İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:32 AM
    ZİNANIN HARAM OLMASININ HİKMƏTİ
    1.Ailə həyatında hərc-mərclik olması, ata-oğul əlaqələrinin aradan getməsi, təkcə ictimai anlaşılmanın yox, bəlkə də, tamamilə uşaqlardan himayətin aradan getməsinə səbəb olar. Bununla da, insanın ömrü boyu onu yaşamağa sövq edən övlad məhəbbəti aradan gedir.
    Bu mövzunun əhəmiyyətini dərk etməkdən ötrü bir an fikirləşək ki, əgər bütün insan cəmiyyətində zinaya icazə verilsəydi və evlənmək aradan getsəydi, bu əməlin nəticəsində dünyaya gəlmiş şəxsi kim himayət edəcəkdir? Onu, nə doğulanda, nə də böyüyəndə kimsə himayət etməyəcəkdir. Bundan əlavə, cinayətlə mübarizədə böyük rol oynayan məhəbbət və sevgidən məhrum olmaq, insan cəmiyyətini hərtərəfli vəhşiliyə malik olan heyvani bir mühitə çevirir.
    2. Bu rüsvayedici əməl, həvəsbazlar arasında müxtəlif növ fərdi və ictimai çəkişmələrə səbəb olur. Bir sıra fəsad mərkəzlərinin vəziyyətlərindən nəql edən dastanların yazdıqları, aydınca nişan verir ki, bu əməllə yanaşı, cəmiyyətdə ən pis cinayətlər baş verir.
    3. Təcrübə və elm sabit etmişdir ki, bu çirkin əməl, müxtəlif növ xəstəliklərə səbəb olur. Bu gün belə növ xəstəliklərin aqibətlərinə qarşı bütün texnikalardan istifadə edilməsinə baxmayaraq, çoxları bu yolda öz sağlamlıqlarını əldən vermişdir.
    4. Bu əməl, çox vaxt uşaqın ana bətnindən salınmasına, övladın öldürülməsi və nəslin kəsilməsinə səbəb olur. Çünki, zinadan doğulmuş uşaqı heç kim saxlamağa hazır olmur. Adətən, belə əməl sahibləri, uşaqın düyaya gəlməsini, özünün çirkin əməli müqabilində ən böyük mane kimi görür
    5. Unutmaq lazım deyil ki, evlənməkdən məqsəd, təkcə cinsi meylləri doydurmaq deyil, bəlkə də, həyatda müştərək həyat qurub, ruhi ünsiyyət, fikir cəhətdən aramlıq, övlad tərbiyə etmək və həyatın bütün sahələrində həmkarlıq etməkdir. Hər bir qadının bir kişiyə məxsus olub, zinanı qadağan etmədən bu işlərin heç birinin baş verməsi mümkün deyil.(Təfsiri Nümunə, cild. 12, səh. 103 )
    HEYRƏTLİ STATİSTİKA
    Britaniyanın "Dairətul-maarif" (ensiklopediya) kitabının 23-cü cildinin 45-ci səhifəsində yazılır:
    "ABŞ-da (Amerika Birləşmiş Ştatları) olunmuş təhqiqatlara əsasən, ümumiyyətlə, bu ölkənin əhalisinin 90%-i cinsi yaxınlıq xəstəliyinə tutulurlar. Bu cəmiyyətdən, həmin xəstəlik üzündən rəsmi şəkildə xəstəxanada müalicə olunanların sayı 360 min nəfərdir. ABŞ-ın bütün xəstəxanalarından 650 xəstəxana yalnız, cinsi yaxınlıq üzündən əmələ gələn xəstəlikləri müalicə etməyə məxsusdur. Halbuki, bu xəstəxanalarda müalicə olunanlardan iki dəfədən artıq əhalinin çoxusu, xüsusi və ailə həkimlərinə müraciət edirlər.”
    "Cinsi qanunlar" kitabının 304-cü səhifəsində yazılır: "1957-ci ildə Amerikada 201700 nəfər uşaq zinadan doğulmuşdur və keçən 20 ildə bu rəqəm, beş dəfə artmışdır. Bu ildə toy mərasimsiz hamilə olan qadınların sayı 24000-dir. Onların yuxarı yaş həddi 18-dən azdır. Fransanın paytaxtı Parisdə 43515 nəfər uşaqın arasından 4145 nəfər uşaq zinadan doğulur. İsveçrədə hər il 17000 uşaq qanunsuz doğulur.”
    İranda çıxan "Keyhan" jurnalının 5354-cü sayında yazır: London şəhərinin cənub tərəfində həkim işləyən Doktor Mulnter öz məqaləsində yazır:"Londonda hər il, 50000 nəfər uşaqı hamilə vaxtı qanunsuz öldürürlər. Hər doğulan iyirmi uşaqdan biri zinadandır.”(Günahan Kəbirə. C.1. səh. 194 )
    ZİNANIN DÜNYA VƏ AXİRƏTDƏKİ TƏSİRLƏRİ
    Bura kimi zinanın haram olması, çirkin təsirləri və qərb ölkələrindəki zina barəsindəki statistikaya müxtəsər də olsa,işarə etdik. İndi də zinanın dünya, Axirət və Bərzəx əzabına işarə edək.
    İmam Əli ibni Əbu Talib (əleyhissalam) rəvayət edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən eşitdim ki, buyurdu:
    "Zinanın altı pis zərəri var. Üç qismi dünyada, digər üç qism isə axirətdədir. Dünyadakı zərərlərindən biri budur ki, insandan səfa və nuraniyyəti alır. Ruzini kəsir və insanın tez məhv olmasına səbəb olur. Amma, Axirətdəki üç təsiri odur ki, Allahın qəzəbinə, hesab-kitabın çətinliyinə, Cəhənnəmə daxil olmağa yaxud, orada əbədi qalmağa səbəb olur.”(Təfsiri Məcməul-bəyan, cild. 6, səh. 414 )
    ZİNA, VİRANLIQ VƏ FƏQİRLİK GƏTİRİR
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Zina, fəqirlik və müflisliyə səbəb olub, müşkülat, viranlıq və şəhərlərin boşalmasına gətib çıxarır."
    Bunlar, zinanın çirkin təsirləridir. Həmçinin, zina, qəflətən ölümlərin çoxalmasına səbəb olur. İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Əli (əleyhissalam)-ın kitabında var ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir, buyurur:
    "Məndən sonra zina artsa, qəflətən ölümlər çoxalacaq və bu ölümlə çoxları əbədi olaraq dünyadan gedəcəklər.”(Vəsailuş-Şiə, cild. 14, səh. 233)
    ZİNAKARIN BƏRZƏX ƏZABI
    İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, cəddi İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir, buyurur:
    "Agah olun! Hər kim müsəlman, yəhudi, xaçpərəst və ya məcusi qadınla zina etsə, qadın azad yaxud, kəniz olsa, etdiyi əməldən tövbə etməsə, ölümünə yaxın olsa və bu işə israr etsə, Allah-taala, onun qəbrinə üç yüz qapı açar. Bu qapıdan böyük ilanlar, əqrəblər və əjdahalar xaric olar. Qiyamətə kimi yanar. Qəbirdən çıxarkən insanlar onun pis iyindən əziyyət çəkər. Hamı onu pis iyi və dünyada etdiyi çirkin əməllərə görə tanıyarlar. Nəhayət, onu atəşin içinə atarlar.”
    Bəli! Budur zinakarların bərzəx əzabı! Onlar Qiyamətdə də Cəhənnəm əzabındadırlar.
    ÖLÜMÜ YADA SALMAQLA ZİNADAN AMANDA QALMAQ
    İmam Səccad (əleyhissalam), bu kitabında insanın şərəf və namusunu qorumasından ötrü yollar buyurmuşdur. Birinci, naməhrəmdən göz örtmək, bəlkə də, insanabaxması haram olan hər şeydən göz örtmək. İkinci, ölümü çox yad etmək. Quran, ölüm barədə buyurur: "Ölüm həqiqətən gəlir. Bu, sənin qaçdığın şeydir!”(Qaf surəsi, ayə:19 )
    Ayədə buyurduğu "səkr" kəlməsi ərəbcədən əslində, "su yolunun bağlanması”na deyilir. İnsanın ağlı ilə öz arasında bihuşluq vaxtı sədd olduğuna görə "ölümünə" bu adı verirlər.
    "Ölüm bihuşluğu”, məstlik halətinə oxşar bir vəziyyətdir. Ölümün müqəddəmatlarının əsəri gəldikcə, insanda müxtəlif fövqəladə həyəcan və dəyişiklik əmələ gətirir. Bəzən, insanın ağlını əlindən alıb, onu həyəcana salır. Bunun da səbəbi odur ki, ölüm, müntəqil edən bir halət olub, illər boyu insanın dünya ilə qurduğu bağlılığı qət edir. İnsan təzə bir aləmə qədəm qoyur. Bu halda insanı böyük bir vəhşət bürüyür və ona bihuşluq halı üz verir.
    ÖLÜM NƏDİR?
    Rəvayətlərdən birində İmam Səccad (əleyhissalam)-dan soruşurlar: Ölüm nədir? Həzrət cavabında buyurur:
    "Ölüm, mömindən ötrü çirkli və həşəratla dolu libası soyunmaq, ağır zəncirləri açmaq, onları ən fəxrli və ətirli libaslarla, ən yaxşı yol gedən miniklərlə və ən rahat mənzillərlə dəyişmək kimi bir şeydir. Amma kafirdən ötrü ölüm,fəxrli libası soyunmaq, sevdiyi mənzillərdən ayrılmaq, onları ən çirkin və pis libaslarla və dəhşətli mənzillərlə dəyişmək kimi bir şeydir.”(Kifayətül-müvəhhidin, cild. 3, səh. 203 )
    İmam Hüseyn (əleyhissalam) Kərbəlada ölümün həqiqəti barədə lətif və aydın bir açıqlama buyurmuşdur.
    İMAM HÜSEYNDƏN (ƏLEYHİSSALAM) ÖLÜMÜN TƏFSİRİ!
    "Səbr edin! Ey dahi insanların övladları! Ölüm, sizləri narahatlıqlar və əziyyətlərdən geniş və əbədi Cənnət bağlarına köçürən bir körpüdür. Sizlərdən hansınız zindandan saraya köçməyinə narahatdır? Amma ölüm, sizin düşmənlərinizə saraydan zindana köçən bir şəxs kimidir!
    Atam, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir ki, buyurur:Dünya, möminin zindanı və kafirin Behiştidir. Ölüm, möminlərin bağlarına və kafirlərin Cəhənnəminə körpüdür.”(Məanil-əxbar, cild. 2, səh. 196)
    İMAM SADİQ (ƏLEYHİSSALAM) ÖLÜMÜ NECƏ ŞƏRH EDİR?
    İmam Sadiq (əleyhissalam)-a dedilər: Ölümü bizə şərh edin!Həzrət buyurdu: Ölüm, mömindən ötrü onu vəcdə gətirən xoş ətri iyləməsidir. Zəhmət və dərdlərin hamısı ondan uzaqlaşır. Amma ölüm, kafirdən ötrü əqrəb və əfi ilanların onu çalması kimidir.(Kifayətül-müvəhhidin, cild. 3, səh. 203 )
    Həzrəti Əli (əleyhissalam) "Nəhcül-bəlağə”də, dünya pərdələri yoxa çıxıb, mələklərin gəlməsini və ölüm anını belə şərh edir:
    "Əgər sizin ölənlərinizin gördüklərini siz görsəydiniz, dəhşətə gələrdiniz və qorxardınız. O vaxt haqq sözü eşidib, itaət edərdiniz. Lakin, onların gördükləri sizdən gizlindir və tezliklə pərdələr kənara çəkiləcək və siz də onları müşahidə edəcəksiniz! "
    ÖLÜMÜN HƏQİQƏTİ
    Adətən, çoxları təsəvvür edir ki, ölməklə insan heç olub gedir. Lakin, bu fikir, Quranda gələn və əqli dəlillərin bizi yönəltdiyi etiqadlarla uyğun gəlmir. Ölüm, Quran nəzərinə görə vücudu olan bir şeydir. Bir dünyadan başqa dünyaya köç. Ona görə də Quranda çox yerdə ölümdən, "təvəffa”, yəni, geri almaq və ruhun mələklər vasitəsi ilə bədəndən ayrılması kimi təfsir olunur.
    Bəzi rəvayətlərdə gəlib ki, insanın üç dəhşətli günü var: Doğulub, bu dünyanı tanınmamış bir yer kimi gördüyü gün; Ölüb, ölümdən sonra müşahidə etdiyi aləmi gördüyü gün; Nəhayət, məhşərə (Qiyamətə) daxil olub, dünyada görmədiyi hökmləri gördüyü gün.(Təfsiri Nurus-Səqəleyn, cild. 3, səh. 327 )
    Allah-taala, bu üç gün barəsində "Zəkəriyya oğlu Yəhya”ya buyurur: "Yəhyaya doğulduğu gündə, öləcəyi gündə, diriləcəyi gündə salam olsun!”(Məryəm surəsi, ayə:15)
    Qurani-Kərim Həzrəti İsa (əleyhissalam)-ın dilindən buyurur: "Doğulduğum gündə, öləcəyim gündə, diriləcəyim gündə mənə salam olsun!”(Məryəm surəsi, ayə:33 )
    İmam Sadiq (əleyhissalam) buyurur:
    "Ölümü yad etmək meyllər və şəhəvani istəkləri öldürür.”(Məcmueyi Vərram, səh. 268 )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Ləzzətləri məhv edib bir-birinə vuranı xatırlayın! Soruşdular: Ya Rəsulallah! Ləzzətləri məhv edən nədir? Buyurdu: Ölümdür ki, yetişməklə bütün arzuları aradan aparır.”
    Qeyd edildiyi kimi İmam Zeynalabidin (əleyhissalam) da şəhvətlər tufanını aradan aparmaqdan ötrü ən böyük amillərdən birini "ölümün xatırlanması”nı bildirir. Bundan əlavə, insan, öz nəfsini Allahın qorxusu və əzabından qorxmağa adət versin. Bu da şəhvətlərin sönməsindən ötrü bir amildir. Bütün bunlardan mühüm, Həzrətin sonda buyurduğu ifadə, yəni, "bu işdə Allah taaladan kömək istəmək lazımdır"– sözü daha diqqətə layiqdir. Əgər cavanlar, Allahı xatırlayıb, onu bütün hallarda hazır olduğunu dərk etsələr, Allah da onlara, günahdan qurtarmağa fürsət verər. Necə ki, Yusif peyğəmbər Allaha ərz etdi:
    "Əgər qadınların hiylə və məkrlərini məndən uzaqlaşdırmasan, mən də insana uyğun təbiətinə görə onlara tərəf meyl edərəm!”(Yusif surəsi, ayə:53 )
    Beləliklə, özünü Allaha tapşırır. Allah da ona nicat verir.
    ZİNANIN ŞƏRİƏTDƏ HÖKMÜ
    Müqəddəs İslam şəriəti, bu ictimai və cansıxıcı bəlanın qarşısını almaqdan ötrü hədd və qanunlar təyin etmişdir. Sözsüz ki, əgər icra olunsa, müsəlman cəmiyyətlərini pak və pakizə edib, namus və ailə əmniyyəti vücuda gətirər. Quranda, "Nur" surəsində bu mövzuda bəhs olunub. "Nur" surəsinin ikinci ayəsində belə gəlib:
    "Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun!”
    Bu ayə üç göstərişə aiddir:
    1.Fahişəliyə qurşanmış kişi və qadınların cəzalandırılması hökmü. (Zinadan məqsəd, şəri icazələri olmadan subay kişi ilə qadının cinsi əlaqəsidir)
    2. Təkid olunur ki, bu İlahi hökmün icrasında yersiz məhəbbət və hissiyyata qapılmayın. Belə niyyətləri aradan aparmaqdan ötrü Allaha və qiyamət gününə imanı qabağa çəkir. Heç kəsin bu qanunun keyfiyyəti və kəmiyyəti barəsində izhar nəzər verməyə haqqı yoxdur.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən bu mövzuda maraqlı bir rəvayət nəql olunur. Buyurur:
    "Qiyamət günü, İlahi həddin icrasında bir şallaq azaldan hakimləri məhşərə gətirəcəklər və ona deyiləcək: Nəyə görə belə etdin? Cavab verəcək: Sənin bəndələrinə rəhm etdiyimə görə etdim.
    Pərvərdigarı aləm buyuracaq: Məgər sən onlara nisbət, Məndən çox mehriban idin?! Göstəriş verəcək ki, onu atəşə atın!
    Başqasını gətirərlər ki, İlahi həddən bir şallaq da artıq vurublar. Ona deyiləcək ki, nəyə görə bu işi gördün? Cavab verəcək: Bununla, Sənin bəndələrini günahdan çəkindirirdim. Allah taala buyurar: Sən, Məndən çox agah və həkim idin? Sonra göstəriş veriləcək ki, onu da cəhənnəmə atın!(Təfsiri Fəxri Razi, cild. 23, səh. 148)
    3. Möminlərdən bir dəstəsinin cəzalanma səhnəsində hazır olub, onu müşahidə etməsi lazımdır. Çünki, hədəf təkcə bu deyil ki, günahkar ibrət alsın, bəlkə də hədəf budur ki, onun cəzalanması başqalarına da ibrət dərsi olsun. Ona görə ki, əxlaq pozğuntuları şəxsdən cəmiyyətə sirayət edir. Hökm, məhkəməyə çəkildiyinə görə hökmün icrasında günahkarın abır-həyasının gözlənilməsinin heç bir mənası yoxdur. Əksinə, onu, qanunu pozan kimi tanıtdırıb, şəri qanunun möhtərəm və müqəddəs olmasını elan etmək lazımdır.
    Bu ayədə, kişi ilə qadına, zinakarlıq əməlinə görə yüz şallaq (qamçı) vurulması hökmü gəlib. Hökm ümumidir. Əlbəttə, bəzi yerlərdə müstəsna var ki, sonradan ona işarə edəcəyik. Belə bir hökmün icrasında müəyyən şəraitlər zikr olunmuşdur:
    Birinci: Zinakar şəxshəddi buluğa yetsin. Yəni, qadın və kişi həddi buluğa yetişmiş olsun. Beləliklə, bu hökm, həddi buluğa yetişməyən uşaqlar barəsində icra olunmur.
    İkinci: Zinakar, özünün ixtiyarı ilə və azad şəkildə bu əmələ mürtəkib olmuş olsun. Beləliklə, hər kim zorla bu əmələ məcbur edilsə, haqqında hökm icra olunmaz.
    Üçüncü: Zinakar kişi və qadın ağıllı və aqil olmalıdırlar. Beləliklə, divanə və məcnunlar müstəsnadır.(Məbani Təkmilətül-minhac, səh. 169 )
    Ayətullah Xomeyni buyurur:"Zina əməlinə mürtəkib olan şəxs, bu əməlin şəriətdə haram olmasını bilib, ya özü müctehid olsun, ya da təqlid yolu ilə bilməli olsa, onun haqqında hökm icra olunur. Beləliklə, hər kimin bu işin haram olmasından xəbəri olmasa, hökm onun barəsində icra olunmaz.
    Yuxarıdakı hökmlərdən müstəsna olunanlardan, "möhsin və möhsinənin"zinakarlığıdır. "Möhsin”dən məqsəd budur ki, kişi, arvadı ola-ola və arvadına əli yetən halda, zina etsin. "Möhsinədən"məqsəd budur ki, qadının əri olub və ona əli çatan halda, zina etsin. Hər vaxt belə şəxslər şəri yolla cinsi əlaqədə olmaq imkanı olan halda, zina etsələr, hökmləri edamdır. Başqa müstəsna isə kişinin məhrəmləri ilə zina etməsidir. Onun da hökmü edamdır. Həmçinin, başqasını zorla zinaya çəkmək, onun da icrası edam hökmüdür.
    ZİNA HÖKMÜNÜN İCRASININ ŞƏRAİTİ
    1. Zinakarlıq əməlinin sübut olunmasından ötrü və həddin icrasına görə dörd nəfər adil şahid, kişi yaxud, üç kişi və bir qadın şahid və ya iki kişi və dörd adil qadın şəhadət verməlidirlər.
    2. Şəhadət verənin sözləri ilə zina işinin baş verməsi imkanı eyni olmalıdır.
    3. Şahidlərin sözləri, zinanın baş verdiyi zamanla uyğun gəlməlidir (hamısının sözü).
    4. Bütün şahidlər eyni vaxtda əməli görmələrinə şəhadət verməlidirlər.
    5. Hər vaxt dörd nəfər adil kişi, zinakarlığın baş verməsinə şəhadət versələr və eyni halda zina edən qadını tanımasalar, şəhadətləri qəbul deyil.
    6. Hər vaxt dörd nəfər adil kişi, zina əməlinin baş verməsini dörd nəfərdən hekayət etsələr, qəbul deyil.
    7. Hər vaxt dörd nəfər kişidən, üç nəfəri bir yerdə zinaya şəhadət versə və dördüncüsü, şahid durmaqdan çəkinsə, yaxud, onunla üç nəfər kişinin şəhadətində ixtilaf olsa, şəhadətləri qəbul olmayıb, hər üç nəfər barəsində "qəzf" hökmü icra olunar.(Məbani Təkmilətül-minhac; Təhrirul-vəsilə və Şərhi lümə, "Zina” fəsli. "Qəzf” yəni, böhtan atmaq, onların özlərinə 80 şallaq vururlar. )
    İBADİ ƏMƏLLƏRİNİN HAQQI
    NAMAZIN HAQQI
    فَأَمَّا حَقُّ الصَّلاةِفَأَنْ تَعْلَمَ أنّهَاوِفَادَةٌ إلَى اللهِوَأَنَّكَ قَائِمٌ بهَا بَيْنَ يَدَيِ اللهِ،فَإذَا عَلِمْتَ ذَلِكَكُنْتَ خَلِيقًاأَنْ تَقُومَ فِيهَا مَقَامَ الذَّلِيلِ الرَّاغِب الرَّاهِب الْخَائِفِ الرَّاجِيالْمِسْكِينِ الْمُتَضَرِّعِ الْمُعَظِّمِ مَنْ قَامَ بَيْنَ يَدَيْهِ بالسُّكُونِ وَالإطْرَاقِ وَخُشُوعِ الأَطْرَافِ وَلِينِ الْجَنَاحَ وَحُسْنِ الْمُنَاجَاةِلَهُ فِي نَفْسِهِ وَالطَّلَب إلَيْهِ فِي فَكَاكِ رَقَبَتِكَ الَّتِي أَحَاطَتْ بهِ خَطِيئَتُكَ وَاسْتَهلَكَتْهَا ذُنُوبُكَ. وَلا قُوَّةَ إلا باللهِ.
    "Amma, sənin boynunda namazın haqqı budur ki, namazın Allah dərgahına daxil olma vəsiləsi olduğunu biləsən. Onu da biləsən ki, sən namazda olarkən, Allah dərgahında dayanmısan. Bəs bu mətləbə diqqət edib, Xaliqinin müqabilində qərar tutsan, yaxşı olar ki, Allah dərgahında zəlil, təvazökar, Ondan qorxan, ümidvar, miskin, Ona müştaq halətində olasan. Qarşısında durduğunu böyük sanasan. Aram, başı aşağı və bütün əzaların təvazökar halətdə olsun. Onun əzəmətini dərk et, ən gözəl şəkildə dua və razi-niyazla istə ki, səni uçurum kənarına çəkmiş xətalar və günahların əzabından xilas etsin. Güc və qüvvə yalnız, Onun tərəfindəndir!”
    İmam Səccad (əleyhissalam) namazın haqqının bəyanında əvvəlcə, namazın əhəmiyyət və əzəmətinə işarə edir. O da budur ki, namaz, yük tutmaq və Allah dərgahına getmək üçün bir vəsilədir. Nəhayət, maddə aləmindən hicrət etmək vasitəsidir.
    Namaz, insanı özünə məşğul edən bütün şeyləri unutdurub, arxada qoyur. İnsan bu yolla, İlahi əzəmətə diqqət edib, zülmət və qaranlıq aləmdən nurani bir aləmə daxil olur. Belə bir səfər və hicrət, Həzrətin qeyd elədiyi xüsusiyyətlərlə olmalıdır. Bütün bunlara bəhsimizin ortasında işarə edəcəyik.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 820 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024