İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1
    2012-01-22, 6:22 AM
    GİZLİN VƏ AŞKAR SƏDƏQƏLƏR
    İmam Səccad (əleyhissalam) sədəqənin gizlində verilməsinə daha çox təkid edir. Bu bəyanla ki: "Qulaqları və gözləri sədəqə verməyinə şahid tutma!" Ola bilsin, bu ifadə müstəhəbb sədəqə vermək barəsində olsun. Yoxsa, vacib sədəqə sayılan zəkatı aşkar verməkdə heç bir mane yoxdur. Allah-taala "Bəqərə"surəsində bu barədə buyurur:
    "Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır. Lakin, onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah, etdiyiniz hər bir işdən xəbərdardır!”(Bəqərə surəsi, ayə:261 )
    Şübhəsiz ki, sədəqə və infaqın aşkarda yaxud, gizlində verilməsinin hər birinin xüsusi faydası vardır. Aşkar infaq da xüsusilə, vacib olarsa (məsələn, zəkat), insanların bununla, « bu işə təşviq olunmasından əlavə, "vacib vəzifəsinə əməl etmədi”- töhmətinə də son qoyulur. Əgər aşkar verilən sədəqə müstəhəbb olarsa, əslində, insanlara mərhumların müqabilində xeyir işlər görmələrinə təşviq olan bir növ təbliğdir.
    Əgər infaq gizlində olarsa, qəti olaraq riyakarlıq, özünü göstərmək hissi çox azalar. İxlası çoxalar və bununla da məhrumların abır-həyası hifz olunmuş olar.
    Bəzi rəvayətlərdə aşkarcasına qeyd olunub ki, vacib infaqın aşkarda verilməsi daha yaxşıdır. Həmçinin, müstəhəbb infaqlar gizlində verilsə daha yaxşıdır. Bu mətləb"Məcməul-bəyan" təfsirində nəql olunmuşdur.
    Ayədəki "Günahlarınızdan bəziləri bağışlanar”- cümləsindən məlum olur ki, Allah yolunda xərc etməyin günahların bağışlanmasında dərin təsiri vardır. Əlbəttə, bu mənada yox ki, bütün günahlar bağışlanılır.
    Hər halda, infaq etməkdə ən təsirli şey, pak və xalis niyyətlə əməl etməkdir. Əhalinin bilməsi və bilməməsi çox da mühüm deyildir. Mühüm, Allahın bilməsidir. Çünki, insanın mükafatını verən, aşkar və gizlindən agah olan yalnız, Allahdır!
    İNFAQ VƏ SƏDƏQƏNİN İNSANIN HƏYATINDA ROLU!
    Quran buyurur: "Ya Məhəmməd! İnsanları (qeyri-müsəlmanları) doğru yola yönəltmək sənin borcun deyildir. Sənin vəzifən ancaq onları haqq yola dəvət etməkdir. Allah kimi istərsə, onu doğru yola istiqamətləndirər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin xeyri (mənfəəti) ancaq özünüz üçündür. Siz yalnız, Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!”(Bəqərə surəsi, ayə:272 )
    "Məcməul-bəyan" təfsirində bu ayənin nazil olma səbəbi barəsində, İbni Abbasdan nəql olunur ki, müsəlmanlar qeyri-müsəlmanlara infaq etməyə hazır olmurdular. Yuxarıdakı ayə nazil olur və onlara icazə verir ki, lazım olan vaxtda bu işi yerinə yetirmək lazımdır.
    Ayədəki "Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin xeyri ancaq özünüz üçündür”- cümləsindən başa düşülür ki, infaqın mənfəəti infaq edənin özünə çatır. Bu yolla, Quran, infaq edənləri bu insani əmələ təşviq edir. Bir mətləb də qətidir ki, insan biləndə ki, hər hansı əməlinin mənfəəti özünə qayıdacaq, onda bu işə qarşı daha çox meyl edir.
    İnfaq və Allah yolunda xərc etməyin həm maddi, həm də mənəvi cəhətdən mühüm təsirləri vardır. Mənəvi cəhətdən, bağışlamaq ruhiyyəsi, bəxşiş və bir növ dostluq və qardaşlıq yaradır. Əslində, infaq edənin şəxsiyyətinin pərvərişində mühüm vəsilə kimi olur.
    Maddi nəzərdən isə cəmiyyətdə təbəqələşmə azalsın. Əvvəlcədən işarə etdik ki, hər hansı bir cəmiyyətdə məhrum və fəqrlərin çoxalması xətərli partlayışlara səbəb ola bilər. Bu halda, həm fəqirin, həm də varlının həyatı çətinləşir. Beləliklə, infaq həm ictimai, həm iqtisadi və həm də müxtəlif maddi və mənəvi cəhətdən infaq edənlərə fayda verir.
    Ancaq, ayədəki "Vəchullah" sözü ərəbcə, "vəch" surətə və bəzən də "zat" mənasında işlənilir. Ola bilsin bu mənada olsun ki, infaq edənlərin niyyəti Allahın pak zaatına xatir olmalıdır. "Vəch" sözü, kinayə ilə Allah barəsində işlədilir. Aydındır ki, Allah nə cismdir və nə də surəti vardır.
    Ayədəki "Mallarınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir”- cümləsindən aydın olur ki, güman etməyin ki, sizin infaqınızdan sizə yalnız, azca fayda olar, bəlkə də, sərf etdiyiniz hər bir şeyin əvəzi tamamilə sizə qaytarılacaqdır. Sizin bu işiniz barəsində azacıq da olsa zülm olunmaz. Bu cümlə, əməllərin təcəssüm olunmasına da bir dəlil ola bilər. Çünki, deyilir: "İnfaq etdiyiniz şey sizə qaytarılacaqdır." İndi də bu mövzudakı rəvayətlərə müraciət edək.
    SƏDƏQƏ VƏ ONUN TƏSİRLƏRİ RƏVAYƏTLƏRDƏ
    Çoxlu rəvayətlərdə sədəqənin təsirləri barəsində nəql olunmuşdur. Onlardan bəzilərinə işarə edirik:
    SƏDƏQƏ VƏ RUZİNİN ÇOXALMASI
    Sədəqə ruzinin çoxalmasına səbəb olur. Aşağıdakı üç hədisdə bu təsirə işarə olunur.
    Səkuni, İmam Sadiq (əleyhissalam)-dan nəql edir ki, buyurur:
    "İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Sədəqə verin! Həqiqətən, sədəqə mallarınızda bərəkətin çoxalmasına səbəb olur. Beləliklə, sədəqə verin ki, Allah-taala sizi Öz rəhmətində saxlasın!”(Vəsailuş-Şiə, cild. 6, səh. 257 )
    İmam Kazim (əleyhissalam) buyurur:
    "Sədəqə vasitəsi ilə ruzinizin verilməsini istəyin!”(Vəsailuş-şiə, cild. 6, səh. 258 )
    İmam Rza (əleyhissalam) atasından, o da İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir, buyurur:
    "İnsanın ən yaxşı malı və zəxirəsi sədəqədir!”(Vəsail-Şiə, cild. 6, səh. 260 )
    SƏDƏQƏ VƏ XƏSTƏLİKLƏRİN ŞƏFASI
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Xəstələrinizi sədəqə verməklə sağaldın!”(Vəsail-Şiə, cild. 6, səh. 260 )
    Beləliklə, xəstələrin sağalması həm dərman və həm də sədəqə verməklə ola bilər. İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, buyurur:
    "Xəstələrinizi sədəqə verməklə sağaldın! Bəlaları dua etməklə özünüzdən uzaqlaşdırın! Ruzi və neməti sədəqə verməklə özünüzə alın! Çünki, sədəqə insanı Şeytanın yeddi yüz məzəmmətindən saxlayır.”(Vəsail-Şiə, cild. 6, səh. 257 )
    Yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Müstəhəbbdir ki, xəstə öz əli ilə dilənçiyə sədəqə versin və ondan, ona dua etməsini istəsin.”(Vəsail-Şiə, cild. 6, səh. 262 )
    SƏDƏQƏ VƏ BƏLANIN QARŞISININ ALINMASI
    İmam Rza (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "İsrail övladları arasında uzun illər qıtlıq vücuda gəlmişdi. Belə ki, bir nəfər qadının bir tikə yeməyi vardı. Ağzına qoymaq istədikdə sail çağırır: "Ey qadın! Aclıq məni əldən salıb." Qadın öz-özünə deyir: "Sədəqə vermək vaxtıdır." Loğmanı ağzından çıxarıb dilənçiyə verir.
    Bu qadının kiçik bir oğlu var idi. Odun yığmaqdan ötrü səhraya getmişdi. Birdən canavarın hücumuna məruz qalır. Fəryad səsi ucalır. Anası səsi eşitcək, səhraya tamaşa edib canavara baxırdı. Allah-taala, Cəbraili yollayır ki, uşaqı canavarın ağzından alıb anasına qaytarsın. Sonra Cəbrail o qadına buyurur: "Razı oldunmu? Tikə, başqa tikənin müqabilində!”
    Bəli! Əgər İmam Səccad (əleyhissalam) sədəqənin haqqı barəsində buyurursa: "Allah onu saxlayıb özünə qaytaracaq”, - təsiri belə zahir olar. Bu əhvalat, sədəqənin bəlaların və gözlənilməz hadisələrin qarşısını necə almasını gözəl bəyan edir.
    Bu əhvalat kimi başqa bir rəvayət də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunur.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bir nəfər yəhudi barəsində buyurur: Bu kişini qara bir ilan izləyəcək və onu öldürəcək. Çox çəkmir yəhudi getdiyi yerdən odunla qayıdır. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: O odun dəstəsini yerə qoy! Yəhudi yükünü yerə qoyur. Odunun içindən qara bir ilan çıxır. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Ey yəhudi! Bu gün nə iş görmüsən? Cavab verir: Bu odunu yığmışam və iki ədəd çörəyim vardı, birini özüm yedim, başqasını isə fəqirlərdən birinə sədəqə verdim. Həzrət buyurdu: Allah-taala həmin sədəqəyə xatir bəlanı səndən dəf edib.
    Yenə buyurur: "Sədəqə, insanı ölümə giriftar olmaqdan saxlayır.”(Vəsail-Şiə, cild. 6, səh268 )
    İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur: "Sədəqə, dünyanın yetmiş bəlasını insandan uzaqlaşdırır və pis vəziyyətdə ölümdən ona verənə nicat verir. Bundan əlavə, axirətinə çoxlu savab yığır.”(Vəsail-Şiə, cild. 6, səh. 268 )
    Quran ayələrində oxuduğumuz kimi sədəqənin istər aşkar, istərsə də gizlində verilməsinin savabı vardır. Rəvayətlərdə də bu mətləbə işarə olunur. İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir: "Gizlində sədəqə vermək, Allahın qəzəbini yatırır.”(Vəsail-Şiə, cild. 6, səh. 268 )
    Yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Aşkarda sədəqə vermək yetmiş növ bəlanı dəf edir və gizlində sədəqə vermək Allahın qəzəbini yatırır.”(Vəsail-Şiə, cild. 6, səh. 268 )
    Məşhur alim Təbərsi, "Məcməul-bəyan" təfsirində İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:
    "Gizlin sədəqə, Pərvərdigarın qəzəbini yatırır. Xətanı aradan aparır. Su atəşi söndürdüyü kimi qəzəbi yatırır və bəlaların yetmiş qapısını bağlayır.”(Vəsail-Şiə, cild. 6, səh. 277)
    İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir, buyurur:
    "Qiyamətin səhnəsi, atəş və oddur. Yalnız, sədəqə verən möminlərin yerləri var ki, onlara kölgə salınıb.”(Şərhi ğürər və dürər, cild. 4, səh. 207 )
    Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:
    "Gizlində verilən sədəqə, xəta və günahları bağışladır. Aşkar sədəqə mal-dövləti artırır.”(Vəsail-Şiə, cild. 6, səh. 256 )
    Yenə İmam Əli (əleyhissalam)-dan nəql olunur, buyurur:
    "Yeddi tayfa var ki, Qiyamətdə Allahın kölgəsindədirlər. Onlardan biri o tayfadır ki, sədəqəni elə gizlində versin ki, sol əlin sağ əldən xəbəri olmasın.”
    Sədəqənin rəvayətlərdə təsirləri bunlardan ibarət idi.
    1.QURBANLIĞIN HAQQI
    وَأمَّا حَقُّ الهَدْيِ فَأَنْ تُخلِصَ بهَا الإرَادَةَ إلَى رَبكَ وَالتَّعَرُّضَ لِرَحْمَتِهِ وَقَبُولِهِ ولا تُرِيدَ عُيُونَ النَّاظِرِينَ دُونهُ، فإذَا كُنْتَ كَذَلِكَ لَمْ تَكُنْ مُتَكَلِّفًا ولا مُتَصَنِّعًا وَكُنْتَ إنَّمَا تَقْصِدُ إلَى الله. وَاعْلَمْ أَنَّ الله يُرَادُ بالْيَسيرِ وَلا يُرَادُ بالْعسِيرِ كَمَا أَرَادَ بخَلْقِهِ التَّيْسِيرَ وَلَمْ يُرِدْ بهِمُ التَّعْسِيرَ، وَكَذَلِكَ التَّذَلُّلَ أَوْلَى بكَ مِن التَّدَهْقُنِ لأَنَّ الْكُلْفَةَ وَالْمَئونَةَ فِي الْمُتَدَهْقِنِينَ. فَأمَّا التَّذَلُّلُ وَالتَّمَسْكُنُ فَلا كُلْفَةَ فِيهِمَا وَلا مَئونةَ عَلَيْهِمَا لأَنَّهُمَا الْخِلْقَةَ وهُمَا مَوجُودَانِ فِي الطَّبيعَةِ. وَلا قُوَّةَ إلا باللهِ.
    "Qurbanlığın haqqı odur ki, onu xalis Allaha xatir kəsməyi iradə edib, yalnız, Onun rəhməti ilə qəbul olunmasını dilə. (Qurbanlığını təkcə Ona xatir kəs) Öz qurban kəsməkliyini əhalinin gözü qabağında onların başına minnət qoyma. Əgər minnət qoymasan, özünü bəhrəsiz zəhmətə salmazsan və əməlin xalis olar. Həqiqətdə, sənin bu əməlində niyyətin Allah olmalıdır.
    Bil ki, Allah dərgahında asanlıqla yük tutmaq olar və çox da zəhmətə ehtiyac yoxdur. Allah-taala, bəndələrin təkliflərini asanlaşdırdığı kimi onları zəhmətə də salmaq istəmir!
    Həmçinin, Allah dərgahında təkəbbürçülük izhar etməkdənsə, təvazökar olmaqlığın sənin üçün daha yaxşıdır. Çünki, zəhmət və özünü öymək, rəyasət tələb və onlar kimilərə aiddir. Amma təvazökar olmaqlığın nə zəhməti var, nə də xərci vardır. Çünki, insanın təbiətinə və fitrətinə uyğundur. İnsan da, təbiət də məxluqdur. Allahdan başqa heç bir güc-qüdrət yoxdur!”
    "HƏDY" SÖZÜ LÜĞƏTDƏ
    "Hədy" (qurban) sözü ərəbcədən, həccdə və Betullahil-həramda kəsilən qurbanlığa deyilir. Amma, başqa qurbanlığa ərəbcə "uzhiyyə" deyilir. Belə adlanmanın səbəbi, qurbanlığın Kəbəyə olan ehtiramı və kəramətinə görədir. "Hədy" sözü, hidayət və lütf mənasındadır. Yaxud, qurbanlığın Kəbə və Hərəmə xatir kəsilməsidir. Məsələn deyilir: "Hədəl ərus ila bəliha." Gəlini ərinin evinə tərəf apardılar.(Qamus Quran. cild.«, səh.150 ) Quranda oxuyuruq: "Qurbanlığı öz yerinə çatdırmayınca başlarınızı qırxdırmayın!”(Bəqərə surəsi, ayə:196 )
    "Hədiyyə”yə, lüğət kitabı "Müfrədat”a əsasən, o səbəbdən hədiyyə deyirlər ki, bəzilərindən digərlərinə olan lütf və mərhəmətdir. Səba Mələkəsinin Süleyman (əleyhissalam)-a hədiyyə göndərməsi barəsində Quranda oxuyuruq: "Mən onlara hədiyyə göndərəcəyəm. Görüm göndərdiklərim nə ilə qayıdacaqlar?”(Nəml surəsi, ayə:35 )
    "Hədy" (qurbanlıq) sözü, Quranda yeddi dəfə gəlmişdir. Hamısı da həcc və ümrədə kəsilmiş qurbanlıq mənasındadır.
    QURBANLIQ
    Təməttö həccində iştirak edənlərə vacib olan ikinci əməl, "Mina”da qurbanlıq kəsməkdir. Bu əmələ, ibadət və Allaha yaxın olmaqdan ötrü olduğuna görə "qurbanlıq" deyilir. "Məcməul-bəhreyn" kitabında yazır: Allahın rəhmətinə yaxın olmaqdan ötrü görülmüş hər bir xeyir işə "qurbanlıq"deyilir.(Məcməul-bəhreyn, "Qurb” kəlməsi )
    Biz bu bəhsimizdə İmam Səccad (əleyhissalam)-ın qurbanlıq barəsindəki kəlamını izah etmək istəyirik. Ona görə də, Qurani-Kərimdə qurban barəsində gələn ayələrdən zikr etməliyik. Bununla da, bu mövzunun əhəmiyyəti aydınlaşmış olar. Quran buyurur:
    "Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. Əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir"(Bəqərə surəsi, ayə:196 )
    Allah-taala, bu ayədə üç dəfə qurbanlıq mövzusuna toxunur.
    Birinci: Ehram bağladıqdan sonra xəstəlik və ya qorxu qarşıya çıxıb mane olsun. Bu vaxt bir qurbanlıq kəsmək lazımdır.
    İkinci: Qurban bayramı günü Şeytana daş atıb, başını qırxdırmazdan əvvəl qurbanlıq kəsilməlidir. Qurbanlıq kəsməyincə hacı başını qırxdıra bilməz.
    Üçüncü: Əmin olduqdan sonra yəni, hər vaxt təməttö həccini yerinə yetirdikdə əməllərdən biri də şübhəsiz ki, qurbanlıqdır. Bu da, Minada kəsilir.
    Başqa yerdə Quran buyurur:"Ey iman gətirənlər! Allahın müyyən etdiyi mərasimə (həcc mərasiminə) haram (hörmətli) aya, qurbanlara, boynuna nişan taxılmış qurbanlıqlara, həmçinin, Rəbbinin lütf və razılığını diləyərək Beytül-hərama üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin!”(Maidə surəsi, ayə:2 )
    Bu ayədə səkkiz göstəriş gəlib. Onlardan biri qurbanlıqdır. Həcc qurbanı, istər nişanlı, istərsədə nişansız. "Hədy”, ərəbcədən qurbanlıq ünvanı ilə Allah evinə aparılmış heyvana deyilir. "Qəlaid”, "qəladə" sözünün cəm şəklidir. Ayədə boynuna nişan vurulub qurbanlıqdan ötrü gətirilmiş heyvana deyilir.
    Bu ayədə yenə də həmin mövzu bəhs olunur, buyurur:
    "Allah, Beytul-həram (müqəddəs ev) olan Kəbəni, haram ayı, boyunları bağsız və bağlı qurbanlıqları insanın düzəldib sahmana düşməsi üçün bir yol müəyyən etdi.”(Maidə surəsi, ayə:97 )
    Başqa ayədə yenə də buyurur:"Ey iman gətirənlər! Ehramda olarkən ovu öldürməyin. Sizdən, ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər bir heyvanı Kəbəyə çatası qurban etməkdir.”(Maidə surəsi, ayə:95 )
    Bu kəffarənin, Kəbənin yanında qurbanlıq olunmasına göstəriş verilir. Diqqət etmək lazımdır ki, din alimləri arasında məşhur nəzəriyyə budur ki, ümrədə ehram halında ov etməyin kəffarəsi Məkkədə kəsilməlidir. Amma, həccdə ehram halında ov etməyin kəffarəsi isə Mina və qurbangahda kəsilməlidir.
    Yenə də başqa ayədə qurbanlıq mövzusunda buyurur: "Küfr edənlər də, sizin, Məscidul-hərama daxil olmağınıza maneçilik törədənlər də, qurbanlıqları öz yerinə (qurbangaha) gedib çatmağa qoymayanlar da məhz onlardır (Məkkə müşrikləridir).”
    Allahın Qurani-Kərimdə qurbanlıq məsələsinə işarə etdiyi yeddi mövzu bunlar idi. Bütün bu ayələrdə bəndələrə bildirir ki, qurbanlıqda Allahın rəhmətinə qovuşmaq və yaxın olmaq niyyəti olmalıdır. Xüsusilə, qurbanlıq Kəbə üçün olarsa, daha diqqətli olmalıdır.
    QURBANLIĞIN YARANMA TARİXİ
    Hər kəsin bilmək istədiyi mövzulardan biri də odur ki, qurbanlıq nə vaxtdan vücuda gəlmişdir? Çünki, tarixi nişanələr göstərir ki, müxtəlif millətlər və ümmətlər arasında qurbanlıq məsələsi olmuşdur. Xoşbəxtlikdən Qurani-Kərimdə bu mövzunun kökü Adəm (əleyhissalam)-ın yaranışı və övladlarının zamanından olduğu bəyan olunur. "Maidə"surəsində oxuyuruq: "Ya Məhəmməd! Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə! Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdır. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə demişdi: "Səni mütləq öldürəcəyəm!"Habil ona belə cavab vermişdi: "Allah yalnız müttəqilərdən qurban qəbul edər!”(Maidə surəsi, ayə:27)
    Bu ayədən məlum olur ki, Allah-taalanın rəhmətinə yaxın olmaq yollarından biri də qurbanlıqdır. Adəmin övladları özlərinin hansının Allaha daha yaxın olmaq meyarını qurban kəsmək götürürlər.
    İbrahim (əleyhissalam) Allaha yaxın olmağı sədəqə verməkdə bilirdi. Necə ki, "Tövrat" kitabından məlum olur ki, Allah ona heyvanları qurbanlıq etməyi əmr edir. İbrahim (əleyhissalam)-ın övladları da həmin yolla özlərini Allahın rəhmətinə yaxın edirlər.
    Həzrəti Musa (əleyhissalam)-ın dövründə qurbanlıq iki qisim idi. Bir qism zibh olur, digər qisim isə Allah yolunda kəsilirdi. Zibh olunan üç qisim idi:
    1.Odda yandırılan üçün kəsilən.
    2.Xəta və günahın kəffarəsi üçün kəsmək.
    3.Sağlamlıq üçün kəsilən.
    Birinci qisim odda yandırılmalıdır. Təkcə dərisi qalır, o da kahinə məxsus olurdu. İkinci, qurbanlığın yarısı yandırılır, yarısı isə kahinə çatırdı. Üçüncü növ qurbanlığın əti hamıya halal idi.
    Rumlular öz tanrılarından ötrü qurbanlıqlar kəsirdilər və onların kahinləri, qurbanlıq vaxtı su, bal və gülab çiləyirdilər. Tarix yazır: İnsanlar belə qurbanlıqlarda təkcə qoyun və heyvanları kəsməklə kəfayətlənmirdilər, bəlkə də, bəzən insanı da qurbanlıq ünvanı ilə zibh edirdilər.
    Finiqinlər, kənanilər, farslar, rumlular və misirlilərin bir qisminin belə adəti var idi. Nəhayət, 657-ci ildə rumluların əyan və əşrəf məclisi bu növ qurbanlığı qadağan edirlər.
    Nəql olunur ki, misirlilər öz bütxanalarına ehtiram göstərməkdən ötrü hər ilin isti ayında, Nil çayında, bakirə qızı gözəl şəkildə bəzədikdən sonra onu suda qərq edirdilər. Bu çirkin adət, misirlilərdə davam edirdi. Tainki, Əmr ibni As, Ömər ibni Xəttabın razılığı ilə bu adəti qadağan edir. "Risalətil-hüquq" kitabının müəllifi bu mətləbi "Hikmətut-təşriy və fəlsəfə" kitabından, Əl-Əzhər alimlərindən ustad Əhməd Curcaninin dilindən nəql edir.
    İslam dini istər insanlar üçün, istərsədə bütlərdən ötrü olan bütün qurbanlıqları qadağan edib, səhih və düzgün qurban kəsməkliyi öz tərəfdarlarına öyrətmişdir. Keçmiş bəhslərdə bu mövzudakı ayələri zikr etdik. Əslində, İslam, insanın fitri meyllərini nəzərə almaqla qurbanlığın yalnız, Allahdan ötrü olmasını bəyənir və qurbanlığın kəsilməsi yolunu bəşərə öyrədir. Heç də güman olunmasın ki, qurbanlığın əti ya qanı Allaha çatır, xeyr, bəlkə də, bu iş insanın Allahın rəhmətinə yaxın olmasından ötrüdür. Ona görə də heyvanın başını kəsdikdə "qəsdi-qürbət" (Allaha yaxın olmaq) niyyəti olmalıdır və Allahın adı çəkilməlidir.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 | Added by: Islam_Kitabxanasi
    Views: 645 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024