İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:23 AM
    HƏCC, İNSANLARIN RUHLARININ SEYRİDİR
    Diqqət etmək lazımdır ki, həcc əməllərinin zahiri və bütün ibadətlər peyğəmbərlər və Allaha yaxın şəhslərin ruhi və mənəvi məqamlarının şərhidir. Allaha tərəf gedənlərin ruhlarından təhlil və təcziyədir. Bu mərasimdə, Allaha tərəf seyr edənlərin bəndəlik mənzillərini necə keçmələrindən söz açır və onların nəhayətdə, Allahın lütfünə necə nail olmalarını bəyan edir. Çünki, ibadətin həqiqəti, insanın ruhunun Allaha tərəf hərəkətindən ibarətdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    "Namazın vacibliyi, həcc, təvaf və digər ibadət mərasimləri Allahı yada salıb zikr etməkdən ötrüdür. Əgər qəlb, əsl məqsədi Allahın əzəmət və heybətindən boş alarsa, bu vaxt quru dillə zikr və ibadət etməyin nə qiyməti var?”(Biharul Ənvar. C.10. səh. 210 )
    Beləliklə, həcc əməllərinin zahiri, insanın ruhunun bəndəlik mərhələlərini münəzzəm seyr etməklə və özünü dünyanın bütün meyl və bər-bəzəklərindən ayırmaq, nəfsin zülmət bataqlığından nicat tapıb aləmlərin Rəbbinin nuraniyyətinə qərq olmaqdır.
    Əsl həcc, ruhda hasil olan hərəkətdir. Elə bir hərəkət ki, nəfsin cövhərində hasil olsun. Həccin hesabı, naqis təkamülün kamilə çevrilməsidir. İstedadı, hazır işə çevirmək, xammalı hazırlaşdırmaq və ya dəmir filizi başqa bir qalibə salmaqdır. Bəzilərinin fikirləşdiyi kimi həcc, oyun və başqatanəməl deyildir. Uşaq dərkinə bənzər bu məna hara, Allah yolunda mənəviyyatla səfər edib, dəyişənlərin əməlləri hara?
    Malikiyyə məzhəbinin rəhbəri, Malik İbni Ənəs yazır: İllərin birində İmam Sadiq (əleyhissalam)-la həccə getdim. Ehram vaxtı atına minmişdi. Nə qədər istədi ki, "Ləbbeyk" desin, səs boğazında qət olub eşidilmədi. Mərkəbindən üzü aşağı düşdü. Dedim: Ey Allahın Peyğəmbərinin övladı! "Ləbbeyk" de! Onsuz da deməlisən!Buyurdu: "Ey Əbu Amirin oğlu! Nə cür cürət edib "Ləbbeyk, Allahummə ləbbeyk”- deyim? Halbuki, qorxuram, Allah buyursun ki: Nə qəbul edirəm və nə də yol verirəm!”
    Əgər insan, nəfsinin cövhərini islah edib, Kəbə evinin ayağına qədər gedə bilsə, əli ilə "Həcərül-əsvəd”i təbərrük etsə, qəlbini Ərəfat dağının ətəyində yerləşdirə bilsə, ruhu Allahın "Məşərül-həramı”na gedə bilsə, yəqinlik bıçağı ilə həvayi-nəfsinin qoyununun başını kəsə bilsə, qayıdarkən göylərin yaqutu və mərcanı kimi olarsa, ona "hacı" demək olar. Yoxsa!!!
    HƏCC VƏ GÜNAHLARIN BAĞIŞLANMASI!
    İmam Səccad (əleyhissalam) həccin ikinci qismətində buyurur:
    "Həcc, insanın, günahlardan Allaha tərəf pənah aparmasıdır.”
    İnsan həccdən qayıdarkən anadan təzə olmuş uşaq kimi günahları bağışlanar və günahlarının yükü boynundan götürülər. Bu barədə çoxlu rəvayətlər söylənilmişdir. Onlardan bəzilərinə işarə edirik:
    "İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: Səhrada yaşayan köçərilərdən birisi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ilə görüşür və Ona ərz edir ki, mən evimdən həcc niyyəti ilə çıxmışam. Lakin, bəzi manelərə görə fürsət əldən çıxdı və həccə yetişə bilmədim. Mən sərvətli və var-dövlətli bir kişiyəm. Allahın hacıya verdiyi savabı necə almağı mənə öyrədin. Mən nə etməliyəm?
    Həzrət onun üzünə baxıb buyurdu: Əbu Qubeys dağına bax! Əgər bu dağ qırmızı qızıl olsa və sənin olsa, onu Allah yolunda infaq etsəydin, Allahın hacıya verdiyi savabı ala bilməzdin!
    Daha sonra buyurur: Hacı heç bir iş görməmiş, hələ özünü həccə hazırlaşdırarkən Allah ona on ehsan yazar və on günahını bağışlayar. Allah yanında məqamı yuxarı mərtəbəyə qalxar. Həmçinin, atına minib hərəkət etməmişdən əvvəl, Allah həmin savabı yenə ona əlavə edər. Kəbə evini təvaf etdikdən sonra bütün günahlarından xaric olar. Şeytana daş atdıqda günahları tökülər. Sonra İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bir-bir dayanacaq yerlərini sayır və buyurur: Günahdan çıxar! Siz bu savaba necə çata bilərsiniz?(Mühəccətül-beyza, cild. 2, səh. 147 )
    İmam Sadiq (əleyhissalam) sonra buyurdu: "Həccdən qayıdarkən dörd ay günahları yazılmaz. Böyük günaha mürtəkib olmayınca ona ancaq savab yazılar.”
    HƏCC VƏ ALLAHDAN BAŞQASINI ÇAĞIRMA!
    İmam Səccad (əleyhissalam) eşidir ki, bir nəfər həccdə başqasına əl açır. Buyurur: "Vay olsun sənə! Belə bir müqəddəs məkanda Allahdan başqasına əl açırsan? Halbuki, bu gün Allahın rəhməti elə genişdir ki, ola bilsin, dağların qoynundakılar da bu ümumi rəhmətə aid olub, xoşbəxt və səadətli olsunlar.”(Həcc, bərnameyi təkamül, səh. 228 )
    Mərhum Feyz Kaşani, bu hədisin şərhində buyurur: Hər bir şeyin xoşbəxtliyi öz halına uyğundur. Beləliklə, dağların qoynundakıların səadəti ola bilsin, bu olsun ki, dağda bitkilər bitir, çox dəyişikliklərdən sonra nütfəyə çevrilər və ondan xoşbəxt insan vücuda gələr.
    "Müstədrək" kitabında nəql olunan başqa bir rəvayətdə "dağlar" kəlməsinin yerində "hamilə qadınlar" gəlmişdir. Belə olan halda hədisin mənası daha da aydın olar.
    Bir nəfər "Məscidül-həram”da, İmam Sadiq (əleyhissalam)-dan soruşur: Kimin günahı hamının günahından böyükdür? İmam buyurur:
    "Hər kim bu iki dayanacaqda - "Ərəfə və Məşərdə"- dayansa, bu iki dağ (Səfa və Mərvə) arasında səy edə, bu evin (Kəbə) ətrafında dolana, İbrahimin məqamında namaz qıla, bütün bu əməllərdən sonra öz yanında deyə, yaxud güman edə ki, Allah hələ onu bağışlamayıb. Bu insanın günahı hamının günahından böyükdür."(Yəni, Allahdan ümidi üzmək və rəhmətindən məyus olmaq ən böyük günahdır)
    Yenə İmam Sadiq (əleyhissalam) buyurur:"Hər bir şəhərdən və ya kənddən bir nəfər Ərəfədə dayansa, Allah-taala o şəhərin və kəndin bütün imanlı şəxslərinin günahlarını bağışlayar. Həmçinin, hər bir imanlı ailədən bir nəfər həccdə, Ərəfədə dayansa, Allahın rəhmət və əfvi onun bütün ailə üzvünə aid olar.”
    Əlbəttə, diqqət etmək lazımdır ki, imanın əsas qaynağı, təqvalı olmaqdır. İmansız və dini qəbul etməyənlər bu rəhmətdən xaricdirlər.
    ƏCCƏ DƏVƏT, ALLAHIN İNSANA MİNNƏT!
    Allah-taala, insana minnət qoyaraq kəramət tacını onun başına qoyur, yatmış fitrətini oyadır, haqqı tanımaq hissini və şükr etmək meylini onda dirçəltməklə həccə və evini (Kəbəni) təvaf etməyə dəvət edir. Buyurur:
    "Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib, o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur.”(Ali İmran surəsi, ayə:97 )
    Yəni, sən ki, fitrətinə əsasən, haqqı tanıyansan və Mən də sənin Xaliqin və mütləq şəkildə ruzi verəninəm, deməli bu haqq varımdı ki, şükr etməkdən ötrü səni Öz evimə dəvət edib, ziyarət etməyini elan edim.
    HƏCCİN TƏƏCCÜBLÜ BƏRƏKƏTLƏRİ
    Allah-taala tərəfindən Kəbə evinin zəvvarına əta etdiyi xeyir və bərəkətin əzəmətini dərk etməkdən və bu savabın bir guşəsini bilməkdən ötrü rəvayətlərə müraciət edək. (Əlbəttə, əvvəlcədən bir sıra rəvayətlərə işarə etmişdik)
    Səd Əskaf nəql edir: İmam Baqir (əleyhissalam)-dan eşitdim ki, buyurur:(Həcc, bərnameyi təkamül, səh. 48 )Həccə azim olan şəxs, müqəddəmat işlərini gördükdə, həccin işinə aid hər bir işdən ötrü atdığı hər bir addıma, Allah-taala, on ehsan yazar və on günahından keçər, on dəfə məqamı Allah yanında yuxarı qalxar. Müqəddəmat işlərini qurtarıb evdən çıxıb yola düşdükcə ali mərtəbələrə çatar"
    Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam) buyurur:
    "Həccdən qayıdan hacılar üç dəstədirlər: Bir dəstəsi Cəhənnəm atəşindən xilas olanlardır. Bir dəstəsi anadan təzə doğulmuş uşaq kimi günahlardan xaric olub gələrlər. Üçüncü dəstə isə mal-dövlət və əhli-əyalının öz yerində sağlam olması halında qayıdarlar. Bu, hacıya aid olan ən az bəhrədir.(Həcc, bərnameyi təkamül, səh. 4 )
    Onların arasındakı fərqlər də aydındır. Çünki, niyyətlər fərq edir. Fərq, Kəbə evinin sahibinin tanınması, ibadətin şirinliyini dərk etmək və həcc əməllərindən təsir alınmasındadır.
    SƏDƏQƏNİN HAQQI
    وَأَمَّا حَقُّ الصَّدَقَةِ فَأَنْ تَعْلَمَ أنَّها ذُخرُكَ عِنْدَ رَبكَ وَوَديعَتُكَ الَّتِي لا تَحْتَاجُ إلَى الإشْهَادِ، فَإذا عَلِمْتَ ذَلِك كُنْتَ بمَا اسْتَودَعْتَهُ سِرًّا أَوْثقَ بمَا اسْتَوْدَعْتَهُ عَلانِيَةً، وَكُنْتَ جَدِيرًا أَنْ تَكونَ أَسْرَرْتَ إلَيْهِ أَمْرًا أَعْلَنْتَهُ، وَكَانَ الأَمْرُ بَيْنَكَ وبَيْنَهُ فِيهَا سِرًّا عَلَى كُلِّ حَالٍ وَلَمْ تَسْتَظْهِرْ عَلَيْهِ فِيمَا اسْتَوْدَعْتَهُ مِنْهَا بإشْهَادِ الأَسْمَاعِ وَالأَبْصَارِ عَلَيْهِ بهَا كَأنَّهَا أَوْثقُ فِي نَفْسِكَ لا كَأنَّكَ لا تثِقُ بهِ فِي تَأْديَةِ وَديعَتِكَ إلَيْكَ، ثُمَّ لَمْ تَمْتَنَّ بهَا عَلَى أَحَدٍ لأَنّهَا لَكَ فَإذا امْتَنَنْتَ بهَا لَمْ تَأْمَنْ أَنْ تَكُونَ بهَا مِثْلَ تَهْجِينِ حَالِكَ مِنْهَا إلَى مَنْ مَنَنْتَ بهَا عَلَيْهِ لأَنَّ فِي ذلِكَ دَلِيلاً عَلَى أَنّكَ لَمْ تُرِدْ نفْسَكَ بهَا، وَلَوْ أَرَدْتَ نفْسَكَ بهَا لَمْ تَمْتَنَّ بهَا عَلَى أَحَدٍ. وَلا قُوَّةَ إلا باللهِ.
    "Sədəqənin haqqı budur ki, biləsən, o sənin Allah yanında zəxirən və yığdığın savabdır. Elə bir əmanətdir ki, şahidə ehtiyacı yoxdur. Bunu bildinsə, gizlində verdiyin sədəqənin əmanətdə qalmasına, aşkarda verdiyindən daha çox arxayın olacaqsan. Yaxşı olar ki, aşkarda gördüyün xeyir işi, gizlində görəsən və hər halda səninlə sədəqələrin arasında örtük olsun.
    Sədəqələrdə, gözlər və qulaqları şahid tutma. Çünki, belə bir şeyə ehtiyac yoxdur. Arxayınsan ki, onun savabı sənə qayıdacaq. O kəslər kimi olma ki, sədəqinin savabının özünə qayıtmasına etimad etmirlər.
    Sonra heç bir kəsə sədəqə verdiyinə görə minnət qoyma. Çünki, o, sənin öz malındır. Əgər sədəqə verdiyinə minnət qoysan, heç də arxayın olma ki, sədəqə verdiyin şəxsin gününə düşməyəcəksən. Çünki, bu bir dəlildir ki, sən onu özündən ötrü istəməmisən. Əgər özündən ötrü istəsəydin, heç kəsə minnət qoymazdın. Allah tərəfindən başqa heç bir güc-qüdrət yoxdur!”
    "Həcən" sözü ərəbcədən, "başı aşağı və pisə dönmək" mənasındadır. "Həccəl-əmrə"yəni, "onu eybli bildi və pis fikirləşdi.”
    Ümumiyyətlə, İmam Səccad (əleyhissalam) sədəqənin haqqı barəsində üç mühüm mətləbə də işarə buyurmuşdur:
    Birinci mətləb: Sədəqə zəxirə olub, aradan gedən və məhv olan bir şey deyildir. Əslində, belə bir fikir səhv olar ki, mal, sədəqə verənin əlindən çıxıb məhv olur. Bəlkə də, sədəqə vermək, dünyada Axirətə görə bəhrə aparmaqdır. Necə ki, Quran buyurur:
    "Allahın sənə verdiyindən özünə Axirət qazan. (Malını Allah yolunda sərf et) Dünyadakı nəsibini də unutma!”
    Ən yaxşı bəhrə odur ki, gördüyün əməl fani yox, bəlkə də, əbədi və cavidan olsun.
    İkinci mətləb: Gizlində sədəqə vermək, aşkarda verməkdən mühümdür. Ola bilsin, bu da ona görə olsun ki, aşkar sədəqə verdikdə riya və minnət qoymaq ehtimalı olsun. Bununla da sədəqə alan bşqalarının gözündə kiçik görünsün.
    Üçüncü mətləb: Sədəqənin təsirinin aradan getməməsindən ötrü minnətlə olmamalıdır. Sonradan işarə edəcəyik ki, sədəqə, əvvəl Allahın əlinə yetir. Mühüm budur ki, sədəqə verəndə, ali bir tərbiyət xüsusiyyəti vücuda gəlməlidir ki, hər şeyin həqiqi maliki Allah-taaladır. Sədəqə verən vasitədən başqa bir şey deyildir. Ona görə də, sədəqə verəndə bəndəlik və ibadət mənası özünü tapır.
    QURAN NƏZƏRİNDƏ "SƏDƏQƏ”
    İmam Səccad (əleyhissalam)-ın sədəqə barəsində buyurduqları, Qurani-Kərimdə müxtəlif bənzətmə və məsəllərlə zikr olunmuşdur. Onlardan bəzilərinə işarə edirik. Ayələrə işarə etməzdən əvvəl izah etmək lazımdır ki, sədəqə, insanın Allah yolunda öz malından bir şey verməsidir. O da zəkatdan ümumidir. Həm vacib, həm də müstəhəbb vergiyə sədəqə deyilir. Amma, zəkat yalnız, vacib sədəqəyə deyilir. "Bəqərə" surəsində Allah-taala buyurur:
    "Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi şəxs üçün bunu qat-qat artırar. Allahın lütfü genişdir. O hər şeyi biləndir!”(Bəqərə surəsi, ayə:261 )
    Bu ayədə "buğdanı" məsəl gətirməklə, sədəqənin necə bərəkətli olması bəyan olunur. İnfaq edənlərin bərəkətli toxumlara bənzədilməsi, çox diqqəti cəlb edən və dərin mənalıdır. Quran demək istəyir ki, hər bir insanın əməli onun özünün vücudu ilə bağlıdır. Əməl nə qədər geniş olsa, insanın vücudu da böyüyər. Məgər belə deyil ki, insanın əməllərinin şəklinin dəyişməsi onun qüvvə və cisminin dəyişməsinə səbəb olur?
    Misal, əslində təhəqqüq tapmış bir fərzi qissədir ki, başqa bir şeylə oxşarı vardır. Belə misallar, o cəhətdən gətirilir ki, müxatəbin zehni, oxşadılmışı yaxşı dərk etsin. Bu ayədə, malını Allah yolunda sərf edən şəxs,toxum əkən bir əkinçiyə bənzədilir. Toxum yeddi ədəd olsa, yüz danə verər. Bu işin əslində vaqeiyyəti olmasa da, əsl mənanı bizə aydın şəkildə çatdırır.
    "Allah yolunda xərc”dən məqsəd, Allahın razılığına səbəb olan hər bir əməldir.
    İNFAQ VƏ TƏBƏQƏLƏŞMƏ MÜŞKÜLÜNÜN HƏLLİ
    Ən böyük ictima müşküllərdən biri, insanın indi də düçar olduğu və bütün texnikanın inkişafına baxmayaraq, daha da genişlənməsinə səbəb olduğu "fəqirlik”, digər təbəqənin isə sərvətlənməsi problemidir. Aydındır ki, cəmiyyətin bir qismi dövlətli və sərvətli olub, digər mühüm qisməti isə fəqirlik və aclıqda olarsa, belə cəmiyyət çox davam gətirməz və əsl səadətə yetişməz. Belə cəmiyyətdə iztirab, həyəcan, pislik, düşmənçilik və müharibə sözsüzdür.
    Quran ayələrinə diqqət etdikdə aydın olur ki, İslam dininin mühüm hədəflərindən biri, ədalətsizlik nəticəsində cəmiyyətdə yaranmış dövlətli və kasıblıq, fəqirlik sinifləşməsini aradan aparmaqdır. Bununla da, başqalarının köməkləri olmadan yaşaya bilməyənlərin həyat səviyyələrini ən azı adi yaşayış səviyyəsinə çatdırsın. Bu mühüm hədəfə çatmaqdan ötrü İslam dinində, sələmçilik mütləq şəkildə haram buyurulmuş, İslami vergilər, o cümlədən zəkat, xüms və s. vacib infaq, borc vermək, vəqf və müxtəlif mali köməklərə təşviq olunmuşdur.
    İNFAQIN MÜXTƏLİF HƏDƏFLƏRİ VƏ NƏTİCƏLƏRİ
    Aşağıdakı ayələr, infaq və sədəqənin müxtəlif nəticələrini yaxşı bəyan edir. Quran buyurur:
    "Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxartmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı yuyub aparar və qayanı çılpaq bir daş halına salar. Onlar etdikləri işlərdən bir şey (savab) qazanmazlar. Şübhəsiz ki, Allah, kafirləri haqq yoluna yönəltməz!”(Bəqərə surəsi, ayə:264)
    Ayədə "səfvan" sözü ərəbcə, cəm şəklində olub, tək şəkli "səfvanə”, yəni, saf daş mənasındadır.
    "Vabil" sözü də ərəbcə, "güclü və iri dənəli yağış" deməkdir. "Səld" sözü də ərəbcə "saf daş" mənasındadır.
    Möhkəm bir daş parçasını nəzərə alın. Nazik torpaq örtüyü onun üzərini örtmüşdür. Bitməyə hazır olan toxumları bu torpağa səpsinlər və açıq havada günəşin təsiri altında qərar tutmuş olsun. Sonra dolu yağışlar bu torpağın üstünə yağsın. Şübhəsiz ki, bu dolu yağışlar yalnız, üzərində toxum olan torpağı yuyub aparmaqdan başqa bir iş görməyəcək. Üzərində heç bir şey bitirməyə qabiliyyəti olmayan möhkəm daş, özünü aşkar edəcəkdir. Bu heç də o səbəbə görə deyil ki, azad hava, yağışın yağmasının pis təsiri var, bəlkə də, ona görədir ki, toxumların səpildiyi yer namünasib olmuşdur. Toxum səpilən yerin zahiri yumuşaq, batini isə möhkəm olub, qeyri-nüfuzedici olmuşdur. Onun üzərini yalnız, nazik torpaq örtüyü örtmüşdür. Halbuki, bitkinin inkişafından ötrü yerin üzərindən əlavə, onun dərinliklərinin də bitkinin köklərinin inkişaf etməsindən ötrü şəraitə malik olması lazımdır.
    Quran, daş ürəkli qəlblərdən sərçeşmə almış, minnət və əziyyətlə qatışmış riyakarcasına infaq və sədəqəni, möhkəm daşın üzərinin nazik torpaqla örtülməsinə bənzədir. Belə daşdan heç bir bəhrə almaq olmaz. Bəlkə də, bağbanın zəhmətini bada verər. Bu ayə də, riyakarcasına infaq və sədəqə verənlər və minnət qoyanlar barəsində misaldır. Əvvəlcə zikr etdik ki, İmam Səccad (əleyhissalam) sədəqənin haqqı barəsində buyurmuşdu: "Sədəqə və infaq etdikdə heç kəsə minnət qoyma. Çünki, onu özünün xeyrinə görə vermisən (savabı özünə çatır)"
    "Təfsiri nümunə" kitabında bu ayənin izahı barəsindəki bir neçə mətləbə işarə edək:
    1. "Minnət qoymaqla sədəqələrinizi puça çıxarmayın" cümləsindən məlum olur ki, bir sıra əməllər var ki, yaxşı əməllərin savabını aradan aparır. Bu, həmin "puç olmaq" məsələsidir ki, "Bəqərə" surəsinin 217-ci ayəsində onun izahını verdik.
    2. Riyakarcasına görülmüş əməlin üzərini, nazik torpaq örtmüş daş parçasına bənzədilməsi çox gözəl bir oxşatmadır. Çünki, riyakar şəxslər öz qəsavətli batinlərini zahirdə xeyirxahlıq və yaxşılıq etməklə örtürlər. Qəlblərində heç bir kökü olmayan əməlləri yerinə yetirirlər. Lakin, həyat yolları tezliklə o pərdəni kənara atır və onların batinləri aşkar olunur.(Təfsiri nümunə, cild. 2, səh. 243 )
    QURANDAN BAŞQA BİR MİSAL
    Qurani-Kərimdə oxuyuruq: "Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər, uca təpənin üstündə olan bir dağa bənzərlər ki, ora düşən bol yağış oranın meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmazsa, az bir şəbnəm (şeh) də ona kifayət edər. Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!”(Bəqərə surəsi, ayə:265 )
    Yamyaşıl və bar verən bir bağı nəzərdə tutun ki, uca və bol məhsul verən, günəşin çox şüası və azad havası olan yerdə qərar tutmuşdur. Bol yağış, bu yerə yağıb bərəkət verir. Yağış yağmayan vaxt bağ, xırda yağış və şeh vasitəsi ilə də öz təravət və gözəlliyini hifz edir. Nəticidə, belə bağ, başqa bağlardan iki dəfə çox meyvə verir. Çünki, uca yerdə qərar tutub, azad hava və kifayət qədər günəşin nurundan bəhrələnir. İki gözün tamaşası onu özünə cəlb etməsindən əlavə, belə bağ, sel və su daşğınlarından da amandadır. Öz mallarını Allah yolunda sərf edib, Onun razılığını ələ gətirmək, iman və yəqinliyin möhkəmlənməsi üçün sədəqə verənlər, həmin bağ kimi olub, bərəkətli və dəyərlidir.
    Ayə barəsində "Təfsiri nümunə”dən iki mətləbə işarə edirik:
    1. Ayədəki "Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmlətməkdən ötrü infaq edənlər”- cümləsi, düzgün və Allah yolunda olunmuş xərcin hədəflərini bəyan edir. O da iki şeydir: Allahın razılığını ələ gətirmək, iman ruhunu möhkəmlətmək və qəlbin arxayınlığı. Cümlədə qeyd olunur ki, əsl infaq edənlər o kəslərdir ki, yalnız Allahın razılığını ələ gətirib, insani fəzilətləri artırıb, öz batini ruhiyyələrini möhkəmlətmək üçün infaq edirlər. Həmçinin, belə şəxslər öz vicdanları və mərhumlar müqabilində məsuliyyət hissindən vücuda gəlmiş iztirablarını sakitləşdirməkdən ötrü xərc edirlər.
    2. "Allah nə etdiklərinizi görəndir"- cümləsi, ayənin axırında zikr olunmaqla bütün yaxşı əməl görmək istəyənlərə xəbərdarlıq edir ki, öz niyyətlərində ehtiyatlı olsunlar. Çünki, ən kiçik riyakarlıq və niyyətdə şirk, infaqlarına zərər gətirir. Çünki, Allah-taala onların əməllərinəd tamamilə agahdır.(Təfsiri nümunə, cild. 2, səh. 243 )
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 726 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024