İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 8:58 PM
    NƏSİHƏTİN YOLU
    Keçən bəhslərdə, rəvayətlərdən məlum oldu ki, nəsihətin qarşı tərəfdə əsər qoymasından ötrü Allaha görə nəsihət etmək lazımdır. Həmçinin, nəsihət, qarşı tərəfin qəbul etməsi ölçüsündə olmalıdır. Hamıya istədiyimiz qədər nəsihət verə bilmərik. Bəlkədə, nəsihətin yolunu, ölçüsünü və həddini bilib, hansı sözün nəsihət olduğunu və qarşı tərəfə necə çatdırmağı dərk etməliyik.
    İmam Səccad (əleyhissalam) buyurur: "Heç də icazə yoxdur ki, istədiyini deyəsən.Çünki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Allah rəhəmət eləsin o kəsə ki, yaxşı söz danışa və fayda götürə. Yaxud, sakit olsun və sağlam qalsın! "(Şərh Ğürər və Dürər. C.5. səh.51 )
    Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:"Yolunu danışa bilmədiyiniz və həqiqətindən agah olmadğınız sözü danışmaqdan çəkinin! Çünki, dediyin söz, ağlının dərəcəsinə dəlalət edir və dediyin ifadə mərifət və agahlığından xəbər verir."(Şərh Ğürər və Dürər. C.5. səh.51 )
    Nəsihət etməyin yollarından biri də odur ki, eşidən nəsihətdən yorulmasın. Əksinə,yüksək meyllə qulaq assın. Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: "Ən yaxşı söz odur ki, eşidənlər ondan meyilsiz olmayıb, ağılları çətinliyə salmasın.”(Şərh Risalətil Hüquq . Qapançı. C.2. səh.412 )
    Həmin mövzunu İmam Səccad (əleyhissalam), nəsihət istəyənin bir haqqı ünvanı ilə bəyan edərək buyurur: Nəsihətin onun qulağında aram və yumuşaq eşidilsin. Elə söz danışılsın ki, ağıl və dərkin qəbul etməyə qüdrəti olsun. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Biz peyğəmbərlərin məmuriyyəti var ki, insanlarla öz ağılları səviyyəsində söhbət edək!
    İmam Səccad (əleyhissalam) buyurur: Nəsihətdə qorxutmaq və vəhşətdən yox, mehribançılıq və mərhəmət yolundan istifadə etmək lazımdır.Çünki, belə nəsihətin heç bir təsiri yoxdur. Təsiri olmayan nəsihətin isə faydası yoxdur.
    Bu bəhsin sonunda xəlifə Mənsur Dəvaniqinin İmam Sadiq (əleyhissalam)-dan istəyinə işarə edirik.
    XƏLİFƏ MƏNSURUN İMAM SADİQ (ƏLEYHİSSALAM)-DAN NƏSİHƏT İSTƏMƏSİ
    Mənsur Dəvaniqi, İmam Sadiq (əleyhissalam)-ı saraya çəkməklə, özünün haqq olmasını camaata nişan verməkdən ötrü həzrətə xəbər göndərir. Xəbərdə yazır: "Nəyə görə camaat kimi bizim sarayımıza gəlib-getmirsiniz?". Mənsur elə fikirləşir ki, İmam Sadiq (əleyhissalam) onun bu məharətinə görə hesab açacaq. Ancaq, İmam (əleyhissalam) cavabında buyurur:
    "Ey Mənsur! Bizim dünyada bir şeyimiz yoxdur ki, ona görə sizdən qorxaq və sənin yanında axirətlik də bir şey yoxdur ki, ona ümidvar olaq! Beləliklə, mənim sənin yanına gəlməyimin nə mənası? "
    Bu söz, Mənsura çox ağır gəlir və ona görə də sözünü dəyişib belə yazır: "Siz bizim sarayımıza gəlib bizə nəsihət edin. Biz də sizin nəsihətinizdən bəhrələnək! "İmam (əleyhissalam) cavabında yazır:
    "Ey Mənsur!Hər kim dünya nemətlərinə yetişmək istəyərsə, səni nəsihət etməz. Çünki, aydındır ki, nəsihətin bir miqdarı dünyanın vəfasızlığı və qiymətsizliyi barəsindədir. Dünyanı istəyən nəsihətçi bu işi görməz. Çünki, onun hədəfi dünyadır. Ancaq, axirət tələbində olan şəxs də səninlə yoldaş və həmsöhbət olmayacaq."(Şərh Ğürər və Dürər. C.5. səh.242 )
    Bu da məlumdur ki, Mənsur kimi şəxslərlə oturub-durmaq, əsl hədəfin əksinədir. Ağıllı insan isə hədəfinin əksinə hərəkət etməz!
    42. NƏSİHƏT VERƏNİN HAQQI
    وَأمّا حَقُّ النَّاصِحِ فَأَنْ تُلِينَ لَهُ جَنَاحَكَ ثُمَّ تشرأب لَهُ قَلبَكَ وَتفْتَحَ لَهُ سَمْعَكَ حتَّى تَفْهَمَ عَنهُ نصِيحَتَهُ، ثُمَّ تنْظُرَ فِيهَا، فَإنْ كَانَ وُفّقَِ فِيهَا لِلصَّوَاب حَمِدْتَ اللَّهَ عَلَى ذَلِكَ وَقَبلْتَ مِنْهُ وَعَرَفْتَ لَهُ نَصِيحَتَهُ، وَإنْ لَمْ يَكُنْ وُفّقَِ لَهَا فِيهَا رَحِمْتَهُ وَلَمْ تتَّهِمَهُ وَعَلِمْتَ أَنَّهُ لَمْ يألُكَ نُصْحًا إلا أنَّهُ أَخطَأَ إلا أَنْ يَكُونَ عِنْدَكَ مُسْتَحِقًّا لِلتُّهْمَةِ فلا تَعْبَأ بشيء مِنْ أَمْرِهِ عَلَى كُلِّ حَالٍ. ولا قُوَّةَ إلا باللهِ.
    "Nəsihət verənin haqqı sənin boynunda budur ki, ona qarşı təvazökar olasan. Ona ürək bağlayıb, qulaq as ki, söylədiyini anlayasan. Sonra onun dediklərində fikirləş. Əgər düz nəsihət edibsə, buna görə Allaha həmd və səna et, ondan qəbul et və nəsihətinin qədrini bil. Əgər düzgün nəsihət verməmişsə, onunla mehriban ol və onu müttəhim etmə. Bilki, xətadan başqa, sənin üçün xeyirxahlıqda heç bir səhlənkarlıq etməmişdir.Yox əgər sənin nəzərində töhmətə layiq olsa, hansı halda olursa, heç bir sözünə etimad etmə. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”
    İmam Səccad (əleyhissalam)-ın nəsihət verənin haqqı barəsinə sözünün qısası budur ki, insan, özünün nəsihət verəninin müqabilində təvazökarcasına onun sözlərinə qulaq asmalı və sözlərində diqqətlə fikirləşməlidir. Əgər düzgün nəsihət vermişsə, buna görə Allaha şükr etməli və nəsihət verənin qədrini bilməlidir. Əgər düzgün nəsihət verməmişsə, tələsik ittiham etməsin və bilsin ki, o, xeyirxahlıqdan başqa bir şey istəmirdi. Yalnız, sözlərində səhvə yol verib və onun sözlərinə əməl etməsin.
    Keçən bəhslərdə, nəsihəti qəbul edənin haqqı barəsində İmam Səccad (əleyhissalam)-ın söylədiklərinə uyğun olan ayə və rəvayətləri zikr etdik. İndi də Əli (əleyhissalam)-ın "Ğürərül-Hikəm" kitabında nəsihət verənin haqqı barəsində söylədiklərinə işarə edək. Həzrət buyurur: "Sənin yanında ən istəkli, o şəxs olmalıdır ki, sənə mehribançılıq və ürək yanğısı ilə nəsihət verir."(Şərh Ğürər və Dürər. C.5. səh.242 )Yenədə buyurur:
    "Hər kim nəsihət verənin nəsihətindən üz döndərsə, qiyamətdə atəşdə yandırılar!"(Şərh Ğürər və Dürər. C.5. səh.486 )
    Əmirəl-möminin Əli (əleyhissalam) bəzi xütbələrindəbuyurur:
    "Mehriban, ürəkyandıran və təcrübəli nəsihət verənin müqabilində günah edib nəsihətinə əməl etməmək, insanın peşimançılığına səbəb olar. "(Şərh Ğürər və Dürər. C.5. səh.20 ) Həzrət yenə də buyurur:
    "Sizə nəsihət hədiyyə edəndən nəsihətini qəbul edib, onu hifz edin və yadınızda saxlayın. Hər vaxt ehtiyac olsa, istifadə edin. "(Şərh Ğürər və Dürər. C.6. səh.172 )Başqa yerdə buyurur:
    "Sənə qarşı insanların ən mehribanı o kəsdir ki, sənə özünü islah etməkdə kömək edib, dinində nəsihət verir. Beləliklə, belə şəxs sənə köməkçi və insanlərın sənə ən çox nəsihət verənidir. "(Ali-İmran surəsi-40 )Həzrət yenədə buyurur:
    "İnsanın ən böyük macal və tofiqlərindən biri budur ki, mehriban nəsihət verənlərə qulaq asır və onları əməl etməkdən ötrü xatirində saxlayır. "(Ənbiya surəsi-58 )Başqa yerdə buyurur:
    "Sənin nəsihət verənin, sənə qarşı mehribandır. Sənə yaxşılıq edəndir. O, öz nəzərində həyatın sonunu görür. İtaətdə sənin təqsirlərini biləndir. Onda tabe olmaqın, kamal və səadətinə, müxalifət etməyin isə özünün fəsadə düşməyinə səbəb olar! "(Taha surəsi-71 )
    Əmirəl-möminin Əli (əleyhissalam) sözlərinin sonunda nəsihət edənə buyurur:
    "Ona gizlində nəsihət ver. Əhalinin içində yox. Camaatın içində aşkarda nəsihət etmək, qəlbinin sınmasına səbəb olar! "(Rum surəsi-54 )
    43. BÖYÜKLƏRİN HAQQI
    وَأمّا حَقُّ الكبيرِ فَإنَّ حَقَّهُ تَوقِيرُ سِنِّهِ وَإجْلالِ إسْلامِهِ إذَا كَانَ مِنْ أَهْلِ الْفَضلِ فِي الإسْلامِ بتَقْدِيمِهِ فِيهِ وتَرْكِ مُقَابَلَتِهِ عِنْدَ الْخِصَامِ ولا تَسْبقْهُ إلَى طَرِيقٍ، ولا تَؤُمَّهُ فِي طرِيقٍ ولا تَسْتَجْهِلْهُ. وَإنْ جَهِلَ عَلَيْكَ تحَمَّلْتَ وَأَكْرَمتَهُ بحَقِّ إسْلامِهِ مَعَ سِنِّهِ فَإنّمَا حَقُّ السِّنِّ بقَدْرِ الإسْلامِ. ولا قُوَّةَ إلا باللهِ.
    "Yaşlının (səndən böyükün) haqqı budur ki, ona yaşına görə hörmət elə və əgər İslamda fəzilət sahibi sayılırsa, dinini böyk hesab et. Belə ki, onu müqəddəm bil və onunla üzbə-üz düşmənçilikdən çəkin. Ondan qabaqda yol getmə. Yol gedərkən arxadan gəlib onu ötmə və onunla nadanlıq etmə. Əgər səninlə nadanlıq etsə, döz! Yaş və İslama xatir ona ehtiram göstər. Çünki, yaş böyüklüyü İslama bərabərdir. (yəni, uzun müddət ərzində İslama xidmət etdiyinə görə möhtərəm olur) Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”
    "Kibər” ərəbcə yaşın böyüklüyü və ehtiramın çoxluğuna deyilir. Quranda buyurur:
    "Zəkəriyya: Ey Rəbbim! Üzərimə qocalıq çökdüyü və zövcəm doğmayan olduğu halda, mənim necə oğlum ola bilər?"(Yasin surəsi-68 ) Ayədə qocalıqdan məqsəd, yaşlı olmaqdır. Başqa surədə buyurur:
    "(Onlar gedən kimi) İbrahim bütləri parça-parça edib yalnız aralarındakı böyük bütü saxladı. "(Nəhl surəsi-70 )
    Ayədəböyükdən məqsəd, cüssə və heykəl cəhətdəndir. Həmçinin, bu söz, rəhbər və hakim mənasında da gəlmişdir. Quranda buyurur:
    "Firon dedi: Çünki o, həqiqətdə sizə sehr öyrədən böyüyünüzdür."(Qoftar Fəlsəfi. C. 2.səh.342 )
    İmam Səccad (əleyhissalam)-ın yaşlıların barəsinə sözünün qısası budur ki, qocalara, yaşlarına, qocalıqlarına və müsəlman olmalarına görə ehtiram olunmalıdır. Həmçinin, onlarla kobud rəftar olunması da pislənmişdər. Qurani-Kərim, insanın bu dövrü barəsində nə buyurur?
    İNSANIN HƏYATININ ƏVVƏLİ VƏ SONU ƏZİYYƏTLƏDİR
    İnsanın həyatı zəif uşaqlıq dövranı ilə başlayıb, əldən düşmüş qocalıq günləri ilə sona yetir. Yəni, insanın həyatının əvvəli və sonu zəiflik və qüdrətsizliklədir. Bu fərqlə ki, uşaqlar inkişaf yolunu keçib,qüdrət və qüvvə ələ gətirməklə həyat yollarını keçirlər. Onlara keçən hər gün, cavanlıqlarına qüvvə verir. Gündən-günə qüvvətlənirlər. Ancaq, qocalar özlərinin xüsusi yollarını keçib, üzüaşağı hərəkətdədirlər. Onlara keçən hər gün, qocalıq və qüvvətsizliklərinə əlavə olur. Qurani-Kərim bu barədə buyurur:
    "Sizi zəif bir şeydən (nütfədən) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz və qoca edən Allahdır. "(Üsul-Kafi c.2.səh.657 )
    Başqa ayədə buyurur:
    "Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik. (Qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər bu işi dərk etməzlərmi?"(Üsul-Kafi c.2. )
    İnsanın qocalıq vaxtında bütün qüvvələri dəyişib zəifliyə doğru gedir. Anlamaq, başa düşməməzliyə, hafizə unutqanlığa, qüvvə zəifliyə, kamal naqisliyə,qüdrət acizliyə, gözəllik solğunluğa və çirkinliyə çevrilir. Son günlərini yaşayan qocalar, heç bir təzə mətləb hifz etməyə qadir olmadıqlarından əlavə, bəlkədə, keçmişdə öyrəndiklərini də yaddan çıxarırlar. Qurani-Kərim bu barədə buyurur:
    "Allah sizi yaratmışdır sonra yenə də (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi unudar."(Üsul-Kafi c.2. )
    Hər kimin ömrü uzun olarsa, qocalıq dövrünə çatıb müxtəlif hadisələrə, o cümlədən, müsibətlərə düçar olar. Qocalığa görə cismi qüvvləri tamamilə işdən düşər. Ruhi qüvvələri zəifləyər və batini və zahiri fəaliyyətləri azalar.
    QOCALIQ,CƏMİYYƏTDƏN KƏNARLAŞMAQ
    Qocalığın ən böyük müsibətlərindən biri də budur ki, təbii olaraq insanı cəmiyyətin fəaliyyətindən uzaqlaşdırır, zəiflik və qüvvətsizliyin üzündənnaçar olaraq əhalinin çox qaynar yerlərini tərk edib, ən çox ev mühitində yaşayırlar. Bundan da müsibət qocalara odur ki, ailə və ev mühitində haqq tanımaz övladlar və övlada bənzərlər, onlarla yaxşı rəftar etməyib, onlara qarşı mehribansızlıq etsinlər. Bəzən də, onlarla kobud rəftar oluna bilər və ailə mühitində kobudcasına şəkildə təhqir olunaraq çölə çıxarılmaq ehtimalı var. Dözümləri az olan qocalar, bu vəziyyətə çox da davam gətirməyib həyatlarını dəyişirlər.
    RUHİ SIXINTIYA GÖRƏ ÖLÜM
    AmerikaKallecinin üzvü"doktorAdolf" yazır:"Xəstəxanaların birində, sümük nahiyəsindən xəsarət almış yetmiş yaşlı bir qadını müalicə edirdim.Müalicə vaxtı xüsusi aparatla yoxlanıldıqda məlum oldu ki, sınmış sümüklərinin sağalması tez başa gələcək. Bu müstəsna sağalmağa görə ona təbrik ərz etdim. Qadın daha əl arabası ilə yox, qoltuğ ağacı ilə yeriyə bilərdi.
    Onu müalicə edən cərrah mənə dedi: Bu qadın iyirmi dörd saatdan sonra xəstəxanadan çıxarıla bilər, artıq sağalmışdır. Tez sağaldığına görə qadının üzü gülürdü. Birinci gün, (yəni, mən qadının cərrah həkimi ilə söhbət etdiyim gün)həmişə oduğu kimi bir nəfərqız onu yoxlamağa gəldi. Mən ona dedim: Sabah ananızı xəstəxanadan çıxara bilərsiniz. Artıq ananız kifayət qədər sağalıb və qoltuq ağacı ilə yeriyə bilər.
    Qız öz planlarından mənə bir şey demədən, bir başa anasının sorağına gedib onunla müzakirəyə başlayır. Ona deyir: Ərim mənimlə söhbət edib. Təəssüflər olsun ki, sənin xəstəxanadan evə qayıtmağına razı deyil. Əlbəttə, bu imkan var ki, səni qocalar evində yerləşdirək. Bir neçə saat sonra mən hələdə xəstəxanada idim. Məni qoca qadının yanına çağırdılar. Əvvəlcə, halı yaxşı olan bu qadın artıq ölmüşdü. Lakin, sümük sınığından yox, bəlkə də, qəlbinin sınmasından dünyasını dəyişmişdi. Sınmış sümük sağaldı lakin, sınmış qəlb sağala bilmədi.”(Üsul-Kafi c.2. )
    Bəli! Bu günkü dünya, qocaları mehr ocağı sayılan ailə mühitindən ayırıb, qocalar evinə göndərir. Onların dərdlərinə dava etmək əvəzinə, dərdlərini artırırlar. Lakin, İslam dini bu mövzuda qocaların hüququ ünvanı ilə onların ən yaxşı şəkildə ehtiramına göstəriş verir.
    RƏVAYƏTLƏRDƏ QOCALARIN EHTİRAMI HAQQINDA
    "Üsul-Kafi" kitabında, "Ağsaqqal müsəlmanın ehtiramının vacib olması" ünvanı ilə çoxlu rəvayətlər gətirilib. Biz bu rəvayətlərə işarə etməklə, İslam əxlaq məktəbində yaşlılara necə ehtiram olunmasını bəyan edəcəyik. Rəvayətlərdə, ağsaqqaları olan ailələrə, onları qocalar evinə göndərməkdənsə, belə şəxslərdən necə müvazib olmaları bəyan olununur.
    İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Qoca və yaşlı müsəlmana ehtiram göstərib hörmətini saxlamaq, Allahın ən çox xoşuna gələn işlərdəndir. "(Şərh-Risalətül-hüquq. Qapançı. C.2.səh.445 )
    Başqa bir rəvayətdə yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Hər kim qoca və yaşlının qədrini bilib ona ehtiram etsə, Allah-taala onu qiyamət gününün heybət və vəhşətindən amanda saxlayar. "(Şərh-Risalətül-hüquq. Qapançı. C.2.səh.445 )
    Yenədə başqa rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Üç dəstə var ki, yalnız münafiq şəxslər olar ki, onların haqqını tanımasınlar: Əvvəl: Saqqalını İslam yolunda ağardan. İkinci: Quranvə İlahi vəhyi həml edəni. Üçüncü: Cəmiyyətdə ədalətlə rəftar edən adil hakimi.”(Şərh-Risalətül-hüquq. Qapançı. C.2.səh.445 )
    Üçüncü rəvayətdə ibni Sənan, İmam Sadiq (əleyhissalam)-dan nəql edir ki, Həzrət mənə buyurdu:
    "Qoca və mömin müsəlmana ehtiram göstərmək, Allah-taalaya ehtiramdır.Hər kim qoca möminə ehtiram göstərsə, Allaha-taalaya ehtirama başlayıb. Hər kim mömini yüngül tutub, hörmətsizlik etsə, Allah-taala, ona ölməmişdən əvvəlelə bir kəsi mübtəla edər ki, ona qarşı həmin hörmətsiliyi edər."(Şərh-Risalətül-hüquq. Qapançı. C.2 )
    Bəli, budur əməl və əksül-əməl. "Hədisi Qüdsüdə" Allah-taala buyurur:
    "Saqqalın ağartısı mənim nurumdur. Mən Öz nurumu cəhənnəm atəşinə atıb əzab verməkdən həya edirəm. "(Şərh-Risalətül-hüquq. Qapançı. C.2 )
    "İbni Əbi Şeybə" nəql edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) ağ tükü saqqaldan yolmaqı qadağan etdi, buyurdu: O, möminin nurudur! "(Şərh-Risalətül-hüquq. Qapançı. C.2 )
    "Hüzeyl" qəbiləsindən bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və ərz edir:
    "Ey Allahın Peyğəmbəri! Mənim yaşım çoxalıb. Sümüklərim və qüdrətim zəifləyib. Belə ki, namaz və orucumu lazım olan kimi yerinə yetirə bilmirəm. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Sözlərini təkrar et. Sənin ətrafında olan bütün mövcudat sənin halına yanır. Necə ola bilər ki, Allah-taala sənə rəhm etməsin? "(Qoftar fəlsəfi.c.2.səh.90 )
    Allah-taala Lut peyğəmbərin tayfasının şəhərlərini alt-üst edib dağıtmağı sübhə kimi təxirə salır. Lut bu təxirin səbəbini soruşur. Cəbrail ərz edir: Allah-taala buyurur: Bu cəmiyyətin arasında saqqalı ağarmış bir kişi arxası üstə yatıb. Onun saqqalının ağlığına görə əzabı sübhə kimi təxirə saldım ki, o da üzü üstə çevrilsin.
    İslam Peyğəmbəri(səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Allah-taala, hər gün sübh və şam vaxtı qoca mömin kişinin ağarmış saqqalına baxıb buyurur: Ey Mənim bəndəm! Yaşın çoxalıb. Sümüklərin boşalıb. Bədəninin dərisi nəzilib. Əcəl yaxınlaşıb Vaxt çatıb ki, Mənə tərəf gələsən. Məndən utan ki, Mən, sənin ağ saqqalını cəhənnəm atəşində yandırmaqdan həya edirəm. Sonraİslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) ağladı. Peyğəmbərdən soruşdular: Ağlamağının səbəbi nədir? Buyurdu: Ağlayıram ki, Allah ona əzab verməkdən həya edir, bəs o, necə Allahdan utanmır?!"(Qoftar fəlsəfi.c.2.səh.479)
    Yenədə başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Allah-taala yetmiş yaşlı qoca kişilərə ehtiram göstərir. Həştad yaşlı qocalardan isə həya edir. Bəs əmr edir ki, onların günahlarını bağışlayıb əməllərinə yaxşı işlər yazılsın! "(Qoftar fəlsəfi.c.2.səh.126 ) "
    QOCALARA EHTİRAM ƏZABDAN XİLAS OLMAQDIR
    Qocalara ehtiram mövzusundaİslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Hər kim ağsaqqal mömin kişiyə ağ saqqalına görə ehtiram etsə, Allah-taala onu Cəhənnəmin əzab və narahatlıqlarından amanda saxlayar.”(Qoftar fəlsəfi.c.2.səh.479 )
    Bura kimi İmam Səccad (əleyhissalam)-ın sözlərinə münasib olaraq, rəvayətlərdə qoca və ağsaqalların ehtiramı barəsində bəhs etdik. Belə bir nəticəyə gəldik ki,hər bir cəmiyyətdə qocaların sayı çox ola bilər və bu müasir mədəniyyətə malik dünya, onların çarəsini, qocaları isti ailə yuvalarından ayırıb qocalar evlərinə aparmaqda bilir. Lakin, müqəddəs İslam, əvvəla, ağsqqalın başının ağ tükünü bərəkət və əzəmət nişanəsi sayır. İkinci, göstəriş verir ki, onlara çox ehtiram göstrilsin. Bəli! Onlar ömürləri qürub etməyə yaxın olan günəşə bənzəyirlər. Onların müqabilində müxalifət göstərməməli və onlara qəzəb gözü ilə baxılmamalıdır. Bir mətləbi qəbul etməliyik ki, onlar yaşlarının çoxluğuna görə kəmhövsələ olub, aclığa, susuzluğa və çox çətinliklərə dözə bilmirlər.
    Rəvayətlərdən məlum olan başqa mətləblərdən biri də budur ki, Allah-taala, qocaları cəhənnəm atəşində yandırmaqdan həya edir. Ona görə də qocalar da həya edib, qoca vaxtlarında günahlardan çəkinməlidirlər. Elələri də var ki, günaha adət ediblər. Belələri, tezliklə özlərini tövbə suyu ilə yumalı, özlərinə qarşı Allahda mərhəmət v məğfirət yaratmalıdırlar.
    44. KİÇİKLƏRİN HAQQI
    وَأمّا حَقُّ الصَّغِيرِ فَرَحْمتُهُ وتَثقِيفُهُ وتَعْلِيمُهُ وَالعَفْوُ عَنْهُ وَالسِّترُ عَلَيهِ وَالرِّفْقُ بهِ وَالمَعُونَةُ لهُ وَالسِّترُ عَلَى جَرَائِرِ حَدَاثتِهِ فَإنّهُ سَبَبٌ لِلتَّوبَةِ وَالْمُدَارَاةُ لَهُ وتَرْكُ مُمَاحَكَتِهِ، فَإنَّ ذَلِكَ أَدنى لِرُشْدِهِ.
    "Kiçik yaşlının haqqı budur ki, ona mehribançılıq göstərəsən. Tərbiyə və təlim verib xətalarına göz yumasan. Onunla yumuşaq rəftar edəsən. Ona kömk edib uşaqcasına etdiyi səhvləri bağışlayasan. Çünki, bu tövbəyə səbəb olar. Həmçinin, onu bir daha bu işə tərəf gəlməməyə məcbur edər. Çünki, bu əməl, onun inkişafına daha yaxındır. "
    İmam Səccad (əleyhissalam)-ın kiçiklərin haqqı barəsində sözünün qısası budur ki, təlim və tərbiyə zamanı uşaqlarla mehriban olub, eyblərini örtməli və həmişə onlara kömək etmək lazımdır.
    Şübhəsiz ki, uşaqların tərbiyə olunmasında xoşrəftarlıq ən mühüm təsiredici yollardan biridir. Bu hissiyyat, uşaqda düzgün şəkildə istifadə olunarsa, sadət və xoşbəxtliyin qaynağıdır. Uşaqların şəxsiyyətlərinin formalaşması və tərbiyələrinin möhkəm olma yollarından biri də uşaqa şəxsiyyət kimi diqqət edib, mərhəmətlə yanaşmaqdır. Mehribançılıq olmayan ailədə böyümüş uşaq, özündə bir növ həqarət və xarlıq hiss edəcək. Belə uşaqın ruhiyyəsi sınmış və hər cür inhiraf yollarına düşmək təhlükəsində var. Ona görə də İmam Səccad (əleyhissalam) uşaqın xətalarını görməməzliyə vurub, onun şəxsiyyətinin hər şeydən ötrü alçadılmasına yol verilməməsinə işarə edir.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) öz tərbiyət məktəbində xırda uşaqlar barəsində belə buyurur:
    "Övladlarınıza ehtiram göstərin və onların yanınıda öz rəftar və ədəblərinizi islah edin!”(Qoftar fəlsəfi.c.2.səh.479 )
    İmam Səccad (əleyhissalam) uşaqın böyüklərin boynunda olan hüquqlarından, təlim-tərbiyət və pərvərişnə işarə edir. Bu barədə məsum İmamların (əleyhimussalam)-ın yolunu nümunə kimi göstərə bilərik.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 733 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024