İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:41 AM
    İNSANIN MÜSİBƏTLİ HALDA ALLAHA PƏNAH APARMASI, ONUN FİTRİ OLMASINA DƏLİLDİR
    Fitri məsələnin dəlilə ehtiyacı olmasını qeyd etdiyimizə baxmayaraq, bəzən görürük ki, insan, vəzifə, məqama xatir öz məbudundan qafil olduğuna görə bütünlüklə unutqanlığa düçar olduğu halda, hər hansı bir hadisə, qəflətən onu yuxudan ayıldır və onun öz diqqətinin məbuduna cəlb olmasına səbəb olur. Bu halda insan, öz ehtiyac əlini Ona tərəf uzadır. Bununla da, başa düşür ki, bu iş insanın zatındadır. Lakin, qəflət və məqam tozu, müvəqqəti olaraq onun üstünü örtmüş və bu pərdə nə vaxt aradan getsə, insan Allahnı tanıyar. Məşhur hədislərdən birində oxuyuruq:
    «Bir nəfər, İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gəlir və Allahşünaslıq barəsində öz təəccübüdən söz açaraq, ərz edir ki: Mən, elm pəhləvanları ilə mübahisə etmişəm lakin, heç biri Allahı mənə sübut edə bilməyiblər. Həzrət onu, fitrət yolu ilə təəccübə gətirərək soruşur: Ey Allahın bəndəsi! İndiyə kimi gəmidə olmusanmı? Dənizdə səfərin olubmu? Cavab verir: Bəli!
    Həzrət buyurur: Heç olubmu gəmi batmaq halında olsun və sən də axırda bir taxta parçasından tutub dalğalar arasında qalasan? Cavab verir: Bəli!
    Həzrət buyurur: Quraqlıq gözünə dəyməyən vaxt və heç kimin səni xilsa edə bilməyəcəyini bilən halda, qəlbində səni bu haldan hansısa bir qüdrətin nicat verə biləcəyi barədə fikirləşmisənmi? Cavab verir: Bəli! Buyurur: O qüvvə, Allahdır! O şəxs, bununla da dinsizlikdən nicat tapır.(Əş-Şafi, 1-ci cild, səh-40. )
    İndi ki, Allaha tərəf meyl etməyin bəşərdə fitri olması sübut olundu və aydınlaşdı ki, bütün peyğəmbərlər insanların fitrətinin oyanmasından ötrü gəliblər, İmam Səccad (əleyhissalam)-ın ən böyük haqq hesab etdiyi "İbadət" barəsində bəhsə başlayırıq. O da Allaha ibadət etmək və şirkdən uzaq olmaqdır. Əvvəlcə, "ibadət" sözünün lüğətdə mənasını xülasə şəkildə araşdırıb daha sonra İslamda hansı əməllərin ibadət adlanmasından bəhs edəcəyik. Şirk nədir və hansı mərtəbələri var?
    LÜĞƏTDƏ İBADƏT SÖZÜNÜN MƏNASI
    Məşhur lüğətşünas Rağib İsfəhani, «ubudiyyət» və «əbd» sözünün mənası barəsində belə yazır:
    "Ubudiyyət" (bəndəlik), insanın, Allah müqabilində özünü kiçik hesab etməsi vəzillətdə olmasını bilməsidir.
    Amma, «ibadət», daha geniş mənaya malikdir. Çünki, ibadət, insanın nəhayət dərəcdə özünü kiçik hesab etməsi deməkdir. Bu cür ibadətə, hədsiz dərəcədə fəzilətlərə, bütün nemətlərə və cəmal-cəlal sifətlərinə malik olan layiqdir. O da yalnız, Allahdır. Ona görə də ibadət yalnız, Ona məxsudur.»
    Bundan əlavə, Rağib əlavə edir: «İbadət iki növdür. Birinci ram olmaq ibadəti, o da budur ki, insan özünü Allaha itaətkar hesab etsin və bütün vücudunu Onun məxluqu bilsin.
    İkinci qismi isə nitq və söz sahiblərinin ixtiyarında olan ibadətdir.
    Quran surələrində, Allaha ibadət etməyi tövsiyə edən göstərişlər belə ibadət növündəndir. Belə ibadət, ixtiyari şəkildə insanın ixtiyari halda yerinə yetirdiyi ibadətdir.
    "İtaət"lə "ibadətin" arasında fərq budur ki, ibadət yalnız, Allaha məxsusdur. Lakin, «itaət», həm Allaha, həmdə Ondan başqasına da aid olur. Məsələn, övladın valideyndən və qadının həyat yoldaşından itaətini qeyd etmək olar. Lakin, ibadət heç də belə deyil yalnız, Allaha məxsusdur.
    QURANDA «ƏBD» SÖZÜNÜN MƏNASI
    «Əbd» sözü, Quranda iki mənada gəlmişdir.
    Birinci, bəndə, qul və məmluk. Necə ki, Allah-taala buyurur:
    «Öldürülənlərdə sizin üçün qisas almaq hökmü qərara alındı. Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində.» (Bəqərə surəsi178. )
    Başqa surədə buyurur:
    «Allah məsəl çəkdi, heç bir şeyə gücü çatmayan və özündən heç bir ixtiyarı olmayan qulu və məmluku.»(Nəhl surəsi- 75 )
    Başqa bir ayədə yenə buyurur:
    «Göylərdə və yerdə olan bütün məxluqatlardan bir eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.» (Nəhl surəsi-93. )
    «Əqrəbül-məvarid» kitabında yazır:
    «Əbd» (Allahın qulu), istər azad, istərsə də qul olsun, insan mənasındadır.
    «Əbd» sözü, aşağıdakı ayələrdə, «abid», "Allaha ixlasla itaət edən”, "ibadət və itaət" mənasında gəlmişdir:
    «Ey Nuhla birlikdə gəmilərinə mindirdiyimiz insanların nəsli! Bilin ki, həqiqətən Nuh şükür edən bir bəndə idi.»(İsra surəsi-3. )
    «Bəndəsini bir gecədə, Məscidül-həramdan Məscidül-əqsaya aparan Allah, pak və müqəddəsdir!»(İsra surəsi-1 )
    «Və bəndəmiz Əyyubu da yad et!» (Sad surəsi-41. )
    Bu ayədə «əbd» sözü, layiqli bəndə, Allaha ən yaxşı ibadət edən mənasında işlənilib. Nuh, Əyyub və İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Allahın ən ləyaqətli bəndələrindəndirlir.
    Allah barəsində iki növ ibadət var:
    Birinci, halal və haram barəsində Allahın əmrlərindən itaət etmək. Bu ibadət, itaət və ya əmrə tabe olma adlanır. Necə ki, Allah-taala Quranda buyurur:
    «Mənə ibadət et və Məni anmaq və zikr etmək üçün namaz qıl!»(Taha surəsi-14. )
    «Mən cinləri və insanları Mənə ibadət etmək üçün yaratdım.»(Zariyat surəsi-56. )
    «İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edərlər. Əgər ona bir xeyir toxunsa, qəlbi onunla sakitləşər. Yox, əgər ona bəla, müsibət üz versə, küfrə qayıdar. Beləsi dünya və Axirətdə ziyana uğrayar. O açıq-aşkar bir ziyandır.» (Həcc surəsi-11. )
    Çox güman ki, axırıncı bu iki ayədə, «əbd» sözü, itaətkar olmaq və əmrə əməl etmək mənasında yozulur.
    İbadət sözünün başqa mənası, qarşı tərəfi müqəddəs bilməklə onun müqabilində zəlil halında qalmaqdır. Yəni, bəndənin, Allah-taalanın müqabilində son dərəcədə öz təvazökarlıq və zillətini izhar etməsidir. Eyni halda, Onu bütün nöqsanlardan pak və bütün kamal sifətlərinə malik olan kimi nəzərə alsın. Nəticədə, İslamda, «Allaha ibadət» deməyin mənası budur ki, bəşər, Allahdan qeyrisinin müqabilində bəndəlik və ibadət etməkdən çəkinməlidir. Xüsusilə, hakimlər, padşahlar, cabbar və zalimlər müqabilində bəndəlik etməkdən çəkinmək lazımdır. İslam buyurur: «Xeyir və ziyan Allahın əlindədir.» Dünyadakı qüdrətlərdən heç birisi, xeyir və zərər verməyə qadir deyillər. Allah Quranda buyurur:
    «De ki: Allahı qoyub sizə nə bir zərər və nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?»(Maidə surəsi-76. )
    «Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzinizi Allahdan diləyin.»(Ənkəbut surəsi-17.)
    «Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Pərvərdigarınıza ibadət edin. Yaradılış Onun əlindədir.» (Bəqərə srəsi-21. )
    İSLAMDA İBADƏTİN HƏDDİ
    İslamda hansı şeylərin ibadət olunması sualının cavabında belə demək olar: İslam dinində ibadət, xüsusi bir əmələ deyilir. Bəlkə də ibadət, qədim bir ağaca bənzəyir ki, çoxlu qol-budaqları və kökləri vardır. Bir çox halətlər və məsəllər ibadət sayılır. Biz onlardan bəzilərinə işarə edirik:
    1. Şükr etmək (təşəkkür) ibadətdir. Quranın bir çox ayələrində şükr etmək ibadət sayılmışdır. Biz əvvəlcə, şükr etməyi tərif edəcək daha sonra isə şükrü ibadət kimi qələmə verən ayələrə işarə edəcəyik. Alimlər şükrün tərifində yazırlar: Şükr elə bir əməl və ya işdir ki, nemət verənin nemətinə görə onun müqabilindəki ehtiram və əzəmətindən xəbər verir. Bu ehtiram, həm dildə, həm əqidədə, həm də qəlbdə məhəbbət bəsləməklə ola bilər.
    Şükr, nemətin öz yerində istifadə edilməsidir. Əgər insan hər bir neməti yerli yerində istifadə etsə və ondan bəhrələnsə, deməli o nemətin şükrünü yerinə yetirmişdir. Məsələn, göz nemətinin şükrü, İlahi nişanələri və möcüzələri görmək və onlardan ibrət götürməkdir. Quran buyurur:
    «Ya Peyğəmbər! De ki: Bir görün göylərdə və yerdə [Allahın birliyini və qüdrətini sübut edən] nələr var!» (Yunus surəsi-101. )
    Həzrət Əli (əleyhissalam) "Nəhcül-bəlağə"də, "Müttəqin" xütbəsində buyurur:
    «Müttəqi şəxslər, öz nəzərlərini Allahın haram buyurduğu şeylərdən çəkər və qulaqlarını faydalı bilik və elmlərə vəqf edrərlər.»
    Başqa yerdə, Həzrət buyurur:
    «Hər bir nemətin şükrü, Allahın haram buyurduğu şeylərdən çəkinməkdir.»(Səfinətül-Bihar. 1-ci cild, səh-71.)
    Beləliklə, insan ona verilmiş nemətlərdən günah yolunda istifadə etməməlidir.
    TƏRBİYƏ VƏ RƏHBƏRLİKDƏ TƏŞƏKKÜRÜN TƏSİRİ
    Bu gün alimlər, şükr və təşəkkür məsələsinə, tərbiyə və rəhbərlik cəhətdən nəzər salıb deyirlər: Müdir, yaxşı iş sahiblərində təşəkkür etməkdə ciddi və məsuliyyətli olmalıdır. Çünki, əgər məsul şəxsin zəhmət və çalışmalarından təşəkkür olunmasa, meyilsizliyə və şəxsin öz işində səhlənkarlığa yol verməsinə səbəb olacaqdır. Əli (əleyhissalam), bu barədə buyurur:
    «Ey Malik! Yaxşı iş sahibi ilə pis iş sahibi, sənin yanında bərabər olmalı deyillər. Çünki, bu bərabərçilik səbəb olar ki, yaxşı şəxslər yaxşılığa can atmaqdan çəkinsin və həmçinin, günahkarların öz günah işlərində cəsarət tapmaqlarına səbəb olsun.» (Nəhcül-bəlağə, namə-53. )
    Qurani-məcid bu barədə buyurur:
    «Məgər biz müsəlmanları günahkarlar və cinayətkarlarla bir sırada qərar veririkmi? Siz bu barədə nə hökm edirsiniz?»(Nəhl surəsi- 35-36. )
    Sual, inkari sualdır. Yəni, biz heç vaxt belə iş görmərik.
    TƏŞƏKKÜR, ƏXLAQ ALİMLƏRİNİNNƏZƏRİNDƏ
    Əxlaq alimləri deyirlər: «Şükrü üç şey təşkil edir: Birinci: Nemət və onu verəni tanımaq. İkinci, nəfsin xeyirxah şəxs müqabilində sevinclə birgə olan təvazökar haləti. Üçüncü, nemət verənin məqsədinə uyğun neməti istifadə etmək. Nemət tanımaq barəsində İmam Sadiq (əleyhissalam) buyurur:
    «Allah hər kəsə nemət əta etsə və o da bu neməti qəlbdən tanısa, beləliklə, onun şükrünü yerinə yetirmişdir.»(Nəhcül-bəlağə 53-cü məktub  )
    Başqa yerdə buyurur:
    «Şükrün ən aşağı mərtəbəsi budur ki, insan, nemətin Allahdan olmasını bilsin!»(Səfinətül-bihar, 1-ci cild, səh-7.  )
    İmam Əmirəl-möminin Əli (əleyhissalam) mərifətlə təcavüzün fərqi barəsində buyurur:
    "Şəxsi, həddən artıq tərifləmək, təcavüz və Şeytani işdir. Tanınmış mömin şəxsin tərifində səhlənkarlıq etməksə, şəxsin qüdrətsizliyi və paxıllığı üzündəndir! "(Nəhcül-bəlağə. Qısa kəlmələr. 13 )
    Qeyd etdiyimiz kimi Allah, Onun nemətlərinə şükr etməyi ibadət sayır. Aşağıdakı ayələr bunu bəyan edir:
    «Əgər Allaha ibadət etmək istəyirsinizsə, Onun nemətlərinin şükrünü edin.»(Bəqərə surəsi-172. )
    «Yalnız Allaha ibadət et və şükr edənlərdən ol.» (Zümər surəsi-66. )
    Bu iki ayədə Allah bildirir ki, şükr etmək ibadətdəndir. Böyük və şəxsiyyətli dindarlar, öz əməl və rəftarlarında belə olublar. Allah buyurur:
    «Mərkəbə mindiyiniz zaman Rəbbinizin nemətini yada salaraq deyin: Bunları bizə ram edən Allah pak və müqəddəsdir. Bizim onlara gücümüz çatmazdı!» (Zuxruf surəsi-13. )
    Həzrət Süleyman (əleyhissalam) Allahdan belə şükr etməyi ona qismət etməyi belə istəyir: «Pərvərdigara! Mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək üçün tofiq ver!» (Nəhl surəsi-19. )
    RUZİ QAZANMAQ İBADƏTDİR
    İslam dinində ibadət sayılan mövzulardan biri də ruzi dalınca gedib halal nemət qazanmaqdır. Bu niyyətlə ki, öz ehtiyacına görə başqalarına əl açmasın. Qurani-Kərim bu barədə buyurur:
    «[Cümə] namazını qılıb qurtardıqdan sonra yer üzünə dağılıb Allahın kərəmindən ruzi diləyin! Və Allahı çox zikr edin ki, bəlkə nicat tapıb səadətə qovuşasınız!» (Cümə surusi-10. )
    "Allahın kərəmindən ruzi diləyin" ifadəsi çox vaxt Quranda,ruzi diləyib ticarət istəmək mənasındadır. Lakin, demək olar ki, bu ifadənin məfhumu kimi, ruzi və ticarət onun nümunələrindən biridir.
    Bəziləri bu ayədən istifadə edirlər ki, cümə namazından sonra ruzi ardınca olub ticarət etməyin bərəkəti vardır. Rəvayətlərdə nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) cümə namazından sonra bazara baş çəkirdi.(Təfsir nümunə. ) Aşağıdakı rəvayətlər ruzi ələ gətirməyin ibadət olduğunu bəyan edir:
    İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, buyurur:
    «İbadətin yetmiş cüzi var. Onların ən yüksəyi, halal ruzi tələb etməkdir!»(Vəsailüş-Şiə, 12-ci cild. səh-11, hədis-6. )
    Əbu Həmzə, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:
    «Hər kim əhalidən ehtiyacsız olmaq, onların yanında öz hörmətini hifz etməkdən ötrü dünya malının ardınca olsa və bu mal-dövlət istəmək və çalışmaq, insanın öz ailəsinə və qonşularına kömək üçün olsa, qiyamət günü, üzü on dörd gecəlik ay kimi parlayan halda, Allahın hüzuruna gələr!» (Vəsailüş-Şiə, 12-ci cild. səh-11, hədis-5 )
    İŞLƏYƏN VƏ ÇALIŞAN HALDA ÖLMƏK
    Rəvayətlərdən birində, alicənab Məhəmməd ibni Əli, ibni Kuleyni, Əli ibni İbrahimdən, o da atasından və həmçinin, başqalarından Məhəmməd ibni İsmaildən, o da Fəzl ibni Şazandan, o da ibni Əbi Ümeyrdən, o da ibni Həccacdan o da İmam Sadiq (əleyhissalam)-dan nəql edir:
    «Məhəmməd ibni Münkədir nəql edir: Zənn etməzdim ki, Əli ibni Hüseyn (İmam Səccad (əleyhissalam), Məhəmməd ibni Əli kimi oğlundan yaxşısını öz canişini təyin etsin. Bu fikirlə, günlərin birində qərara aldım ki, ona moizə edim və bu işi ona işarə edim. Lakin, o mənə nəsihət verdi. Məhəmməd ibni Münkədirin dostları ondan soruşdular ki, o, sənə nə nəsihət verdi?
    Cavab verdi: İsti günlərin birində, gündüz günorta çağı Mədinənin ətrafındakı küçələri gəzirdim. İmam Baqir (əleyhissalam)-a rast gəldim. O, dolu və ağır bir şəxs idi. İki qara qulamla birlikdə işləməklə məşğul idilər. Öz-özümə fikirləşdim ki, Qüreyş tayfasının böyüklərindən biri, günün bu isti çağında dünya ardıncadır. Gedim ona moizə edim.
    Yanına getdim və ona salam verdim. Alnından tər sel kimi axırdı. Ərz etdim: Qüreyşlərin böyüklərindən birinin günün bu istisində dünya dalınca olması necədir? Əgər bu halətdə əcəl tamam olsa, nə olar?
    Həzrət cavabında buyurdu: "Əgər ruhu alan mələk, bu halətdə mənim sorağıma gəlsə, Allahın itaətində olmuş hesab olaram. Ailə uşaqımın dolanmasından ötrü işləyirəm. Əhaliyə əl açmaram. Mən qorxuram ki, ölüm mələyi mənim sorağıma gəldikdə, günah halında olmayım!" Dedim: Doğru deyirsən. Ey Peyğəmbərin övladı! Mən sizə nəsihət vermək istədim, amma siz mənə nəsihət verdiniz!»(Vəsailüş-Şiə, 12-ci cild. səh-11, hədis-5 )
    Bu şərif hədisdə İmam Baqir (əleyhissalam), yaşayış üçün çalışıb qazanmağı, Allaha itaət və ibadət hesab edir. Başqa rəvayətdə Müsab ibni Bəkr buyurur: Həzrət Əbül-Həsən Musa ibni Cəfər (əleyhissalam) buyurdu:
    «Hər kəs özü və övladlarından ötrü halal yolla ruzi ardınca olsa, Allah yolunda cihad edən bir əsgər kimidir.»(Vəsailüş-Şiə, 12-ci cild. səh-11, hədis-5 )
    ÇALIŞMAQ VƏ FƏALİYYƏTLƏ ALLAHDAN RUZİ İSTƏYİN
    Məhəmməd ibni Əli ibni Hüseyn, Fəzl ibni Yəsardan nəql edir ki, İmam Sadiq (əleyhissalam)-a ərz etdim:
    «Ey Peyğəmbər övladı! Mən iş və fəaliyyətdən əl çəkmişəm. Həzrət buyurdu: Belə iş görmə! Bəlkə də, dükanının qapısını aç, olanını ortaya qoy və Allah-taaladan ruzini dilə!» (Vəsailüş-Şiə, 12-ci cild, səh-11. hədis-11. )
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 776 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024