İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 7:31 AM
    ON YEDDİNCİ DƏRS
    MATURİDİYYƏ MƏZHƏBİ (2)
    1. Maturidinin ən mühüm əqidəvi əsasları hansılardır?
    2. İlahi sifətlər barəsində Maturidinin nəzəri necədir?
    3. Maturidinin cəbr və ixtiyar barəsində nəzəri nədən ibarətdir?
    Keçən dərsdə Maturidinin kəlami üslubları ilə tanış olduq. Aydın oldu ki, Maturidi, Əş’əri kimi əhli-hədislə mö’təzilə firqələri arasında orta bir mövqe seçmək fikrində idi. Aşkar şəkildə nəzərə çarpır ki, Maturidi əhli-hədisin və Əş’ərənin əqidəvi nəzərlərinin bə’ziləri ilə müvafiq idi. Əks halda, burada orta mövqe seçməyə heç bir əsas olmazdı. Amma bununla belə, onun bu iki məzhəblə bir neçə əsaslı məsələdə ixtilafı var idi. Bunlar aşağıdakılardır:
    1. Allah barəsində ümumi anlayış və mə’rifət;
    2. İlahi sifətlər;
    3. Cəbr və ixtiyar;
    4. Əşyaların hüsn və qübhü; (İnsan ağlının yaxşı və pisi ayırd etməyə qadir olub-olmaması)
    5. İnsanların bacarıqlarından artıq işlərə əmr olunması;
    6. Böyük günahlara mürtəkib olanların hökmü.
    Bu dərsdə Maturidinin bu beş mövzu ilə əlaqədar nəzərini araşdıracağıq. Qeyd etmək lazımdır ki, Maturidinin Əhli-hədis və Əşəri məzhəbi ilə olan ixtilaf və fərqləri təkcə yuxarıdakı altı məsələdə bitmir. Onların arasında digər ixtilaflı məsələlər də vardır ki, onların araşdırılması bu kitabın həcminə və səviyyəsinə uyğun deyildir. Bu haqda əlavə mə’lumat əldə etmək istəyənlər müfəssəl kəlam və fəlsəfə kitablarına müraciət edə bilərlər.
    1. Allah barəsində ümumi anlayış və mə’rifət;
    Allahı tanımaq və Onun barəsində mə’rifət kəsb etməyin zəruri və lazım olması barədə heç bir ixtilaf yoxdur və bütün firqələr bunun vacib olduğunu təsdiq etmişlər. İxtilaf yalnız mə’rifətin vacib olmasının necə isbat olunmasındadır. Əş’ərilər Allah barəsində mə’rifət kəsb etməyin, yalnız nəqli yolla vacib olmasına inanırlar. Onun üçün qeyd etdikləri dəlillərdən biri aşağıdakı ayədir:
    «De ki: Bir gör göylərdə və yerdə nələr var. Lakin iman gətirməyən bir tayfaya ayələr və peyğəmbərlər heç bir fayda verməz.» (Yunus‒101.)
    Allah-taala bu ayədə nəzər salmağı (mə’rifət kəsb etməyi) əmr etmişdir.
    Əş’ərilərin qarşısında maturidiçilər inanırlar ki, Allah barəsində mə’rifət kəsb etməyin vacib olması əqli yolla isbat olunur. İnsan azacıq da olsa, təfəkkür etməklə Allahın vücudu bərəsində mə’rifət kəsb etməyin vacib olması, tövhid, ilahi iradə, qüdrət və elm, aləmin hadis olması, mö’cüzənin peyğəmbərlərin doğruçuluğuna dəlalət etməsi, Allaha küfr və Onu təkzib etməyin haram olması kimi məsələlərə vaqif olacaqdır. Bu nəzərdə maturidiçilər mö’təziləçilərlə müvafiqdirlər. Çünki mö’təziləçilər də Allah barəsində mə’rifət kəsb etməyin məhz əqli cəhətdən vacib olmasına inanırlar.
    2. İlahi sifətlər;
    İlahi sifətlər barəsində Maturidinin nəzəri üç halda (bunlar məzhəblər arasında ixtilaflı sayılan ən mühüm məsələlərdəndir) araşdırılmalıdır.
    Birinci: Allahın zati sifətləri;
    Əbu Muin Nəsəfinin nəql etdiyi kimi, Əbu Mənsur Maturidi Allahın zatı ilə sifətlərinin eyniyyət təşkil etdiyinə inanır və sifətlərin zata artırılmasına əqidəli olan Əş’ərilərin və Əhli-hədisin nəzərini rədd edir. O, bu barədə deyir: Allah Öz zatı ilə alimdir, Öz zati ilə diridir, Öz zati ilə qadirdir. Bu bəyan Əhməd ibni Hənbəlin həmin əqidənin izahında gətirdiyi ifadələrin qarşısında gətirilmişdir.
    Maturidi daha sonra fe’li sifətlərlə zati sifətlər arasındakı fərqi rədd edir və fe’li sifətləri də zati sifətlər kimi əzəli hesab edir. Bu nəzərə əsasən, Allah-taala xəlq etməzdən əvvəl də, sonra da Xaliqdir. Bu söz də aləmin əzəli olmasını çatdırmır, çünki elm və qüdrət əzəli sifətlər olduğu kimi, mə’lumat və müqəddərat da məxluqdur, təkvin də əzəli sifətdir, lakin mükəvvənat məxluqdur.
    İkinci: Xəbəri sifətlər;
    Maturidi xəbəri sifətlər barəsində Allah ilə insanın sifətləri arasında heç bir təşbihi qəbul etmir və nəzərini Şura surəsinin 11-ci ayəsinə istinad etməklə sübut etməyə çalışır. «Allah-taala Öz məxluqatının heç biri ilə müqayisə edilməz və onlara təşbih oluna bilməz». Maturidi nəinki əhli-hədisin təşbihə inanan bir dəstəsinin nəzərini, hətta «xüsusiyyətsiz olan isbat» nəzəriyyəsini də(Bunu Əş’ərilər ixtira edib.) rədd edir. O, mö’təzilə məzhəbinin yozumunu da qəbul etməyərək deyir:
    «Hər bir yozum ehtimali nəzəriyyə olduğuna görə, onun həqiqətin əksinə olması da mümkündür.» Məhz bu səbəbdən də Maturidi xəbəri sifətlərə iman gətirməklə yanaşı, bu sifətlərin mə’nalarını Allahın elminə həvalə etmişdir.
    Üçüncüsü: İlahi kəlam.
    Maturidi inanır ki, Allahın kəlami sifəti sair ilahi sifətlər kimi əzəli və misilsizdir; o, bəşər kəlamına təşbih edilməməlidir. Deməli, Allah kəlamı hərf və səslərdən təşkil olunmamışdır; Allah kəlamı kəlmələrlə ifadə olunan bir sıra mə’nalardan ibarətdir. Nəticə e’tibarilə, qeyd olunmalıdır ki, məxluqun kəlam hərfləri və kəlmələri Allahın zati və əzəli kəlamının göstəricisidir və Allah kəlamının yalnız məxluq kəlamı vasitəsi ilə eşidilmək və düşünülmək imkanı vardır.
    3. Cəbr və ixtiyar;
    Maturidi qəza və qədər, eləcə də cəbr və ixtiyar məsələsində həm əhli-hədisin və əş’ərilərin, həm də mö’təzilənin nəzərini rədd edir. O, inanır ki, Allahla insanlar arasında olan rabitə, Allahla sair cismlər və varlıqlar arasındakı rabitə kimi deyildir. Allah insana əql qüvvəsi, haqqı batildən ayırd etmək qüdrəti, idrak, hiss, iradə, mühakimə yürütmək və qərara almaq kimi qüvvələr vermiş, bəşərin hidayəti üçün peyğəmbərlər və səmavi kitablar göndərmişdir. İnsan öz nəzərinə görə faydalı olan bir şeyə meyl edir, zərərinə olan şeylərdən isə çəkinir. Bu zaman əql və dərk qüvvəsindən istifadə edərək, bir əməlin müxtəlif yollarından birini seçir və onun özü yaxşı və ya pis əməllərinin məs’uliyyətini daşıyır. O, bütün bu mərhələlərdə azad və seçməkdə ixtiyar sahibidir; heç vaxt xarici bir amilin onu vadar etməsini hiss etmir. Həmçinin Allah-taala insanı müəyyən işlərdən çəkindirib və ya əmr etmiş, onu öz əməlinin məs’ulu, cavabdehi təyin etmişdir.
    İnsan öz əməlinə görə müəyyən savab, yaxud əzaba layiq olur. Əgər insanın əməli Allahın məxluqu olsaydı, Allahın Özü savab və ya cəzaya layiq olardı. Allahın, Özü xaliqi olduğu işləri bəndənin adına yazıb, qiyamətdə onu cəzalandırması İlahi ədalətə layiq deyildir.
    Buna əsasən, insanın fe’lləri onda Allah tərəfindən vücuda gətirilən və insanın özünə mənsub edilən ixtiyar və qüdrət vasitəsi ilə yerinə yetirilir.(Əbu Mənsur Maturidinin «Ət-tövhid» və Əbul Yüsr Məhəmməd Bəzudinin «Üsuliddin» kitabları.)
    Maturidi ilahi qəza və qədərlə insanın ixtiyar və azadlığı arasında heç bir ziddiyyət görmür. Onun əqidəsinə görə, insanın bütün əməlləri ilahi-əzəli elmlə lövhi-məhfuzda yazılmasına baxmayaraq, insan cəbrə məhkum edilməmişdir. Çünki, Allah-taalanın əzəldən bildiyi şeyləri insan öz ixtiyar və iradəsi ilə, azad şəkildə yerinə yetirir. İnsan ilahi qəza və qədəri bəhanə edərək, öz məs’uliyyətlərini inkar edə bilməz. İnsan mütləq ixtiyar sahibi olmamasına baxmayaraq, Allah-taala onun vəzifə və təklifi ilə mütənasib olan azadlığı ona əta etmişdir. Buna görə də insanın əməlləri ilə bağlı olan ilahi qəza-qədər təbiət aləmi ilə əlaqədar olan ilahi qəza-qədərlə eyni hesab edilməməlidir.(Miyan Məhəmməd Şərif «Tarixi fəlsəfə dər islam», 13-cü fəsil.)
    4.Əqli hüsn və qübh; (İnsan ağlının yaxşı və pisi ayırd etməyə qadir olub-olmaması)
    Maturidi ardıcılları əşyaların (əqli) qübh və hüsnünə e’tiqad bəsləyirlər. (Yəni, insan ağlının yaxşı və pisi ayırd etməyə qadir olmasına inanırlar.) Hüsnü mədh və savaba, qübhü isə məzəmmət və əzaba layiq olmaq mə’nasında bilirlər. Onlar inanırlar ki, əql hüsn və qübhün ayırd edilməsində müstəqildir və Allah-taala Öz ədaləti əsasında yaxşı əməl sahiblərinə mükafat, günahkarlara isə əzab verəcəkdir.
    5. İnsanı bacarığından artıq işlərə əmr etmək;
    Maturidi ardıcılları insanın qüdrət və bacarığından artıq işlərə vəzifəli edilməsini caiz bilmirlər. Əbu Mənsur Maturidi belə deyir: «İnsanın bacarığından artıq işlərə vəzifəli edilməsi, onların bu işlərə qüdrətinin olmamasına görə, yaxud fe’lin əncam verilməsi şərti olmadıqda caiz deyildir.
    Əlbəttə, Maturidi müəyyən bir işi əvvəlcədən yerinə yetirməyə qüdrəti olmayan şəxslərlə öz qüdrətini aradan aparan şəxslər arasında fərq qoymuşdur. Birinci qism də bacarıqdan artıq vəzifəli edilməyi qadağan, ikinci halda isə caiz hesab edir.(Əbu Mənsur Maturidi, «Ət-tövhid» kitabı.)
    6. Böyük günahlara mürtəkib olanların hökmü.
    Maturidi böyük günahlara mürtəkib olanları mö’min hesab edir və inanır ki, imanın zahiri hökmləri onlarda qüvvədədir. Əlbəttə, əgər tövbə etməsələr, qiyamətdə şəfaətə nail olmazlar və onlara əzab veriləcək; amma əbədi olaraq əzabda qalmayacaqlar.
    Maturidiçilərin nəzərində iman qəlbi e’tiqad və təsdiqdən ibarətdir. Başqa sözlə desək, imanın ən azacıq mərhələsi qəlbi e’tiqad və təsdiqlə gerçəkləşir, hökmlərə əməl etmək isə imanın tərkib hissəsi deyildir. Buna əsasən, bir kəs qəlbi e’tiqadda iman şərtlərinə malik olsa və ilahi hökmləri inkar etməsə, şeytanın vəsvələri ilə qurşandığı günahlara görə mö’minlər cərgəsindən çıxmaz.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Maturidiyyə məzhəbinin ilahi mə’rifət barəsində əşərilərlə olan fərqləri nədir?
    2. Nə üçün onlar zati sifətlərlə fe’li sifətlər arasında fərq olduğuna inanmırlar?
    3. Maturidiyyə ardıcıllarının Allahın kəlamı barəsindəki nəzərləri necədir?
    4. Onların insanın fe’lləri barəsində olan nəzərini izah edin.
    5. Maturidiyyə firqəsinin qəza-qədər və ixtiyar barədə olan baxışları necədir?
    6. Onların insanın bacarığından artıq işlərə əmr edilməsi məsələsi haqda nəzərini bəyan edin.
    7. Nə üçün Maturidiyyə ardıcılları böyük günahlara mürtəkib olanları mö’min hesab edirlər?
    ON SƏKKİZİNCİ DƏRS
    SƏLƏFİLİK
    1. Sələfilik dedikdə, hansı əqidə nəzərdə tutulur?
    2. Sələfiliyin banisi kimdir?
    YARANMA TARİXİ
    Sələfilər bir məzhəb kimi tanınmazdan öncə, əqidəvi cərəyan və hərəkat, hətta ictimai və bə’zən siyasi bir hərəkat hesab edilmişlər. Bu cərəyan tarix boyunca bir neçə dəfə İslam dünyasının müxtəlif məntəqələrində zahir olmuşdur. Sələfi cərəyanı saleh sələflərin, yə’ni İslamın əvvəllərində yaşayan müsəlmanların əməl və rəftarlarını dirçəltmək məramında olmuşlar. Adətən, İslam ümmətində müxtəlif e’tiqadlı firqə və məzhəblər yarandıqda, İslam xalqları müxtəlif dəstə və qruplara bölündükdə dünyanın ayrı-ayrı guşələrində bə’zi fərdlər dindəki bid’ətləri aradan qaldırmaq, müxtəlif firqələrin İslama artırdıqları qol-budaqları kəsmək üçün qiyam edərək, Peyğəmbər (s) dinində islahat aparmaq istəmişlər. Sələfilər iddia etmişlər ki, öz nəzəriyyələri ilə Peyğəmbər ümmətini azğınlıqdan düz yola döndərəcəklər. Onlar bu hədəfin gerçəkləşməsi üçün hamılıqla saleh sələflərin getdiyi yola və adət-ən’ənələrə qayıdaraq onlar kimi fikirləşib əməl etmək istəyirdilər. Onlar deyirdilər ki, saleh sələflərimiz olan Peyğəmbər (s) və səhabələrin əsrindən sonra artırılan şeylərdən uzaqlaşmaq lazımdır. Məhz buna görə də bu cərəyana «sələfilik» adı verilmişdir.
    Qeyd:
    Bu bəhsdə iki mühüm məsələ qeyd edilməlidir:
    1. İslam dünyasında bə’zən «Xalis İslamın Bayraqdarı» iddiası ilə müəyyən cərəyanlar yaranıb, sair firqələri bid’ətçi və kafir adlandırmışlar. Bunlar təkcə İslam ümmətinə məxsus deyildir və adətən bütün dini və ideoloji cərəyanlarda belə islahatçılıq meylləri meydana gəlir. Bə’zi dinlər, o cümlədən xristianlıqda meydana gələn «ortodoks» kəlməsi «xalis din» mə’nasınadır. Belə ki, ortodoks məsihiləri öz ayinlərini sair məsihi firqələrinin müqabilində xalis bir din hesab edir və inanırlar ki, bu ayin məhz həzrət İsanın hər növ bid’ət və azğınlıqdan pak olan dinidir.
    2. Hər hansı bir tədqiqatçı müəyyən bir məzhəbin ideoloji əsaslarını araşdırmaq, o məzhəbin əqidə üsullarını təhlil etmək və haqqı batildən ayırmaq məqamına gələrək, öz gümanı əsasında onu islah etmək istəsə, şübhəsiz onun öz şəxsi fikirləri də bu işdə mühüm rol oynayacaqdır. Belə şəxslər adətən öz əqidə və məsləkinin təsirindən çıxa bilmir. Və onların yürütdüyü mühakimələrin tam düzgün olmasına da heç bir zəmanət yoxdur. Nəticədə bu kimi islahat prosesi yeni bir məzhəb yaradır və sair alimlər də onun qarşısında əks mövqe tuturlar.
    Bəzən hər hansı bir ümmət arasında vəhdət yaratmaq məqsədi ilə başlanan bu kimi hərəkatın özü, daha artıq və yeni-yeni təfriqələrin yaranmasına səbəb olur.
    Ən mühüm sələfi cərəyanı əvvəlcə 7-ci əsrin axırlarında və 8-ci əsrin əvvəllərində, sonralar isə 12-ci və 13-cü əsrlərdə meydana gəlmişdir.
    7-ci hicri əsrinin axırlarında başlanan cərəyan aydın şəkildə «Sələfiyyə» adı ilə məşhurlaşmış, 12-ci və 13-cü əsrlərdə yaranan cərəyanlar isə başqa adlarla tanınmışdır. Burada yalnız 7-ci əsrdə baş verən hadisələrə nəzər salacağıq.
    CƏRƏYANIN BANİSİ
    İbni Teymiyyə sələfiyyə cərəyanının əsas bani və təsisçisi kimi tanınmışdır. Təqiyuddin Əbul Əbbas Əhməd ibni Əbdül Həlim (İbni Teymiyyə adı ilə məşhurdur) 611-ci hicri ilində Dəməşq yaxınlığındakı Hərran şəhərində dünyaya gəlmiş və 728-ci ildə dünyadan köçmüşdür.
    İbni Teymiyyə 7 yaşında ikən, monqol-tatar qoşunları Hərran şəhərinə həmlə edib oranı dağıtdı. Buna görə də o, ailəsi ilə birlikdə Dəməşqə köçdü. O, öz təhsilini də Dəməşqdə başa vurmuşdu.
    İbni Teymiyyənin cavanlığı monqolların müxtəlif ölkələrə qoşun yeridərək müsəlman şəhərlərini dağıdıb viran qoyması, hər yeri qarət edib qırğınlar törətməsi dövrünə təsadüf edir. Nəql olunmuşdur ki, İbni Teymiyyənin özü monqolların əleyhinə mübarizə aparmaq üçün ordu təşkil edilməsində və onlarla döyüşdə mühüm rol oynamışdır. O dövrün ictimai-siyasi şəraiti İbni Teymiyyənin ruhiyyəsində özünəməxsus tə’sir qoymuşdur. Belə ki, İslam cəmiyyətində hökm sürən qarışıqlıq və hərc-mərcliklərin səbəbini, yadellilərin müsəlmanların müqəddəratına hakim olmalarını onların arasındakı məzhəbi təfriqənin nəticəsi hesab etmişdi. Buna görə də o, qərara almışdı ki, (öz nəzərinə görə) Peyğəmbər (s) və səhabələrin dövründən sonra İslam dünyasında yaranan hər növ yenilik və inkişafla mübarizə aparsın.
    Bu məqsədlə o, irfan, sufilik, fəlsəfə və kəlamla çox ciddi mübarizəyə başlamış, sufilər, filosoflar, kəlam alimləri və müxtəlif firqələr tərəfindən işıqlandırılan bütün bəhsləri bid’ət adı ilə rədd etmişdi. İbni Teymiyyə bu bəhslərin hamısını Peyğəmbər (s) dinində xurafat və azğınlıq adlandırmış, Qur’ana və Peyğəmbər (s) sünnəsinə qayıtmağı vacib hesab etmişdir.
    Onun bütün İslam məzhəbləri ilə ciddi mübarizə aparması əksər müsəlmanların, alimlərin və din rəhbərlərinin kəskin qarşıdurmasına səbəb oldu; onunla müasir olan alimlərin əksəriyyəti bu cərəyanın qarşısında ciddi mövqe tutdular. Çünki, İslam alimlərinin əksəriyyətini bid’ətçi, onların qəbul edib tabe olduqları əqidələri isə bid’ət adlandırmaq çox sadə qəbul ediləsi və göz yumulası bir iş deyildi… Xüsusilə İbni Teymiyyə İslamın əvvəllərində mövcud olan rəftar və adətlərinin çoxunu, başqa sözlə, onun da diqqət mərkəzində olan saleh sələflərin əməllərini, o cümlədən, Peyğəmbərin (s) qəbrinin ziyarət etmək, O həzrətə təvəssül etmək və s. bid’ət adlandırıldı (bu məsələ gələcək dərsdə araşdırılacaqdır). Nəticədə isə İslam alimlərini, müxtəlif firqə və məzhəb başçılarını bid’ətçi adlandırıb kafir hesab etdiyinə görə bir neçə dəfə müxtəlif məntəqələrdə həbsə məhkum olundu. Bu cərəyanda ona yalnız bir qrup adam qoşuldu. Onun ən məşhur şagirdi İbni Qəyyim Cövziyyə də onların arasında idi.
    Bə’zi kitablarda qeyd olunduğu kimi, onun dəfn mərasimində iki yüz min nəfərin iştirak etməsinin şişirdilmiş rəqəm olmasını, o dövrdə islam ölklərindəki əhalinin sayına nəzər yetirməklə başa düşmək olur. O dövrün alimlərinin demək olar ki, hamısı onun barəsində mənfi nəzərə malik idilər ki, onlardan üçünün adını burada qeyd edirik:
    1. Şeyx Səfiyəddin Hindi Urməvi (H.Q.715). O, Əş’əri məktəbinin kəlam alimlərindən biri və öz dövründə Əş’əri məzhəbinin tanınmış şəxsiyyəti idi. O, İbni Teymiyyənin əqidələri barədə apardığı uzun-uzadı mübahisələrdən sonra (bu mübahisələrdə e’tirazlara və şübhələrə cavab verirdi) axırda belə demişdi: «Mən səni bir sərçəyə bənzədirəm ki, tutmaq istəyəndə, bir budaqdan başqa bir budağa qaçar». (Yəni, mübahisə mövzusunu tez-tez dəyişir və bir məsələ üzərində axıra qədər dayanıb onu tamamlamaqdan imtina edir.)(Əbu Bəkr Dəməşqi «Təbəqatuş-şafeiyyə».)
    2. Hafiz Şəmsəddin Məhəmməd ibni Əhməd Zəhəbi (H.Q.748) O, İbni Teymiyyəyə xitab edərək nəsihətamiz məktubda deyirdi: «...Xoş olsun o kəslərin halına ki, onun öz eybləri onun başqalarında eyb axtarmaqdan saxlayar. Vay o kəsin halına ki, camaatın eyblərini axtarmaq onu öz eybini görməkdən məhrum edər. Nə vaxta qədər öz gözündə tiri görməyib özgələrin gözündə qıl axtaracaqsan?! Nə vaxta qədər özünü, öz nəzərlərini və ifadələrini tə’rifləyib alimləri məzəmmət edəcəksən; camaatın eyblərini araşdıracaqsan?! Halbuki Rəsuli-Əkrəm bu işi qadağan edərək buyurmuşdur: «Öz ölülərinizi yaxşılıqdan başqa şeylə yad etməyin.» Məgər sənin ardıcıllarının əksəriyyəti ağıldan kəm, avam, yalançı və kütbeyin deyillərmi? Yəqin ki, sənin ölüm vaxtın yaxınlaşıb... Mən güman etmərəm ki, sən hər hansı bir sözü və nəsihəti qəbul edəsən. Əksinə, bu bir vərəqin cavabında bir neçə cild kitab yazmaq fikrinə düşəcəksən. Sənə ürək yandıran mənim kimi bir dost sənin haqqında belə fikirləşirsə, onda gör düşmənlərin sənin barəndə nə düşünür! Allaha and olsun, dostlarının arasında fasiq, yalançı, ikiüzlü və cahil adamlar olduğu kimi, düşmənlərinin arasında da saleh, ağıllı və fəzilətli şəxsiyyətlər vardır. Əlbəttə, məni aşkar şəkildə nifrin etməyindən, xəlvətdə isə məktubumdan faydalanmağından razıyam...»(Şeyx Məhəmməd Kovsəri, «Təkmilətus-seyfis-səqil».)
    3. Hafiz Əli ibni Əbdül Kafi Səpki; (H.Q.756)
    O, İbni Teymiyyənin Peyğəmbəri-Əkrəmin (s) ziyarətinə səfər etməyin bid’ət olması ilə əlaqədar yazdığı nəzəriyyəni rədd etmək üçün «Şifaus-siqam fi ziyarəti xeyril-ənam əleyhissəlatu vəssəlam» adlı kitab yazmışdır. «Təbəqatuş-şafeiyyə» kitabı bu əsəri yad etməklə, İbni Teymiyyəni bu işdə səhv edən və şeytani vəsvəsələrə düçar olan bir şəxs kimi tanıtdırır. Çünki o, Peyğəmbərin (s) ziyarətinə səfər etməyi inkar etmişdir....(Əbu Bəkr Dəməşqi «Təbəqatuş-şafeiyyə».)
    Adları qeyd olunanlardan başqa sair alimlər də İbni Teymiyyənin barəsində mənfi fikirdə olmuşlar. O cümlədən: Şeyx Şəhabuddin Hələbi (H.Q.733), Qazil-Quzat Zəməlkani (H.Q.733), Şeyx Sədruddin Mərhəl (H.Q.750), Şeyxulislam ibni Həcər Əsqəlani (H.Q.852), Əbu Məhəmməd Yafe’i (H.Q.768), İbni Həcər Heysi (H.Q.973), Molla Əli Tari Hənəfi (H.Q.1050).
    * * * * *
    Qeyd olunduğu kimi, İbni Teymiyyənin yaratdığı sələfiyyə cərəyanı onunla müasir olan İslami şəxsiyyətlərin, eləcə də ondan sonrakı dövrlərdə yaşamış alimlərin müxalifətçiliklərinə görə İslam dünyasında nəzərə çarpacaq müvəffəqiyyətlər əldə edə bilmədi. Amma, 12-13-cü hicri əsrlərində İbni Teymiyyənin əqidə üsulları İslam aləmində sair siyasi əqidəvi hərəkatların, o cümlədən vəhhabiyyət və sənəviyyətin əsasına çevrildi. Gələn dərslərdə, vəhhabi firqəsini araşdırarkən İbni Teymiyyənin ən ümdə fikri və əqidəvi nəzərləri işıqlandırılacaq.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Nə üçün Sələfiyyə cərəyanı belə adlandırılıb?
    2. Dindəki islahatçılıq hərəkatları vəhdət və müvəffəqiyyət icad etmək məqsədi daşımışdırmı?
    3. İbni Teymiyyənin tərcümeyi-halını qısa şəkildə bəyan edin.
    4. İbni Teymiyyə öz dövrünün alimləri ilə necə qarşılaşdı?
    5. İbni Teymiyyənin müasiri olan alimlərdən birinin onun barəsindəki nəzərlərini söyləyin.
    ON DOQQUZUNCU DƏRS
    VƏHHABİYYƏT (1)
    YARANMA TARİXİ
    1. Vəhhabi firqəsi hansı firqəyə deyilir?
    2. Vəhhabi firqəsinin banisi kimdir?
    3. Bu firqə hansı əsas üzərində qurulmuşdur?
    FİRQƏNİN BANİSİ
    Vəhhabiyyət firqəsinin banisi Məhəmməd ibni Əbdül Vəhhabdır. Bu firqənin adı onun atasının adından, yə’ni «Əbdül Vəhhab» kəlməsindən götürülmüşdür. Məhəmməd ibni Əbdül Vəhhab hicri tarixi ilə 1111-ci ildə Ərəbistanın Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmiş və 1206-ci ildə, 96 yaşında dünyadan getmişdir.
    Atası Şeyx Əbdül Vəhhab öz dövrünün Hənbəli alimlərindən biri idi və Üyeynə şəhərində qazi işləyirdi. O, camaatın çox hörmət bəslədiyi adamlardan biri idi. Məhəmməd atasının yanında Hənbəli fiqhini öyrənmiş, Məkkə-Mədinə alimlərindən sair islami elmləri, o cümlədən hədis, əqaid, təfsir elmlərini təhsil almağa başlamışdı. O, Müsəyləmə, Səccah, Əsvəd Ənəsi, Tüleyhə Əsədi və s. kimi peyğəmbərçilik iddiasında olan şəxslərin tarixini oxumağa daha çox maraq göstərirdi. Cavanlığından camaatın dini əməlləri, əqidə və fikirlərinə qarşı şəkk-şübhə ilə baxır, onların qarşısında çox mənfi bir mövqe tuturdu. İş o yerə çatmışdı ki, o, camaatın əməllərindən çoxunu şirklə qarışıq hesab edirdi.(Əhməd Zeyni Dehlan «Xülasətul kəlam» kitabı».)
    Şeyx Məhəmmədin camaatın əməl və əqidələri ilə belə rəftar etməsi, hətta onunla atası arasında mübahisə və çəkişməyə səbəb olmuşdu. Atası onu öz yanından qovmuş və camaatı ondan çəkindirmişdi. Buna görə şeyx Məhəmməd atasının sağlığında öz əqidə və fikirlərini istədiyi kimi aşkar edə bilməmişdi. Amma 1153-cü ildə atası vəfat etdikdən sonra öz fikir və əqidələrini aşkar etməyə, camaatın dini əməllərinin bir qismini inkar etməyə başladı. O dövrdə onun məskunlaşdığı Hərimələ əhalisinin bir qrupu ona itaət etdi və o, tədricən məşhurlaşmağa başladı. Sonra öz vətəni Üyeynəyə qayıtdı. Üyeynənin o dövrdəki valisi Osman ibni Həmd onu çox hörmətlə qarşıladı və onu himayə edəcəyinə söz verdi. Amma o, 1160-cı ildə Ehsa şəhərinin əmiri onun barəsində Osmana yazdığı tənqidi məktubdan sonra Üyeynədən qovuldu və Dər’iyyəyə yola düşdü. Dər’iyyənin o dövrdəki əmiri Məhəmməd ibni Səud(Ərəbistanın hazırkı krallarının mənsub olduğu Səud sülaləsinin babası.) onu çox səmimiyyətlə qarşıladı və onunla Nəcdin hakimiyyətini ələ alacaqları barədə əhd-peyman bağladılar. Sonra Nəcdin bütün qəbilə rəislərinə və camaatına məktub yazaraq, onları öz məzhəbini qəbul etməyə çağırdı və qəbul etməyəcəkləri surətdə onlarla müharibə edəcəyini bildirdi. Bir qrup onun məzhəbini qəbul etdi, digər bir qrup isə ona e’tinasız yanaşdı. Dər’iyyə camaatının köməyi ilə Nəcd və Ehsa camaatı ilə apardığı müharibələrdən sonra Nəcd əyaləti bütövlükdə Səud ailəsinin ixtiyarına keçdi. Bundan sonra vəhhabilər Ali-Səud əmirlərinin rəhbərliyi ilə (Məhəmməd ibni Səuddan sonra oğlu Əbdül Əziz və ondan sonra Səud ibni Əbdül Əziz hakimiyyətə çatmışdı) Hicazın sair məntəqələrini və şəhərlərini, o cümlədən Taif, Məkkə, Mədinə və Cəddəni öz ixtiyarlarına keçirmək fikrinə düşdülər. Uzun sürən qanlı müharibələrdən sonra nəhayət 1343-cü ildə Məkkə və 1344-cü ildə Cəddə işğal edilməklə, bütün Hicaz məntəqəsi Ali Səudun ixtiyarına keçdi və Vəhhabiyyət bu ölkənin rəsmi məzhəbi kimi tanındı.(Böyük Şafei alimi və Məhəmməd ibni Vəhhabın müasiri olan Əhməd Zeyni Dehlan. O, Məkkəni almaq üçün vəhhabilərin Şərif Ğalib ilə apardıqları müharibələrin sayının 50-dən artıq olduğunu qeyd edir.)
    Vəhhabilər həmin dövrdə və sonralar sair ölkələrə, o cümlədən Bəsrəyə, Nəcəfə, Kərbəlaya, Suriyaya ardıcıl həmlələr etdilər.
    İDEOLOJİ ƏSASLAR
    Əvvəlki dərsdə qeyd olunduğu kimi, vəhhabilərin ən mühüm ideoloji əsaslarını İbni Teymiyyənin düşüncələri təşkil edir. Məhəmməd ibni Əbdül Vəhhab və onun şagirdi İbni Qəyyim Coziyyə onun əqidə və fikirlərinin şiddətli tə’siri altına düşmüşdü.
    İbni Teymiyyənin Əhli-hədisin və Hənbəlilərin əndişəsindən qaynaqlanan, kəskin şəkildə zahirə meyl edən nəzəriyyələri bir tərəfdən Allaha mə’rifət və İlahi sifətlər barəsində büruz edərək, Allahın cismi olduğunu güman edən müşəbbihə və həşəviyyə əndişəsinə yaxınlaşdı, digər tərəfdən də müsəlmanların rəftar və əməllərinin çoxunu şirk adlandırıb rədd etdi. O cümlədən, ilahi övliyalara təvəssül etmək, onlardan şəfaət diləmək, Allah övliyalarının və Peyğəmbəri (s) ziyarət etmək, mə’sumların qəbirləri üzərində hərəm və hər hansı bir bina tikmək və sairəni qeyd etmək olar. Həmin nəzəriyyə daha qabarıq şəkildə Məhəmməd ibni Əbdül Vəhhabın və onun ardıcıllarının təfəkkürünün əsasını təşkil edirdi. O, müsəlmanları şirk və küfrdə ittiham etməkdə o qədər həddini aşdı ki, hətta bütün İslami ölkələri və hələ vəhhabilərin əlinə düşməyən Məkkə və Mədinəni belə Darul-hərb və Darul-küfr (müharibə evi, küfr evi) adlandırdı. O, müsəlmanlarla müharibə edib müqəddəs məkanları işğal etməyi cihad adı ilə vacib edirdi. Səud ibni Əbdül Əziz də Məkkəyə həmlə edərkən Şərif Əbdül Müin Məkkə camaatı üçün ondan aman istədikdən sonra, Məkkə camaatına xitabən belə yazdı: «Bismihi-taala. Səud ibni Əbdül Əzizdən bütün Məkkə əhalisinə, alimlərə, böyük şəxsiyyətlərə, sultanın qazisinə. Əssəlamu əla mənittəbəl huda. Əmma bə’d. Siz Allah evinin qonşuları və Onun hərəminin sakinlərisiniz. Allahın əmniyyəti ilə amanda olun. Mən sizi Allahın və Onun Peyğəmbərinin dininə də’vət edirəm».
    Belə isə siz Allahın fərmanı müqabilində və müsəlmanların rəisi Səud ibni Əbdül Əzizin fərmanındasınız. Sizin hakiminiz Əbdül Müin ibni Müsaiddir. Onun əmrlərini eşidin, nə qədər ki, Allahın fərmanına itaət edirsiniz, onun fərmanında olun. Vəssəlam.»
    Mülahizə etdiyiniz kimi, əvvəlcə «Əssəlamu ələykum» sözü əvəzinə, «Əssəlamu əla mən’ittəbəl huda» qeyd olunur və bu da onu göstərir ki, o, müraciət etdiyi şəxsləri müsəlman hesab etmir. Çünki, Peyğməbər (s) bu cür salamı kafirlərə xitabən işlədərdi. Halbuki, müsəlmanlar barəsində İslami qayda-qanunlara uyğun olaraq, «Əssəlamu ələykum və rəhmətullah» deyilir. Daha sonra kitab əhlinə xitab olunan bir ayəyə istinad edir.
    MƏHƏMMƏD İBNİ ƏBDÜL VƏHHABIN MÜXALİFLƏRİ
    Şeyx Məhəmmədin əqidə və məfkurələrinin yayıldığı və vəhhabi firqəsinin tə’sis olunduğu vaxtdan indiyə qədər, İslam alimləri arasında onun əndişələrinin əleyhinə geniş müxalifət dalğaları yaranmışdır.
    Şafei firqəsinin böyük müftisi Əhməd Zeyni Dehlanın (Məhəmməd ibni Əbdül Vəhhabın müasiri idi) yazdığı kimi, Məhəmməd ibni Əbdül Vəhhabın müxalifləri ilk növbədə onun atası, qardaşı Süleyman, eləcə də öz ustadı idi.
    O, yazır: «Şeyx Məhəmmədin atası və qardaşı (Süleyman) hər ikisi öz dövrünün böyük alimlərindən və Şeyx Məhəmmədin ustadlarından idi. Onun bir sıra ifratçı əqidələri ilə tanış olduqdan sonra camaatın onunla əlaqə saxlamasına mane oldular.
    O, daha sonra yazır: «Məhəmməd ibni Əbdül Vəhhabın qardaşı Şeyx Süleyman Mədinədə onunla birlikdə təhsil almış və daha sonra onunla birlikdə Nəcdə qayıtmışdı. Amma bir az sonra qardaşının ifratçı nəzəriyyələrinin qorxusundan Mədinəyə qayıtdı, orada «Əssəvaiqul-ilahiyyət fi rəddil-vəhhabiyyət» kitabını yazaraq, Nəcddə öz qardaşına göndərdi. Bu kitabda o, qardaşına xitabən belə yazmışdı: «Bu məsələlər (müsəlmanların Şeyx Məhəmmədin tərəfindən şirk və küfr adlandırılan əməlləri) Əhməd ibni Hənbəldən qabaq və İslam rəhbərlərinin dövründə də mövcud idi. Bə’ziləri onları inkar edirdilər, lakin islam rəhbərlərinin heç birindən bu əməllərə mürtəkib olanları kafir və mürtəd hesab edərək, onlara qarşı cihad hökmü verilməsi, yaxud müsəlman ölkələrinin sənin dediyin kimi, «Darul-küfr», «Darul-şirk» ölkəsi adlandırılması eşidilməmiş və ya rəvayət olunmamışdır.
    Həmçinin dörd məzhəb imamlarının dövründən keçən 800 il müddət ərzində İslam alimlərinin heç birindən bu kimi məsələlərin küfr hesab edilməsi eşidilməmişdir. Allaha and olsun, sənin sözündən belə çıxır ki, Əhməd ibni Hənbəlin zamanından sonra Peyğəmbər (s) ümmətinin hamısı, istər alimlər, istər əmirlər, istərsə də ümumxalq kütləsi kafir və mürtəddirlər.
    İnna lillah və inna iləyhi raciun...! Sənin dediyin «Məndən qabaq heç kəs İslam dinini tanımamışdır» sözünə vay olsun!»(Əssəvaiqul ilahiyyə» kitabı.)
    Şeyx Məhəmmədin müasirləri olan və onun əleyhinə kitab və risalə yazan digər alimlərin adını aşağıda qeyd edirik:
    *Şeyx Məhəmməd ibni Süleyman Kürdi; O, Mədinədə Şeyx Məhəmmədin ustadı idi və Şeyx Süleymanın kitabına əlavələr edərək, Şeyx Məhəmmədin əqidələrini rədd edən bir məqalə yazmışdı.
    *Əbdüllah ibni Əbdüllətif Şafei; O, da Şeyx Məhmmədin ustadlarından idi və «Təcridu seyfil-cihad li muddil-ictihad» adlı kitabını onun əqidələrini rədd etmək üçün yazmışdır.
    *Əfifuddin Əbdüllah ibni Davud Hənbəli; O, «Əssəvaiqu vərrəud» adlı kitabını bu barədə yazmış və Bəsrə, Hələb, Bağdad, Ehsa şəhərlərin və sair yerlərin alimləri ona əlavələr etmişlər.
    *Şeyx Əbdüllah ibni İbrahim Taifi; O, «Təhrizul-əğbiya ələl-istiğasəti bil-ənbiyai vəl-övliya» adlı kitabını yazmışdır.
    *Şeyx Tahir Hənəfi; O, «Əl-intisaru lil-övliyail-əbrar» kitabının müəllifidir.
    *Şeyx Əta Məkki; O, «Əs-sarimul hindi fi ünüqin-nəcdi» kitabının müəllifidir.
    *Şeyx Əta Əl-Kəsim və Dəməşqi. O, «Əl-əqvalul mərziyyətu fir-rəddi ələl-vəhhabiyyəti» kitabının müəllifidir.
    Qeyd etmək lazımdır ki, Məkkə alimlərindən olan Əbu Hamid ibni Mərzuq «Ət-təvəssulu ilən-nəbiyyi və cəhalətul-vəhabbiyyin» kitabında Məhəmməd ibni Vəhhaba xitab edərək, onun əqidələri ilə müxalifətçilik edən müasir alimlərdən 40 nəfərin adını qeyd etmişdir. Yuxarıda qeyd olunanlar 40 kitabdan yalnız bir neçəsi idi. Gələn dərslərdə vəhhabilərin əqidə əsasları və onların əməlləri ilə tanış olacağıq.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Vəhhabiyyət firqəsinin banisinin tərcümeyi-halını xülasə şəkildə yazın.
    2. Vəhhabilər Hicaza necə hakim oldular?
    3. Vəhhabi təfəkkürünün əsası nədir?
    4. Vəhhabilər müsəlmanların hansı əməllərini şirk hesab edirlər?
    5. Məhəmməd ibni Əbdül Vəhhabın əqidələri ilə müxalifət edən ən mühüm şəxsiyyətlərin adını qeyd edin.
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 610 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019