər.”(Üsul-Kafi .c.2.səh 336)
    İnsanın seçdiyi dostu sağlam əqlli və təcrübəli olmalıdır. Keçən bəhslərdə qeydetdik ki, əvvəla,nadan və ağıldankəm dostlardan çəkinmək lazımdır. İkinci, dost, dindar olub niyyəti xeyir olsun. Üçüncü, dostunyaxşı bəyənilmiş əxlaqi xüsusiyyələri olsun. Çünki, pis dost, insanı şər və xətaya çəkəcək. Dördüncü, dostluğa meyli olsun və insanla həqiqi dost olsun.
    İmam Səccad (əleyhissalam) insanı dostluqda, hiylə və məkrdən çəkindirir. Hiyləgər insan aqil deyildir. Məkr və hiylə o şeyə deyilir ki, insanın batini ilə əməli fərqli olsun.İmam Sadiq (əleyhissalam) buyurur:
    "İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Hiyləgər, mənim ümmətimdən deyildir"(Üsul-Kafi .c.2.səh 336 )
    Əmirəl-möminin Əli (əleyhissalam) yalançılığa mübtəla olan şəxs barəsində buyurur:
    "Yaxşı olar ki, insan, yalançılığa mübtəla olmuş şəxslə, dostluq və qardaşlıq etməsin!. Çünki, belə xasiyyətə mübtəla olmuş şəxs, doğru da danışsa, yalan kimi qələmə veriləcək."(Həşr surəsi-10  )
    Bu qismətdə bəyan olan haqqın qısası budur ki, yaxşı dost və yoldaş, Allah-taalanın böyük nemətlərindən biridir və insanın boynunda haqqı vardır. Onun haqqını hiylə və kələklə zay etmək olmaz. Əksinə, hər bir dost öz dostunun haqqını gözləməlidir.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 588 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024