İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:40 AM
    QURANDA MÜŞRİKLƏRİN ƏMƏLLƏRİNƏ ƏN YAXŞI MİSAL
    Qurani-Kərim müşriklərin şirklə qatışmış əməllərini belə mənalandırıb misal gətirərək, buyurur:
    «[Həcc əməllərini yerinə yetirin] batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə, göydən düşən quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.» (Həcc surəsi-31. )
    Əslində bu ayədə, göy, tövhidə kinayədir. Şərik qoşmaq, insanın bu aləmdən aşağı düşməsinə səbəb olur. İnsan, bu uca məqamdan aşağı endikdə iki aqibətdən birinə giriftar olur: Ya yerə çatmamışdan əvvəl, leş yeyən quşların qida maddəsi olur, başqa sözlə desək, insan, tövhid sahəsindən çıxmaqla, hər birisi insanın varlığını məhv edən həva-həvəslər caynağına giriftar olur. Yaxud, tövhidi əldən verdikdən sonra salamat qalarsa, sonradan elə bir tufan burulğanına giriftar olur ki, bu tufan, insanı bir anda yerə çırpır. Belə ki, bədəni parça-parça olub, hər bir zərrəsi bir tərəfə düşür. Bu tufan sanki, həmişə insana yaxınŞeytana kinayədir.
    Doğrudan da şirk qoşmağa, bundan daha gözəl və aydın bənzətmə ola bilərmi? Bir mətləbə də daha çox diqqət olunmalıdır. Bu gün sübut olunmuşdur ki, insan, azad şəkildə aşağı tullanan anda heç bir çəkisi olmur. İnsanın bu zaman fövqəladə iztirab hissi keçirməsi də, həmin çəkisizliyinə görədir.
    Bəli! Hər kəs imandan çıxıb şirk qoşmağa tərəf gəlsə, sabit güvənc yerini əldən verər və onun ruhunda belə bir çəkisizlik əmələ gələr. Onun ardınca da, həmin şəxsə fövqəladə qəribə bir iztirab hissi hakim olar.(Təfsiri nümunə, 14-cü cild, səh-96. )
    BƏNİ-ÜMƏYYƏ, ŞİRKİNTANINMASINAMANE OLUB
    İmam Sadiq (əleyhissəlam) buyurur:
    «Bəni-üməyyə, iman və onun mahiyyətini öyrənməyi əhalidən ötrü azad buraxmışdılar. Lakin, şirk qoşmağı və onun tanınmasını azad qoymamışdılar. Ona görə ki, müsəlmanları şirkə tərəf çağıranda, onlar anlaya bilməsinlər ki, Bəni-üməyyə, onları şirkə tərəf dəvət edir.»(Əş-Şafi. C.1. səh.146)
    Mərhum Feyz Kaşani bu hədisin şərhində, "Şafi" kitabında belə yazır: «Bəni-üməyyə çox həris idilər ki, əhali, sözsüz-söhbətsiz onlardan itaət etsinlər. Ona görə də, iman və tövhid yolunu tanımağı azad, amma şirki tanıyıb ondan çəkinmək yolunu bağlamışdılar. Çünki, əgər əhali şirkin mahiyyətini anlamasalar, onu tez qəbul edərlər. Lakin, şirkin mənasını dərindən bilib anlasalar, qəti şəkildə Bəni-üməyyədən itaət etməyəcəkdilər!»(Əş-Şafi. C.1. səh.146  )
    Ümumiyyətlə, təkcə Bəni-üməyyə yox, bəlkə də, dünyanın bütün qoluzorluları və qüdrət sahibləri çalışarlar ki, insanlar elm və mərifət sahəsinə qədəm qoymasınlar. Nə qədər çox anlamasalar, yaxşı itaətdə olarlar. O, səbəbdəndir ki, İslam mədəniyyətində elm öyrətmək və maariflənmək, cəhalət və savadsızlığa qarşı mübarizə,ən yaxşı ibadət və ən mühüm vəzifədir.
    GİZLİŞİRK
    Gizli və batini şirki bəyan etməkdən ötrü İmam Sadiq (əleyhissəlam)-ın, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql etdiyi rəvayətə işarə edirik:
    «Müsədət ibni Sədəqə, İmam Sadiq (əleyhissəlam)-dan nəql edir ki, o həzrətdən,Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) gizli şirk barəsindəki sualın cavabında buyurduğu: «Gizli şirk, gecə zülmətində qara daşın üzərində hərəkət edən qarışqadan da görünməzdir.» - hədisi haqqında soruşurlar. Peyğəmbərin bu hədisi barəsində İmam Sadiq (əleyhissəlam) buyurur: «Möminlər, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında müşriklərin bütlərini təhqir etmişdilər. Nəticədə, müşriklər də möminlərin Allahına cavab qaytarmışdılar.”
    Ayə nazil olur. Allah, möminləri bu işdən çəkindirir ki, müşriklərin ağzı yumulsun. Belə olmayan halda, möminlər özləri də bilmədən Allaha şərik qərar verərlər. Allah-taala, Ənam surəsinin 108-ci ayəsində buyurur:
    «Müşriklərin Allahdan başqalarına tapındıqlarını söyməyin!»
    Bu hədisdə, «gizli və batini» şərik qoşmanın İslamda nə qədər ciddi məsələ olması məlum olur. Belə şirkdən Allaha pənah aparırıq. İndi də İmam Səccadın (əleyhissəlam) buyurduğu bu cümləyə işarə edək:
    Buyurur: «Allahın sənin boynundakı haqqı budur ki, Ona ibadət edəsən və Ona şərik qərar verməyəsən. Əgər belə bir işi (ibadəti) xalis niyyətlə yerinə yetirsən, Allah Özünə vacib etmişdir ki, dünya və Axirət işlərində sənə şəfaət etsin. Sənin çox bəyəndiyin şeyi sənin üçün saxlasın!»
    Allahdan belə bir haqqı yerinə yetirə biləcəyimizə münasib fürsət istəyirik!
    NƏFSİN HAQQI
    وَأَمَّا حَقُّ نَفْسِكَ عَلَيْكَ فَأَنْ تَسْتَوْفِيَهَا فِي طَاعَةِ اللهِ فَتُؤَدّي إلَى لِسَانِكَ حَقَّهُ وَإلَى سَمْعِك حَقَّهُوَإلَى بَصَرِكَ حَقّهُ وَإلَى يَدِكَ حَقَّهَا وَإلَى رِجْلِك حَقَّهَا وَإلَى بَطْنِكَ حَقَّهُوَإلَى فَرْجِكَ حَقَّهُ وَتَسْتَعِينَ باللهِ عَلَى ذَلِك.
    «Amma sənin öz nəfsinə haqqın [hüququn] budur ki, onu tamamilə Allah yolunda itaətdə qərar verəsən. Belə olan halda dilinin, gözünün, qulağının, əlinin, ayağının, qarnının və cinsi üzvlərinin haqqını [hüququnu] əda et. Onların haqqını əda etməkdə, Allahdan kömək istə!"
    NƏFS SÖZÜNÜN LÜĞƏTDƏ MƏNASI VƏ İSTİFADƏ YERLƏRİ
    İlk öncə, "nəfs" sözünün lüğətdə mənaları və onun işlədilmə yerləri ilə tanış olaq. Tanınmış lüğətşünas Rağib İsfahani, "nəfs" sözünü «ruh» mənasıda bilir. Bu iddiasına, Qurani-kərimdən bir neçə nümunə gətiririk.(Müfrədat Rağib. «nəfs» sözü. ) O ayələrdən:
    1. «Çıxarın canlarımızı!»(Ənam surəsi-93 )
    2. "Bilin ki, Allah sizin qəlblərinizdə olanı bilir. Allahdan qorxun!"(Bəqərə surəsi-235)
    3. "Sən mənim ürəyimdə olan hər bir şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm."(Maidə surəsi-116 )
    Bütün bu ayələrdə "nəfs" sözü, "ruh və ya can" mənasında işlədilmişdir.
    Rağib, "nəfs" sözünə başqa bir məna da vermişdir. O da budur ki, əslində «nəfs», hava və oksigenə deyilir ki, insan onu ağzının vasitəsilə bədəninə daxil edir. Başqa tərəfdən karbon qazı insanın bədənindən xaric olur. Bu «nəfs», insanda qida maddəsi rolunu oynayır. Onun kəsilməsi ilə ölümün gəlməsi qətidir. Mərhum Şeyx Təbərsi:
    «Ancaq, özlərini aldadırlar!"(Bəqərə surəsi-9 ) ayəsinin şərhində buyurur: Nəfsin üç mənası var: Əvvəl, «ruh» mənasındadır, ikincisi, "təkid" mənasında. Məsələn, Zeydin özü gəldi. Üçüncüsü, «zat» mənasında. Əsl məna, həmin üçüncü mənadır.
    QURANDA NƏFS SÖZÜNÜN MƏNALARI
    1. Təbərsinin buyurduğu kimi Qurani-kərimdə, «nəfs"sözü ən çox «ruh» mənasında işlədilmişdir. Ayələrdən birində buyurur:
    «Allah [əcəli çatan kimsələrin] canlarını onlar öldüyü zaman, bədəni ölməyən ruh isə yuxuda olar. O vaxt yuxuda aldığı ruhu saxlayar. Əgər sahibinə ölüm hökmü yazılmış olsa, digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar."(Zümər surəsi-42 )
    2. «Nəfs», zat mənasında işlədilir. Nümunə üçün bu ayədə buyurur: «Qorxun o gündən ki, heç kəs və zat heç kəsin və zatın əvəzində cəzalandırılmasın!»(Bəqərə surəsi-48 )
    3. «Nəfs», qəlb və batin mənasında da işlədilib. Ayədə buyurur:
    «Səhər axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan qəlbində və batində Rəbbini yad et!"(Əraf surəsi-205 )
    «Yusif onu qəlbində və batində saxladı!»(Yusif surəsi-77 )
    «Rəbbiniz qəlblərinizdə və ürəklərinizdə olanları ən yaxşı biləndir!"(İsra surəsi-25 )
    HİKMƏT SAHİBLƏRİNİN NƏFSİN NÖVLƏRİ BARƏSİNDƏ NƏZƏRLƏRİ
    Sədri Mütəəllihin, Əbu Əli Sinadan (Şeyxürrəisdən) "Şifa" kitabında nəql edir ki, "nəfs" qüvvəsi üç qismə bölünür.
    1. Nəbati nəfs: –Nəbati nəfs, təbii cisimdən ötrü təkcə, qida və inkişaf mayası sayılan ilk kamaldır.
    2. Heyvani nəfs–təbii cismdən ötrü təkcə iradə ilə birlikdə, hiss və hərəkətdən ibarət olan ilk kamal hesab olunur.
    3. İnsani nəfs–İnsani nəfs, qəlbi cismin, ağıl və ümumiliyin dərk etmək qüvvəsinə malik olub, çalışıb müxtəlif rəyləri gətirmək qabiliyyəti olan kamaldır. Sonra bu qisimlərin xüsusiyyatlarını bəyan edir.(Əsfar-ərbə, 8-ci cild, səh-53. )
    Əbu Nəsr Farabi (İkinci müəllim), özünün «Fususul-hikəm» kitabının 23-cü fəslində, "nəfs" barəsində belə deyir: "Həqiqətən, arxayın nəfs odur ki, öz dərki ilə ilk haqqı tanısın. Tanıdığı da ilk haqq olsun." Bu ifadənin izahında cənab İlahi Qomşeyi belə buyurur:
    "Natiq nəfsin" (insani nəfsin) çox cəhətləri və tərəfləri vardır. Ləzzətə və heyvani şəhvətə şiddətli meyli olduğu cəhətinə görə ona "əmmarə nəfsi" deyirlər.
    Şəhvətin çoxluğundan, çirkin əməlləri insanın gözündə gözəl göstərdiyinə görə ona "müzəyyinə nəfsi" deyərlər.
    Heyvani məqsədindən ötrü hiyləgərlikdən istifadə edib, öz əməllərində yalan çöhrələri göstərdiyi cəhətdən ona "müsəvvələ nəfsi" deyirlər.
    İnsan, hər vaxt çirkin bir iş gördükdə, əsas fitrətinə qayıdır və vicdanı özünü məzəmmət etdiyinə görə ona, "ləvvamə nəfsi"deyirlər.
    Heyvani ləzzətlərdən xilas olub, şəhvət qüvvəsindən və qəzəbdən aram tapıb, ağıl ləzzətlərindən bəhrələndiyinə görə ona, "mütməinnə nəfsi" deyirlər.
    Nəhayət, insan öz nəfsini tamamilə həqiqi məşuq (məbud) müqabilində təslim edib, Onun meyl və razılığına görə özünü fani hesab etdiyinə görə onu, «raziyyə» və "mərziyyə nəfsi" adlandırırlar. Bu sözlərin və terminlərin hamısı Qurani-kərimdən götürülmüşdür. "Nəfsi mütməinnə", nəfsin kamal və ilk haqqı tanıyan mərhələsidir.
    Beləliklə, "nəfsi mütməinnə", yəni, pak və hər cür çirkinlikdən, kin-küdurətdən təmiz olan ruh.(Hikmət İlahi am və xas, səh-31. )
    Molla Sədranın Əbu Əli Sinadan nəql etdiyi və İlahi Qomşeyinin onu izah etdiyi mətləbin xülasəsi budur. Biz də, Allahın köməyi ilə nəfsin mərtəbələrini Quran baxımından bəhs edəcək və bu barədə nazil olan ayələrə işarə edəcəyik.
    NƏFSİN QURANDA QİSİMLƏRİ VƏ MƏRTƏBƏLƏRİ
    Qurani-Kərimdə nəfsin müxtəlif mərtəbələrinə işarə olunmuşdur. Biz xülasə şəklində onlara işarə edəcəyik.
    1. Əmmarə nəfsi;
    Ləzzət və şəhvət meyli olan nəfsin ilk mərhələsi, "əmmarə" adlanır. Yəni, həmişə insana əmr edir ki, onun xahiş və istəklərini yerinə yetirsin. Quran dili ilə "əmmarə" (çox əmr edən) adlanan nəfsin bu mərtəbəsi, insanın ən böyük düşmənidir. Böyük şəxsiyyətlər bu nəfsin şərrindən Allaha pənah aparmışlar. Quran, həzrət Yusifin dilindən belə deyir:
    "Mən öz nəfsimi təmizə çıxartmıram. Allah tərəfindən mərhəmət və günahdan çəkinmək tofiqi mənə çatmasa, nəfs həmişə pis işlər görməyi əmr edər."(Yusif surəsi-53 )
    Başqa bir ayədə buyurur:
    «Amma kim Pərvərdigarın məqamından qorxmuş və nəfsinə həva-həvəsini qadağan etmişsə, həqiqətən, onun yurdu Cənnətdir.» (Naziyat surəsi-40-41 )
    Hədəf budur ki, insan «əmmarə nəfsinin» istək və tələblərinə cavab verməsin. Həzrət Əli (əleyhissəlam) bu barədə buyurur:
    «Nəfsin təbiəti və adəti həmişə ədəbsizliyə tərəf yönəlmək və tüğyan etməkdir. Bəndənin vəzifəsi budur ki, öz nəfsini yaxşı ədəbləndirsin. Nəfs həmişə müxalifət meydanında cövlan edir. Bəndə çalışır ki, onun istəklərini nəzarətə alsın. Hər zaman onun cilovunu azad buraxsa, fəsad və tüğyanda onunla şərikdir. Hər kim nəfsinin istəklərində ona köməklik göstərsə özünün ölümündə nəfsi ilə şərikdir.»(Müstədrəkül-vəsail, 2-ci cild, səh-270. )
    İmam Sadiq (əleyhissəlam) bu barədə buyurur:
    «Öz nəfsindən ayrılmazdan əvvəl onun sənə zərər vurmağını azalt və zərərinin qarşısını al. Qeyri-şəri işlərdən onu azad buraxmamağa çalış. Nəfsinə həyatda ciddiyyətlə yaşadığın kimi rəftar et. Çünki, nəfsin sənin əməlinin girovundadır.»(Müstədrəkül-vəsail, 2-ci cild səh-310.)
    MEYLLƏRLƏ CİHAD
    Həzrət Əli (əleyhissəlam) buyurur:
    «Ən fəzilətli cihad insanın öz nəfsinin istəklərinə qarşı etdiyi cihaddır.»(Şərh hürər və cürər, 2-ci cild, səh-381. )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur:
    «Şücaətli və güclü insanlara qalib gələn şəxs deyil, bəlkə də, o kimsə möhkəm və qüdrətlidir ki, öz nəfsinə hökumətlik edə bilsin.»(Müstədrəkül-vəsail, 2-ci cild, səh-270. )
    Yenə də həzrət Əlidən (əleyhissəlam) bu mövzuda nəql olunur:
    «Əyri işlərdən düzlüyə yönəlmək və həyatda möhkəm istiqamətli olmaqına görə öz nəfsinin istəkləri ilə (əlbəttə, qeyri-şəri istəklərlə) mübarizəyə qalx. Alim olub cəhalətdən uzaqlaşmağına görə alimlərlə oturub dur!»(Şərh Ğürər və Dürər, 3-cü cild, səh-462. )
    Həzrət başqa bir əmrində buyurur:
    «Hər kim öz nəfsinə hökumət və rəhbərlik edə bilsə, axirətdə yaxşı dərəcəyə çatar.»(Şərh Ğürər və Dürər. 5-ci cild, səh-454. )
    QƏHRƏMANDAN DA GÜCLÜ
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), bir dəstənin yanından keçirdi. Onlardan birisi ağır bir daşı yerdən qaldırırdı. Cəmiyyət, onu tərifləyib alqışlayırdı. Əhali onun bu işindən təəccübə gəlmişdilər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onların yanına gəlib soruşdu: Bu nə səhnəsidir? Cavab verirlər ki: Ya Rəsulullah! Bu kişi ağır daşları qaldırır. Ona ağır daş qaldıran pəhləvan deyirlər. İslam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:
    İstəyirsiniz ki, ondan da güclü və möhkəm şəxsdən sizə xəbər verim? Dedilər bəli! Buyurur: Bir şəxsə söyüş verilsin, amma o şəxs nəfsinə qalib gəlib onun müqabilində səbr etsin. Həm öz Şeytanına, həm də dostunun Şeytanına qalib gəlsin!(Məcmueyi-vərram, 2-ci cild, səh-10. )
    2. Ləvvamə nəfsi
    Bura kimi haqqında ayələr və rəvayətlərdən istifadə edilərək bəhs edilmiş mövzu, insanı həmişə, pisliyə və çirkinliyə tərəf çəkən "əmmarə nəfsi" (çox əmr edən nəfs) idi. Belə nəfsin müqabilində, insanı həmişə, pis işlərinə görə məzəmmət edən «ləvvamə nəfsi"də (çox məzəmmət edən nəfs) vardır. Qurani-kərim bu ayədə and içərək buyurur: «And olsun Qiyamət gününə! And içirəm insanı günah etdiyi üçün qınayan nəfsə!»(Qiyamət surəsi 1-2. )
    Əli ibni İbrahim öz təfsirində, İmam Sadiqdən (əleyhissəlam) nəql edir:
    «Ləvvamə nəfsi, elə bir nəfsdir ki, Adəm oğlu günah etdi və qınanmış oldu.»(Təfsiri-nur Səqəleyn, 5-ci cild, səh-461. )
    Günaha mürtəkib olan şəxs, öz batinindən məzəmmət nidasını eşidər. O nida insana əzab və işkəncə verər.
    Psixoloqlar və alimlər, məzəmmət edici nəfsi "vicdani əxlaq" adlandırırlar. Quran, ondan «ləvvamə nəfsi"ünvanı ilə ad aparmışdır. Ayədə, nəfs sözünün işlədilməsi, insanı günah zamanı məzəmmət edən qüdrət, onun orqanizminin bir hissəsini təşkil edir. Hədislərdə də deyilir ki: Bu ruhi qüvvə lap əvvəlcədən insanın vücudunda olub.
    ÜMİDSİZLİK XƏSTƏLİYİ VƏ ONUN ƏLACI
    İmam Səccad (əleyhissəlam) təvaf etməklə məşğul idi. Görür ki, camaat məscidin bir tərəfində cəm olub. Soruşdu: Burda nə xəbər var? Ərz etdilər: Məhəmməd ibni Şəhab Zöhri, ruhi xəstəliyə tutulub. Sanki, əqlini əldən verib. Ağzın açıb bir kəlmə danışmır. Əhli-əyalı, onu Məkkəyə gətiriblər ki, bəlkə əhalini görməklə dilə gəlsin. Təvaf qurtardıqdan sonra İmam Səccad (əleyhissəlam) cəmiyyətə tərəf gedib Məhəmməd ibni Şəhabın yanına gəlir. O həzrəti tanıyır. İmam ondan soruşur: Sənə nə olub?
    Cavab verir: Şəhərlərin birində başçı idim. Günahsız bir şəxsin qanını tökdüm. Bu böyük günah, məni bu günə salıb.
    Günahsızın qətli ölkə başçısını ayaqdan salmış və batini işgəncələri, onun ruhi xəstəliyinə səbəb olmuşdur. Günahının xəcalətindən ağzın açıb bir söz də danışa bilmir. Beləliklə, də zahirdə divanə şəklində olan bir adam surətinə düşüb.
    İmam Səccad (əleyhissəlam) onun sözlərindən başa düşür ki, günahının bağışlanmasından naümid olub. Ona görə də, buyurur: Mən, sənin Allahın rəhmətindən ümidini üzmək günahının qorxusunu, günahsız qətl etməyindən çox bilirəm. Həzrət yenə davam edir: Qətlə yetirilənin qan bahasını varisinə ver. Günahkar cavab verir: Mən qan bahasını verdim, ancaq onlar qəbul etmədilər.
    İmam buyurdu: Gözlə, nə vaxt onlar evdən çıxıb namaza getsələr, evin bacasından pul kisəsini evin içinə at.”(Məcmueyi-Vərram, 2-ci cild. səh-4. )
    İmam (əleyhissəlam) bu minvalla ona ümidsizlikdən əlac verdi. Ləvvamə nəfsinin və vicdan əxlaqının təsiri budur.
    3. MÜSƏVVƏLƏ NƏFSİ
    Nəfsin başqa qismətlərindən biri də, «müsəvvələ» adlanır. Nəfsin bu xüsusiyyəti, insana çirkin və pis şeyləri zinətli göstərib, onu bu işləri görməyə təşviq edir. Qurani-kərimdə «müsəvvələ nəfsin» iki nümunəsi gəlmişdir:
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 754 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024