İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 7:38 AM
    İKİNCİ FƏSİL
    SÜNNÜ MƏZHƏBİNDƏN AYRILAN FİRQƏLƏR
    (ƏHLİ-SÜNNƏT)
    DÖRDÜNCÜ DƏRS
    ƏHLİ-HƏDİS (1)
    YARANMA TARİXİ
    1. Əhli-hədis kimlərə deyilir?
    2. Əhli-hədis firqəsinin formalaşmasının ən mühüm səbəbi nədir?
    Hicri tarixi ilə birinci əsrin axırlarından e’tibarən, müsəlmanlar arasında yayılmış ən mühüm məsələlərdən biri də ilahi sifətlər barəsində olan bəhslər idi. Allahın sifətlərinin Onun zatı ilə eyniyyət təşkil etməsi, yoxsa bu sifətlərin sonradan onun Zatına artırılması, zati sifətlərlə fe’li sifətlərin arasında təfavütün olub-olmaması, eləcə də bə’zi ayə və rəvayətlərdə Allahın ərşin üstündə yerləşməsi, Onun göz, əl və bu kimi digər bədən üzvlərinə malik olmasının nə kimi məfhum daşıması barəsində bəhslər qarşıya çıxmışdı. (Bu sifətlər ayə və rəvayətlərdə qeyd olunduğu üçün onları xəbəriyyə sifətləri adlandırırlar).
    Bu kimi məsələlərin izah edilməsində İslam alimləri müxtəlif dəstələrə bölünmüşdülər. Onlardan bir dəstəsi Allahın sifətlərinin Onun zatına artırılmasını inkar edirdilər. Bunları «mö’təzilə», onların müxaliflərini isə «müəttilə» adlandırırdılar. Digər bir dəstə isə Allahın sifətlərinin (xüsusilə, xəbəriyyə sifətlərinin) Onun zatına artırılmasını iddia edirdilər. Onlar bunu isbat etməkdə elə bir ifratçı həddə çatmışdılar ki, xəbəri sifətləri zahiri mə’nalara yozub, onları insani sifətlərə təşbih etmişdilər. Bunlara da «müşəbbihə» deyilirdi.
    Sonra bu iki qrup arasında orta mövqe tutan əhli-hədis firqəsi yarandı. Onlar bir tərəfdən Allahın sifətlərinin Onun zatına artırılmasına və Allah-taalanın zatı barəsində xəbəriyyə sifətlərin isbat olunmasına inanır, digər tərəfdən isə xəbəri sifətlərin zahiri mə’nalara yozulmasını düzgün hesab etmirdilər.
    Amma ayə və rəvayətlərdə bu sifətlər Allah haqqında işlədildiyindən, məsələn Qur’anda «Ər-rəhmanu ələl ərşistəva>> («Taha»-5.) (Rəhman Allah ərş üzərində müstəqərr olmuşdur); «Xələqtu biyədəyyə» («Sad»-75.) (İki əlimlə yaratdım); «Vəcaə rəbbukə»(«Fəcr»-22.) (Sənin Rəbbin gəldi) və s. ifadələr gətirildiyindən, Əhli-hədis bu qəbildən olan sifətləri Allah üçün qəbul etdiklərinə baxmayaraq, onların barəsində heç bir təfsir və yozumu rəva görmürdülər. Onların əqidəsinə görə, bu kimi ifadələrin təfsir və yozumu Allah-taalanın məxluqata oxşadılmasına səbəb ola bilər.
    Maliki firqəsinin rəisi Malik ibni Ənəsdən «Rəhman Allah ərş üzərində müstəqərr olmuşdur» ayəsi barədə sual edilərkən demişdi:
    «Allahın ərş üzərində qərar tapması mə’lum məsələdir, amma onun necəliyi bizə məchuldur. Ona iman gətirmək vacibdir, çünki bu, Qur’anın aşkar buyuruğudur. Lakin Onun orada necə yerləşməsi barədə sual etmək bid’ət sayılır.»
    Malik ibni Ənəsin sözlərindən belə aydın olur ki, bu kimi ifadələrin mə’na və xüsusiyyəti barədə maraqlanmaq və onu təfsir etmək qadağan və haramdır; heç bir sual olunmadan onlara iman gətirmək lazımdır. Çünki bunlar Qur’an ayələrində və Peyğəmbər (s) hədislərində aşkar şəkildə qeyd olunmuşdur.
    Əhli-hədisin xəbəri sifətlər barədə irəli sürdüyü nəzəriyyə sair e’tiqadi prinsiplərin araşdırılması üçün yeni bir üslub yaratdı. Ayə və rəvayətləri olduğu kimi əxz etmək, onların hər növ təfsir və yozumundan uzaq olmaq və bu barədə sual etməkdən çəkinmək bu firqənin e’tiqad prinsipinin əsası kimi tanındı və buna görə də onlar əhli-hədis adlandırıldı.
    ƏHLİ-HƏDİSİN MƏNBƏLƏRİ
    Hicri tarixi ilə üçüncü əsrdən başlayaraq, Əhli-hədisin əqidə üsullarına aid olan bir çox kitablar yazılmışdır. Onlardan ən mühümləri aşağıdakılardır:
    1. «Əs-sünnə»; (Əhməd ibni Hənbəl, 161-241 H.Q.) Hənbəli məzhəbinin rəisidir.
    Əhməd ibni Hənbəl əhli-hədis firqəsinin ən tanınmış şəxsiyyəti hesab olunur. Bu firqəyə «hənabilə» də deyilir. «Əs-sünnə» kitabı həcminin az olmasına baxmayaraq, bu firqənin ən mühüm mənbələrindən sayılır.
    O, bu kitabda həmin firqənin e’tiqadi əsaslarını izah və şərh etmədən, dəlil-sübut gətirmədən bəyan etmişdir. Kitabın mühüm hissələrində belə oxuyuruq:
    «Bu (yə’ni kitabda qeyd olunanlar) Peyğəmbərin (s) səhabələrindən olan sünnət əhlinin, elm və kitab sahiblərinin məzhəbidir. Mən Hicaz, Şam və s. yerlərin alimlərinin bu əqidədə olduğunu gördüm. Hər kəs bu əqidə ilə müxalifətçilik etsə, o üsullara və ya ona e’tiqad bəsləyənlərə irad tutsa, bid’ətçi hesab olunur. Belə bir şəxs müsəlman icmasından xaric olmuş, haqq və sünnət yolundan azmışdır.»
    «Allah-taala Öz qəzavətini (hökmünü) bəndəsinə labüd etmişdir. Onlar ilahi qəza-qədərdən xaric olmazlar, Allahın onlar üçün müqəddər etdiyi təqdir əsasında seyr edərlər. Bu da Allah-taalanın ədalətidir.»
    «Zina, oğurluq, şərab içmək, nahaq yerə adam öldürmək, haram mal yemək, Allaha şərik qoşmaq və ümumiyyətlə bütün günahlar bəndələrdən heç birinin Allaha qarşı höccəti olmadan, Onun qəza-qədərinə bağlıdır və bəndələrə olan yetərli höccət, yalnız Allaha məxsusdur.»
    «Hər kəs oğurluq, şərab içmək, haram mal yemək və sairənin ilahi qəza-qədər əsasında olmasını güman etsə, insanın başqasının ruzisini yeməyə qadir olmasını güman etmiş olur və bu, məcusların əqidəsidir. halbuki, Allah-taala Özü belə müqəddər etmiş və onun bu yolla (haram yolla) ruzi qazanmasına hökm etmişdir.»
    «Biz qiblə əhlindən olan heç bir kəsin əməlinin cəzasına görə, yaxud mürtəkib olduğu böyük günahlara görə cəhənnəm əhli olmasına şəhadət vermirik. Bu barədə yalnız hədisdə qeyd olunanlar istisna olunur və belə olan surətdə yalnız onların cəhənnəm əhli olmasına şəhadət verərik.»
    «Qüreyş qəbiləsindən iki nəfər qalsa belə, xilafət onlara məxsusdur və heç kəsin bu barədə onlarla çəkişməyə, onların əleyhinə qiyam etməyə və ya xilafətə başqasını layiq bilməyə haqqı yoxdur.»
    «Sədəqə, vergi, xərac və qənimətlərin əmirlərə və valilərə verilməsi vacibdir, istər onlar ədalətlə rəftar etsinlər, istərsə də zülmlə. Müsəlmanların rəhbərinə itaət etmək də belədir. Deməli, heç vaxt ona itaət etməkdən boyun qaçıra və ya onun əleyhinə qiyam edə bilməzsiniz. Sultanın əleyhinə qiyam etmək olmaz, əksinə ona müt’i olmalısınız. Əgər sultan sizi Allahın haram buyurduğu işlərə əmr etsə, ona itaət etməyin, lakin onun əleyhinə qiyam etmək düzgün deyildir və heç kəs onu öz haqqından məhrum edə bilməz.»
    «Allah eşidəndir, heç vaxt tərəddüd etməz; görəndir, heç vaxt səhv etməz; alimdir, heç vaxt cahil olmaz; bəxşiş edəndir, heç vaxt paxıllıq etməz; helimlidir, heç vaxt tələsməz. O, rəhm edər, əfv edər, bağışlayar və hər gecə dünya asimanına nazil olar və özü də istədiyi kimi nazil olar:
    «Leysə kəmislihi şəy’un və huvəs-səmiul bəsir.» (Ona bənzər bir şey yoxdur.O (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir. (Şura-11).
    «Bəndələrin qəlbləri Allahın iki barmağı arasındadır ki, onları istədiyi şəkildə tutar.»
    2. «Əl-əqaidut-təhaviyyə»; (Şeyx Əbu Cə’fər Təhavi Misri. H.Q.321.)
    Bu kitabda əhli-hədisin 105 əqidəvi əsası qeyd olunmuşdur. O, iddia edir ki, bu əsaslar əhli-sünnətin və müsəlman icmasının ümumi əqidəsidir və Əbu Hənifə Nö’man ibni Sabit, Əbu Yusif Yə’qub ibni İbrahim Ənsari və Əbu Əbdillah Məhəmməd ibni Şeybani kimi fəqihlərin nəzərlərinin tam əksinədir.
    3. «Əl-ibanətu ən üsulid-diyanə»; (Şeyx Əbul Həsən Əli ibni İsmail Əş’əri. 260-324. H.Q. (yaxud 330. H.Q.).
    Əbul Həsən Əş’əri 40 yaşında ikən mö’təzilə firqəsindən uzaqlaşıb əhli-hədis məzhəbinə üz gətirdikdən sonra bu kitabı yazmışdır. Həmin kitabda əhli-hədisin 51 əqidəvi əsası qeydə alınmışdır. Əş’ərinin nəzərlərindən bə’zisi aşağıda qeyd olunanlardan ibarətdir:
    «Biz Allaha, mələklərə, səmavi kitablara, peyğəmbərlərə, Allah tərəfindən nazil olanlara və mö’təbər ravilərin Rəsuli-Əkrəmdən nəql etdiklərinə iman gətirmişik və bunlardan heç birini rədd etmirik.»
    «Biz iqrar edirik ki, behişt və cəhənnəm haqdır, qiyamət günü gələcək və onda heç bir şəkk-şübhə yoxdur.»
    «İnanırıq ki, Allah Öz ərşində qərar tapmışdır. Bu barədə «Taha» surəsinin 5-ci ayəsinə əsaslanırıq.
    «Allahın üzü vardır, lakin onun xüsusiyyəti mə’lum deyildir. Bu barədə «Ərrəhman» surəsinin 27-ci ayəsinə əsaslanırıq.
    «Allahın iki əli vardır, lakin onun xüsusiyyəti mə’lum deyildir. Bu barədə «Maidə» surəsinin 64-cü ayəsinə əsaslanırıq.
    «Allahın gözü vardır, lakin onun xüsusiyyəti mə’lum deyildir. Bu barədə «Qəmər» surəsinin 14-cü ayəsinə əsaslanırıq.
    «İqrar edirik ki, xeyir və şər ilahi qəzavü-qədər ilədir və biz Allahın qəza-qədərinə inanırıq, istər xeyir olsun, istərsə şər, istər şirin olsun, istərsə acı. Bunu da bilirik ki, (xeyirdən, yaxud şərdən) bizə çatmayanlar (bizə) müqəddər olmamışdır, bizə çatanların isə dəf edilməsi mümkün deyildir. Bəndələr özlərinə qarşı, Allahın istədiyindən başqa, heç bir fayda və ziyana malik deyillər, lakin onun xüsusiyyəti mə’lum deyildir. Bu barədə «Ə’raf» surəsinin 118-ci ayəsinə əsaslanırıq.
    «Biz bütün işlərdə Allaha pənah aparır və bütün vəziyyətlərdə öz ehtiyac və fəqirliyimizi bəyan edirik.»
    4. «Məqalatul-islamiyyin vəxtilaful müsəllin»; (Əbul Həsən Əş’əri)
    O bu kitabda İslami firqələrin əqidə və rə’ylərini bir yerə toplamışdır.
    Bu kitabın bir hissəsində əhli-hədisin əqidələri nəql olunmuşdur, lakin onların «İbanə» kitabındakı mətləblərlə çox da fərqi yoxdur.
    5. «Ət-tənbihu vər-rəddu». (Əbul Hüseyn Məhəmməd ibni Məlti Şafei. 377. H.Q.)
    Bu kitabda əhli-hədisin 15 e’tiqadi əsası qeyd olunmuşdur.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Müsəlmanların arasında ilahi sifətlər barəsində nə kimi ixtilaflar vardır?
    2. Nə üçün onlar əhli-hədis adı ilə məşhurlaşmışdır?
    3. Əhli-hədisin ən mühüm mənbələri və onların müəlliflərinin adlarını deyin.
    4. «Əs-sünnə» kitabının əsas bölmələri hansılardır?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 1071 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024