İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:28 AM
    METABULİZMƏ NƏZƏR
    Çoxları təsəvvür edir ki, yediyimiz şeylərin hamısı bədəndə əriyib enerjiyə çevrilir və sonradan dəf olunur. Lakin, bu çox səhv bir təsəvvürdür. Bədənin xüsusi bir hovuz olub, qidanı bir tərəfdən alıb, başqa tərəfdən xaric etməsi kimi təsəvvür olunması yanlışdır. Məsələn, "şirni maddələrinin" bir tərəfdən bədənə daxil olub, başqa tərəfdən dəf olunması prosesinə "metabulizim nahiyəsi" deyilir.
    Bədənə daxil olan hər şey təzədir. Təzə də olmalıdır. Bədəndən çıxan hər şey köhnə olub, çoxdan qalmadır. Köhnədən qalanlar xaric olmalıdırlar. Necə ki, dünya da belədir, uşaqlar gəlirlər, böyüklər və qocalar gedirlər. Bu gün bədənə daxil olan oksigen altı ay sonra xaric olur. Həmçinin, bədənə daxil olan bu günkü kalsium 180 gündən sonra sərf olunur. Əgər qidada azot olsa, bir neçə həftədən sonra onu bovlda görürük. Beləliklə, heç də fikirləşməli deyilik ki, bütün köhnələr tezliklə yerini təzələrə verir. Bəlkə də, bu hədəfə yetişmək üçün çoxlu sayda günlərə ehtiyac var.
    Doktor Jan Frumuzan yazır: Kişidə 30% və qadında 20% cəm olan ciyər qlikogeni və qan proteini ondan ötrü bir ay kifayət edər.
    Doktor Aliksis Karl özünün "İnsan, tanınmamış mövcud" kitabında oruc haqqında yazır: Oruc tutmaqla ciyərdəki şəkər tökülür və dərinin altında yığılmış piylər, əzələ proteinləri və ciyər hüceyrələri, vəzilərdən azad olub, qida kimi bədənə sərf olunur. Bütün bu nəzəriyyələrdən nəticə almaq olar ki, insan bir ay müddətindəki orucda təzə təmir olunmuş bədənə malik olub, zəhərli və köhnə maddələrin qeyd-bəndindən xilas olur.
    ORUC MƏDƏ YARASI YARADIRMI?
    Səhv təbliğin nəticəsində, bəzilərinin zehnində yaranan fikirlərdən biri budur ki, oruc tutmaq mədə yarasına səbəb olur. Bu sualın cavabında demək lazımdır ki: Əgər oruc tutmaq mədə yarasına səbəb olursa, belə bir sual qarşıya çıxır ki, nəyə görə oruc tutmayan millətlər arasında statistikaya əsasən, müsəlmanlardan dəfələrlə çox mədə yarası qeydə alınıb? Bəli! Əgər mədə yarası yalnız, müsəlmanlar arasında yayılmış olsaydı və başqa millətlərdə müşahidə olunmasaydı, demək olardı ki, bu xəstəliyin müsəlmanlar arasında yayılması, onların oruc tutmalarının üzündən olardı. Halbuki, belə deyil. Qərb millətləri arasında mədə yarasının sayı getdikcə artmaq üzrədir.
    İkincisi, əgər oruc tutmaq, mədə yarasına səbəb olardısa, onda 14 əsr müddətində təkrar oruc tutan müsəlmanların nəsillərində bu xəstəlik bir irs kimi qoyulardı. Halbuki, belə deyildir.(Orucun bu günkü elm cəhətidən əhəmiyyəti, səh. 224 )
    MƏDƏ YARASININ SƏBƏBLƏRİ
    1966-cı ildə Yaponiyanın Tokio şəhərində təşkil olunan "Dünya Mədə yaraları" konfransında, mədə yaralarının yaranmasının səbəbləri araşdırılmışdır. Hər bir ölkədən iştirak edən nümayəndələr, ölkələrindəki mədə yaralarının səbəblərini tibbi cəhətdən araşdırıb, səbəblərini konfrans iştirakçılarının ixtiyarına qoymuşdular. Bu məlumatda, mədə yarasının amillərindən ən çox siqaret məmulatları, həddən artıq isti yeməyin yeyilməsi, həddən artıq su içmək, əsəb sistemlərini oynadan maddələrə adət etmək (qəhvə, dərman), duzlu və turş yeməklərdə ifrat-təfritə yol vermək, spirtli içkilərin istifadəsi və s. işlər mədə yarasının əsas səbəbləri kimi qeyd olunmuşdur.
    Konfransda Türkiyə nümayəndəsi, Ramazan ayından sonra konfransa məlumat verir ki, oruc bu işi tezləşdirir. Bu mənada ki, oruc tutmaq mədə yarasının səbəbi deyildir. Lakin, mədə yara olduqdan sonra oruc tutmaq, yaranın artmasını tezləşdirir.
    Buda o haldadır ki, İslam dinində xəstələrin, yaxud, hər kəs bilsə ki, oruc tutmaq onun xəstələnməsinə səbəb olacaq, oruc tutmalarına icazə verilmir. Onun orucu sağalandan sonra vacib olur.
    ALEKSEY SAFRİNİN "TİBBİ ORUC" NƏZƏRİYYƏSİ
    Müxtəlif yeməklərin nəticəsində bir miqdar yemək mədədən keçir və bədən hüceyrələrinə qatışıb sərf olunmur. Bəlkə də dərinin altında, ürəyin ətrafında və bədənin başqa həssas yerlərində anbar olub qalır. Həmin maddələr, bir müddət sonra üfunətli mikroblar yaradır və müxtəlif xəstəliklərin vücuda gəlməsinə səbəb olur. Üfunət və artıq qida maddələri bədəndə nə qədər çox olsa, xəstəlik bir o qədər şiddətli olar. Təbii ki, belə xəstəliklərin də təzə adları olur. Lakin, bütün bu xəstəliklərin kökü birdir. O da mikrob və viruslar. Çünki, onların yaşayışı o yerdə mümkündür ki, orada çoxlu artıq çirkli protenilər və qida maddələri olmuş olsun. Belə xəstəliklərin müalicəsi və mikrobları aradan aparmaqdan ötrü ilk növbədə artıq zibilləri bədəndən çölə atmaq lazımdır. Bu da, o halda mümkündür ki, bədənə qida yetişməsin. Bədənə təkcə, su çatmış olsun. Bu halda, bədən öz-özünə artıq qida maddələrini və üfunətli şeyləri yığıldığı yerdən çıxarıb sərf edəcəkdir. Belə olan halda xəstəliyin kökü kəsilər və bədən, xəstəliyin sona yetməsi əlamətini nişan verər. Bu yolla müalicənin üstünlüyü budur ki, bütün xəstəliklərin hamısını birdən müalicə edir.(Oruc, xəstəliklərin müalicəsində təzə yol, səh. 12 )
    Bura qədər həkimlərin nəzəriyyəsinə əsasən, xəstəliklərin sağalması və bədənin öz sağlamlığını ələ gətirməsinin əsas yollarından birinin, pərhiz və oruc tutulmasında olmasını öyrəndik. Bəlkə də, bütün bu yollar arasında, oruc tutmaq ən yaxşı yoldur. Bəli! İnsanları yaradan ulu Tanrı, ona vacib etmişdir ki, ibadət və bəndəlik ruhiyyəsi yaratmaqla yanaşı, öz bədəninin sağlamlığını da qorusun. Əvvəlcədən qeyd etdik ki, İmam Səccad (əleyhissalam) orucun hikmətlərindən ən çox əzaların nəzafətdə saxlanması və onların Allah yolunda istifadə olunmasına kömək etməsidir. Bəhsin sonunda orucun batini sirlərinə işarə edəcəyik.
    ORUCUN SİRLƏRİ VƏ BATİNİ ŞƏRAİTİ
    İrfan alimləri orucun üç dərəcəsini qeyd ediblər. Ümumi oruc, xüsusi oruc, məxsus oruc. "Ümumi oruc”, yəni qarnı yemək-içməkdən, övrəti, şəhvətdən və cinsi meyllərdən hifz etmək.
    Amma "məxsus oruc”, yəni bunlardan əlavə, qulağı, gözü, dili, əl və ayaqları və s. əzaları günahdan saxlamaq. Orucun bu mərtəbəsinə İmam Sadiq (əleyhissalam) belə işarə edir, buyurur:
    "Oruc tutarkən qulağın, gözün, tükün, dərin və başqa əzaların da oruc olsun. Oruc tutduğun gününlə, oruc tutmayıb tox olduğun gün eyni olmasın.”
    Başqa bir xəbərdə buyurur: "Oruc tutarkən, riya, mübahisə və xidmətçilərə əziyyəti tərk et. Vüqarla oruc tut! "
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) eşidir ki, bir nəfər oruc qadın, öz kənizinə söyüş verib. Həzrət ona yemək gətirib buyurur: Ye! Qadın ərz edir: Orucam. Həzrət buyurur: Necə orucsan ki, öz kənizinə söyüş verirsən? Oruc təkcə yemək-içməkdən çəkinmək deyil!(Mühəccətül-beyza, cild. 2, səh. 131 )
    Amma, "ən məxsus oruc" odur ki, qəlbin dünyanın pis fikirlərindən oruc olub, əməldə Allahdan başqa heç bir şey fikirləşməyəsən. Belə orucun açılmasının səbəbi yemək-içməkdən istifadə deyil, bəlkə də, Allahdan başqa şey barəsindəki təfəkkür və dünyəvi fikirlərə uymaqdır. Hətta, bəzi irfan qəlblilər deyirlər: Hər kim oruc vaxtı fikrini nə ilə iftar edəcəyinə cəmləşdirsə, ondan ötrü xəta yazılar. Bu iş Allahın fəzlinə və ruzi verməsinə, imanın zəif olmasının təsirindəndir.
    Orucun bu üçüncü mərtəbəsi, peyğəmbərlərin və ən sadiq şəxslərin mərtəbəsindəndir. O kəslər ki, Rəbbinin rəhmət qapılarına ən yaxındırlar. Allah-taala, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-nə buyurur:
    "De ki, Allah! Ondan başqasını kənara qoy!”(Ənam surəsi-91 )
    Həmin mənada İmam Sadiq (əleyhissalam)-ın sözlərinə işarə olunur. Nəql olunur ki, buyurur: "Oruc, dünya bəlalarından və Axirət əzabından qalxan və örtükdür.”(Mühəccətül-beyza, cild. 2, səh. 131 )
    HƏCCİN HAQQI
    وَأَمَّا حَقُّ الحَجّ أَنْ تَعْلَمَ أَنّه وِفادةٌ إلى رَبّكَ، و فِرارٌ إليه من ذُنوبكَ وفيهِ قبولُ تَوبتِكَ وقَضاءُ الفَرضِ الَّذي أوجَبَه الله عَليك.
    "Həccin haqqı odur ki, biləsən, həcc Allaha tərəf seyrdir. Günahlarından qaçıb Ona sarı gedirsən. Həcc vasitəsilə tövbən qəbul olur və Allahın sənə vacib etdiyi "vacib"əməli yerinə yetirirsən!” (Məkarimul-əxlaq, səh. 419 )
    "Həcc" kəlməsi ərəbcədən əslində, "qəsd" mənasındadır. Ona görə də yola "məhəccə"deyilir. Çünki, insanı öz qəsdinə yetirir. Dəlilə və sənədə də "höccət" deyirlər. Çünki, mübahisədə "məqsədi" aydınlaşdırır. Lakin, İslamda olan bu xüsusi mərasimə "həcc" deyilməsi ona görədir ki, bu mərasimdə iştirak etmək üçün hərəkət edərkən "Allahın evini ziyarət etməyi" qəsd edirlər.
    KƏBƏ, İLK EV
    Qurani Kərim, "Ali İmran" surəsində buyurur:"Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, şübhəsiz bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!”(Ali İmran surəsi, ayə:96-97 )
    Bu ev, ilk tövhid evi olub, yer üzündə ilk qurulmuş ibadət evidir. Ondan əvvəl heç bir mərkəzdə cəm şəklində Allaha pərəstiş olunmamışdır. İslam tarixi mənbələrindən məlum olur ki, Kəbə evi ilk dəfə Adəm (əleyhissalam)-ın əli ilə tikilmişdir. Sonra Nuhun tufanında zədələnir və İbrahimin əli ilə təzədən bina olunur. İbrahimin, bu müqəddəs evi təzədən bina eləməsinin dəlili, Quranda İbrahimin dilindən deyilən bu sözlərdir. Buyurur:
    "Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini Sənin Beytül-həramının yanında, əkin bitməz bir vadidə sakin etdim.”(İbrahim surəsi, ayə:37 )
    Bu ayə şəhadət verir ki, İbrahim, körpə uşaqı və Hacərlə bu yerə daxil olarkən, Kəbədən burada yalnız, əsər-əlamət varmış. Həmçinin, "Bəqərə" surəsinin 127-ci ayəsində oxuyuruq, buyurur:
    "Onu da yadına sal ki, İbrahim və İsmail Kəbənin bünövrəsini ucaltdıqları zaman: Ey Rəbbimiz! Bu xeyirli işi Bizdən qəbul et! Sən doğrudan da (hər şeyi) eşidən və bilənsən! - deyə dua etdilər.”
    Ayədən məlum olur ki, Kəbənin əsası varmış. İbrahim və İsmail yalnız, Kəbənin əsasını yuxarı hörürlər.
    Həmçinin, həmin mətləb, əmirəl-möminin Əli (əleyhissalam)-ın "Qasiə" xütbəsində də aydın olur, buyurur:
    "Məgər görmürsünüz ki, pak və münəzzəh Allah, Adəmdən əvvəl və aləmin sonuna qədər insanları nə zərər və nə də xeyir verən daşlarla imtahan edir. Allah, o evi (Kəbəni) hörmətli və əziz edir. Sonra Adəmə və övladlarına göstəriş verir ki, o evə tərəf üz tutsunlar.”(Nəhcül-bəlağə, 192-ci xütbə )
    Bütün bu ayələr və Əli (əleyhissalam)-ın bəyanından sonra bu məşhur tarix qəbul olunur. Kəbə evi əvvəlcə, Adəmin əli ilə tikilir. Nuhun tufanında dağılır, sonradan isə İbrahimin əli ilə təzədən bina olunur.
    KƏBƏNİN ÜSTÜNLÜKLƏRİ
    Əvvəlcədən qeyd etdiyimiz kimi Qurani-Kərim aşkarcasına təsdiq edir ki, Kəbə ilk tövhid evidir. İndi də bu evin üstünlüklərinə işarə edək:
    1. "Mübarəkdir." Yəni, mənəvi və maddi cəhətdən çox bərəkətli və faydalıdır. Mənəvi cəhətdən, onun sayəsində həcc mərasimində vücuda gələn İlahi cazibələr, vəhdət, birlik heç kimə gizlin deyil. Amma maddi və yaşayış cəhətdən heç bir şəraiti olmayıb, quraqlıq, otsuz-ələfsiz olmasına baxmayaraq, tarix boyu həmişə böyük və gəliş-gedişli, hətta, tacirlərdən ötrü də mühüm mərkəz hesab olunmuşdur.
    2. "Aləmləri doğru yola yönəldəndir." Hətta, bütpərəstlər də bu evin hidayət yolundan bəhrələnmişlər.
    3. "Aydın nişanələri vardır." Bu evdə, Allah-taaladan, Allah pərəstlikdən və tövhiddən aşkar nişanələr vardır. Düşmənlərin onu dağıtmaları müqabilində tarix boyu davam gətirməsi bu nişanələrdən biridir.
    "Zəmzəm" quyusu, Səfa və Mərvə, Rükun, Hətim, Həcərül-əsvəd, Hicr-İsmailin hər birisi, böyük və əzəmətli xatirələri aydın edənlərdəndir. Hamısı Allahın aydın əlamətlərindəndir. Bildiyimiz kimi Kəbə evinin hər bir dörd tərəfinə"Rukn" deyilir. "Həcərül-əsvəd”lə Kəbə evinin qapısı arasındakı fasilə "hətim" adlanır. Bu yerdə, əhalinin izdihamı daha çoxdur və Adəm (əleyhissalam)-ın tövbə etdiyi yerdir. Həmçinin, "Hicr İsmail”, Kəbə evinin şimal-qərb hissəsində qövsvari bir xüsusi yerdir.
    Bu aydın nişanələrdən, "İbrahimin məqamı" ayədə xüsusi zikr olunur. Çünki, bura elə bir yerdir ki, Həzrəti İbrahim, Kəbə evini bina etmək, yaxud, həcc mərasimini yerinə yetirmək və ya əhalini bu böyük mərasimə dəvət etməkdən ötrü durduğu yerdir.
    4. "Əmin evdir."Ayədə buyurur: "Hər kim ora daxil olsa, əmin-amanlıqda qalar!”
    İbrahim (əleyhissalam), Kəbə evini bina etdikdən sonra Allahdan, Məkkə şəhərinin əmin-aman bir yer olmasını istəyir. Buyurur: "İlahi! Bu məmləkəti əmin-aman bir yer qərar ver!”
    Allah-taala, İbrahimin duasını qəbul edir. Məkkəni əmin bir şəhər qərar verir. Dini və şəri cəhətdən elə ehtirama malik edir ki, bu şəhərdə hər növ döyüş və mübarizə qadağandır. Hətta, heyvanlar da bu şəhərdə əmniyyətdədirlər və heç kəs onlara əziyyət edə bilməz. Hərəmin ətrafında ov etməyin ağır kəffarəsi vardır.
    HƏCC, İLAHİNİN VACİB BUYURUĞUDUR
    Hər bir müsəlmanın xüsusi şəraitə malik olması ilə ömründə bir dəfə həcc ona vacib olur. Əgər həyatda olarkən bu şəraitdə həcc yerinə yetirməmişdirsə, ölümündən sonra naib tutub yerinə yetirilməlidir. Din alimləri həccin vacib olmasını üç şəraitlə qeyd edirlər:
    1. Bədənin bu əməli yerinə yetirməyə qüdrəti olsun.
    2. Bu yolda ehtiyacı olan qədər malı olsun.
    3. Həcc yolları açıq və xətərsiz olsun.
    Əgər bu üç şərt ələ gəlsə, hər bir müsəlmana vacibdir ki, gedib həcc əməllərini yerinə yetirsin. Ayədə də həccin vacib olması bəyan olunmuşdur: "Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi, insanların Allah qarşısında borcudur.”(Ali İmran surəsi, ayə:97 )
    Bu ayədə, həcci yerinə yetirmək əmri bütün insanlara aiddir. Ondan, insanların hamısının boynuna gələ biləcək borc və İlahi tələb kimi ad aparılmışdır. Çünki, ayədə buyurur: "İnsanların Allah qarşısında borcudur!”
    Həmin ayədən məlum olur ki, həcc əməli müsəlmanlara məxsus deyildir. Bəlkə də, ayədəki "nas" (insanlar) kəlməsinə əsasən, hamının bu əməldə borcu vardır. İslamda belə bir tanınmış qanun var: Kafirlərin üsuliddinə inanmaları vacib olduğu kimi, füruiddinə də inanmaları vacibdir. (Doğrudur ki, bu iş baş vermir. Ancaq Qiyamətdə onlar buna görə sorğu-sual olunacaqlar)
    Lakin, kafirlərdən həcc əməlinin qəbul olunması, İslam dinini qəbul etmələri ilə bağlıdır. Əgər İslamı qəbul etmədən həcc əməlini yerinə yetirərlərsə, bu zaman həccin həqiqi dəyəri əldən gedir və ona həcc deyilməsi də şübhə doğurur.(Təfsiri nümunə, cild. 3, səh. 14 )
    İBNİ ƏBÜL OVCA VƏ ONUN ƏSASSIZ SÖZLƏRİ
    Bir nəfər kafir olub, dinsiz adı ilə məşhur idi. Bununla yanaşı, pis danışıqlı və təhlükə yaradan söz ustası olub. Çox vaxt öz əsrinin alimləri ondan uzaq gəziblər.
    Günlərin birində, İbni Əbül Ovca, Məscidül-həramda öz həmfikirləri ilə birlikdə həcc mərasiminə tamaşa edirlərmiş. İmam Sadiq (əleyhissalam)-da məscidin bir kənarında oturmuş, şiələr Həzrətin hüzurunda əyləşib həzrətdən şəri suallar soruşurdular. İbni Əbül Ovcanın dostları ona deyir: İndi Cəfər İbni Məhəmmədlə mübahisə etməyin münasib vaxtıdır. O da deyir: İndi həmin işi görəcəyəm! İmam (əleyhissalam)-ın hüzuruna gəlir və belə deyir:
    "Ey Əba Abdullah! Şübhəsiz ki, məclislər əmanətdir. (Zahirdə İmam (əleyhissalam)-dan aman istəyir ki, küframiz sözləri camaatı qəzəbə gətirməsin) Hər kimin sinəsində toz-torpaq olsa və ona əziyyət versə, ixtiyarsız olaraq onu çölə tökməlidir. (Yəni, hər kimin qəlbində şübhəsi varsa və onu narahat etsə və suala ehtiyacı olsa, o şübhəni izhar etməkdən başqa çarəsi yoxdur) İcazə verirsiniz ki, sual edim? İmam (əleyhissalam) buyurdu: Bəli! O da tam cəsarət və həyasızlıqla belə dedi:"Nə vaxta qədər bu xırmanı döyəcəksiniz? Bu daşa pənah aparıb, daş və gildən tikilmiş evə pərəstiş edəcəksiniz? Hürküdülmüş dəvələr kimi o tərəf bu tərəfə qaçırsınız! Hər kim bu evin mərasim proqramı barəsində fikirləşsə, anlayar ki, bu elə bir işdir ki, göstəriş verənin hikməti yoxdur. Sən bu işin başında və atan da bu işin binasını qoyandır. Mənə cavab verə bilərsənmi? "
    Bu həmin batini çirkin dinsiz kişinin sözləridir. Belə şəxslər hər şeyə maddiyyat gözü ilə baxırlar. Bəli, kuzənin içində nə varsa, o da çıxar! İmam Sadiq (əleyhissalam) cavabında buyurur:
    "Allah-taala hər kimi zəlalətə salsa, qəlb gözünü kor edib həqiqətləri dərk etmək fürsətini ondan alsa, Şeytan o kəsin hamisi və ixtiyarında olar. Nəhayətdə, Şeytan onu həlakət sərçeşmələrinə atar və heç vaxt oradan çıxa bilməz!"Sonra İmam (əleyhissalam) buyurur:
    "Allah-taala bu evi bəndələri üçün imtahan qərar verib və onlara bu evi ziyarət etməyi buyurub. Bununla da insanların ixlas, təslim və ibadətlərinin dərəcəsini ölçür. Bu ev peyğəmbərlərin qərargahıdır. Namaz qılanların qibləsidir. Yəni, nə daşa, nə də evə ibadət olunur. Bəlkə də, əsl məbud Allahdır ki, cismi və insanların canlarını yaradandır.”
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 651 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024