İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:34 AM
    DİZ SÜMÜYÜ
    Diz sümüyü, dairəvi şəkildə bədəndə olan ən böyük üçbucağa oxşar sümükdür. Bu sümük dizin qabağa əyilməsinə mane olur və diz oynağına bitişikdir.
    AYAĞIN BALDIR SÜMÜKLƏRİ
    Ayağın baldır sümükləri, iki uzun sümükdən təşkil olunmuşdur. Biri daxili tərəfdə, ikincisi isə xarici tərəfdə yerləşir. Bu iki sümük, yuxarı və aşağı qismətlərdə oynaq vasitəsi ilə bir-birinə birləşmişdir. Ancaq, qalan yerlərdə bir-birindən ayrıdırlar.
    BALDIR SÜMÜYÜNÜN QALINLIĞI
    Baldır sümüyünün qalınlığını bu şəkildə təsəvvür etmək olar ki, iki sonluq tərəfi olan sümükdən ibarətdir. Bu sümüyün qalınlığı o birisinə nisbətən çoxdur. İki çıxıntısı var. Yuxarı tərəfdən bud sümüyünün sonuna bitişik, aşağı tərəfdən isə ayağın oynağına bağlıdır.
    BALDIR SÜMÜYÜNÜN NAZİK QİSMƏTİ
    Bu sümük də nazik və uzundur. Baldır sümüyünün xarici tərəfində yerləşir. Bir quruluşu və iki başı var. Yuxarı baş qisməti, bud sümüyünə birləşmir. Lakin, o biri qalın sümüyün yuxarı tərəfi bud sümüyü ilə birləşir.
    AYAQ SÜMÜKLƏRİ
    Ayağın bənd sümükləri üç qismətdən təşkil olunmuşdur: 1-Ayağın oynaq sümükləri; 2-Ayağın alt sümükləri; 3-Ayağın barmaq sümükləri.
    1. OYNAQ SÜMÜKLƏRİ
    Ayağın oynaq sümükləri yeddi sümükdən ibarətdir. Bunların hamısı iki sırada qərar tutmuşdur. Aşağı qisməti iki qab və oturacaq sümüyüdür. Qabaq qismətində isə beş kiçik sümük var. Burada baldır sümüyünə birləşmiş qab sümüyünün quruluşunu zikr edirik.
    QAB SÜMÜYÜ
    Bu qısa sümük, yuxarıdan baldır sümüyünə, aşağıdan oynaq sümüyünə, qarşı tərəfdən isə ayaq oturacaq sümüyünə birləşmişdir.
    OYNAQ SÜMÜYÜ
    Bu qısa sümük təklikdə ayaq çıxıntısını təşkil edir və qab sümüyünün altında yerləşir.
    2. AYAĞIN ALTININ QÖVSÜ
    Ayağın altının sümükləri tərtiblə düzülməklə ayağın altında əyrilik əmələ gətirmişdir. Yəni, ayağın altı, adi halətdə oturacaqlı deyil, bəlkə də qövsvari olub, ayağın altının orta tərəfi, ayağın arxa və qarşı tərəfindən yuxarıda qərar tutmuşdur. Bu qövslər ayağın eni və uzunu istiqamətindədirlər.
    Onların məcmuəsi, ayaq üstə durarkən sıxıntıya düzümlü olub, yol gedərkən isə fənər şəklinə düşür. Bu qövslərin azalması elə bir halətə səbəb olur ki, ona ayağın taxtı deyilir.
    3. AYAĞIN BARMAQ SÜMÜKLƏRİ
    Ayağın barmaq bəndinin sümükləri əl sümüklərindən bir az qısadır. İki ayaq baş barmağı, ən uzundurlar. Hər barmağın üç bəndi var. Ayaq barmaqlarının sümükləri, əl sümüklərinin əksinə olaraq daxildən xaricə tərəf sayılır. Bu tərtiblə, birincidən beşinciyə qədər ayaq barmağı adlanır. Başqa sözlə desək, ayağın baş barmağını birinci barmaq adlandırırlar.
    AYAĞIN ŞƏRİƏTDƏ DƏYƏRİ
    Ayağın fiziki quruluşunu öyrəndikdən sonra, onun fiqhi dəyəri və şəriətdəki hökmü barədə bəhs edək. İmam Səccad (əleyhissalam) bu böyük nemət barəsində, ayağın işlərinin əxlaqi cəhətlərini xatırlatdı. Amma, insanın hərəkət və yol getməsinə səbəb olan bu üzvün nə qədər dəyəri var?
    "Təkmilətül-minhac" kitabında belə yazılır:
    "İnsanın iki ayağının kəsilməsi, tam bir insanın qanbahası qədərdir. Hər bir ayağın qanbahası isə insanın qanbahasının yarısı qədərdir. Bu işdə heç fərq yoxdur ki, ayaq oynaqdan, baldırdan yaxud, dizdən kəsilmiş olsun.”(Məbani Təkmilətül-Minhac. Cild. 2. səh. 314 )
    Ayaq barmaqlarının hamısının kəsilməsi də insanın tam qan bahası qədərdir. "Müxtəsərün-Nafe" kitabından oxuyuruq:
    "İki ayağın kəsilməsi tam insanın qan bahası qədərdir. Onların hər birinin kəsilməsi isə insanın tam qan bahasının yarısına bərabərdir. İki ayağın həddi, ayağın baldırdan ayrılması yeridir. Ayağın barmaqlarının da hökmü, əlin barmaqlarının hökmündədir. (Necə ki, sonrakı bəhsdə gələcək.)
    ƏLİN HAQQI
    وَأَمَّا حَقُّ يَدِكَفَأَنْ لا تَبْسُطَهَا إلَىمَا لا يَحِلُّ لَكَفَتَنَالَ بمَا تَبْسُطُهَا إلَيْهِمِنَ اللهِ الْعُقُوبَةَ فِي الآجِلِ، وَمِنَ النَّاسِ بلِسَانِ اللائِمَةِفِي الْعَاجِلِ، وَلا تَقْبضَهَامِمَّا افْتَرَضَ اللهُ عَلَيْهَاوَلَكِنْ تُوقّرَِهَابقَبْضِهَا عَنْكَثِيرٍ مِمَّا يَحِلُّ لَهَا وبَسْطِهَا إلَى كَثِيرٍ مِمَّا لَيسَ عَلَيْهَا، فَإذَا هِيَ قَدْ عُقِلَتْوَشُرِّفَتْ فِي الْعَاجِلِ وَجَبَ لَهَاحُسْنُ الثَّوَاب فِي الآجِلِ.
    "Amma, əlinin sənin boynundakı haqqı budur ki, sənə halal olmayan şeyə əlini uzatma. Çünki, gələcəkdə Allah-taalanın əzabından və əhalinin məzəmmətgər dilindən amanda qalmazsan. Gözlə ki, sənə vacib olan işlərədə əlinin qarşısını alma. Ona elə ehtiram et ki, haram olunmuşlardan saxla! Çünki, əgər əl, bu dünyada haramdan çəkinsə və ya məntiq, əql və şərafətlə iş görsə, Axirətdə qiymətli mükafat və savaba nail olacaq!”
    "Yəd" sözü ərəbcə, "əl" mənasında, cəm şəkli isə Quranda "əydi" gəlmişdir. "Fəth" surəsinin 20-ci ayəsində gəlib:
    "Allah, insanların sizə qarşı uzanmış əllərini kəsdi!" Lakin, "yəd" sözü Quranda bir neçə mənada işlənib:
    1. Qüdrət, səltənət və mülk mənasında. "Ali İmran" surəsinin 26-cı ayəsində oxuyuruq:
    "Xeyir yalnız, Sənin səltənət və qüdrətindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!”
    Quranda "yəd məğlulə" (bağlanmış əl), bir şeyin qarşısının alınmasına və simicliyinə deyilir. Necə ki, "yəd məbsutə" (açıq əl) onun əks mənasındadır. "Maidə"surəsinin 64-cü ayəsində oxuyuruq:"Yəhudilər dedilər: Allahın əlləri bağlıdır. Bu dedikləri sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər. Xeyr! Allahın əlləri açıqdır. İstədiyi kimi lütf və ehsan edər!”
    2. Qüvvə mənasında. "Sad" surəsinin 45-ci ayəsində oxuyuruq: "Bəsirət və qüvvə sahibi olan bəndələrimizi İbrahimi, İshaqı və Yəqubu da yad et!”
    ƏL, FƏSADIN SƏRÇEŞMƏSİ OLA BİLƏR
    Allahın insana verdiyi iki əl, böyük nemətlərdən hesab olunub, insanın tam qanbahası qədər varsa da, bir çox günahlar və bədbəxtçiliklər həmin əldən sərçeşmə alır. Quran onlardan bəzilərinə işarə edir. "Rum" surəsində buyurur:
    "İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr ki, Allah (bununla) onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə, onlar (haqqa tərəf) qayıtsınlar!”(Rum surəsi, ayə:41 )
    Şübhəsiz, hər bir xilaf iş cəmiyyətdə, daha sonra isə hər bir şəxsdə təsir qoyur. Bunlar da ictimai fəsadın yaranmasına səbəb olur. Təsir və əks-təsir öz işini yerinə yetirir. Bir çox bədbəxtliklər insanın əli ilə icra olunur. "Şura"surəsində buyurur:
    "Sizə üz verən hər bir müsibət, öz əllərinizlə qazandığınız günahların ucbatındandır. Bir çoxlarını da bağışlayır.”(Şura surəsi, ayə:30 )
    Bu ayə, yaxşıca nişan verir ki, insanın başına gələn hər bir müsibət bir növ İlahi cəzadır. Ona görə də, Allah-taala "Bəqərə" surəsində buyurur:
    "Allah yolunda xərcləyin. (İnfaqı tərk etməklə) öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.”(Bəqərə surəsi, ayə:195 )
    Bu ayədən istifadə olunur ki, bir çox təhlükələr və həlakətlər insanın öz əli ilə baş verir. Ona görə də Quran xəbərdarlıq edir və ondan çəkindirir.
    İnsan bəzən öz əlləri ilə tikdiyi evi həmin əlləri ilə viran edir. "Həşr" surəsində oxuyuruq:
    "Allahın əzabı onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar öz evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə uçurdub dağıdırdılar.”(Həşr surəsi, ayə:2 )
    Bu ayə, yəhudilərə aiddir. Bəziləri deyirlər: Onlar qalaların daxilindən divarları uçurub qaçırdılar. Mümkündür, bu mənada olsun ki, nadanlıq və inadkarlıqlarına görə öz həyatlarını bada verdilər.
    Hər halda Allah-taala buyurur: Bəzi insanlar öz səadətlərini öz əlləri ilə aradan aparırlar.
    QƏTL, ƏLİN GÜNAHIDIR
    Həzrəti Adəm (əleyhissalam)-ın əhvalatında, ən dərdli hadisə qətl və öldürmək mövzusudur. O vaxt ki, birinin qurbanlığı qəbul olub, digərininki rədd oldu, qardaş qardaşı ölümlə hədələyir. Qardaş onun cavabında deyir: Əgər sən öz hədəfinə əməl etsən də, mən sənin kimi etməyəcəyəm. Quranda buyurur:
    "Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Pərvərdigarı olan Allahdan qorxuram.”(Maidə surəsi, ayə:28 )
    Bu ayədə, əl məsələsindən bəhs olunur. Qardaş başqa qardaşa deyir: Əgər sən əlini günaha batırsan, mən əlimi günaha batırmayacağam. Quranda bəzi günahların ələ nisbət verilməsinə işarə etdik. İndi də qısa şəkildə hədislərdə əlin vəzifəsinə işarə edək.
    "Kafi" kitabında, "İman insanın əzalarına bölünüb" ünvanı ilə bəhs var. Burada İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədislərdən birində oxuyuruq:
    "Allah-taala, ələ vacib etmişdir ki, ona haram olanlara əl uzatmasın. Allahın əmr etdiyini yerinə yetirsin. O iki ələ: Sədəqəni, sileyi-rəhimi, Allah yolunda cihadı və namaz üçün təharəti vacib etmişdir. Sonra bu ayəni zikr edir: "Ey iman gətirənlər! Namaza başlayarkən əvvəl üz və əllərinizi dirsəyinizə qədər yuyun, baş və ayaqlarınıza məsh edin!”
    Qurani-Kərim müxtəlif yerlərdə əldən çoxlu ifadələrlə ad aparmış, mühüm mövzuları ələ nisbət vermişdir. Qısa şəkildə onlardan bəzilərinə işarə edək:
    ƏL İLƏ BEYƏT ETMƏK!
    Quran buyurur: "Ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. Allah onların ürəyində olanı (sədaqət və imanı) bildi. Ona görə də Öz dərgahından onlara xatircəmlik, rahatlıq göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı.”(Fəth surəsi, ayə:18 )
    "Beyət" sözü ərəbcə, "bey" kökündən olub, müamilə (alver) zamanı iki tərəfin bir-birinə əl verməsinə deyilir. Sonradan isə ümumi məna alıb, bütün əhd-peyman zamanı əl verməyə aid olur. O da belə olur ki, hər vaxt başqasına qarşı vəfadarlığını elan etmək istəsə, onu rəsmi tanıyıb əmrinə itaət etsə, onunla beyət edər. Bu kəlmənin "mütləq" mənası belə ola bilər ki, əhd zamanında müamilədə olduğu kimi iki tərəf bir-birinin müqabilində qərar tuturlar. Bəzən beyət edən, itaət yolunda mal-dövlət və övladlarına qədər verməyə hazır olur. Beyət qəbul edən də onun himayət və müdafiəsini öz öhdəsinə alır. İbn Xəldun özünün "Tarix müqəddiməsi" kitabında yazır:"Əmirlə beyət edərkən, təkid üçün əl-ələ verirdilər. Bu da alıcı satıcının işinə oxşayır.”("İbni Xəldunun müqəddiməsi”, səh. 209 )
    "Fəth" surəsində oxuyuruq: Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə buyurur:
    "Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar.”(Fəth surəsi -10 )
    Kişilərin İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ilə beyəti əllə olurdu. Lakin, qadınlarla beyət, su qabı vasitəsi ilə olurdu.
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və İmamlar (əleyhimussalam) barəsində olan belə beyətlər, əhalinin onlarla vəfadarlıqlarına təkidi üçün idi. Ona görə də onun sındırılması böyük günahlardan sayılır. İmam Musəbni Cəfər (əleyhissalam) buyurur:
    "Üç günah var ki, insanı həlak edir: Beyəti sındırmaq, sünnəti tərk etmək və əhalidən ayrılmaq.”(Təfsiri nümunə, cild. 22, səh. 70 )
    Biz beyət barəsində kamil bəhs etmək fikrində deyilik. Bəhsə uyğun olaraq, əlin mühüm işlərindən biri də beyət mövzusudur.
    CİZYƏNİN(Cizyə, müsəlman ölkəsində qeyri-müsəlmanlardan alınan vergidir. )ƏLLƏ VERİLMƏSİ
    Qurani-Kərimdə "əl" mövzusunda olan bəhslərdən biri də "cizyə”nin əllə verilməsidir. "Tövbə" surəsində belə oxuyuruq:
    "Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərin haram buyurduqlarını haram bilməyən və haqq dini (İslamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb, öz əlləri ilə cizyə verincəyə qədər vuruşun!”(Tövbə surəsi, ayə:29 )
    "Cizyə" sözü ərəbcə, "cəza" sözündən olub, qeyri-müsəlmanların İslam hökumətində pənah tutduqlarına görə verdikləri maliyyatdır. Bu ad ona görədir ki, onu, "canları və mallarının qorunması" müqabilində verdikləri "cəza”dır.(Müfrədat (cizyə) )
    "Sağir"sözü ərəbcə, "səğr" sözündən olub, kiçiklik və xar olmağa razı olana deyilir. Ayədə məqsəd budur ki, cizyə vermək, İslam dini və Quran müqabilində təvazökarlıq ünvanı ilə olmalıdır.
    Cizyə, bir növ İslam dövlətinin aldığı maliyyatdır ki, torpaq və əraziyə yox, yalnız, şəxsin özünə aiddir. Başqa sözlə desək, "illik maliyyat”dır.
    Bəziləri mötəqiddirlər ki, bu sözün kökü qeyri-ərəbidir. Qədim fars kəlməsi olan "kiryət" sözündən olub, nizami qoşunların möhkəmlənməsi üçün yığılan vergiyə deyilir. Lakin, çoxları mötəqiddirlər ki, bu söz xalis ərəbcədəndir.
    İslam hökuməti dövründə müsəlmanlarla kitab əhli arasında cizyə almaqdan ötrü əhdnamələr bağlanmışdır. Nümunə üçün onlardan birinə, Xalid ibni Vəlidlə xaçpərəstlər arasında bağlanmış əhdnaməyə işarə edək:
    "Bu, Xalid ibni Vəlidlə, Səluba (xaçpərəstlərin başçısı) və cəmiyyəti arasında olan peymandır.
    Mən sizinlə cizyə və müdafiə üçün əhd bağlayıram. Onun müqabilində siz bizim himayətimizdə qərar tutursunuz. Nə qədər ki, sizdən himayət edirik, bu cizyəni almağa haqqımız var.
    Bu əhdnamə hicrətin 12-ci ilində, səfər ayında yazıldı!”
    Cizyəni əllə vermək lazımdır. Bu da əlin əhəmiyyətini bəyan edir.
    ƏLİN FİZİKİ QURULUŞU
    Əlin sümük quruluşu üç qismətdən təşkil olunmuşdur. Onlar: Əlin biləyi, əlin içi və əlin barmaqlarıdır.
    Bu sümüklər məcmuən səkkiz xırda sümükdən ibarət olub, iki sırada qərar tutmuşdur. Yuxarı sıradakı sümüklər aşağıdakı sümüklərə kömək edir. Onlardan üçü bilək-oynaq sümüyünü təşkil edirlər. Aşağı qismətdə olan sümüklər əlin iç sümükləri ilə biləkdə birləşir.
    ƏLİN İÇ SÜMÜKLƏRİ
    Əlin iç sümükləri beş sayda olub, daxildən xaricə tərəf tərtiblə sayılır (birinci, ikinci). Yuxrıda bilək sümüklərinin aşağı sümüklərə, aşağıdan isə birinci barmaq sümüyünə birləşir.
    ƏLİN BARMAQ SÜMÜKLƏRİ
    Əlin baş barmağından başqa, bütün barmaqlarının üç bəndi var. Hər bir barmağın bəndi başqa bir tərəfə bitişikdir. Hər bir barmaqda əlin içinin sümüyü ilə birləşən birinci bəndə, birinci barmaq bəndi deyilir. Yerdə qalan tərtiblə, birinci, ikinci və üçüncü bəndlər sayılır. Bu sümüklərin bir bədənəsi və iki tərəfi vardır. Birinci bənd sümüyü, tamamilə ikinci bənd sümüyünə oxşardır. Təkcə hər barmağın üçüncü bənd sümüyü və baş barmağın ikinci bənd sümüyü bir az enlidir.
    Bütün bunlardan əlavə, əlin içində başqa xırda sümüklər də ola bilər ki, onlara "küncüd" sümüklər deyilir.(İnsanın bədənini tanıma, səh. 71-72 )
    ƏLİN ŞƏRİƏTDƏ DƏYƏRİ
    İslam dinində, insanın iki əlinin qanbahası, insanın tam qanbahası qədərdir. Hər bir əldən ötrü insanın qanbahasının yarısı qədərdir. "Məbani-təkmilətil-minhac" kitabında oxuyuruq:(Məbani Təkmilətül Minhac. Cild. 2. Səh. 299 )
    "İki əlin kəsilməsində tam qanbahası var. Hər birisində isə tam qan bahasının yarısı qədərdir. Bu məsələdə fəqihlər (alimlər) arasında ixtilafi nəzər yoxdur. Bəlkə də, hər ikisində "icma" nəql olunur. Bundan əlavə, müsəlmanlar arasında bu hökmün əksinə heç bir hökm yoxdur.”
    Bu mövzuda çoxlu rəvayətlər nəql olunur. Onlardan, Hişam ibni Salim, İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:
    "İnsanda hər nə qədər cüt əza varsa, qanbahası tam qan bahasıdır. Onların hər birində isə tam qan bahasının yarısı qədərdir.”(Vəsailuş-Şiə, cild. 19, səh. 217 )
    Ayətullah Xomeyni (r. ə) buyurur: "İki əl kəsilərsə, tam qanbahası verilməlidir, hər birisində isə yarı qanbahası. Sağ və sol arasında heç bir fərq yoxdur. Hər kim xilqətində bir əli olsa və ya əlinin birini əvvəlcədən əldən vermişsə, yerdə qalan əli kəsilsə yarı qanbahası verilir.”(Təhrirul-Vəsilə, cild. 2, səh. 578 )
    Yenə də əlin qanbahasının ikinci məsəlisində buyurur:"Bu qədər dəyəri olan əlin həddi hara qədərdir? Buyurur: Həddi, əlin içi ilə dirsək arasındadır. Beləliklə, əgər birinin əli dirsəkdən kəsilsə, onda barmaq olsa da, yarı qan bahası qədərdir. Belə olan tərzdə hər bir barmaqdan ötrü ayrı qan bahası yoxdur. Əgər təkcə barmaqlar kəsilsə, 500 dinar ölçüsündə, yəni, tam qanbahasının yarısı qədərdir."
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 511 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024