İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslam şəriətində vacib və haram əməllər

    İslam şəriətində vacib və haram əməllər
    2012-01-09, 4:42 PM
    ÜÇÜNCÜ FƏSİL
    EVLƏNMƏK, QOHUM-ƏQRƏBA (MƏHRƏM), NAMƏHRƏM, NƏFƏQƏ VƏ ÖVLADA AİD MƏSƏLƏLƏR
    134. Evlənmək ucbatından günaha düşən kişinin (oğlanın) hətta azacıq imkanı (pulu və s.) olan halda həddi-büluğa çatmış və ərsiz qızla (qadınla) evlənməsi vacibdir.
    135. İnsanın öz ölmünə səbəb olmayınca öz namusu, övladı və yaxın adamlarını hədələyən hər hansı bir təhlükənin qarşısında durub onları müdafiə etməsi vacibdir. öz ölümünə səbəb olduqda isə bəzi vaxtlar caiz, bəzi vaxtlar isə haram sayılır.
    136. Sileyi-rəhim vacibdir. Bu isə valideynə qarşı danışıq, salam, görüş, məktublaşmaq və s. bu kimi işlərdə gözəl rəftar edilməsindən ibarətdir. Həmçinin bu kimi işlərdə gözəl rəftar etmək, sair qohumlara da aiddir. Valideyn və övlada qarşı belə bir rəftar onların xərcindən əlavə olmalıdır.
    137. valideyni incidib, onlara əziyyət etmək haramdır. Həmçinin onların narahatçılığına səbəb olacaq halllarda istəkləri ilə ziddiyyətdə olmaqda bu qəbildəndir. Amma onların istəkləri (göstərişləri) qeyri-şəri olduqda, sözlərindən çıxmaq haram sayılmaz.
    138. Yersiz yerə qohum-əqrəba ilə rabitəni kəsmək haramdır. Belə ki, imkanı olan halda yoxsul olan ata və ana, nənə və baba, ulu baba və s. həmçinin övlad, nəvə, nəticə və s. kimi yaxın adamlara maddi yardımın tərk edilməsi bu cümlədəndir. Həmçinin şəri üzrü olmadan ata və ana qohuaları ilə adi rabitəni kəsmək də buna misal ola bilər.
    139. Ata və anaın atasına (babaya) həddi-büluğa çatmamışq və böyük olsa belə uşaqlıqdan ağılsız olan qeyri-aqil övladlara başçılıq və nəzarəti övladların həddi-büluğ və ağıl həddinə çatdığı zamanadəkdir. Belə ki, bu müddətdə onların istər cismi, istərsə də ruhi baxımdan təlim-tərbiyəsi, ədəbləndirilməsi, həmçinin müqəddəs islam şəriətində təyin olunmuş və adət üzrə övladın pulu, onun pulu olmadıqda isə vəlinin (başçının) öz pulu ilə xərcinin ödənilməsi zəruridir.
    140. Hər hansı bir hədəf və niyyətlə övladı öldürmək haramdır. Buna misal olaraq: övladı saxlamaqdan aciz qalmaq, onu tərbiyələndirə bilməmək, övlad sahibinin o uşağa görə adının ləkələnməsi və pis olması kimi bəhanələrlə övladın öldürülmə hallarını qeyd etmək olar. Hətta zinakarlıqdan dünyaya gəlmiş uşağı öldürməyin ayrı bir müsəlmanı öldürmək ilə heç bir fərqi yoxdur.
    141. Vəlinin (övlad sahibi və başçısının) vəfatı və ya bir şəxsə vəsiyyət etdiyi hallarında o şəxsin və ya babanın (atanın atasının) qeyri-baliğ və qeyri-aqil uşağın özü və var-dövlətinə nəzarət və başçılıq etməsi vacibdir.
    142. Hər bir ədalətli mömin, o olmadıqda isə sir möminlərə ata, baba və ya vəsi (vəsiyyət üzrə təyin olunmuş şəxs), həmçinin ümmətin hakimini tapmaq mümkün olmayan hallarda, yetim və dəli uşaqların başçılığını ələ alıb onların var-dövlətini öz yaşayışlarını idarə etməkdə xərcləməsi vacibdir. Əlbəttə qohum-əqrəba bu mərhələdə başqalarından üstün sayılır.
    143. Ata və ananın atasının, maddi imkanı olan və günah qarşısında aciz qalan oğlan və qızın evlənməsi üçün şərait yaratması vacibdir. Hətta övlad, günaha düşüb-düşmədikdə evlənməyə ciddi ehtiyacı olarsa, (onu evləndirmək vacib sayılır). Həmçinin infaq baxımından övladın yuxarıda qeyd olunmuş şərtlər əsasında öz ata və ya anasını evləndriməsi də vacibdir. Bu məsələ barədə isə müxtəlif nəzərlər irəli sürülmüşdür.
    144. Kişinin hətta təlaq vermədiyi (boşamadığı) ifza olunmuş qadının əbədi olaraq xərcini ödəməsi vacibdir. İfza isə şəri hakimin vasitəsi ilə müəyyən lazımı bir məsləhət əsasında həddi-büluğa çatmamış bir qızın əqdinin (nikahının) bir kişi üçün oxunmasından sonra o kişinin həddi-büluğa çatmamışdan qabaq qızla yaxınlıq etməsi və nəticədə isə qızın sidiklə heyz, yaxud heylə qait yolunun bir olması halından ibarətdir. Belə bir kişi, o qadını təlaq verib, yaxud o qadın sonradan başqasına ərə getsə belə, ömrünün sonunadək xərcini ödəməlidir.
    145. Yaxarıda qeyd olunmuş kişinin «mufzat qadın» adlanan belə bir qadınla cinsi əlaqəd olması əbədi olaraq haram sayılır. Bu isə hələlik onu təlaq verməyib öz həyat yoldaşı kimi saxlaması hallarına da aiddir.
    146. Mürtədd (dindən xaric) olduqdan sonra tövbə edib-etməməsinə baxmayaraq, əri fitri mürtəd olmuş qadının öz ərindən ayrılıb vəfat iddəsi saxlması vacibdir. İddənin başlanğıcı isə mürtədd olan vaxtdan sayılır.
    147. Kişinin evlənərkən (nikah əqdi oxunan zaman ) özündə aşağıdakı dörd eybdən biri olarsa, onları açıb deməsi vacibdir:
    1-Dəlilik; (hətta hərdən bir olsa belə).
    2-Yumurtalarının olmaması və ya onların işdən düşməsi;
    3-Cinsi orqanın kəsilmiş olması;
    4-Cinsi əlaqə üçün bacarıqsız olması;
    148. Qadının (nikah əqdi oxunan zaman) özündə aşağıdakı yeddi eybdən biri olarsa, onları açıb deməsi vacibdir:
    1-Dəlilik;
    2-Cinsiyyət orqanında yaxınlığa mane olan bir şeyin (artıq ət, sümük və s.) olması;
    3-Cuzam; (xora xəstəliyi).
    4-Şil olması;
    5-Bərəs; (alağa xəstəliyi).
    6-Korluq;
    7-İfza (yəni sidiklə heyzin, yaxud heyzlə qait məcrasının eyni olması).
    149. Kişi və qadının əqd mərasimində bir-birinə aid qoyduqları və boyunlarına aldıqları şərt və ya şərtlərə əməl etməsi vacibdir ki, buna misal olaraq Quran öyrətmək, həccə aparmaq, vətəndən xaric olmamaq və s. bu kimi şərtləri qeyd etmək olar. Həmçinin bu şərtlərin kişi tərəfindən qadının öhdəsinə, yaxud qadın tərəfindən kişinin öhdəsinə qoyulmasının heç bir fərqi yoxdur.
    150. Qadının istər cinsi yaxınlıq, istərsə də başqa işlərdə ərinin ondan hər növ ləzzət aparmasından imtina etməməsi vacibdir. Amma şəri üzr və ya haram hallarda vacib deyildir. Həmçinin üzürlü səbəbdən, belə bir hallarda da istisna olunur.
    151. Kişiyə öz daimi həyat yoldaşının yemək, geyim, məskən ə bu kimi yaşayış ehtiyaclarını zaman və mühitin adi vəziyyətinə əsasən təmin etməsi vacibdir. Həmçinin qadının riciyyə iddəsi günləri də xərcini ödəmək bu qəbildəndir.
    152. İstər kişinin, istərsə də qadının danışıq, ədəb, həmçinin fərdi, ictimai və ailəvi rəftarlarında bir-biri ilə adətə uyğun gözəl rəftar etməsi vacibdir. Bu gözəl rəftarın tərk edilməsi isə «suul-işrət» – yəni (pis rəftarlıq) adlanır.
    153. İmkanlı olan şəxsin özünün yoxsul ata, ana, atasının atası, anasının anası və nə qədər yuxarı getsə, həmçinin övlad, nəvə, nəticə və nə qədər aşağı gedən şəxslərin xərcini ödəməsi vacibdir.
    154. Qadının tələb etməsi və kişinin də imkanı olan halda onun mehriyyəsini ödəməsi vacibdir. Hətta kişinin öz yoldaşını təlaq verməsi üçün qəsdi olmasa belə bu əməl vacib sayılır. Belə ki, nikah əqdində mehriyyə təyin olunub, qadınla yaxınlıq etmiş olarsa, mehriyyənin hamısını ödəməlidir. Amma yaxınlıq hasil olmadıqda, mehriyyənin yarısını ödəməli, nikah əqində mehriyyə müəyyənləşməyib, yaxınlıq hasil olarsa, «mehrul-misli» ödəməlidir. Mehriyyə müəyyənləşdirilmədən heç bir yaxınlıq hasil olmadıqda isə kişiyə heç bir şeyi ödəmək vacib deyildir. Bununla belə təlaq fərzində qadına öz halına uyğun bir şey verməsi zəruri sayılır ki, bu da mütə adlanır.
    Qeyd etmək lazımdır ki, qadının mehriyyəsini verməmək, mehriyyədən kəsmək, həmçinin qadını mehriyyənin hamısı və ya bir hissəsini bağışlamasına məcbur etmək, haqqında çoxlu təkid olunmuş haram işlərdən sayılır.
    155. Hər bir kişiyə öz daimi yoldaşı ilə (yaxınlıqda deyil), bir yerdə yatmaq məsələsində ədalətə riayət etməsi vacibdir. Yalnız bircə daimi həyat yoldaşı olan isə azaddır. Amma iki yoldaşı olan kişi bir gecədə onların biri ilə yatarsa, başqa gecədə digər yoldaşı ilə birgə yatmalı, sonrakı gecələrdə isə azaddır. Həmçinin üç və ya dörd daimi həyat yoldaşı olan kişi, onların biri ilə birgə yatarsa, qalanları ilə də birgə yatmalıdır və daha sonra azad sayılır. Bu məsələ barədə müxtəlif nəzərlər mövcuddur.
    156. öz əri ilə yaxınlıq əlaqəsində olduqdan sonra ayrılan qadının iddə(İddə sözündən məqsəd öz ərindən ayırılmış qadının müəyyən müddətədək ərə getməyib, tək qalmasından ibarətdir.) saxlması vacibdir. Belə bir qadının daimi və ya müvəqqəti yoldaş olması, daim nikahdan sonra təlaq verilməsi və ya müvəqqəti nikahdan öz vaxtını bağışlaması və ya vaxtının qurtarması, həmçinin daimi nikahda öz ixtiyarı ilə nikahı pozması arasında heç bir fərqi yoxdur. İddənin vaxtı müxtəlif olsa da qeyd olunmuş hallarda qadının iddə saxlaması vacib sayılır.
    Həmçinin aşağıda qeyd olunan (nikahın öz-özünə pozulması) hallarında da iddə saxlmaq vacibdir:
    1-Əri fitri mürtəd olan qadın;
    2-Ər və arvad kafir halda olduqdan sonra, qadın müsəlman olub, ər isə kafir halında qalar isə, nikahları öz-özünə pozular;
    3-Qadın bir uşağa süd verməklə öz ərinə haram olub, nikahları da pozular. Buna misal olaraq bir kişinin qaynanasının öz uşağına süd verməsi halını qeyd etmək olar. Bu halda kişinin yoldaşı ona haram sayılır. Belə ki, qadın belə bir vəziyyətdə də iddə saxlamalıdır.
    157. İstər daimi, istərsə də müvəqqəti nikahda olan qadının əri vəfat etdikdən sonra iddə saxlması vacibdir. Həmçinin ərinin onunla yaxınlıq etməyən halında da iddə saxlaması vacibdir.
    158. Əri vəfat etmiş iddədə olan qadının istər sürmə və ətir kimi bədənə aid, istərsə də bəzəkli paltarlar kimi sair bəzək-düzəkləri tərk etməsi vacibdir. Bunun isə bayram və s. günlərdə olması arasında heç bir fərqi yoxdur.
    159. Səhvən öz ərindən ayrı bir kişi ilə yaxınlıq əlaqəsində olan qadının o iş olan vaxtdan etibarən iddə saxlması və ərinin ona yaxınlaşmaması vacibdir. Belə ki, bu iddə vasitəsi ilə səhvən həyata keçmiş yaxınlıq nəticəsində qadının hamilə olub-olmaması aydınlaşmalıdır.
    160. Rici təlaq iddəsi zamanında qadının bütün ailəlik qaydalarına əməl etməsi vacibdir. Buna misal olaraq ərinin icazəsi olmadan evdən xaric olmaq və ya kişinin əməli şəkildə qayıtmasından imtina etməməsi kimi işləri qeyd etmək olar. Həmçinin kişinin də qadının xərcini ödəmək və onu evdən ixrac etməmək kimi ailəlik qaydalarına əməl etməsi vacib sayılır.
    161. Əziyyət qəsdi ilə içilən andı sındırmaq vacibdir. Belə ki, bir kişinin öz daimi həyat yoldaşına əziyyət vermək üçün dör ay və ya həmişəlik olaraq onunla yaxınlaşmaması üçün and içərsə, bu andı sındırıb yoldaşı ilə cinsi əlaqədə olmalı, həmçinin andı sındırmaq kəffarəsini verməlidir. Belə bir and «iyla» adlanır.
    162. Yaxın adamlar və dostlar haqqında yersiz təəssübkeşlik etmək haramdır. Buna misal olaraq onları batil tərzdə tanıtdırmaq, başqalarının haqqını onlara vermək, onlara qarşı zülmkarlığa sükut etmək və ya onlara qarşı edilən zülmkarlığa kömək etmək kimi halları qeyd etmək olar.
    163. Qadının heç bir üzru olmadan öz əri ilə yaşayışda şəri və əxlaqi vəzifələrə əməl etməkdən boyun qaçırması haramdır.
    164. Kişinin öz ailəsinə qarşı yaxşı rəftarı tərk edib ailəvi yaşayışda şəri və əxlaqi vəzifələrə əməl etməkdən boyun qaçırması haramdır.
    165. Kişinin həddi-büluğa çatmamış istər daimi, istərsə də müvəqqəti yoldaşı ilə yaxınlıq etməsi haramdır. Bu məsələdə isə onun razı olub-olmaması arasında heç bir fərq yoxdur.
    166. İstər daimi, istərsə də müvəqqəti həyat yoldaşı ilə heyz (aybaşı) və nifas hallarında cinsi əlaqədə olmaq həm kişiyə, həm də qadına haram sayılır. Bu isə haqqında çoxlu təkid olunmuş haram işlərdəndir.
    167. Qadına lazım olan yerlərdə özünün hamilə olduğunu gizlətmək, heyz və ya pak olması hallarından xəbər verməmək, həmçinin bu barədə yalandan xəbər vermək kimi işləri haram sayılır. Buna misal olaraq, iddəsinin sona çatıb-çatmaması və ya kişinin rücu (qayıdışa) haqqı olub-olmamasını bilmək üçün qadından bu kimi sualların soruşulması hallarını qeyd etmək olar.
    168. Kişinin öz həyat yoldaşına əziyyət verməsi haramdır. Belə ki, onu təlaq verərək, iddənin sonunda qayıdıb və əziyyət niyyəti ilə yenidən onu təlaq verib bu vasitə ilə onun başqası ilə ailə həyatı qurması və ya iddədən sonra azad olmasının qarşısını alması nəzərdə tutulur.
    169. Tədlis haramdır. Belə ki, istər qız, istərsə də onun şəri və ürfi vəlisi tərəfindən elçi üçün qızı qeyri-həqiqi tərzdə tərifləyib, elçini aldatmaq nəzərdə tutulur ki, buna misal olaraq qızı sağlam, ağıllı, eybsiz və s. yaxşı xüsusiyyətlərlə tərifləməyi qeyd etmək olar. Həmçinin gizlədilmiş eybin, nikah əqdinin pozulmasına səbəb olan eyblərdən və ya başqa eyblərdən olması arasında heç bir fərq yoxdur. Bu əməl haram sayılmaqdan əlavə, şəriətdə buyurulmuş eyblərin gizlədilməsindən olarsa, kişinin tərəfindən nikah əqdinin pozulması haqqını qoruyub saxlayır. Belə ki, kişinin bu halda təlaq vermədən nikah əqdini pozmağa haqqı vardır.
    170. Həccin Nisa təvafı və ya müfrədə ömrə əməlini yerinə yetirməyən, həmçinin bu əməli səhv yerinə yetirən hər bir mükəlləfin öz halal yoldaşı ilə cinsi əlaqəd olması haramdır. Çünki belə bir şəxs bu təvafın qəzasını özü və ya naibi vasitəsi ilə yerinə yetirməyincə, ehram halında sayılır. Belə bir mükəlləfin kişi, qadın, həddi-büluğ və ya kiçik yaşlı uşaq olması arasında heç bir fərq yoxdur.
    171. Yuxarıda qeyd olunmuş mükəlləf üçün öz təvafını yerinə yetirməyincə evlənmək və ya evləndirilməsi haramdır. Lakin əhli-sünnət kimi Nisa təvafına inanmayanlar bu hökmə daxil deyildir. Belə ki, bu cür şəxslər üçün əvvəlki və ya yeni yoldaş haram sayılmır. Elə buna görə də şiə qadın və ya kişinin Nisa təvafı əncam verməmiş sünni kişi və ya qadınla ailə həyatı qurması haram deyildir.
    172. Kişinin aşağıda qeyd olunan özünün yeddi dəstə nisbi məhrəmləri ilə evlənməsi haramdır:
    1-Ana, ananın anası (nənə), atanın anası nə qədər yuxarı getsə də (ulu baba, ulu nənə və s.);
    2-Qız, qızın qızı, oğulun qızı nə qədər aşağı getsə;
    3-Ata və ana tərəfindən həmçinin yalnız ata və ya yalnız ana tərəfindən sayılan bacı;
    4-Ata və ana tərəfindən həmçinin yalnız ata və ya yalnız ana tərəfindən sayılan qardaşın qızı və nəvələri hər nə qədər aşağı getsə;
    5-Ata və ana həmçinin yalnız ata və ya yalnız atan tərəfindən sayılan bacı qızı və nəvələr hər nə qədər aşağı gedərsə;
    6-Bibi, atanın və ya ananın bibisi; hər nə qədər yuxarı gedərsə.
    7-Xala, atanın və ya ananın xalası; hər nə qədər yuxarı gedərsə.
    173. Kişinin yuxarıda qeyd olunmuş yeddi dəstə ilə evlənməsi, hətta onların zinadan dünyaya gəlməsi halında belə haram sayılır. Məsələn, zinadan dünyaya gəlmiş ana, qız və s...
    174. Kişinin yuxarıda qeyd olunmuş yeddi dəstə ilə evlənməsi, onların süd məhrəmi olduğu halında belə haram sayılır. Məsələn, süd anası, süd qızı və s.
    175. Qadının kişiyə aid qeyd olunduğu kimi, özünün yeddi dəstə nisbi məhrəmləri ilə ailə həyatı qurması haramdır. Onlar isə aşağıdakılardan ibarətdir:
    1-Oğul, oğulun oğlu, qızın oğlu və nə qədər aşağı gedərsə;
    2-Ata, atanın atası, ananın atası və nə qədər yuxarı gedərsə;
    3-İstər ata və ana, istərsə də yalnız ata və ya yalnız ana tərəfindən sayılan qardaş;
    4-Qardaşın oğlu və nəvələri;
    5-Bacının oğlu və nəvələri4
    6-Atanın qardaşı (əmi), həmçinin ata və ya ananın əmisi; nə qədər yuxarı gedərsə.
    7-Dayı, həmçinin ata və ya anaın dayısı, hər nə qədər yuxarı gedərsə.
    176. Qadının yuxarıda qeyd olunmuş yeddi dəstə ilə ailə həyatı qurması hətta onların zinadan dünyaya gəlməsi halında belə, haram sayılır. Məsələn, zinadan yaranmış ata, oğul və s.
    177. Qadının yuxarıda qeyd olunmuş yeddi dəstə ilə ailə həyatı qurması, onların süd məhrəmi olduğu halında belə haram sayılır. Məsələn, süd yemək vasitəsi ilə qadına ata, oğlu, qardaş, qardaş oğlu, bacı oğlu, əmi, dayı və s.
    178. Kişinin rəbibə ilə evlənməsi haramdır. Rəbibə isə öz həyat yoldaşının əvvəlki və ya sonrakı ərlərindən olan qızı və nəvələrindən ibarətdir. Əlbəttə o qadınla yaxınlığın həyata keçməsi, bunun şərti sayılır.
    179. Kişinin bir qadınla nikah əqdi oxunan kimi, o qadının anası, atasının anası, həmçinin anasının anası ilə evlənməsi haramdır.
    180. Kişinin öz oğlunun həyat yoldaşı (gəlini) ilə evlənməsi haramdır.
    181. Qadının öz ərinin atası ilə (hər nə qədər yuxarı gedərsə) ailə həyatı qurması haramdır.
    182. Oğulun öz atasının həyat yoldaşı ilə evlənməsi və başqa sözlə, qadının öz ərinin oğlu ilə və nəvələri ilə (hər nə qədər aşağı gedərsə) ailə həyatı qurması haramdır.
    183. Kişinin eyni zamanda iki bacı ilə evlənməsi haramdır. Bunun isə istər eyni zamanda, istərsə də fasilə ilə nikah əqdinin oxunması arasında heç bir fərqi yoxdur. İkinci nikah haram sayılır.
    184. Kişinin öz ailəsindən icazə almadan onun qardaşı qızı ilə və ya bacısı qızı ilə evlənməsi haramdır.
    185. Kişinin livat etdiyi şəxsin anası, bacısı və qızı ilə evlənməsi haramdır. Bunun isə uşaqlıq və ya həddi-büluğ hallarında etməsi arasında heç bir fərqi yoxdur. Lakin bu (pis) işi görən şəxsin anası, bacısı və ya qızı livat verən şəxsə haram deyildir.
    186. Dörd daimi həyat yoldaşı olan kişinin beşinci, altıncı və ya daha çox qadınlala (daimi) nikah qurması haramdır.
    187. Ehtiyata əsasən kişinin ədalətlə keçinəcəyinə imkansız olduğunu bildikdə, ikinci, üçüncü və daha çox qadınlarla evlənməsi haramdır.
    188. Müsəlman kişinin əhli kitabdan sayılmayan hər hansı bir kafir qadınla nikah qurması da haram sayılır. Əlbəttə bu haqda müxtəlif nəzərlər mövcuddur.
    189. Müsəlman qadının istər əhli kitab, istərsə də qeyri əhli kitabdan olan qeyri-müsəlman bir kişi ilə daimi və ya müvəqqəti olaraq ailə həyatı qurması haramdır.
    190. Daimi həyat yoldaşının öz ərindən icazə almadan evdən çölə çıxması və ya səfərə getməsi haramdır. Lakin vacib olan həcc və ömrə səfərləri, zəruri müalicə, müdafiə cihadı və ya ibtidai cihadda kömək etmək kimi zəruri hallarda bu işlərin eyni vacib sayılmasına yəqin etdikdə, həmçinin müsəlmanlar rəhbərinin göstərişi olarsa, evdən xaric olmaq və ya səfərə getmək haram sayılmaz.
    191. İnsanın özündən yaranmış və şəriət baxımından öz övladı sayılan övladını inkar etmək haramdır. Lakin şəri hakimin hökmü və ya özünün yəqin etdiyi hallarında bu iş haram sayılmır.
    192. Kişinin öz ailəsi vasitəsi ilə övladının saxlanmılması həmçinin istər az və ya çox miqdarda pullu, istərsə də pulsuz hallarında süd vermək istəyərkən onun qarşısını alması haramdır. Həmçinin onu istər pullu, istərsə də pulsuz olaraq süd verməsinə məcbur etmək də haram sayılır. Digər tərəfdən şəri vəzifə miqdarından artıq olaraq atanın xərc verməsini tələb etmək də haram işlərdəndir.
    193. Bir məclisdə (halda) qadını üç dəfə təlaq verib (boşayıb), düzgün təlaq sayılan işləri onun üçün hazırlamaq haramdır və bu qadın belə bir təlaq vasitəsi ilə o kişinin ailəsi olmasından xaric olmaz.
    194. Kişinin üç dəfə təlaq verdiyi qadınla fasiləsiz (ayrı bir mühəllil olmadan) evlənməsi, haramdır. Belə ki, bir kişi öz həyat yoldaşını düzgün tərzdə təlaq verərsə, bu qadın müvəqqəti olaraq o kişiyə haram olar. Belə bir qadın ayrı bir kişi ilə evlənib onunla yaxınlıqdan olduqdan, həmçinin o kişidən ayrılıb və ya onun vəfatından sonra ilk əri ilə evlənə bilər.
    195. Əri itgin düşmüş bir qadının başqa bir kişiyə ərə getməsi haramdır. Lakin ərinin vəfat etməsini bilmək və ya şəri hakimə müraciət etmək hallarında bu iş haram sayılmaz. Belə ki, şəri hakimə müraciət etdikdən sonra, hakim dörd il müddətində axtarışa məşğul olur və qadının əri tapılmadıqda onun vəlisi və ya şəri hakim tərəfindən təlağı oxunur və qadının iddəsi sona çatdıqdan sonar başqa bir kişiyə ərə gedə bilər.
    196. «İla» haramdır. Bu isə bir kişinin öz yoldaşına əziyyət vermək üçün dörd ay və ya əbədlik olaraq onunla yaxınlaşmaması üçün and içməsindən ibarətdir. Belə bir and içmək insanın öhdəsinə düşsə də, haram sayılır və onu pozub kəffarəsini vermək zəruridir. (Bu əməlin kəffarəsinə aid 161-ci məsələdə izah verilmişdir).
    197. Kişinin güman və ya ayrı bir etibarlı şəxsdən eşitdiyinə əsasən, yəqin etmədiyi halda öz ailəsinə zinakarlıq nisbətini verməsi haramdır. Hətta yəqin etdiyi halda belə bir nisbəti verməməsi lazımdır. Çünki bu cür hallarda hakim qarşısında dörd nəfər şahid gətirməyib və yaxud «lian» vasitəsi ilə iddiasını isbat edə bilmədikdə ona «qəzf»(Qəzf sözündən məqsəd birinin digərinə zinakarlıq və ya livat nisbəti verməsindən ibarətdir ki, belə bir halda öz iddiasını isbat edə bilməyən şəxs müəyyən həddə cəzalandır.)cəzası verilməlidir.
    198. Kişinin «lian» əncam verdiyi qadınla evlənməsi haramdır. «Lian» sözündən məqsəd budur ki, kişi öz ailəsinə zinakarlıq nisbəti verib yaxud ondan dünyaya gəlmiş uşağın özünün olmadığını iddia etdikdən sonra birlikdə hakimin yanına gedərək hər biri özünün düz o birinin isə yalançı olduğunu isbat etmək üçün dörd Qurani andlar içməlidirlər. Belə bir halda isə onların nikah əqdi pozularaq bir-birlərinə əbədi haram olurlar.
    199. Kişinin doqquz dəfə «iddi» təlaq verdiyi qadın, hər birinci və ikinci üç dəfədə başqa bir kişiyə başqa bir kişiyə ərə gedərsə, onunla bir daha evlənməsi haram sayılır. Belə ki, o qadın doqquzuncu təlaqdan sonar o kişiyə əbədi olaraq haram olur. «İddi» təlaq barədə (dini əhkam risalələrində ətraflı izahlar verilmişdir).
    200. Ərli və ya başqa birisinin iddəsində olan qadınla nikah əqdi bağlamaq haramdır. Onlar (kişi və qadın) bunu bilərəkdən əncam verərsə, qadının əri vəfat etsə və onu təlaq versə belə, bir-birlərinə əbədi haram olarlar.
    201. Kişinin ərdə və ya «riciyyə» iddəsi halında olan zinakarlıq etdiyi qadınla evlənməsi haramdır. Çünki belə bir qadının əri vəfat etsə və ya ondan ayrılan halda belə zinakarlıq edən kişiyə əbədi haram sayılır.
    202. Haqqında «qəzf» olan lal və ya kar qadınla evlənmək haramdır. Belə ki, bir kişi danışa bilməyən və ya eşitməyən yoldaşına zinakarlıq nisbəti verdikdən sonra onu şəri dəlil ilə isbat edə bilməsə, onların nikah əqdi batil olub, o qadın da kişiyə əbədi haram sayılır. Həmçinin o kişinin sonradan «qəzf» etdiyi qadınla evlənmə haqqı yoxdur.
    203. Xalası və ya bibisi ilə zinakarlıq edən şəxsin onların qızı ilə evlənməsi haramdır. Bu barədə isə müxtəlif nəzərlər mövcuddur.
    204. İslam şəriətində hicab (örtük) qadın üçün haqqında çoxlu təkid olunmuş vaciblərdən sayılır. Belə ki, qadının özünü başqa kişilərə göstərməsi üçün bəzənməsi haramdır. Lakin üz, əllər və geyimin zahiri görünüşü kimi adi və təbii yerlərin, həmçinin üzünün şəriətdə istisna olunmuş hallarda göstərilməsi isə haram deyildir. Onlar isə aşağıdakılardan ibarətdir:
    1-Ər;
    2-Nisbi məhrəmləri; (qardaş, qardaş oğlu və s.).
    3-Süd məhrəmləri;
    4-Səbəbi mərhəmlər;
    5-Dəlilər;
    6-Qocalıq səbəbindən cinsi cazibəsi olmayan halda; (amma bu halda belə özünü bəzəməməsi şərt olunur).
    7-Həddi-büluğa çatmamış oğlan uşaqları.
    205. Kafirlərin həyat yoldaşlarını onlara qaytarıb təhvil vermək haramdır. Belə ki, öz ərlərindən ayrılaraq müsəlmanlar içinə gəlib, islam hökumətinə pənah gətirmiş qadınların imanlarının doğruluğu sabit olarsa, kafir ərlərə qarşı bağlılıqları kəsilər. Belə bir halda onların geri qaytarılması isə haram sayılır. Həmçinin onların müsəlmanlar ilə ailə həyatı qurması da caizdir.
    206. Kişinin istər şəhvətamiz, istərsə də adi baxışla naməhrəm qadının üz və əllərindən başqa yerlərinə baxması haramdır. Amma açıb göstərməyə adət etmiş və birinin nəhy etməsinə məhəl qoymayan qadınların bədənlərinin bəzi hissəsinə şəhvətsiz baxmaq haram sayılmır. Buna misal olaraq kafir qadınlar və ya onlardan təqlid edən bir sıra müsəlmanları qeyd etmək olar. Həmçinin naməhrəm qadınların üz və əllərinə şəhvət gözü ilə baxmaq da haramdır.
    207. Qadının istər şəhvətamiz, istərsə də adi baxışla naməhrəm bir kişinin adətən kənar açıq olmayan bədən hissələrinə baxması haramdır. Adəti üzrə açıq olan (üz, baş və s. kimi) yerlərə şəhvət gözü ilə baxması isə haram sayılır.
    208. Qeyri-şəri yolla kişi ilə qadının bir-biri ilə cinsi əlaqədə olması (zinakarlıq etməsi) haramdır. Həmçinin bu işin bütün müqəddimələri də haram sayılır ki, buna misal olaraq telefon, məktub və ya şifahi şəkildə söhbətləşmək, zaman və ya məkan üçün sənəd imzalamaq, haram olan hədəfə doğru hərəkət etmək, şəhvətamiz baxış, görüşmək və sair bu kimi işləri qeyd etmək olar.
    209. Kişilərin bir-birləri ilə həmcinsbazlıq (livat) və kişinin başqa bir kişi və ya oğlana şəhvətamiz baxış kimi müqəddimələri də haramdır.
    210. Qadınların bir-birləri ilə həmcinsbazlıq (müsahiqə) etməsi haramdır. Onların istər bir-biri ilə doğma, istərsə də ögey olması, ərli və ya ərsiz olması, həmçinin hər ikisi və yaxud birinin həddi-büluğa çatıb-çatmaması arasında heç bir fərq yoxdur. Onlardan biri həddi-büluğa çatmış olduqda, bu işin haramlıq hökmü məhz ona aiddir. Həmçinin zinakarlıq barədə deyildiyi kimi, bu əməlin də bütün müqəddimələri haram sayılır.
    211. Yaxın və məhrəm olmayan, həmçinin zəruri sayılmayan halda iki üryan kişi və ya iki üryan qadının bir örtük altında yatması haramdır. Buna misal olaraq ata ilə oğul və ya ana ilə qızı qeyd etmək olar. Həmçinin hətta geyimli halda olan naməhrəm kişi ilə qadının bir örtük altında yatması belə haramdır və belə günahların özünəməxsus cəzaları vardır.
    212. İki nəfər arasında zinakarlıq, livat və ya müsahiqə üçün vasitəçilik etmək haramdır.
    213. Müqəddəs islam şəriətində ümumiyyətlə kişinin öz yoldaşı və ya qadın olan qulu, qadının isə öz yoldaşı və ya kişi olan sahibi ilə cinsi əlaqədə olub ləzzət aparmasından başqa hər növ şəhvət və ləzzətlər haram sayılır. Belə ki, bu ləzzətlərin istimna yolu, özü və ya başqası ilə aparılması, həmçinin başqasının insan və ya heyvan olması, insanın özü ilə müvafiq və ya müxalif cinsdə olması arasında heç bir fərq yoxdur. Digər tərəfdən bu ləzzətin, baxış, öpmək, bədənin toxunması və ya yaxınlıq ilə həyata keçməsi arasında da heç bir fərq yoxdur.
    214. Kişi öz övrətini (qabaq və arxasını) həyat yoldaşından başqa yaxşını pisdən ayırd etməyi bacaran kişi və ya qadından örtməsi vacibdir. Namaz vaxtı övrətlərini örtmədikdə isə onun namazı batil sayılır.
    215. Hər bir insanın istər məhrəm, istərsə də naməhrəm sayılan ayrı bir kişi və ya qadının övrətinə baxması haramdır. Amma yaxşını pisdən ayırd edə bilməyən uşaq, həyat yoldaşı (ər və arvad) həmçinin zəruri hallar, bu hökmdən istisna olunmuşdur.
    216. Məhrəm və ya naməhrəm kişinin bir qadın üçün doğan zaman mamalıq etməsi haramdır. Lakin qadının öz əri və zəruri hallar bu məsələdən istisna olunmuşdur.
    217. Kişinin öz yoldaşına qarşı, tilsmi, dərman və başqa yollarla bağlayıb meylsiz etmək, zəiflətmək və ya cinsi qüvvəsini aradan aparmaq kimi işlər haramdır həmçinin qadında da müəyyən yollarla çətinlik yaradıb ərinin ona yaxınlaşmamasının qarşısına almaq haram sayılır.
    218. Ana bətnində nütfə bağlandıqdan sonra istər əvvəllər, istərsə də doğuşa qədər müddətdə uşağın saldırılması (abort) haramdır. Bunun isə uşağı saldıranın ata, ana və ya üçüncü bir şəxs olması, həmçinin onların icazəsinin olub-olmaması arasında heç bir fərq yoxdur. Belə ki, bütün hallarda isə diyə və kəffarəyə səbəb olur. Lakin ananın həyatının təhlükədə olması və sair bu kimi zəruri hallarda haram (və günah) deyildir.
    219. Qadının baxış və toxunmağa ehtiyacı olan müayinə, müalicə, cərrahi əməl, doğuş və bu kimi bütün işlərin qadın həkiminin əli ilə həyata keçməsi vacibdir. Zəruri hallarda isə (kişi həkiminin qadını müalicə etməsinin müəyyən şərtlərə əsasən) heç bir eybi yoxdur.
    220. Kişinin də baxış və toxunmağa ehtiyacı olan, yuxarıda qeyd olunmuş bütün müalicələri, kişi həkiminin əli ilə həyata keçməlidir. Zəruri hallarda isə (müəyyən şərtlərə əsasən qadın həkiminin müalicə etməsinə) icazə verilmişdir.
    Category: İslam şəriətində vacib və haram əməllər | Added by: Islam_Kitabxanasi
    Views: 1354 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024