İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslam şəriətində vacib və haram əməllər

    İslam şəriətində vacib və haram əməllər
    2012-01-09, 4:34 PM
    SƏKKİZİNCİ FƏSİL
    İSLAM ÜMMƏTİ VƏ RƏHBƏRLİYƏ AİD MƏSƏLƏLƏLR
    365. Həzrət imam Məhdi (əc.)-ın qeybdə olan zamanda bir sıra şərtlərə malik olan (fəqihlərin) rəhbərlik məqamını öz öhdəsinə alması vacibdir. Belə ki, bu məqamın şərtlərinə malik olan bir nəfər olarsa, rəhbərlik məqamı onun üçün eyni vacib, bir neçə nəfər olduqda isə kifayi vacib sayılır.
    366. Fəqih, müctehid və vəliyyi əmri daha yaxşı tanıyan islam elmləri üzrə mütəxəssis (alimlərin) vilayət məqamı üçün müəyyən şərtlərə malik olan yeganə fəqihi təyin etməsi vacibdir. Belə ki, bu cür fəqihlərin sayı bir nəfər olarsa, onlardan daha saleh və daha qabaqcılını təyin edib, xalqa tanıtdırmaları vacib sayılır. Xalqın da təyin olunmuş bu fəqihlərin (vilayətini) qəbul etməsi vacibdir.
    367. Müsəlmanların vəliyyi əmri olan rəhbərin mövləvi və vilayi göstərişlərindən itaət etmək vacibdir. Belə ki, bu vəliyyi əmrin həzrət Peyğəmbər (s) və İmamlar (ə) kimi məsum, yaxud da həzrət imam Əlinin (ə) zamanında Salman (rə) və Malik Əştər (rə) kimi (qeyri-məsum və məsum tərəfindən təyin olması), həmçinin onlar tərəfindən uzun müddətli (kubra) qeybəti zamanında camiuş-şərait müctəhidlər kimi ümumi tərzdə (rəhbərliyə) təyin olunması arasında heç bir fərq yoxdur.
    Digər tərəfdən onların verdiyi fərmanların bir məqamı yaradıb bir nəfərə onu qəbul etməsi üçün əmr etməsi, (məsələn ordu, hakim, imam cümə və s. məqamlar üçün müəyyən şəxsləri təyin etməsi), müharibə, sülh, həbs, əfv və s. işlər üçün göstəriş verməsi arasında heç bir fərq yoxdur. (Vilayi və irşadi göstərişlər – vaciblər – barədə bu kitabın müqəddiməsində izah verilmişdir).
    368. Vəliyyi əmrdən başqa bir müctehiddən təqlid edən şəxsin mərcəyi – təqlidinin fətvası ilə vəliyyi əmrin mövləvi hökmü arasında zidiyyət olarsa, vəliyyi əmrin mövləvi hökmündən itaət etməsi vacibdir. Belə bir halda isə (müctehidin) fətvası etibardan düşür.
    369. İslam dini nəzərində səlahiyyəti olmayan şəxslərin xalq üçün hökumət və vilayət məqamına yiyələnməsi haramdır.
    370. Vəliyyi əmrin xalq tərəfindən beyəti qəbul etməsi vacibdir. Belə ki, qadın və kişilərdən ibarət bir dəstə müsəlman onunla öz tohidlərini şirklə bulaşdırmamaq və şəri haramlardan çəkinib, vacib əməlləri əncam vermək üçün onunla beyət etmək istəyərsə, vəliyyi əmrindən belə bir beyəti qəbul edərək onlar üçün istiğfar etməsi vacibdir. Bu isə onların islam və imanlarının qəbul olma şərti deyil, əksinə öz əqidələrinin möhkəmlənməsi və vacib əməlləri yerinə yetirməkdə bir növ təkidetmək sayılır.
    371. Müdafiə cihadı vacibdir. Belə ki, düşmən müsəlman ölkələrinə hücum edərək islam dininin əsasının aradan getməsi və ya müəyyən bir məntəqədə olaraq islam ölkələrinin işğal olması qorxusu olarsa, belə bir hallarda hər bir imkanlı müsəlmanın öz din, islam ümməti və ərazi bütövliyindən müdafiə edərək bu yolda malı və canından əsirgəməməsi vacibdir. Belə bir cihadda kişi ilə qadın arasında fərq olmadığı kimi, heç bir kəsin icazəsi də şərt sayılmır.
    372. İbtidayi və müdafiə müharibəsinin döyüş meydanından qaçmaq haramdır. Amma bu iş daha münasib yer tapmaq və ya sair əsgərlərə qoşulmaq üçün haram deyildir.
    373. Küfr və nifaqı möhkəmlətmək, müsəlmanlar arasında təfriqə salmaq, həmçinin islami hökumət ziddinə olan düşmənlər üçün dayaq nöqtəsi yaratmaq və sair bu kimi təsəvvür edilən işlər haramdır. Hətta bu niyyətlə məscid, hüseyniyyə və başqa xeyriyyə mərkəzləri tikmək və ya açmaq da haram sayılır.
    374. İstər ibtidayi, istərsə də müdafiə cihadlarında xalqı belə bir cihadlardan saxlmaq və ya onları bu cihadlardan soydurmaq haramdır. Qeyd etmək lazımdır ki, dil, qələm və ya hədələmə və tamahlandırma yolları ilə xalqı hər hansı bir Allahın vacib əməllərindən saxlamaq haram olduğu kimi bu yollarla onları hər hansı bir ilahi haram işlərə vadar etmək də haram sayılır.
    375. İstər hazırki, istərsə də gələcək islam düşmənlərinin halı və zamana uyğun olan hər növ döyüş sursatı, nəqliyyə və müharibə vasitələri kimi hər növ qüvvənin hazırlanması haqqında təkid olunmuş vacib bir əməldir, həmçinin islam ordusunun küfr və dinə zidd olan ordular qarşısında hər növ müqavimət, müdafiə və qələbə çalması üçün ləvazimatın əldə edilməsi də bu qəbildəndir. Bu isə kifayi vacibdir. Belə ki, bu vacib əməl ilk növbədə xalqa, ikinci növbədə isə ümmətin vəliyyi əmrinə (rəhbərinə) vacib sayılır. Vəliyyi əmri bu ləvazimatı özünə və ya müsəlmanlara aid olan «beytlu-mal»-dan hazırlamalıdır.
    376. Məsum imam (ə) və ya onun tərəfindən təyin olunmuş vəliyyi əmrin əleyhinə qiyam edib tüğankarlıq edən kəslərə (buğalta) müharibə edib vuruşmaq vacibdir. Bu isə ibtidayi cihad növlərindən sayılaraq onun şərtlərinə malikdir.
    377. Müharibəsiz və qoşun çəkmədən kafirlər əlindən alınmış malların (qənimətlərin) müsəlmanların vəliyyi əmrinə təhvil verilməsi vacibdir.
    378. İslam ölkəsinə istilası olan hakimin icazəsi olmadan «ənfal«-dan istifadə etmək haramdır. «Ənfal» isə islam qanununa əsasən islam hökumətinin ixtiyarında olan aşağıdakı mallardan ibarətdir:
    1-Maliksiz və yaxud nəsli kəsilmiş və dünyadan köçmüş maliklərə aid yerlər;
    2-Bir kəsin təsərrüf etmədiyi dəryalar və böyük çayların ətrafı;
    3-Dağların qülləsi, meşələr və dərələrin ortası;
    4-İslam ordusunun əlinə düşmüş (kafir) hakimlərin ləl-cəvahiratı, malları və var-dövləti; Bir halda ki, bunlar müəyyən bir şəxsdən qəsb olunmamış olsun.
    5-Bahalı və misilsiz şeylər, həmçinin döyüş qənimətləri;
    6-İslam ordusunun vəliyyi əmrin icazəsi olmadan kafirlərdən aldığı bütün döyüş qənimətləri;
    7-Varisi olmayan şəxsin irsi və bütün var-dövləti;
    8-Bir kəsin mülkü olmayan mədənlər.
    379. İslam dinindən xəbərdar olmaq, Allah-taala kəlamını dinləmək və onun məfhumunu dərk etmək üçün islam ölkəsinə daxil olan hər hansı bir kafir firqəsinin ardıcılına aman vermək və onların salamat halda öz yerlərinə qaytarılması üçün zəmanət vermək vacibdir. Bu vəzifə isə müsəlmanların vəliyyi əmri və islam dövlətinin nəzarəti altında həyata keçməlidir.
    380. İstər böyük, istərsə də kiçik günahları əncam verən şəxslər üzərində Allah qanunları və ya islamın cəza hökmlərini icra etmək haqqında təkid olunmuş vacib əməllərdən biridir. Bu isə daha çox əhəmiyyət daşıyan eyni və ya kifayi vacib əməllərdən sayılır. Belə ki, bu vəzifənin icrası vəliyyi əmr, ədalətli hakim və ya onun tərəfindən təyin olunmuş qaziyə məxsusdur. Belə bir hakim bir nəfər olduqda isə kifayi vacib sayılır.
    381. Qəməri təqvimi ilə haram – möhtərəm – sayılan Rəcəb, Zul-qədə, Zul-hiccə və Məhərrəm aylarının hörmətini saxlmaq vacibdir. Belə ki, islam dövləti bu aylarda müharibəyə başlamamalı və əgər qabaqcadan başlamış olarsa, bu aylar çatarkən düşmənə atəşkəs təklifini etməlidir. Və beləliklə də müvəqqəti olaraq qəbul olunsa belə müharibəni tərk etməlidir.
    382. Müsəlmanların vəliyyi əmri göstəriş versə ki, qəzvət şərtlərinə malik olan hər bir şəxsin bu məqamı qəbul etməsi eyni vacibdir. Həmçinin belə bir halda bu məqama layiq olan yalnız bircə nəfər olduqda vəliyyi əmrin təklifi ilə onu qəbul etmək eyni vacib sayılır. Bir neçə nəfər olduqda isə qəzavət məqamını qəbul etmək kifayi vacibdir.
    383. Bir-biri ilə ixtilafı və ya davası olan iki tərəf bir nəfərin qəzavət etməsinə razı olsa belə bu məqamın şərtlərinə malik olmayan şəxsin qəzavət kürsüsündə əyləşməsi haramdır. Əlbəttə bu hökm bəzi hallarda istisna olunmuşdur.
    384. Qazinin (hakimin) ixtilafı olan iki tərəf arasında haqq üzrə qəzavət etməsi vacib, batil olaraq qəzavət etməsi isə haqqında təkid olunmuş haram işlərdəndir. Həmçinin onu hər hansı bir əqli, şəri və ürfi məsələlərdə haqq və ədalət üzrə qəzavət etməsi vacib, bilərəkdən və üzürsüz olaraq hər bir kəs və hər bir məsələ barədə batil qəzavət etməsi isə haramdır.
    385. Qazinin (hakimin) bir-biri ilə ixtilafı olan iki tərəf və ya iki dəstə arasında salam vermək, danışıq, gəlib-getmək qaydaları, adəti üzrə ehtirama riayət etmək kimi işlərdə bərabər rəftar etməsi vacibdir.
    386. Gələcəkdə şəhadət vermək üçün müxtəlif hökmləri müşahidə etməyə olunan dəvəti qəbul etmək vacibdir. Bu isə «şəhadət təhəmmülü» adlanır. Həmçinin şəhadət vermək üçün hazır olmaq da vacibdir. Belə ki, şahid bir nəfər olduqda bu iş eyni, bir neçə nəfər olduqda isə kifayi vacib sayılır. Tutarlı üzrü olmadan şəhadəti gizlətmək isə haqqında təkid olunmuş haram işlərdəndir.
    387. Hər bir mükəlləfin haqq və ədalətlə şəhadət verməsi və müəyyən zəruri hallardan başqa doğru yoldan çıxmaması vacibdir. Həmçinin zəruri hallardan başqa batil (yalan) şəhadəti verməsi isə haramdır.
    388. Yalançı şahidlərin tanıtdırılması vacibdir. Belə ki, baş verən bir mühakimədə şahidlərin şəhadəti nəticəsində bir nəfər edam, qisas, bədən üzvünün kəsilməsi və ya diyə ödəməyə məhkum olub, həmçinin hökm icra olunduqdan sonra şahidlərin yalanı aydın olarsa, qazinin (hakimin) qisas və ya diyəni onlardan almasından əlavə bu kimi yalançı şahidləri hər hansı bir mümkün vasitə ilə xalqa tanıtdırması vacibdir. Bəlkə də onları tanıtdırmaqdan məqsəd, günahsız məhkumun qisas və ya diyə haqqını xalqın qarşısında onlardan tələb etməsindən ibarətdir.
    389. İstər «nəfs» (bilərəkdən adam öldürmək), istərsə də «tərəf» (bilərəkdən bədən üzvünü naqis etmək) qisaslarında bilərəkdən cinayət törətmiş şəxsin özünü qisas olunmağa təslim etməsi vacibdir. Həmçinin mənafe (birini bilərəkdən kor və ya kar etmək kimi bədən qüvvəsini aradan aparmaq) qısası da bu qəbildəndir. Səhvən cinayət işi törətmiş şəxsin isə diyə ödəməsi vacibdir. Həmçinin qeyd etmək lazımdır ki, qisas və diyədən imtina etmək haramdır.
    390. Cəmiyyət izdihamında ölən və qatili tapılmayan, həmçinin qatili naməlum olan hər bir ölünün diyəsini ödəmək, islami hakimə vacibdir. Bu diyələr möminin qanı hədərə getməsin deyə «beytlu-mal»-dan götürülərək, ölünün varislərinə verilməlidir.
    391. İslam dövləti və ya islam və müsəlmanların ziddinə olaraq cəsusluq etmək haramdır.
    392. Yer üzərində xalqın əqidələri, əxlaqı, ictimai işləri, həmçinin onların iqtisadi və ictiayi əmniyyətində xarabkarlıq etmək, islama zidd olan adət-ənənələri yaymaq, islam adət-ənənələrini dəyişdirmək və ya istismarçıların tutmaq, zindana salmaq, döymək, öldürmək və s. bu kimi müxtəlif yerlərdə yaydığı işləri yaymaqla fəsad törətmək haramdır.
    393. «Qəzəf» haramdır. Yəni iffət ilə tanınan və zahirdə pis işlər görməyən evli kişini zinakarlıq və ya ləvat əməllərinə, həmçinin evli qadını zinakarlığa müttəhim etmək haram sayılır. Bu isə iddia edən (töhmət vuran) şəxsin belə bir işlərə elmi olmaması, həmçinin öz sözünü hakim qarşısında isbat edə bilmədiyi hallara məxsusdur. Belə hallarda isə töhmət vurmaq haram bir iş sayılır və o işlərin cəzasını iddia edən şəxs çəkməlidir. Amma töhmət vuranın bu işdən agah olması, həmçinin hakim yanında dörd şahid hazır etməsi və ya müttəhimin öz çirkin işinə dörd dəfə etiraf etməsi hallarında isə «qəzf» caizdir.
    394. Müharibə haramdır. Yəni istər soyuq, istərsə də odlu silah ələ alaraq xalqı qorxutmaq və ya yer üzərində fəsad törətmək üçün döymək, yaralamaq, öldürmək, pul almaq və s. bu kimi işlər haram sayılır.
    395. Allah-taalanın əmin-amanlıq hərəminin daxilində düşmənlə vuruşub, müharibə etmək haramdır. Hərəmdə döyüşə başlayanlar isə bu hökmə şamil deyildir. Hərəm müqəddəs Məkkə və onun ətrafını əhatəyə almış eni təqribən 10 kl. metr, uzunluğu isə təqribən 20 km. metrlik olan müəyyən bir zonadan ibarətdir.
    396. Düşmənlərə müsəlmanlarla vuruşan halda silah, döyüş sursatı, nəqliyyat vasitələri, yanacaq və sair döyüş ləvazimatı satmaq haramdır. Hətta düşmənlərin möhkəmlənməsi, müsəlmanların isə zəifləməsinə səbəb olan hər hansı bir şeyin düşmənlərə satılması da haramdır. Bu axırıncı hökmdə isə müxtəlif nəzərlər mövcuddur.
    397. Bir-biri ilə ixtilafı olan iki tərəfin zalım hakimlərə müraciət etməsi haqqında təkid olunmuş haram işlərdən sayılır. Zalım hakimlərdən isə hakimlik şərtlərinə malik olmayan və ya zalımlar tərəfindən bu məqam üçün təyin olunmuş hakimlər nəzərdə tutulur. Həmçinin zəruri hallardan başqa iki tərəf haqq olsa da belə bir hakimin hökmünə əsasən (mal, pul və s.) şeylərdə təsərrüf etmək haramdır.
    398. Qazinin (hakimin) rüşvət alması və ya ona rüşvət verilməsi haramdır. Bu isə rüşvət verilib-alınmasının nahaq yerə qəzavət olunması və ya rüşvət verənə tərəf (haqq olub-olmamasına baxmayaraq) meylli olmaq niyyəti ilə həyata keçməsi halına aiddir. Amma rüşvət verən haqlı olub öz haqqına çatmaq üçün bundan başqa bir çarəsi olmayarsa, belə bir halda rüşvət vermək halal, onu almaq isə haramdır. Həmçinin rüşvətin haramlığında onun rüşvət, hədiyyə, hibə (bəxşiş) və ya mühabati müamilə adı ilə həyata keçməsi arasında heç bir fərq yoxdur. Mühabati müamilə isə hakimin onun lehinə hökm verməsi tamahı ilə müəyyən bir malın ona ucuz qiymətə satılmasından ibarətdir.
    399. Qazinin arasında ixtilafı olan iki tərəfdən birinə onun batil nahaq olduğunu bilərkən digərinə qarşı qələbə çalması yolunu öyrətməsi haramdır. Bu hökm mövzudan xəbəri olan qeyri-qazi şəxslərə də aiddir.
    400. Qazinin Allah-taala hüququna dair işlərdə hazır olmayan şəxsin əleyhinə olaraq qəzavət etməsi haramdır. Məsələn, dörd nəfər adil şəxs hazır olmayan bir şəxsin zinkarlıq etməsi barədə şəhadət verərsə, belə bir qazinin hökm çıxartmağa haqqı yoxdur. Xalqın hüququna dair işlərdə isə belə hökm çıxartmaq caizdir.
    401. Haqq sahibinin öz haqqında təcavüz etməsi haramdır. Buna misal olaraq, günhkardan qisas almazdan qabaq ona işgəncə vermək, bəzən üzlərini kəsmək, həmçinin təyin olmuş həddən artıq onun bədəni və ya puluna ziyan vurmaq hallarını qeyd etmək olar.
    402. Bir haqqın və ya batilin aydınlaşmasını onu açıq-aşkar etməyə bağlı olan hallarda ört-basdır edib, açıqlamaq haram sayılır. Buna misal olaraq, bir şəxsin qətlə yetirilməsi və ya cinayətkarlığı, birinin yoldaşlığı, bir uşağın (müəyyən qadından) süd yeməsi, həmçinin bir malın maliyyəti, günahkarın tutulması və ya günahsız üçün bəraət qazandırılması hallarını qeyd etmək olar.
    TƏRCÜMƏDƏ İSTİFADƏ OLUNAN KİTABLAR
    1. Ərəb va fars sözləri lüğəti; Azərbaycan elmləri akademiyası Nəsimi adına dilçilik institutu, Bakı, yazıçı 1985 Miladi.
    2. Lumətu-dəməşqiyyə, şeyx Şəmsəddin Məhəməd ibni Cəmaləddin Məkki Əl-amili (şəhid əvvəl), tərcümə və izah: Əli Şirvani, Darul-fikir, Qum, 375 Şəmsi;
    3. Fərhəngi səyyah (lüğətnamə), Əhməd Səyyah, İslam nəşriyyatı, Tehran, 1371 Ş.;
    4. Fərhəngi səba (lüğətnamə), Məhəmməd Behişti, Səba nəşriyyatı, Tehran 1370 Ş,;
    5. Şəriət hökmlərinin izahı, Ayətullahül-üzma Şeyx Məhəməd Fazil Lənkərani, (tərcümə edən M. Əlizadə), Nəvidi islam nəşriyyatı, Qum 1998. M.
    Category: İslam şəriətində vacib və haram əməllər | Added by: Islam_Kitabxanasi
    Views: 718 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024