İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslam şəriətində vacib və haram əməllər

    İslam şəriətində vacib və haram əməllər
    2012-01-09, 4:37 PM
    ALTINCI FƏSİL
    ƏQD, ƏHD BAĞLAMAQ, HƏMÇİNİN XALQ VƏ ALLAHLA VƏDƏLƏŞMƏYƏ AİD MƏSƏLƏLƏR
    272. Hər bir mükəlləfin öz əhdi və peymanına əməl etməsi vacibdir. İnsan əhdləri isə islam dini nəzərində üç növdür ki, aşağıdakılardan ibarətdir:
    Birinci: Allah-taalanın onunla bağladığı peymanlar; Buna misal olaraq Allah-taalaın öz peyğəmbərləri vasitəsi ilə əncam və ya tərk edilməsi üçün insandan peyman aldığı şəriətin vacib və haram əməllərini qeyd etmək olar.
    İkinci: Hər bir insanın özü ilə bağladığı əhdlər; Buna misal olaraq insanın müəyyən bir işi əncam vermək və ya tərk etmək üçün özü ilə and içməsi, nəzir və ya əhd etməsini qeyd etmək olar.
    Üçüncü: Xalqın bir-biri ilə vədələşməsi: Belə ki, bu vədələşmənin müamilə (alver) kimi iki tərəfli, və ya təlaq, əqdi pozmaq və s. bu kimi bir tərəfli (iqa) olması arasında heç bir fərq yoxdur. Yuxarıda qeyd olunmuş hər üç növ peyman, islam nəzərində əhd və misaq adlanır və onların hamısına vəfat (əməl) etmək müəyyən şərtlər əsasında vacib sayılır. Bunların hər biri barədə ümumi şəkildə izah veriləcəkdir.
    273. Lazım əqdin hər iki tərəfinin əqd əsasında əməl etməsi vacibdir. Belə bir əqdin istər ləfz və siyğə, istərsə də əməli və müatat nəzərində olması arasında isə heç bir fərq yoxdur. Əqd sözündən məqsəd, iki nəfərin arasında razılıq yaratmağa bağlı olan müəyyən bir müqavilənin bağlanmasından ibarətdir. Belə ki, qeyd olunuş iki nəfərin yalnız müəyyən hallardan başqa müqaviləni pozmağa icazəsi olmasa, belə bir əqd «lazım» adlanır.
    Amma onlardan hər birinin istədiyi vaxtda əqdi pozmağa ixtiyarı olduqda isə belə bir əqd «caiz» adlanır. Xalq nəzərində əqd və müqavilə sayılan, həmçinin caiz olması barədə bir dəlil olmayan əqd, «lazım» sayılır və belə bir əqdə əməl etməmək haramdır. Burada «lazım» əqdin bir neçə növünü qeyd edirik:
    1-Mübayiə – yəni al-ver: Əqd tamamladıqdan sonra satıcı tərəfindən satılmış malın müştəriyə təhvil verilməsi həmçinin alıcının da müəyyən olunmuş qiyməti (pulu) satıcıya verməsi vacibdir. Amma bəzi hallarda bu hökm istisna olunmuşdur. Satıcı və alıcının əqdə əsasən əməl etməsində boyun qaçırması isə haramdır.
    2-İcarə: Bir şeyi icarə verən şəxsin o şeyi icarəyə götünənin ixtiyarında qoyması, belə ki, əmlaka aid şeylərin xarici vücudunu şəxsə aid olanın isə özünü ona təhvil verməsi vacibdir. Bir şeyi icarəyə götürən şəxsin də icarə haqqını (pulunu) onun sahibinə verməsi vacib sayılır. Onların hər birinin müəyyən hallardan başqa bu vəzifələrdən boyun qaçırması haramdır.
    3-Vəqf: Vəqf əqdi tamam olduqdan və vəqf olunmuş şey təhvil verildikdən sonra həm vəqf edən, həm də vəqf olunan şəxsin vəqfə uyğun əməl etməsi vacibdir. Vəqf əqdi sona çatdıqdan sonra vəqf edən şəxsin öz niyyətindən qayıtması və ya onu dəyişdirməsi haramdır. Həmçinin vəqf edən şəxsin vaxtından sonra müəyyən hallardan başqa onu aradan aparmaq və ya dəyişdirmək də haram sayılır. Belə bir vəqfin məscid, mədrəsə və körpü kimi ümumi və ya özünün və başqasının övladına dair xüsusi vəqf olunması arasında heç bir fərq yoxdur.
    4-Sülh: Şübhəli mülk, ixtilaflı borc və ya əməl üçün müsalihəyə (təvafüqə) çatanlar belə bir əqdə əməl emətli və müəyyən hallardan başqa ona əməl etməkdən boyun qaçırmaları haram sayılır.
    5-Vəsiyyət: Müəyyən bir vəsiyyəti icra etmək üçün təyin olunmuş şəxsin o vəsiyyətə uyğun əməl etməsi vacibdir. Belə ki, onun vəsiyyətə külli şəkildə əməl etməməsi, onu öz lazımlı vaxtından təxirə salması, vəsiyyət edənin hədəfinin dəyişdirilməsi və ya vəsiyyətin başqa şərtlərinə əməl etməməsi haram sayılır. Həmçinin vəsiyyət edən şəxsin öz vəsiyyətində həddini aşması da haramdır. Buna misal olaraq vəsiyyət edən şəxsin müəyyən bir varisi irs aparmaqdan məhrum etməsi, borclu olduğu şəxsə borcunun ödənilməməsi üçün göstərişi verməsi və öz malından müəyyən günah işlərində xərclənməsi üçün vəsiyyət etməsi hallarını qeyd etmək olar.
    6-Nikah və evlənmək: Müqəddəs nikah əqdi oxunub tamam olduqdan sonra hər iki tərəfin öz şəri vəzifələrinə əməl etməsi vacibdir. Onlardan hər birinin öz vəzifəsini əncam verməkdən imtina etməsi, əhdin sındırılması olub, haqqında təkid olunmuş haram işlərdən sayılır.
    7-Muzariə: Bu isə adətən əkinçilik müamiləsinə aid olaraq, bir nəfər tərəfindən yer, su və imkanatın hazırlanması ilə başqa birinin əkinçiliyə məşğul olması nəticəsində hasil olur. Müzariə əqdi tamamlandıqdan sonra hər iki tərəfin ona uyğun əməl etməsi vacib sayılaraq onu pozmaq haramdır.
    8-Müsaqat: Yəni ağac və iş (əməl) müamiləsi. Belə ki, mülk sahibi öz bağını suvarıb becərtmək üçün bir şəxsin ixtiyarında qoyur və daha sonra bağın məhsulunu bölürlər. Hər iki tərəfin əqd bağlandıqdan sonra ona əməl etməsi vacibdir. Bu əqdi pozmaq isə əhdi sındırmaq sayılır və haramdır.
    9-Rəhn: Yəni müəyyən miqdarda olan malı (pulu) borc qarşısında girov qoymaq. Belə ki, rəhn əqdindən sonra borclu şəxsin öz malını (pulunu və s.) borcu olduğu şəxsə verib, onun da bu malı vəsiqə adı ilə öz yanında saxlması vacibdir. Onların hər birinin rəhn adı ilə qoyulmuş malda təsərrüf etməsi və ya müqaviləyə əməl etməkdən boyun qaçırması haramdır. Amma onların təvafüq və razılığı olan hallarda belə bir iş haram sayılmaz.
    10-Müsabiqə: İslam dini at və başqa heyvanlar, həmçinin ox atmaqla yarışmağı caiz bilmişdir. Elə buna görə də şərtlər və xüsusiyyətlər, həmçinin mükafat (priz) təyin olduqdan sonra onu qalib gələn şəxsə təhvil vermək və bu əhdi sındırmamaq vacibdir.
    11-Zəmanət: Bu əqddən məqsəd, bir şəxsin ayrı bir borclu olan şəxsin borcunu öz öhdəsinə almasından ibarətdir. Belə ki, bu şəxsin əqd tamam olduqdan sonra özünü borclu üçün zamin bilib, borc malını onun sahibinə qaytarması vacibdir. Bu əqdi pozmaq isə haram sayılır.
    12-Həvalə: Yəni borclu şəxsin borclu olduğu şəxsi ayrı bir adamın yanına göndərməsi. Belə ki, borcunu tələb edən və üçüncü (həvalət olunmuş) şəxs bu həvaləni qəbul edərsə, onların həvalə əqdinə əsasən əməl etməsi vacib, onu pozmaq isə haram sayılır.
    13-Kəfalət: Yəni bir şəxsin boynunda qisas, diyə və başqa bir borc olan bir nəfəri, haqq sahibi tələb etdikdə ona təhvil verməsi və ya onun yanında hazır etməsi üçün əhd edib, söz verməsi. Belə ki, kəfilin (əhd edib, söz verənin) haqq sahibi tələb etdikdə qatil və ya borclu şəxsi hazır etməsi vacibdir. Buna imkanı olmadıqda isə onun diyəsi və ya borcunu ödəməlidir.
    14-Hibə (bəxşiş): Caiz əqd sayılan hibə (bəxşiş) əqdində verilmiş (bağışlanmış) şeyin geri alınması caiz sayılır. Lakin aşağıdakı hallarda bəxşişi (hədiyyəni) geri almaq haramdır:
    a) Müəvvəz bəxşiş; Yəni bir şəxsə hədiyyə verərkən onun da hədiyyə verənə bir şey bağışlaması və ya birinə onun da hədiyyə verməsi şərti ilə bir şey bağışlamaq. Belə ki, ikinci şəxs hələlik ona bir şey bağışlamasa da hədiyyəni ondan geri almaq haramdır.
    b) Qürbət niyyəti ilə verilən bəxşiş;
    v) Qohum-əqrəbaya verilmiş bəxşiş;
    q) Bağışlanmış mal onu alanın əlində tələf olan halda;
    ğ) Bağışlanmış mal onu alanın mülkündən xaric olan halda;
    d) Bəxşiş edənin vəfatından sonra varisi tərəfindən hədiyyənin geri alınması4
    e) Bəxşişi alanın vəfatından sonra onun varislərindən hədiyyənin geri alınması.
    Qeyd olunmuş hallardan başqa bəxşişin geri alınması haram deyildir. Həmçinin müzaribə, vədiə, ariyə, vəkalət və rəhni olan şəxs tərəfindən və s. bu kimi caiz əqdlərin pozulması da haram sayılır.
    274. Altıncı fəslin əvvəlində qeyd olunduğu kimi «iqa» adlanan bir tərəfli əhdlər sona çatdıqdan sonra onlara vəfa (əməl) etmək vacibdir, onları pozub, sındırmaq isə haram sayılır. Bu haqda gələn fəsillərdə söz açılacaq və misallar vurulacaqdır.
    275. Mükəlləfin öz düzgün andı (yəni Allaha and içdiyi) əsasında əməl etməsi vacibdir.
    276. Nəzrə (yəni Allah haqqı ünvanı ilə öhdəyə götürülən işə) əməl etmək vacibdir.
    277. Bir əməli əncam vermək üçün Allahla olunan əhdə əməl etmək vacibdir. Bu üç məsələdə qeyd olunmuş işlərin (and, nəzr və əhdin) həyata keçirilməməsi üçün müəyyən kəffarələr verilməlidir ki, kəffarə mövzusunda qeyd olunmuşdur.
    278. Yalandan an içmək haramdır. Bu isə «cəmus» and (yəni insanı günah dəryasına batıran) adlanır.
    279. Vədiə və maliki (mülkü) əmanətləri onların öz sahibinə qaytaranadək qoruyub-saxlamaq vacibdir. Maliki əmanət, malik tərəfindən öz malının başqa bir şəxs yanında qoyulmasından ibarətdir. Buna misal olaraq əmanətçil şəxsin ixtiyarında qoyulan vədiə (əmanət), malın icarə olaraq bir şəxsin ixtiyarında qoyulması, iş gördürən şəxsin öz mallarını fəhləyə verməsi həmçinin müzaribə və müzariədə iş görən şəxsin ixtiyarında qoyulan mal kimi halları qeyd etmək olar.
    280. Şəri əmanətlərin qorunub öz sahiblərinə qaytarılması vacibdir. Belə ki, şəri əmanətlər sözündən məqsəd, tapılmış və ya uşaq, həmçinin satılmış ev və ya sandığın içərisində səhvən qalmış və alıcı əlinə çatan pul kimi xalq malının şəriət icazəsi ilə bir şəxsin ixtiyarında olmasından ibarətdir.
    281. Malı təhvil verərkən onu doğru və düzgün şəkildə ölçülməsi vacibdir. Bunun isə tərəzi, çəki, saymaq, ölçmək, görmək və başqa yollarla olması arasında heç bir fərq yoxdur. Həmçinin bu ölçməyin satılmış malın təhvil verilməsi, pul qarşısında əvəz verilməsi, ödənilən borc, vəqf mövzusunda vəqf payı və ya mirasın bölünməsində irs payı olması arasında heç bir fərq yoxdur. Bu cür işlərdə xəyanət etmək haqqında təkid olunmuş haram işlərdən sayılır və ona «tətfif» deyilir. Yəni istər xalq, istərsə də Allah hüquqlarına aid borcların az şəkildə ödənilməsi.
    282. ödənilmək vaxtı çatmış, sahibi tərəfindən tələb edilən, həmçinin ödəməyə imkanı olan hallarda borcların ödənilməsi vacibdir. Bunun isə vaxtı çatmış borclar, həmçinin başqalarının canı və malının tələf edildiyi üçün insanın boynuna düşən xəsarətlər kimi xalqa və ya xüms, zəkat, kəffarə və s. bu kimi Allaha aid olan borclardan sayılması arasında heç bir fərq yoxdur. İstisna olunmuş hallardan başqa xalq hüququnu (hər bir haqq və hər bir şəxs olmasına baxmayaraq) ödəməkdən boyun qaçırmaq təkidli haram işlərdən sayılır.
    283. İş yerinə yetdikdən sonra «cüalə» haqqını ödəmək vacibdir. Belə ki, məsələn bir şəxs «mənim maşınımı tapana yüz dinar pul verəcəm» sözünü deyərsə, onun maşınını tapıb ona təhvil verən şəxsə yüz dinar verməsi vacibdir və buna «cüalə» haqqı deyilir.
    284. Şəriklərdən biri tələb edərsə, bütün şəriklər tərəfindən müştərək bölməni qəbul etmək vacib sayılır. Əlbəttə belə bir bölməni qəbul etməyin onların ziyanına səbəb olmaması, həmçinin bunun qarşısında bir şey ödəməmələri bu haqda şərt olunur.
    285. Hər bir etiraf edən şəxsin etiraf etdiyi söz əsasında əməl etməsi vacibdir. Belə ki, bu etirafın onun xeyri və zərərinə, həmçinin mal və ya nəsil barədə olması arasında heç bir fərq yoxdur. Məsələn, bir şəxs «bu mənim uşağımdır» sözünə etiraf edərsə, onun xərci və tərbiyələndirməsini öz öhdəsinə almalıdır. Amma o uşaqdan atalıq haqqını istifadə edə bilməz. Belə ki, özü vəfat etdikdə uşaq onda irs aparar, lakin uşaq vəfat etdikdə isə ondan irs apara bilməz. Həmçinin yoxsullaş uşağı boynunda nəfəqə (xərcini ödəmək) haqqı yoxdur.
    286. Pul sahibinin borcluya öz borcunu ödəyə bilmədiyi halda möhlət verməsi vacibdir. Belə bir halda onu tutdurub mühakimə və həbs etdirmək, həmçinin onu ev, ev əşyaları və bu kimi yaşayış üçün zəruri sayılan ləvazimatını satmağa məcbur etmək haramdır.
    287. Hər bir mükəlləfin öz ölümünün yaxınlaşmasını hiss etdikdə xalqın əmanətləri, malı və borclarını qaytarmaq, həmçinin qəza olmuş namaz və oruclar, boynunda olan vacib həcc və ömrə əməlləri və müxtəlif kəffarələr kimi Allah hüquqlarını yerinə yetirməkdə səy və təlaş etməsi vacibdir. özü bunlara əməl edə bilmədikdə isə varislərinə xəbər verərək bu haqda onlara sifariş etməlidir.
    288. Üzrlü hallardan başqa birinə verilmiş vədəyə yalançı çıxmaq haramdır. Bunun isə vədə verərkən belə bir niyyətdə olmamaq və ya sonradan öz fikrindən daşınmaq arasında heç bir fərq yoxdur. Qeyd etmək lazımdır ki, bu haqda müxtəlif nəzərlər irəli sürülmüşdür.
    289. Ariyə verilmiş malı olan şəxsin ondan əqd müqaviləsinin əksinə olaraq istifadə etməsi haramdır ki, belə bir halda mal tələf olarsa onun eyni üçün zamin sayılır. Həmçinin belə bir istifadə və təsərrüflər üçün onun əvəzini (pulunu) qaytarmağa da zamindir.
    290. Müflis (yəni hakim tərəfindən qadağanlığı üçün hökm verilmiş) şəxsin öz malında təsərrüf etməsi haramdır. Amma yaşayış mənzili, ev əşyaları və yaşayış ləvazimatı kimi müsadirə hökmündən xaric olan şeylərdə təsərrüf etməsi haram sayılmır.
    291. İstər xalq, istərsə də Allah-taalaya aid əmanətlərdə «təəddi», ifrat və təfrit (xəyanət) etmək haramdır. Təəddi sözündən məqsəd o əmanətdən qeyri-qanuni və ya həddindən artıq halda təsərrüf etmək, həmçinin onu qorumaqda naqisləşmək və ya tələf olmaq həddində səhlənkarlıq etməkdən ibarətdir. Bu iş haram sayılmaqdan əlavə zəmanətə də səbəb olur. Həmçinin belə bir hökm, kafir əmanətinə də aiddir. Lakin bu haqda müxtəlif nəzərlər irəli sürülmüşdür.
    292. Şəriklərdən hər birinin zərurət hallarından başqa sair şəriklərin icazəsi olmadan müştərək mal və ya haqqdan istifadə etməsi haramdır.
    Category: İslam şəriətində vacib və haram əməllər | Added by: Islam_Kitabxanasi
    Views: 787 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024