İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslam şəriətində vacib və haram əməllər

    İslam şəriətində vacib və haram əməllər
    2012-01-09, 4:36 PM
    YEDDİNCİ FƏSİL
    QƏLB VƏ BƏDƏNƏ AİD OLAN MÜXTƏLİF VACİB VƏ HARAM MƏSƏLƏLƏLR
    293. Təkəbbür: yəni özünü uca, başqa möminləri isə aşağı səviyyədə bilmək haramdır. Belə bir batini sifətə malik olub ondan narahat olmamaq günah sayılır. Belə ki, bu günahın ədalətlə zidd olması və ya daxili günahlardan sayıldığı üçün ədalətlə zidd olması arasında heç bir fərq yoxdur. Hətta təkəbbürün əslində günah olmasını qəbul etməsək də onu danışıq və rəftarda büruzə vermək haramdır.
    294. Həsəd: yəni bu sifətə malik olub, onun qalmasına razılıq göstərmək, həmçinin danışıq, yazı və ya rəftar vasitəsi ilə onu aşkar etmək haramdır.
    295. Allah-taalanın rəhmətindən ümidsizlik sifətinə malik olub, onu aradan aparmağa imkanı olan halda davam etdirmək, həmçinin təkəbbür haqqında qeyd olunduğu kimi bilən halda bu sifətdən vücuda gələn danışıq və ya rəftar haram sayılır.
    296. Ümidsizlik haqqında qeyd olunduğu kimi, Allah-taalanın qəzəbindən özünü asudə bilmək haramdır.
    297. Allah-taalaya qarşı pis güman etmək haramdır. Buna misal olaraq «nəuzu billah» (Allaha pənah aparırıq) Allahın övlad və ya var-dövlət barədə onunla başqası arasında fərq qoyub ədalətlə əməl etməməsi, onun savabını başqalarından az, cəzasını isə başqalarından çox verməsi, bacarığından kənar olaraq onu müsibətlərə salması və s. bu kimi pis gümanları qeyd etmək olar. Bu günahda insanın daxili hallarından sayılır və bəzi vaxtlar küfrə səbəb olur.
    298. İstər özü, istərsə də başqalarına aid olan ilahi qəza və qədərə qarşı qəlbən narazı və qəzəbli olmaq haramdır. Həmçinin danışıq etirazları ilə birgə olan narazılıq da haram sayılır. Bu haqda isə müxtəlif nəzərlər mövcuddur.
    299. Bir möminə qarşı danışıq və ya rəftarda biruzə verilən «sui-zənn» (pis güman) haramdır.
    300. İstər üsuliddin, istərsə də früiddində özü və ya başqaları üçün təkilif (vəzifə) təyin etmək, həmçinin sabit bir hökmü (vəzifəni) aradan aparmaq üçün gümana tabe olub onun əsasında iş görmək (hökm çıxarmaq) haramdır. Buna misal olaraq bir şəxsin öz güman və zənni əsasında filan əməlin vacib, yaxud haram olmasına hökm verməsi və ya vaciblik və haramlığı sabit olmuş müəyyən hökmlər qarşısında «bunun hökmünü bilmək mənim öhdəmdən xaricdir» sözünü deməsini qeyd etmək olar.
    301. Kişinin qadın paltarları geyməklə özünə qadına, qadının da kişi paltarı geyməklə özünü kişiyə oxşatması haramdır. Bu məsələdə isə müxtəlif nəzərlər irəli sürülmüşdür.
    302. Kişinin istər namaz, istərsə də başqa hallarda üzük, halqa və boyunbağı kimi, həmçinin qabaq dişlərini bəzək üçün qızıl əşyalarla bəzəməsi (istifadə etməsi) haramdır. Bu halda namaz qılmaq, namazı batil edər. Həmçinin istifadə olunan qızılın sarı, qırmızı, xalis və qarışıq olması arasında heç bir fərq yoxdur. Qeyd olunmuş işlər, qadın üçün haram deyildir.
    303. İstər namaz, istərsə də başqa hallarda kişinin hətta araqçın və əlcək kimi ipək paltarlardan istifadə etməsi haramdır. Zəruri hallardan başqa belə bir halda namaz qılmaq namazı batil edər. Qadının ipək paltarlardan istifadə etməsi isə haram deyildir.
    304. Qurani-məcid, Allahın uca adları, həmçinin peyğəmbərlər və imamların (ə) mübarək adlarına qarşı hörmətsizlik etmək haramdır. Belə ki, bu işlər bəzi vaxtlar insanın kafir, bəzi vaxtlar isə fasiq (azğın) olmasına səbəb olur.
    305. Müqəddəs Kəbə, həzrət Peyğəmbərin (s) məscidi, başqa məscidlər, məsum imamların hərəmləri, həmçinin «Nəhcül-bəlağə», «Səhifei-səccadiyyə», «Üsuli-kafi» və «Vəsailuş-şiə» kimi dini kitablara qarşı hörmətsizlik etmək haramdır.
    Həmçinin müqəddəs və təqvalı tanınmış din alimləri və fəqihlər, hüseyniyyə və tanınmış möhtərəm imamzadələr kimi müqəddəs məkanlar, Şəban, Ramazan və islam bayramları kimi Allaha aid olan günlərə qarşı hörmətsizlik etmək də haram sayılır. Hörmətsizlikdən məqsəd, islam dini və şiə məzhəbinin müqəddəsatına qarşı bir növ ehtiramsızlıq sayılan hər hansı bir söz və ya rəftardan ibarətdir.
    306. Qızıl və gümüşdən olan podnis, boşqab, qaşıq, fincan, qənd qabı, çaynik, nəlbəki, gülqabı və s. bu kimi qablardan yemək, içmək və başqa işlərdə istifadə etmək haramdır.
    307. İnsan və ya heyvanın kamil şəkildə heykəlini düzəltmək haramdır.
    308. Münəccəmlik (yəni göy ulduzlarını yer kürrəsində baş verən hadisələrdə müstəqil iradə və təsirə malik olmasına inanıb bunun əsasında hökm çıxartmaq) haramdır.
    309. Batil sözlərdən ibarət həmçinin rəqs və mütrib alətlər məscilisi ilə uyğun olan (ğinanın) musiqi və təranələrin səsi müəyyən tərzdə çəkmək halında oxunması haramdır.
    310. Mütrib musiqi alətlərini çalmaq haramdır. Buna misal olaraq dəf, tütək, tar, piyanino və s. bu kimi alətlərdən ad çəkmək olar. Həmçinin belə bir musiqilər ləhv rəqs və mütrib məclislərinə uyğun olarsa, onları dinləmək də haram sayılar.
    311. İstər Ramazan ayı, istərsə də başqa aylarda şəri üzrü olmadan bilərəkdən Allah, Peyğəmbər (s) həmçinin məsum imamlara (ə) nisbət yalan danışmaq haramdır. Bu yalanın başqa yalanlarla fərqi, bu növ yalanın ağıl və şəriət baxımından daha çox pis olmasından ibarətdir. Bu iş mübarək Ramazan ayında əncam verilsə, şəxsin orucunu batil edər.
    312. Haram işin müqəddiməsinə əməl etmək haramdır. Belə ki, bu sözdən məqsəd, özlüyündə halal sayılan amma haram bir işə çatmaq üçün əncam verilən işlərdən ibarətdir. Buna misal olaraq biganələr (xaricilər) üçün cəsusluq etməyin müqəddimələrini əldə etmək, qumarbazlığın necəliyini öyrənmək, narkotik maddələrin düzəlməsi qaydası, fırıldaqçılığın yolları həmçinin adam öldürmək və ya yaralamaq yolunu öyrənməyi qeyd etmək olar.
    313. Üzün dərisi görünən tərzdə saqqalın qırxılması və ya dibdən vurulması haramdır. Bu haqda isə müxtəlif nəzərlər irəli sürülmüşdür.
    314. Mömin cinlər, mələklə və ya möminlərin ruhunun ələ alınması, onların əziyyət çəkib narahatçılığına səbəb olarsa haram sayılır.
    315. Yalandan yuxu qoşub onu başqalarına danışmaq haramdır. Bu isə yalan üçün bir növ misal sayılır. Yalançılıq müxtəlif növlərə bölündüyü bu yalanı ayrıca etdik.
    316. İntihar və ya özünü öldürmək haramdır. Bu isə başqalarını öldürmək kimidir. Amma müəyyən zəruri hallarda bu hökm istisna olunmuşdur.
    317. İnsanın dini əqidələr və insani əxlaqının dəyişilməsi, həmçinin vacib əməlləri tərk edib, günah işlərə batması, səbəb olan məkanlar və ya ölkələrdə qalması haramdır.
    318. Hər hansı bir tərzdə və hər hansı bir vasitə ilə qumar oynamaq (udub-uduzmaq) haramdır. Bunun isə daxili və ya xarici həmçinin qədim (keçmiş) və ya yeni alətlər, hətta yumurta, üzük, heyvanların döyüşdürülməsi, tullanmaq, çəki daşı qaldırmaq və s. bu kimi udub-uduzmaq həyata keçən vasitələrlə oynanması arasında heç bir fərq yoxdur. Amma udub-uduzmaq bir sıra yerlərdə haram sayılmır. Buna misal olaraq ibtidayi və ya müdafiə cihadlarında istifadə olunan at və ya sair nəqliyyə vasitələri, həmçinin ox atmaq kimi müsabiqələri qeyd etmək olar.
    Udub-uduzmaq olmasa belə qumar alətləri ilə qumar oynmaq da haram sayılır. Bu haqda isə müxtəlif nəzərlər mövcuddur. Elə buna görə də istifadə olunmaq üçün əl altında olun qumar alətlərinin sındırılması və dəyişdirilməsi təbii vacib sayılır. Həmçinin bir növ günah niyyəti ilə düzəldilmiş və halal işlər üçün diqqəti cəlb edən halda işlənilməyən hər növ «ləhv», «tərb» və qumar alətlərinin sındırılması və ya ayrı bir hala çevrilməsi də təbii vacibdir.
    319. Udub-uduzmaqsız olsa belə şahmat oynamaq haramdır. Bu isə şahmatsı udub-uduzmaq tərzdə oynanılması hallarına aiddir. Belə ki, bir yerdə şahmat oyunu huş və istedad müsabiqəsi və s. bu kimi udub-uduzmadan olan oyun alətinə çevrilərsə, zahirdə belə bir oyunun heç bir eyibi yoxdur.
    320. Sehr, cadu və gözbağlayıcılıq sayılan hər hansı bir əməli öyrənib, öyrətmək haramdır. Lakin bəzi hallarda bu əməl haram sayılmır ki, buna misal olaraq haqq əleyhinə olan sehrbazlarla mübarizə etmək, həmçinin onların cadularını aradan aparmaq kimi halları qeyd etmək olar.
    321. Kazino və sair bu kimi pozğunluq mərkəzləri açmaq haramdır.
    322. Əqidə, əxlaq və əməl baxımından insanları azğın yola çəkən kitab və nəşriyyələrin təlif, çap, saxlanılması və yayılması haramdır. Həmçinin bu işdə hər növ iş görüb pul almaq da haram sayılır.
    323. Zalımlara əncam verdikləri zülm işlərində kömək etmək və ya özü zülm etməsə də zalımların köməkçisi olmaq haramdır. Bu işdə pul qazanıb o puldan istifadə etməkdə haram sayılır.
    324. İnsanın özü şərabdan istifadə etməsə də spritli içki və məstedici maddələrdən istifadə olunan məclislərdə iştirak etməsi haramdır.
    325. İki nəfər, iki dəstə və ya bir çox adamlar arasında ədavət (düşmənçilik), vurmaq, yaralamaq, öldürmək və s. fəsadlara səbəb olan fitnəkarlıq etmək haramdır.
    326. İnsanın öz yaşayış işlərində istər qəlbdə, istərsə də əməldə (zalımların zülmünə kömək etməsə də) onlara arxalanması haramdır.
    327. Başqasının malını oğurlamaq haramdır. Amma müəyyən hallarda belə bir iş haram sayılmır. Buna misal olaraq imanlı olan borclunun öz borcunu ödəməkdən imtina etməsi halını qeyd etmək olar ki, belə bir halda borc sahibinin öz malını gizli şəkildə onun pulundan (malından) götürlməsindən başqa ayrı bir yolu yoxdur. Belə ki, onun bu hallarda öz haqqı miqdarında oğurluq etməsinin heç bir eybi yoxdur.
    328. Günahsız müsəlmana töhmət vurmaq (yəni əncam vermədiyi və ya belə bir sözə razılığı olmayan pis işin ona nisbət verilməsi) haramdır.
    329. Möminə söyüş vermək (pis söz demək) haramdır.
    330. Mömini məsxərə edib, ələ salmaq haramdır.
    331. Möminə pis və xoşagəlməz ləqəb qoymaq haramdır.
    332. Şəri icazə olmadan bir müsəlmanı incidib, ona əziyyət etmək haramdır.
    333. Yetim və miskini kobudluq və əziyyətlə qapıdan qovmaq haramdır.
    334. Diri və ya ölü mömini lənətləmək haramdır. Əlbəttə bu haqda müxtəlif nəzərlər irəli sürülmüşdür.
    335. Bir möminin düşdüyü müsibət, həmçinin bədənində olan eyb, naqislik, xəstəlik və s. bu kimi çatışmamazlıqlar üçün danlamaq haramdır.
    336. Hər bir insan və hətta ziyan verməyən heyvana qarşı zülm etmək haramdır. Ziyanverici heyvanları öldürməyin isə heç bir eybi yoxdur və bəzi vaxtlar vacib sayılır.
    337. Qanı möhtərəm sayılıb, tökülməsi caiz sayılmayan müsəlmanı öldürmək haramdır. Həmçinin «zimmi», əhdləşmiş və pənah verilmiş «məhqunud-dəm» sayılan hər bir kafir də öldürülməsi bu hökmdədir. «Məhqunud-dəm» sayılan kafir sözündən isə islam şəriətində müvəqqəti olaraq sığınacaq verilmiş kafirlər nəzərdə tutulur.
    338. Xalqın razılığı olmadan istər (hasar və s.) üstü, istərsə də qapı və divar deşiyindən onların evi və məskəninin daxilinə baxmaq haramdır.
    339. Əziyyət və rusvay etmək qəsdi ilə möminin gizli sirləri və qəlbi əqidələri barədə axtarış aparmaq haramdır.
    340. Aşkarda günah etməyən möminin razılığı olmadan istər söz, istər yazı, istər rəftar, istərsə də başqa yollarla qeybətini etmək (yəni onun gizli eybi və nöqsanlarını açıb yaymaq) haramdır.
    341. İki nəfər və ya bir çox adamlar arasında düşmənçilik və ya sair fəsadların vücuda gəlməsinə səbəb olan sözgəzdirmək və fitnəkarlıq haramdır.
    342. İstər gizlində (xəlvətdə) söhbət etmək, istərsə də aşkar şəkildə qulağa pıçıldamaq, sözlərlə işarə (kinayə) etmək, həmçinin göz, qaş və sair bu kimi yollarla işarə edərək bir möminə zərər vurmaq, onu ələ salmaq və başqa günahlar barəsində söz yetirmək haramdır.
    343. Möminlər arasında günah və çirkin işləri yaymaq haramdır. Belə ki, günahın özünün və ya onun günahsız bir şəxs barəsində yayılması arasında heç bir fərq yoxdur.
    344. Şəri üzrsüz həmçinin zərurət halı olmadan kafirlər və xüsusi ilə müşriklərə salam vermək, salamlarının cavabını almaq, onlar üçün dua və istiğfar etmək haramdır. Həmçinin (bu kimi işlərlə) möhkəmlənməsinə səbəb olan zalımlar da bu hökmdədir. Əlbəttə bu haqda müxtəlif nəzərlər mövcuddur.
    345. İlahi qanunların icra olunmasının qarşısını almaq niyyəti ilə qatil, müharibə və caniyə pənah verib (onu gizlətmək) haramdır. Həmçinin bu işləri qanun adı ilə əncam vermək də haram sayılır.
    346. Kafirləri qohum-əqrəba və mömin dostlar kimi qəlbən sevmək və əməldə onlarla dostluq etmək haramdır.
    Kafir dövlətlər, həmçinin kafir və müşrik şirkətlərlə mədəni, siyasi, hərbi və iqtisadi rabitənin yaradılması və nəticədə islam dövlətlərinin zəifləməsi və ya təhlükəyə düşməsi və yaxud müsəlmanların əqidə və əməldə yollarını azması bu qəbilədndir. Amma fəsadlardan amanda olmaq və ya məsləhətin fəsadlara qələbə etməsi sirəti ilə təqiyyə və yaxud zəruri hallarda belə bir rabitə haram sayılır.
    347. Qeyri-layiqli və ya ləyaqətindən artıq həddə olan şəxsləri batil yerə tərifləmək haramdır.
    348. Bir şəxsə yaxşılıq etdikdən sonra onun boynuna minnət qoymaq haramdır. Lakin bu haqda müxtəlif nəzərlər irəli sürülmüşdür.
    349. Xalqın malını yemək və ya onlardan pulsuz olaraq iş çəkmək vasitəsi ilə fırıldaqçılıq etmək haramdır.
    350. Məhvərətdə xəyanətçilik etmək haramdır. Yəni insandan məsləhət istəyən şəxsə bilərəkdən səhv olan yolu göstərmək və s.
    351. İnsanın imkanı olan və məzlum möminin kömək istədiyi halda ona kömək etməmək haramdır.
    352. Bəzi vaxtlar küfrə, bəzi vaxtlar isə fisqə (azğınlığa) səbəb olan iki dilli olmaq (danışıq nifaqı) haramdır. Nifaq isə islam və iman, həmçinin məhəbbət və s. işləri izhar edib, daxildə onun ziddinə olmaqdan ibarətdir.
    353. Ehtikar haramdır. Ehtikar isə xalqın şiddətli ehtiyacı olan halda yeyinti məhsulları və sair yaşayış ləvazimatını baha qiymətə satmaq üçün yığılmasından ibarətdir.
    354. Şəri üzr olmadan əziyyətə səbəb olan qonşu hüquqlarının tərk edilməsi haramdır.
    355. Müxtəlif spirtli içki, narkotik maddə, həmçinin qumar alətləri istehsal edən zavodlar və fabriklər qurmaq haramdır. Həmçinin onları istehsal edib, məhsullarını yaymaq və belə yerlərdə müdir, işçi və fəhlə işləmək və ya nəqliyyə vasitələri, anbar və mağazaları icarəyə vermək kimi yollarla fəaliyyət göstərmək də haramdır. Bu işdən maali və ya sair maddi faydalar almaq, həmçinin onları alıb-satmaq və onlardan istifadə etmək də haram sayılır. Qeyd etmək lazımdır ki, bu yollarla əldə olunan hər növ pulu xərcləmək də haram hökmündədir.
    356. Günaha məxsu olan alətlər və vasitələri aradn aparmaq vacibdir ki, buna misal olaraq qumar, ləhv və tərb (musiqi alətləri), spirtli içki və narkotik maddələrin düzəldilmə alətləri, oğurluq vasitələri, partlayıcı və öldürücü vasitələr, həmçinin qorxulu kimyəvi maddələri qeyd etmək olar. Ümumiyyətlə günah və əziyyətdən başqa işlərdər istifadə olunmayan və yaxud bu kimi işlərdə az və nadir olaraq istifadə olunan, həmçinin günahın qarşısını almaq yalnız onun aradan aparılmasına bağlı olan hallarda belə bir alətlərin (vasitələrin) aradan aparılması onların kimə məxsus olmasına baxmayaraq hamı üçün vacib sayılır. Əlbəttə bu hökm onu yerinə yetirdikdə daha böyük fəsadların qarşıya çıxmadığı hallarına aiddir. Qeyd etmək olar ki, yuxarıda qeyd olunmuş alətlərin bəzisinin istisnası da vardır.
    357. Hər bir mükəlləfə harama oxşar işlərdən çəkinmək vacibdir. Məsələn bir neçə qab və ya libasdan birinin nəcis olduğunu bilərsə, onların hamısından çəkinməsi və ya onların hamısını yuması vacibdir.
    Həmçinin iki və ya üç şeydən birinin, başqasının mülkü olduğunu bildikdə, əvvəlcə şübhəni aradan aparıb, daha sonra ondan istifadə etməlidir.
    358. Hər bir mükəlləfin vacibə oxşar işlərdə ehtiyat etməsi vacibdir. Məsələn filan bir günün gecəsində məğrib və işa namazlarından birini qılmamasını bildikdə, hər iki namazın qəzasını qılması vacibdir. Həmçinin iki nəfərdən birinə borclu olduğunu bildikdə onların hər ikisini özündən razı salmalı və ya hər ikisinə borcunu qaytarmalıdır.
    359. İstishaba əməl etmək vacibdir. Bu sözdən isə məqsəd keçmiş vəziyyətə əməl etmək mənası nəzərdə tutulur. Beləliklə əvvəllər bir iş insana vacib və ya haram olub sonradan o hökmün dəyişilməsi və ya qalması barədə şəkk edərsə, keçmiş vəziyyətinə əsasən əməl etməlidir. Məsələn, əvvəllər müəyyən bir namazın özünə vacib sayılan şəxs, sonradan o namazı qılıb-qılmaması barədə şəkk edərsə, onu yerinə yetirməlidir. Həmçinin keçmişdə müəyyən bir paltar xalqın malı olub, sonradan o paltarın yenidən başqasına məxsus olub-olmaması barədə şəkk edən şəxs, o paltarı başqasının malı saymalıdır.
    360. Murdar (nəcis) olan on şeydən çəkinmək vacibdir:
    1) Sidik;
    2) Qait;
    3) Məni;
    4) Murdar;
    5) Qan;
    6) İt;
    7) Donuz;
    8) Məst edici maye;
    9) Arpa suyu; (piyvə).
    10) Hərbi kafir.
    Belə ki, (bir mükəlləf) öz yaşayışını bu murdarlara bulamaq və onlara bulaşmış şeyləri yeyib-içməkdən çəkinməli, həmçinin namazın batil olmasına səbəb olan bədən və paltarı bu murdarlarla nəcis olmağından pərhiz etməlidir. Qeyd etmək lazımdır ki, müsəlmanlar yaşayışının bu şeylərlə murdarlanması, Allahın rəhmət mələklərinin (onlardan) uzaqlaşması və şeytanların (onlara) yaxınlaşmasına səbəb olur.
    361. Hər bir günahdan dərhal tövbə etmək vacibdir. Belə ki, tövbə nə qədər təxirə salınırsa, əncam verilmiş günah bir o qədər çoxalar və tövbənin də vacibliyi öz halında qalar.
    362. İstər fəqihin öz fətvası, istər hakimin öz hökmü, istər şəhadət verənin öz şəhadəti, həmçinin istər etiraf edənin öz sözü, istər xalq və hadisələr barəsində adi danışıq və ya qəzavətlər, istərsə də bundan başqa hallarda düzgün və doğru danışıq vacibdir. Belə ki, doğru danışığın onu danışanın özü, qohum-əqrəbası və ya dostlarının xeyri və ya zərərinə olması arasında heç bir fərq yoxdur.
    363. Həddi-büluğa çatmamışdan qabaq vəli (ata, baba və s.) tərəfindən sünnət edilməyən şəxsin həddi-büluğ həddinə çatdıqdan sonra özünü sünnət edirməsi vacibdir. Həmçinin belə bir iş, hətta qoca olan yeni müsəlman olmuş şəxsə də vacib sayılır.
    364. Salam verənin dərhal cavabını vermək, hətta namaz halında belə vacib sayılır. Salamın cavabı isə ayrı bir mane olmadıqda salam verənin eşitdiyi həddə olmalıdır. Həmçinin namaz halında verilən salam cavabı, salam verən şəxs ayrı şəkildə salam versə belə «səlamun ələyum» şəklində olmalıdır.
    Category: İslam şəriətində vacib və haram əməllər | Added by: Islam_Kitabxanasi
    Views: 1003 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024