İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1936
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Foilimnuy
  • Karasevstist
  • Xalid11
  • semi_84
  • farid777
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Messenat
  • Riza
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:29 AM
    NAMAZIN İCTİMAİ TƏSİRİ!
    Namazın mühüm təsirlərindən biri də şəxsin başqalarının müqabilində məsuliyyət hiss etməsindən ibarət, ictimai təsiridir. Şübhə yoxdur ki, insan ictimai xüsusiyyətdə yaranmışdır. Dəstə cəm şəklində yaşamağa meyl etmək, insanın fitrətində qərar verilmişdir. İnsan, tənhalıqdan əziyyət çəkir. Onun zindanda tək qalması, ondan ötrü ən çətin əzabdır.
    İnsanın iki növ məsuliyyəti var: Fərdi və ictimai məsuliyyəti. Fərdi məsuliyyəti barəsində Quran buyurur: "Hər kəs özünün qazandıqlarının zaminindədir.”(Nisa surəsi, ayə:79 )
    "Nisa"surəsində buyurur: "Ey insan! Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir." Hər kəsin öz əməlləri və dedikləri müqabilində məsuliyyəti vardır.
    Amma, insanın ictimai məsuliyyətində, hər hansı bir şəxsdən söhbət getmir. Bəlkə də, cəmiyyət və yaşayış mühiti öndədir. Hər kəsin yaşayış mühitində özünə görə vəzifələri vardır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:"«Hamınız sorğu-sual olunacaqsınız!”
    Namazın təsirlərindən biri də insanda ictimai məsuliyyətin canlanmasıdır. Ona görə də şəriətdə tək namaz qılmaqla, camaat namazı arasında çox fərq var. Bu iki namaz, savab cəhətdən heç də bərabər deyildir. İslam, camaat namazına çox tövsiyə etmişdir. Ondan da mühüm, həftədə bir dəfə ibadi-siyasi namaz qərar vermişdir. Bu namazda, bütün müsəlmanlar bir sırada durub, cümə gününün xətibindən siyasi məsələləri, cəmiyyətdə baş verən giriftarçılığı eşidir və həll etməyə çalışırlar. Bütün müsəlmanlar cümə namazına durduqda, müsəlmanların cəlal və əzəməti cilvələnir. Bu da səbəb olur ki, kinli düşmənlər müsəlmanların əleyhinə hiylə qura bilməsinlər. Nəticədə, müsəlmanlar müstəqil bir millət olub, özlərinə arxalanır və həmişə şövkət və əzəmətli görünür.
    Camaat namazında, camaatın sıx və münəzzəm durması savabdır. Maraqlı budur ki, fəqir, dövlətli, qara, ağ, şərqli, qərbli, bir sırada durur və namazdan sonra bir-birinin əlini sıxıb görüşürlər. Bu yolla, cəmiyyətdə bərabərlik ruhu canlanır. Həmişə insanlara əziyyət verən təbəqələşmə aradan gedir. Məhəbbət və səfa, düşmənçilik və kinələrin yerini tutur. Əhalinin camaat namazında hazır olması səbəb olur ki, camaat bir-birinin əhvalından xəbərdar olsun və günlərin birində onlardan kimsə məscidə gəlməsə, bu işin səbəbi ilə maraqlansınlar. Əgər müşkülü varsa, həll olunmasına çalışırlar. Ümumiyyətlə, namaz, bütün müsəlman millətlərini bir ümmət kimi qərar verir. Nəticədə, müstəqil cəmiyyət yaranır.
    NAMAZIN ƏXLAQİ TƏSİRLƏRİ
    İnsan, vücudundan rəzilət sifətlərini və özündə kök salmış çirkinlikləri özündən uzaqlaşdırmasa, Allaha yaxın ola bilməz. Həmçinin, qəlbin səfalaşmasından ötrü şərait yaratmaq lazımdır. Quran buyurur:
    "Günahlardan və küfrdən təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!”(Əla surəsi, ayə:14-15 )
    Namaz, əxlaqi xüsusiyytlərin paklaşmasının vasitəsidir. Namaza davam etmək, insanı xeyirlə tərbiyətləndirir. Quran yenə buyurur:
    "Həqiqətən, namaz (insanı), çirkin və pis əməllərdən çəkindirir.”(Ənkəbut surəsi, ayə:45 ) və onun vücudunda səadət və fəzilətin kökünü qoyur.
    Bu ayə də həmin məsələyə işarədir. Buyurur:
    "Həqiqətən, insan (sərvətə) çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. Namaz qılanlar istisnadır! O kəslər ki, daim namaz qılarlar.”(Məaric surəsi, ayə:19-23)
    Müfəssirlərdən bir qismi ayədəki, "həlu" sözünü ərəbcədən "həris”, bəziləri isə "kəmhövsələ və az taqətli olmaq" kimi mənalandırırlar. Beləliklə, birinci təfsirə əsasən belə insanların vücudundakı üç xüsusiyyətə işarə olunur: 1. Həris; 2. Əli bağlılıq; 3. Xəsislik. Amma ikinci təfsirə əsasən, iki məsələ: Əli bağlılıq və xəsislik mənasında götürülür. Çünki, ikinci və üçüncü cümlələr (bu ayədən sonra) "həlu" sözünün təfsiri sayılır.(Təfsiri nümunə, cild. 25, səh. 28 )
    Bu ayədə namazın, insanın vücudunda hərislik, tamahkarlıq, səbirsizlik və kəm hövsələsizliyi islah etdiyi bildirilir. Namaz qılanlardır ki, namaz sayəsində özlərini islah edə bilərlər. Çünki, namaz insanın həyatının əvvəl və axırını təfsir edir. Haradan gəlmisən, hara gedirsən və nəyə görə gəlmisən?
    Məşhur İslam alimi Nəraqi (Allah ona rəhmət eləsin) özünün "Camius-səadat" kitabında nəql edir: Mövlamız Əmirəl-möminin Əli (əleyhissalam)-dan "səcdə” nin mənası barəsində soruşurlar. Həzrət buyurur: Onun mənası budur: "İlahi! Bizi torpaqdan yaratmısan."Səcdədən baş qaldırmaq yəni, "Bizi torpaqdan çıxarmısan." İkinci səcdə işarə edir ki: "Bizi torpağa qaytaracaqsan." Oradan baş qaldırmaq ona işarədir ki: "Bizi yenidən torpaqdan çıxaracaqsan!”(Elmul-Əxlaq İslami, cild. 3, səh. 442 )
    Elə ki, insan bu ali mənaya diqqət etsə, sözsüz ki nəfsini islah etməyə çalışacaq.
    NAMAZ VƏ KAMALA YETMƏYƏ MANE OLANLAR
    Bura qədər namazın əhəmiyyəti, hikməti, ictimai və əxlaqi təsirləri barəsində qısa bəhs etdik. İndi də belə bir mövzuya işarə edirik ki, İmam Səccad (əleyhissalam)-ın özü öz əməli ilə namazın haqqını tərəfdarlarına öyrədir. Bəzən, Həzrətin bəzi dostları çox namaz qılmağın ona ağır olmasını xəbərdarlıq edirdilər.
    Əllamə Məclisi "Biharul-ənvar" kitabında nəql edir ki, İmam Hüseyn (əleyhissalam)-ın qızı Fatimə, Cabir ibni Abdullahın yanına gedib dedi:
    Ey Allahın Rəsulunun səhabəsi! Bizim boynumuzda sizin haqqınız var. O cümlədən, o hüquqlardan biri budur ki, əgər bizim birimizi ibadət üzündən həlakətə düşəcəyini görsəniz, ona xəbərdarlıq edib, özünü hifz etməyi tapşırarsınız. Ey Cabir! Bu, Əli ibni Hüseyn (əleyhissalam)-dır ki, səcdənin əsərindən alnı piy bağlayıb, ayaqları vərəm olub və əti bədənində suya dönüb. Ondan istəyin ki, özünü qorusun!
    Cabir, Həzrətdən daxil olmaq icazəsi istədi. İçəri girəndə Həzrətin ibadət mehrabında oturduğunu gördü. İmam durub Cabirin yanında oturur və ondan hal-əhval tutur. Cabir soruşur:
    Məgər Allah Behişti sizin üçün və Cəhənnəmi düşmənlərinizdən ötrü yaratmamışdırmı? Nəyə görə bu qədər ibadətlə məşğulsan?
    Həzrət buyurur: Ey Allahın Rəsulunun səhabəsi! Bilirsən ki, Allah onun keçmiş və gələcək günahlarından keçib, lakin, o, bir an da olsa ibadətindən əl çəkmədi? O qədər ibadət etdi ki, mübarək qədəmləri vərəm oldu. Ona deyiləndə ki: Allah sizin keçmiş və gələcək günahlarınızı bağışlayıb! "Buyurur: Məgər şükr edən bəndə olmayım?
    Cabir, xahişinin Həzrətdə heç bir təsir qoymadığını anlayır. Ərz edir: Siz o kəslərdənsiniz ki, Allah sizin vasitənizlə bəlaları dəf edir, göyləri və yeri qoruyur.
    Həzrət buyurur: Onlarla görüşənə qədər, ata və cəddimə iqtida edəcəyəm!
    Cabir: Peyğəmbərlərin övladları arasında Əli ibni Hüseyn kimisini görmədim!(Risaleyi hüquq”un şərhi, Qapançı, cild. 1, səh. 305; Biharul-ənvar, cild. 46, səh. 78)
    "Fəqih Tavus" nəql edir: İmam Səccad (əleyhissalam)-ı işa namazından sonra sübhə kimi Kəbə evini təvaf edib, ibadət etdiyini gördüm. Elə ki, təvaf edənlərin azaldığını və səhnənin xəlvət olduğunu gördü, başını göyə tərəf qaldırıb buyurdu:
    "Pərvərdigara! Ulduzlar azalıb qürub etdilər. Gözlər yuxuya getdi. Ancaq, Sənin rəhmət qapıların sual edənlərin üzünə açıqdır. Pərvərdigara! Sənin evinin qapısına gəlmişəm ki, mənə rəhm eləyəsən. Məni bağışla və mənə tərəf bax! Cəddim Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) çöhrəsini Qiyamətdə...."Sonra ağladı və ərz etdi: İzzət və cəlalına and olsun! Günah etməklə, Sənin iradənin müxalifində olmaq fikrim yoxdur. Günah görərkən, Sənin əzab-əziyyətinə cahil deyiləm. Sənin əzabına məruz qalmaq istəmirəm. Nəfsim məni aldatmaq istədiyi zaman Sənin rəhmətin bu yerdə mənə kömək edir!
    İlahi! Sənin əzabından məni kim azad edə bilər? İlahi! Əgər nicat ipini məndən kəssən, hansı ipdən yapışaram? Vay olsun mənə ki, sabah Qiyamətdə Sənin dərgahında duracağam və yükləri yüngül olanlara deyiləcək: Gedin! Yükləri ağır olanlara: Qalın! -deyiləcək. Bilmirəm, yüngül yüklülərdən olub keçəcəyəm yoxsa, ağır yüklülərdən olub saxladılacağam? İlahi! Ömrüm nə qədər çox olarsa, xətalarım çoxalar! İndi vaxt yetişib ki, tövbə edəm!" Sonra ağlayıb bu məzmunda şer oxuyur:
    "Ey mənim sonsuz arzum! Məni atəşdə yandırmaq istəyirsən?
    Bəs mənim ümidim kimədir? Orada dostluğum necə olacaq?
    İlahi! Xətalı əməllərlə dərgahına gəlmişəm!
    Ruzigarda cinayəti mənim kimi olan yoxdur!”
    Sonra ağlayıb səcdə edir. Yaxşı hal tapmışdı. Tavus deyir: Həzrətin başı üstünə getdim. Mən də ağladım və göz yaşımdan Həzrətin üzünə düşdü. Həzrət buyurdu: "Məni Pərvərdigarın zikrindən ayıran kimdir?”
    Ərz etdim: Mən Tavusam. Peyğəmbərin övladlarındanam. Nəyə görə belə edirsiniz? Bu halət və ağlamaq nədir? Biz də sizin kimi olmağa məcburuq. Ağacan! Atanız belə edib? Ananız Fatimə və cəddiniz, Allahın Rəsulu bu cür edib?
    Həzrət mənə diqqət edib, buyurdu: Ata, ana və cədd söhbətini kanara qoy! Allah-taala Behişti, qul və həbəşi olsa da, itaət edən bəndələrdən ötrü yaradıb. Atəş və Cəhənnəmi qureyşin ağası da olsa, günahkarlardan ötrü yaradıb. Məgər eşitməmisən ki, Allah-taala buyurur:(Biharul-Ənvar, cild. 46, səh. 81 )
    "Sur çalındığı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub, hal-əhval tutarlar.”(Möminin surəsi, ayə:101 )
    NAMAZ VƏ GÜNAHIN BAĞIŞLANMASI
    Namazın haqqı mövzusunun sonunda İmam Səccad (əleyhissalam) buyurur:
    "Namazda vücudunu əhatə edib, həlakətinə səbəb olacaq günahlarının bağışlanmasını Allahdan istə!”
    Əvvəlcədən işarə olundu ki, namaz, insanı çirkinlik və pis işlərdən saxlayır. İndi də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm), namazı günahların bağışlanmasını necə tanıtdırdığına nəzər salaq.
    İmam Baqir (əleyhissalam), cəddi İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) dilindən nəql edir ki, buyurur:(Vəsailuş-Şiə, cild. 3, səh. 18, hədis. 8 )
    "Əgər sizlərdən birinin həyətindən çay axsa və həmin şəxs gündə beş dəfə özünü bu çayda yusa, bədənində bir çirk qalarmı? Ərz etdim: Xeyr!Buyurdu: Namaz, axan çayın məsəli kimidir. Namaz qılanın, iki namazın arasında etdiyi xətalar bağışlanılır! "
    Bu bənzətmədə, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) namaz qılan haqqında buyurduqları, şəraitə uyğun hərəkət edərsə, şübhəsizdir vəbağışlanar. Əmirəl-möminin Əli (əleyhissalam)-da "Nəhcül-bəlağə”də əshabını tövsiyə və sifariş edərək buyurur:
    "Namazın əməllərinə öhdədar olun! Namazı qoruyun! Çox namaz qılın və onun vasitəsi ilə Allaha yaxın olun. Çünki, namaz, möminlərə müəyyən vaxtlarda yazılmış və vacib buyurulmuşdur. Məgər Cəhənnəm əhlinin, onlardan soruşanda ki, "sizin atəşə düşməyinizə nə səbəb oldu?- cavabını eşitməmisiniz? Cavabları bu olar ki, namaz qılan olmamışıq.
    Sonra İmam Əli (əleyhissalam) buyurur: Namaz, insanın günahlarını ağacın yarpağı kimi tökür. Qul, öz qulluğundan azad olduğu kimi namaz qılan da xətalarından bağışlanılar.”(Vəsailuş-Şiə, cild. 3, səh. 7, hədis. 3 )
    ORUCUN HAQQI
    وَأَمَّا حَقُّ الصَّوْمِ فَأَنْ تَعْلَمَ أَنَّهُ حِجابٌ ضَرَبَهُ اللهُ عَلَى لِسَانِكَ وَسمْعِكَ وبَصَرِكَ وَفَرْجِكَ وبَطْنِكَ لِيَسْتر'َكَ بهِ مِن النَّارِ وَهَكَذَا جَاءَ فِي الْحَديثِ «الصَّوْمُ جُنَّةٌ مِنَ النّارِ» فإنْ سكَنَتْ أَطْرَافُكَ فِي حَجَبَتِهَا رَجَوْتَ أَنْ تَكُونَ مَحْجُوبًا. وَإنْ أَنْتَ تَرَكْتَهَا تَضْطَرِبُ فِي حِجَابهَا وتَرْفَعُ جَنَبَاتِ الْحِجَاب فَتُطّلِعُ إلَى مَا لَيْسَ لَهَا بالنَّظْرَةِ الدَّاعِيةِ لِلشَّهْوَةِ وَالقُوَّةِ الْخَارِجَةِ عَنْ حَدِّ التَّقِيَّةِ للهِ لَمْ تَأمَنْ أَنْ تَخرِقَ الْحِجَابَ وَتَخرُجَ مِنْهُ. وَلا قُوَّةَ إلا باللهِ.
    "Amma, orucun haqqı odur ki, biləsən, oruc, Allah-taalanın sənin dilinə, qulağına, gözünə, övrətinə və qarnına qoyduğu örtükdür. Onun vasitəsi ilə özünü atəşdən qoruyursan. Beləliklə, əgər orucu tərk etsən, Allah-taalanın sənə özünü Cəhənnəm atəşindən hifz etməkdən ötrü verdiyi pərdəni cırmısan. Necə ki, hədisdə var: Oruc Cəhənnəm atəşindən örtükdür.
    Beləliklə, əgər əzaların və üzvlərin o pərdənin arxasında rahatlansalar, günahdan amanda qalmaq ümidin olsun. Əgər örtüyü tərk etsən, həyəcanlı olarsan. Elə ki, hicab pərdələri götürüldü, nəzərin elə şeylərə düşər ki, ona baxmalı deyilsən. Özünü ondan saxlamaq qüvvəsini azaldarsan. Belə olan halətdə, heç də amanda olma ki, pərdə yırtılıb, ondan içəri düşməyəcəksən! Allahdan başqa heç bir güc və qüvvə gəlməz!”
    Ərəbcədən "tərəf" sözü məsdər olub, cəm şəkli "ətraf”dır."Gizlincə bir tərəfə baxdı" dedikdə, mənası budur ki, gözünün çox hissəsini yumub, bir guşəsi, qorxu və ya həya ilə baxır.
    "Cunub" sözü ərəbcədən məsdər olub, "cəhət" və "nahiyə" mənasındadır. "Filan kəsin cəhətində oturdum" yəni, onun nahiyəsində qərar tutdum.
    ORUCUN İMAM SADİQ (ƏLEYHİSSALAM) NƏZƏRİYYƏSİNDƏ HİKMƏTİ
    İmam Səccad (əleyhissalam) bu ibadətin hikmətini ən çox nəfsin qorunması və özünü günahdan qorumaqda görür. Çünki, günah ən çox dil, göz, qarın və cinsi meyllikdə azad olmaqda baş verir. Həzrət, orucu bütün bu əzaları günahdan saxlayan pərdə və örtük bilir.
    Quran, həmin böyük və mühüm hikməti oruc barəsində bəyan edir. "Bəqərə" surəsində oxuyuruq:
    "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə yazıldığı kimi, sizin üçün də yazıldı. Bəlkə (bunun vasitəsi ilə) siz pis əməllərdən çəkinəsiniz!”
    Ayədəki, "kitabət" (yazılmış) sözü vacib olmaq mənasındadır. Möminlərin müxatəb qərar verilməsi isə onlarda hökmü qəbul etmək qüvvəsinin çox olmasına görədir. Quran da orucun əsas hikmətini təqva və özünü günahdan qorumaq kimi tanıtdırır.
    "Səvm" sözü, ərəbcədən lüğətdə "özünü saxlamaq" mənasındadır. Əgər sakitliyə "səvm" deyilirsə və ya keçmişdə "sakitlik orucu" varmışsa, ona görədir ki, bu halətdə insan söz danışmaqdan özünü saxlayır. "Məryəm" surəsində bu mənaya işarə olunur, buyurur:
    "Əgər bir adam görcək olsan, işarə ilə belə de: Mən Allah yolunda sakitlik orucu tutmağı nəzir etmişəm və (nə qədər ki, orucam) bu gün heç kəslə danışmayacağam!”(Məryəm surəsi-26 )
    ORUC, İSLAMDAN ƏVVƏL
    Keçmiş ayədə qeyd edilmişdi ki: "Sizdən əvvəlkilərə vacib olduğu kimi sizə də oruc vacib olunmuşdur." Məlum olur ki, bu "vaciblik" bir dəfə olub. Bu ibadətin çətinliyi təkcə müsəlmanlara yox, bəlkə də keçmişdəkilərə də aid olub. Ayədə, müsəlman ümmətinin orucunun keçmiş ümmətlərin orucuna bənzətməsi ədəd cəhətdəndir yaxud, başqa cəhətdən? Demək olar ki, təkcə bu ibadətin "vacibliyi" cəhətdən bənzətmişdir. Yəni, əvvəlkilərə vacib olduğu kimi sizlərə də müəyyən günlərdə vacib olur. Amma, bənzətmənin ədəd, zaman və vaxt cəhətdən də olması ehtimalı da vardır.
    TÖVRATDA ORUC
    Tövratda belə yazılıb: "Mən, Allahla sizin aranızda olan əhd lövhələrini almaqdan ötrü dağa çıxdıqda, qırx gün, qırx gecə orada qaldım. Nə çörək yedim, nə də su içdim!”(Tövrat, İkinci Sefr, 9-cu bab, ‹9 )
    İNCİLDƏ ORUC
    İncildə oxuyuruq: "İsa Ruhun əli ilə İblisin onu imtahan etməsindən ötrü biyabana aparıldığı zaman qırx gecə-gündüz oruc olduğuna görə ac qaldı.”(İncil Məta, bab:4 ‹1-2 )
    İSA (ƏLEYHİSSALAM)-DAN SONRA HƏVARİLƏRİN ORUCU
    "Beləliklə, ona dedilər: Nəyə görə Yəhyanın şagirdləri çox oruc tutub, namaz qılırlar? Həmçinin, Fərisiyanların da şagirdləri o cür edirlər. Lakin, sənin şagirdlərin yeyib-içirlər? Bəlkə də, elə gün gələcək ki, onlardan bu fürsət alınar və o günlər oruc olarlar.”(İncil Luqa, bab:5, ‹33-35 )
    Yuxarıdakı cümlələr, İncil və Tövratın cümlələri kimi nəql olunmuşdur. Biz o qədər anlayırıq ki, onlar da oruc tuturlarmış. Hər iki kitabda qırx ədədi zikr olunub. Lakin, orucların hansı keyfiyyətdə olmaqını bilmirik.
    QURANDA ORUCUN VAXTI
    Quran buyurur: "Oruc tutmaq, sayı müəyyən olan(bir ay) günlərdir. Bu günlərdə sizdən xəstə və ya səfərdə olanlar oruc tutmadığı günlər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, (bir nəfərdən çox fəqiri doyurarsa) bu əməl onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”(Bəqərə surəsi, ayə:184 )
    Ayədəki "mədudat" sözü, ərəbcədən "müəyyən və müşəxxəs" mənasındadır. Bu günlər barəsində iki nəzəriyyə var:
    1. Məqsəd, Ramazan ayı deyil. Bəlkə də, hər ayın əvvəlində üç gündür və İbni Əbbasın dediyinə görə "Aşura" günü də əlavə olunur. O vaxt bu üç günü oruc tutmağı bəziləri müstəhəbb, bəziləri isə vacib bilirlər.
    2. İkinci nəzəriyyə budur ki, ayədə məqsəd Ramazan ayıdır. Təfsirçilərin əksəriyyəti bu nəzəriyyəni qəbul etmiş və demişlər: Allah-taala, qısa şəkildə orucu bir və ya iki gün bəyan etmişdir. Sonra buyurmuşdur: Müəyyən günlər. Daha sonra isə müəyyən günlərdən məqsədin Ramazan ayı olduğunu bildirmişdir. Bu nəzəriyyə, ən möhkəm və təfsirçilərin ittifaqa gəldikləridir. Həmçinin, ayədə heç bir ləğv hökmünə də ehtiyac duyulmur. Ayədən, xəstə və ya səfərdə olub, Ramazan ayında oruc tuta bilməyənlərin iftar etməmələrinin vacib olması da aydın başa düşülür. Allah taala, Ramazan ayının qəza orucunu yalnız, səfərə çıxmaq və xəstə olduqdan sonra sağalmağın müqabilində qərar vermişdir. Əbdürrəhman ibni Ovfdan nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir, buyurur:
    "Səfərdə oruc tutan, vətənində iftar edən şəxs kimidir.”(Məcməul-bəyan, cild. 2, səh. 274 )
    Həmin mövzunu rəvayətçilər, İmam Sadiq (əleyhissalam)-dan nəql edirlər, buyurur: "Ramazan ayında səfərdə olub oruc tutan, vətənində iftar etmiş şəxs kimidir."(Hər ikisi batildir.)(Məcməul-bəyan, cild. 2, səh. 274 )
    "Məcməul-bəyan" təfsirinin müəllifi bu ayənin şərhində belə yazır: "Ravi Əyyaşi, İmam Sadiq (əleyhissalam)-dan nəql edir ki, həzrət buyurur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) səfərdə olarkən nə müstəhəb və nə də vacib oruclardan tutardı. O vaxta kimi ki, "Kerail-ğənim" adlı yerdə zöhr namazı vaxtı bu ayə nazil olur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bir qab su istədi və ondan içdi. Cəmiyyətə də ərz etdi ki, su içsinlər. Bir dəstə dedilər: Günün batmağına bir şey qalmayıb, əgər orucu tamamlasaydıq yaxşı olardı.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) onları "günahkarlar" adlandırır və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatına qədər onları bu adla çağırırdılar.”
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 744 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2021