İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 7:48 AM
    İKİNCİ DƏRS
    İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
    1. İslam ümmətində parçalanma nə zamandan başlanıb?
    2. İslam ümmətində firqələrə bölünmənin əsas səbəbi nədir?
    İslam tarixində və İslam ümmətində ixtilafların kökünü araşdırmaqla, burada ümmətlərin və dinlərin parçalanmasının əsas səbəblərindən hansı birinin daha tə’sirli olmasını başa düşmək olar.
    Bu və bundan sonrakı dərs İslam ümmətində firqə və məzhəblərin yaranmasının ən mühüm səbəblərini bəyan edir.
    PEYĞƏMBƏRİN (S) DÖVRÜNDƏ İSLAM ÜMMƏTİ ARASINDA MÖVCUD OLAN İXTİLAF
    İslam ümməti arasında ilk ixtilaf, məhz Peyğəmbəri-Əkrəmin (s) zamanında yaranmışdır. Peyğəmbər (s) həyatı boyu, xüsusilə Mədinədə İslam cəmiyyəti təşkil etdikdən sonra bir çox çətinliklərlə rastlaşmışdı. Şəxsi mənafeyinə görə və ya əvvəlki mövqeyini qoruyub saxlamaqdan ötrü zahirdə İslam dinini qəbul edən münafiqlər, eləcə də təfəkkür tərzləri müqəddəs din qanunları ilə uyğun gəlməyən bə’zi səhabələr o Həzrətlə (s) açıq-aşkar müxalifətə başlayırdılar. Bu ixtilaflardan bir neçəsini qısa şəkildə izah edirik:
    1. «Hüdeybiyyə» sülhü bağlanan zaman (Bu sülhdə müşriklərin istəklərinə daha çox diqqət yetirilmişdi və onların tələbləri daha qabarıq şəkildə əks olunmuşdu.) Peyğəmbərin (s) çıxardığı qərarların həqiqi mahiyyətindən, bu müqavilənin gələcək tə’sirlərindən və İslamın genşlənib qələbə çalacağından xəbərsiz olan bə’zi səhabələr müxalifətə başladılar və hətta bu müqaviləni pozmaq üçün bir neçə dəfə qılınc da çəkdilər. Amma onlar o həzrətin ciddi reaksiyası ilə qarşılaşıb sakit oldular. Bu müqavilə imzalandıqdan sonra onların üzündə daxili gərginlik və narahatçılıq hissi aydınca sezilirdi. Onlar Peyğəmbərin (s) bu işinə şəkk-şübhə ilə yanaşırdılar.(İbni Hişam, «Əs-siyrətun-nəbəviyyə, 3-cü cild.)
    2. Taif müharibəsinin qənimətləri bölüşüdürülən zaman, Peyğəmbəri-Əkrəm (s) onun bir qismini Qüreyşin təzə müsəlman olmuş başçılarını İslama qarşı rəğbətləndirmək üçün onlara payladı. Bu məsələ Ənsar tərəfindən narazılıqla qarşılandı, hətta iş o yerə çatdı ki, Zulxuveysirə Təmimi tam həyasızlıqla o Həzrətə dedi: «Ədalətlə rəftar et, ey Məhəmməd! Sən ədalətli iş görmədin.»
    Peyğəmbər (s) narahat halda buyurdu: «Əgər mən də ədalətlə rəftar etməsəm, onda daha kim adil olar?»
    Bu hadisədə Peyğəmbəri-Əkrəmin (s) verdiyi izahların onları razı salmasına və tutduqları iradların aradan qalxmasına baxmayaraq, Zulxuveysirə Təmimi əvvəldə olduğu kimi, yenə də öz mövqeyindən əl çəkmirdi. Nəhayət, Rəsuli-Əkrəm (s) onun barəsində buyurdu: «Bu şəxsin çoxlu ardıcılları olacaq ki... Ox kamandan çıxdığı kimi, onlar da dindən çıxacaqlar».
    Peyğəmbərin (s) əvvəlcədən xəbər verdiyi kimi o, Əlinin (ə) xilafəti dövründə xəvaric dəstəsinin başçısı oldu.
    3. Mədinə münafiqlərinin Peyğəmbəri-Əkrəmlə (s) olan müxalifətləri və onun işlərində törətdikləri maneələr o qədər çox idi ki, hətta onlar o Həzrəti (s) Mədinədən çıxarmaq üçün tədbir tökmüşdülər. «Münafiqun» surəsi münafiqlərin vəsfində və onların müxalifətləri ilə əlaqədar nazil olmuşdur.
    Peyğəmbərin (s) qəbul etdiyi qərarlar, gördüyü tədbirlər və İslami göstərişlərə qarşı bə’zi müxalifətçiliklərin meydana gəlməsinə baxmayaraq, o həzrətin xalq arasındakı nüfuz, şəxsiyyət və məqamının əzəməti, həmçinin başqalarının hökumət və qüdrətə çatması üçün şəraitin olmaması elə bir səviyyədə idi ki, bu ixtilaflar İslam ümməti arasında təfriqə yaranmasına imkan vermirdi. Amma Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra məşhur səhabələr arasında ixtilafların genişlənməsi üçün şərait yarandı. Qeyd etmək lazımdır ki, ixtilafların büruz etməsinin ilkin zəminəsi Peyğəmbər (s) ölüm yatağında olduğu zaman sür’ətlə inkişaf etməyə başladı. Səhabələr arasında müxalifət və çəkişmələrin və o həzrətin fərmanından imtina etməyin əsas hissəsi də məhz həmin zamanla əlaqədardır. Tarixi mənbələrdə nəql olunan mə’lumatlara əsasən, ən ciddi qarşıdurma aşağıda qeyd olunan iki hadisə ilə bağlıdır:
    A). Əbu Əbdüllah Məhəmməd ibni İsmail Buxari mö’təbər sənədlərə istinad etməklə, Əbdüllah ibni Abbasdan belə rəvayət edir:
    Peyğəmbəri-Əkrəm (s) vəziyyətinin ağırlaşdığını görüb belə buyurdu:
    «Mənə kağız-qələm gətirin, sizin üçün elə bir şey yazım ki, məndən sonra yolunuzu azmayasınız».
    Bu zaman Ömər ibni Xəttab dedi:
    «Şübhəsiz, Peyğəmbərin xəstəliyi şiddətlənmişdir, Allahın kitabı bizə kifayətdir!»
    Bu sözdən sonra Peyğəmbərin (s) ətrafında toplanan səhabələr arasında mübahisə başlandı. İş o yerə çatdı ki, Peyğəmbər (s) narahat olub buyurdu:
    «Qalxın ayağa, evdən çıxın! Mənim yanımda mübahisə etməyiniz yaraşmaz!»
    İbni Abbas bu əhvalatı nəql edikdən sonra deyir:
    «Bu işdən doğan ən böyük müsibət bu oldu ki, bizimlə Rəsuli-Əkrəmin (s) yazısı (vəsiyyəti) arasına ayrılıq salındı».(«Səhihi Buxari, Elm kitabı»; «Səhihi Müslim, 2-ci cild»; «Əhməd ibni Hənbəl, Müsnəd, 1-ci cild»; «İbni Sə’d, Təbəqatul-Kubra, 2-ci cild»; «Şəhristani, Miləl və Nihəl, 1-ci cild».)
    B). Peyğəmbəri-Əkrəm (s) Təbuk müharibəsindən qayıdandan sonra romalıların hücum təhlükəsini ciddi hesab etdiyinə görə İslam qoşununu döyüş hazırlığı vəziyyətində qoruyub saxlayırdı. O həzrət (s) həyatının son anlarında ordunu yenidən təchiz etdi, onun sərkərdəliyini Üsamə ibni Zeydə tapşırdı, mühacir və ənsar da daxil olmaqla, bütün müsəlmanlara qoşunla birlikdə yola düşmək əmrini verdi. Həzrət (s) buyurdu:
    «Üsamənin ordusunu lazım olan hər bir şeylə təchiz edin! Ondan imtina edənlərə Allah lə’nət etsin!» Səhabələrin böyük əksəriyyəti bu fərmanı qəbul edib Üsamə ilə birgə hərəkət etdilər. Amma onlardan bə’ziləri Peyğəmbərin (s) xəstəliyini bəhanə gətirib əmrdən imtina etdilər və dedilər ki, biz heç vaxt sizi bu vəziyyətdə tərk edib gedə bilmərik. Bununla da onlar Üsamənin başçılığı ilə hərəkət edən orduya qoşulmaqdan imtina etdilər.(«İbni Hişam, Əs-sirətun-nəbəviyyə, 2-ci cild»; «Şəhristani, Miləl və Nihəl, 1-ci cild».)
    Peyğəmbərin (s) vəfatından sonra ixtilaf və çəkişmələr şiddətləndi. Mühacir və ənsar arasında o həzrətin harada dəfn olunması məsələsilə bağlı mübahisə və qarşıdurma yarandı. Bundan əlavə, İslam ümməti içrə ən çox ixtilaf yaradan məsələ Peyğəmbərin canişinliyi və imamət məsələsi idi. Hətta deyilmişdir ki, «üsulidin məsələlərinin heç birində imamət qədər qan tökülməyib, yaxud qılınc çəkilməyib.»
    Peyğəmbəri-Əkrəmin (s) vəfat xəbəri yayılanda Əmirəl-mö’minin Əli ibni Əbi Talib (ə) Bəni-haşim qəbiləsi və səhabələrdən bir neçə nəfərlə birlikdə o Həzrətin dəfn mərasimi üçün hazırlaşırdı. Bununla eyni vaxtda ənsar və mühacirlərdən bir qrupu «Bəni-Saidə» səqifəsi adlı bir yerdə toplaşıb Peyğəmbərin canişinlik və ümmətə rəhbərlik vəzifəsinin kimə verilməsi barədə mübahisə edirdilər. Ənsarın nəzəri bu idi ki, gərək ənsar və mühacirdən hər biri özü üçün bir əmir və rəhbər tə’yin etsin. Onlar özləri üçün Sə’d ibni Übadəni rəhbər tə’yin etmək istəyirdilər. Amma Əbu Bəkr və Ömərin oraya gəlişi və onların o yığıncaqdakı çıxışı vəziyyəti tamamilə dəyişdirdi. Ömər ibni Xəttabın ardınca Səqifədə olanların hamısı Əbu Bəkrə bey’ət etdilər və beləliklə də o, Rəsuli-Əkrəmin (s) ilk xəlifəsi e’lan olundu. Ömər ibni Xəttab bu seçkinin gözlənilmədən, heç bir araşdırma aparılmadan və düşünülmədən olması haqda deyirdi: «Həqiqətən Əbu Bəkrə edilən bey’ət araşdırma aparılmadan və düşünülmədən baş verən bir iş idi ki, Allah müsəlmanları onun şərindən qorudu. Bundan sonra hər kim belə bir iş tutsa, onu öldürmək lazımdır. Ümumiyyətlə, müsəlmanlarla məşvərət etmədən başqasına bey’ət edən şəxs həm özünü və həm də qarşı tərəfi təhlükəyə salır, onların hər ikisi öldürülməlidir.»(«Şəhristani, Miləl və Nihəl, 1-ci cild)
    Amma Bəni-haşim qəbiləsi və səhabələrdən bə’ziləri imamət və rəhbərlik vəzifəsinin Allah tərəfindən tə’yin olunan bir məqam olduğunu, imamın yalnız Allahın əmri ilə seçildiyini dəlil gətirərək, Əbu Bəkrin belə bir şəkildə xəlifə seçilməsinə e’tiraz edirdilər. Onlar inanırdılar ki, Peyğəmbər (s) Allahın əmri ilə və aşkar buyuruqlarla Əlini (ə) özünə canişin və xəlifə tə’yin etmişdir.
    Bu ixtilafdan sonra İslam ümmətində ən böyük təfriqə və parçalanma yarandı; müsəlmanlar iki yerə ayrıldılar, sünnü və şiə məzhəbi formalaşmağa başladı. İmamət və xilafət məsələsi ətrafında aparılan həmin bölgü bu vaxta qədər İslam xalqları arasında meydana gələn ən böyük qruplaşma hesab olunur. Birinci qrupun, yə’ni sünnülərin əqidəsinə görə, imamət məsələsi Peyğəmbərə (s) xəlifə olmaq mənsəbidir; yalnız İslam cəmiyyətinin idarə olunması, onun nizama salınması məqsədini güdür və şura yolu ilə tə’yin olunur.
    İkinci qrupun, yə’ni şiələrin əqidəsinə görə isə, imamət məqamı peyğəmbərlik vəzifəsinin davamı olaraq, Allah tərəfindən müəyyənləşir; heç bir şəxs bu ilahi vəzifəyə vəhydən başqa bir yolla nail ola bilməz. Şiələr inanırlar ki, Peyğəmbərin (s) canişinləri olan bütün mə’sum imamlar Allah tərəfindən tə’yin olunmuşdur və o Həzrət hələ sağ ikən onların hər birinin adını aşkar şəkildə zikr etmişdir.
    Əbu Bəkrin xəlifə və İslam ümmətinin rəhbəri seçilməsinin ardınca digər ixtilaflar da yarandı. Bu ixtilaflar get-gedə dərinləşdi və üçüncü xəlifə Osman ibni Əffanın dövründə elə bir həddə çatdı ki, xəlifə camaat tərəfindən öldürüldü.
    Əmirəl-mö’minin Əlinin (ə) xilafəti dövründə İslam ümmətində yeni qruplaşmalar yaranmağa başladı. Gələn dərsdə bu haqda, eləcə də müsəlmanlar arasında yaranan təfriqələrin digər səbəbləri barədə araşdırma aparacağıq.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Peyğəmbəri-Əkrəmin (s) sağlığında müsəlmanların arasında ixtilaflar necə baş verirdi?
    2. Peyğəmbər (s) xəstələnən zaman səhabələr hansı mühüm məsələyə görə bir-birləri ilə mübahisə edirdilər?
    3. Müsəlmanların Peyğəmbərin (s) canişinliyi ilə əlaqədar iki mühüm nəzəriyyəsini bəyan edin.
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 863 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024