İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:44 AM
    MÜTƏRCİMDƏN
    «Allah yanında [məqbul olan] din əlbəttə, İslamdır!» (Ali-İmran surəsi-19 )
    İslam dini, yer üzündə Allah tərəfindən son və kamil bir din ünvanı ilə gəldiyinə görə bəşəriyyəti səadətə çatdırmaqdan, dünya və Axirətdə insanın xoşbəxt olmasından ötrü kamil qanunlar və hüquqlar təyin etmişdir. İslamda hüquq məsələsi yəni, yaranmışların hüquqları, vəzifələri və məsuliyyətləri dəqiq və dolğun şəkildə özünə yer tapmışdır. Hər bir xalis müsəlman bu hüquqları öyrənməli və onları cəmiyyətdə icra etməyə çalışmalıdır. Qarşınızdakı bu kitab İmam Zeynalabidin (əleyhissalam)-ın "İslamda hüquq məsələləri" və "haqq" barəsində cəm olunmuş bəhslərindən söhbət açır. İnsan, İlahi qanunlar və hüquqlarla tanış olduqca bu dinin dünyada yeganə bir din olmasını və bəşərə xoşbəxtlik gətirməsini aydın təsəvvür edir. Onu da qeyd edək ki, bütün bu hüquqlarla yanaşı İslamda başqa hüquqi məsələlər də vardır ki, onların hamısını bir kitabda cəmləşdirmək mümkün deyildir. Necə deyərlər, İslam dəryadır, mətləbləri asanlıqla sona yetməz! Bundan əlavə, bu kitab, İslam dininə qarşı irad tutan bir çox maddiyyatçıların iradlarına hikmətlə cavab verir. Bu kəlam necə də haqdır:
    «İslam ucadır və heç bir şey İslam müqabilində ondan uca ola bilməz!»
    Ümidvarıq yetmişil ərzində öz dinlərini gözbəbəyi kimiəzizləyib qoruyan azərbaycanlı müsəlman bacı və qardaşlarımız, bu kitabdan istifadə etməklə, böyük və müqəddəs İslam dinimizlə daha yaxından tanış olsunlar və onun səadətbəxş qanunlarına əməl etməyə çalışsınlar. Bu yolda hamıya müvəffəqiyyətlər arzu edirəm!
    İlahi! Bizləri öz dinimizə alim et!
    Amin ya Rəbbəl aləmin!
    Faiq Vəli oğlu.
    2001. Payız
    MÜƏLLİFİN ÖN SÖZÜ
    İnsanlar arasında bəhs olunan mühüm məsələlərdən biri də onların yaşayışları ilə birbaşa əlaqədə olub, onun ictimai təbiətindən sərçeşmə alan haqq və hüquq məsələsidir. Əsrlər boyu alimlər bu məsələ barəsində söz demiş və kitablar yazmışlar.
    İlahi peyğəmbərlər məktəbində xüsusilə, insanı kamilliyə tərəf aparan İslam dinində, hüquq mövzusunun özünəməxsus yeri vardır. Bu mövzudan, müxtəlif ifadələr və ibarətlərlə söz açmışlar. Həzrət Əli (əleyhissalam) haqq barəsində belə buyurur:
    «Vəsf və söz mərhələsində, haqqın dairəsi hər şeydən genişdir. Lakin, insanların bir-birləri müqabilində ona əməl və riayət məqamında, ən məhdud mərhələdədir. Heç bir iş, birisinin xeyrinə başqaları müqabilində məsuliyyət və vəzifələri nəzərə almadan əmələ gəlməz. Faydasını nəzərə almadan, birisinin zərərindən heç vaxt danışmaq olmaz. Əgər qərar olsa ki, heç bir məsuliyyət olmadan birisinə sırf haqq qazandıraq, o, məxluqa yox, yalnız, Allaha məxsusdur. Çünki, Onun qüdrəti, həm bütün bəndələri əhatə edib, həm də ədaləti bütün tədbirlərdə və təqdirlərdə hakimdir.»(Nəhcül-bəlağə. Feyzül İslam. 207-ci xütbə. )
    Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) məktəbində, xüsusilə İslamda, hüquq sistemi qəti və şübhəsiz bir işdir. Müsəlmanlar arasında, bu məsələdə aydındır ki, ictimai əlaqələr və ixtilaflar Quranın hökmü və onun açıqlamaları üzrə həll olunmalıdır. Quran özü İslam cəmiyyəti və müsəlmanlara bu həqiqəti başa salmışdır. "Maidə" surəsində buyurur:
    «Allahın nazil etdiyi ayələr üzrə hökm etməyənlər, əlbəttə günahkarlardır.»(Maidə surəsi.-47. )
    Başqa ayələrdə həmin şəxslər, küfr edən və sitəmkar (zülmkar) kimi tanıtdırılır.
    «Allahın nazil etdiyi [kitab və şəriət] ilə hökmetməyənlər, əlbəttə kafirdirlər!»(Maidə surəsi-44 )
    «Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttəzalimdirlər.»(Maidə surəsi-45)
    «Ey Peyğəmbər! Onların arasında Allahın nazil etdiyi ayələrlə hökm et və onların nəfslərinin istəyinə uyma!» (Maidə surəsi-49 )
    Peyğəmbər məktəbində xüsusilə, İslamda hüquq nizamnaməsi, İlahiyyət və insaniyyət hökmləri üzərində qurulub, ali və müqəddəs hədəfi izləyir. Həyatın bütün sahələrində, cəmiyyətdə özünün dəqiq hüquqları ilə ədalətin icra olunması ardıncadır.
    İslamın hüquq quruluşu cəmiyyəti kəramət (izzət və hörmət) üzərində bərpa edib, düzgün ideologiya aparır. Bu qurumda bütün təssübkeşliklər, o cümlədən, millətçilik, tayfaçılıq, rənglər, ərəb və əcəmlik kənara qoyulub, Allaha iman gətirənləri vahid bir cəmiyyət hesab edir. İslam qurumunda, hökumət yalnız, Allahındır. Hətta, hakimiyyət başında qanunu icra etməkdən ötrü qərar tutanlar da İlahi qanunları cəmiyyət içində icra etməli, ictimai qanunları Allahın əmri üzrə təşkil edib, özləri də tamamilə Allaha tabe olmalıdırlar.
    İslam qanunları insanın fitrəti ilə uyğundur. İnsanın istəklərini və meyllərini, nə az nə də çox halda lazımi səviyyədə nəzərə alır. Hər bir şəxsin və cəmiyyətin mənafelərini əsas qərar verməklə, azadlıq, istiqlal, inkişaf, iqtisadi genişlik və mədəni sahələrdə cəmiyyəti idarə edir. Bundan əlavə, cəmiyyətlərdə bir sıra sabit və dəyişkən qanunlar icra etməklə, insanın yaradılışının hədəfi olan əsl məqsədinə, kamala tərəf aparır.
    HAQQ
    Hüquqlar barəsində bəhs edən hər bir kəs, hər şeydən əvvəl özü haqqı tanımalıdır. Ona görə də, əvvəlcə, lüğət elmində "haqq" kəlməsinin mənasını araşdırmalı daha sonra isə onun elmi termində mənası və növləri ilə tanış olmalıyıq. Nümunə üçün haqqın mənası, mahiyyəti, mülklə haqqın fərqi və hökmlə haqqın fərqlərini bilməliyik.
    HAQQ LÜĞƏTDƏ
    "Haqq" sözünün lüğətdə bir neçə mənası var. Onların ən mühümlərinə işarə edirik:
    Rağib İsfahani yazır: Haqq, əslində uyğun olmaq və müvafiq olmaqlığa deyilir. Görürük ki, bu uyğunluq və həmahənglik ən çox "haqq" kəlməsində işlədilir. O cümlədən:
    1. «Haqq», Allah və yaradan mənasındadır. Çünki, yaranmışları öz hikmətinə uyğun yaratmışdır.(Yunus surəsi-32. )
    2. «Haqq», yaranmış mənasında. «Çünki, yaranmışlar Onun hikmətinə uyğun yaranmışlar.»(Yunus surəsi -5.)
    3. «Haqq», - əsl həqiqətlə uyğun olan mənasında.(Bəqərə surəsi -213. )
    4. «Haqq», - olan və olmalı şeylə uyğun və düzgün olan söz mənasında.(Yasin surəsi -7.)
    Bəzi alimlər və lüğət əhli mötəqiddirlər, o yerlərdə ki, haqq kəlməsi işlənib onların mənalarını araşdırdıqdan sonra belə nəticəyə gəlmək olur ki, "haqq" əslində, "sabit olmaq" mənasını daşıyır. Amma, qalan başqa mənalarının nəticəsi sabit olmağa gəlib çıxır.
    Beləliklə, "haqq" istər həqiqi olsun, istərsə də nisbi, bir işin sabit olunmasından ibarətdir. Bəs Allaha "haqq"deyirik çünki, sabit və həqiqidir. Qurana haqq deyirik çünki, Allah tərəfindən olması sabitdir. Həqiqi və sabit olan hər bir işə haqq deyirik. Ədalətə haqq deyirik çünki, hər şeyin sabit olması və qalmasının əsli ədalətdir. Həqiqi və sabit olmasına görə İslama da haqq deyirik.
    «Haqq», bəzən müəyyən bir şəxsin mülkünə və faydasına da deyilir. Bu da həmçinin, onun qanun vasitəsilə həmin şəxsin barəsində mötəbər və sabit olmasına görədir. «Batil» sözü də "haqq" kəlməsinin müxtəlif mənaları müqabilində onun ziddinə münasib şəkildə qərar tutmuşdur.
    HAQQIN MƏNASI
    "Haqq" sözü ərəbcədən, məsdər (kök) mənasında işlənməsi ilə yanaşı, Qurani-Kərimdə müxtəlif mövzularda işlədilmişdir:
    «Onlar bilirlər ki, Allah aşkar haqqdır.» (Nur surəsi -25. )
    Həmçinin, Allah-taalanın işi mənasında işlənilib:
    «Göyləri və yeri haqq olaraq yaradan Odur.» (Ənam surəsi -73.)
    Başqa bir yerdə, Allahın dini mənasında gəlir:
    «Peyğəmbərini hidayətlə [Quranla] və haqq dinlə göndərən Odur!» (Fəth surəsi -28. )
    Allah vədəsində də işlənmişdir:
    «O ki deyilmiş oldu Allahın vədi haqdır.» (Casiyə surəsi -32. )
    Bundan əlavə, "haqq" sözü "vəhy" mənasında da işlənib:
    «Sənə kitabdan vəhy etdiyimiz haqdır.» (Fatir surəsi -31. )
    Qissələr mənasında da işlənmişdir:
    «Həqiqətən, bu Quran və zikr olunanlar haqq qissələrdir.»(Ali-İmran surəsi -62. )
    Nəhayət, haqq sözü, hökm mənasında da işlənmişdir:
    «Bəs insanlar arasında haqla hökm et.» (Sad surəsi -26. )
    Bunlardan əlavə, "haqq" sözü Quranda xüsusi və etibari mənalarda da işlənmişdir. Bu da insanla başqa şeylər arasında rabitəyə işarə olunur. Belə halda bəzən mütləq işlənilir:
    «Öz qohum-əqrəbana haqlarını əta et!» (Rum surəsi -38. )
    Bəzən mənfəət mənasında gəlir:
    «Və mallarında saillər və mərhumlardan ötrü haqq vardır.» (Zariyat-19. )
    İmam Zeynalabidin (əleyhissalam) və başqa məsum İmamların (əleyhimussalam) kəlmələrində olan «haqq"sözü, çox vaxt hüquqi deyil, bəlkə də, "əxlaqi" məna daşıyır. İnşallah əsl hüquqi-haqq barəsində bu kitabda bəhs olunacaq.
    HAQQ, ELMİ TERMİNDƏ
    Qərb filosofları, İslam alimləri və elm əhli arasında, "haqq" sözünün mənası barəsində və tərifində ixtilaf vardır. Onlardan bəzilərinə işarə edirik:
    Birinci: Sosioloq və iqtisadçı fransalı alim Lirmi Niye haqqın tərifində deyir: "Haqq, bəşərin rabitə müvazini və həmahəngliyidir." Əvvəlcədən qeyd etdiyimiz kimi «haqq"sözünün lüğəvi mənalarından biri də «ədl», mövcudatlar arasında ədalət və həmahənglikdir. Hər mövcudun payını özünə vermək. Beləliklə, fransalı alimin tərifi, eyni «ədl» mənasında olmasa da, ona həddən artıq yaxın mənasındadır.(İslamın hüquqda ümumi cəzası, səh-12. )
    İkinci: Bəziləri haqqın tərifi barəsində deyir:
    "Haqq”, təbii bir həqiqət və ya vaqeiyyət yaxud, qərarlaşmadır ki, öz sahibinə onu saxlamağa və qorumağa yaxud, ələ gətirməyəqüdrət verir. Məsələn, həyat və yaşamaq haqqı, azadlıq haqqı, bərabərlik haqqı, evlənmək haqqı, qisas və başqa haqlar...
    Üçüncü: Seyyid Məhəmməd Əl-Bəhrul-Ulum 13-cü hicri əsrinin böyük şiə alimi buyurur: «Haqq, bəzən mülk məfhumunun müqabilində, bəzən də onunla bərabər mənada işlədilir. Hər iki mənada haqq, elə bir qüdrətdir ki, etibari və qərarlaşma üzrədir. Ona əsasən, hər bir insan, hər hansı bir mala və ya şəxsə yaxud, hər ikisinə hakimlik tapır. Məsələn, kirayə olunan evə, çünki, kirayəçi kirayə sahibinin şəxsi mallarından birinə müvəqqəti sahib olur.»(Bələğətül-fiqh, 1-ci cild, səh-13. )
    Dördüncü: Şeyx Ənsari (rəhmətullah) buyurur: «Haqq, bir növ hakimlik və qüdrətdən ibarətdir ki, ona əsasən, haqq sahibi özünə aid hər hansı bir məsləhəti ələ gətirir.»(Məkasib «Bey» kitabının əvvəli. )
    Beşinci: Axund Movla Məhəmməd Kazim Xorasani buyurur: «Haqq, xüsusi etibar və xüsusi nisbətdir ki, qərarlaşma və ya təklif yaxud, başqa mənşədən ələ gəlmişdir. Məsələn, mülkiyyətdən ələ gələn mülkdən istifadə etmək haqqı, meyvə bağının yanından keçməkdən ələ gələn və meyvələrindən təkcə yeməyə haqqı olan «yolçu» haqqı.»(İslam hüququnda bəhs: 1-ci cild, səh-26. )və sair.
    Altıncı: Ayətullah seyyid Möhsün Həkim buyurur: «Haqq mülkün bir növüdür. Mülk, malik və məmluk arasında olan xüsusi etibari bağlılıq və nisbətdir.»(İslam hüququnda bəhs: 1-ci cild, səh-26. )
    Yeddinci: Seyyid Məhəmməd Kazim Yəzdi Təbatəbai buyurur: «Haqq, bir növ bir şeyin üzərində etibari bir qüdrətdir ki, ya o şeyin vücudi maddisi var. Məsələn, birisinin malından istifadə etməsindən məhrum etmək haqqı (təhcir haqq) yaxud, maddi və vücudi xaricisinə aid olmayan haqq, məsələn, olunmuş alveri batil etmək haqqı (haqq xiyar fəsx) yaxud, xüsusi bir şəxsə aid olan haqq, məsələn, qisas haqqı. Beləliklə, haqq, mülkün zəif mərtəbələrindən bəlkə də, mülkün bir növüdür.(İslam hüququnda bəhs: 1-ci cild, səh-26. )
    Səkkizinci: Başqa bir nəzəriyyədə haqqı, mülkün zəif mərtəbələrindən və hər ikisini (haqq və mülkü) səltənət və sahibliyin mərtəbəsindən hesab edirlər. Ayətullah Seyyid Əbul Qasim Xoyi buyurur: «Malikiyyət, ümumi qüdrət və səltənətdən ibarətdir. Lakin, haqq, xüsusi səltənət və sahiblikdir.»
    Doqquzuncu: Mərhum Əllamə Təbatəbai buyurur:
    «Haqq, bir növ xüsusiyyətçilikdir. Elə bir xüsusiyyətçilik ki, ümumi olaraq hətta, cəmiyyətin vücudundan əvvəl də vardır. Cəmiyyət təşkil olunduqdan sonra müxtəlif şəkillərdə zahir olur. Onlardan biri də haqdır.»(İslam hüququnda bəhs: 1-ci cild, səh-26. )
    HAQLA MÜLKÜN FƏRQİ
    Əvvəlcədən haqqın mənası aydın oldu. İndi də haqla mülkün fərqlərini araşdırmaqdan ötrü mülk və malikiyyətin qısa da olsa, mənasını izah etməliyik. Bununla da, hər ikisinin fərqi aydınlaşsın.
    1. «Mülk hər hansı bir vücuda yaxud, mənfəətə bağlı olan şəri hökmdür. Malik, malik olduğuna görə onlardan əvəz almaq, yaxud istifadə etmək qüdrətinə malikdir.»(İslam hüququ barədə, səh-5. )
    2. Mülkiyyət, elə bir şeyə məxsusdur ki, başqalarını ondan çəkindirir və sahibinə ondan istifadə etməyə imkan verir. Yalnız, bəzi müstəsna hallarda, şəri hökm ondan istifadə etməyə imkan vermir.(İslam hüququ barədə, səh-5. )
    3. «Mülk etibari bir bağlılıqdır ki, ona əsasən, məmluk malikə məxsus olur və malikin qanun dairəsində haqqı vardır ki, necə istəyirsə ondan bəhrələnsin və başqalarını onun istifadəsindən çəkindirsin. Yalnız, şəri maneələr malikə mane olsa, öz malından istifadə edə bilməz. Məsələn, müflis olmaq.»
    Keçmiş mətləblərdən məlum olur ki, bəzi fəqihlər, «haqqı», mülkiyyətin zəif mərtəbəsi bilmiş, bəziləri də, onu mülkiyyətlə bərabər səviyyədə qeyd etmişdirlər.
    Haqq və mülk barəsində izahları nəzərə almaqla aydın olur ki, haqqın dairəsi, misdaq və nümunələrinə görə mülkdən genişdir. Mənasına və lüğətə görə isə bir-birindən tamamilə ayrıdır və demək olar ki, onların arasında iki əsas fərq vardır:
    1. Haqq, həm müxtəlif təsərrüflərdə diqqət mərkəzində ola bilər və həm də bir və ya bir neçə xüsusi zəminədə nəzərə alınar. Əksinə, mülkiyyət, həm eyni vücudu olan şeylərin istifadəsinə, məsələn yemək, içmək, geyinmək və s. aid olur. Həm də etibari istifadə məsələn, satmaq, bağışlamaq və s. aid ola bilər. Hər iki mərhələdə mülkiyyət, qanuna əsasən, məhdud yaxud, qadağan oluna bilər. Məsələn, xırda yaşlı uşaqın öz malından istifadəsi, müflis şəxsin öz malından istifadəsi və sair.
    2. Mülikiyyətin məfhumu, təkcə nisbət tələb edir. O da maliklə məmlukun arasındakı nisbətdir. Halbuki, haqqın məfhumu və mənası, haqq sahibi və haqla bağlı olan şeydən əlavə, başqa bir nisbət də özünə götürür. O da «haqq sahibi» ilə «haqq əleyhinə» olanın bağlılığıdır və heç birinin bir-biri ilə rabitəsi yoxdur.
    HAQQIN NÖVLƏRİ VƏ BÖLÜMLƏRİ
    Haqqın mənası və məfhumunu araşdırıb, onun mülk ilə fərqinə vardıqdan sonra bölümlərinə işarə edək:
    1. Təbii haqq və qanuni haqq!
    Haqq və hüquqa aid olan kitablarda onun bölümləri barəsində bəhslər olunmuşdur. Onlardan, «təbii haqq» və «qanuni haqq»ı göstərmək olar. Bəşərin təbii hüququnun və haqqının əsası, bir şeydən artıq deyil, o da insanın kamala yetişməsi və yaşamasından ötrü Allahın yaratdığı bütün şeylərdən bəhrələnmək haqqıdır. Başqa sözlə desək: Təbii hüquq elə bir hüquqdur ki, etibari deyildir. Cahana hakim olan təbii həqiqətlər şəklində təcəlli etməsidir. Məsələn, «hər kəsin doğulması ilə birlikdə əmələ gələn həyat və azadlıq haqqı və hüququnu qeyd etmək olar. Beləliklə, bəşər hüququnun əsas şuarı həmin təbii hüquq üzərində qurulmuşdur.
    Qanuni haqq, o hüquqdur ki, insanın özü müxtəlif mövzularda qanun təyin etmişdir. Ayətullah Mərhum Seyyid Məhəmməd Kazim Yəzdi, hüququ belə bölmüşdür. (Bu bölgü haqqın nəql-intiqal və aradan getməsi cəhətindəndir).
    1. O hüquqlar ki, sahibinin ölümü ilə başqasına keçmir və aradan getmir. Bu hüquqların, nəql və intiqalı düzgün deyil. Məsələn, atalıq haqqı, hakimin vilayət haqqı, vəsiyyət haqqı və s...
    2. Aradan getməsi mümkün olan hüquqlar. Lakin, bu hüquqları başqasına müntəqil etmək düzgün deyil və hüquq sahibi ölməklə, haqq qətiolaraq başqasına müntəqil olmur. Məsələn, qeybət etmək haqqı, söyüş söymək haqqı, töhmət vasitəsilə vəsiyyət etmək haqqı, tövbə kifayət etmədikdə, haqq sahibindən halallıq tələb edib və onu razı salmaq vacib olduqda, kötək vurmaq haqqı.
    3. Sahibinin ölümü ilə vərəsəyə müntəqil ola biləcək hüquqlar. Bu hüquqları da aradan aparmaq olar. Lakin, onları başqalarına müntəqil etmək olmaz. Məsələn, bəzi dəlillərə görə "şüfə haqqı”nı(iki şərikdən biri öz haqqını yalnız, öz şərikinə sata bilər.) intiqal etmək olar.
    4. Nəql və intiqal, həmçinin, aradan getməsi səhih olan hüquqlar. Məsələn, müamiləni pozmaq haqqı, qisas haqqı və sair.
    5. Heç bir əvəz almadan intiqal və aradan getməsi mümkün olan hüquqlar. Məsələn, bir dəstə alimlərin, o cümlədən, "Lümə" kitabında Əllamənin nəzərinə görə «and içmək haqqı».
    6. Aradan getməsi və intiqal olması şəkk-şübhəli olan hüquqlar. Məsələn, övlad və valideyn kimi qohumların xərclərini vermək haqqı.(Cəza qanunda tətbiq, səh 46-47. )
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 991 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024