İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:36 AM
    QULAĞINQURULUŞU
    Səs nədir? Səs, cismlərin hərəkətindən hasil olur. İnsanın səsi də boğazındakı səs tellərinin hərəkətindən yaranır. Qəti təcrübələr sübut edir ki, havasız yerdə, çəkisizlikdə səs yayılmır. Lakin, güman etməli deyilik ki, intiqal vasitəsi yalnız, havadır. Bəlkə də, mayelər, qazlardan tez və cəmadat isə mayelərdən tez səsi ötürürlər.
    QULAĞIN QURULUŞUNUN MÜXTƏLİF QİSMƏTLƏRİ
    Qulaq, üç ayrı-ayrı hissədən təşkil olunmuşdur:
    1. Xarici qulaq;
    2. Ortancıl qulaq;
    3. Daxili qulaq.
    1. Xarici qulaq
    Bu qismət, iki üzvdən təşkil olunub. Birinci, qulağın xarici görünüşü və ya əyrisi. İkinci, qulağın içi. Qulağın xarici görünüşü həlqəvari ətdən olub, xüsusi kanallara malikdir.Bədənə zinət olmasından əlavə, qulağın bu qisməti çöldən müxtəlif səsləri alıb səsin cəhətini təyin edir və səsin şiddətindən də azaldır.
    Qulağın içi, üç santimetrə qədərdir. Onun axırında, «səmax» adlı pərdə vardır. Bu pərdə, xarici qulağı, ortancıl qulaqdan ayırır. Qulağın deşiyinin bu qismətinin divarı, xüsusi dəridən olub, tərkibində yapışqan və zəhərli maddələr vardır. Bu maddələr mikrobları öldürür, həşəratların və toz torpağın qulağın içinə daxil olmasına mane olur.
    2. Ortancıl qulaq:
    Qulağın pərdəsinin arxasında, "pərdənin sandığı" adlanan xüsusi boşluq vardır. Bu fəza, iki kanalla daxili qulağa birləşir. Bu boşluq və ya sandıqda çox nazik və lətif sümüklər yerləşir. Bu sümüklərin adlarından əməlləri də məlum olur.
    1. Səmax pərdəsinə söykənmiş çəkicəbənzər sümüklər.
    2. Çənə sümükləri və onun üzərində olan səndah sümükləri.
    3. Daxili qulağa söykənmiş kəmərvari sümüklər.
    4. Səndahi və kəmərvari sümükləri birləşdirən noxudu sümüklər.
    3. Daxili qulaq
    Qulağın bu qisməti eşitməyin ən mühüm və həssas qismətidir. Hər cür zərbədən məhfuz qalmaqdan ötrü gicgahsümüyünün arxasında yerləşmişdir. Mürəkkəb bir quruluşa malikdir. Dəqiq quruluşu var. Ümumiyyətlə, üç müxtəlif qismətdən ibarətdir:
    Birinci, iki çökəkliyə malik dəhliz qisməti, ikinci, üç yarım dairədən təşkil olunan yarım dairə qisməti. Üçüncü, iki dəfə bir-birinə dolanmış lülə şəkilli qismət.
    Üç qismətdən ibarət bu quruluşlu mexanizm, daxili qulağın fəzasında mayenin içərisində qərar tutub və üzən haldadır. Bu üç qismətin hər birinin içində xüsusi maye var. Əsəb sistemlərinin hər biri, bu üç qismətə yayılıb. Onların hər biri bir növ səs alıb zehnəçatdırmağa məmurdur.
    NECƏ EŞİDİRİK?
    Səs dalğalarını daşıyan hava, qulağa daxil olur və qulağın pərdəsini silkələyir. Çəkiş səndani və kəmərvari sümüklər, bu səsləri qulaq pərdəsindən götürüb daxili qulağın girəcəyində yerləşən ağ kanala salır. Ağ kanal da, öz növbəsində bu dalğaları alıb daxili qulağın içində yerləşən mayelərə ötürür. Bu mayelər arasında yerləşən eşitmə telləri, bu səsdən təsirlənir. Bu təsirləri əsəb sistemləri alıb zehndə yerləşən mərkəzə çatdırır. Beləliklə də, səsi hiss edib eşitmək hasil olur.
    EŞİTMƏK QÜDRƏTİ
    Eşitmək qüdrətinin bir neçə amillə münasibəti vardır. Səsin mövqeiyyəti, cismin vəziyyəti, qida və qidalanmaq. İnsanın yaşı və ömrünün birbaşa eşitməklə əlaqəsi var. Belə ki, yaş çoxluğu qulağın eşitmə ağırlığını artırır.
    Eybsiz qulaq, zəif və anlaşılmaz səsləri havadan alıb zehnə çatdırmaq qüdrətində olur. Xarici qulaq, pərdə ilə bağlı olub səsi düzgün şəkildə alıb zehnə çatdırır.
    QURANİ-KƏRİMDƏ QULAĞIN GÖZƏ VƏ QƏLBƏ MÜQƏDDƏM OLMASININ SƏBƏBİ NƏDİR?
    İndi də insanın qulağın yolu ilə təkamülə yetməsinə işarə edək. Qulağı, xüsusiyyət və quruluşu cəhətdən araşdırdıq. Qurani-kərimdə bir çox ayələrdə qulaq, göz və qəlbdən söz açılmışdır. Onların hamısında qulaq, gözə və qəlbə müqəddəm zikr olunmuşdur. Bu müqəddəmçiliyin səbəbini tapmaq olarmı? Əvvəlcə, bu ayələrin bəzilərinə işarə etmişdik:
    «De ki: Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir?"(Yunis surəsi-31 )
    «Qulaq, göz və ürək –bunların hamısı sorğu-sual olunacaqdır!»(İsra surəsi-36 )
    Həmçinin, Nəhl surəsinin, 78, Möminun surəsinin 78, Bəqərə surəsinin 8, Fussilət surəsinin 20 və bir çox başqa ayələrdə qulaq, göz və qəlbə müqəddəm zikr olunmuşdur.
    Alimlər elmi cəhətdən qulağın başqa əzalara görə üstünlüklərini zikr ediblər. O cümlədən, eşitməyin, ən az və çox fasiləsi min bərabər olduğu halda, bu fasilə görməklikdə çox azdır. Göz rənglərdən yalnız, müəyyən bir dəstə rəngi görə bilir. Məsələn, bənövşə rənginin əksini və qırmızıdan aşağı rəngi görə bilmir. Amma qulaq, ən aşağı və uzaq fasilə imkanında, yüzlərlə növ səsləri eşitməyə qadirdir. Ümumiyyətlə qulaq, 33300 növ səsi eşidib ayırmağa qadirdir.
    Göz, bəşərin bu günə kimi ələ gətirə bildiyi 300 min rəngi görməkdən ötrü müxtəlif texnikalardan istifadə etməlidir. Halbuki, qulaq, xəstələnməyincə belə texnikaya ehtiyac yoxdur.
    Həmçinin, göz, çox şiddətli nur bərabərində xətərə məruz qalır. Belə ki, günəşin tutulmasına baxmaq, yaxud müxtəlif filmlər və televizor səhnəsi gözə əziyyət verir. Halbuki, yüzlərlə müxtəlif səslər qulağa ziyan vermir.
    Nəhayət, gözün görmə meydanı məhduddur. Ancaq, qabağı və ya sağ-solu görə bilər. Halbuki, qulaq bütün altı cəhəti eşitməyə qadirdir. Bütün bunlar qulağı fizioloji cəhətdən gözə müqəddəm etməyin üstünlükləridir. Amma Qurani-kərimdə qulağın gözə müqəddəm olmasının əsas səbəbini qulağın nəfsin paklaşmasında nisbət üstünlüyünə görədir. Yəni, belə nəzərə gəlir ki, (ayələrə əsasən,) qəlbin və ruhun paklaşmasında qulağın rolu gözünkündən çoxdur.
    NƏYƏ GÖRƏ QURANDA EŞİTMƏK SÖZÜNÜN CƏM ŞƏKLİ GƏLMƏYİB?
    Məşhur İslam alimlərindən Şeyx Tusi özünün məşhur, «Təfsiri Tibyan» kitabında tanınmış ədəbiyyatçıların birinin dilindən belə nəql edir ki, Qurani-kərimdə eşitmək sözünün tək şəkildə gəlməsinin iki səbəbi ola bilər:
    Birinci, «eşitmək» sözü ərəb dilində bəzən, cismin cəm şəkli mənasında işlədilir. Bu səbəbə görə bu sözün cəm şəkildə gəlməsinə ehtiyac yoxdur.
    İkinci, Quran ayəsində «eşitmək» sözünün məsdər mənasında işlədilməsi nəzərdə tutulsun. Məsdərin öz-özündə həm aza, həm dəçoxa dəlalət etməsinə görə daha onu cəm şəklində gətirməyə ehtiyac yoxdur.
    Bundan əlavə, bu fərqin elmi və zövqi cəhətini də qeyd etmək olar. O da budur ki, dərk olunmalılar eşidilməlilərə nisbət daha çoxdur. Ona görə də «qəlblər» və «gözlər», cəm şəklində işlənib. Lakin, «eşitmək» (qulaq) tək şəkildə işlədilib.
    QULAĞIN ŞƏRİƏTDƏ DƏYƏRİ
    Gördüyümüz kimi, İmam Səccad (əleyhissəlam)-ın nəzərincə, iki qulağın insanın boynunda haqqı var. Həzrət, o hüququ bəyan etdi. Şəri cəhətdən də qulağın öz dəyəri vardır. Şəriət sahibi onu bəyan etmişdir. Mühəqqiq Əllamə Hilli buyurur:
    «İnsanın iki qulağında tam qan bahasının yarısı nəzərdə tutulub. Qulağın yumşaq yerinin kəsilməsinə görə insanın tam qan bahasının üçdə biri qədərdir. Qulağın yumşaq yerini deşməyin isə insanın qan bahasının üçdə biri qədər bahası verilməlidir. Təxminən yuxarıdakı ifadə kimi Ayətullah Xoinin "Məbani Təkmətül-minhac" kitabında gəlib:
    «İnsanın iki qulağında tam qan bahası var. Kar qulaqda, yarım qan bahası, bəzilərində isə həmən qanun üzrə. Qulağın yumşaq yerində isə üçdə bir qan bahası var." Müctehidlərin «Tozihil-məsailin»də yazılır:
    Əgər iki qulaq kəsilib atılsa, insanın tam qan bahası verilməlidir. Yaxud, əgər qulağa elə zərbə dəysə ki, kar olsun, tam qan bahsın verməlidir. Əgər insanın bir qulağını kəssələr insanın yarım qanbahasını verməlidirlər. Əgər qulağın yumşaq yerini kəssələr, ehtiyat odur ki, onunla sülh etsin.(Nəhl surəsi-77.)
    GÖZÜN HAQQI
    أَمَّا حَقُّ بَصَرِكَ فَغَضُّهُ عَمَّا لا يَحِلُّ لَكَ وتَرْكُ ابْتِذَالِهِ إلاّ لِمَوضِعِ عِبْرَةٍ تَسْتَقْبلُ بهَا بَصَرًا أَو تَسْتَفِيدُ بهَا عِلْمًا، فَإنَّ الْبَصَرَ بَابُ الِاعْتِبَارِ.
    «Ancaq gözünün sənin boynunda haqqı budur ki, onu sənə halal olmayan hər şeydən qoruyasan və onu günaha batırmayasan. Yalnız, ibrət götürüb, elm və biliyini artırmaqdan ötrü bəzi şeylərə baxmayasan. Çünki, görmək bir növ ibrət vasitəsidir.»(Ayətullah Xoinin risaləsi. )
    «Bəsər» lüğətdə, iki mənada, görmək istedadı və göz mənasında işlənir. Rağib İsfahani özünün "Müfrədat" kitabında yazır: Bəsər, lüğətdə həm göz, həm də görmək istedadına deyilir. "Bəsurə" yəni, görən oldu. «Bəsər» və "əbsərə" yəni, gördü, dərk etdi, müşahidə etdi.
    «Bəsər» həm gözə və həm də görmək hissinə deyilir. Məsələn, ayədə deyilir: «Qiyamətin qopması [əmri] bir göz qırpımında, yaxud daha tez olar».(Nəhl surəsi-37 )
    «Bəsər» sözünün cəm şəkli «əbsardır». Quran buyurur:
    «Sonra sizə qulaq, göz və qəlb verdi.»(Nəhl surəsi-78 )
    «Bəsirət» sözü, qəlbin görməsi mənasında olub, mərifət və dərk ilə həmrədifdir. «Əqrəbul-Məvarid» kitabında nəql olunur ki, «bəsər» sözünün mənalarından biri də elmdir. Məşhur alim Təbərsi, Quranın, «Mən və mənə tabe olanlar, açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq"- ayəsində, «bəsirət» sözünü, mərifət və qəlbin görməsi mənasında qeyd etmişdir. Həmin səbəbə görə bəsirəti, ağıl və zirəklik mənasında işlədiblər.
    GÖRMƏK ÜZVÜ, NEÇƏ ELMİN HƏDƏFİ
    Göz, hiss və idrak vasitəsi olduğuna görə psixologiya elmində diqqət mərkəzində olur. Nur və işıq qanunlarına bağlı olduğuna görə fizikada ondan bəhs olunur. Görməyin sirri keyfiyyətinə görə fəlsəfə elmini özünə cəlb etmişdir. Bədənin bir üzvü olub, xüsusi vəzifə yerinə yetirdiyinə görə şərh və fiziologiya elmində gözün cüziyyatları bəyan olunur. Bütün bunlara görə gözü bir neçə elmin hədəfi adlandırsaq, mübaliğə etmərik. Bunun vasitəsilə də rəngləri, şəkilləri və cisimlərin fasilələrini dərk edirik.
    GÖZDƏN DÜZGÜN ŞƏKİLDƏ BƏHRƏLƏNMƏK
    Allah-taala, göz nemətinin əzəmətini «Bələd» surəsinin 8-ci ayəsində bəşərə açır, buyurur:
    «Məgər biz insana iki göz vermədikmi?»
    Göz, insanın xarici aləmlə mühüm əlaqə vasitəsidir. Onun qəribəlikləri o qədərdir ki, doğrudan da, insanı, Xaliqin müqabilində təvazökarlığa gətirir. Lakin, insanların bəziləri bu nemətlərdən istifadə etmirlər.
    Əraf surəsinin 179-cu ayəsində insanların bir dəstəsi barəsində buyurur:
    «Onların gözləri vardır lakin, onunla görməzlər.»
    Bu nemətdən düzgün istifadə etmirlər.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), Bələd surəsinin 8-ci ayəsinin təfsirində buyurur:
    «Allah, Adəm övladlarına buyurur: Ey Adəm oğlu! Əgər dilin səni, sənə haram etdiyim şeyə vadar etsə, onun qarşısını almaqdan ötrü sənə iki dodaq vermişəm; Əgər gözün səni haram tərəfə çəksə, Mən, onları örtməkdən ötrü sənin ixtiyarında iki kiprik qoymuşam.»(Nur-Səqəleyn. 5-ci cild, səh-581.)
    Göz, Allahın haram buyurduqlarına bağlanmış olmalıdır. Kəhf surəsinin 101-ci ayəsində kafirlər barəsində belə buyurulur:
    «O kəslər ki, gözləri Məni anlamaqdan pərdəli idi və eşitməyə də qadir deyilirlər.»
    Bu ayədə buyurur ki: Kafirlər haram olunmuşlardan gözlərini yummadılar. Bəlkə, o şeylər ki, Allahı yada salır ondan gözlərini örtdülər. Həmin onlar, eşitmək qüvvələri olduğu halda, qulaq asmadılar. Əslində, kafirlər ən mühüm həqiqət axtaran və vaqiyyətləri dərk edən vasitələrini işdən salmışdılar. Maraqlıdır ki, göz barəsində buyurur: «Gözlərini Məndən uzaqda pərdəli saxlayırlar.»
    İşarə olunur ki, qəflət hicabında olduqlarına görə Allahın nişanələrini görmürdülər. Həqiqəti də görmədiklərinə görə əfsanə yolunu tuturlar. Allah, cisim deyil ki, gözlə görünsün, görünən yalnız, Onun əlamət və nişanələridir. Onlar da onu xatırlamağa səbəb olur.
    İNSANIN ÖZ XİLQƏTİNƏ BAXIŞI
    Gözdən düzgün şəkildə istifadə etməyin yollarından birini Quran bəyan etmişdir. Qurani-kərim "Tariq" surəsinin 5-7-ci ayələrində insanı görməyə dəvət edərək, buyurur:
    «Elə isə insan nədən yaradıldığına bir baxsın! O axıb tökülən bir sudan [nütfədən] yaradılmışdır. O su [kişilərin] bel sümüyündən [qadınların] isə köks sümüyündən çıxar!»
    Beləliklə, Quran, bütün insanların əlindən tutub onları ilk yarandığı vaxta qaytarır. Bu sual cümləsi ilə onlardan soruşur: Sizin yaranışınız nədən olmuşdur? Onların cavabını gözləməmiş, Özü suala cavab verir ki, (kişinin nütfəsinə işarə olunan) "atıcı sudan" yaranmısınız. O nütfə, kişinin sülbündə üzən haldadır. Çölə çıxanda isə sıçrayır. Sonra sülb və sinələr məsələsini qarşıya qoyur. Müfəssirlərin bu barədə nəzəriyyələri müxtəlifdir. Bu bəhsdə onların hamısını zikr etmək yeri deyil. Bizim hədəfimiz, Quranın, insanın nədən yaranmasına diqqət etməsi dəvətini araşdırmaq idi.
    YEMƏK VƏ TƏAMLARA BAXIŞ
    Qurani-Kərimin ikinci dəvət etdiyi məsələ, insanın yemək və təamlarına diqqət yetirməsidir. «Əbəsə» surəsinin 24-cü ayəsində buyurur: «İnsan hələ bir yeməyinə baxsın.»
    İnsana ən yaxın əşya, qida maddələridir ki, bir az dəyişməklə insanın vücudunun bir hissəsinə çevrilir. Əgər onun vücuduna keçməsə, tezliklə fəna yolunu tutur. Ona görə də Qurani-kərim bütün mövcudatların arasında yeməklərə, xüsusilə, bitkilər və ağaclar vasitəsilə insana aid olan yeməklərə işarə edir.
    «Baxmaq»dan məqsədin nə olması barəsində müfəssirlər arasında ixtilaf var. Bir dəstə zahir baxışa mötəqid olub, məqsəd, insan süfrəyə baxıb halal və ya haram yeməsinə diqqət etməsidir. Yemək ona xeyirdir, yaxud zərər? Bəzi rəvayətlərdə bu yeməyin «elmi qida» olduğu söylənilir. İmam Baqir (əleyhissəlam) buyurur:
    «Öz elminə bax ki, kimdən və hansı yolda qərar tutub və ya yeməyin tərkibi barəsində fikirləşmək. Hər nə olursa-olsun, Quran insanı bu sahəyə baxmağa dəvət edir.»(Təfsir Safi, 2-ci cild, səh-789. )
    Qurani-kərimdə çox yerlərdə, insan baxmağa dəvət olunur. Məsələn: «Yer üzündə dolaşıb görün ki, haqqı inkar edənlərin axırı necə oldu?"(Nəhl surəsi-36 )
    Başqa yerdə buyurur: «Yer üzünü gəzib Allahı məxluqatı yaratmağa ilk əvvəldən nə cür başladığına baxın.»(Ənkəbut surəsi-20 )
    NAMƏHRƏM QADINLARA BAXMAQ HARAMDIR
    Qurani-kərim buyurur: «Mömin kişilərə de ki: Gözlərini haram edilmiş şeylərdən çevirsinlər, [naməhrəmə baxmasınlar]. Ayıb yerlərini qorusunlar. Bu, onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.»
    «Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, [naməhrəmlərə baxmasınlar]. Ayıb yerlərini qorusunlar."(Nur surəsi-30-31 )
    Ərəb dilində «yəğuzzu» feli əslində, "əzz" sözündən olub, azaltmaq və naqisliyə deyilir. Çox yerlərdə səsi azaltmaq və nəzəri azaltmağa deyilir. Beləliklə, ayə buyurur: «Öz nəzərinizi azaldın.»
    Bu ifadə, naməhrəm qadınla üzləşən zaman insanı tərbiyəliolmağa sövq edən ən lətif ibarətdir. Əgər gözümüzü bir dəfəlik örtsək, yol yerimək mümkün olmaz. Lakin, baxışımızı qadının surət və bədən qismətindən döndərsək, sanki, öz baxışımızı azaltmış olur və qadağan olunmuş səhnəni birdəfəlik öz nəzərimizdən uzaqlaşdırırıq.
    Qeyd etdiyimiz kimi Allah-taala, Qurani-kərimdə naməhrəm kişi və qadınlara bir-birinə baxmağı qadağan buyurmuşdur. Çoxlu rəvayətlərdə bu əmr bəyan olunmuşdur. Bəzi yerlərdə baxışların zərər və ziyanları açıqlanmışdır.
    "Vəsailüş-Şiə" kitabında bu mövzuda xüsusi "fəsl" açılmışdır. Bu fəslin adı «Naməhrəm qadınlara baxmanın haram olunması və onun təsirləri»dir. Bu mövzudakı rəvayətlərin birincisində buyurulur:
    İmam Sadiq (əleyhissəlam)-dan nəql olunur ki, buyurur: «Naməhrəmə baxmaq, Şeytanın oxlarından biridir və zəhərlidir. O qədər baxışlar var ki, uzun həsrətlərə səbəb olur!»(Vəsail-Şiə. 14-cü cild, «Kitabun Nikah» səh-138. )
    Bu hədisdə baxışın Şeytanın oxuna oxşadılması o cəhətdəndir ki, ox, hədəfə yetişdikdə onu dağıdır, yersiz baxış da ismət və paklıq pərdəsini dağıdır. Hədisin ardınca buyurur: «Yersiz baxış, çox vaxt uzun-uzadı həsrətə çevrilir.»
    Bəli! Çox haram baxışlar var ki, onun ardınca insan ömrünün axırına kimi aradan getməz bədbəxtçiliklərə düçar olur. Ömür boyu peşimançılıqda olub, heç bir nəticə də ələ gətirə bilmir.
    Bu mövzuda başqa rəvayət də gəlib. İmam Sadiqdən (əleyhissəlam) nəql olunur, buyurur: «Bir baxışdan sonrakı (naməhrəmə) baxış, insanın qəlbində meyillər və şəhvət toxumunu səpir. Baxışdan səpilmiş toxum, sahibini fitnəyə salmaqdan ötrü kifayətdir.»(Vəsail-Şiə. 14-cü cild, «Kitabun Nikah» səh-138. )
    Başqa rəvayətdə yenə də İmam Sadiq (əleyhissəlam)-dan nəql olunur, buyurur:
    «Hər kim, gözü naməhrəmə sataşdıqdansonra baxışını kəssə, ya göyə tərəf baxsa ya da baxışını azaldıb gözünü örtsə, həmin anda, Allah-taala Behiştdə ondan ötrü «Hurul-eyn» qərar verər.»(Vəsail-Şiə. 14-cü cild, «Kitabun Nikah» səh-138. )
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 662 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024