İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 7:35 AM
    ON BİRİNCİ DƏRS
    MÖ’TƏZİLƏ (3)
    ƏQİDƏLƏR (2
    )
    1. «Mənzilətun beynəl-mənziləteyn»in mə’nası nədir?
    2. Nə üçün mö’təzilə nöqteyi-nəzərində əmr be mə’ruf və nəhy əz münkər üsulidindən sayılır?
    4. MƏNZİLƏTUN BEYNƏL-MƏNZİLƏTEYN
    Doqquzuncu dərsin əvvəlində qeyd olunduğu kimi, mö’təzilə firqəsinin yaranmasının ən mühüm səbəbi böyük günahlara mürtəkib olanlar və onların aqibəti barədə idi. Mürciə firqəsi böyük günahlara mürtəkib olanları mö’min hesab etdikləri halda, xəvaric onları kafir sayır. Amma mö’təzilə ardıcılları belə şəxslərin imanla küfr arasında olduqlarına e’tiqadlıdırlar. Yə’ni, onlar nə mütləq şəkildə kafir, nə də kamil şəkildə mö’min deyillər. Bu məzhəb nöqteyi-nəzərindən belə şəxslərin yeri «mənzilətun beynəl-mənziləteyn» adlandırılmışdır. (İman və küfr arasında yerləşən bir mövqe).
    Mö’təzilə məzhəbinin məşhur alimlərindən olan qazi Əbdül Cəbbar (H.Q. 415) bu barədə belə deyir: «Böyük günahlara mürtəkib olanlara nə kafir demək olar, nə də mö’min. Belə şəxslər fasiq adlanırlar. Buna görə də onların hökmü nə kafirlərin, nə də mö’minlərin hökmü ilə eyni deyildir. Burada üçüncü bir hökm vardır ki, biz onu «mənzilətun beynəl-mənziləteyn» tə’biri ilə ifadə edirik. Deməli, böyük günaha mürtəkib olan şəxs nə kafirin məqamına malikdir, nə də mö’minin.»(Qazi Əbdül Cəbbar, «Şərhül-üsulil-xəmsəti».)
    Mö’təzilə məzhəbi böyük günaha mürtəkib olanları fasiq adlandıraraq, onları mö’minlərin cərgəsindən xaric etməsinin səbəbi belə izah edirlər: İman yalnız qəlbi e’tiqaddan ibarət deyildir və bu e’tiqaddan doğan göstərişlərə əməl etmək də imanın bir hissəsidir. Buna görə də əgər bir şəxs qəlbdə inanıb dildə iqrar etsə, lakin əməldə böyük günahlara mürtəkib olsa, onu mö’min hesab etmək olmaz. Bu şəxslər digər tərəfdən mütləq şəkildə kafir də sayılmırlar.
    Deməli, onun yeri küfr ilə imanın arasındadır. Buna görə də Qazi Əbdül Cəbbar mükəlləfləri savab və ya cəzaya layiq olmaq baxımından iki dəstəyə bölmüşdür:
    1. Savaba layiq olanlar; bunlar Allah övliyalarıdır.
    2. Cəzaya layiq olanlar; bunlar da Allahın düşmənləridir.
    O daha sonra ikinci dəstəni də yenidən iki dəstəyə bölür:
    1. Ağır cəzaya malik olanlar; kafirlər, münafiqlər və mürtədlər.
    2. Nisbətən az cəzaya layiq olanlar; bunlar fasiqlər, yə’ni böyük günahlara mürtəkib olan şəxslərdir.(Qazi Əbdül Cəbbar, «Şərhül-üsulil-xəmsəti».)
    MÖ’TƏZİLƏ ARDICILLARININ «MƏNZİLƏTUN BEYNƏL MƏNZİLƏTEYN» HAQDA SÜBUTLARI
    Mö’təzilə ardıcılları böyük günahlara mürtəkib olan üçüncü dəstənin hökmünü, yə’ni onların küfr ilə iman arasında olduğunu isbat etmək üçün iki dəlil gətirmişlər.
    Birinci dəlil:
    Müsəlman firqələri böyük günah edən şəxslərin necə adlandırılması məsələsində ixtilaflıdırlar. Xəvaric onları fasiq və müşrik hesab edir, Zeydiyyə məzhəbi onları ilahi ne’mətlər qarşısında küfr etdikləri üçün fasiq adlandırır, Həsən Bəsri və ona tabe olanlar bu kimi şəxsləri münafiq sanır və mürciə firqəsi onlara fasiq mö’min adı verir. Göründüyü kimi, müsəlmanlar böyük günahlara mürtəkib olan şəxsləri necə adlandırmaqda ixtilafa düçar olmuşlar. Amma onların hamısı həmin şəxsin fasiq olmasında fikir birliyinə malikdirlər. Buna görə də biz, müsəlmanların fikir yekdilliyini nəzərə alıb, böyük günahlara mürtəkib olanları fasiq adı ilə tanıyırıq, lakin onları münafiq, müşrik yaxud ne’mətə kafir olan və ya mö’min adlandırmaqdan çəkinirik.
    İkinci dəlil:
    Şəriətdə mö’min kəlməsi öz leksik mə’nasında deyil, istilahi mə’nada işlədilir. Ümumiyyətlə bu söz tə’rifə layiq olan şəxslərə deyilir. Çünki, Allah-taala hər yerdə mö’min kəlməsini gözəl sifətlərlə yanaşı zikr etmişdir. O cümlədən:
    «Həqiqətən, mö`minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)» (Mu’minun-1.)
    Yenə buyurur:
    «Mö`minlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.» (Ənfal-2.)
    Yaxud başqa bir yerdə:
    «Həqiqətən, mö`minlər ancaq Allaha və Onun Peyğəmbərinə iman gətirən, ümumi bir iş üçün Peyğəmbərlə bir yerdə olduqda ondan izn almamış bir yerə getməyən kimsələrdir...» (Nur-62.)
    Bu barədə ətraflı mə`lumat əldə etmək üçün Qazi Əbdül Cəbbarın «Şərhül-üsulil-xəmsə» kitabına müraciət edə bilərsiniz.
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    Birinci dəlilin araşdırılması:
    Aydındır ki, İslami firqələr böyük günaha mürtəkib olan şəxsin fasiq olmasında fikir yekdilliyinə malikdirlər. Amma bu fikir birliyi bundan artıq heç bir şeyə dəlalət etmir. Başqa sözlə desək, müsəlmanların bu fikir birliyinə əsaslanıb, yalnız böyük günah edən şəxslərin fasiq olduğunu isbat etmək olar. Amma belə şəxslər üçün üçüncü bir mövqe nəzərdə tutmaq, onları həm kafir, həm də mö’min hökmündən xaric etməyə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu məsələdə ortaq bir məxrəcə gəlmək mümkün deyildir. Halbuki, mö’təzilə firqəsi həmin şəxsin mö’minlə kafir arasında qərar tutduğunu isbat etmək üçün dəlil axtarırlar.
    Müsəlmanlar arasında böyük günahlara mürtəkib olan şəxsin mö’min, kafir və ya müşrik adlandırılması ilə bağlı yaranan ixtilaflardan da aydın olur ki, belə şəxslər nəhayətdə bu iki yerdən birinə malikdir və onlar üçün ayrı bir ünvan axtarmaq yersizdir.
    İkinci dəlilin araşdırılması:
    İkinci dəlil araşdırılarkən iki məsələni diqqət mərkəzində saxlamaq lazımdır:
    1. Görəsən iddia etmək olarmı ki, hədis və rəvayətlərdə xüsusi mə’nada işlənən bir söz, leksik mə’nadan istilahi mə’naya keçsin? Məsələn, Peyğəmbərin (s) buyurduğu «Əssəlatu me`racul mu`min» hədisində, «səlat» kəlməsinin «me’racul-mö’min» mə’nası üçün yaradılmasını iddia etmək olarmı? Necə iddia etmək olar ki, Qur’an ayəsində mö’min kəlməsi mədh və əzizləmə mə’nasında işlənməklə yanaşı, öz leksik mə’nasından mö’təziləçilərin nəzərdə tutuduğu istilahi mə’naya keçmişdir?!
    2. Qur’an ayələrinə müraciət etməklə, nəzərə almaq lazımdır ki, mö’min kəlməsi heç də mədh və əzizləmə ilə yanaşı deyildir. Qur`ani-kərimin Nisa surəsinin 92-ci və Əhzab surəsinin 36-cı ayələrini də buna misal çəkmək olar.
    5. Əmr be mə’ruf və nəhy əz münkər;
    Mö’təzilə məzhəbinin e’tiqadi prinsiplərindən beşincisi əmr be mə’ruf və nəhy əz münkərdir.
    Əmr be mə’ruf və nəhy əz münkərin vacib olmasında müsəlmanlar arasında heç bir ixtilaf yoxdur. Sadəcə olaraq, onun necəliyi və şərtləri barədə fikir ayrılığı vardır.
    Bütün İslam firqələri əmr be mə’ruf və nəhy əz münkəri füruidindən sanır, onu fiqhi məsələlər arasında araşdırırlar. Amma mö’təzilə ardıcılları onu üsulidin məsələlərindən hesab edirlər. Çünki əvvəldə qeyd olunduğu kimi, onlar əməli də imanın bir hissəsi sayırlar. Buna görə də əməli bir məsələ olan əmr be mə’ruf və nəhy əz münkər mö’təzilə məzhəbi nöqteyi-nəzərindən əqidə üsullarından hesab olunur.
    MÖ’TƏZİLƏ MƏZHƏBİNİN BAŞQA ƏQİDƏLƏRİ
    Mö’təzilə ardıcıllarının, bütün mö’təzilə firqələrinin müvafiq olduqları beş üsuldan əlavə, müttəfiq olmadıqları bə’zi əqidələri də vardır. Burada həmin üsulların bə’zisini xülasə şəkildə bəyan edirik:
    1. İnsan, gördüyü bütün işləri öz ixtiyarı ilə həyata keçirir, onun əməlinin yaxşı və ya pis olması onun özünə aid edilir. Hər bir şəxs bu əməllərin əsasında cəza və ya mükafata layiq görülür. Allah pak və münəzzəhdir və heç vaxt insanların günah, mə’siyət, küfr və zülmləri Ona nisbət verilməz.
    2. Qur’an Allahın kəlamı və onun yaratdığıdır.
    Allahın kitabı Həzrət Məhəmməd (s.ə.v.v.)-in peyğəmbərliyə məb’us olunması ilə eyni zamanda vücuda gəlmişdir və qədim deyildir.
    3. «Riza» (razılıq) və «qəzəb» xüsusiyyəti sifət deyil, vəziyyətdir. Çünki bu xüsusiyyətlər sabit vəziyyət deyillər və dəyişəndirlər. Buna görə də Allahı bu iki sifətlə vəsf etmək olmaz. Unutmaq olmaz ki, Allahın zatı sabitdir. Deməli, qəzəb və razılıq kimi sifətləri ilahi savab və cəza (yə’ni behişt və cəhənnəm) hesab etmək lazımdır.
    4. Allahın ədaləti tələb edir ki, O, heç bir əməli Öz ədalətinin xilafına görməsin. Aqil şəxs özünün xeyir və məsləhətinə olan şeydən başqa bir iş görməz. İlahi hikmət də bəndələrin xeyrinə olan şeyləri tələb edir. Buna görə də Allahın öz bəndələrinə zülm etməsi, şər işləri vücuda gətirməsi, məsləhət olan işlərdən göz yumması qeyri-mümkündür. Allahın Öz bəndələrini qeyri-mümkün olan işlərə mükəlləf etməsi mümkün deyildir. Hətta əql də hökm edir ki, Allah heç bir məxluqa, taqəti çatmayan işlər əmr etməz.(Miyan Məhəmməd Şərif, «Tarixi fəlsəfə dər islam».)
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. «Mənzilətun beynəl mənziləteynin» əqidəsinin tə’rifini deyin.
    2. Mö’təzilə küfr ilə imanın arasında olan yeri necə sübut edirlər?
    3. Mö’təzilənin «mənzilətun beynəl-mənziləteyn» əqidəsini isbat etməkdə istifadə etdikləri dəlilləri bəyan edin.
    4. Nə üçün mö’təzilə ardıcılları əmr be mə’ruf və nəhy əz münkəri üsulidinin bir hissəsi hesab edirlər?
    5. Mö’təzilə məzhəbinin, insanın yaxşı və ya pis əməllərdə ixtiyarlı olub-olmaması barədə nəzəri necədir?
    ON İKİNCİ DƏRS
    ƏŞ’ƏRİLƏR (1)
    YARANMA TARİXİ
    1. Əş’əri məzhəbinin banisi kimdir?
    2. Əş’əri məzhəbi yaranan zaman ictimai-tarixi şərait necə idi?
    MƏZHƏBİN BANİSİ
    Əş’əri məzhəbi Əbul Həsən Əli ibni İsmail Əş’əriyə mənsubdur. O, Siffeyn müharibəsində həkəmiyyətin qarşı tərəfini öhdəsinə alan Əbu Musa Əş’ərinin nəvələrindəndir. Əbul Həsən Əş’əri 260-cı Hicri ilində Bəsrədə dünyaya gəlmiş və 324, yaxud 330-cu Hicri ilində vəfat etmişdir. Atası Əbi Bişr adı ilə tanınan İsmail ibni İshaq əhli-hədisin məşhur tərəfdarlarından idi. Atasının ölümündən sonra anası, mö’təzilənin böyük rəhbərlərindən olan Əbu Əli Cəbai ilə izdivac etmişdi. Əbul Həsən o vaxtdan e’tibarən anası ilə birlikdə atalığının evində yaşamış və cavanlıq vaxtlarından onun tərbiyəsi altında böyümüşdür. Əş’əri uzun müddət onun şagirdi olmuş və mö’təzilə məzhəbini qəbul etmişdi. Amma təqribən qırx yaşında ikən, mö’təzilə məktəbindən əl çəkərək yenidən əhli-hədisə üz gətirmiş və bu məzhəbin təbliğatçısı olmuşdur. O, Cəbaidən təhsil aldığı dövrlərdə əhli-hədis əqidəsinin zəif nöqtələrini anladığına görə, mö’təzilədən üz döndərdikdən sonra mö’təzilə kəlamı üslubundan istifadə etməklə və əqidəvi araşdırmalarda əqli bəhslərdən faydalanmaqla həmin zəif nöqtələri müəyyən dərəcədə islah etmək istəmişdir. Həqiqətdə o, mö’təzilənin əqlə ifratçı dərəcədə üstünlük vermələri ilə əhli-hədisin zahiri mə’naları əxz etmələri arasında olan orta mövqeli bir məzhəb yaratmaq fikrində olmuşdu. Buna görə də əhli-hədisin əqidəvi əsaslarında və onların kəlami nəzərlərində müəyyən dəyişikliklər etmiş və öz adı ilə tanınan əş’əri məzhəbini yaratmışdı. Bundan sonra onun ardıcılları əş’ərilər adlandırılmışdı.
    Əbül Həsən Əş’əri həyatının üçüncü bölməsində (yə’ni mö’təzilə məktəbindən üz döndərdikdən sonra) bir çox kitablar yazmışdı ki, tarixçilərdən bə’ziləri onların sayını 300 cildə qədər saymışlar. İbni Əsakir öz «Tarix» kitabında onun yazdığı 93 kitabın adını qeyd etmişdir. Əlbəttə, bizim zəmanəmizə onun yazdığı əsərlərdən yalnız bir qismi gəlib çıxmışdır. Bu kitablardan «Əl-ibanətu ən üsulid-diyanə», «Məqalatul-islamiyyin vəxtilafil müsəllin», «İadətul-burhan», «Ət-təbyin», «Əş-şərhü vət-təfsil», «Əl-lümə’ti fi rəddi əla əhliz-ziyəci vəl-bidə’», «İstihsanul xozi fi elmil kəlam» və bu kimi digər məşhur əsərlərin adını çəkmək olar. Bu kitablar arasında «Əl-ibanə», «Məqalatul-islamiyyin» və «Lümə’» daha çox əhəmiyyət kəsb edir. Çünki onlar əş’əri məzhəbinin e’tiqadının məzmununu bəyan edir.
    Belə nəzərə çarpır ki, Əş’əri «İbanə» kitabını mö’təzilə məzhəbindən qayıtdığı və əhli-hədisin əqidəsini müdafiə etdiyi zamanda yazmışdır. Çünki bu kitabla Əhməd ibni Hənbəlin «Əs-sünnə» kitabının arasında heç bir fərq yoxdur. Amma «Lümə’» kitabı «İbanə» kitabı ilə əsaslı şəkildə fərqlənir və orada Əş’ərinin xüsusi nəzərləri bəyan edilmişdir.
    ƏŞ’ƏRİNİN MÖ’TƏZİLƏ FİRQƏSİNDƏN AYRILMASININ SƏBƏBLƏRİ
    Əbul Həsən Əş’ərinin mö’təzilə firqəsindən çıxmasının səbəbləri barədə müxtəlif fikirlər qeyd edilmişdir. Onun böyük kəramət və fəzilət sahibi olduğunu deyən əş’əri məzhəb ardıcıllarından bir dəstəsi iddia edirlər ki, Əş’əri bir gecə Rəsuli-Əkrəmi (s) yuxuda görür. Yuxuda həzrət Peyğəmbər ona göstəriş verir ki, mö’təzilədən əl çəkib əhli-hədis məzhəbinə qoşulsun. Amma yuxu heç vaxt höccət ola bilməz və bu iddianın isbat olunması ümumiyyətlə mümkün deyildir. Buna görə də demək olar ki, əgər bu məsələnin düzgünlüyü qəbul olunsa belə, yenə də Əbul Həsən Əş’əri Peyğəmbərin (s) göstərişinə əməl etməmişdir. Çünki o həzrətin göstəriş verməsi (onun iddiasına görə) əhli-hədis məzhəbinə qoşulmaqla əlaqədar idi. Halbuki, o əməldə əhli-hədisin e’tiqadları ilə çox-çox fərqli olan yeni bir məzhəbin əsasını qoymuşdu.
    Əş’ərinin mö’təzilə məzhəbindən çıxmasına bəraət qazandırmaq üçün gətirilən ikinci dəlil onunla ustadı Əbu Əli Cəbai arasında olan bə’zi ixtilaflardır.
    Tarixçilər miləl və nihəl kitablarında Əş’əri ilə Cəbai arasında Allahın sifətləri, ədaləti və s. məsələlər ətrafında baş verən bir çox mübahisələr nəql etmişlər. Belə ki, Əbu Əli Cəbai Əş’ərinin tutduğu iradlara cavab verməkdə aciz qalmış və mübahisəni davam etdirə bilməmişdir. Buna görə də Əş’əri mö’təzilənin bütün İslami e’tiqadları əql əsasında qurmaq üçün göstərdiyi sə’yləri yanlış və azdırıcı hesab edərək onlardan uzaqlaşmışdır.
    Əgər bu mübahisələrin baş verməsi düzgün olsa – onun səhih olmadığına da heç bir dəlil yoxdur – demək olar ki, Cəbainin, Əş’ərinin iradlarına cavab verməkdə aciz qalması onun mö’təzilədən uzaqlaşmasında mühüm rol oynamışdır. Amma iddia etmək olmaz ki, onun bu firqədən ayrılmasının bütün səbəbləri məhz həmin məsələlərlə bağlıdır. Çünki, Əş’əri sonradan əhli-hədis məzhəbində etdiyi islahatları mö’təzilə firqəsində də edə bilər və bu məzhəbdə qalmaqla da öz iradlarına cavab tapa bilərdi. Bu məqsədlə mö’təzilənin tamamilə əqli olan yollarında bir qədər islahat aparıb bə’zi nəqli ünsürləri ona əlavə etmək də kifayət idi. Bu da məhz Əş’ərinin əhli-hədisin tam mə’nada nəqli və zahiri olan yolları barəsində etdiyi işlərdir ki, bə’zi əqli üslubları ona artırmışdır.
    Üçüncü dəlil Abbasi xəlifələrinin mö’təzilə firqəsi ardıcıllarının əleyhinə göstərdiyi təzyiqlər idi. Abbasi xəlifələrinin vaxtından Mə’munun dövrünə qədər, rəsmi məzhəb əhli-hədis məzhəbi olmuşdur və mö’təzilə ardıcılları öz ayinlərini gizli şəkildə yayırdılar. Amma Mə’mun mö’təzilə firqəsini rəsmiyyətlə tanıdı və iş o yerə çatdı ki, hətta camaatın əqidəsinin mö’təzilənin məramları ilə müvafiq olub-olmaması barədə əqidə təftişinə başlandı. Bu vaxtdan Mütəvəkkilin vaxtına qədər əhli-hədis hökumət tərəfindən ağır təzyiqlərə mə’ruz qaldı və hətta Əhməd ibni Hənbəl Qur’anın məxluq olmasına e’tiqad bəsləmədiyi üçün 30 şallaq zərbəsinə məhkum edildi.
    Mütəvəkkilin vaxtından Abbasi xilafətinin axırına qədər vəziyyət yenidən dəyişdi; əhli-hədis məzhəbi yenidən rəsmiləşdi və bu dəfə mö’təzilə ardıcılları çoxlu təzyiqlərə mə’ruz qaldılar. Bu zaman tanınmış və məşhur şəxsiyyət olan Əbul Həsən Əş’əri rəsmi məzhəbi qəbul etdi və mö’təzilə firqəsindən uzaqlaşdı. O Bəsrənin came məscidində minbərə çıxdı və camaatın hüzurunda rəsmi şəkildə mö’təzilə məzhəbinin ardıcılı olmaqdan imtina edib dedi: «Məni tanıyanlar mənim kim olduğumu bilir, məni tanımayanlar bilsin ki, mən Əbul Həsən Əli ibni İsmail Əş’əriyəm. Mən bundan əvvəl Qur’anın məxluq olmasına inanır və deyirdim ki, Allah insanın gözünə görünməz; e’tiqadım bu idi ki, şər işlərin faili mən özüməm. İndi isə bu fikirlərimdən peşman olub, əvvəllər belə bir əqidəyə malik olmağımdan tövbə edir, mö’təzilə məzhəbindən çıxır və onun rüsvayçılıqlarına nifrət edirəm.»
    Əş’ərinin mö’təzilə məktəbindən uzaqlaşmasının dördüncü səbəbi bu ola bilər ki, Əş’əri əhli-hədis məktəbinə qayıtmaqla, onların əqidələrini islah etmək fikrində idi. Əvvəldə qeyd olunduğu kimi, mö’təzilə məktəbi gizli fəaliyyətlə məşğul olduğu halda, əhli-hədis məktəbi rəsmiyyətlə tanınmış və camaatın əksəriyyəti ona tabe olmuşdu. Həm əhli-hədisin əqidə baxımından irad və zəif nöqtələri ilə, həm də mö’təzilənin əqli üslubları ilə tanış olan Əbul Həsən Əş’əri qərara alır ki, həmin əqli üsulları əhli-hədisə daxil etməklə onların e’tiqadlarını islah etsin.
    Əhli-hədisin rəsmi məzhəb olduğuna, mö’təzilə məzhəbinin isə həqiqətdə batil bir əqidə kimi tanındığına diqqət yetirməklə, Əş’əri öz məqsədinə nail olmaq və əhli-hədisin əqidəsini islah etmək üçün çıxış yolunu yalnız bunda görürdü. Yə’ni, o, mö’təzilə firqəsindən əl çəkib rəsmi şəkildə ona nifrətini bildirmək, zahirdə əhli-hədis məzhəbini qəbul edib bu məktəb ardıcıllarının rəğbətini qazanmaq və nəhayət, bir islahatçı kimi öz nəzərlərini həyata keçirmək məqsədilə bu yolu seçmişdir. O, bu məqsədlə də mö’təzilə firqəsindən qayıtdıqdan sonra «Əl-ibanətu ən üsulid-diyanə» kitabını yazdı ki, burada əhli-hədis əqidələrini tamamilə qəbul etdiyini və həmin əqidələrə inandığını e’tiraf edir. Bir qədər sonra yazdığı «Lümə» kitabında isə əhli-hədis əqidələrində etdiyi dəyişikliklərlə yanaşı, onlarla tam fərqli olan xüsusi nəzəriyyələrini də qeyd etmişdir.(Sübhani, «Bühusun fil-miləl vən-nihəl», 2-ci cild.)
    Şübhəsiz, əgər dördüncü amili Əş’ərinin mö’təzilə firqəsindən üz döndərməsinin yeganə səbəbi hesab etsək, kifayət qədər qənaətbəxş olmaz. Çünki o halda Əş’əri məsləhət xatirinə və yalnız zahirdə mö’təzilə məzhəbindən üz döndərmiş olur. Amma əvvəla, öz məzhəbini haqq və səhih bilən bir şəxsin onu təbliğ etməməsindən əlavə, camaat arasında rəsmi şəkildə ona öz nifrətini bildirməsi və onu batil hesab etməsi mümkündürmü?
    İkincisi, Əş’əridən yadigar qalan kitablardan aydın olur ki, o, mö’təzilənin nəzər və əqidələri ilə həqiqi mə’nada müxalifətçilik etmişdir və onun bu məzhəbdən üz döndərməsi zahiri xarakter daşımırdı.
    Belə nəzərə çarpır ki, yuxarıdakı dəlillərdən hər birini (birinci dəlildən başqa) Əş’ərinin mö’təzilə firqəsindən uzaqlaşaraq əhli-hədisə üz gətirməsində tə’sirli hesab etmək olar. Belə ki, Əbul Həsən Əş’əri, Əbu Əli Cəbai ilə apardığı mübahisələrdə mö’təzilə firqəsinin üsullarının zəif cəhətlərini başa düşmüş və o məzhəbə qarşı e’timadını itirmişdi. Həmçinin əhli-hədis məzhəbinin rəsmiləşməsi ilə onu həqiqətdə qəbul etdiyini bildirdi. Amma bu firqənin əqidə üsullarındakı zəifliklərlə əvvəldən tanış olduğu üçün əhli-hədis məzhəbini qəbul etməklə, onun əqidəvi prinsiplərini bir növ islah etmək qərarına gəlmişdi.
    Sonrakı dərslərdə Əş’ərinin fikirlərini və bu məzhəbin əqidə üsullarını araşdıracağıq.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Əş’əri məzhəbinin banisinin tərcümeyi-halını xülasə şəkildə bəyan edin.
    2. Əbul Həsən Əş’əri əvvəllər kimin tərbiyəsi altında böyümüşdü və hansı məzhəbə meyl göstərirdi?
    3. Əş’ərinin əhli-hədis məzhəbinə üz tutmasının səbəbləri nədir?
    4. Mütəvəkkil Abbasinin dövründən sonra mö’təzilə ardıcılları ilə necə rəftar olunurdu?
    ON ÜÇÜNCÜ DƏRS
    ƏŞ’ƏRİLƏR (2)
    KƏLAMİ ÜSLUBLAR
    1. Əş’əri məzhəbinin kəlami üslubu necədir?
    2. Əş’əri məzhəbinin hansı səciyyəvi xüsusiyyətləri vardır?
    Əbul Həsən Əş’ərinin qarşısında iki müxalif məktəb və nəzəriyyə mövcud idi:
    1. Əqli qaydalara meyl edən mö’təzilə məktəbi; bu məktəb ardıcılları e’tiqad üsullarının qəbul və isbat olunmasında, hədislərin məzmun və möhtəvasının isbat olunmasında əsas me’yarı əql hesab edirdilər.
    2. Əhli-hədis kimi zahirə istinad edən firqələr; onlar ayə və hədislərin zahirinin tələbinə uyğun əməl edir, bu işdə azacıq da olsa belə, əqli təhlilləri caiz bilmirdilər. Bu firqələr əsas e’tibarilə əqlin e’tiqadi üsullarda, onların şərh və bəyan olunmasında rol oynaması ilə müxalif idilər. Buna görə də əhli-hədisin nəzərində mö’təzilə bid’ətçi kimi tanınmışdı. Əbul Həsən Əş’əri bu iki məzhəb arasında mö’tədil bir mövqe və üslub seçmək qərarına gəlmişdi.
    Buna görə də bir tərəfdən mö’təzilənin əqlə ifrat dərəcədə meyl göstərməsi ilə mübarizə aparmalı idi. Əvvəlki dərslərdə qeyd olunduğu kimi, Bəsrə məscidində mö’təzilənin əqli əsaslarla izah etdiyi bir sıra əqidələrlə müvafiq deyildi, digər tərəfdən də əhli-hədisin zahiri mə’nalara qapılmaq meylləri qarşısında dayanmalı və əqli bəhsləri dini təfəkkürə daxil etməli idi. Əş’əri üçün bu mübarizə mö’təzilənin ifratçılığı ilə mübarizədən qat-qat ağır idi. Çünki o zamanlar mö’təzilə gizli təbliğat dövrünü keçirir, əhli-hədis isə əksəriyyətin rəsmi məzhəbi hesab olunurdu. Buna görə də onunla açıq-aşkar müxalifətçilik etmək üçün münasib şərait yox idi və müxalifət edənlər çox asanlıqla bid’ətçi kimi tanıtdırılırdı.
    Bununla belə, Şeyx Əş’əri öz məqsədinə nail olmaq və əqli qaydaları dini mövzulara daxil etmək üçün «İstihsanul-xovzi fi elmil-kəlam» kitabını yazdı və onda əhli-hədis firqələrinin əqlin e’tiqadi məsələlərə daxil edilməsinə qarşı söylədiyi e’tirazlara cavab verməyə başladı. O, bu kitabda yazırdı: Camaatın bir dəstəsi (zahiriyyə və sair əhli-hədis) son dərəcə nadanlıq göstərirlər; e’tiqadi məsələlərdə əqli təfəkkür və qaydalardan istifadə etmək onlara çox ağır gəlir. Buna görə də onlar kor-koranə təqlid və iman yolunu seçirlər. Onlar sə’y edirlər ki, üsulidini əql yolu ilə bəyan etməyə çalışanları bid’ətçi adlandırıb məhkum etsinlər. Hərəkət, sükunət, cism, rəng, məkan, cövhər, ərəz və ilahi sifətlər barədə bəhs aparmağı günah və bid’ət hesab edərək deyirlər ki, belə bəhslər düzgün olsaydı, Peyğəmbər (s) və onun səhabələri də mütləq bu işi görərdilər.
    Həmçinin deyirdilər ki, Peyğəmbər (s) vəfatından əvvəl dini baxımdan lazım olan bütün mətləbləri kamil şəkildə izah etmiş və ardıcıllar üçün deyilməmiş bir söz qalmamışdır. Həzrət Peyğəmbər (s) yuxarıda qeyd olunan mətləblərdən heç birinə işarə etmədiyi üçün aydındır ki, onların ətrafında bəhs etmək bid’ət hesab olunacaqdı.(Miyan Məhəmməd Şərif «Tarixi fəlsəfə dər islam», 11-ci fəsil, doktor Nəsrullah Purcəvadi və Əbdül Hüseyn Azərəngin tərcüməsi.).
    Əhli-hədis öz müddəasını belə izah edirdi ki, bu kimi kəlami məsələlər, ya şəxsən Peyğəmbərin özünə və səhabələrə mə’lum idi və eyni halda bunun barəsində sükut edərək, onları araşdırmamışdılar, yaxud onlar bu məsələlərdən xəbərsiz idilər. Əgər onlar bilərəkdən bu məsələləri bəyan etməmişlərsə, onda o həzrətə tabe olaraq, biz də bu məsələdə sükut etməliyik. Əgər Peyğəmbər (s) və səhabələr bu məsələləri bilməmişlərsə, onda biz də bu barədə heç bir şey əldə edə bilmərik. Buna əsasən hər iki halda bu kimi məsələlər barəsində bəhs aparmaq bid’ət olacaqdır.
    Əş’əri bu kimi sualları cavabsız qoymadı və kəlami-əqli məsələləri müdafiə etməyə çalışdı. O, əhli-hədisin gətirdiyi dəlillərin müqabilində üç cavab vermişdi:
    Birinci cavab: (Çaşqınlıq və cədəl yolu ilə verilən cavab) «Peyğəmbər (s) hər bir şeyi bəyan edibsə və heç nəyi (bəyan etməkdə) əsirgəməyibsə, bununla belə, ondan sonra bu kimi məsələlər barədə bəhs edən şəxsləri bid’ətçi adı ilə məzəmmət etməmişsə, demək belə məsələləri araşdırmağın heç bir eybi yoxdur. Əgər hər bir şeydə Peyğəmbərin sözlərinə istinad ediriksə, onda hansı əsasla o həzrətin bid’ətçi adlandırmadığı şəxsləri bid’ətçi hesab edə bilərik?! Çünki bu əməlin özü Peyğəmbərin xatırlatmadığı məsələlər barəsində bəhs etməkdən ibarətdir və Peyğəmbərin (s) məzəmmət etmədiyi şəxslərin əməlini məhkum etmək olmaz.»
    İkinci cavab: Peyğəmbər (s) heç bir kəlami bəhslərin bəyanını əsirgəməyib, həmçinin ayə və rəvayətlərdə kəlam elmində mövcud olan cism, ərəz, hərəkət və sükunət kimi bəhslərin hamısı qeyd olunmuşdur. Onlar müəyyən və dəqiq şəkildə zikr olunmadığına baxmayaraq, o bəhslərin əsas prinsipləri Qur’anda və sünnədə bəyan olunmuşdur.
    Şeyx Əbul Həsən Əş’əri bir çox rəvayət və ayələrə istinad edir ki, onun əqidəsinə görə, kəlami bəhslər orada öz əksini tapmışdır. O cümlədən: «Ən’am» surəsinin 75-79-cu ayələrini, yə’ni İbrahim peyğəmbərin ulduzun və günəşin batması ilə əlaqədər apardığı bəhsi Qur’anda hərəkət və sükunət bəhsinin işıqlandırılmasına dəlil hesab edir. Həmçinin «Ənbiya» surəsinin 22-ci ayəsi və «Mu’minun» surəsinin 91-ci ayəsini «təmanö’» bürhanı ilə əlaqədar olduğunu qeyd edir. Əş’əri axırıncı cavabda əhli-hədisin əqidəvi məsələlərdəki mövcud üslubundan, yə’ni Qur’an və sünnənin zahiri mə’nasını əxz etmək yolundan istifadə etməyə çalışmış və onlara isbat etmək istəmişdir ki, əqli və kəlami bəhslər şəriətin diqqət yetirdiyi məsələlərdəndir.
    Üçüncü cavab: Peyğəmbəri-Əkrəm (s) bu mətləblərdən xəbərsiz deyildi və onları tam incəliklərinə qədər bilirdi. Amma onun həyatında bu kimi məsələlərlə əlaqədar bir şey qarşıya çıxmadığından, onlar barəsində bəhs etmək zərurəti yaranmamışdı.
    Peyğəmbərin (s) səhabələri o həzrətin həyatı dövründə irəli gələn dini məsələlərin çoxu barəsində bəhs edib və dəlil gətirmişlər. Bunu da nəzərə almaq lazımdır ki, qeyd olunan məsələlər ətrafında Peyğəmbərdən (s) birbaşa və aşkar hədis nəql olunmamışdır. Peyğəmbərdən (s) aşkar göstəriş verilmədiyinə görə, bu kimi məsələlər barədə müəyyən hökmlər çıxartdıqları zaman, onların arasında ixtilaf yaranmışdı. Məsələn, əgər Qur’anın məxluq olub-olmaması, yaxud fərdin cövhəri və s. məsələlər Peyğəmbərin (s) sağlığında tam təfsilatı ilə qarşıya çıxsaydı, şübhəsiz o həzrət sair məsələlər kimi, onları da izah edərdi.
    Buna əsasən, Qur’anın məxluq olub-olmaması barədə Peyğəmbərdən (s) aşkar bir kəlamın nəql olunmadığını fərz etsək, onda Qur’anın məxluq hesab edilməsi bid’ət olsa, elə həmin dəlillə demək olar ki, onun qədim və qeyri-məxluq olması da bid’ətdir.(Əvvəlki mənbə və (Sübhani «Bühusun fil-miləl vən-nihəl», 2-ci cild.)
    Əbul Həsən Əş’əri bu bəhsin axırında belə nəticə alır ki, İslam dini heç də əqidəvi bəhslərdə ağıldan istifadə etməyin ziddinə çıxmamışdır, əksinə e’tiqadi məsələlər barəsində əqli və istidlali bəhsləri zəruri hesab etmişdir.
    ƏŞ’ƏRİ MƏZHƏBİNİN ÖZÜNƏMƏXSUS XÜSUSİYYƏTLƏRİ
    Qeyd olunanlardan belə nəticə alırıq ki, əş’əri məzhəbinin iki mühüm xüsusiyyəti var idi:
    1. Əqlin əqidəvi məsələlərdə dəxaləti:
    Əş’əri çalışırdı ki, Qur’an və sünnəni əsas me’yar götürməklə yanaşı, ayələrin, hədislərin, əqidə prinsiplərinin tanınmasında və dərk olunmasında əqli qaydalardan da istifadə etsin və həqiqətdə əhli-hədis məzhəbində islahat apararq, onu əqlyönlü bir məzhəb şəklinə salsın. Baxmayaraq ki, o, «hüsn və qübhi əqli» (ağlın yaxşı və pisi ayırd etmək qüdrətinə malik olması) kimi əqli bir məsələni heç vaxt qəbul etməmişdir.
    2. Mö’tədil mövqe:
    Əş’ərinin fikri bu idi ki, əhli-hədisin təfrit nəzərləri ilə mö’təzilənin əqlə əsalət verməkdə olan ifrat nəzəriyyələri arasında mö’tədil bir məktəb yaratsın. Məsələn, o, qəza və qədər, cəbr və ixtiyar kimi bəhslərdə əhli-hədisin cəbrə meyilli olan nəzərləri ilə mö’təzilənin təfviz nəzəriyyəsi arasında «kəsb» nəzəriyyəsini irəli sürmüşdü. Yaxud, xəbəri sifətlər barəsində əhli-hədisin həmin sifətlərin zahiri mə’nasını götürərək, Allah üçün əl, üz və s. isbat etmək əsasında olan nəzəriyyəsi ilə mö’təzilə firqəsinin bu sifətlərin yozulması nəzəriyyəsi arasında «xüsusiyyətsiz» qeydi ilə xəbəri sifətləri isbat edərək bəyan etdi.
    Qeyd olunanlardan əş’əri məzhəbinin səciyyəvi xüsusiyyətləri, habelə Əbul Həsən Əş’ərinin əqidəvi bəhslərin kəlami cəhətdən araşdırması və onun əqli-kəlami bəhsləri işıqlandırması, eləcə də mö’tədil, əql, məntiq və istidlalla müdafiə olunası bir məzhəbi tə’sis etmək üçün seçdiyi yol idi. Amma onun öz məqsədinə çatmaqda nə qədər müvəffəqiyyət qazandığına, öz məzhəbinin əqidəvi prinsiplərini əqli və bürhani istidlal üzərində qura bilməsinə gəldikdə isə, bu məzhəbin əqidəvi və fikri əsaslarının araşdırılmasından aydın olur.
    Özünü mö’təzilə və əhli-hədis məzhəblərindən ayıran əş’əri firqəsinin əqidəvi əsasları aşağıdakılardır:
    1. Allah və ilahi sifətlər məsələsi;
    2. İnsanın ixtiyarı;
    3. Əqli gözəllik və qəbahət; (ağlın yaxşı və pisi ayırd etmək qüdrətinə malik olması)
    4. Allahın gözlə görünməsinin mümkün olub-olmaması;
    5. Qur’anın məxluq olub-olmaması;
    6. İnsanın bacarığından artıq işlərə mükəlləf olub-olmaması;
    7. Və’də və vəid;
    8. Allahın işlərinin əqli, yaxud qeyri-əqli üsullar əsasında olub-olmaması;
    9. Allah tərəfindən bəndələrlə əlaqədar ən səlahiyyətli işə riayət etməyin vacib olub-olmaması.
    Altıncı dərsdə Əş’ərinin xəbəri sifətlərlə əlaqədar nəzərləri araşdırıldı; gələn dərsdə isə əş’əri məzhəbinin nəzərlərinin ən mühümləri ilə tanış olacaqsınız.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Əbul Həsən Əş’əri öz məktəbinin bünövrəsini qoyan zaman hansı təfəkkürlərlə qarşılaşmışdı?
    2. Əhli-hədis hansı bəhslərin işıqlandırılmasını bid’ət saymışdır?
    3. Əş’əri əhli-hədisin kəlami bəhslərlə müxalifətçilikləri qarşısında hansı dəlillərdən istifadə edirdi?
    4. Əş’əri məzhəbinin mö’təzilə ilə olan ixtilafları hansı üsullarladır?
    5. Əş’əri məzhəbinin xüsusiyyətlərini bəyan edin.
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 825 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024