İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 8:49 PM
    İMAM HƏSƏN (ƏLEYHİSSALAM)-DAN HACƏT
    Bir nəfər İmam Həsən (əleyhissalam)-ın yanına gəlir və həzrətin müqabilində əyilib öz hacətini yerə yazır. İmam da onu müşahidə edirdi. ərəb belə yazır:
    "Mənim yanımda heç bir şey qalmayıb ki, onu bir dirhəmə satıb hacətimi alam. Sizin mənim halıma nəzər salmağınız kifayətdir. Yalnız, bir miqdar abır –həyam qalmışdı və onu hifz edirdim. İndi də sizi ona müştəri tapdım! "
    İmam Həsən (əleyhissalam) öz xadimini çağırıb soruşur ki, sənin yanında nə qədər pulumuz qalıb? Ərz edir ki, on iki min dirhəm pul qalıb. Həzrət buyurur: Onu bu fəqirə təqdim et! Mən ondan həya edirəm. Xadim sanki, təəccüblənən kimi olur ki, yəni, bütün pulları ona verim? Həzrət buyurdu: Ver! Allaha xatir yaxşı niyyətdə ol. Xadim pulları sailə verəndə, Həzrət saili səsləyib, buyurur: Bizi üzürlü bil. Bundan artıq bir şeyimiz yox idi. Sonra belə məzmunda bir şer buyurdu:
    "Tələsik bizim yanımıza gəldin, sənə az pay çatdı. Əgər başqa vaxtı gəlsəydin və bizə möhlət versəydin, səhlənkarlıq etməzdik. Bu az bir hədiyyəni al, sanki heç bir mal satmamısan və müamilə etməmisən. Sanki, bizdə sənin abır–həyanın müştərisi deyilik və onu almamışıq." (Nisa surəsi-48   )
    İnsanın sailə verdiiyi sədəqə əvvəlcə, Allahın əlinə çatır. Sədəqə barəsində olan rəvayətlərdən zikr etdik. Bu cəhətdən sailə heç də minnət qoyub, onun şəxsiyyətinə zərbə vurmaq olmaz. Bu hədisdə gördük ki, İmam Müctəba (əleyhissalam) özünün yüksək dərəcəli məqam və ruhiyyəs ilə saillə necə rəftar edir. Əvvəla, evində hər nəyi vardısa sailə verir. İkinci, az verdiyinə görə üzürxahlıq istəyir. Bu da əslində, Həzrətin məktəbinin tərəfdarlarına böyük bir tərbiyəvi dərsdir.
    İMAM HÜSEYN (ƏLEYHİSSALAM)-DAN HACƏT
    İbni Əsakir özünün "Tarix Kəbir" kitabında yazır:Bir nəfər dilənçi Mədinəninküçələrindən keçərək İmam Hüseyn (əleyhissalam)-ın evinin yanına çatır. Qapını döyüb belə dedi:
    "Bu vaxta kimi heç bir dilənçi sənin hədiyyəndən məyus olmamış, hər kim qapını döymüşsə, məyus olmamışdır. Sizlər, bəxşiş sahibi və sərçeşməsi sayılırsınız. Alicənab babalarınız isə fasiqləri məhv edənlərdir.! "
    Həzrət namaz halında idi. Namazı tez qılıb dilənçiyə tərəf gəlir. Fəqirin solmuş üzünü müşahidə edir. Qənbəri çağırıb buyurur: Nə qədər pulumuz var? Ərz edir: İki yüz dirhəm varımızdı. Əmr etmişdiniz ki, onu da övladlarınıza verim. Həzrət buyurur: Onlardan da ehtiyaclı gəlib. Get pulu gətir. Qənbər pulu gətirib fəqirə verir. Həzrət fəqirin şerinin cavabında belə buyurur:
    "Bu hədiyyəni götür. Mən səndən üzr istəyirəm. Bil ki, sənə qarşı mərhəmət və mehribançılığım var. Əgər başqa cür olsaydı, bizim hədiyyəmiz sizin başınızdan yağardı. Lakin, zəmanə dəyişib və dünya bizim əlimizdə azdır. "
    Fəqir ərəb hədiyyəni alıb dalı-dalı çölə çıxır və bu məzmunda şer deyir:
    "Siz Əhli-beytə pak və təmizlik libası geyindirilib və hər yerdə adınız çəkilsə, sizlərə salam göndərirlər. Böyüklərimizsiniz. Kitab elmi, İlahi vəhy və Quran sizin evinizdədir. Hər kim nisbət verilərkən Əlinin övladlarına nisbən verilməsə, heç bir iftixarı yoxdur! "(Üsul Kafi. c. 2.  )
    47. XOŞHAL EDƏNİN HAQQI
    وَأمّا حَقُّ مَنْ سَرَّكَ اللهُ بهِ وَعلَى يَدَيهِ، فَإنْ كَانَ تَعَمَّدَهَا لَكَ حَمِدْتَ اللهَ أَوّلاً ثُمَّ شَكَرْتَهُ عَلَى ذلِكَ بقَدْرِهِ فِي مَوْضِعِ الجَزَاءِ وَكَافَأتَهُ عَلَى فَضْلِ الابْتِدَاءِ وَأَرْصَدْتَ لَهُ الْمُكَافَأَةَ، وَإنْ لَمْ يَكُنْ تَعَمَّدَهَا حَمِدْتَ اللهَ وَشَكَرتَهُ وعَلِمْتَ أنَّهُ مِنْهُ، تَوَحَّدَكَ بهَا وأَحْبَبتَ هذا إذ كَانَ سَبَباً مِنْ أَسْبَاب نِعَمِ اللهِ عَلَيْكَ وَترْجُو لَهُ بَعْدَ ذلِكَ خَيرًا، فإنَّ أَسْبَابَ النِّعَمِ بَرَكَةٌ حَيثُ مَا كَانتْ وَإنْ كَانَ لَمْ يَتَعَمَّدَ. ولا قُوَّةَ إلا باللهِ.
    "Allahın, sənin xoşhal olmağını onun ilə yerinə yetirdiyi şəxsinhaqqı odur ki, əgər onun məqsədi sənin şadlanmağın olubsa, onda əvvəlcə Rəbbinin şükrünü yerinə yetir sonra isə səni xoşhal edənin haqqı müqabilində hər nə qədər layiqdirsə, mükafatın ver və ehsan etməklə, bu yaxşılığın əvəzini çıxmağa çalış. Onun yaxşılığı, sənin ehsanının başlanması ilə bir olsun. Əgər onun hədəfi sənin şadlığın olmayıbsa, onda Allaha tərif və şükürlər et və bil ki, bu şadlıq, Allah tərəfindən olub, sənin şadlıq qaynağındır. Bu vaxt səni şadlandıranı, Alahın onu səni şadlandırmaqdan ötrü onu bir vasitə qərar verdiyinə görə onu dost tut və onun xeyirini istə! Çünki, nemətlərin səbəbləri bərəkətdirlər. Harda olursa, onun hədəfi bu olmasada, sən onu dost tut! "
    HƏYATDA İNSANIN MÜXTƏLİF HALLARI
    Yaşadığımız bu günkü dünyada müxtəlif hallarla qarşılaşırıq. Bəzən isanın həyatı çətinliklərlə dolu olur. Bu çətinliklər dağıdıcı dalğlar kimi insanın nicat gəmisinin qarşısına çıxır və onun sahilə çatmasının qarşısında böyük mane olur. Bəzən də insanın həyatında xoşhallıq dalğaları dövr edir, belə ki, şadlığından dərisinəsığmır. İslam və Quranın nicatbəxş proqramları insanı, bu iki halətin arasında mötədil şəkildə səadət və xoşbəxtliyə tərəf aparır. Ən dərin qəmlərdə, insanAllahdan ümüdünü üzməməli və bütün nicat qapılarının onun üzünə bağlandığını fikirləşməməlidir. Həmçinin, şadlıq vaxtı da belə olmsın ki, insan bunun vasitəsilə qəflətə düşüb,özünü unutsun və nəticədə Allahıyaddan çıxarsın. Əksinə,hər iki halda, Allah həmişə yadda olmalıdır. Şadlıq vaxtı bilsin ki, bütün bu nemətlər ona, Allah tərəfindəndir. Əgər qəlblər ona tərəfdirsə, bilsin ki, bu da Allahın istəydir. Giriftarçılıqda da diqqət Allaha tərəf olmalıdır ki, xoşagəlməz hadisələr, insan həyatına çox böyük təsir qoya bilər. Sözün qısası, şadlıq və qəm vaxtında ifrat və təfritdən özünü gözləsin. İnsanı şadlandıran bəzən, dünya və məqam, bəzən, sərvət, qüdrət və imkan, bəzən də başqalarının ona ehsanıdır. İmam Səccad (əleyhissalam) bu mövzuda, insanı xoşhal edənin hüquqlrına aid yuxarıdakı mətləbləri buyurmuşdur.
    MÖMİLƏRİ XOŞHAL ETMƏYİN SAVABI
    "Üsul-Kafi" kitabında, "Möminləri sevindirmək" ünvanı ilə hədislər nəql olunmuşdur. Bu rəvayətlərdə, möminlərin sevindirilməsi məsələsinin əslinə və əhəmiyyətinə işarə olunmuşdur. Bəzi rəvayətlərdə bu işin savbına işarə olnunduğundan onların bəzilərini nəzərdən keçiririk:
    İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Hər kim bir mömini sevindirsə, məni sevindirib və hər kim məni sevindirsə, Allahı sevindirmiş kimidir."(Üsul Kafi.c. 2. )
    Həyatda, Allah və Peyğəmbərin razılığını ələ gətirməkdən ötrü çalışan insana,bu əməlin yollarından biri kimi başqalarını sevindirməyi məsləhət görmək olar. Bu mövzu, cəmiyyətdə kin-küdurətin və düşmənçiliyn aradan getməsində böyük müsbət təsir göstərə bilər. Yenədə başqa rəvayətdəİmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Kişinin mömin qardaşının üzünə təbəssüm etməsinin savab və mükafatı vardır. Müsəlman qardaşdan zərərli şeyləri kənarlaşdırmağın özü savab və ehsandır. Allaha ən sevimli ibadət,mömin qardaşın qəlbini şadlandırmaqdır. "(Üsul Kafi.c. 2. )
    Bu hədisdə də, mömin qardaşın üzünə təbəssümvə onun müşkülünü həll etməyi müsəlmanların bir-birinə qarşı mehribançılıqlarına dəlalət edir. Bundan əlavə, hədisdə mömin qardaşı şadlandırmaq ibadət sayılır. Çünki, hədisdə buyurur: Möminin qəlbini şad etməkdən sevimli bir ibadət yoxdur. Beləliklə, başqalarının şadlığı yolunda çalışanlar əslində, Allah yolunda olunmuş ibadətlərin ən yaxşı nümunəsidir. Başqa hədisdə İmam Baqir (əleyhissalam) buyurur:
    "Musa ibn İmranın (əleyhissalam) munacatında gəlib ki, Alaah-taala Musaya buyurur: Ya Musa! Mənim elə bəndələrim var ki, Behişt onlardan ötrü mübahdır və Mən Behiştdə onlara hökumət bağışlayacağam. Musa ərz etdi: Pərvərdigara! Behiştdə xüsusi məqamları olanlar kimlərdir? Buyurdu: Hər kim möminin qəlbinə şadlıq gətirsə! "
    Hədisin ardında gəlir:"Əgər bir nəfər mömin, elə bir ölkədə yaşasa ki, hakimi zalim və təcavüzkardır, oradan qaçıb əhalisi Allaha şirk qoşan yerdə yaşasa və müşriklərin pənahında qərar tutsa, ölüm vaxtı çatanda Allah-taala ona vəhy edər: Ey Mənim bəndəm! Əgər Mənim Behiştimdə yerin olsaydı səni orada məskunlaşdırardım. Lakin, Mənə şərik qoşana Behiştdə yer yoxdur. Atəşə xitab gələr: Onu özünə çək! Lakin, onu çox incitmə. Günortaya yaxın onun ruzisi gələcək. Soruldu: Hardan? Allah-taala buyurdu: Allah istədiyi yerdən.”
    Bu hədis sitəmkarvə zalim hakimin əlindən qaçıb müşriklərin pənahında qərar tutan möminlərə aiddir. Bu barədə Quran buyurur:
    "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. "(Üsul Kafi.c. 2. səh.191 )
    Bu hədisdə bəyan olur ki, möminləri xoşhal edənlər Behiştə gedib orada xüsusi məqamda olarlar. Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Bir nəfər möminin xoşhal olmasına səbəb olan müsəlman təsəvvür etməsin ki, təkcə onu xoşhal etmişdir! Bəlkədə, Allaha and olsun! Bizləri də (məsum İmamları) xoşhal etmişdir. Bəlkədə, Allaha and olsun! Peyğəmbəri də xoşhal etmişdir! "(Üsul Kafi.c. 2. səh.191 )
    Bəli! Məsum İmamlarımız (əleyhimussalam) və alicənab Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi və səlləm) tərəfdarlarının bir-birilə mehriban olub, xoşhal olmalarını, birinin digərinə fəda olmaqa hazır olduqlarını gördükdə, onlarda öz tərəfdarlarını xoşhallıqlarından xoşhal olurlar.
    XOŞHALLIĞIN İNSANIN NİCATINDA ROLU
    Hədislərdən birində İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Qiyamət günü mömin qəbirdən qaldırılanda, yanında və arxasınca ona oxşar şəxslər hərəkət edəcəklər. Qiyamətin hər hansı bir dəhşət və vəhşəti qarşıya çıxsa, yanındakılar ona deyəcəklər: Qəmgin olma, qorxma, Allah tərəfindən sənə xoşhallıq və şadlıq müjdəsi var. Allah dərgahında hesab-kitab edənə qədər bu şəxslər həmin möminlə birlikdə olarlar. Onunla yüngül hesab çəkib ona deyilər: Behiştə tərəf get. O şəxs gedərkən, yanındakı həmin şəxsləri yenə də görüb onlara deyər: Allah sizə rəhm eləsin! Mən qəbirdən çıxandan bu vaxta kimi mənimlə olub, mənə köməklik göstərmisiniz. De görüm siz kimsiniz? Cavabında deyərlər: Biz həmin şadlıq və sevinclərik ki, sən dünyada mömin qardaşının qəlbinə salmışdın. Allah bizi həmin sevincdən yaradıb ki. sənə müjdə verək!(Əlbəttə, qeyd olunmalıdır ki. bəzi dəhşətli cinayətlər var ki, cəmiyyətdə əmin-amanlığı bərpa etməkdən ötrü qisas alınmalıdır. Necə ki, Quran buyurur: Ey ağıl sahibləri , bu qisas (hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz. (Bəqərə surəsi 179.) (Müt.)  ) "
    Bu hədisdə, qiyamətdə əməllərin təmsil olunmasından söz açılır. Belə ki, hər bir əməlin öz şəkli olacaq. Dünyada möminlərə qarşı olunan xoşhallıq xüsusi gözəlliklə təmsil olunmuş, insanın qabağınca və ardınca hərəkətə gəlirlər. Bununlada, insanı Qiyamətin qorxulu və vəhşətli keçidlərindən ötürüb, həmişə öz sahibinə, Allahın mərhəmət müjdələrini çatdırırlar.
    İMAM SADİQ (ƏLEYHİSSALAM)-IN TƏRƏFDARLARI ƏMƏL SAHİBİDİRLƏR
    Ravi Kuleyni nəql edir ki, "Nəcaşi" bir nəfəri Əhvaz məntəqəsinə fərmandar təyin etmişdi. Nəcaşinin işçilərindən bir nəfər İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gəlib ərz etdi: Mən, Nəcaşiyə çoxlu maliyyat borcluyam. Verməyə də gücüm çatmır. Sizin onunla aranız yaxşıdır. Əgər salah bilsəniz, ona bir məktub yazın ki, mənim halımı nəzərə alsın. Həzrət belə bir məktub yazır:
    "Bismillahir-rəhmanir-rəhim. Din qardaşını sevindir, Allah da səni sevidirsin! "
    Bu şəxs, İmam Sadiq (əleyhissalam) məktubunu Nəcaşiyə verir. Məclis xəlvət oduqda, Nəcaşi İmam Sadiq (əleyhissalam)-ın məktubunu öpüb gözünün üstünə qoyub dedi: Hacətin nədir? Ərz etdi: Məndən on min dirhəm maliyyat istəyirlər. Nəcaşi göstəriş verir ki,ondan maliyyat almasınlar. Sonra soruşur: Səni xoşhal etdimmi? Bəli! – deyə cavab verir. Sonra Nəcaşi göstəriş verir ki, ona bir at, qulam və bir kəniz də hədiyyə etsinlər. Sonra soruşur: Xoşhal oldunmu? Ərz edir: Bəli! Sonra Nəcaşi üstündə oturduğu fərşi də ona hədiyyə verir. Sail, bütün əhvalatı İmam Sadiq (əleyhissalam)-a nəql edir. Həzrət də xoşhal olur. Ərz edir: Siz də xoşhal oldunuz? Buyurdu: Bəli! Allaha and olsun ki, Peyğəmbər də xoşhal oldu!(Şura surəsi-39 )
    BAŞQALARINI SEVİNDİRMƏK HƏMİŞƏ İNSALADIR
    Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Hər kim mömin qardaşını sevindirsə, Allah-talla, bu sevincdən xoş əxlaq bir şəxsi xəlq edər ki, ölüm vaxtı həmin müsəlmanın yanına gəlib,Allhın kəramət və razılığını ona müjdə verər. Sonra qəbrə daxil olana qədər onunla olar. Qəbirdə həmin müjdəni təzədən ona xatırladar. Qiyamət günü qəbirdən qaldırılarkən, yenə həmin cümlələrini onun üçün təkrarlayar. Qorxulu və vəhşətli hallarda, həmişə ona ürək-dirək və müjdə verər. Mömin şəxs, bütün bu məhəbbəti onda gördükdən sonra ondan soruşar: Alah sənə rəhm eləsin, sən kimsən? Cavabında deyər: Mən, həmin şadlıq və xoşhalam ki, fulan mömin şəxsin qəlbinə atmışdın! "(Ənfal surəsi-72 )
    Yenədəbaşqa bir hədisdə Hişam, İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:
    "Allah dərgahında ən yaxşı əməllərdən biri də mömini sevidirməkdir." Sonra sevindirməyin nümunələrinə işarə edir: "Əgər acdırsa, onu doyuzdursun. Şiddətli giriftarçılığı ondan dəf etsin. Borclarını qaytarsın!"(Şura surəsi-40 )
    Bütün bu rəvayətlərdən məlum olur ki, İslam, dünya və axirət dinidir. Ən yaxşı yaşayış mühiti, o mühitdir ki, insanlar orada bir-birinə qarşı dost və mehriban olsunlar. Bir-birinə qarşı düşmənçilik və kin-küdurətdən çəkinsinlər. Məsum İmamlarımız (əleyhimussalam), bütün bu rəvayətlərdə öz tərəfdarlarını bir-birinə xidmət göstərməyə dəvət etməklə, dünyanı fəzilətli şəhərə çevirmək ümüdünü doğrultmağı tövsiyə edir.
    48. SƏNƏ PİSLİK EDƏNİN HAQQI
    وَأمّا حَقُّ مَنْ سَاءَكَ القَضَاءُ عَلَى يَدَيهِ بقَوْلٍ أَوْ فِعْلٍ فَإنْ كَانَ تَعَمَّدَهَا كَانَ العَفْوُ أَوْلَى بكَ لِمَا فِيهِ لَهُ مِن القَمْعِ وَحُسْنَ الأَدَب مَعَ كَثِيرِ أَمْثالِهِ مِنَ الخَلْقِ، فإنَّ اللهَ يَقُولُ (وَلَمَنِ انتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولئِكَ مَا عَلَيْهِمْ مِنْ سَبيلٍٍ. إنمَّا السّبيلُ عَلى الَّذين يظْلِمونَ النَّاسَ ويَبغونَ في الأرْضِ بغَيرِ الحَقِّ، أُولئِكَ لهُم عَذابٌ أليِمٌ. وَلمَنْ صَبَرَ وَغَفَرَ إنَّ ذلِكَ لََمِنْ عَزْمِ الأُمُورِ)
    وَقَالَ عَزَّ وَجَلَّ {وَإنْ عَاقَبْتُمْ فَعَاقِبُوا بمِثلِ مَا عُوقِبتُمْ به وَلَئِنْ صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِلصَّابرِينَ} هَذا فِي الْعَمْدِ فَإنْ لَمْ يَكُنْ عَمْدًا لَمْ تَظْلِمْهُ بتَعَمُّدِ الانتِصَارِ مِنْهُ فَتَكُونَ قَدْ كَافَأتَهُ فِي تَعَمُّدٍ عَلَى خَطَأٍ. وَرَفِقْتَ بهِ وَرَدَدتَهُ بأَلْطَفِ مَا تقْدِرُ عَلَيْهِ. ولا قُوَّةَ إلا باللهِ.
    "Qəza və qədərdən, sənə pisliyi dəymiş (və ya, ittifaqən, onun əli ilə sənə pislik yetşən) şəxsin sənin boynunda haqqı budur ki, əgər qəsdən bu işi görübsə, sənə yaxşı olar ki, onu bağışlayıb, ondan keçəsən. İnsanlarla bu cür yaxşı və ədəblə rəftar et. Çünki, Allah-taala buyurur: "Zülmə məruz qaldıqdan sonra (həddi aşmadan) onun əvəzini çıxanlara heç bir cəza verilməz... "Nəhayət, buyurur: "Bu, doğru işlərdəndir!" Yenə də Allah-taala buyurur: "(Ey möminlər! ) İntiqam almaq məqsədilə (birinə ) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, onu da o cür cəzalandırın. Agər onlardan (intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir!" Bu mövzu, pisliyin qəsdən olması haqqında idi.
    Amma, əgər onun sənə pisliyi qəsdən olmazsa, qəsdən ondan intiqm almağa çalışma. Bununla, qəsdən olan işi xəta ilə dəyişirsən. Hər nə qədər bacarırsansa, onunla mülayim rəftar et!"
    İmam Səccad (əleyhissalam), "pislik edəninhaqqı" barəsindəki sözünün qısası budur ki, sənə pisliyi dəyənin işi iki haldan xaric deyildir. Ya qəsdən bu işi sənin haqqında görüb, bu vaxt sənə yaxşı olar ki, onu bağışlayasan. Əlbəttə, bunu o halda et ki, sənin bağışlamağından sui-istifadə etməmiş olsun. Yaxud, səhvən və xəta üzündən sənə pisliyi keçib. Bu zaman onun əvəzni çıxmaq istəsən, sənin bu işin xətadan olan işin əvəzini qəsdən çıxmaqla bitir. Bu da müsəlmana yaraşan iş deyil. Bu halda daha yaxşı olar ki, onun xətasını ən yaxşı rəftar və mülayimətçiliklə bağışlayıb yola verəsən.
    ƏVF VƏ BAĞIŞLAMAĞA DƏVƏT
    Çox az insanlar tapılar ki, həyatda hər tərəfli şəkildə xəta və səhvə yol verməsin və başqalarının hüquqlarını tamamilə yerinə yetirsin. Əgər qərar olsa ki, intiqam hissinə uyğun olaraq hər kimin qüdrəti olsa, həmin anda öz qisasını alsın, onda cəmiyyətdə bir sıra silsiləvari toqquşmalar yarana bilər. Bəlkə də, bu proses gündən-günə şiddətlənərək ağır nəticələrə səbəb ola bilər. Ona görə ki, əvvəla, intiqam həmlələriin keyfiyyət və kəmiyyət cəhətindən nəzartə alınıb qorunması çox çətindir. İkincisi, Əgər fərz etsək ki, intiqamın keyfiyyətini nəzarətə alaq, ilk törədilmiş cinayətin dəqiq ölçüsü, caninin və üzərində cinayət olunmuşun nəzərində bərabər deyildir.Beləliklə, fərz olunsa ki, müqabil tərəf öz intiqam həmləsində, öz nəzərindəkəmyyət və keyfiyyətə riayət edərsə, başqa tərəf müqabilin nəzərində ədalətə riayət olunmaz halda qalır. Ona görə də, tərəf müqabil hiss edir ki, mən də öz nitiqamımı almalıyam və təzədən şiddətli toqquşmalar başlayır. Bu atəş və intiqam silsilələrini kəsə biləcək yeganə qüvvə, insanın əvf və bağışlamaq ruhiyyəsidir. Əgər doğru araşdırsaq, biləgəyik ki, intiqam, intiqam alanın üzərində heç bir müsbət əsər qoymur. Yalnız, müvəqqəti təskinlik yerdə qalır.(Bəqərə surəsi-194 )Halbuki, əfv və bağışlamaqla, insan ən yaxşı ruhi təskinlik vəmənəvi rahatçılıq ələ gətirir. İslam göstərişlərində, xüsusilə Qurani-Kərimdə bu mövzuya, maraqlı və diqqəti cəlb edən ifadələrlə işarə olunmuş, ən mühüm İslami vəzifələrdən biri kimi tanıtdırılmışdır.Biz, Quran bəhsinə başlamazdan əvvəl, İmam Səccad (əleyhissalam)-ın sözlərindəki Quran ayələrinin mətninə işarə edirik.
    MÖMİNLƏRDƏN KÖMƏK İSTƏMƏK
    Kömək istəmək və əl tutmaq, möminlərin nişanələrindəndir. Quran "Şura" surəsində buyurur:
    "O kəslər ki, hər vaxt zülmə məruz qalsalar, təslim olmayıb başqalarından kömək istəyərlər."(Şura surəsi-41 )
    Məlumdur ki, başqalarının kömək istəmələri müqabilində, köməklik göstərmək vəzifəsi də durur. Əslində, məzlum, həm zülmün müqabilində müqavimət göstərməli, həm də başqa möminlərdən köməklik tələb etməlidir. Möminlər də bu tələbin müqabilində məzluma köməklik göstərməlidirlər. "Ənfal" surəsində həmin məsələyə işarə olunur, buyurur:
    "Lakin əgər onlar (müsəlmanlar) din yolunda sizdən kömək istəsələr, onlara kömək göstərmək sizə vacibdir."(Şura surəsi-41 )
    Bu göstəriş əslində, zalimlərə xəbərdarlıq edir ki, bilsinlər, möminlər öz dindaşlarının zülmü müqabilində sakit oturmayacaqlar."Şura" surəsində pisliyə qarşı pislik cavabında buyurur:
    "Hər hansı bir pislyin cəzası onun özü kimi bir pislikdir. Bununlə belə hər kəs pislik edəni bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalimləri sevməz! "(Nəhl surəsi-126 )
    Əlbəttə, zalimin işi pisliklə tanınmalıdır. Necə ki, ayədə ona işarə olunmuşdur. Lakin, vacib deyil ki, onun cəzası pisliklə qaytarılsın. Əgər ayədə pislik edənin cavabında "pislik" sözü işlədilmişdirsə, əvvəlcə qeyd olunmuş zalimə görədir. Yaxud, zalimin işinin pisliyini nişan verməkdən ötrü bu ifadə işlənilmişdir. Yaxudda, ola bilsin bu səbəbdəndir ki, cəza, azar və əziyyət sayılır, əziyyət isə zatən pisdir. Doğrudur ki, zalimin qisası öz-özlüyündə pis iş adlandırılmır. Bu ayə, Bəqərə surəsindəki ayəyə oxşayır, buyurur:
    "Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın (cavab verin). Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir."(Təfsir nümunə .c.11. səh.457 )Kömək istəmək heç də eyib deyildir. Bu barədə Quranda buyurur:
    "Hər kim zülmə məruz qaldıqdan sonra kömək tələb etsə, ona heç bir irad tutulmaz"(Fusilət surəsi-34-35 )
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 693 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024