İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:00 PM
    MƏŞVƏRƏT, QURAN BAXIMINDAN
    Quran buyurur: "(Ya Məhəmməd!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumuşaq rəftar etdin. Əgər kobud, sərt ürəkli olsaydın, əlbətə onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!”(Təfsir Nümunə .c.3. səh.141 )
    "Fəzz" sözü ərəbcə, sözləri tünd olan şəxsə deyilir. "Ğəlizəl-qəlb" o kəsə deyilir ki, daşürəkli olsun. Bu iki kəlmə, hər ikisi qaba və hirs mənasında olsada, çox vaxt biri sözdə, digəri isə əməldə qaba olmaqa deyilir.(Şura surəsi-37 )
    "Ühüd" döyüşü ilə əlaqadar İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alehi və səlləm) nazil olan bu ayə, layiqli rəhbərə lazım olan xüsüsiyyətlərdən birini xatırladır.O da budur ki,xəta edib sonradan peşiman olaraq öz xətalarına iqrar edənlərin müqabilində, rəhbərdə bağışlamaq və güzəşt hissi olmalıdır. Təbiidir ki, rəhbərlik məqamında qərar tutan bir şəxsdə, yaxşı rəftar və insani hisslərə malik ruhiyyə olmazsa, tezliklə öz planlarında məğlubiyyətə uğrayacaq və əhali onun ətrafından dağılacaqdır. Bununlada, rəhbərliyini davam etdirə bilməyəcəkdir.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bu ayədə, Allah-taala tərəfindən göstəriş alır ki, onlarla məşvərət etsin. Doğrudur ki, ayədə "iş" sözünün geniş mənası olub çox işlərə aid olur, lakinşübhə yoxdur ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) İlahi hökmlərdə heç vaxt insanlarla məşvərət etməz. Belə işlərdə tamamilə vəhyə tabedir. Beləliklə, bu cür məşvərətlər təkcə, İlahi hökmlərin cəmiyyətdə necə icra olunmasına aidiyyatı var idi. Başqa sözlə desək, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) qanun təyin etdikdə heç vaxt insanlarla məşvərət etmirdi. Təkcə qanunun cəmiyyətdə necə icra olunma tərzi barəsində əhali ilə məsləhətləşirdi. Necə ki, "Bədr" döyüşündə İslam qoşunları bir məntəqədə ordu salmaq istəyirdilər ki, həzrətin "Hübab ibni Münzir" adlı köməkçisi ərz edir: Ya Rəsulullah! Bu yerdə qoşun salmaq, Allahın əmridir yoxsa, özünüz səlah bildiniz? Həzrət buyurdu: Bu barədə Allahdan xüsusi əmr gəlməyib. Münzər ərz edir: Bura ordu üçün münasib yer deyil. Peyğəmbər da onun sözünü bəyənib ordunun yerini dəyişir.
    "Şura" surəsində oxuyuruq: "O kəslər üçün ki Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. "(Təfsir Nümunə .c.3. səh. 145 )
    Bu aydə, namaza və haqqın bərpa olunmasına dəvətdən sonra mühüm məsələ sayılan, şura və məşvərət məsələsinə təkid olunur. Bu surənin adının "Şura" qoyulması da həmin münasibətlədir.
    MƏŞVƏRƏT, RƏVAYƏT BAXIMINDAN
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) və məsum İmamlarımızdan (əleyhimussalam) məşvərət barəsində çoxlu rəvayələr nəql olunmuşdur. Əvvalcə, əsl məşvərət barəsindəİslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunur ki, buyurur:
    "Heç kim indiyə kimi məşvərət etməklə bədbəxt olmayıb və öz fikrinə qürrələnməklə də xoşbəxtliyə çatmayıb.”(Təfsir Nümunə .c.20. səh. 461 )
    Həzrət Əli (əleyhissalam) buyurur: "Hər kim öz nəzərinə arxalanaraq iş görsə həlak olar və hər kim böyük şəxsiyyətlərlə məşvərət etsə, onların ağlında şərik olar. "(Təfsir Nümunə .c.3. səh. 145 )
    İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) yenə də nəql olunur ki, buyurur:
    "Əgər hakimləriniz sizin ən yaxşı və saleh, qüdrətli və səxavətli şəxslərinizdən olub işlərini məşvərət üzrə görsə, yerin üstü sizin üçün altından yaxşıdır! (yəni, yaşamağa daha layiqsiniz). Lakin, əgər hakimləriniz, sizin ən pislərinizdən, sərvətlilərinizdən və paxıl şəxlərinizdən olub işlərində məşvərət etməsə, bu zaman sizin üçün yerin altı üstündən yaxşıdır.”(Töhəful-Uqul. Səh.293. )
    İmam Kazim (əleyhissalam) buyurur:
    "Ey Hişam! Dindar və mömin şəxslərlə oturub-durmaq, dünya və axirətdə şərəf sayılır. Aqil şəxslərlə məşvərət etmək, Allah tərəfindən verilmiş bərəkət qaynağı, xoşbəxtlik və fürsətdir. Bəs əgər ağıllı şəxs birinə nəsihət etsə, onunla müxalifət etməsin ki, zəhmətə düşər. "(Vəsail Şiə.c.8. səh.427 )
    KİMLƏRLƏ MƏŞVƏRƏTLƏŞƏK?
    "Vəsail Şiə" kitabında kimlərlə məşvərət etmək barəsində çoxlu rəvayət gətirilmişdir. İmam Sadiq (əleyhissalam) atasından nəql edir, buyurur:
    "İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) soruşuldu: Həzm nədir? Buyurdu: Ağıl sahibləri ilə məşvərətləşib onlara tabe olmaq. "(Vəsail Şiə.c.8. səh.427 )
    İmam Sadiq (əleyhissalam) buyurur: "İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) həzrət Əli (əleyhissalam)-a tövsiyə olunanlardan biridə bu idi: Məşvərətdən möhkəm arxa yoxdur.İşlərdə düşünüb tədbir tökmək istəyən ağıldan da, üstün bir ağıl yoxdur.”(Vəsail Şiə.c.8. səh.427Vəsail Şiə.c.8. səh.427Vəsail Şiə.c.8. səh.427Vəsail Şiə.c.8. səh.427 )
    İmam Baqir (əleyhissalam) buyurur: "Tövratda dörd sətir yazılıb. Onlardan birinci sətirdə budur: Hər kim işlərində məsləhətləşməsə, peşiman olar."(Nəhcül-bəlağə. 53-ci məktub )
    Əmirəl-möminin Əli(əleyhissalam) buyurur: "Məşvərət etmək kimi möhkəm iş yoxdur!”("(Ya Məhəmməd!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumuşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbətə onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlr üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərar gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!”(Ali-İmran-159) )
    İmam Sadiq (əleyhissalam) buyurur: "Öz işlərində o kəslərlə məşvərət et ki, Allahdan qorxusu olsun.”(Təfsir Nümunə .c.3.səh.146 )Yenədə İmam Sadiq (əleyhissalam) buyurur:
    "Ağıllı adamlarla məsləhətləş. Çünki, belə şəxslər işin xeyirini istəyirlər. Ağılı mömin şəxslərlə müxalifət etməkdən çəkin, çünki, bu iş insanın dünya və axirətin fəsadına gətirib çıxarır.”(Vəsail Şiə .c.8.səh.427 )
    İmam Sadiq (əleyhissalam) buyurur: "Məşvərətində öz həddi var. Əgər yerində olmasa, zərəri məşvərət edənə hamıdan çox çatar. Əvvəl: Ağıllı adamla məşvərət olunsun. İkinci: Azad və dindar şəxslə məşvərət olunsun. Üçüncü: İnsanla dostluq və qardaşlıq hissi olanla məşvərət olunsun. Dördüncü: Əgər sirrini ona açsan, öz sirri kimi möhkəm saxlasın.”
    KİMLƏRLƏ MƏŞVƏRƏT ETMƏYƏK?
    Şübhəsiz ki, hər kim insanın məşvərət verəni ola bilməz. Keçən bəhslərdə rəvayətlərdə oxuduq ki, doğru və düzgün nəzəriyyə sahibləri ilə məşvərətləşmək lazımdır. Allahdan qorxan, mömin, doğru danışan və əminşəxslərlə məsləhətləşmək insana fayda verər.Lakin, bəzi şəxslərlə məşvərətləşmək insanın geridə qalıb pis günə düşməsinə səbəb olur.
    Əmirəl-möminin Əli (əleyhissalam) məşvərətləşməyi məsləhət olmayan şəxsləri öz məktubunda Malik Əştərə belə tanıtdırır, buyurur:
    1."Paxıl şəxslərlə məşvərətləşmə. Çünki, səni fəqirlərlə qorxudub, səxavətli olmaqdan saxlayacaq.”(Vəsail Şiə .c.8.səh.427 )
    2."Qorxaq şəxslərlə də məşvərətləşmə. Çünki, onlar səni mühüm işlər görməkdən çəkindirəcək.”
    3. "Həris şəxslərlə də məşvərətləşmə. Çünki, onlar mal-dövlət,sərvət toplamağı, zülm və sitəmisənin nəzərində yaxşıcilvələndirəcəklər."
    Əvvəlcədən qeyd etdiyimiz kimi məşvərət, həqiqət yolunu nişan vermək, haqqa çatmaqda insana kömək göstərmək və məsləhət sayılır. Paxıl, qorxaq və həris kimi rəzilət sifətlərinə malik olan şəxslər, məşvərətçi kimi qərar tutmamalıdılar. Çünki, onlar məşvərət alana nəinki köməklik göstərmirlər, əksinə onu həlakətə tərəf aparıb, təhlükəli vəziyyətdə qoyurlar. Ona görə də görürük ki, İmam Səccad (əleyhissalam) bu hüquqda buyurur: Məşvərət edənin haqqı budur ki, əgər dərdə dəyən nəzəri varsa, ona desin, yoxsa, onu yaxşı məsləhət verənin yanına göndərsin. Çünki, məşvərətdən hədəf, həqiqətə çatmaqdır.
    Bəhsimiz, məşvərət və müşavirədən getdiyinə görə bəhsin sonunda İslamın zühurunun əvvəllərində altı nəfərdən ibarət xəlifə seçmək səlahiyyətinə malik olan şuraya işarə edirik.
    İSLAMIN ZÜHURUNUN ƏVVƏLLƏRİNDƏ ALTI NƏFƏRLİK ŞURA
    Əhli-təsənni alimlərinin və təfsirçilərinin bir dəstəsi keçən bəhsimizdə şahid kimi qeyd etdiyimiz, "Ali-İmran" surəsinin 159-cu ayəsini bu "altı nəfərlik şuraya" işarə kimi şərh edirlər.(Vəsail Şiə .c.8.səh.427 )
    Burda işarə etmək yerinə düşərdi ki, bu mətləb həqiqətdən çox uzaqdır və aşağıdakı dəlillərə əsasənheç də məntiqi deyildir:
    Əvvəla: Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm)canişini və İmamın seçilməsi yalnız, Allah-taala tərəfindəndir. Necə ki, etiqadi kitablarda subuta yetirmişdik. Çünki, İmam da peyğəmbər kimi rəhbərliyə layiq sifətlərə o cümlədən, ismət, kamil elm və sairə malik olmalıdır. Onun da tanınması yalnız, Allahın əlindədir. Peyğəmbəri məşvərətlə seçə edə bilmədiyimiz kimi İmamı da məşvərətlə seçə bilmərik.
    İkinci: Altı nəfərdən ibarət şura, heç vaxt məşvərət qanunlarına uyğun olmamışdır. Çünki, əgər məqsəd, bütün müsəlmanlarla məşvərət idisə, bəs altı nəfərin nə mənası var? Əgər məqsəd, müsəlman ümmətinin mütəfəkkirləri ilə məşvərət etmək idisə, ümmətin mütəfəkkirləri yalnız, bu altı nəfər deyildi. Bəlkədə,İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) nüfuzlu məşvərətçilərindən sayılan Salman, Əbuzər, Miqdad və İbni Abbas kimi şəxsiyyətlər və hədis söyləyənlər bu şuraya buraxılmamışdılar. Beləlikə, müşavirləri yalnız, o altı nəfərə münhəsir etmək olmaz. Onlar yalnız, kiçik bir məşvərət heyəti idilər.
    Əgər məqsəd, güclü nüfuz sahiblərinin nəzərləinin toplanması və bu da başqaları tərəfindən qəbul olunması sayılırdısa,yenə də düzgün deyildi. Çünki, Ənsar tayfasının müləq başçısı, "Səd ibni İbadə" və "Bəni Ğəffar" tayfasının başçısı, Əbuzər kimi nüfuzlu şəxsiyyətlər bu şurada yox idilər.
    Üçüncü: Bildiyimiz kimi bu müşavirənin çətin və təhlükəli şəraiti var idi. Müxaliflər ölümlə qorxudulmuşdular. Halbuki, İslam dininin məşvərət hökmündə belə bir hökm ola bilməz və yoxdur.(Vəsail Şiə .c.8.səh.427 )
    40. MÜŞAVİRİN HAQQI
    وَأمّا حَقُّ المُشِيرِ عَلَيْكَ فَلا تتَّهِمْهُ فِيمَا لا يُوافِقُكَ عَلَيهِ مِنْ رَأْيِهِ إذا أَشَارَ عَلَيْكَ فَإنَّمَا هِيَ الآرَاءُ وَتصَرُّفُ النَّاسِ فِيهَا وَاختِلافُهُمْ. فَكُنْ عَلَيهِ فِي رَأيِهِ بالخِيَارِ إذا اتَّهمْتَ رَأْيَهُ، فَأَمّا تُهْمتُهُ فَلا تَجُوزُ لَكَ إذَا كَانَ عِنْدكَ مِمَّنْ يَسْتَحِقُّ الْمُشَاوَرَةَ. وَلا تَدَعْ شُكْرَهُ عَلَى مَا بَدَا لَكَ مِن إشْخاصِ رَأْيِهِ وَحُسْنِ وَجْهِ مَشُورَتِهِ، فَإذا وَافَقَكَ حَمِدتَ اللَّهَ وَقَبلْتَ ذلِكَ مِن أَخِيكَ بالشُّكْرِ والإرْصَادِ بالْمُكَافَأَةِ فِي مِثلِهَا إنْ فَزِعَ إلَيْكَ.وَلا قُوَّةَ إلا باللهِ.
    "Sənin müşavirininvə öz nəzərlərini sənin ixtiyarında qoyanın haqqı budur ki, sənin nəzərinlə düz gəlməyən nəzəriyyəyə işarə etdiyinəgörə onu müttəhim sayma. Çünki, nəzəriyyə mərhələsində insanlar müxtəlif olub, nəzəriyyələri fərqlidir. Əgər məşvərət etdiyin şəxsin nəzəriyyəsinə qarşı bədbinsənsə, onu qəbul etməkdə azadsan. Sənin yanında məşvərət almağa layiq görülən halda, onu müttəhim etmək yaxşı deyil. Əgər öz məsləhətində sənə yaxşı çıxış yolu göstərərsə, ona təşəkkür etməyi unutma. Allaha da bu nemətə görə həmd və səna et. Elə bir halda ol ki, əgər bir gün səninlə məşvərət etsə, ona yaxşı mükafat verə biləsən.Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”
    İmam Səccad (əleyhissalam)-ın müşavirin haqqı barəsinə sözünün qısası budur ki, əgər onun məşvərət nəzəriyyəsi sənin nəzərinlə müvafiq deyilsə, onu bu işdə müttəhim sayma. Əgər istədiyin mövzuda nəzəriyyəsi sənin nəzəriyyənlə düz gəlsə, bu nemətə görə Allaha şükür və müşavirinmüvafiq nəzəriyyəsindən təşəkkür et!
    MÜŞAVİRƏDƏ ƏMANƏT VƏ SƏDAQƏT
    Keçən bəhsimizdə izah olundu ki, kimlərlə məsləhətləşmək olar. Rəvayətlərdən yaxşı müşavirin xüsusiyyətlərini qeyd etdik. Bu mövzuda bir neçə rəvayəti nəzərdən keçirək. İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Bir nəfər, əmirəl-möminin Əli(əleyhissalam)-ın hüzuruna gəlir və ərz edir: Gəlmişəm ki, sizinlə İmam Həsən, İmam Hüseyn, Abdullah və Cəfərin evlənmələri barəsində məşvərət edəm. Həzrət buyurdu: Hər kim məşvərət etməyə layiq görünürsə, əmindir və əslində ayrıd etdiyini bəyan edir. Bu vaxt məsələ barəsində öz nəzərini bildirir. "(Biharul-Ənvar. C.75.səh.104 )
    Başqa rəvayətdə yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Hər kim din qardaşı ilə məşvərətə gəlsə və müşavir həqiqətdə, anladığını ona deməsə, Allah-taala onun məşvərət qüvvəsini ondan alar.”(Biharul-Ənvar. C.75.səh.104 )
    Bu iki rəvayətdə, iki mühüm mətləb bəyan olur. Birinci rəvayət deyir: Hər kim məşvərət olunmağa layiq görülürsə, əmindir. Əmin şəxs isə heç vaxt xəyanət etməz. Bəs məşvərət edən, məsləhət verənə qarşı töhmət vurmamalı və ona qarşı bədgüman olmalı deyildir. Necə ki, İmam Səccad (əleyhissalam) onu bir haqq kimi ünvanlamışdır. İkinci rəvayətdə bəyan olunur: Müşavir, Allahla özü arasında nə qənaətə gəlirsə, onu bəyan etməlidir. Əgər səhlənkarlıq etsə, Allaah-taala onun məsləhət qüvvəsini ondan alar. Çünki, məşvərət neməti müqabilində şükr etməmiş olur.
    MƏŞVƏRƏT VƏ ƏLALTINDAKILARDAN MƏSLƏHƏT ALMAQ
    Məşvərət mövzusunun cəlbedici cəhətlərindən biri budur ki, insan özündən aşağı şəxslərlə də məsləhətləşə bilər. Lazım deyil ki, müşavir yüksək səviyyəli və ya böyük şəxs olsun. Həmin mövzuda, Fuzeyl ibni Yəsar İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:
    "İmam Sadiq (əleyhissalam) bir mövzu barəsində mənimlə məşvərət etdi. Ondan soruşdum ki, mənim kimi bir nəfərin məsləhəti, sizin kimi bir şəxsiyyətin dərdinə dəyirmi?Həzrət buyurdu: Bəli! Hər vaxt səndən məsləhət istəsəm, istifadə edirəm.”(Biharul-Ənvar. C.75.səh.104 )
    Üçüncü rəvayətiHəsən ibni Cəhim nəql edir: "İmam Rza (əleyhissalam)-ın hüzurunda idik. Birdən atasından yad edib buyurdu: O həzrətin ağlı o həddə idi ki, zəmanəsində heç kimin ağlı ona çata bilməzdi. Lakin, bəzən qara dərili kölələrlə məsləhətləşirdi. Həzrətə dedilər: Məgər qara dərili kölə ilə məşvərət edirsiniz? Həzrət buyurur: Çox ola bilsin ki, Allah-taala həqiqəti onun dili ilə bəyan etsin. İmam, bağ və bostan işlərində çox vaxt qulamı ilə məsləhətləşirdi.”(Qamus-Quran. C.7.səh.71 )
    HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM), MÜŞAVİR BARƏSİNDƏ
    Seyyid Rəzi "Nəhcül-Bəlağədə "nəql edir ki, əmirəl-möminin Əli (əleyhissalam), Abdullah ibni Abbas onunla məsləhətləşdikdən sonra məşvərət olunan məsələ barəsindəonun nəzəri ilə razılaşmadıqda buyurur:
    "Sənə vacibdir ki, mənimlə məşvərətləşəsən. Əgər mənim nəzərim səninkilə düz gəlməsə, mənə tabe olmalısan! "(Əraf surəsi -63)
    Əli ibni Məhziyarın da İmam Baqir (əleyhissalam)-dan nəql etdiyi cümlələr də,İmam Səccad (əleyhissalam)-ın sözləri ilə uyğundur, buyurur:
    "İmam Baqir (əleyhissalam) mənə məktub yazır ki, bir nəfərlə məşvərət edim və hər nəyi səlah bilirəmsə onu seçim. Çünki, məşvərət olunan şəxs öz şəhərinin mühiti və vəziyyəti ilə daha yaxından tanışdır. Hökumətlə necə rəftar etməymi daha yaxşı bilir. Məşvrət mübarək işdir. Allah-taala, Quranda Peyğəmbərə buyurur: "İşlərində əhali ilə məşvərət et. Nəticə aldıqdan sonra isə Allaha təvəkkül et!” Əgər müşavirin dediyi düzgün olsa, mən onun dediyi düzgün məsləhətdən istifadə edərəm. Əgər doğru olmasa, ümüdvarəm ki, Allahın istəyi ilə onu doğru yoldə qərar verəm. İşində onunla məsləhətləş. Yəni, onlardan xeyir-dua tələb et! "(Əraf surəsi-79 )
    Əmirəl-möminin Əli(əleyhissalam) buyurur: "İnsana həmişə məşvərət kimi arxa lazımdır.”(Əraf surəsi-93 )
    41. NƏSİHƏT İSTƏYƏNİN HAQQI
    وَأمّا حَقُّ المُسْتَنصِحِ فَإنَّ حَقَّهُ أَنْ تُؤَدِّيَ إلَيهِ النَّصِيحَةَ عَلَى الحَقِّ الَّذِي تَرَى لَهُ أنّهُ يحْمِلُ وَتخرُجَ المَخرَجَ الَّذِي يَلينُ عَلَى مَسَامِعِهِ، وتُكَلِّمَهُ مِنَ الْكَلامِ بمَا يُطِيقُهُ عَقلُهُ، فَإنَّ لِكُلِّ عَقْلٍ طَبقَةً مِنَ الْكَلامِ يَعْرِفُهُ ويَجْتَنِبُهُ، وَلْيَكُنْ مَذهَبَكَ الرَّحْمَةَ. ولا قُوَّةَ إلا باللهِ.
    "Səndən nəsihət istəyənin sənin boynunda haqqı odur ki, dözümü olan miqdarda ona nəsihət ver. Elə yolla sözə başla ki, qulağına xoş gəlsin və onun ağılı miqdarında onunla danış. Çünki, hər bir ağılın sözü başa düşüb dərk etməsindən ötrü müəyyən dərəcədə danışmaq lazımdır. Məsləhət verməkdə mehribançılıq yolunu tutmalısan! "
    İmam Səccad (əleyhissalam)-ın nəsihət istəyənin haqqı barəsinə sözünün qısası budur ki, ona qabiliyyəti olan qədər nəsihət et və onunla elə danış ki, qəbul olunası olsun. Bu işdə çox mehribançılıq göstər.
    "Nəsh" sözü ərəbcə lüğətdə, xalis olmaq və xalis etməyə deyilir. Ərəbcə: "Nəsəhu əsəl" cümləsi, balı saflaşdırıb xalis etməyə deyilir. "Nihayə" kitabında yazır: "Nəsh" lüğətdə, saf mənasındadır. "Nush" sözü isə ixlas mənasındadır. "Əqrəbul-Məvarid" kitabında müəllif yazır: "Nəsəhəhu, nəshən və nusuhən”, yəni, ona nəsihət verdi və onu saflaşdırdı.(Əraf surəsi-21)
    İslam əxlaq məktəbində ən mühüm və dəyərli mövzulardan biri də insanların bir-birinə qarşı nəsihət verməsi və xeyirxah olmalarıdır. Qurani-Kərim İlahi peyğəmbərləri cəmiyyətin nəsihət verənləri kimi tanıtdırır. Nümunə üçün aşağıdakı ayələrə diqqət yetirək.
    PEYĞƏMBƏRLƏR, CƏMİYYƏTİN NƏSİHƏT VERƏNLƏRİ
    Həzrət Nuh (əleyhissalam) öz tayfasına belə buyurur: "Mən sizə Rəbbimin əmirlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!"(Üsul-Kafi .c.2.səh.208 )
    Saleh peyğəmbər barəsində Quran buyurur: "Saleh onlardan üz döndərib belə dedi: Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz! "(Üsul-Kafi .c.2.səh.208 )
    Həzrət Şüeyb peyğəmbər barəsində Quran buyurur:"Şüeyb onlardan üz döndərib belə dedi: Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?"(Üsul-Kafi .c.2.səh.208 )
    Bütün peyğəmbərlərin hədəfi, insanlara öyüd-nəsihət verib onları düzgün yola yönəltmək olub. Hər bir insan, xeyirxah və nəsihətçi insanı açıq ürəkliyi ilə qəbul edir. Lakin, pak tövhid fitrətini əldən verib, peyğəmbərlərin nəsihətlərinə qulaq asmayan insanları tezliklə şiddətli əzab tutar.Maraqlıdır ki, Şeytanda insanı nəsihət yolu olə aldadıb yoldan çıxarır. Əraf surəsində Şeytan barəsində oxuyuruq:
    "(Şeytan) həm də onlara (Adəm və Həvvaya): "Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm"– deyə and içdi."(Üsul-Kafi .c.2.səh.208 )
    Burdan aydın olur ki, bəzən düşmən, xeyirxah adı ilə insanı yoldan azdıra bilər. Necə ki, Adəm və Həvva barəsində bu işi görmüşdü.
    Gördüyümüz kimi Quranda peyğəmbərlər nəsihət verən və xeyirxah kimi tanıtdırılmışdır. İmamlardan (əleyhimussalam) da belə rəvayətlər var ki, möminlər bir-birinə qarşı nəsihətçi və xeyirxah olmalıdırlar.
    MÖMİNLƏR BİR-BİRİNİN NƏSİHƏT VERƏNLƏRİDİR
    İmam Sadiq (əleyhissalam) buyurur: "Möminin başqa mömini nəsihət etməsi vacibdir.”(Şərh Risalətil-Hüquq. Qapançı.c.2.səh.389 )
    Mərhum əlləmə Məclisi, özünün "Miratul-Uqul" kitabında yazır: Rəvayətdə nəsihətdən məqsəd, möminə din, dünya, təlim-tərbiyət və qafil şəxsləritanıtdırmaqla ona yol göstərməkdir. Zərəri ondan dəf edib, onun xeyirinə çalışmalıdır. Əgər qəbul etməsə, "əmr be məruf və nəhy əz münkər" cəhətindən öz xeyirxahlığını ona bildirsin.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Özünün nəsihətçi olduğu kimi sizlərdən hər biriniz digərinizə nəsihət etməlidir.”(Süxən və süxənvəri. Səh.44 )
    Bu rəvayət nəsihətin bütün cəhətlərinə görə hamıya aiddir.
    NƏSİHƏTÇİLƏR ƏN YAXŞI İNSANLARDIR
    İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur: "Qiyamət günü, Allah dərgahında ən böyük mənzilət və məqamı olan şəxslər onlardır ki, yer üzündə Allah bəndələrinə ən çox nəsihət ediblər! "(Şərh Dürər və Ğürər. C.səh. 320 )
    Bu hədisdə "məşvərət”-dən məqsəd, ola bilsin, insanların hidayətindən ötrü həqiqi addım atanlar olsun. Yaxud, ola bilsin, cəmiyyətin işlərinə ən çox əhəmiyyət verənlərdir.
    İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Allah bəndələrinə nəsihət etmək sizə lazımdır. Nəsihətdən üstün bir əməl görmədim! "(Fehrest mövzuyu Ğürər və Dürər. Səh.332 )
    Bu rəvayətlərdə ən çox qeyd olunan məsələ, nəsihətin hədəfidir. O dabudur ki, qeyd olunan dəyər və savablar o zaman insana çatır ki, Allaha görə xalisanə nəsihət verilsin. Lakin, əgər nəsihətdən hədəf, Şeytani fikirlər, o cümlədən, özünü göstərmək və ya maddi hədəflərə görə olsa, insana məhrumiyyətdən başqa bir şey qalmaz.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Məkkədə, Mina çölündəki xütbəsində bu mövzuya işarə edərək buyurur:
    "Üç şey var ki, heç bir müsəlmanın qəlbi onda xəyanət etməməlidir. Əvvəl: Allaha görə xalis əməldə. İkinci: Müsəlmanların hakimlərini nəsihət etməkdə. Üçüncü: Camaat namazında yaxud, müsəlmanların toplantısında iştirak etməkdə.”(Əl-İmami-Sadiq vəl-məzahib ərbə. C.1.səh.107 )
    Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) əməlin cəhətini Allaha görə qərara alır. Nəsihət, təkcə cəmiyyətin adi üzvləri üçün deyil, bəlkədə, cəmiyyətin hakimləri və rəhbərlərinə də aiddir. Bu barədə keçən bəhslərdə danışmışdıq.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 634 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024