İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:42 AM
    SƏNƏDLƏRİN ARAŞDIRILMASINDAN NƏTİCƏ
    Cənab Sipehri hədis sənədlərinin araşdırılmasında belə yazır: «Bir neçə dəlilə görə bu hədisin məsum İmamdan (əleyhissalam) olmasına inanmaq olar. Onlar aşağıdakılardan ibarətdir:
    1. Mərhum alim Qohpayi, «Məcməur-rical» kitabının 7-ci cildinin 219-cu səhifəsində yazır: Alimlər arasında Şeyx Səduqun (hədisə) icazə verdiyişəxslər vardır ki, «Rical» kitablarında onlar barəsində, nə tərif və nə də pis cəhətlər qeyd olunmamışdır. Amma, mərhum Səduqinin belə şəxslərin adını çəkdikdən sonra «Rəziəllah» (Allah ondan razı olsun) və «Rəhmətullah» (Allahın rəhməti ona olsun) sözlərini zikr etməsi buna dəlalət edir ki, mərhum Səduqun özünün bu şəxslərə möhkəm etiqadı və inamı varmış. Yoxsa, vacib olardı ki, Səduq, onların batil və ya fasid əqidəli olmalarını aşkarcasına qeyd etsin. Onda qalmış, onlara Allahdan rəhmət diləsin!
    2. Şeyx Səduqun "Mən la yəhzurul fəqih" kitabının müqəddiməsində oxuyuruq:
    «Bu kitabı yazmaqdahədəfim başqa ravilər kimi bu deyil ki, qarşıma çıxan bütün rəvayətləri cəm edib yazam. Bəlkə də, məqsədim bu olub ki, onun əsasında fətva verib, doğruluğuna hökm etdiyim rəvayətlərdən bu kitabda istifadə edim. İnanıram ki, bu rəvayətlər mənimlə Allah arasında höccətdir.»
    3. Əvvəlcə işarə etdiyimiz kimi çoxlu məşhur alimlər bu rəvayətləri bəzilərinin mötəbər kitablarında gətiriblər və tarix boyu bütün yazıçıların diqqət nəzərində olub. Bütün məşhur İslam alimlərinin bu «Hüquq risaləsini» qəbul edib, etimad etməklərinin səbəbindən biri də, mərhum şeyx Səduqun onu öz kitabında nəql etməsidir.
    4. Mərhum Ayətullahül-üzma Burucerdi, (hədis ravilərini tanımaqsahəsində mütəxəssisdir) Mərhum Şeyx Səduqun nəql etdiyi rəvayətləri barəsində buyurur:
    Allahın adı ilə!
    «Həzrət İmam Zeynalabidin (əleyhissalam)-dan nəql olunan «Hüquq risaləsi» kitabını, Nofəl Haris oğlu, Əbdülmütəllib oğlu, Fəzl oğlu İsmail Haşimi Nofəlidən nəql olunmuşdur. O, Bəsrə hədis söyləyənlərindən olub və inanılmış şəxsdir. Sabit Dinar oğlu həmin inanılmış və etimad olunmuş Əbu Həmzə Somalidir.
    Şeyx Səduq (rəh.), Cəfər ibni Məhəmməd Amir Şeyx Kuleynidən, O da öz əmisi Əbdullah ibni Amirdən, o da Məhəmməd ibni Əbi Ümeyrdən, o da Əbdürrəhman ibni Məhəmməddən, o da Fəzl ibni İsmail ibni Fəzldən, o da atası İsmail ibni Fəzldən rəvayət etmişdir. Hamısının sənədi inanılmışdır!»(Ayətullah Bürucerdinin öz əli ilə yazdığı sözlər «Rah və rəsm zindəgi İmam Səccad (əleyhissalam)» səh-12. )
    Cənab Sipehri öz nəticə almağının sonunda yazır:
    Zikr olunan dəlillər və nişanələrdən əlavə, İslam alimlərinin hədisləri qəbul etmək qanunu, əxlaq, maarif və müstəhəb işləri nəzərə almaqla, o cümlədən, sənədlər də, gözdən keçirməlidir. Şəri məsələrin dəlillərində diqqətli olmaq qanunu məşhurur. Bu qanuna əsasən, hədislərin ali şəkildə məzmunu olmalı, əqidə üsulları, məzhəbin ümumi qanunları və onunla qarşı-qarşıya durmamalıdır.
    «Hüquq risaləsi» bütün bu yaxşı xüsusiyyətləri özündə cəm etmişdir.
    Müəllif yazır: Biz bu «Hüquq risaləsi» nin şərhində "Töhəful-üqul" kitabında nəql olunan hədisin mətnini seçmişik. Bunu iki səbəbə görə etdim.
    Birinci: Sənədə işarə etməsə də, bu hədisi nəql edən ən qədim kitab «Töhəful-üquldur». Çünki, kitabın nəql etdiyi bütün hədislərdə sənədləri zikr etməmişdir.
    İkincisi: Bu kitabdan nəql olunan «Hüquq risaləsi» hədisi, başqa kitablara baxanda ən geniş və ətraflı şəkildə gətirilmişdir.
    Bu kitabda bir çox hüquqlarda, "Məkarimul əxlaq" kitabındakı ifadələrdən istifadə etmişik.
    "Həccin haqqı" bəhsi, "Töhəful-üqul" kitabında gəlmədiyinə görə «Məkarimul-əxlaq» kitabından gətirmişik. Bu kitabda çalışmışıq ki, İmam Səccad (əleyhissalam)-ın rəvayətlər əsasında söylədiyi əlli ədəd «haqqı» qısa da olsa, izah edək. Bəzi hüquqların izahında lüğət cəhətdən daha çox araşdırmaya ehtiyac olduğuna görə onları lüğət cəhətdən araşdırmışıq. Bu «Hüquq risaləsi»nin şərhinin xüsusiyyətlərindən biri də budur ki, «Hüquq risaləsi»nin mətninin ən çox əxlaqi cəhətləri vardır. Biz möhtərəm oxucuların nəzərinə müqəddəs İslam dinində hüquq məsələsinin müxtəlif cəhətlərinə diqqət edilməsini çatdırmaqdan ötrü bacardıqca bu kitabda hüquqların fiqhi cəhətini izah etmişik.
    İmam Səccad (əleyhissalam)-dan arzum budur ki, özünün lütf və şəfaət nəzəri ilə bu kiçik bəndənin üzünə baxsın və Qiyamətin günündə xətalarımın bağışlanmasını Pərvərdigari-aləmdən istəsin!
    Allahdan arzulayıram ki, bu bəndəni, din və Əhli-beyt (əleyhissalam) məktəbinin xidmətçilərindən qərar versin!
    "HÜQUQ RİSALƏSİNİN" MÜQƏDDİMƏSİ
    "İmam Səccad (əleyhissalam)-in hüquq risaləsi adi ilə taninmiş kitabi”
    بسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
    اعْلَمْ رَحِمَكَ اللهُ أَنَّ للهِ عَلَيْكَ حُقُوقًا مُحِيطَةً بكَ فِي كلِّ حَرَكَةٍ تَحَرَّكْتَهَا، أَوْ سَكَنَةٍ سَكَنْتَهَا، أَوْ مَنْزِلَةٍ نَزَلْتَهَا، أَوْ جَارِحَةٍٍ قَلَّبْتَهَا وَآلَةٍٍ تَصَرَّفْتَ بهَا، بَعْضُهَا أَكْبَرُ مِنْ بَعْضٍ. وَأَكْبَرُ حُقُوقِ اللهِ عَلَيْكَ مَا أَوْجَبَهُ لِنَفْسِهِ تَبَارَكَ وَتَعَالَى مِنْ حَقِّهِ الَّذِي هُوَ أَصْلُ الْحُقُوقِ وَمِنْهُ تَفَرَّعَ. ثُمَّ أَوْجَبَهُ عَلَيْكَ لِنَفْسِكَ مِنْ قَرْنِكَ إلَى قَدَمِكَ عَلَى اِختِلافِ جَوَارِحِكَ.
    فَجَعَلَ لِبَصَرِكَ عَلَيْكَ حَقًّا وَلِسَمْعِكَ عَلَيْكَ حَقًّا وَلِلِسَانِكَ عَلَيْكَ حَقًّا وَلِيَدِكَ عَلَيْكَ حَقًّا وَلِرِجْلِكَ عَلَيْكَ حَقًّا وَلِبَطْنِكَ عَلَيْكَ حَقًّا وَلِفَرْجِكَ عَلَيْكَ حَقًّا، فَهَذِهِ الْجَوَارِحُ السَّبْعُ الَّتِي بهَا تَكُونُ الأَفْعَالُ. ثُمَّ جَعَلَ عَزَّ وَجَلَّ لأَفْعَالِكَ عَلَيْكَحُقُوقًا فَجَعَلَ لِصَلاتِكَ عَلَيْكَ حَقًّا وَلِصَوْمِكَ عَلَيْكَ حَقًّا وَلِصَدَقَتِكَ عَلَيْكَ حَقًّا وَلِهَدْيِكَ عَلَيْكَ حَقًّا وَلأَفعَالِكَ عَلَيْكَ حَقًّا. ثُمَّ تَخرُجُ الْحُقُوقُ مِنْكَ إلَى غَيْرِكَ مِنْ ذَوِي الْحُقُوقِالْوَاجِبةِعَلَيكَ.
    وَأَوْجَبُهَا عَلَيْكَ حُقُوقُ أَئِمَّتِكَ ثُمَّ حُقُوقُ رَعِيَّتِكَ ثُمَّ حُقُوقُ رَحِمِكَ. فَهَذِهِ حُقُوقٌ يَتَشَعَّبُ مِنْهَا حُقُوقٌ: فَحُقُوقُ أَئِمَّتِكَ ثَلاثَةٌ أَوْجَبُهَا عَلَيْكَ حَقُّ سَائِسِكَ بالسُّلْطَانِ ثُمَّ سَائِسِكَ بالْعِلْمِ، ثُمَّ حَقُّ سَائِسِكَ بالْمُلْكِ، وَكُلُّ سَائِسٍٍ إمَامٌ. وَحُقُوقُ رَعِيَّتِكَ ثلاثَةٌ أَوْجَبُهَا عَلَيْكَ حَقُّ رَعِيَّتِكَ بالسُّلْطَان، ثُمَّ حَقُّ رعِيَّتِكَ بالْعِلْمِ، فَإنَّ الْجَاهِلَ رَعِيَّةُ الْعَالِمِ، وَحَقُّرَعِيَّتِكَ بالْمُلْكِ مِنَ الأَزْوَاجِ وَمَا مَلَكْتَ مِنَ الأَيْمَانِ.
    وَحُقُوقُ رَحِمِكَ كَثِيرَةٌ مُتَّصِلَةٌ بقَدْرِ اتِّصَالِ الرَّحِمِ فِي الْقَرَابَةِ فَأَوْجَبُهَا عَلَيْكَ حَقُّ أُمِّكَ ثُمَّ حَقُّ أَبيكَ ثُمَّ حَقُّ وَلَدِكَ ثُمَّ حَقُّ أَخِيكَ ثُمَّ الأَقْرَبُ فَالأَقْرَبُ وَالأَوَّلُ فَالأَوَّلُ. ثُمَّ حَقُّ مَوْلاكَ الْمُنْعِمِ عَلَيْكَ، ثُمَّ حَقُّ مَوْلاكَ الْجَارِيَةُ نِعْمَتُكَ عَلَيْهِ، ثُمَّ حَقُّ ذِي الْمَعْرُوفِ لَدَيْكَ، ثُمَّ حَقُّ مُؤَذِّنُكَ بالصَّلاةِ، ثُمَّ حَقُّ إمَامِكَ فِي صَلاتِكَ، ثُمَّ حَقُّ جَلِيسِكَ، ثُمَّ حَقُّ جَارِكَ، ثُمَّ حَقُّ صَاحِبكَ، ثُمَّ حَقُّ شَرِيكِكَ، ثُمَّ حَقُّ مَالِكَ،
    ثُمَّ حَقُّ غَرِيمِكَ الَّذِي تُطَالِبُهُ،
    ثُمَّ حَقُّ غَرِيمِكَ الَّذِي يُطَالِبُكَ، ثُمَّ حَقُّ خَلِيطِكَ، ثُمَّ حَقُّ خَصْمِكَ الْمُدَّعِي عَلَيْكَ، ثُمَّ حَقُّ خَصْمِكَ الَّذِي تَدَّعِي عَلَيْهِ، ثُمَّ حَقُّ مُسْتَشِيرِكَ، ثُمَّ حَقُّ الْمُشِيرِ عَلَيْكَ، ثُمَّ حَقُّ مُسْتَنْصِحِكَ، ثُمَّ حَقُّ النَّاصِحِ لَكَ، ثُمَّ حَقُّ مَنْ هُوَ أَكْبَرُ مِنْكَ، ثُمَّ حَقُّ مَنْ هُوَ أَصْغَرُ مِنْكَ، ثُمَّ حَقُّ سَائِلِكَ، ثُمَّ حَقُّ مَن سَأَلْتَهُ، ثُمَّ حَقُّ مَن جَرَى لَكَ عَلَى يَدَيْهِ مَسَاءَةٌ بقَوْلٍ أَو فِعْلٍ أَوْ مَسَرَّةٍ بذَلِكَ بقَوْلٍ أَوْ فِعْلٍ عَنْ تَعَمُّدٍ مِنْهُ أَوْ غَيْرِ تَعَمُّدٍ مِنْهُ، ثُمَّ حَقُّ أَهْلِ مِلَّتِكَ عَامَّةً ثُمَّ حَقُّ أَهْلِ الذِّمَّةِ، ثُمَّ الْحُقُوقُ الْجَارِيَةُ بقَدْرِ عِلَلِ الأَحْوَالِ وَتَصَرُّفِ الأَسْبَاب. فَطُوبَى لِمَنْ أَعَانَهُ اللهُ عَلَى قَضَاءِ مَا أَوْجَبَ عَلَيْهِ مِنْ حُقُوقِهِ وَوَفَّقَهُ وَسَدَّدَهُ.
    HÜQUQ RİSALƏSİNİN MÜQƏDDİMƏSİNİN TƏRCÜMƏSİ
    Bil ki: Etdiyin hər bir hərəkətdə, sakitlik və ya aramlığında, ələ gətirdiyin məqamda, bədən üzvlərində, işlətdiyin vəsilənin hər birində, Allahın sənin boynunda haqqı vardır və bu hüquqlar səni əhatə etmişdir. Onların bəziləri digərinə üstündür.
    Allahın sənin boynundakı ən böyük haqqı, Öz haqqından, sənə Özünə görə vacib etdiyi haqdır. (Bu haqq, bütün haqların mənşəyi və köküdür.) O vaxt başdan ayağa bədənlərin və əzaların müxtəlif fərqlərini nəzərə almaqla, səndən ötrü hüquq vacib etmişdir. Gözündən ötrü sənə haqq qərar vermişdir. Qulağından ötrü sənə haqq təyin etmişdir. Dilindən ötrü sənə haqq təyin etdi. Bütün əməllər bu yeddi əzalarla yerinə yetirilir. Sonra Allah-taala, əməllərindən ötrü sənə haqq təyin etmişdir. Namazının, orucun və zəkatının sənə haqqı vardır. Qurbanlığının da sənə haqqı vardır. İşlərindən ötrü də hüquqlar vardır.
    Sonra hüquqlar, can və cisim dairəsindən kənara çıxıb, sənin üzərində haqqı olanlar tərəfə gedir. Beləliklə, bütün bu haqların hamısından ən vacibi, rəhbərlərinin sənin üzərindəki haqqıdır. Sonra rəiyyətin haqqı, sonra qohum-əqrəbaların haqqı. Bunlar elə hüquqlardır ki, bunlardan başqa hüquqlar da şaxələnir. Sənin rəhbərlərinin sənə olan haqqı üç haqqdır: Onlardan, sənin boynundakı ən vacib haqqı o kəsin haqqıdır ki, sənə siyasi cəhətdən rəhbərliyi və himayəti var. Sənin işlərinin sahmana düşməsi onun əlindədir. Sonra o kəsin haqqı ən çox sənin boynundadır ki, elm öyrətmək cəhətdən səni öhdəsinə almışdır. Sonra o kəsin haqqıdır ki, mülkiyyət cəhətdən onun ixtiyarındasan. Hər bir tədbir və himayən onun əlindədir.
    Sənin əlinin altındakıların da üç növ hüququ vardır: Onların ən vacibi o kəsin haqqıdır ki, sənin öz ixtiyarındadır. Sonra o kəsin hüququdur ki, mülki cəhətdən ona maliksən – zövcələr, kölə, kənizlər və sair..
    Qohum-əqrəbaların da boynundakı haqları çoxdur və hamı bir-birinə bağlıdır. Qohumların bir-birinə yaxınlaşması və mehribanlaşması rəhm yolu, yəni, bi-birlərini yoxlamaqladır.
    Onların sənə ən vacibi ananın haqqıdır. Sonra atanın haqqı. Sonra övladların haqqı. Sonra sənə yaxın qohumların ardıcıllığı ilə.
    Sonra səni azad edənin və sənə nemət verən vəlinin haqqı. Sonra hal-hazırda, sənə neməti çatan mövlanın haqqı. Sonra sənə yaxşılıq edənlərin haqqı. Sonra öz azan səsilə səni namaza çağıran azançının haqqı. Sonra pişnamazında durduğun şəxsin haqqı. Sonra bir yerdə onunla oturduğun şəxsin haqqı, sonra qonşunun haqqı. Sonra səfərdə səninlə bir yerdə olanın haqqı, sonra səninlə şərikin haqqı, sonra malının haqqı, sonra sənə borclu olanların haqqı, sonra sənin ona borclu olduğunun haqqı.
    Sonra dostunun haqqı. Sonra səninlə düşmənçilik edən və sənin əleyhinə iddia edən düşmənin haqqı. Sonra öz məşvərəti ilə sənə kömək edənin haqqı, sonra səndən moizə və nəsihət istəyənin haqqı.
    Sonra səndən böyük olanın haqqı, sonra səndən kiçik olanın haqqı, sonra səndən bir şey istəyənin haqqı, sonra sənin özünün ondan bir şey istədiyin şəxsin haqqı, sonra onun tərəfindən sənə pislik və zərər gələn şəxsin haqqı, istər danışıq, istərsə də əməli yolla olsun. Yaxud əməl və danışıqla sənin əleyhinə şadlıq və ya xoşhallıq etsin. Qəsdən olsun ya qeyri-müstəqil olsun. Sonra səninlə bir dində olan millətin haqqı. Sonra İslam dininin pənahında qalan kafir əhli zimməsinin haqqı. Sonra həyatda baş verən bir sıra dəyişikliklərdən vücuda gələn hüquqlar.
    Beləliklə, xoş olsun o kəsin halına ki, Allah, ona vacib hüquqlarını icra etməkdə kömək etmişdir. Bu işdə ona fürsət vermişdir. Bu yolda onu möhkəm və sabitqədəm etmişdir.”
    Bura qədər, İmam Zeynalabidin (əleyhissalam)-ın hüquq barəsində sonradan geniş şəkildə izah edəcəyi məsələlərin xülasə şəklində müqəddiməsidir. İlk haqq, Allahın haqqı ünvanı ilə bəyan olunmuşdur.
    Allahdan, Onun Özünün razılığını ələ gətirməkdən ötrü kömək istəyirik!
    ALLAHIN HAQQI
    فأَمَّا حَقُّ اللهِ الأَكْبَرُفَإنَّكَ تَعْبُدُهُ لا تُشْرِكُ بهِ شَيْئاً،فَإذَا فَعَلْتَ ذَلِكَ بإخلاصٍ جَعَلَ لَكَ عَلَى نَفْسِهِ أَنْ يَكفِيَكَأَمْرَ الدُّنْيَا وَالآخِرَةِوَيَحْفَظَ لَكَمَا تُحِبُّ مِنْهَما.
    «Sənin boynundakı bütün hüquqların ən böyüyü sayılan, Allahın haqqı budur ki, Ona ibadət edəsən və Ona heç bir şərik qərar verməyəsən. Hər vaxt Allahın bu haqqını yerinə yetirə bilsən və ixlasla bəzənə bilsən, Allah Özünə vacib etmişdir ki, dünya və axirətdə sənə kifayət etsin. Bu barədə, istədiyini sənin üçün saxlasın!.»
    PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏSİNİN SON HƏDƏFİ, ALLAHA PƏRƏSTİŞDİR
    Peyğəmbərlərin təkidli proqramlarından biri, insanı Allah müqabilində pərəstişə və hər cür şirkə qarşı mübarizəyə dəvət etsin. Quran bu barədə buyurur:
    «Biz, hər ümmətə Allaha ibadət edin, tağutdan və təcavüzdən çəkinin deyə peyğəmbər göndərmişdik. Belə olan təqdirdə onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmış oldu. Yer üzündə gəzib dolanın görün ki, peyğəmbərlərə qarşı yalan nisbət verənlərin axırı necə oldu!» (Nəhl surəsi-36.  )
    Yuxarıdakı ayədə, Allaha tərəf və Ona pərəstişə dəvət olunur. Allaha şərik qoşmağın müxtəlif cəhətləri ilə mübarizə etmək, bütün İlahi peyğəmbərlərin vəzifəsi kimi bəyan olunur. Onlar, bütün qüvvələri və qüdrətləri ilə bu yolda çalışmışlar və öz vəzifələrini ən yaxşı şəkildə icra ediblər. İnsanları bütpərəstlik, günəş və aypərəstlik, inəkpərəstlik və bəşərpərəstlikdən, Allahpərəstliyə tərəf çəkiblər.
    ALLAHA PƏRƏSTİŞ FİTRƏTDƏ VAR
    Allah müqabilində təvazökar olub ibadət etmək, bəşərin fitrətindəndir. Fitrətin mənalarından biri də meyldir. Bu meyl, bəşərin əsas vücudundan bir qismini təşkil edir və bütün insanlarda aşkar şəkildə özünü büruzə verir.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bu barədə buyurur:
    «Bu dünyaya gələn hər bir uşaq, dünyaya, Allaha pərəstiş fitrəti və meyli ilə qədəm qoyur. Əgər bu meylin əksi olaraq yəhudi, xaçpərəst və ya məcusi olursa, bu iş onun ata-anasının tərəfindəndir.» (Mənşur Cavid, 2-ci cild, səh-58. )
    Pisixoloqlar, insanın zatən və kəsbsiz olan meyllərinixatırlatmış və ondan "ali meyllər" ünvanı ilə ad aparmışlar. Deyirlər: İnsanın həqiqət axtarmaq meyli olduğu kimi, elm, hikmət və fəlsəfənin ardınca olmaq meyli də həmin meyldən sərçeşmə alır. Yəni, insanın zatən meyli var ki, həqiqəti və haqqı tanısın. Bu meyl, insanda uşaqlıq vaxtlarından başlayıb ömrünün sonuna qədər onda davam edir. Uşaqın hər şeylə maraqlanmaq hissi və ata-anasından müxtəlif suallar etməsi, həmin həqiqət axtarmaq hissindən qaynaqlanır.
    O, əşyaların müxtəlif səbəblərə görə yaranması və yaradılışın sirrindən xəbərdar olmaq istəyir. İnsan, fəzilətlər və əxlaqi cəhətlərdən işlərə meyli olduğu kimi batində, zati cəhətdən yaxşılıq, ehsan və bir-birinə sədaqətdən ləzzət alır. Hər şəkildə olursa olsun, insanın gözəlliyə, gül-çiçək, çəmən, şəlalə və s. bəlkə də, bütün mənəvi, maddi və əxlaqi gözəlliklərə meyli vardır. Bu meyllərin heç birinin sübutunda dəlil və burhana ehtiyac yoxdur. İnsanın mütləq kamala çatmağa, elmə və hər şeyi yaradanın kim olmasına, bütün kamalların mənbəsinə və ona tərəf qayıdanlarının kim olmasına olan meyllərinidə sübut etməkdən ötrü dəlilə ehtiyac yoxdur.
    Qurani-kərim insanın zatən, Allahı axtarma hissinə malik olması barəsində buyurur:
    «Haqqtələb olduğun halda, diqqətini Allahın fitri olaraq insanlara verdiyinə tərəf et. Bu elə bir şeydir ki, Allah sizi o xasiyyətdə yaratmışdır. Bəs bu fitrət və hissiyyata həmişə nəzər et. Bu Allahın yaradılışıdır və onda heç bir dəyişiklik yoxdur!» (Rum surəsi-30 )
    Bu ayədə, dini iki mənadan biri kimi qələmə vermək olar:
    1. Dinin hökmlərinin və əsas qanunlarının insanın fitrət və hissiyyatı ilə müvafiq olması.
    2. Allaha tərəf meyl etmək, Quranın «İslam» adlandırdığı, Allah müqabilində təslim və təvazökar olmaq haləti və hər nəyin bu vəsfi özündə cəm etməsi ilə müsəlman adlandırılması.
    Beləliklə, belə bir nəticə almaq olar ki, dinin fitri olması bu mənadadır ki, hər kəsin zatında və xüsusiyyətində bir növ, Allaha tərəf meyl etmək və Onun əhkamları və əmrləri müqabilində sırf şəkildə təslim olmaq meyli vardır.
    Əmirəl-möminin Əli (əleyhissalam), Nəhcül-bəlağədə fitri din barəsində belə buyurur:
    «Allah-taala, Öz elçilərini insanların arasına dalbadal göndərir ki, fitrət əhdinə vəfa etməyi onlardan tələb etsinlər.» (Nəhcül bəlağə.11-ci xütbə )
    Başqa yerdə Həzrət buyurur:
    «Tövhid (la ilahə illəllah) və ixlas kəlməsi, insanın fitrətində var!» (Nəhcül bəlağə.1-ci xütbə)
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 1068 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024