İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:43 AM
    2. HƏQQULLAH VƏ HƏQQUNNAS
    İslam alimləri ümumiyyətlə, hüquqları iki qismə bölüblər. Həqqullah və həqqunnas!
    İmam Xomeyni «Təhrirul-Vəsilə» kitabında yazır: "Hüquqlar bütün şaxələrinə baxmayaraq iki qismə bölünür. Həqqullah və həqqunnas." Həmin kitabda, bu barədə başqa bölümə işarə olunmuşdur. Bu əsasla ki, həqqullah iki qisimdir: Sırf həqqullah. Məsələn, zina etməyin cəzası, ləvvatlığın həddi və sair.
    İkincisi, Həqullah və həqqünnas ilə müştərək olan hüquqlar. Məsələn, zina nisbəti vermək və oğurluğun həddi və s.(Təhrir Vəsilə, 2-ci cild, səh-446 və 449. )
    Həqqunnas, bir hüquqdur ki, qanun verən, onun xüsusi şəxs və ya şəxslər üçün nəzərdə tutmuşdur. Bu hüququn sayəsində insan öz məqsədindəki mənafesini ələ gətirə bilsin. Məsələn, şüfə haqqı (şərik öz qismətini satmaq istəsə, əvvəlcə öz şərikinə təklif etməlidir) həqqünnasdır. Bu haqdan istifadə etməklə ələ gəlir ki, şərik qeyri-mənqul mallarını satmaq istəsə, ilk növbədə yalnız, öz şərikinə təklif etməlidir və birbaşa başqasına satmağa haqqı yoxdur. Qisas haqqı da həqqunnasdan sayılır. Bu hüquqdan, təkcə can sahibləri istifadə edə bilərlər.
    İndi ki, bildik, həqqünnasdan məqsəd, bir və ya bir neçə nəfərə aid olan hüquqlardır, onda deyə bilərik: Həqqullah bu hüquqların qarşı tərəfində qərar tutur və ondan məqsəd, ümumi cəmiyyətin haqqıdır. Xüsusilə, «həqqullah», öz həqiqi mənasında (Allahın haqqı) işlədilə bilməz. Çünki, Allah-taalaya haqq və qanun-qayda öyrətməyə heç kəsin haqqı yoxdur. Bəlkə də, Allahın hər bir işi haqq və qanunidir. Bu cəhətdən, Allahı hüquq bəhslərinə qarışdırmaq olmaz. Amma, həqqullah sözünün tərifində demək olar ki, qanun təyin edənin, bütün İslam cəmiyyətləri və müsəlman ümməti ilə bağlı təyin etdiyi haqqı adətən, «həqqullah» adlandırırlar. İslam alimləri, "Səbilillah" (Allah yolunda) kəlməsini mənalandırdıqda bu məsələyə yəqinlik edirlər ki, bu sözü öz həqiqi mənasına həml etmək mümkün olmadığına görə bu sözdən məqsəd, ümumi müsəlmanların mənfəətinə xidmət edən işlərdir. Elə bir mənfəət ki, bütün cəmiyyəti əhatə etsin və faydası bütün əhaliyə yetişsin. «Şərhi lümə» kitabının zəkat qismətinin üçüncü fəslində gəlib: Allahın razılığına səbəb olan savab və bizi Ona yaxınlaşdıran bütün işlər və ümumi mənafelər "Allah yolunda" olan işlər adlanır. Nümunə üçün, məscid tikmək, fəqilərə kömək, küsülüləri barışdırmaq, elmi məktəblərin tikilməsi və din hökumətinin qurulmasını qeyd etmək olar.
    3. İxtisaslaşmış haqq, üstünlük və malikiyyət haqqı
    İslam alimlərinin hüquqların bölünməsi barəsində başqa təqsimləri də vardır. O da budur ki, haqq, ixtisasa, üstünlüyə (övləviyyət) və malikiyyətə bölünür.
    İxtisasi hüquq o yerlərə bağlıdır ki, şəri və urfi (cəmiyyət içində) heç bir maliyyatı (qiyməti) olmamış olsun. Beləliklə də, belə şeylərə malik olmaq şəraiti aradan getmiş olur. Bu haqqın, «üstünlük» haqqı ilə fərqi də elə bundadır. Çünki, ixtisasi haqqın maliyyatı yoxdur və başqası ilə hər hansı mal müqabilində onun vasitəsilə sülh (saziş) etmək olmaz. Amma, «üstünlük » haqqı ilə saziş etmək olar. Məşhur İslam alimi Şeyx Ənsari bu barədə yazır: «Eyni zatı nəcis olan əşyanı, faydası olacağı ümidi ilə saxlamağa icazə verilir.» Belə nəzərə gəlir ki, bu işlərdə ixtisasi haqq deyilən hüquq, ya hamıdan əvvəl o əşyanı ələ gətirdiyinə, yaxud da, əvəlcədən ona malik olduğuna görə burada özünü nişan verir. Məsələn, birisinin ölmüş heyvanını yaxud, ətinin xarab olması hallarında, əvəzində heç bir şey almadan hansısa bir şeylə müsalihə və ya saziş etmək hüququna malikdir. Bəlkə də, əgər eyni xarab olmuş malı nəzərə almadan və ona qiymət qoymadan başqa bir şeylə əvəz etmək olar.(Məkasib, səh-14. )
    Həmçinin, mərhum Naini buyurur: "Hər bir şəri qiyməti olmayan əşyalara ixtisasi haqq qazandırmaq, sirkə olmaqa qabiliyyəti olan şəraba qazandırılan haqqa oxşayır."(Məniyyətüt-talib, 1-ci cild, səh-8. )
    Qaynamış və şəraba dönmüş üzüm suyu nəcisdir. Şərabın İslamda heç bir qiyməti və maliyyatı yoxdur. Amma, bu şərabı bir qədər də qaynadıb sirkəyə çevirmək imkanı olduğuna görə və qiymətli bir əşyaya çevrilə bilmək imkanını nəzərə alaraq, hazırda maliyyatı olmasa da ixtisasi və ya xüsusi haqq olaraq onun hüquqi sahibinə məxsusdur.
    Üstünlük haqqı. Bu haqla, ixtisasi haqqın arasındakı fərq bundadır ki, üstünlük haqqına bağlı olanların hamısının şəri maliyyəti və qiyməti vardır. Nəticədə, əgər birisi bu haqqı tələf etsə zamindir. Onun özünü və ya qiymətini sahibinə qaytarmalıdır. Məsələn, "təhcir" barəsində (malından istifadə etməsi qadağan olunan şəxs) qeyd etmək lazımdır ki, heç kəsin haqqı yoxdur ki, sahibinin icazəsi olmadan onun malından istifadə etsin. Əgər kimsə, haqq sahibinin icazəsi olmadan onun malından istifadə edirsə, bu iş heçdə ona haqq qazandırmır.
    Malikiyyət haqqı. Əvvəlcədən malikiyyət barəsində bəhsolunmuşdu. Bu bəhsdə əlavə olunur ki, hər bir şəxs, öz zehni təsəvvürlərinə malikdir. Belə ki, nə vaxt istəsə, təsəvvür edib şəkil yaradar və istədiyi vaxtda da onları zehnindən yox edər. Belə malikiyyəti, təxmini malikiyyət adlandırırlar. İnsan hər vaxt xaricdəki əşyalara qarşı belə bir etibar edib, sahibliyə malik olsa, «malikiyyətə» sahib olur. Beləliklə,demək olar ki, malikiyyət, elə bir etibardır ki, (şəxsi və hüquqi cəhətdən) ixtiyarında olduğu şeydən istədiyi kimi istifadə edə bilər və başqalarının ondan istifadə etməsinə mane ola bilər. Bəziləri deyirlər: "Malikiyyət", nisbi bir etibar olaraq, "maliklə”, "məmluk" arasında bağlılıqdır.
    HÜQUQ, İMAM SƏCCAD (əleyhissalam) NƏZƏRİNDƏ
    Bu müqəddəmədə, bura kimi hüquq bəhsini İslam alimlərinin nəzəri və onları bu hüquqları bölmələri cəhətindən bəhs etmişik. İndi də həzrət Əli ibni Hüseyn (İmam Zeynalabidin (əleyhissalam)-ın fərdi, ictimai və əxlaqi cəhətlərdən hüquqlara işarə etdiyi və«Hüquq» kitabının izahı bəhsinə başlayırıq. Fərdi hüquqların çoxusunda fiqhi hüquqlara da işarə edəcəyik.
    İNSAN VƏ MƏSULİYYƏT
    Heç bir başqa mövcudatlarda olmayan yalnız, insana məxsus olan xüsusiyyətlərdən biri, həyatındakı ağır məsuliyyətlərdir. Bu da onun, əql, dərk, şüur və ictimai cəhətdən yüksək səviyyədə olmasına görədir. Bu məsuliyyət, mərifətlər, kökləri etiqadlar, baharı, böhran və hadisələr təşkil bir ağaca bənzəyir. Nə qədər bol mərifətli olsa, hər baharı meyvə verər və zərər görməz. Çünki, zərər, naqisliyin nəticəsidir.
    MƏSULİYYƏTLƏRİN KÖKLƏRİ
    Allah-taala, nemətləri səbəbsiz verməz və səbəbsiz də almaz. Verdiklərini üstünlük meyarı qərar verməz, insanın naçar halında ona verdiklərinin hesab-kitabı vardır. Üstünlüklər, yenidən nemətlər qaytarılanda bilinir. Məsuliyyətlər də bu cəhətdən sərçeşmələnir. Allah-taala buyurur:
    «Həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!» (Təkasür surəsi-8.)
    Beləliklə, sərmayələrdən istifadə etmək lazımdır, yoxsa, israfçılıq olar. Verilənlərin alınması da vardır. Sərmayələr fayda verməlidir. Ondan olan şey, Ona qaytarılmalıdır.
    MƏSULİYYƏTLƏRİN TANINMASI YOLU
    Məsuliyyəti tanımaqdan ötrü bir neçə əsası bilmək lazımdır. Birincisi əsas, həqarət və həva-həvəslərdən azad olmaq. İkincisi, məsuliyyəti icra etməkdən ötrü qüdrət əldə etmək. Üçüncü, Onu tanımaq. Quran buyurur:
    «Doğru yol tutan xeyrinə doğru yol tutmuş, haqq yoldan azan ancaq özünə zərər edər. Heç kəs başqasının yükünü çəkməz. Biz peyğəmbərlər göndərməmiş heç bir ümmətə əzab vermərik.» (İsra surəsi-15. ).
    İnsanın məsuliyyəti, özündən başlayır. İki növ məsuliyyət vardır. Fərdi məsuliyyət və ictimai məsuliyyət. Fərdi məsuliyyət barəsində Quran buyurur:
    «Hər kəs öz əməlinin girovundadır.» (Müddəssir surəsi-38. )
    Yenə də buyurur:
    «Mömin olub yaxşı işlər görən hər bir kişi və qadına xoş və pak-pakizə həyat bəxş edəcəyik. Etdikləri yaxşı əməllərin əvəzində onlara daha yaxşı mükafat verəcəyik!»(Nəhl surəsi-97. )
    İctimai məsuliyyətlər barəsində Quran buyurur:
    «İnsanların öz əməlləri üzündən suda və qurada fəsad əmələ gələr ki, bununla onlara etdikləri bəzi işlərin cəzasını daddırsın və bəlkə, qayıtsınlar.»(Rum surəsi-41. )
    ZÖVQ VƏ İSTEDAD ƏSASINDA MƏSULİYYƏT
    Hər kəs öz zövq, istedad və imkanlarına əsasən, məsuliyyət qəbul edirlər. Birisi, əkinçi digəri heyvandarlıq. Daha birisi dəmirçi, xəyyat və dərzidir. hikmət sahibləri deyiblər: "İnsan təbiətinə görə ictimaidir. Bu söz də həmin mənadadır" İnsanın ictimai həyatda olan meyllərini, həmin yol aydınlaşdırır. İnsanın həyatı qarşılıqlı olduqda, məsuliyyətlər və vəzifələrin cəmiyyətin içində bir-birinə qarşı məsuliyyətləri qarşımıza çıxır. Başqa tərəfdən özünü istəmək və təkəbbür qərizəsi insanda tüğyan edir. Məşhur məsələ görə: «Hər kəs qalib gəlsə, haqqdır.» Başqalarının haqqına təcavüz edir. İctimai hərc-mərc hər tərəfdən sərçeşmələnib hər yeri tutur. Ona görə də, cəmiyyətdə qanun zərurətinin olması məsələsi qarşıya çıxır. Bununla da, bir sıra nəzm və qayda-qanunlar, hasar şəklində cəmiyyətin bütün şəxslərini əhatə edib onların mənafelərini qorumalıdır.
    Bura qədər, insanda məsuliyyətlərin olması, onun hüquqları olmaqla bərabər, başqalarının da hüququna riayət etmələri, nəhayət, ona veriləcəklərdən sual olunacağı barəsində bəhs etmişik. Necə ki, Quran buyurur:
    «Həqiqətən, gözdən, qulaqdan, qəlbdən və bütün verilmişlərdən sual olunacaq!» (İsra surəsi- 26 )
    Bu mətləb aydınlaşdıqdan sonra insana lazımdır ki, özünün məsuliyyətlərini tanısın və bununla da, hansı hüquqi məsuliyyətləri olduğunu bilər.
    HÜQUQ KİTABI VƏ İMAM SƏCCAD (ƏLEYHİSSALAM)-IN HƏYATI
    Hüquq barəsində müxtəlif cəza və qəza cəhətlərindən müxtəlif məktəblərdə hüquqi bəhslər olunmuşdur. Məşhur şəxslər insanlara aid fərdi və ictimai hüquqlar barəsində söz demiş və kitablar yazmışlar. Amma demək olar ki, fərdi, ictimai və əxlaqi hüquqlar barəsində İmam Zeynalabidinin (əleyhissalam) buyurduğu kimi ümumi şəkildə bəhs olunmamışdır.
    İmam Zeynəlabidin (əleyhissalam) dünya şiələrinin dördüncü rəhbəridir. O həzrət, 37 və ya 38-ci hicri-qəməri ilində, Mədinədə dünyaya gəlmiş, 94 və ya 95-ci hicri-qəməri ilində isə şəhadət feyzinə nail olmuşdur. "Bəqi" qəbristanlığında, alicənab əmisinin yanında dəfn olunmuşdur. Alicənab Şeyx Kuleyni, o həzrətin təvəllüdün 38-ci ildə, şəhadətini isə hicrətin 91-ci ilində olduğunu qeyd etmişdir. O həzrətin mübarək ömrünü,57 il yazmışdır.(Üsuli-Kafi, 2-cild, səh-367. )
    Məşhur tarixçi Yəqubi, onun şəhadətinin 99-cu ildə, yaşını isə 58 il qeyd etmişdir.(Tarixi Yəqubi, 2-ci cild, səh-303. ) Şeyx Müfid, o həzrətin təvəllüdünü 38, şəhadətini 95, ömrünü isə 57 il yazmışdır.
    Həzrətin həyatı barəsində xüsusi bir kitaba ehtiyac vardır. Tarixçilər və həyat yolunuyazanlar, o həzrətin həyatının müxtəlif qismətləri barəsində kitablar yazmışlar. O, həzrət, İmamət, vilayət, ismət, sədaqət və paklıq məqamına malikdir. İmam Səccad (əleyhissalam) elə bir uca məqama malik idi ki, ibadət qismətində onu, "Zeynəlabidin" yəni, ibadət edənlərin zinəti, səcdə etməkdə «Seyyiddüs-sacidin», səcdə edənlərin ağası, ləqəbini özünə ixtisas vermişdir. Hissiyyat və ağlamaqda «Tacul-bukain" (ağlayanların tacı) ləqəbini almış, elm və Allahla münacat etməkdə ən böyük dərs ünvanı, dua və Allahla necə munacat etmək sahəsində, «Səhifeyi-Səccadiyyə» kitabını həmçinin, Allahdan necə hacət istəmək və nə istəmək yolunu insanlara müxtəlif kitablarında yadigarqoymuşdur.
    Səbr, dözüm və əziyyətlər sahəsində, canlı Kərbəla hadisələrini anba-an öz gözləri ilə müşahidə etmiş və dözmüşdür. Zülmə və sitəm əleyhinə olan mübarizədə, Şamın (Dəməşq) məscidində özünü tanıtdırmaq haqqındakı odlu və alovlu çıxışı, öz əzəməti ilə tanınmışdır. Bəni-üməyyənin amansız zülmlərinə qarşı həmişə mübarizə aparmışdır.
    Məqam, mənəviyyət və qəlblərə nüfuz cəhətdən elə bir kəs idi ki, Məkkədə təvaf edən cəmiyyətin toplusuna daxil olduğu zaman ixtiyarsız olaraq hamı ona yol açır, o da «Qara daşı» ləms etməyə başlayır. Cəmiyyətin çoxluğundan təvaf edə bilməyən, Hişam ibni Əbdül Məlik (zəmanəsinin xəlifəsi) cəmiyyətinçoxluğundan və ona yol verilməməsi üzündən bir kənarda oturub bu mənzərəyə tamaşa edir və İmam Zeynalabidin (əleyhissalam)-ın əhalinin qəlbində olan ehtiramına və nüfuzuna məətəl qalmışdı. O kimdir ki, belə bir əzəməti var? - Deyə soruşur. Fərəzdəq adlı məşhur şair, onun cavabında həzrəti vəsf edərək, İbni Hişama buyurur:"Tanımırsan, yoxsa özünü tanımamazlığa vurursan? O elə bir şəxsdir ki, Bətha ölkəsi onun möhkəm qədəmlərinin izini tanıyır.
    Allahın evi, Beytül-həram və başqa yerlər onu yaxşı tanıyır...”
    Bəli! Fərəzdəq bu uzun şerində onun əzəmət və məqamını şərh edir. Bu qısa bəhsdə bütün mətləbə işarə etməyə fürsət yoxdur. Hişam ibni Əbdül Məlik, qəzəb və paxıllıq üzündən Fərəzdəqin hüququnu kəsir. Bəli! O həzrət, vəhy olan evdə dünyaya gəlmişdir ki, Allah onun məqam və mərtəbəsini ucaltmağa icazə vermişdir. O, İmamın nəzarəti altında tərbiyə almış vəhy övladıdır. İnsanın bütün ruhi cəhətlərinə agah olan və insan tanıyandır.
    Əlli (50) haqqa və hüquqa aid olan, fərdi, ictimai, mədəni və siyasi «Hüquq» kitabı yazmışdır. Bu kitab, çoxlu hədis və rəvayət kitablarında tərif olunmuş və haqqında danışılmışdır. Zaman keçdikcə alimlər tərəfindən şərhlər yazılmış və izah edilmişdir. Biz onlardan bəzilərinə işarə edəcəyik.
    «HÜQUQ» KİTABININ BƏZİ TƏRCÜMƏ VƏ ŞƏRHLƏRİ!
    Bu «Kitab»a tarix boyu, İslam elmlərinin alimləri tərəfindən diqqət olunduğuna görə, onun ətrafında çoxlu şərh və izahlar yazmışlar. Məşhur və alicənab alim, cənab doktor Seyyid Cəfər Şəhidi (institut müəllimi) özünün yazdığı, «Əli ibni Hüseyn (əleyhissalam)-ın həyatı» adlı kitabında bu kitabın bəzi şərh və tərcümələrinin adını gətirmişdir. Biz onların bəzilərinin adını çəkirik:
    1. «Hüquq» kitabı – cəm edən mərhum Seyyid Sibtul Hüseyn Lokonohevi.
    2. «Hüquq» kitabı - Əbdül Hadi Muxtar.
    3. «Hüquq» kitabı – hüquqşünas Tofiqil Fəkiki.
    4. "Səccadın sözləri"- doktor Sahib Zamani.
    5. «Hüquq» kitabının kamil tərcüməsi – Hacı şeyx Məhəmməd Baqir Kəmreyi.
    6. «Hüquq» kitabı - Əli Gülzadə Ğəfuri.
    7. «Hüquq» kitabının – tərcüməsi Ayətullah Cənnəti.
    8."Hüquq kitabı "– Hicri Qəməri
    9. «Hüquq» kitabının tərcüməsi Seyyid Əhməd Fəhri Zəncani.
    10. «Hüquq» kitabı – Cənab Sipehri. Bu kitada, bir neçə başqa tərcümə və şərh kitablarının adı çəkilmişdir. Onlardan:
    1. Kiçik həcmli cüzvədə dördüncü İmamın (əleyhissalam) sadə və xülasə tərcüməsi.
    2. Bu kitabın tərcümə və şərhi, İslamda müdiriyyətçilikdə insani münasibətlər – Seyyid Məhmud Siyahpuş.
    3. «Seçilmiş sözlər» - Seyyid İbrahim Miyanəci.
    4. "Siratul-möminin"- Qivam İslami Casibi.
    5. «İmam Zeynəlabidin (əleyhissalam)-ın «Hüquq» kitabının şərhi – Seyyid Əli Qalapçı.
    HÜQUQ KİTABININ SƏNƏDİNİN ARAŞDIRILMASI
    Bildiyiniz kimi bu kitab, tarix boyu İslam alimlərinin diqqət nəzərində olmuşdur. Çoxlu məşhur alimlər, öz mötəbər kitablarında bu risaləyə istinad etmişdir. Ən qədim mənbələrdə bu kitabdan nəql olunmuşdur. Onlardan:
    1. "Töhəful-üqul"- Mərhum ibni Şöbə Hərrani (vəfatı 381-ci hicri ili).
    2. "Mən la yəhzuruh fəqih"- Şeyx Səduq (vətfatı 382-ci hicri ili.)
    3. «Məkarimul-əxlaq» - Şeyx Təbərsi (vəfatı 548-ci hicri ili.)
    4. «Əl-Xisal», «Əmali» - Şeyx Səduq.
    5. «Biharul-ənvar» 74-ci cild - Məclisi
    6. "Şərh-Nəhcül-bəlağə" 14-cü cild – Xoyi.
    7. "Əyanu-şiə" 1-ci cild – Seyyid Möhsin Əmin
    8. "Müstədrəkül-vəsail" 2-ci cild, - Mühəddis Nuri.
    9. «Miratul-kamal» 3-cü cild, - Əllamə Maməqani.
    "Töhəful-üqul" kitabının müəllifi, bu kitabı sənədsiz zikr etmişdir. Amma, mərhum Şeyx Səduq, həm "Mən la yəhzuruhum fəqih" həm də, «Xisal» kitabında bu kitabın sənədini zikr etmişdir. Əlbəttə, hər hansı bir kitabın sənədlərini araşdırmaq çətin və faydalı işlərdən biridir. Çox çətin zəhmətlərlə, hədis və tarix yazanları tanımaqla, pak məsum İmamların (əleyhimussalam) nurlu çöhrələri ilə tanış olur, beləcə də yalançı ravilərin iç üzlərindən pərdələr götürülür. Bu bölümdə, cənab Sipehrinin bu kitab barəsindəki sənəd araşdırmalarını gətiririk. O, bu kitabın sənədini, "Mən la yəhzuruhul-fəqih" kitabı qərar vermişdir. Çünki, mərhum Şeyx Səduqun özünün bu kitab barəsində söylədiklərinə tam etiqadı vardır. O, bu kitabın sənədlərinin araşdırılmasında belə yazır: «Mərhum Şeyx Səduq əvvəlcə bu kitabı sənədsiz qeyd edərək yazır:
    «Fəzlin oğlu İsmail, Dinarın oğlu Sabitdən, o da ibadət edənlərin sərvəri həzrət Əli ibni Hüseyn ibni Əli ibni Əbi Talib (əleyhissalam)-dan nəql edir.»
    Sonra kitabın sonunda alimlər özünü tanıtdırdığı kimi buyurur: «İsmail Fəzl oğlundan nəql olunan bu kitabda gələnlər İmam Zeynalabidin (əleyhissalam)-ın hüquq barəsində söylədikləridir. Mən, şübhəsiz ki, onu Əli, Əhməd oğlu Musa oğlundan nəql etmişəm. O dedi: Bizə, Məhəmməd Cəfər oğlu Kufi Əsədidən nəql olunmuşdur. O dedi: Bizə, Məhəmməd İsmail oğlu Bərməki nəql etmişdir. O dedi: Bizə, Əbdüllah oğlu Əhməd nəql etmişdir. O dedi: Bizə, İsmail, Fəzl oğlu nəql etmişdir. O da Sabit Somali oğlundan, o da ibadət edənlərin rəhbəri Əli ibni Hüseyn oğlu Əli ibni Əbi Talib (əleyhissalam)-dan nəql etmişdir.
    Yuxarıdakı sənədlərin vəziyyəti ilə tanış olmaqdan ötrü «Usul-ərbə Ricaliyyət» adlı məşhur, ən qədim şiə mənbələrinə və başqa kitablara müraciət etdim!
    Əli, Əhməd oğlu, Musa oğlu, «Rical» kitablarında bu şəxsin adı ilə zikr olunmamışdır. Ona görə də, bu sənədə məchul sənəd adı vermişlər.(Möcəmul Rical hədis, 10-cu cild, səh-104. )
    Məhəmməd, Cəfər oğlu Əsədi Kufi, adları çəkilən kitablarda inanılmış şəxs kimi tanıtdırılmışdır.(Rical Nəcaşi, səh-373, Möcəmul-Rical, 5-ci cild, səh177, Möcəmul-Rical, 15-ci cild, səh-167. )
    Məhəmməd İsmamil oğlu Bərməki, hədis söyləyən inanılmış şəxslərdəndir. Təriflənmiş ravilərdəndir. Əl-Ğəzairi oğlu, onu zəif qələmə versə də, ravi araşdıranlar onun inanılmış şəxs olduğunu üstün tutmuşlar.(Rical Nəcaşi, səh-348, Möcəmul-Rical, 4-cü cild, səh-512. )
    Əbdullah Əhməd oğlu, bir neçə nəfər arasında müştərək adla məhşurdur. Cənab Əkbər Ğəffari, ehtimal verir ki, bu şəxsdən məqsəd, Əbdüllah, Əhməd oğlu Razidir.(Mən la yəhzurul fəqih, 4-cü cild, səh-512. Rical Nəcaşi. səh-348.Fehresti Şeyx Tusi, səh-144. )
    Əbdüllah Əhməd oğlu Razi də inanılmış və etimad edilmişlərdən deyildir. İndi Əbdullah, Əhməd oğlu bu sənəddə "Razi" olsun və ya başqalarının adı ilə müştərək olsun, əməli cəhətdən heç bir fərqi yoxdur. Çünki, ravilərin inanılması, nə qədər ki, bütün hədislərdə eyni səviyyədə deyil, belə ravilərə etimad etmək olmaz.
    İsmail, Fəzl oğlu – inanılmış və etimad olunmuş şəxsdir.(Möcəmul-Rical, 1-ci cild, səh-221. Rical Tusi, səh-104. )
    Silsilə sənədlərin sonunda gələn şəxsin adı, Əbu Həmzə Somali yaxud, Sabit ibni Əbi Səfiyyədir. O, təmiz və inanılmış şəxs olub. Demək olar ki, onun dəyanət və əxlaqının bərəkətindəndir ki, cansıxıcı və qara günlərdə üç qəhrəman oğul böyüdüb, Əli ibni Zeydin bayrağı altında qiyama göndərir, onlar da bu yolda şəhid olurlar.
    Nəcaşi onun barəsində yazır:
    «Onun Nur, Mənsur və Həmzə adlı üç oğlu, Zeydin yanında şəhid olurlar. O, Əmirəl-möminin, İmam Hüseyn (əleyhissalam), İmam Səccad (əleyhissalam) və İmam Baqir (əleyhissalam)-ın həyatını dərk etmiş, onlardan rəvayətlər və hədislər nəql etməkdə onların ən yaxşı, inanılmış və etimad edilmiş şəxslərinndən sayılır. İmam Hüseyn (əleyhissalam)-dan onun barəsində belə buyurduğunu nəql edirlər: «Əbu Həmzə öz dövranışında, Somalinin öz zamanında olduğu kimidir.»(Möcəmul-Rrical hədis, 3-cü cild, səh-383. )
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 1181 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024