İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:34 AM
    ƏLİN DƏYƏRİ ONUN ƏMİN OLMASI İLƏDİR.
    Qeyd etdik ki, insanın iki əlinin tam qanbahası qədər dəyəri vardır. Hər bir əldən ötrü isə yarı qan bahası, yəni, 500 misqal qızıl sikkə qədər.
    Günlərin birində, Əbül Əla Müərri, məşhur İslam alimi Seyyid Murtazanın yanına gəlir və oğurluqda əlin kəsilməsi qanununa irad tutur. Öz iradını belə bir məzmunda şerlə ifadə edir: "Qiymətdə 500 misqal dəyəri olan əli, dinarın 1/2-i qədər oğurluğa görə kəsməyin nə mənası?”
    Əbül Əla müsəlman olmadığına görə bu qanunu qəbul etmir və ona irad tutur. Dahi alim Seyyid Murtaza onun cavabını bu məzmunda bir şerlə verir:
    "Ələ bu izzəti, onun əmanətdar olması verir. Zillət və xəyatən isə bu dəyəri aşağa salır. Ey Əbul Əla! Allahın hikməti budur. Məsələni yaxşı anla və Allahın qanununa etiraz etmə! "
    Başqa mənbədə yazırlar ki, Seyyid Murtəza belə cavab verir:
    "Qanı və malı qorumaq ələ dəyər verir. Qana və mala təcavüz isə onun qiymətini aşağı salır. Belə olan halda, Rəbbinin hikmətinə bax! "
    Tarixdə məşhur budur ki, həmin məclisdə başqası belə cavab verir: "O yerdə ki, əl məzlumdur və insanların hüquqlarına təcavüz etmir, dəyəri var, lakin, zülm rəva bilib oğurluq etsə, Allah dərgahında dəyəri yoxdur! "
    Bütün bunlar əlin yalnız, xəyanət etməyib əmin olan halda dəyəri olmasına dəlalət edir.(Rovzatul Cənnat. C.1. səh. 271)
    QARNINHAQQI
    وَأَمَّا حَقُّ بَطْنِكَفَأَنْ لا تَجْعَلَهُ وِعَاءًلِقَلِيلٍ مِنَ الْحَرَامِوَلا لِكَثِيرٍ،وَأَنْ تَقْتَصِدَ لَهُفِي الْحَلالِوَلا تُخرِجَهُمِنْ حَدِّ التَّقْوِيَةِإلَى حَدِّ التَّهْوِينِ وَذَهَاب الْمُرُوَّةِ،وَضَبْطُهُإذَا هَمَّ بالْجُوعِ والظمأفَإنَّ الشَّبْعَ الْمُنْتَهِي بصَاحِبهِ إلَى التُّخمِمَكْسَلَةٌ وَمَثْبَطَةٌوَمَقْطَعَةٌ عَنْ كُلِّ برِّوَكَرَمٍ. وَإنَّ الري الْمُنْتَهِي بصَاحِبهِ إلَى السُّكْرِمَسْخَفَةٌ وَمَجْهَلَةٌوَمَذْهَبَةٌ لِلْمُرُوَّةِ.
    "Qarnın haqqı odur ki, onu az və ya çox da olsa, harama qab etməyəsən. Halaldan da müəyyən ölçüdə verəsən. Hər vaxt aclıq və susuzluğa giriftar olsa, onu sakitləşdir. Çünki, hədsiz yemək qarnı üsyana qaldırır.Tənbəllik gətirib, geridə qalmaq və hər cür xeyir və ehsan etməkdən dala saxlayır.Öz sahibini məst edən içki, insanı yüngüllük, nadanlıq və mürüvvətsizliyə çəkir! "
    İmam Səccad (əleyhissalam), insanın qarnını qaba bənzədir və sifariş edir ki, onu doldurmaqda mötədil olmalısan. Qarının yeməyi haram yox, halaldan olmalıdır. Bu qabı qüvvətləndirməklə yanaşı, yeməkdə ifrat-təfritə yol verilməməlidir.
    İNSANIN YEMƏYƏ EHTİYACI VAR
    Bəşərin bütün fərdlərinin yeməyə ehtiyacı vardır. Əgər yeməkdən kəsilsələr, həyatlarını davam etdirə bilməzlər. İnsanlardan bəziləri elə zənn edirlər ki, İlahi peyğəmbərlərin yeməyə ehtiyacları yoxdur. Quran bu əqidənin rədd olunmasında buyurur:
    "Biz, peyğəmbərləri yeməz-içməz bir bədən yaratmadıq. Onlar dünyada əbədi də deyillər.”(Ənbiya surəsi-8 )
    Bəzi yerdə Quran, peyğəmbərləri inkar edənlərin dilindən belə nəql edir:"Müşriklər dedilər: Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır?”(Furqan surəsi-7 )
    Quran, insanları öz yeməklərinə diqqət etmələrinə dəvət edir, buyurur:"İnsan hələ bir yeməyinə baxsın! Həqiqətən, Biz yağışı bol yağdırdıq. Sonra yeri yaratdıq. Belə ki, orada dən göyərtdik.”
    İnsana ən yaxın əşya yemək olub, azacıq dəyişikliklə onun vücudundan sayılır. Əgər ona çatmazsa, tezliklə aradan gedir. Ona görə də, Quran, bütün mövcudatlar arasından qida maddələrinə, özü də bitki və ağaclar vasitəsi ilə insana aid olan maddələrə işarə edir.
    İndi də görək Quranda "yeməyə baxmağın" mənası nədir? Aydındır ki, baxmaq dedikdə zahiri baxış deyil, əksinə, bu yeməklərin maddələrinə, quruluşuna, həyatbəxş hissələrinin insanın vücuduna olan möcüzəli təsirlərinə diqqət və təfəkkürlə baxmaq nəzərdə tutulur. Həmçinin, onu yaradan barəsində fikirləşmək.
    Bəziləri deyirlər: Məqsəd, həmin zahiri baxışdır. Nəticədə, insanda, dad bilmə vəzilərinin təhərrükünə və o da yeməyin yaxşı həzm olunmasına səbəb olur. Lakin, belə təfsir çox uzaq mənadır. Çünki, sonrakı ayələrə əsasən, ayə belə məsələləri bəyan etmək məqsədində deyil. Bəziləri isə deyirlər: Süfrə başında yeməyə diqqət olunsun ki, halal yolla yoxsa, haram yolla ələ gəlib? Yəni, əxlaqi və şəri mövzuya işarə olunur.
    Məsum İmamlar (əleyhimussalam)-dan nəql olunan rəvayətlərdə qeyd olunur ki, ayədə yeməkdən məqsəd, ruh və elm qidasıdır. Yeməyinə baxsın, yəni, elmini hansı yolla ələ gətirir? İmam Baqir (əleyhissalam) ayənin təfsirində buyurur:
    "Aldığı elm və biliyə baxıb görsün, kimdən və hansı yolla alır?" İmam Sadiq (əleyhissalam) da həmin mənanı təsdiqləyir.
    Sonrakı ayələrin ümumi mənasından istifadə olunur ki, yeməkdən məqsəd, zahiri yemək və cisimdir. Çünki, yağış, dənin yarılması, yeməyin vücuda gəlməsi məsələsi araşdırılır. İnsan yeməyinə diqqət etməli və onun sərçeşməsini, yağış bilməklə, özünün ruhani yeməyinə də diqqət etməlidir. Bu qida, vəhy yağışı vasitəsi ilə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in pak "qəlb ölkə"sinə nazil olmuş və oradan da Məsum İmamlar (əleyhimussalam)-ın sinələrində "anbar" olmuşdur. Onlar aşıb-daşan çeşmələr kimi qəlblərdə gəzir və ləzzətbəxş təqva və iman meyvələri yetişdirir.(Təfsiri nümunə, cild. 26, səh. 146)
    QİDA MADDƏLƏRİNİ SİZ YARATMISINIZ YOXSA ALLAH?
    Qurani-Kərimdə qida maddələri və pak içməli şeylərə çox əhəmiyyət verilmişdir. Quran buyurur:
    "Bəs əkdiyiniz toxuma nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?! Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalasınız!”(Vaqiə surəsi, ayə:63-65 )
    Hədislərin birində, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur:
    "Sizlərdən heç biriniz heç vaxt deməyin ki, mən bitirdim, bəlkə deyin ki: Mən əkdim. Çünki, əsldə bitirən Allahdır!”
    Bu ayələrdə, insanın diqqəti Allaha yönəlir. Bütün insanların xaliqi və ruzi verənidir. Əgər istəsə, onların ruzisini verməz, yaxud, məhv edər.Quran buyurur:
    "Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz? Əgər istəsəydik onu acı bir su edərdik. Elə isə niyə şükür etmirsiniz?"(Vaqiə surəsi-68-70 )
    Bu ayələrdə Allah, insanların vicdanını hökm etməyə çağırır və ya vicdanlarını oyadır ki, yemək və içməli şeylər barəsində fikirləşib, Allahın əzəmətinə iman gətirsinlər..
    QİDANIN İNSANIN RUHUNA TƏSİRİ
    Yeməklərin, insanın təkcə bədəninə yaxşı və pis təsiri yoxdur, bəlkə də mənəvi və əxlaqi baxımdan da ruhuna yaxşı və pis təsir edir. Bunu bütün dünya alimləri qəbul edirlər. Dünyanın ən çox inkişaf etmiş analiz texnikaları, qida maddələrinin təbii ünsürlər və kimyəvi cəhətdən tərkibinin miqdarını təyin edə bilərlər. Lakin, qidanın insana mənəvi cəhətdən təsirinin həmişə ölçülməyə qabiliyyəti yoxdur. Ən azı bu günə qədər belə bir texnika tapılmayıb.
    Həzrəti İmam Sadiq (əleyhissalam) bu barədə buyurur: "Allah-taala, hər bir yemək və içməli şeyi yalnız, onların mənfəət və məsləhətinə görə halal etmişdir. Həmçinin, hər bir haram olan yemək və içmək yalnız onlarda fəsad və zərər olduğuna görədir.”(Müstədrəkül-Vəsail. C.3. səh.71 )
    İslamda övliyalar, həmişə cismlərin zərərlərinə, yemək və içməli şeylərin ruha təsirinə diqqət yetirmişlər. Bəzi vaxtlar cisimlərin fəsad cəhətlərini, mənəvi zərərlərini və ruha mənfi təsirlərini zikr etmişdir.
    QAN İÇMƏK VƏ QƏSAVƏT!
    İmam Sadiq (əleyhissalam) qanı içməyin bədənə olan zərərlərini zikr etdikdən sonra haram olma səbəbi barəsində buyurur:
    "Qan içmək insanı pis xasiyyətli və qəlbi qəsavətli edir. Mehribançılığı o qədər azaldır ki, öz övladını öldürmək, yaxud əlini atasının qanına batırmaq kimi xətərli işlər görə bilər.”(Müstədrəkül-Vəsail, cild. 3, səh. 71 )
    ŞƏRABIN TƏSİRLƏRİ!
    İmam Sadiq (əleyhissalam) şərabın haram olması səbəbi barəsində buyurur:
    "Həmişə şərab içməyə adət edən şəxs bütpərəst kimidir. Şərab insanı fələc edir. Şəxsin əxlaqi və kişilik xarakterini aradan aparıb məhv edir. Qanaxmaya səbəb olub, sonsuzluq gətirir.”(Müstədrəkül-Vəsail, cild. 3, səh. 71 )
    Şərab insanı elə cəsurlaşdırır və ağlını əlindən alır ki, qan tökməkdən qorxusu olmaz. Şərabla qan içməyin zərərlərini ölçmək olar, lakin, qəlbin daşlaşmasını heç bir labaratoriyada ölçmək mümkün deyil.
    ŞƏRABIN ZEHNƏ, ƏSƏBLƏRƏ VƏ BƏDƏNİN BAŞQA ÜZVLƏRİNƏ TƏSİRİ
    1. Şərabın təsirindən zehnin hüceyrələri işdən düşür. Çox vaxt şərabın təsirindən zehnin nazik qan damarları deşilir və ya zehndə qan laxtalanması baş verməklə, qanın cərəyanının qarşısını alır. Bu da naqis, yaxud kamil şəkildə infarkta səbəb olur. Bəzən qanın təyziqinin artmasına səbəb olub, nəticədə fələc doğulmağa, yaxud bədən üzvlərinin naqisliyinə səbəb olur.
    2. Şərab müxtəlif xəstəliklərə səbəb olur. O cümlədən, iflic, əl və ayaqlarda taqətsizlik, insanın bədən əzalarını kontrol edə bilməməsi, zahiri və batini hisslərin zəifləməsi, nəticədə yuxusuzluq xəstəliyinə tutulmasına səbəb olur.
    3. Şərab, dilin üzünü və dadma hissini zay edir. Ağzın dadını azaldıb, ağız suyunun nəzmini pozur, həmçinin, mədə tellərini dəbərdib, şirəsini azaldır. Həzm sistemlərini bağlamaqla (pipsin xistəliyinə), çox vaxt qanlı qusmaya səbəb olur. Müxtəlif mədə xəstəlikləri, bağırsaq və onun genişlənməsinə, bağırsaq keişləniməsi və həzm sistemlərinin üfunəti, nəhayət, çətin sağalan qarın ağrısı xəstəliklərinə səbəb olur.
    4. Şərab, cigəri qüvvədən salıb vərəmləşdirir. Ağ ciyəri zəiflədir, onda ağrılar yaradır və qarın boşluğunda narahatçılıqlar əmələ gətirir. Çox vaxt böyrəkdə və ya gözdə sarılıq adlı xəstəlik yaradır.
    5. Şərabın ən mühüm təsiri, tənəffüs sistemində sel və təngənəfəslik yaratmasıdır. Çünki, şərab qanla birlikdə bağırsaqlara daxil olub onu vərəmləşdirir. Bu hərəkət bədənin kalsiumunu aradan aparır və bağırsağın əməlini saxlayıb, nəticədə sel xəstəliyinə səbəb olur.(Böyük günahlar, cild. 1, səh. 235 )
    ŞƏRAB DƏLİLİYİN AMİLİ!
    Şərab içkiləri divanəlik və dəliliyin ilk amillərindəndir. Xəstəxanalardan götürülmüş statistka nişan verir ki, əksər divanələr uzun illər şərab içməklə ömürlərini keçirmişlər. "İctimai bəlalar" kitabında jurnallardan birinə əsasən yazır:
    "Həkimlərin araşdırmalarına görə Fransada 200000 (iki yüz min) divanə var. İngiltərədə dəqiqləşib ki, divanələrin 90%-i şərab içkiləri nəticəsində bu hala düşmüşlər.
    ŞƏRABIN NƏSLƏ TƏSİRİ!
    Yuxarıda adı çəkilmiş kitabda yazılır: "Şərab nütfə hüceyrələrində pis təsir qoyur. Belə ki, alman həkimlərindən biri sübuta yetirmişdir ki, əgər üç nəsl şərab içən olmasa da, şərabın təsiri üç nəsl davam edir."
    İslam bütün bu bildiyimiz və bilmədiyimiz zərərlərə görə spirtli içkiləri haram buyurmuşdur. İmam Səccad (əleyhissalam) buyurur: "Qarnını və mədəni İslam dininin haram buyurduqlarından qoru!”
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Hər kim şərab içənlə bir süfrə başında otursa, Allahın rəhmətindən uzaqdır.”(Səfinətul-Bihar, cild. 1, səh. 428 )
    Məşhur İslam alimi, ayətullah Dəstğeyb, Seyyid Əbül Əla Mədudinin "Tənqih" kitabından nəql edir: Amerika hökuməti şəraba qarşı mübarizədə bütün vasitələrdən, o cümlədən jurnal, qəzet, təbliğ, filmlər və konfranslardan istifadə edib bu yolda, səkkiz milyon dollardan çox pul sərf edir. On milyon sayda səhifədən ibarət kitab və jurnal çap etdirir. On dörd il ərzində təxminən 250 milyon dollar, şərabın qadağan olunmasına sərf edib, təxminən, 335 nəfəri zindana salmış, 16 milyon lirə şərabxorlardan cərimə almış, 455 milyon lirə həddində onlardan əmlak müsadirə etmişdir. Ancaq, bütün bu mübarizələr şəraba olan eşq və əlaqəni heç də azaltmamışdır. Belə ki, 1932-ci ildə şərabın qadağan olunması qanununu ləğv olmuş, onu içməyi bütünlüklə azad etmişlər. Amma müqəddəs İslam dini, şərabın cahiliyyət dövründə su kimi içilməsinə baxmayaraq, az bir müddətdə onu haram bilmiş, İslam cəmiyyətini onun zərər və ziyanlarından hifz etmişdir.
    Şərabın cismə olan təsirləri alimlərə gizlin deyil, lakin, kişilik xarakteri, əxlaqsızlıq xüsusiyyətlərinə vurduğu təsirləri labaratoriyalarda ələ gətirmək olmaz.
    Bəzi şəxslər öz qida sağlamlıqlarına və təmizliyinə o qədər diqqətlidirlər ki, azacıq da olsa ehtimal versə ki, yeməkdə zərər var, onu yeməkdən çəkinərlər. Lakin, öz ruhlarının sağlamlığına o qədər etinasızdırlar ki, hər bir çirkin sözü eşitməyə qadirdirlər. Əmirəl-möminin Əli (əleyhissalam) bu barədə buyurur:
    "Təəccübdəyəm o şeydən ki, insanları qaranlıqda süfrə başında oturanda, nə yediklərini görməkdən örtü çıraq yandırdıqlarını görürəm. Amma, öz ruh və canlarına diqqət etmirlər. Nadanlıq və cahiliyyəti aradan aparıb, ağıl çırağını elm nuru ilə yandırmırlar, beləliklə də, etiqadlarında və əqidələrində sağlam olsunlar.”(Səfinətul Bihar. C.1. səh. 84 )
    İmam Həsən Müctəba (əleyhissalam) bu barədə buyurur:
    "Yeməklərində fikirləşib, ruh qidası barəsində fikirləşməyən kəsdən təəccüb edirəm. Halbuki, qarnından ona bir fayda gəlmir. Ruhu və fikri qorumaq isə onu pis işlərdən qoruyur.(Səfinətul Bihar. C.1. səh. 84 )”
    İslam dininin geniş və ali təlimlərindən biri insanın yeyib-içdiyi şeylərə aid olub, insanlara düzgün qidalanma yolunu göstərməkdir. Faydalı və faydasız ətlər, qidalanmada miqdarını gözləmək, yağları, meyvələri və şirinşeylərdən istifadə etmək və göy-göyərti barəsində çoxlu rəvayətlər nəql olunmuşdur.Günlərin birində, günorta yemək vaxtı Suveyd ibni Ğəflə, Əli (əleyhissalam)-ın yanına gəlir. Nəql edir ki: "Həzrət süfrə başında oturmuşdu. Əlində elə quru çörək vardı ki, arasında arpa dənələri gözə dəyirdi. Xidmətçilərin yanına gedib dedim: Nəyə görə Ağanın halına riayət etmirsiniz? Nəyə görə ona içində bu qədər arpa görünən, yaxşı üyüdülməmiş undan çörək verirsiniz?
    Fizzə dedi: Bu, Ağanın öz göstərişidir. Sonra İmam (əleyhissalam)-ın yanına gedib onunla maraqlanır. Həzrət buyurur: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən öyrənmişəm.”(Müstədrəkül-vəsail, cild. 3, səh. 103 )
    İmam Sadiq (əleyhissalam) buyurur: "Həzrəti Süleymanın yediyi çörəyin unu, üyüdülməmiş arpadan idi.”(Müstədrəkül-vəsail, cild. 3, səh. 103 )
    Əhməd ibni Harun, İmam Rza (əleyhissalam)-ın hüzuruna gəlir. Həzrət göstəriş verir ki, yemək gətirsinlər. Süfrə salırlar və yemək gətirilir. Lakin, süfrə başında təzə göyərti olmur. Həzrət yemək yeməyib xadimə buyurur: Məgər bilmirsən ki, süfrədə təzə göyərti olmasa, yemək yemirəm? Xadim göyərti hazırlayıb gətirir. Həzrət yeməyi meyl edir.(Kudək, cild. 2, səh. 251 )
    MƏDƏNİN SAĞLAMLIĞI HAQQINDA ƏN MÜHÜM GÖSTƏRİŞ!
    Allah-taala Qurani-Kərimdə buyurur: "Yeyin, için, lakin israf etməyin, çünki, Allah israf edənləri sevməz!”(Əraf surəsi, ayə:31 )
    Bu gün tibb elmində isbat olunmuşdur ki, sağlamlığın ən mühüm göstərişi budur. Çünki, alimlər öz təhqiqlərində belə bir nəticəyə gəlmişlər ki, bir çox xəstəliklərin sərçeşməsi, qidanın həzm olunmamış şəkildə bədəndə qalmasının səbəbindəndir. Bunlar qəlbdən ötrü ağır yük hesab olunur və bir çox xəstəlik və üfunətlərin səbəbidir. Beləliklə, mədənin sağlamlığının ilk addımı artıq zir-zibilləri yandırmaqdır. Belə zərərverici maddələrin əsası isə yemək-içməkdə israf və çox yeməklikdir. Bütün bunları, yeməkdə ifrat-təfriti gözləməklə aradan aparmaq olar.
    XAÇPƏRƏST HƏKİMİN HARUN BARƏSİNDƏ NƏZƏRİ
    Dahi Quran təfsirçisi Şeyx Təbərsi özünün "Məcməul-bəyan" təfsir kitabında belə nəql edir ki, Harun Ər-Rəşidin tibb sahəsində tanınmış bir həkimi varmış. Günlərin birində, bu həkim İslam alimlərindən birinə dedi: Sizin səmavi kitabınızda tibbdən bir şey görmürəm. Halbuki, ən faydalı elm, din və bədən elmləridir?!
    Müsəlman cavabında dedi: Allah-taala bütün tibb göstərişlərini bir ayənin yarısında buyurub: "Yeyin, için, lakin israf etməyin!”
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) tibb haqqında göstərişini belə buyurub:
    "Bütün xəstəliklərin evi mədədir. Pərhiz etmək, bütün xəstəliklərin dərmanıdır. Bədəninə nə adət vermisənsə, ondan qaçma!”
    Xaçpərəst həkim dedi: Sizin kitabınız və Peyğəmbəriniz tibb elmində Calinusa (özünün adı) bir şey saxlamayıb.”(Təfsiri-nümunə, cild. 6, səh. 153 )
    İSLAMDA BAŞQA SAĞLAMLIQ GÖSTƏRİŞLƏRİ!
    Çox yemək və az yemək hər ikisi pislənir. Əli (əleyhissalam) bu barədə belə buyurur: "Az yeməklik, bir çox xəstəlikləri aradan aparır.”(Fehreste Ğurərul-hikəm, səh. 13 )
    Əlbəttə, o qədər az yox ki, insana zəiflik gətirsin. İmam Səccad (əleyhissalam) buyurur: "Əmirəl-möminin (əleyhissalam) buyurur: Çox yeməklik və yeməkdə ifrat-təfrit və yuxu, nəfsi fasid edir və bədəni isə pis zərərlərə salır.”(Fehreste Ğurərul-hikəm, səh. 14 )
    İmam Kazim (əleyhissalam) buyurur:
    "Pərhiz, bütün dərmanların başlıcasıdır. Xəstəliklərin məkanı mədədir.”(Səfinətul-Bihar, cild. 1, səh. 340 )
    QARNIN DOYMASINDA PƏRHİZ ETMƏK LAZIMDIR!
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Doyduqdan sonra təzədən yemək, "bərəs" xəstəliyinə səbəb olur.”(Məkarimu-Əxlaq, səh. 147 )Yenə də buyurur:"Qəlbi, çox yeyib-içməklə öldürməyin. Çünki, tarlaya çox su veriləndə xarab olduğu kimi, qəlb də bununla ölür.”(Məkarimul-Əxlaq, səh. 15 )
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 723 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024