İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:35 AM
    GÖZÜN YAXIN GÖRƏNLİYİ
    Göz, o vaxt yaxın görən olur ki, qərniyyə və göz qarası ilə fasilə, adi haldan çox və ya göz qarası ilə göz şəbəkiyyəsindəki fasilə, təbii haldan çox olmuş olsun. Yaxud, göz qarasının qüdrəti həddən çox olmuş olsun. Bu cür hallarda, əşyanın təsviri göz şəbəkiyyəsindən qabaqda görünür.
    UZAQ GÖRƏNLİK
    Uzaq görənlik, o halətdir ki, yaxın görməkliyin əksinə olsun. Yəni, qərniyyə təbəqəsinin fasiləsi, gözün qarası ilə az olsun. Yaxud, gözün qarasında zəiflik olsun. Bu zaman əşyaların təsviri şəbəkiyyə sisteminin arxasında qərar tutur. Yaşlı halda çox vaxt göz, uzaq görən olur. Ona görə də bu eybi, "göz qocalığı" adlandırırlar. Göz qocalığında göz getdikcə öz qüvvəsini əldən verir və şəbəkiyyə üzərində təsvirləri cəmləşdirməyə qüdrəti olmur. Təxminən, bir metrə yaxın məsafədən əşyanın şəkli göz şəbəkiyyəsinə uyğun şəkildə düşmür. Beləliklə, göz qocalığında əşyanı bir metrdən az məsafədə görmək olur. Ondan uzağı görməkdən ötrü, münasib vasitədən kömək almaq lazımdır.(İnsan bədənini tanımaq, səh. 5-22 )
    Gözün fiziki quruluşu ilə tanış olduqdan sonra indi də onun şəri dəyərinə diqqət edək.
    GÖZÜN ŞƏRİ CƏHƏTDƏN DƏYƏRİ
    İmam Xomeyni özünün "Təhrirul-vəsilə" kitabında yazır:
    "İki gözün qanbahası, insanın tam qanbahası qədərdir. Onların hər birisi, tam qanbahasının yarısıdır. Bu məsələdə fərq etmir ki,gözü torlu görən olsa və ya gözü çəp olub, iki-iki görən olsa, balaca göz olsa, gecə yaxşı görüb gündüz kor olsa, gecə kor olsa, gözü xəstə olsa, bütün bunlar qanbahasında sağlam göz hökmündədir.
    Əgər qaranlıqda, onun gözündə ağlıq olsa və bu ağlıq görmə qabiliyyətinə zərər yetirməsə, tam qan bahası var. Əgər bu hal görməkliyə təsir etsə, o qədər də qan bahasından əskilir. Bu o haldadır ki, müəyyən olunmaq qabiliyyəti olsun. Əgər müəyyən oluna bilməsə, onda "ərş"var. Yəni, sağlam və eybli gözlə fərqi hesablanmalıdır.”(Təhrirul-vəsilə, cild. 2, səh. 572 )
    "Məbani təkmilətil-minhac"kitabında, qan bahası barəsində yazır:
    "İki gözün qan bahası, insanın qan bahasıdır."Bu cümlənin izahında yazır: Əshab arasında bu məsələdə ixtilaf yoxdur. Bəlkə də, Şeyx Tusi və İbni Zöhrə, şiə alimlərindən qeyriləri arasında da ixtilaf olmadığını iddia etmişdirlər. "Məmalik" kitabında bu məsələdə "icma"iddiası olunmuşdur. O cümlədən rəvayətlərdən sənəd kimi Əbdullah İbni Sənan, İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:
    "İnsanın bədənində hər nə cütdürsə, hər biri üçün insanın qanbahasının yarısı qədərdir.”
    Sonra cümləni, göz haqqında bu cümlə ilə davam etdirir:
    "Onların hər birisində, insanın yarım qanbahası qədərdir. Bunda, sağlam və qeyri-sağlam gözün arasında fərq yoxdur.”
    Ayətullahil-uzma Gülpayiqani, bir qızın gözünün kor olması sualına cavabında buyurur:
    "Qadının bir gözünün qanbahası, kamil bir qadının qan bahasının yarısı qədərdir.”(Məcməul-məsail, cild. 3, səh. 255 )
    Bəli! İnsanın iki gözünün dəyəri, bütün bədəninin dəyəri qədərdir.
    AYAĞIN HAQQI
    وَأَمَّا حَقُّ رِجْلَيْكَ فَأَنْ لا تَمْشِي بهِمَا إلَى مَا لا يَحِلُّ لَكَوَلا تَجْعَلْهُمَا مَطِيَّتَكَفِي الطَّرِيقِالْمُسْتَخِفَّةِ بأَهْلِهَا فِيهَا فَإنَّهَا حَامِلَتُكَوَسَالِكَةٌ بكَ مَسْلَكَ الدِّينِ وَالسَّبْقُ لَكَ، وَلا قُوَّةَ إلا بالله.
    "İki ayağının haqqı odur ki, onlarla, sənə rəva olmayan yerlərə qədəm götürmə. Onlarla, yol gedənin abır-həyasını aradan aparacağı yerə getmə. Çünki, onlar səni həml edirlər və səni dinə tərəf aparırlar. Sənin qarşıya getməyinə səbəb olurlar. Allahdan başqa heç bir güc-qüvvə yoxdur!” ("Məkarimul-əxlaq” kitabında cümlə belə gəlib: Həmin iki ayaqlaSiratın körpüsündə duracaqsan. Diqqət et ki, səni titrətməsin və Allahın qəzəb atəşinə atmasın.)
    Qurani-Kərimdə, "ricl" (ayaq) kəlməsi çox işlənib. Buyurur: "Ayağınla qədəm at və yol yeri.”(Sad” surəsi )
    "Ricl" sözünün cəm şəkli, "ərcul" vəznində olur. "Əraf" surəsinin 195-ci ayəsində buyurur: "Məgər onların yeriyən ayaqları var?"
    Həmçinin, Quranda, yol yeriyərkən iki ayaq arasındakı fasilə mənasını bildirən "xutvə" və qədəm mənasında olan "xətvə" kəlməsindən istifadə edib. Birinci kəlmənin cəm şəkli, "xutuvat”, ikinci kəlmənin cəm şəkli isə "xətəvat" kimi işlənilir.(Məcməul-bəyan, cild. 1, səh. 252 ) Quran buyurur:
    "Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, Şeytan sizinlə açıq-açığına düşməndir.”(Bəqərə surəsi, ayə:168 )
    Şeytanın izinə düşmək, ona tabe olmaq deməkdir. Yəni, Şeytanın vəsvəsə və dəğdəğələrnə tabe olmaq. Həqiqətdə, yol getməkdə tabeçilik odur ki, tabe olan, ayağını tabe olunanın ayaq izinin yerinə qoysun və onun kimi yol getsin. Bu kəlmə (xutuvat), cəm şəklində Quranda beş yerdə gəlmişdir: Bəqərə surəsi, 168-208-ci ayələr; Nur surəsi, 21-ci ayə; Ənam surəsi, 142-ci ayə. Bütün bunlarda məqsəd, insanın öz həyatında, Şeytanın həva-həvəslərinə tabe olmayıb, Peyğəmbərlər vasitəsi ilə nişan verilmiş doğru, düzgün və məntiqi yolla getmələrinə təşviqdir.(Qamus Quran, cild. 2, səh. 264 )
    ALLAHIN XALİS BƏNDƏLƏRİ NECƏ YOL GEDİRLƏR?
    Allah-taala "Furqan" surəsində, xüsusi bəndələrdən (ibadur-rəhman) on iki xüsusiyyət zikr edir və onlardan birincisi belə bəndələrin yol getməsidir. Buyurur:
    "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvazökarlıqla gəzərlər.”(Furqan surəsi, ayə: 63 )
    MƏSDƏRİN İŞ GÖRƏN MƏNASINDA İŞLƏNMƏSİ BURADA TƏKİD ÜÇÜNDÜR
    Yəni, sanki onlar eyni təmkin və təvazökardırlar.(Təfsiri nümunə, cild. 15, ) Bəli! Allahın xalis bəndələrinin ilk xüsusiyyəti, təkəbbür, qurur və özbaşınalığı inkar edib, insanın bütün əməllərində hətta, yol yeriməyində də təvazökarlıq izhar etməsidir. Çünki, əxlaqi xüsusiyyətlər həmişə özünü insanın əməlləri, sözləri və hərəkətləri arasında nişan verir.
    ALLAHIN BU MÖVZUDA PEYĞƏMBƏRƏ MÜHÜM GÖSTƏRİŞİ
    Allah-taalanın, Peyğəmbərə göndərdiyi mühüm göstərişlərdən biri budur ki:"Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki, sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən.”(İsra surəsi, ayə:37 )
    Bu ayə işarə edir ki, məğrur təkəbbürçülər yol yeriyərkən ayaqlarını yerə möhkəm vururlar. Bununla da, əhalini öz yol yeriməkliklərindən agah edirlər. Başlarını yuxarı tuturlar ki, öz üstünlüklərini başqalarına göstərsinlər. Quran belə şəxsə buyurur: Sən ki, ayağını yerə vurursan, yeri yara bilərsənmi? Sən bu böyük yer üzündə zərrəyə bənzəyirsən. Başını niyə yuxarı tutursan, məgər başın dağlara çatarmı? Öz boyunu ən azı bir neçə santimetr ucalda bilərsənmi?
    Bəzi şəxslərin belə hala düşmələrinin səbəbi odur ki, özlərini unudub, təkəbbürlük bəlasına mübtəla olublar. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan maraqlı bir hədisdə oxuyuruq:
    "Günlərin birində küçədən keçirmiş. Bir nəfər dəli özünün gülünc əməlləri ilə əhalinin diqqətini özünə cəlb etmişdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əhalini özlərini anmağa dəvət edib buyurdu: Əsl dəlinin kim olduğunu sizə tanıtdırımmı? Hamı sakit olub bütün vücudları ilə qulaq asırdılar. Buyurur:O kəs ki, həmişə o tərəf bu tərəfinə baxa-baxa, təkəbbür və qürurla yol gedər. Çiyni ilə ətraflarını hərəkətə gətirər. (Özündən başqasını görməz və fikri özündən yuxarı olmaz) O kəs ki, əhalinin ondan xeyir iş baş verməsinə ümidi yoxdur və şərrindən də amanda deyillər. Əsl dəli, odur. Amma bu gördüyünüz, təkcə bir xəstədir.”(Təfsiri nümunə, cild. 15, səh. 149 )
    Yol yeriyərkən təvazökarlıq bu demək deyil ki, yorğun, yavaş-yavaş qədəm atasan. Əksinə, təvazökarlıqla yanaşı, addımlarını möhkəm, ciddi və qətiyyətlə atmalısan!
    İSLAM PEYĞƏMBƏRİ (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-NİN YOL YERİMƏSİ
    "Məkarimul-Əxlaq" kitabında, Peyğəmbər(səlləllahu əleyhi və alihi və səlləm)-in yol getməsi"barəsində xüsusi ünvanda bəhs olunub. Orada rəvayətlərdən birində oxuyuruq:
    "Əli ibni Əbi Talib (əleyhissalam)-dan nəql olunur, buyurur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) yol gedərkən, tələsik olmayan halda sürətlə qədəm götürərdi. Sanki, üzü aşağı yol gedirdi. Ondan əvvəl və ondan sonra belə yol yeriyən görmədim.”(Məkarimul-Əxlaq, səh. 22 )
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in səhabələrindən biri nəql edir: "Mən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən sürətlə yol gedən görmədim. Sanki, yer ayağının altında cəm olmuşdu. Biz zəhmətlə özümüzü ona yetirirdik. O isə əhəmiyyət vermirdi.”(Təfsiri nümunə, cild. 15, səh. 153 )
    İbni Əbbas nəql edir: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) yol gedərkən, yol getməsi nəhalsız və tənbəllər kimi nə dəaciz və natəvanlar kimi idi.(Məkarimul-Əxlaq, səh. 22 )
    LOĞMANIN YOL GETMƏK BARƏSİNDƏKİ VƏSİYYƏTİ
    "Loğman" surəsində, Loğmanın oğluna etdiyi sifarişlər içində gələn cümlələrdən biri budur:
    "Yer üzündə qürurla yol getmə. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz.”(Loğman surəsi, ayə:18 )
    Sonrakı ayədə yol yeriməyin qaydasını bəyan edir: "Yerişində müvazinəti gözlə (nə çox yeyin, nə də çox asta get).”(Loğman surəsi, ayə:19 )
    Hədislərdən birində, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur, buyurur:
    "Hər kim yer üzündə qürur və təkəbbürlə yol gedərsə, yer, yerin altındakılar və yerin üzərində olanların hamısı ona lənət deyərlər.”
    Şeyx Səduqun "Əmali" kitabında, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in "nəhy etdikləri" bölməsində nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) məğrurcasına və təkəbbürcəsinə yol getməyi nəhy edib, buyurur: Hər kim libas geyinib onunla təkəbbürlənsə, Allah-taala onu Cəhənnəmin kənarındakı yerin təkinə atar və Qarunun yoldaşı olar. Çünki, (insanlar arasında) ilk qürur və təkəbbürün əsasını qoyan o olmuşdur. Allah, onu evi ilə birlikdə yerə batırıb həlak edər.(Təfsiri Nurus-Səqəleyn, cild. 4, səh. 207 )
    Həmçinin, İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdəoxuyuruq:
    "Allah, imanı insanın əzalarına vacib edib, onların arasında bölmüşdür. O cümlədən, insanın ayaqlarına günaha tərəf getməməyi və Allahın razılığı yolunda qədəm götürməyi vacib etmişdir.”(Üsuli Kafi, cild. 2, səh. 34 )
    QİYAMƏTDƏ ŞAHİDLƏR
    Allah-taala Qurani-Kərimdə buyurur:
    "Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində, onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.”(Yasin surəsi, ayə:65 )
    "Nur" surəsinin 24-cü ayəsində oxuyuruq:
    "Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər.”
    Əzaların necə danışması barəsində müfəssirlər arasında müxtəlif nəzəriyyələr var:
    1. Allah-taala, o gün hər bir əzada şüur, dərk və söz danışmaq qüdrəti yaradacaq. Onların hamısı doğru danışacaq. Heç bir təəccüb yeri də yoxdur! Bu qüdrəti, dil adlı bir tikə ətdə yaradan, başqa əzalarda da yarada bilər.
    2. Onların şüur və dərki olmayacaq. Lakin, Allah onları danışmağa məcbur edəcək. Əslində, əzalar danışığın zühur etdiyi yer olacaq. Allahın əmri ilə həqiqətləri aşkar edəcələr.
    3. Hər bir insanın əzaları,ömrü boyu etdiyi əməllərin təsirini özündə saxlayacaqdır. Çünki, bu kainatda heç bir əməl məhv olub birdəfəlik aradan getmir. Bu təsirlərin zühuru, onların şəhadəti mənasındadır. Bu ifadə, gündəlik danışıq və ədəbiyyatçıların sözündə də çox işlənilir. Məsələn deyirlər: "Gözün sənin yuxusuzluğuna şəhadət verir.”(Təfsiri nümunə, cild. 18, səh. 431 )
    Şair demişkən: "Rəngi-rüxsarın, batini sirrindən xəbər verir!”
    MÖMİNLƏRİN HACƏTLƏRİNİ YERİNƏ YETİRMƏK YOLUNDA QƏDƏM ATAQ!
    İmam Səccad (əleyhissalam) ayağın haqqı barəsində buyurur: Ayağınla haram olunmuş yerlərə getmə və sənin alçalıb abır-həyanın getməyinə səbəb olan yolda qədəm götürmə. Çünki, bunlar insanın qiymətsiz olmasına səbəb olar. Əgər özümüzə qiymət vermək istəyiriksə, Allahın mömin bəndələrinin hacətlərini yerinə yetirmək yolunda qədəm götürək.
    İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Hər mömin, mömin qardaşının hacətini yerinə yetirmək yolunda qədəm götürsə, Allah-taala onun hər bir addımına görə bir ehsan yazar və bir günahını pozar. Bu da onu uca məqama qaldırar! "
    "Məkarimul-Əxlaq" kitabının nəql etdiyinə görə İmam Səccad (əleyhissalam) buyurur:
    "Ayağınla Siratın körpüsündə duracaqsan. Bax ki, ayağın titrəməsin və səni atəşə atmasın!”
    İNSANLARIN CƏHƏNNƏMƏ DAXİL OLMASI
    Allah-taala, "Məryəm" surəsinin 71-72-ci ayələrində bu mövzuda belə buyurur:
    "Sizdən elə bir kəs olmaz ki, Cəhənnəmə daxil olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. Sonra Biz, Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalimləri isə orada diz üstə çökmüş halda saxlayacağıq.”
    Bu iki ayənin təfsirində, təfsirçilər arasında müxtəlif fikirlər var. Yəni, ayədə Cəhənnəmə daxil olmaqdan məqsəd nədir? Bəzi müfəssirlər mötəqiddirlər ki, Cəhənnəmə daxil olmaq, yaxşı və pis insanların Cəhənnəmə yaxınlaşması və onun üzərində durması mənasındadır. Sonra yaxşılar azad olub, pislər Cəhənnəmə düşəcəklər. Bu mənanı "Qəsəs"surəsində Musa (əleyhissalam) barəsində olan ayə ilə istidlal edirlər. Buyurur:
    "Musa, Mədyən kənarındakı bir quyuya çatanda""(Qəsəs surəsi, ayə:23 )
    Əksər müfəssirlərin onu ixtiyar etdikləri ikinci təfsir odur ki, "Cəhənnəmə daxil olmaq”, ona yaxınlaşmaq mənasında deyildir. Bəlkə də, həmin Cəhənnəmə girmək mənasındadır. Əslində bütün insanlar Cəhənnəmə daxil olacaqlar. Lakin, möminlər nicat tapıb, müşriklər, uyğunluqları olduğuna görə atəşdə qalacaqlar. Bu sözü, ayənin sonundakı : "Sonra Biz, Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalimləri isə orada dizi üstə çökmüş halda saxlayacağıq.”-ifadələri tamamilə təsdiq edir. Bundan əlavə, ayənin təfsiri haqqında gələn rəvayətlər də həmin mənanı təsdiqləyir.
    O cümlədən, Cabir ibni Abdullah Ənsaridən belə nəql olunur ki:"Bir nəfər bu ayənin mənası barəsində ondan soruşur. Cabir iki barmağı ilə iki qulağına işarə edib buyurdu: Bu iki qulağımla İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən bu mətləbi eşitmişəm. Əgər yalan deyirəmsə, hər ikisi kar olsun! İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Ayədəki"varid"sözü , "daxil olmaq" mənasındadır.
    Atəş, İbrahim peyğəmbərə olduğu kimi möminlər üçün də bu zaman soyuq və sağlam olacaq. O vaxta kimi ki, atəş və ya Cəhənnəm (Cabir tərəddüdlə deyir) soyuqdan fəryad çəkəcək. Sonra Allah pərhizkarlara nicat verib, zalimləri zəlilcəsinə atəş içində saxlayacaq.”(Təfsiri Nurus-Səqəleyn, cild. 3, səh. 353 )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən başqa hədisdə oxuyuruq:
    "Qiyamət günündə atəş, mömin şəxsə deyəcək: Məndən tez keç ki, nurun mənim şöləmi söndürür.”(Təfsiri Nurus-Səqəleyn, cild. 3, səh. 353 )
    Bu mənaya, Siratın körpüsü barəsində rəvayətlərdəki, Cəhənnəmin üstündən çəkildiyini, tükdən nazik və şəmşirdən iti olacağı da şahidlik edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan bir hədisdə oxuyuruq, buyurur: "İnsanların hamısı Cəhənnəmə daxil olacaq. Sonra əməllərinin hesabına görə oradan çölə çıxacaqlar. Bəziləri işıq kimi, sonra ondan az sürətli külək kimi, bəziləri şiddətli qaçan kimi, bəziləri səvar olub yol gedən kimi, bəziləri tez-tez gedən şəxs kimi, bəziləri də adi halda yol gedən kimi atəşdən xaricə çıxacaq.(Təfsiri Nurus-Səqəleyn, cild. 3, səh. 353 )
    AYAĞIN XİLQƏTİ VƏ FİZİKİ QURULUŞU
    Beldən aşağı insanın bədəni, bud və baldır və ayaqdan təşkil olunmuşdur. Bel, insanın bütün aşağı qisməti ilə yuxarı qismətini bir-birinə bağlayır. Bel, oturacaq sümüyünün axırı, iki tərəfdə və qarşıdakı sümükdən təşkildir.
    Arxadakı sümüklər qabaq sümüklərlə bir-birinə bağlanır. Bu sümüklər öz aralarında çökəklik yaradır və buna "long" çökəkliyi deyilir. Kəmərbəndə birləşən sümüklər ümumilikdə üç sümükdən ibarətdir: Oturacaq sümüyü, qabaq sümüklər, vərək sümükləri.
    BUD SÜMÜYÜ
    Bu sümük, təklikdə budun bənd sümüyünü təşkil edir. Yuxarı tərəfdən oturacaq sümüyü, aşağı tərəfdən isə baldır sümüyü ilə birləşmişdir. Bilmək lazımdır ki, bud sümüyü ayaq üstə durarkən daxilə tərəf təmayülli olur. Qadınlarda oturacağın geniş olduğuna görə bu sümüyün daxilə tərəf əyilməsi daha çoxdur.
    Bud sümüyü, bədənin uzun sümüklərindən olub, bir tikədən və iki sonluqdan ibarətdir. Bud sümüyünün quruluşu üçbucağa oxşar və üç tərəflidir. Bud sümüyünün yuxarı tərəfinin özü iki qismətdən ibarətdir: Baş və boyun tərəf.
    Bud sümüyünün baş qisməti, saf və kürəvi şəkildədir. Yuxarı, daxil və qarşı tərəf istiqamətindədir. Eni təxminən, 5sm. həddindədir. Bud sümüyünün baş tərəfi möhkəm xətlə oturacaq çökəkliyinə bağlıdır. Bu yolla, qan damarları bud sümüyünə gedir. Yaşlı şəxslərdə əgər bu bağlılıq pozulsa, ola bilsin qan çatışmamazlığı üzündən bud sümüyünün baş tərəfi aradan getsin. Boğaz qisməti nazik sümük olub, bud sümüyünün baş sümüyü özünə birləşdirir.
    Bud sümüyünün aşağı sonluğu geniş şəkildə olub, aşağıdan baldır sümüyü ilə birləşir. Bu oynağa, diz oynağı deyilir. Diz sümüyünün quruluşu geniş olub, daxilində əsəb sistemi və damarlar yerləşir.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 670 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024