İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:33 AM
    HARAM YEMƏKDƏN ÇƏKİNİN!
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur, buyurur:
    "Hər kim haram tikə yesə, qırx gecə namazı qəbul olmaz. Qırx gün duası qəbul olmaz və haramdan bitmiş ət atəşə layiqdir.”(Səfinətul-Bihar, cild. 1, səh. 24 )
    Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Haram tikə, şəxsin qarnına düşdükdə, yerin və göylərin mələkləri ona lənət oxuyar. Nə qədər ki, haram tikə onun bədənindədir, Allah ona nəzər etməz. Hər kim haram tikədən yesə, Allahın qəzəbinə gələr. Əgər tövbə etsə, Allah onu bağışlayar. Yoxsa, Cəhənnəmə layiqdir.”(Məkarimul-Əxlaq, səh. 150 )
    Onun müqabilində halal yemək barəsində buyurur:
    "Hər kim qırx gün yeməyində halallığı gözləsə, Allah-taala onun qəlbini nurani edər və hikmət çeşmələrini qəlbindən dilinə cari edər.”(Məkarimul-Əxlaq, səh. 146)
    SAĞLAMLIĞIN RƏMZİ
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Hər kim yeməyində pakizəliyi gözləsə, yeməyi yaxşı çeynəsə, iştahası olan halda yeməkdən ayrılsa və nəhayət, bağırsağı dolarkən boşaltmağı gecikdirməsə, xəstələnməz, ölüm gəlincəyə qədər heç bir xəstəliyə tutulmaz.”(Məkarimul-Əxlaq, səh. 146)
    İmam Səccad (əleyhissalam) göstəriş verir ki, qarnı doldurmaqda ifrat və təfritdən çəkinək və yeməkdə mötədil olmaqa çalışaq.
    Çox yeməkliyin pisliyi və təsirlərinə işarə olundu. Axırda aclığın və qarnın haqqının qorunmamasının zərərlərinə işarə edək.
    Aclıq, bəşərin ən xətərli halətidir. Ac insan sanki, din və imanını yaddan çıxarıb, mehr və rəhməti unudur. Qarnını doldurmaqdan ötrü vəhşi yırtıcı kimi olur. Hicrətin üçüncü ilində Bəsrə şəhərində böyük bir inqilab olur. "Zənci sahibi”, bir neçə il hakimiyyəti dövründə, dəhşətli qətllərə əl atır. Minlərlə kişi, qadın və uşaqı qılıncdan keçirir. Canlarını qurtaranlar qorxudan gizlənmiş, yemək ələ gətirməkdən ötrü gecələr qorxa-qorxa, gizli çölə çıxırdılar. İş-güc aradan getmiş, əkinçilik və heyvandarlıq tətil olmuşdu. Bütün məntəqəni aclıq və qıtlıq bürümüşdü. İnsanlar bir müddət it və pişik ətindən yeyirlər. Sonra ölü ətlərini yeməyə başlayırlar. Bəzən yarı can verəni öldürüb, onun ətini yeyirdilər.
    O zaman bir qadını, kəsik başı əlində tutub ağladığını görürlər. Ağlamağı barəsində soruşdular. Cavab verir:
    "Aclar bacımın başının üstünü almışdılar ki, ölsün, onun ətini yesinlər. Hələ ölməmişdi ki, parə-parə etdilər və ətini böldülər. Lakin, mənə qarşı zülm etdilər və ətindən mənə pay vermədilər. Yalnız, başını mənə verdilər ki, yeyəm.”(Tətimmətül-Müntəha, səh. 380; Murucuz-zəhəb, cild. 4, səh. 108 )
    Bacı, aclığın təsirindən hissiyyatını elə itirir ki, bacısının öldürülməsi barəsində yox, onun ətindən ona pay düşməməsi barəsində fikirləşib ağlayır.
    QARNIN ŞƏRİ HÖKMÜ
    Fəqihlər, birisinin qarnına zərbə dəysə və bovl və ğaitini saxlaya bilməmək həddində zərər görmüş olsa, onun qan bahasını, insanıntam qanbahasının üçdə biri qədər təyin etmişlər. "Təkmilətul-minhac" kitabında oxuyuruq:
    "Əgər birisi digərinin qarnına zərbə vursa, belə ki, öz bovl və ğaitini saxlaya bilməmək həddində olsa, insanınqanbahasının üçdə biri qədərödəməlidir. Yaxud, zərbəni elə vursa ki, özünü bulasa, (həmin hökmdədir)."
    Yenə buyurur: Əksər alimlər İmam Sadiq (əleyhissalam)-ın da rəvayətini təsdiqləyirlər:
    "Birisi digərinin qarnına zərbə vurmuşsa, belə ki, özünü bulamışsa, hökmünü Həzrəti Əli (əleyhissalam)-dan soruşdular. Həzrət buyurdu: Ya onun qarnına həmin zərbəni vursun (qisas), yaxud, insanıntam qanbahasının üçdəbiri qədər qanbahası versin!”(Məbani Təkmilətül-minhac, cild. 2, səh. 371)
    NAMUS HAQQI
    وَأَمَّا حَقُّ فَرْجِكَفَحِفْظُهُ مِمَّالا يَحِلُّ لَكَوَالاستِعَانَةُعَلَيْهِ بغَضِّ الْبَصَرِ - فَإنَّهُ مِنْ أَعْوَنِ الأَعْوَانِ- وَكَثْرَةُ ذِكْرِ الْمَوتِوَالتَّهَدُّدِ لِنَفْسِكَ باللهِوَالتَّخوِيفِ لَهَا بهِ، وَباللهِ الْعِصْمَةُوَالتَّأْيِيدُوَلا حَوْلَ وَلا قُوَّةَ إلا بهِ.
    "Amma, abır-həyanın (namusunun) sənin boynundakı haqqı odur ki, onu, sənə halal olmayandan qoruyasan. Bu yolda, gözünü haram olunmuşlara örtməklə kömək al. Çünki, göz, ən yaxşı köməkdir. Bundan başqa ölümü çox yada salıb, nəfsini Allahın qorxusu ilə hədələməklə kömək al. Bu yolda özünü qorumaq və möhkəm olmaq fürsəti Allahdandır. Onun tərəfindən başqa heç bir güc və qüvvə yoxdur!”
    "Fərc" ərəbcədən "iki şeyin arasındakı boşluğa" deyilir və cəm şəkli, "furuc”dur. Həmçinin, deşik, para mənalarında da gəlir. "Fərc" kişi və qadında bovl və ğait çıxan yerdir. Lüğətçi Rağib İsfahani yazır: "Fərc" iki ayağın arasına deyilir. Bəzən onlara "qubul" və "dubur"da deyilir. Çox vaxt həmin mənalarda istifadə olunur. "Məcməul-bəyan" təfsir kitabında, "Möminin" surəsinin 5-ci ayəsinin şərhində "Leysi" adlı lüğətçinin dilindən yazır: "Fərc”, kişi və qadında olan ayıb yerlərə deyilir.(Qamusu Quran, cild. 5, səh. 157 )
    "Fərc”i və namusu qorumaqdan məqsəd, (rəvayətlərdə qeyd olunduğu kimi) onu başqalarının gözündən örtməkdir. İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdə gəlib:
    Quranda hər yerdə "fərcləri qorumaq”dan söz deyilibsə, məqsəd zinadan qorumaqdır. Yalnız, bu ayədəki "fərc”i qorumaq, yəni, baxmaqdan qorumaq mənasındadır.”
    Bu hədis, "Nur" surəsinin 31-ci ayəsinin şərhində gəlib:
    "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuşlardan örtsünlər və fərclərini qorusunlar!”(Təfsiri Nur-Səqəleyn, cild. 3, səh. 588 )
    CİNSİ HİSSİYYAT
    Cinsi hissiyyat, bəşərin həyatında ən mühüm ləzzət meyllərindən biridir. Güclü cazibə və qüdrətli çəkməsi ilə qadın və kişini bir-birinə tərəf şiddətlə aparır. Onlar eşq və əlaqə ilə çalışırlar ki, bir-birinə qovuşsunlar. Bu cəhətdən, "kişi və qadın rabitəsi"məsələsi, cinsi cəhətdən bütün əsrlərdə dini və elmi sahədə mübahisələrə səbəb olmuşdur. Bu barədə, ifrat, təfrit və mötədil şəkildə müxtəlif nəzəriyyələr, irəli sürülüb.
    İFRAT NƏZƏRİYYƏ
    Hissiyyatların azad həsab olunması nəzəriyyəsi və tərəfdarlarından Freyd və başqaları, cinsi meyllər barəsində hədsiz dərəcədə ifrata varmışlar. Freyd, öz sözlərində cinsi meyllərin fəaliyyət miqyasını genişləndirmiş, öz məktəbinin əsasını təşkil edən "cinsiyyət" məsələsini geniş mənada şərh etmişdir. Nəticədə, insanın bir çox müstəqil fitri məsələlərinin cinsi meyllərdən ayrıldığını iddia etmişdir. Ən mühümü budur ki, bu meyli, bəşərin mədəniyyətinin və inkişafının əsası qərar vermişdir.
    Freydin nəzəriyyəsinə görə cinsiyyətdən sərçeşmə alan ləzzəttələblik və murada yetmək meyli, həddi buluğa yetmiş şəxslərə məxsus deyil. Cinsi meyl, həyatın bütün dövrlərində var. Xırda uşaqlar analarının döşünü həmin niyyətlə əmirlər və ondan ləzzət alırlar. Hədsiz cinsiyyət meylləri, Freydin psixoloji bəhslərinin əsasıdır. O, iddia edir ki, cinsi meyllər ictimai və ya başqa amillər vasitəsi ilə mahar olunduqda geri çəkilir və batində özünə yer açır. Şiddətli sıxıntılarla, batini pozuntular əmələ gətirir və bu da insanı ruhi xəstəliklərə düçar edir.
    Freydin əqidəsinə görə bütün inhiraf növləri və ruhi pozuntular cinsi meyldən başlayır. Ruhu müalicə edən şəxs, xəstənin bütün batini keçmişindən xəbərdar olmasına müvəffəq olmalıdır.(Yaşlı və cavan (bozorqsal və cavan), cild. 1, səh. 205 )
    Freydin müxalifləri, tibbi cəhətdən deyirlər: Nəyə görə bütün ruhi inhirafların əsas səbəbini şəhəvani qüvvədə axtarıb, müalicə yolunu oradan başlamaq lazımdır? Freydin ən böyük səhvi budur ki, o, psixoloji pozuntuları cinsi meyllərin adi halda olmamasının səbəbi bilir və şəxsin maddi, iqtisadi, ictimai mühitinin səviyyəsinə diqqət yetirmir. Məsələn, əgər birisi, işsizlik, fəqirlik, həyat yoldaşının və uşaqlarının aclığının səbəbindən ruhi pozuntuya düçar olarsa, cinsi meylin bu xəstəlikdə heç bir rolu yoxdur. Bu problemi aradan qaldırmaqdan ötrü cinsi meyllərə yox, iş, çalışmaq və pula ehtiyac var.
    KİLSƏ VƏ CİNSİ MEYLLƏR ( TƏFRİT NƏZƏRİYYƏSİ)
    Kilsə tərəfdarları və bir sıra məzhəblər, həmçinin, bəzi fəlsəfə və əxlaq alimləri, cinsi meylləri heyvani əməl bilib, onu pis və çirkin hesab edirlər. Onlar, cinsi meyllər yolunda təfrit yolunu tutub, bu meyli tamamilə özlərində məhv etməyə çalışırlar. Xaçpərəstlərin böyük şəxsiyyətlərindən biri sayılan "Sen Jerm" həmişə, təkidlə deyərdi: "Evlənmək ağacını subaylıq baltası ilə kökündən kəsək!”
    Kilsə əməlində görürük: Kilsənin böyük ruhani şəxsiyyətlərindən sayılan "Polis”, həyatında evlənməmiş və heç bir qadınla cinsi rabitədə olmamışdır. Həmçinin, kişi və qadınları evlənməməyə dəvət etmişdir. Polisin birinci məktubunda "Qernitlərə" xitabən gəlir:
    "Amma, mənə yazdığınız haqqında, yaxşı olar ki, kişi qadına toxunmasın. Lakin, zinadan çəkinməkdən ötrü kişi zövcə ala bilər və hər bir qadın ər seçə bilər. Ər, arvadın haqqını əda eləsin, arvad da kişinin" O yerə qədər ki yazır: "Arzu edirəm ki, bütü kişilər mənim kimi olsunlar. Lakin, hər bir kimsənin Allah tərəfindən bir bəxşişi var.
    Biri belə deyir, digəri başqa cür. Ona görə də subaylara və dul qadınlara deyirəm ki, mənim kimi olsunlar. Lakin, əgər dözə bilməsələr, evlənsinlər. Ona görə də yaxşı olar ki, Cəhənnəmdə yanmaqdansa, evlənsinlər!"
    İSLAMIN MÖTƏDİL NƏZƏRİYYƏSİ
    İslam dini, ifrat və təfrit yollarını məhkum edir. Əmirəl-möminin Əli (əleyhissalam), ifrat və təfrit yolunun sərçeşməsini, cəhalət və nadanlıq bilir, buyurur:
    "Cahil şəxs, həmişə ifrat və təfrit yolundadır.”(Ğürər və Dürər” kitabının şərhi, cild. 6, səh. 389 )
    Cinsi meyllərdə orta səviyyəli olmaq, Allahın izni və yaranmışın qanunu ilə uyğundur. Bu qanuna görə cinsi meyllər, nə bütünlüklə azad olunmuş, nə də birdəfəlik qarşısı alınmışdır. Bəlkə də, bu təbii meyllər, düzgün istifadə edilməklə əxlaq qanunlarına uyğun olub, himayət olunur. Fərdi və ictimai məsləhətə uyğun, insanı razı salır. Bu yol, İlahi Peyğəmbərlərin yoludur ki, Allahın əmri ilə bir tərəfdən insanları ailə həyatı qurmağa çağırır, başqa tərəfdən hər cür cinsi pozğunluqlarla mübarizə aparır və bəşər cəmiyyətini belə işlərdən çəkindirir.
    İSLAM VƏ AİLƏ HƏYATI
    Allah-taala Quranda, "Möminin" surəsində imanlı şəxslərin üstün xüsusiyyətləri barəsində belə buyurur:
    "O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və kənizləri istisna olmaqla; Onlarla cinsi bəhrələrinə görə qınanmazlar. Bundan artığını istəyənlər, həddi aşanlardır.”(Möminin surəsi, ayə:5-7 )
    Cinsi meyllər, insanda ən tüğyanedici meyllərdən biri olduğuna görə İslam, öz tərəfdarlarına evlənməyi əmr edir və halal zövcələrdən, yaxud, ixtiyarlarında olan kənizlərdən bəhrələnməyi tapşırır. Kənizlərdən məqsəd, həm daimi, həm də müvəqqəti evlənmələri anlamaq olar. "Qınanmayanlar" sözü, belə bir mətləbə işarə ola bilər ki, xaçpərəstlər öz yanlış tərzi-təfəkkürlərində hər cür cinsi əlaqəni əxlaqa zidd hesab edirlər. Belə ki, Katolik kişilər dünyanı tərk etmiş, qadınlar da kişilər kimi ömürlərinin axırına qədər subay qalırlar. Hər cür evlənməyi insan ruhiyyəsinin əksinə olduğunu qeyd edirlər. Əvvəlcədən bu məsələyə işarə olundu.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), İslam təlimlərində cinsi meylləri diqqət mərkəzində saxlamış, öz tərəfdarlarına evlənməyi tərk etməyi qadağan etmişdir. Hədislərdən birində buyurur:
    "Hər kimin mənim fitrətimə meyli varsa, mənim getdiyim yola riayət etməlidir. Mənim yolumdan biri evlənmək və qadınlarla ünsiyyətdə olmaqdır.”(Məkarimul-Əxlaq, səh. 196 )
    EVLƏNMƏK VƏ GÜNAHDAN AMANDA QALMAQ
    İslam Peyğəmbəri(səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Ey cavanlar! Hansınızın evlənməyə gücü çatırsa, hökmənevlənin! Çünki, bu yol, gözləri xəyanət və günahdan saxlamaq, övrəti iffətsizlik və günahdan hifz etməkdən ötrü ən yaxşı vəsilədir. Hər kimin evlənməyə qüdrəti və imkanı olmazsa, çox vaxt oruc tutsun. Çünki, oruc, şəhvət tufanını yatırmaqda ən yaxşı rol oynayır.”
    EVLƏNMƏK, HƏYATIN ƏN MÖHKƏM BİNASI
    İslam dini öz tərəfdarlarını ailə həyatı qurmağa çağırır və bu işi Allah dərgahında ən yaxşı işlərdən bilir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur:
    "İslamda, Allah dərgahında, evlənməkdən sevimli bir bina qoyulmamışdır.”(Məkarimul-əxlaq, səh. 196 )
    Ona görə də belə işdə tələsmək lazımdır. Həzrəti İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, günlərin birində İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) mənbərə çıxıb, Allaha həmd və səna etdikdən sonra belə buyurur:
    "Ay camaat! Cəbrail (əleyhissalam) Allah dərgahından yanıma gəlib dedi: Bakirə qızlar, ağacın meyvələri kimidirlər. Əgər vaxtında dərilməsə günəş şüası çürüdüb, külək dağıdacaq. Həmçinin, qızlar həddi buluğa yetişdikdə və başqa qadınlar kimi özlərində cinsi meyllər hiss etdikdə ərdən başqa dərmanları yoxdur. Əgər ərə getməsələr fəsaddan amanda deyillər. Çünki, bəşərdirlər və bəşər xətadan amanda deyil.” (Bozorgsalan və cavan, cild. 1, səh. 192; "Furui Kafi” kitabından nəql edir, cild. 5, səh. 337 )
    EVLƏNMƏK, PİS İŞLƏRDƏN ÖRTÜKDÜR
    Qurani-Kərim, ailə həyatını qadın və kişinin sifəti kimi diqqət mərkəzində saxlayıb buyurur:
    "Qadınlar sizin, siz kişilər də onların libasısınız.”(Bəqərə surəsi, ayə:187)
    Bəli, libas pislikləri və övrəti örtür. Libas, insanı bir çox namülayim şeylərdən, isti və soyuqdan hifz edir. Evlənməkdə insanın vücudunda paklıq və təmizlik yaradır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Hər kim Allahın hüzuruna pak və təmiz getmək istəyirsə, şəri yolla özünə həyat yoldaşı seçib, iffət və paklığa səbəb olanı özündə hazırlasın.”(Müstədrəkül-Vəsail, cild. 2, səh. 530 )
    İSLAM PEYĞƏMBƏRİNİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) EVLƏNMƏYİ TƏRK ETMƏYİ MƏZƏMMƏT ETMƏSİ
    İslam, insanları günaha düşməsindən çəkindirmək üçün evlənməyə imkanı olub, evlənməyənləri məzəmmət edir. Nümunə üçün aşağıdakı mətləbə diqqət edin:
    Əkaf adlı bir kişi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-nin hüzuruna gəlir. Həzrət ondan soruşur: Evlənmisənmi? Ərz edir: Xeyr! Ya Rəsulallah! Həzrət buyurur: Bədənin sağlam, mal-dövlətin varmı? Cavab verir: Bəli! Həzrət müxtəlif ifadələrlə onu evlənməyə təşviq edir və bu işi tərk etməsini tapşırır!
    O cümlədən buyurur: "Ey Əkaf! Vay olsun sənə! Evlən! Evlən ki, sən indi xətakarlardansan! Evlən! Yoxsa, günahkarların sırasında durarsan. Evlən! Yoxsa, Xaçpərəst rahiblərdən hesab olunarsan. Evlən! Yoxsa, Şeytanın qardaşlarından hesab olunarsan.”
    Başqa bir rəvayətdə evlənməyi tərk etməklə, Allaha daha yaxın olmaq istəyən qadını, İmam bu işdən çəkindirir. İmam Rza (əleyhissalam) buyurur: "Qadınlardan birisi İmam Baqir (əleyhissalam)-dan soruşur: Mən mütəbəttiləyəm. Həzrət buyurur: Təbəttül olmaqdan məqsədin nədir?
    Qadın cavab verir: Qərara almışam ki, ömrümün axırına qədər ərə getməyim! Həzrət buyurdu: Nəyə görə? Dedi: Fəzilət və kamala yetişməkdən ötrü. Həzrət buyurdu: Bu fikrindən dön! Əgər ailə həyatı qurmamaq fəzilət olsaydı, Zəhra (salamullahi əleyha) bu fəziləti ələ gətirməkdə səndən layiqdir. Halbuki, fəzilətdə birisi ona çata bilməz.”(Bozorgsalan və cavan, cild. 1, səh. 194 )
    Bu iki hədisdən aydın olur ki, İslam övliyaları kişi və qadınları, subay qalmalarından çəkindirmişlər. Bəlkə də, onları müxtəlif ifadələrlə evlənməyə təşviq etmişdir. Bununla da, günaha düşməkdən özlərini qorusunlar.
    İSLAM VƏ QADINLARDAN QAÇMAQ
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-in səhabələrindən bir-iki nəfər nəfslərini paklamaq və ruhiyyələrini möhkəmləndirməkdən ötrü qadınlarla ünsiyyətdə olmaqı, yemək yeməyi və gecə yatmağı özlərinə haram edirlər. Ümmü Sələmə onların işlərini Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə xəbər verir. Peyğəmbər onların yanına gələrək, buyurur:
    "Məgər qadınlarınızı tərk etmisiniz və onlardan çəkinirsiniz? Mən sizin Peyğəmbəriniz olan halda, qadınlarımın yanına gedirəm, gündüz yemək yeyirəm və gecə yatıram. Hər kim mənim getdiyim yolla getməzsə, mənim ümmətimdən deyil.”(Vəsailuş-şiə, cild. 14, səh. 8)
    Bu hədis, evlənməyi tərk edib, nəfslərini paklandırmaqdan ötrü qadınlardan uzaqlaşanı möhkəm məhkum edir və onların yolunun düzgün olmamasını aşkarcasına elan edir.
    ZİNA, BÖYÜK GÜNAHLARDANDIR!
    Evlənmək istəməyən bəzi şəxslər, zina günahına mübtəla ola bilərlər. Bu cəhətdən müxtəlif bədbəxtliklərə də mübtəla olunur. Həmin səbəbdən, Qurani Kərim bu yolu pis yol elan edib, insanları bu işə yaxın düşməkdən çəkindirir. "İsra" surəsində buyurur:
    "Zinaya da yaxın düşməyin. Çünki, o çox çirkin bir əməl və pis bir yoldur!”(İsra surəsi, ayə:32 )
    Bu qısa cümlədə üç məsələyə işarə olunur:
    1. Demir ki, zina etməyin, bəlkə də buyurur, bu rüsvayedici əmələ yaxın da düşməyin. Bu təkid, belə bir əməlin nə qədər çirkin olmasına dərin işarə etməsindən əlavə, maraqlı bir nöqtəyə də işarə edir. O da budur ki, bir sıra işlər var ki, müqəddimə ünvanı ilə insanı, tədriclə zinaya yaxınlaşdırır.
    Bu əməlin müqəddimə işlərindən biri, əvvəlcədən işarə etdiyimiz kimi, çılpaqlıq, hicabsızlıq, həmçinin, pis mətləbli kitablar, çirkin filmlər və fasid nəşriyyatlardır. Hər hansı bir fəsad mərkəzi, belə işlərin müqəddiməsi ola bilər. O cümlədən, naməhrəm kişi ilə qadının xəlvətdə tək qalmaları da bu işin vəsvəsələrindən sayılır.
    2. Ayədəki, "O, çox çirkin bir əməldir" ifadəsi, yuxarıdakı mətləbə aid olur və bu günahın böyüklüyünə dəlalət edir.
    3. "Zina yolu çox pis bir yoldur" ifadəsi, belə bir həqiqəti bəyan edir ki, bu yol cəmiyyətdə başqa fəsadlara da yol açır və ona tərəf çəkir.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 856 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024