İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 7:36 AM
    SƏKKİZİNCİ DƏRS
    ƏHLİ-HƏDİS (5)
    ƏQİDƏLƏR (4)
    1. Əhli-hədisin xəlifələrin xilafəti barədə nəzəri necədir?
    2. Əhli-hədisin hakimlərin barəsində nəzəri nədən ibarətdir?
    4. XƏLİFƏLƏRİN XİLAFƏTİNƏ İMAN
    Əhli-hədisin əqidəsində qabarıq şəkildə göstərilən dördüncü məsələ xəlifələrin xilafətinə iman məsələsidir. Əvvəlki dərsdə qeyd olunduğu kimi, Əhməd ibni Hənbəl özünün «Əs-sünnə» kitabında demişdir ki, Peyğəmbərdən sonra ümmətin ən yaxşı şəxsləri Əbu Bəkr, ondan sonra Ömər, sonra Osman və ondan sonra Əlidir ki, bunlar hidayət edən raşid xəlifələrdir. Əbul Həsən Əş’əri də «Əl-İbanə» kitabında demişdir: Biz inanırıq ki, Peyğəmbərdən (s) sonra ən yaxşı rəhbər Əbu Bəkrdir. Həqiqətən Allah onun vasitəsilə Öz dininə izzət əta etdi və onu ümmət üçün imam seçdi. Rəsuli-Əkrəm onu namaz üçün imam seçmişdi, camaat da onu Peyğəmbərin xəlifəsi kimi qəbul etmişdi. Ondan sonra ən fəzilətli şəxs Ömər ibni Xəttab, ondan sonra Osman ibni Əffandır. Onu zülmlə öldürmüşlər. Osmandan sonra isə Əli ibni Əbi Talibdir. Bu dörd nəfər Rəsuli-Əkrəmdən (s) sonra ümmətin rəhbərləridir və onların xilafəti nübüvvət və peyğəmbərliyin canişi hesab olunur.
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    Bu sözlərdən belə nəticə alınır ki, əhli-hədis və onların ardıcılları olan əş’ərilərin e’tiqadı aşağıdakılardır:
    1. Dörd xəlifənin xilafətini (haqq olmasını) iqrar etmək imanın bir hissəsi sayılır.
    2. İmamət və xilafət nübüvvət və peyğəmbərlik səviyyəsindədir.
    3. Raşidi xəlifələrin fəziləti onların xilafətlərinin tərtibi ilədir.
    Bu nəzəri araşdırıb dəyərləndirməklə bir neçə sual yaranır:
    1. Aşağıdakı məsələlərə diqqət yetirməklə, necə ola bilər ki, dörd xəlifənin xilafətinə e’tiqad bəsləmək imanın bir hissəsi sayılsın? Əvvəla, sünnü alimləri, mühəddis və tarixçilər bilirlər ki, nə vəhy kəlamında, nə də Rəsuli-Əkrəmin (s) bəyanında xəlifələrin xilafətinə dair aşkar bir göstəriş yoxdur. Mə’lum məsələdir ki, camaatın özü Peyğəmbərin (s) vəfatından sonra ümmətin icması (rə’y birliyi) ilə Əbu Bəkrə bey’ət etdilər, ikinci xəlifə də Əbu Bəkr tərəfindən seçildi, üçüncü xəlifə şuranın rə’yi ilə, dördüncü xəlifə isə camaatın rə’y və bey’əti ilə xilafətə çatdı. Buna görə də xəlifələrin xilafətinə aşkar bir dəlil (nəss) yoxdur. Belə bir halda, din və şəriət qanunlarının tə’sis edildiyi zamanda üsulidinin bir hissəsi olmayan və yalnız camaat tərəfindən tə’yin olunan ümmətə rəhbərlik vəzifəsinin sonradan dininin bir hissəsi olması necə mümkün ola bilər?! İkincisi, sünnü alimlərinin əksəriyyəti imaməti üsulidindən deyil, füruidindən sayırlar. O cümlədən, imam Ğəzzali deyir: «Bilmək lazımdır ki, imamət məsələsi dinin mühüm və ya əqli əsasları deyil, fiqhi məsələlər sırasındadır».(«Əl-iqtisadu fil- e’tiqad».) Seyfuddin Amədi də belə deyir: «Bilmək lazımdır ki, imamət barəsində olan bəhslər üsulidindən deyildir. Bu məsələ gündəlik qarşıya çıxan işlərdən də deyil ki, mükəlləflər ondan üz döndərə bilməsinlər...»(«Ğayətul-məram fi elmil-kəlam».) Buna əsasən, fiqhi məsələlərin qollarından sayılan bir məsələ necə ola bilər ki, Peyğəmbər (s) şəriətinə iman gətirməyin ayrılmaz bir hissəsi hesab olsun və onun inkar edilməsi dindən xaric olmağa səbəb olsun?! Üçüncüsü, əgər xəlifələrin xilafətinə iman gətirməyi dinin bir hissəsi hesab etsək, onda Peyğəmbər (s) səhabələrinin və müsəlmanlardan bir çoxunun dindən çıxmasını qəbul etməliyik. Çünki, Əbu Bəkr xilafətə seçildiyi zaman bir dəstə müsəlman müxalifətçilik etdilər, həmçinin ikinci, üçüncü və dördüncü xəlifə seçilən zaman digər bir qrup kəskin mübarizəyə başladılar. Halbuki, əvvəldə qeyd etdik ki, əhli-hədis bütün səhabələrin ədalətli olmasına inanır və onların fəzilətinin inkar olunmasını dindən çıxmaq kimi qələmə verir.
    2. Əhli-hədis bir tərəfdən xilafət və imaməti nübüvvət və peyğəmbərliyin canişini kimi qələmə verir, digər tərəfdən də xəlifələrin yalnız dörd nəfərdən ibarət olduqlarını bildirirlər. Burada belə bir sual yaranır ki, əgər imamət də nübüvvət və onun canişini məqamındadırsa, necə olur ki, Peyğəmbərin (s) vəfatından sonra yalnız dörd nəfər xilafətə çatır və Əmirəl-mö’minin Əli ibni Əbi Talibin (ə) şəhid olması ilə sona yetir?! Görəsən xilafət və imamət Peyğəmbərdən (s) sonra yalnız 30 il lazım idimi və ondan sonra camaatın imama ehtiyacı yoxdurmu?!
    3. Raşidi xəlifələrinin fəziləti ilə onların sıra və tərtiblə xilafətə seçilməsi arasında nə kimi əlaqə və bağlılıq vardır? Əgər fəzilət və üstünlük me’yarı İslamı daha tez qəbul etmək olsaydı, onda tarixi gerçəkliklər digər bir tərtibatın təşkilini üzə çıxarardı. Əgər Peyğəmbəri-Əkrəmin (s) xəlifələrin fəzilətinə və daha üstün olmasına dair şəhadət verməsi, onları hörmət və tə’riflə yad etməsi me’yar olsaydı, onda o həzrətin hədislərinə müraciət etməklə anlamaq olar ki, həqiqət tam ayrı bir şeydir; onlar haqda buyurulan sifətlər, imtiyazlar və işlər tamamilə fərqlidir. Bu dəfə də tamamilə başqa bir cədvəl tərtib etmək lazımdır. Buna əsasən, əgər «raşidi xəlifələrinin əfzəl olması, onların xilafətə tə’yin olunma tərtibi əsasındandır» - sözünün me’yarı səhabələrin şəhadət və rə’yi olsaydı, belə bir hadisəni də tarixdən əldə etmək mümkün olmazdı.
    Çünki əvvəla, ikinci və üçüncü xəlifə bütün səhabələrin rə’y və şəhadəti ilə seçilməmişdir. İkinci xəlifə birinci xəlifə tərəfindən seçilib, üçüncü xəlifə isə altı nəfərlik şura tərəfindən müəyyən olunmuşdur. İkincisi, birinci və dördüncü xəlifənin seçilməsi zamanı da müsəlmanlardan və səhabələrdən bir dəstəsi həm seçki zamanı, həm də ondan sonra müxalifətçilik etmişdilər. Ümumiyyətlə, camaatın xüsusi bir şəxsə üz gətirib onu xilafət məqamına seçmələri, əmir olmaq və s. şeylər labüd olaraq, onun üstün olmasına dəlil ola bilməz. İslam alimlərindən bir çoxu müxtəlif dövrlərdə yuxarıda qeyd olunan tərtibi onların əfzəl olmasını isbat etmək üçün dəlil hesab etməmişlər.(İbni Əbil Hədidin «Nəhcül-bəlağə»nin şərhindəki müqəddiməsinə müraciət edin.)
    5. SULTANLARA VƏ PADŞAHLARA İTAƏT ETMƏK
    Əhli-hədisin beşinci əqidəsi heç bir qeyd və şərt olmadan sultan və hakimlərə itaət etməyin vacibliyidir, istər həmin sultan ədalətlə rəftar etsin, istərsə də zülmlə. Hər bir halda sultanın əleyhinə qiyam etmək qadağan və haramdır. Hər kəs bundan başqa e’tiqada malik olsa bid’ətçi və haqq yolundan çıxmış hesab olunur. Belə ki, Əhməd ibni Hənbəl «Əs-sünnə» risaləsində belə deyir: Sədəqə, vergi, xərac və qənimətlərin əmirlərə verilməsi (vacibdir), istər ondan ədalət yolunda istifadə etsin, istərsə də zülm yolunda. Həmçinin, Allah-taalanın sizin işlərinizə rəhbər tə’yin etdiyi hər bir şəxsin qarşısında təslim olmağınız vacibdir. Ona itaət etməkdən imtina etməməlisiniz, onun əleyhinə silahlı mübarizə aparmamalısınız. Allah sizə firavanlıq versin. Sultanın əleyhinə qiyam etməyin, əksinə onun əmrlərinə müt’i olun. Əgər sultan sizi Allaha qarşı mə’siyət və günah sayılan bir şeyə əmr etsə, ona itaət etməyin; belə bir halda da onun əleyhinə qiyam etməyə vəzifəli deyilsiniz və onu öz haqqından çəkindirə bilməzsiniz. Heç bir fitnədə əlinlə və dilinlə kömək etmə, əksinə əlinə, dilinə və şəxsi meyllərinə nəzarət etməlisən; Allah sənin köməyindir.»
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    Bu mövzunu araşdırarkən qarşıya çıxan ən mühüm məsələ bundan ibarətdir ki, bu əqidənin dəlili nədir və onu isbat etmək üçün hansı əsaslardan istifadə olunur?
    Əhli-hədis bu əqidəni doğrultmaq üçün Peyğəmbəri-Əkrəmə (s) istinad edilən hədislərə əsaslanırlar. Belə ki, həmin hədislərdə müsəlmanların rəhbərinin və sultanların əleyhinə qiyam etmək qadağan olunmuşdur.
    O cümlədən, həzrət Peyğəmbər buyurmuşdur: «Hər kəs öz rəhbərindən batil bir iş baş verdiyini görsə, səbr etməlidir, çünki hər kəs hətta bir qarış qədər olsa belə, sultanın əleyhinə qiyam etsə və həmin halda ölsə, cahiliyyətdə ölmüş kimidir.»
    Amma əvvəla, qeyd etmək lazımdır ki, görəsən bu kimi hədisləri, Allah bəndələrini zalımlara arxalanmaq və onlara itaət etməkdən çəkindirən çoxlu Qur’an ayələri ilə necə izah etmək olar? Bu barədə Qur`ani-kərimin Şuəra-151, Qələm-8, Qələm-10, Kəhf-28, Hud-113 və Əhzab surəsinin 66-67-ci ayələrinə müraciət edə bilərsiniz.
    İkincisi, Peyğəmbərdən (s) zalım sultanlara itaət etməyin qadağan olunması barədə çoxlu rəvayətlər nəql olunmuşdur və bunlar da əhli-hədisin istinad etdikləri hədislərlə ziddiyyət təşkil edir.
    O cümlədən, həzrət Peyğəmbər buyurub:
    «Qulaq asın! Məndən sonra bə’zi əmirlər gələcəkdir ki, hər kəs onlara varid olsa, onların yalanını təsdiq etsə, yaxud onların zülmündə yardımçı olsa, məndən deyil, mən də onlardan deyiləm. Onlar «Kövsər» hovuzunun kənarında mənim yanıma gələ bilməzlər.»(«Camiul-üsul», 4-cü cild.)
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Əhli-hədisin xəlifələrin xilafətinə iman barəsindəki nəzərini bəyan edin.
    2. Əhli-hədisin xəlifələrin xilafətinə iman gətirmək barəsindəki nəzərlərinə tutulan iradları ixtisarla bəyan edin.
    3. Əhli-hədisin raşidi xəlifələrinin fəzilət və üstünlüyünün, onların xilafət tərtibatı əsasında olması əqidəsi düzgündürmü? Nə üçün?
    4. Əhli-hədisin rəhbərə itaət etmək barəsindəki nəzəri nədən ibarətdir?
    5. Əhli-hədisin rəhbər və sultana itaət etmək barəsindəki nəzərini araşdırın.
    DOQQUZUNCU DƏRS
    MÖ’TƏZİLƏ (1)
    YARANMA TARİXİ
    1. Mö’təzilə firqəsi necə yaranmışdır?
    2. Mö’təzilə məzhəbinin ideoloji əsasları hansılardır?
    Mö’təzilə məzhəbi Hicri tarixi ilə ikinci əsrin əvvəllərində Vasil ibni Ətanın (80-131 H.q.) vasitəsilə tə’sis olunmuşdur. Bu məzhəbin özündən əvvəlki əqidəvi məktəblərlə müqayisidə ən səciyyəvi xüsusiyyəti budur ki, onlar əqlə, əqli dəlillərə və əqli yolla nəticə almağa üstünlük verir, xəbər və rəvayətlərin məfhum və məzmunlarının qəbul olunmasını əqlin qəbul olunması ilə şərtləndirirlər.
    Vasil ibni Əta, Həsən Bəsrinin şagirdi idi. Onun barəsində nəql edirlər ki, bir gün ustadlardan birinin hüzurunda bir şagird ayağa qalxdı və ustada xitab edərək dedi: Bizim dövrümüzdə bir dəstə yaranıb ki, böyük günahlara mürtəkib olanları kafir və İslam dinindən çıxmış hesab edirlər (onun məqsədi xəvaric idi). Başqa bir dəstə də belə şəxslərin qurtuluşuna ümid bəsləyir və inanırlar ki, həqiqi imanın kəbirə günahla ziddiyyəti yoxdur. Bu dəstə (onun məqsədi mürciə firqəsi idi) əməli, imanın bir hissəsi hesab etmir və inanırlar ki, ibadətin kafirə heç bir faydası olmadığı kimi, günahın da mö’minə heç bir ziyanı yoxdur. Sizin nəzəriniz nədir?
    Həsən Bəsri azacıq fikirləşdi; cavab vermək istədikdə Vasil ibni Əta ayağa qalxıb dedi: Mənim əqidəmə görə, böyük günah edən bir şəxs nə mütləq şəkildə kafir və nə də mütləq şəkildə mö’mindir. O, imanla küfr arasında yerləşən bir məqamdadır. «Mənzilətun beynəl-mənziləteyn»də (iki mənzilin arasında olan bir mənzildə) qərar tutur.
    Vasil bu sözü deyib məscidin bir küncünə çəkildi (onun ustadı da orada idi) və ustadın ətrafına yığışan bir dəstə şagird üçün öz əqidəsini bəyan etdi. Əvvəllər qəza-qədərə inanan, ilahi sifətləri inkar etməkdə Vasil ilə eyni fikirdə olan Əmr ibni Ubeyd də ona qoşuldu. Bu zaman Həsən Bəsri Vasilə nəzər salıb dedi: «Kənara çəkil və bizdən uzaqlaş.» Bundan sonra Vasil ibni Əta və onun ardıcılları mö’təzilə (yəni kənara çəkilənlər) adlandırıldı.
    MÖ’TƏZİLƏ DÜŞÜNCƏSİNİN BÜNÖVRƏ VƏ ƏSASLARI
    Həsən Bəsrinin dərsində baş verən hadisə mö’təzilə firqəsinin yaranmasına və genişlənməsinə səbəb oldu. Amma bu cərəyanın yaranması o demək deyildi ki, mö’təzilə təfəkkürünün əsası «mənzilətun beynəl-mənziləteyn»dir. Çünki mö’təziləçilərin ondan əvvəlki sair İslami firqələrin əqidələri ilə fərqlənən başqa e’tiqadları da var ili. Bu ixtilafların ən ümdəsi əqidəvi bəhslərdən və araşdırmalardan yaranırdı. İslam aləmində fəlsəfi, əqli bəhslərin yayılması nəticəsində mö’təzilə mütəfəkkirləri arasında yeni təfəkkür tərzi meydana gəlmişdir. Mö’təzilə firqəsi yaranmazdan əvvəl, rəsmi məzhəblərin e’tiqad və təfəkkürünün əsasını rəvayətlər və xəbərlər təşkil edirdi. Bu dövrdə təkcə Peyğəmbərdən (s) nəql olunan səhih hədislərə istinad edilmirdi; hədis sahəsində heç bir səriştəsi olmayan şəxslər vasitəsilə İslam cəmiyyətində minlərlə hədis yayılmışdı və onlar fikri-e’tiqadi, fiqhi fətvaların mənşəyi sayılırdı.
    Buna əsasən, mö’təziləçilər inanırdılar ki, hər hansı bir xəbər və rəvayətin doğruluğu və ona əməl edilməsinin məqbul sayılması onun əqli yolla isbatının mümkünlüyündən asılıdır. Əks təqdirdə, onların heç bir əhəmiyyəti olmayacaqdır.
    Mö’təziləçilər həmin üslubdan Qur’an təfsirində də istifadə etdilər. Belə ki, hər yerdə Qur’an ayələri əqli dəlillər vasitəsi ilə araşdırılıb isbat oluna bilirdisə, onların zahirinə əməl edirdilər, belə olmadıqda isə həmin ayələri tə’vil edirdilər.
    MÖ’TƏZİLƏ FİRQƏSİNİN TANINMIŞ ŞƏXSİYYƏTLƏRİ
    1. Vasil ibni Əta;
    Qeyd olunduğu kimi, mö’təzilə firqəsinin banisi Vasil ibni Əta idi. O, Mədinədə doğulmuş, Bəsrə şəhərində böyüyüb boya-başa çatmışdır.
    Deyilənlərə görə o, çox gözəl söz ustası idi. Onun sözləri hamının qəlbinə nüfuz edirdi. Vasil, Həsən Bəsridən əlavə, Əbu Haşim Əbdüllah ibni Məhəmməd ibni Hənəfiyyənin də şagirdi idi. (Məhəmməd Hənəfiyyə Əli ibni Əbi Talib (ə)-ın oğludur.)O, imamət məsələsində onunla müxalifətçilik edirdi.
    Vasil ibni Əta aşağıdakı üç kitabı yazaraq öz e’tiqadını bəyan etmişdi: (Bu kitabları Həsən Bəsridən ayrıldıqdan sonra yazmışdır.)
    1. «Əl-mənzilətun beynəl-mənziləteyn»;
    2. «Əl-fütya»;
    3. »Ət-tohid».
    Şəhristani «Əl-miləl vən-nihəl» kitabında Vasil ibni Ətanın düşüncələrinin aşağıdakılardan ibarət olduğunu deyir:
    1. Allah-taalanın sifətlərinin inkar edilməsi;
    2. İnsanın yaxşı və ya pis işləri seçməkdə ixtiyar sahibi olması;
    3. Böyük günahları görən şəxslər üçün «mənzilətun beynəl-mənziləteyn» e’tiqadına malik olmaq;
    4. «Cəməl» və «Siffeyn» müharibələrində iştirak edən iki dəstədən, eləcə də üçüncü xəlifə ilə onun qatilləri arasında çarpışan iki düşmən tərəfdən qeyri-müəyyən olaraq birinin hökmən xətakar və fasiq olmasına e’tiqadlı olmaq.
    2. Əmr ibni Əbid;
    O, Vasil ibni Ətanın köməkçilərindən idi və 144-cü ildə vəfat etmişdir. Əslən iranlı idi və Həsən Bəsrinin dərslərində iştirak edirdi. O, öz dövründə mö’təziləçilərin başçısı və əmriyyə firqəsinin rəhbəri olmuşdur. Onun tərcümeyi-halında qeyd olunur ki, o, çox abid və zahid bir şəxs idi; həmişə vaxtını ibadət, zikr və dua etməklə keçirərdi.
    Əmr ibni Əbid təfvizə və qədərin inkar olunmasına inanırdı. O, mö’təzilənin beş məşhur əqidəsini, yə’ni tövhid, ədl, və’d və vəid, əl-mənzilətun beynəl-mənziləteyn və əmr be mə’ruf və nəhy əz münkəri tə’sis və bəyan etmişdir.
    3. Əbul Hüzeyl Əllaf;
    O, mö’təzilə firqəsinin məşhur kəlam alimlərindən biridir ki, 226-cı Hicri ilində vəfat etmişdir. O, xitabə və münazirə fənlərində çox məharətli idi. Deyirlər o, münazirə yolu ilə üç min nəfəri müsəlman etmişdi. Əbul Hüzeyl ilahi sifətləri Allahın zatından ayrı deyil, Onun zatı ilə eyniyyət təşkil etdiyinə əqidə bəsləyirdi. Onun nəzərincə, Allah-taala zatla eyniyyət təşkil edən elm ilə alim, qüdrətlə qadir, diriliklə diridir və s. Onun digər bir nəzəri də ilahi iradə barəsindədir. O, belə deyir: İlahi iradə məhəlli olmayan bir iradədir. Əbul Hüzeylin ardıcıllarına hüzeyliyyə deyirlər.
    4. Əbu İshaq İbrahim ibni Səyyar; (Nəzzam adı ilə məşhurdur).
    O, mö’təzilə firqəsinin digər böyük şəxsiyyətlərindən, Əbul Hüzeyl Əllafın şagirdi və nəzzamiyyə firqəsinin başçısıdır ki, 231-ci Hicri ilində vəfat edib. Əbu İshaq yunan fəlsəfəsində mühüm araşdırmalar apararaq, ondan tə’sirlənmiş və bu fəlsəfənin İslami düşüncələrlə qarışmasında mühüm rol oynamışdır. Nəzzamın əqidəsinə görə, Allahın günah və şər iş görməyə heç bir qüdrəti yoxdur. Nəzzamın bu nəzəriyyədə sair mö’təzilə alimləri ilə ixtilafı var idi. Çünki, sairləri Allahın şər işlər görməyə qüdrətini inkar etmir, sadəcə olaraq, Allahın bu qüdrəti şər işdə işlətmədiyinə inanırdılar.
    5. Bişr ibni Mö’təmir;
    O, Əbu İshaq Nəzzamın məşhur tələbələrindən idi və Hicri tarixi ilə 210-cu ildə vəfat etmişdi. Bişr ibni Mö’təmir mö’təzilə məzhəbində «tovlid» nəzəriyyəsini irəli sürən ilk şəxs idi. Mö’təzilə firqəsi insanın ixtiyari işlərinə inandığından, insanın özünü ixtiyari işlərin xaliqi hesab edir və deyirdilər ki, bunların bə’zisi birbaşa insan tərəfindən icad olunur. Yə’ni insanın birbaşa istək və iradəsinə bağlıdır. Bə’zi işlər isə onun ixtiyari fe’llərinin zəruri və qaçılmaz nəticəsidir. Misal üçün, insanın daşı suya atması birbaşa fe’l və suyun üzərində dalğa yaranması isə həmin ixtiyari fe’lin zərurətidir. Çünki, həmin şəxs suyun üzərində dalğa yaranmasını iradə etməməsinə baxmayaraq, bu dalğalar zəruri olaraq icad olunur. O, ikinci qismdən olan fe’lləri «tovlid» adlandırmışdır.
    6. Müəmmər ibni Əbbad Əsləmi;
    O, Məhəmmədiyyə firqəsinin rəisi, həmçinin mö’təzilə firqəsinin böyük şəxsiyyətlərindən idi və 228-ci ildə vəfat etmişdir. Onun iki əqidədə sair mö’təzilə alimləri ilə nəzərəçarpacaq dərəcədə ixtilafı var idi:
    1. İlahi sifətlər barəsində bəhs;
    2. İlahi iradənin inkar edilməsi.
    Onun əqidəsinə görə, ilahi sifətlərə e’tiqad və onların isbat olunması ilahi zatın çoxluğu mə’nasınadır. Buna görə də o, bütün sifətləri inkar edirdi. İradə barədə də inanırdı ki, insanın öz iradəsindən başqa heç bir işi yoxdur.
    7. Səmamət ibni Əşrəs Numeyri;
    O, səmamiyyə firqəsinin rəhbəri və mö’təzilə alimlərindən biridir və 213-cü ildə vəfat edib. İbni Əşrəsin əqidəsinə görə, Allahı tanımaq əqli nəzərdən vacibdir, hətta əgər peyğəmbərlər bizi bu işə də’vət etməsəydilər belə, əql onu bizə vacib edərdi. Çünki Allah xeyirdir və xeyirlə şər zəruri olaraq əql vasitəsilə bizə mə’lum olur.
    Səmamət həm də inanırdı ki, aləm Allahın icad etməsi ilə yarandığından, Allah kimi əzəli və əbədidir. O, Bişr ibni Mö’təmərin tovlid nəzəriyyəsini qəbul etmir və deyirdi ki, əgər hər hansı bir əməlin insanın vəfatından sonra yaranmasını fərz etsək, onda ölü insanı bu əməlin faili hesab etməliyik. Digər tərəfdən də Allahı bu fe’llərin faili hesab etmək olmaz. Çünki, fe’llərdən bə’ziləri şərdir və şər Allaha aid edilməz.
    8. Əmr ibni Bəhr; (Cahiz adı ilə məşhurdur).
    O, Müəmmərin müasirlərindən və Nəzzamın şagirdlərindən idi; 255-ci Hicri ilində vəfat etmişdir. Əmr ibni Bəhr mö’təzilənin məşhur rəhbərlərindən idi və cahiziyyə firqəsinin rəisi sayılırdı. Cahiz də Nəzzam kimi yunan fəlsəfəsindən çox istifadə etmişdi. Belə ki, yunan fəlsəfsi onun təfəkkürünün formalaşmasında əsas rol ifa etmişdir.
    Cahiz inanırdı ki, günahkarlar cəhənnəmdə əbədi qalmayacaq, təbii olaraq atəşə döndəriləcəklər. Həmçinin inanırdı ki, Allah heç kəsi Cəhənnəmə göndərməyəcək; öz təbiəti ilə günahkarları özünə tərəf çəkən məhz cəhənnəmdir.
    9. Əbu Əli Cəbai.
    O, məşhur mö’təzilə alimlərindəndir və 235-ci Hicri ilində vəfat etmişdir,. Əbu Əli, Əbul Həsən Əş’ərinin ustadı idi. Əş’əri uzun illər Əbu Əlinin hüzurunda elm öyrənmişdi. Amma onunla ustadı arasında baş verən mübahisə nəticəsində ustadı cavab verməkdən aciz qalmış və bu zaman Əş’əri ondan uzaqlaşaraq əşairə məzhəbini yaratmışdır.
    Adları qeyd olunanlar mö’təzilə firqəsinin ən məşhur və tanınmış alimlərindəndir ki, onların hər biri mö’təzilə məzhəbində müstəqil bir firqə yaratmışdır. Bu məzhəblər ümumi şəkildə Bəsrə və Bağdad məktəbi kimi iki yerə bölünür. Bu iki məktəb ümumi prinsiplərdə və fikri üslublarda müştərəkdir, amma e’tiqadi məsələlərin bə’zilərində bir-biri ilə ixtilafları var. Belə ki, Bağdad məktəbi imamiyyə məktəbinə uyğundur, bə’zən də onunla tam müvafiqdir.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Mö’təzilə sözünün leksik mə’nası nədir?
    2. Vasil ibni Ətanın böyük günahlara mürtəkib olanlar haqqındakı nəzəri necədir?
    3. Mö’təziləçilərin fikrini və ideoloji üslubunu bəyan edin.
    4. Tovlid nəzəriyyəsini bəyan edin.
    ONUNCU DƏRS
    MÖ’TƏZİLƏ (2)
    ƏQİDƏLƏR (1)
    1. Mö’təzilə məzhəbinin əqidə üsulları hansılardır?
    2. Onların tövhid barədə nəzərləri nədən ibarətdir?
    Keçən dərsdə xülasə şəkildə qeyd olundu ki, e’tiqadi məsələlərdə mö’təzilə məzhəbinə bağlı olan müxtəlif firqələr arasında fikir ayrılığı olduğu halda, onların nisbətən müttəfiq olduqları məsələlər də mövcuddur. Bunlar mö’təzilə məzhəbinin əsas üsulları adı ilə tanınan beş məşhur e’tiqadi əsasdan ibarətdir: Tövhid, ədl, və’d və vəid, əl-mənzilətu beynəl-mənziləteyn, əmr be mə’ruf və nəhy əz münkər. Bu dərsdə həmin beş e’tiqadi əsası şərh edəcəyik.
    1. Tövhid;
    Kəlam alimləri tövhid haqda əsasən altı mehvərdə söhbət edirlər:
    1. Allah-taalanın varlığının isbat olunması;
    2. Allah-taalanın vahid və əhəd olmasının isbatı;
    3. İlahi sifətlər haqda istər zat, istərsə də fe’llə əlaqədar olan lazımi agahlıqlar;
    4. Sifətlərin ilahi zatla necə əlaqələndirilməsi;
    5. Allah-taalanı səlbi (mənfi) sifətlərdən uzaq bilmək;.
    6. Allahın gözlə görünməsinin mümkün olub-olmaması.
    Mö’təzilə məzhəbinin özünəməxsus baxışları əsas e’tibarı ilə dördüncü və altıncı bəndlərə aiddir, yerdə qalan dörd mehvərdə isə onlar İslam alimlərinin ümumi nəzərini qəbul etmişlər.
    Bu məsələnin əsas səbəbi e’tiqadi cəhətdən onlarla əhli-hədis və əş’ərilər arasında olan qarşıdurmalar və kəskin fikir ayrılıqlarıdır. Həqiqətdə onların bir-birlərindən ayrılmasının ən əsas səbəbi də məhz budur. Bu mehvər aşağıdakılardır:
    a) Sifətlərin ilahi zatla necə əlaqələndirilməsi;
    Bu barədə mö’təzilə məzhəbinin nəzəri budur ki, ilahi sifətlər Allahın zatına artırılmamışdır. Əhli-hədis və əş’ərilərin inancına görə isə, kamal sifətlərinin hamısı qədim olduğu halda, Onun zatına artırılmışdır.
    Mö’təzilə məzhəbinin ardıcılları bu nəzəriyyəyə irad tutaraq bildirirlər ki, əgər ilahi sifətlərin hamısını qədim və eyni halda ilahi zata artırılmış hesab etsək, onda «qədimlər çoxluğu» lazım gələr və bu da açıq-aşkar şirk hesab olunur. Buna görə də onlar ilahi sifətlərin Allahın zatı ilə eyni olmasına və ona artırılmamasına e’tiqadlıdırlar.
    b) Allahı gözlə görməyin mümkün olub-olmaması və ya bu işin qeyri-mümkünlüyü.
    Əhli-hədisin əqidələrini araşdırarkən qeyd olundu ki, onlar Allahı gözlə görməyin mümkünlüyünə inanırlar, əş’ərilər də onlara tabe olaraq, bu işi mümkün hesab edirlər. Lakin bu iki firqənin «Allahı görmək» məsələsinin necəliyində fərqi vardır ki, ikinci dəstə bu işin heç bir xüsusiyyətə malik olmamasına əqidə bəsləyir. Amma mö’təzilə ardıcılları əş’əri və əhli-hədis firqələrinin ziddinə çıxaraq, Allahı gözlə görməyi qeyri-mümkün hesab edirlər.
    Bu bəhsin mənşəyi xəbəri sifətlərlə əlaqədardır. Belə ki, əhli-hədis və əş’əri məzhəbi xəbəriyyə sifətlərinə inanır və Allahın gözlə görünməsini mümkün hesab edirlər. Amma mö’təzilə ardıcılları zahiri üzvlərlə hiss olunan sifətləri Allah-taalanın zatından uzaq bildiklərinə görə, onun gözlə görünməsini qeyri-mümkün hesab edirlər. Onlar öz nəzərlərini iki yolla isbat edirlər:
    1. Əqli dəlil;
    İnsan, yalnız hiss üzvlərinin hiss etmək imkanında olan şeyləri hiss edə bilər. Bir şey insanın gözləri önündə qərar tutmayınca, onu görmək mümkün deyildir; hər hansı bir şeyi hiss edə biliriksə, deməli o şeyin duyğu üzvlərimizdən hansı birininsə funksiyaları ilə uyğunluğu vardır. Allah-taalanın insanın hiss üzvlərinin heç bir funksiyası ilə uyğunluğu yoxdur. Müqəddəs zatın maddi aləmlə heç bir oxşarlığı olmadığına və bu aləmin fövqündə dayandığına görə, Onun insanların gözləri önündə yerləşməsi, görmə üzvü qarşısında qərar tuta bilməsi mümkün deyildir.
    2. Nəqli dəlil.
    Mö’təzilə ardıcılları Allahı gözlə görməyin qeyri-mümkünlüyünü isbat etmək üçün aşağıdakı ayəyə istinad edirlər:
    «Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır) və hər şeydən xəbərdardır!» (Ən’am-103.)
    2. İlahi ədalət;
    Mö’təzilə məzhəbinin tövhiddən sonra ikinci əsas e’tiqad prinsipi ilahi ədalətdir. Onlar bu məsələdə imamiyyə məzhəbi ilə eyni fikirdədirlər və cəbrə e’tiqadlı olanların, eləcə də əhli-hədisin və əş’ərilərin müqabilində dayanırlar.
    Mö’təzilə ardıcılları ədalət dedikdə, Allah-taalanın ədalətli və kərəm sahibi olmasını nəzərdə tuturlar. O, insanları Özünə ibadət etmək üçün yaratmış və onları özünə itaət etməyə əmr etmiş və itaətsizlikdən çəkindirmişdir. Allah-taala hamını hidayət etmiş, ne’mətlərini hamıya əta etmiş, Öz lütf və mərhəmətini bütün insanlara şamil etmiş, heç kəsi bacarığından artıq işlərə mükəlləf etməmişdir. Xilqət işlərində əbəslik, Onun fe’llərində çatışmazlıq yoxdur. Heç bir şəsxi, günahlarından başqa bir şeyə görə cəzalandırmaz, heç bir kəsə zülm etməz, azacıq da olsa, yaxşı iş görənlərin mükafatını bir neçə qat verər.
    3. Və’d və vəid;
    Mö’təzilə firqəsinin e’tiqadi əsaslarının üçüncüsü və’d və vəid adlanır. Və’d - saleh əməllər və itaət qarşısında mükafat və tə’rif, vəid isə çirkin əmllərə görə cəza və məzəmmət mə’nasınadır.
    Mö’təzilə ardıcıllarının əqidəsinə görə, saleh bəndələrə mükafat, günahkarlara və kafirlərə əzab vermək Allah üçün vacibdir. Əhdə vəfa etmək vacib olduğu üçün, Allah-taala və’d etdiyi şeyləri hökmən həyata keçirməlidir.
    Əlbəttə, bu məsələdə mö’təzilə ardıcılları arasında fikir ayrılığı vardır. Bəsrə məktəbinin ardıcılları inanırlar ki, günahkarların əvf edilməsi Allah üçün vacib deyil, caizdir. Onlar öz müddəalarına belə bir dəlil gətirirlər ki, günahkarları cəzalandırmaq Allah-taalanın bəndələr üzərində olan haqqıdır. Buna görə də Allah istəsə əzab verə bilər, istəməsə Öz haqqından keçərək günahkarı əfv edər. Bir kəsin güzəştə gedib öz haqqından keçməsi başqasının haqqının aradan getməsinə səbəb olmaz və bu işin ilahi ədalətlə heç bir ziddiyyəti yoxdur.
    Bu əqidənin qarşısında Bağdad məktəbi ardıcılları günahkarların əfv edilməsini caiz bilmir və iddia edirlər ki, günahkar şəxsləri cəzalandırmaq Allaha vacibdir. Bu məktəb ardıcıllarının nəzərində, günahkarların cəzalandırılması, saleh şəxslərin mükafatlandırılmasından daha vacibdir. Çünki Allah-taala bəndələrə verdiyi ne’mət və mükafatları Öz mərhəməti hesabına əta edir; Allah bir kəsə borclu deyildir ki, onun ödənməsi Allaha vacib olsun. Günahkarların cəzalandırılması haqda isə, ümumiyyətlə belə bir qayda yoxdur.
    Bağdad məktəbinin ardıcılları günahkarların əfv edilməsinin caiz olmaması ilə əlaqədar müddəalarını isbat etmək üçün üç dəlil gətirmişlər:
    1. Günahkarları cəzalandırmaq Allah tərəfindən olan bir lütf və mərhəmətdir.
    Bəndə günah edəcəyi təqdirdə, qəti şəkildə cəzalandırılacağını bildiyi üçün günahdan çəkinərək vacib əməlləri yerinə yetirəcək və bu halda nicat və qurtuluşa nail olacaqdır. Bu da Allahın onun barəsindəki mərhəmətidir. Çünki cəzanın Allah tərəfindən bir mərhəmət olduğunu qəbul etdikdə, Allaha, öz lütfünü mükəlləfin haqqında əda etmək vacib olur.
    2. Allah-taala günahkarlara cəza və’dəsi vermişdir. Buna əsasən, onları əfv edərsə, Öz və’dəsinə xilaf çıxmış olur; və’dəyə xilaf çıxmaq isə qəbahətli bir işdir.
    3. Günahkarı əfv etməyin caiz olması, mükəlləfin, ilahi əfvə ümid bəsləyib, ona arxalanmaqla günah işlərə mürtəkib olmağa cür’ətlənməsinə səbəb olur. Allah-taalanın, Öz bəndələrini günah işlərə təşviq etməsi çox qəbahətli bir məsələdir. İnsanlar ilahi əfvə arxalanaraq günah bataqlığına süqut etməsin deyə, günahkarları cəzalandırmaq zəruri və vacibdir.
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    Bağdad məktəbi ardıcıllarının istinad etdikləri dəlilə müəyyən iradlar tutulmuşdur.
    Birinci dəlilin iradı:
    İlahi lütf bəndənin ibadətə yaxınlaşdırılması və günahdan uzaqlaşdırılması üçün bir amildir və bu məsələ cəza və mükafat evi olan axirətdə deyil, yalnız təklif və əməl evi sayılan dünyada təsəvvür oluna bilər.
    İkinci dəlilin iradı:
    Və’də və vəidin - əhdə vəfa etmək, yaxud və’dəyə xilaf çıxmaq baxımından bir-birləri ilə fərqi vardır. Çünki əqli baxımdan və’dəyə xilaf çıxmaq qəbahət sayılır və bütün əql sahibləri öz əhdinə xilaf çıxanları məzəmmət edirlər. Amma «vəidə» xilaf çıxmaq əqlən qəbahət deyil, əksinə əfv etmək daha bəyəniləndir. Belə ki, əfv edən həmişə tə’riflənir və bu əməl onun üçün bir növ alicənablıq və kəramət hesab olunur. Buna əsasən, əgər əfv etmək Allah üçün qəbahətli və bəyənilməz bir iş olsaydı, onda bu iş hər bir aqil şəxs tərəfindən baş versəydi, qəbahətli sayılmalı idi.
    Üçüncü dəlilin iradı:
    Əfvin ehtimali şəkildə deyil, vacib və qəti olmasına inanmaq mükəlləfin günah işlərə mürtəkib olmasında cəsarət tapıb cür’ətlənməsinə səbəb olur. Bundan əlavə, əgər əfvin ehtimali şəkildə olmasını da inkar etsək, onda tövbə və şəfaət məsələsi də aradan gedəcəkdir.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Mö’təzilə məzhəbinin e’tiqadi üsullarını sadalayın.
    2. Mö’təzilə məzhəbinin tövhid barəsindəki nəzəriyyəsini bəyan edin.
    3. Mö’təzilə ardıcılları ilahi ədaləti necə izah və tə’rif edirlər?
    4. Onların ilahi və’də və vəid barədə fikirləri necədir?
    5. Və’də və vəid barədə Bəsrə və Bağdad məktəblərinin fərqini izah edin.
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 389 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019