İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 7:29 AM
    İYİRMİ ÜÇÜNCÜ DƏRS
    VƏHHABİLİK (5)
    ƏQİDƏLƏR(4)
    1. Allahdan başqası üçün nəzr və qurbanlıq tövhidlə necə uyğun gələ bilər?
    2. Vəhhabilər nəzr və qurbanlıq barəsində necə düşünürlər?
    4. NƏZR VƏ QURBANLIQ
    Qədim zamanlardan bəşər cəmiyyətləri arasında belə bir adət vardır ki, camaat xüsusi niyyət və hədəflər üçün, yaxud məxsus şəraitlərdə qurbanlıq etmiş və ya müəyyən bir işi nəzr adı ilə özlərinə vacib etmişlər. Məsələn nəzir edirlər ki, xəstələri sağalarsa müəyyən bir məbləğ versinlər, yaxud bir qoyunu qurban kəssinlər və s. Əlbəttə bütpərəstlik ayinləri hakim olan cəmiyyətlərdə bütün adına və bütün qarşısında qurbanlıq və nəzr edilirdi. Buna görə də İslam nöqteyi-nəzərindən onların bu əməli müşrikcəsinə edilən bir əməl sayılmış, Allah və Peyğəmbər tərəfindən aşkar şəkildə qadağan edilmişdir. Müsəlmanlar da həmişə Peyğəmbər və din böyükləri, eləcə də müqəddəs məkanlar və bu kimi şeylər üçün nəzr, yaxud da qurbanlıq edirlər. Məsələn, bir kəs belə nəzr edir: «əgər filan hacətim qəbul olsa, müəyyən bir məbləği Peyğəmbər məscidinə və ya o Həzrətin hərəminə, yaxud filan məscidə, xəstəxanaya və ya digər bir yerə verərəm», yaxud da «filan gün filan müqəddəs məkanın zəvvarları və namaz qılanları üçün bir qoyun qurbanlıq edərəm.» Vəhhabilərlə sair İslami firqələr arasında bu məsələ ilə əlaqədar yaranan əsaslı ixtilaf bundan ibarətdir ki, onların fikrincə, Allahdan başqası üçün olan hər növ nəzr və qurbanlıq büt üçün olan nəzr və qurbanlığın nümunəsi kimidir.
    İbni Teymiyyədən soruşulduqda ki: «Məscidlər üçün, ölü və diri şəxsiyyətlər üçün pul, dəvə, qoyun, şam, yağ və sair bu kimi şeyləri nəzr etmək olarmı? İnsanın «əgər övladım salamat qayıtsa, filan imam üçün filan məbləğ pul verəcəyəm» - deyə nəzr etməsi səhihdirmi?» O, bu suala belə cavab verdi: Bizim alimlərimiz belə nəzrləri caiz hesab etmir və insanın bir şeyi qəbir, yaxud qəbrin mücavirləri üçün nəzr etməyinə icazə vermirlər. Əgər pul, yağ, şam, heyvan və sair kimi şeylər bu yolda nəzr edilərsə, onun nəzri günah hesab olunacaqdır. Belə ki, Peyğəmbərdən (s) nəql olunan səhih bir hədisdə deyilir: «Hər kəs Allaha itaət etməyi nəzr etsə, gərək itaət etsin (nəzri səhihdir), Allaha günah etməyi nəzr edən şəxs o günahı etməməlidir (onun nəzri batildir).»
    Məhəmməd ibni Əbdül Vəhhab deyir: «Peyğəmbər (s) müşriklərlə vuruşdu ki, hər bir şey, o cümlədən zibh və qurbanlıq da Allah üçün olsun.» Sonra deyir: «Məgər namaz və qurbanlıq ibadət deyildirmi? Əgər bir məxluq üçün qurbanlıq edirsinizsə, Allaha ibadətdə şərik qoşmursunuzmu? Mələklərə və saleh şəxsiyyətlərə ibadət edən müşriklər onlar üçün qurbanlıq kəsərək, dua etmirdilərmi və ya onlara sığınmırdılarmı?»(«Kəşfüş şübəhat».)
    Sən’ani də belə deyir: «İbadətdə tövhid yalnız bununla kamil olar ki, hər bir şey, o cümlədən qurbanlıq Allah üçün olsun. Buna əsasən qəbirlərin kənarında qurbanlıq etmək müşriklərin əməli kimidir. Belə ki, onlar bütlərin yanında qurbanlıq edirdilər.» Həmçinin belə deyir: «Qurbanlıq edən şəxslərdən soruşuruq: Bunu Allah üçün və Onun razılığı naminə yerinə yetirirsinizmi? Onda nə üçün bu işi qəbirlərin kənarında edirsiniz? Əgər bu yolla qəbrin sahibinə ehtiram qoyub ona tə’zim etmək istəyirsinizsə, onda müşrik sayılırsınız. Əgər belə məqsədiniz olmasa, onda qəbri qana batırmaq, camaatın üst-başını murdarlamaq istəyirsiniz.»(«Təthirul-e’tiqad».)
    Sən’ani nəzr barəsində belə deyir: «Hər kəs belə bir iş görsə ibadətdə şirkə düçar olmuşdur, hansı məxluq üçün nəzr etmişdisə, o məxluq onun mə’budu sayılır. Məxluqun xeyir və zərər sahibi olmasına e’tiqad bəsləmək, onu şəfaətçi etmək şirkdir. İnsanın malını və övladını ölü və ya yaxud diri üçün nəzr etməsinə gəldikdə isə, bu şübhəsiz şirkdir! Bu kimi əqidələr cahiliyyət əqidəsidir və belə nəzrlər cahiliyyət dövründəki camaatın əməllərinə oxşayır».
    O, sözünün davamında deyir: «Əgər «bu qurbanlıqların və nəzrlərin hökmü nədir?» - deyə soruşsanız, cavabında deyəcəyik: Camaatın var-dövləti özləri üçün əziz və sevilməlidir. Nəzr edib malının bir miqdarını bir tərəfə qoyan şəxs yalnız zərəri dəf edib, yaxud fayda aparmağa inanır. Əgər əməlinin yanlış olmasını bilsəydi, heç vaxt bu işi görməzdi. Deməli, əvvəlcə ona demək lazımdır ki, onun bu işi malını zay etməkdir və bu işdə nəinki bir fayda hasil etməmiş, üstəlik zərəri də dəf etməmişdir.» Sonra deyir: «Alimlərin vəzifəsi budur ki, bu əməl və e’tiqadların şirk və haram olduğunu izah etsinlər və bildirsinlər ki, bu işlər müşriklərin öz bütləri qarşısında yerinə yetirdikləri həmin əməllər kimidir.»(«Təthirul-e’tiqad».)
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    Vəhhabilərin nəzr və qurbanlıq barəsindəki nəzəriyyəsini araşdırıb onun səhih və ya batil olmasını ayırd etmək üçün bir neçə məsələni qeyd etmək lazımdır:
    1. Şübhəsiz qurbanlıq etmək həmişə ibadət ünvanı ilə edilmir və ibadət də deyildir. Çünki əksər hallarda heyvanın başı zibh olunarkən Allahın adını dilimizə gətirməyimiz yalnız buna görədir ki, o heyvanın əti halal olsun, çünki Allah-taala buyurur:
    «Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır...» (Ən’am‒121.)
    Bə’zən mümkündür ki, zibh edilmə məxluqa aid edilsin. Məsələn, «bu qoyunu qonaqlar üçün zibh etmişik» desək, belə çıxır ki, biz qonaqların dərgahına yaxınlaşmaq məqsədilə bu işi görmüşük və bizim bu qonaqpərvərliyimiz ibadət hesab olunur?!
    Məlumdur ki, qurbanlıq etməkdə məqsəd hansısa bir yerə yaxınlaşmaq olsa, o surətdə ibadət hesab olunur; bir kəs qurbanlıq etməklə Allahdan başqasına yaxınlaşmaq istəsə, şirkə düçar olar. Amma müsəlmanların müqəddəs məkanlarda etdikləri əməli yə’ni, qurbanlığı şirk hesab etmək olmaz. Müsəlmanlar heç vaxt Allahdan başqasına yaxınlaşmaq məqsədi güdmür, müqəddəs məkanlarda ibadətin daha çox savabı və dəyəri olduğundan, öz qurbanlıqlarını o yerlərdə yerinə yetirirlər. Digər tərəfdən də niyyət edirlər ki, məsələn, bu qurbanlığın savabı Peyğəmbərə, imama, yaxud o müqəddəs məkanda dəfn olunmuş saleh bir insana çatsın.
    Hər hansı bir xeyir işi yerinə yetirib onun savabını ölülərin ruhuna hədiyyə etmək, bütün müsəlmanların nəzərində məqbul məsələdir. Bu barədə çoxlu rəvayətlər də nəql olunmuşdur. O cümlədən buyurulur: Bir kişi Peyğəmbərin yanına gəlib dedi: «Ya Rəsuləllah! Mənim anam vəsiyyət etmədən vəfat etmişdir. Zənnimcə, əgər diri olsaydı sədəqə verərdi. Mən sədəqə versəm ona bir fayda çatdırarmı?» Peyğəmbər (s) buyurdu: «Bəli.» Sonra həmin kişi soruşdu: «Nə sədəqə verim?» Həzrət (s) buyurdu: «Su.» Ona görə də həmin kişi quyu qazdı və dedi ki, bu anam üçündür.»(«Səhihi Müslüm», Ayişədən nəqlən.)
    O kişinin «Bu anam üçündür» deməsinin mə’nası bu deyildir ki, bu işlə anamın dərgahına yaxınlaşmaq istəyirəm; məqsədi budur ki, bu işin savabını anama hədiyyə edirəm.
    2. Qurbanlıq barəsində qeyd olunduğu kimi, nəzr barəsində də əgər nəzr edənin məqsədi bu işlə Allahdan başqasına yaxınlaşmaq olarsa, şübhəsiz şirkə mübtəla olar. Halbuki, bütün müsəlmanlar nəzr verməklə yalnız Allaha yaxınlaşmaq istəyirlər. Çünki hər hansı bir şeyi nəzr etdikdə deyərlər ki: «Lillahi ələyyə kəza, in kanə kəza» yə’ni, əgər bu iş belə olarsa, Allah görə mənim öhdəmə filan iş olsun. Müsəlmanların peyğəmbər və yaxud imam üçün nəzr etməsindən məqsəd, məhz onların Allaha yaxınlaşmasıdır. «Lillahi ələyyə kəza» deməklə tə’kid edirlər ki, Allah görə mənim öhdəmədir ki, misal üçün, filan işi Rəsuli-Əkrəm üçün yerinə yetirim. Bu nəzrin mə’nası Allah dərgahına yaxınlaşmaq və savabını Peyğəmbərə (s) hədiyyə etməkdir. Diqqət yetirmək lazımdır ki, Qur’ani-kərimdə «Əs-sədəqatu lil füqəra»(Tövbə‒60) deyilməsinin mə’nası bu deyildir ki, sədəqəni fəqirlərə yaxınlaşmaq üçün vermək lazımdır. Əksinə, mə’nası budur ki, sədəqənin xeyir və faydaları fəqirlərə çatmalıdır, onların ehtiyacları tə’min olunmalıdır. Amma, əsas niyyət Allah dərgahına yaxınlaşmaqdır.
    3. Qurbanlıq və nəzr barəsində Peyğəmbəri-Əkrəmdən (s) çoxlu rəvayətlər nəql olunmuşdur. O hədislərin hamısında Allahdan başqası üçün nəzr və qurbanlıq edilməsinə icazə verilir. Bu məsələdə yalnız bir hal istisna olunur, o da müşriklərin və bütpərəstlərin əməli ilə qarışıq düşməsi ehtimal olunan hallardır.. Aşağıdakı rəvayətlərə diqqət yetirin:
    *Peyğəmbərin (s) dövründə bir kişi nəzr etmişdi ki, bir dəvəni Dəvanədə (qırmızı dənizin sahilində bir çölün adıdır) qurbanlıq etsin. Peyğəmbərin (s) yanına gəlib öz məqsədini bildirdi. Həzrət (s) ona buyurdu: «Orada cahiliyyət dövründə pərəstiş edilən bütlərdən biri vardırmı?» Kişi dedi: «Xeyr.» Həzrət buyurdu: «Orada cahiliyyət dövrünə məxsus olan bayramlardan biri keçirilirdimi?» Dedi: «Xeyr.» Sonra Peyğəmbər (s) buyurdu: «Öz nəzrinə vəfa et, çünki (yalnız) Allaha qarşı günah sayılan və insanın malikiyyətində olmayan yerlərdə nəzr etmək caiz deyildir.»(«Sünəni ibni Davud», 2-ci cild.)
    *Meymunə adlı bir şəxs Peyğəmbərə (s) ərz etdi: «Mən nəzr etmişəm ki, əlli baş qoyunu Dəvanədə qurbanlıq edəm». Peyğəmbər (s) ondan soruşdu: «Orada büt varmı?» Dedi: «Xeyr». Həzrət (s) buyurdu: «Onda öz nəzrinə əməl et».(Mö’cəmül-Büluan», 2-ci cild.)
    *Bir qadın Peyğəmbərin (s) yanına gəlib dedi: «Nəzr etmişəm ki, xüsusi bir məhəldə qurbanlıq edəm». Peyğəmbər (s) buyurdu: «Orada büt varmı?» Dedi: «Xeyr». Peyğəmbər (s) buyurdu: «Öz nəzrinə vəfa et».(«Sünəni ibni Davud», 2-ci cild.)
    *Əhməd ibni Hənbəl, Əbu Davud və Termezi rəvayət etmişlər ki, Peyğəmbər (s) öz mübarək əli ilə qurbanlıq edib belə buyurdu: «Pərvərdigara! Bu mənim və ümmətimdən qurbanlıq etməyə qadir olmayanların tərəfindən olan bir qurbanlıqdır ».
    *Seyf və Əbu Davud, Əli ibni Əbi Talib (ə)-dan nəql edirlər ki, o həzrət Peyğəmbərin (s) yerinə qurbanlıq kəsib buyurdu: «Rəsuli-Əkrəm (s) mənə vəsiyyət etmişdir ki, onun yerinə qurbanlıq edəm».
    Bu barədə nəql olunan rəvayətlər məcmusundan belə nəticə alınır ki, savabını başqa şəxslərə, yaxud heç bir şirk ehtimalı olmayan, ehtirama malik olan məkanlara hədiyyə etmək məqsədilə nəzr etmək caiz və bəyənilən işdir. Yalnız o nəzrlər caiz deyildir ki, Allahdan başqasına yaxınlaşmaq məqsədi və ibadət ünvanı ilə edilsin. Müqəddəs məkanlarda, yaxud saleh insanların, böyüklərin, üzərimizdə haqqı olan şəxslərin və s. tərəfindən qurbanlıq etməyin də hökmü eynidir.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Vəhhabilər hansı dəlilə görə müqəddəs şəxslərə və ya məkanlara qurbanlıq və nəzri bütpərəstliyin nümunəsi hesab edirlər?
    2. Sən’aninin nəzr və qurbanlıq barəsindəki nəzərini bəyan edin.
    3. Hansı hallarda Allahdan başqası üçün nəzr və qurbanlığın şirklə ziddiyyəti yoxdur?
    4. Nəzr və qurbanlıqla əlaqədar rəvayətlərdən hansı nəticəni almaq olar?
    İYRİMİ DÖRDÜNCÜ DƏRS
    VƏHHABİLİK (6)
    ƏQİDƏLƏR (5)
    1. Peyğəmbərlərin və övliyaların qəbirlərinə ehtiram qoymaq caizdirmi?
    2. İlahi övliyaların qəbri üzərində bina tikməyin hökmü necədir?
    3. Vəhhabilərin ilahi övliyaların qəbri barədəki əməl və nəzərləri nədən ibarətdir?
    5. BÖYÜK ŞƏXSİYYƏTLƏRİN QƏBİRLƏRİNƏ EHTİRAM QOYMAQ
    Müsəlmanlar İslamın zühur etdiyi ilk əvvəllərdən hazırkı əsrə qədər, din böyüklərindən hər hansı biri dünyadan gedərsə, sağlığında malik olduğu ehtiram və məhəbbətin şiddətindən, ölümündən sonra da onun qəbrinə xüsusi əhəmiyyət verir, məhəbbət və ehtiramlarını bildirmək üçün qəbr sahibinin ziyarətinə gedirlər; bə’zən qəbrin yaxınlığında dua və ibadətlə məşğul olur, ziyarətçilərin asayiş və rahatlığı üçün orada bina tikir və bə’zən qəbir sahibinin malik olduğu hörmət və müqəddəsliyə görə onun qəbrinə ehtiram əlaməti olaraq, məqbərə də düzəldirlər.
    Bu kimi əməllər təqribən İslamın bütün dövrlərində mövcud olmuş və islam cəmiyyətində bir növ sünnət, (adət-ən’ənə) formasını almışdır. Amma vəhhabi məzhəbi bütün bu əməllərə bütpərəstlik və şirk damğası vuraraq bu işlərlə kəskin mübarizə aparırdı. Buna görə də bu və gələn dərsdə vəhhabilərin bu barədə irəli sürdükləri nəzəriyyəni araşıdaracığıq.
    a). Ziyarət;
    Vəhhabilərin nəzərində peyğəmbərlərin, ilahi övliyaların, hətta Peyğəmbəri-Əkrəmin (s) qəbrini ziyarət etmək mütləq şəkildə şirk və haram kimi cilvələndirilir. İbni Teymiyyə deyir: «İslam dininin əsaslarından biri də budur ki, Peyğəmbər qəbirlər barəsində heç bir göstəriş verməyib, peyğəmbərlərin və salehlərin qəbirləri kənarında bir şey düzəltməyi öz ümməti üçün qanun bilməyib. Bu, müşriklərin adət-ən’ənəsidir ki, Allah onların barəsində belə buyurub:
    «Kafirlər dedilər: Öz mə’budlarınıza pərəstiş etməkdən əl çəkməyin, Vəd, Sər’, Yəğus, Yəuq və Nəsr’ (bütlərin adlarıdır) pərəstiş etməkdən əl çəkməyin».[Nuh-23]
    İbni Abbas demişdir: «Bu beş nəfər Nuh qövmündə olan beş saleh şəxsiyyət idi ki, öldükdən sonra camaat onların qəbirlərinin üzərində heykəl düzəldərək pərəstiş etdilər.»(«Minhacus-sünnə».)
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    İbni Teymiyyənin bu sözlərindən belə başa düşülür ki, Peyğəmbərin (s) və ilahi övliyaların qəbirlərini ziyarət etmək Nuh qövmünün müşriklərinin əməli kimidir. Belə ki, onlar öz qövmünün böyük və saleh şəxsiyyətlərini pərəstiş edib və ibadət üçün heykəl düzəldirdilər. Buna görə də İbni Teymiyyə bu işlə müxalifətçilik edirdi.
    Aydındır ki, müsəlmanlardan hər hansı biri Peyğəmbərin (s) və ya ilahi övliyaların qəbirlərinə sitayiş etmək məqsədi ilə onların şərif qəbirlərinin ziyarətinə getsə, şübhəsiz ki, şirkə düçar olur. Amma sualımız budur ki, müsəlmanlardan hansı biri Peyğəmbərin (s) qəbri önündə səcdə və ibadət edir. Başqa sözlə desək, o şərif qəbri özünə qiblə seçir?
    Müsəlmanlar qəbir sahibinə öz ehtiram və məhəbbətlərini bildirmək, nəticədə üzü qibləyə namaz qılıb savabını qəbir sahibinin əzəmətli ruhuna hədiyyə etmirlərmi? Bu əməllə bütpərəstlərin və müşriklərin yerinə yetirdikləri əməl müqayisəolunmaz dərəcədə fərqlidir və azacıq diqqət yetirməklə onu dərk etmək olar.
    Bundan əlavə, Rəsuli-Əkrəm (s) qəbirləri ziyarət etməyə dair çoxlu tövsiyələr edərək buyurmuşdur: «Qəbirləri ziyarət edin, çünki onların ziyarət edilməsi sizə axirəti xatırladır».(«Sünəni ibni Macə», 1-ci cild.)
    O həzrətdən (s) rəvayət olunan başqa bir hədisdə deyilir: «Mən əvvəllər sizi qəbirləri ziyarət etməkdən çəkindirdim, amma bundan sonra ziyarət edin, çünki qəbirlərin ziyarət edilməsi dünyada zahidliyə və axirətin xatırlanmasına səbəb olur».(«Sünəni ibni Macə», 1-ci cild.)
    Başqa bir yerdə Ayişədən belə nəql olunur: «Rəsuli-Əkrəm (s) qəbirlərin ziyarətinə icazə verdi».(«Sünəni ibni Macə», 1-ci cild.)
    Rəvayət olunmuşdur ki, Peyğəmbər (s) anasının qəbrinin ziyarətinə gedib orada ağladı, ətrafında olanlar da ağladı. Sonra həzrət buyurdu: «Pərvərdigarımdan anamın qəbrinə ziyarət etmək üçün icazə istədim və O da icazə verdi. Belə isə, siz də qəbirlərin ziyarətinə gedin, çünki bu iş insana ölümü xatırladır».(«Səhihi Müslüm», 3-cü cild.)
    Mö’minlərin qəbirlərini ziyarət etmək Peyğəmbərin (s) bu qədər diqqət yetirdiyi və tövsiyə etdiyi məsələlərdəndirsə, onda o həzrətin (s) öz qəbrini və sair din başçılarının qəbirlərini ziyarət etmək sözsüz ki, bəyənilən bir işdir. Bundan əlavə, o Həzrətin özü də onun qəbrinin ziyarət edilməsini tövsiyə edərək buyurmuşdur: «Hər kəs mənim qəbrimi ziyarət etsə, mənim şəfaətimə nail olacaqdır.». Bu hədisi hədisşünaslar və məşhur müəlliflərin çoxu öz kitablarında qeyd etmişlər. O cümlədən, Darqutni «Sünən» kitabında, Mavurdi «Əl-əhkamus-sultaniyyə» kitabında, İbni Əsakir «Tarix» kitabında, Süyəki Şafei «Şifaus-siqam» kitabında, İbni Xüzeymə «Səhih» kitabında və s.-ni qeyd etək olar. Peyğəmbər (s) başqa bir hədisdə buyurur: «Hər kəs həcc etdikdən sonra mənim qəbrimi (vəfatımdan sonra) ziyarət etsə, məni sağlığımda ziyarət edən şəxs kimidir.» Şeybani, Əbu Yə’la, Bəğli, Beyhəqi, Darqutni, İbni Əsakir və sair alimlərdən bir çoxu bu hədisi rəvayət etmişlər.
    Peyğəmbər (s) başqa bir hədisdə buyurur: «Bir kəs Allah evinin ziyarətinə gedib məni ziyarət etməsə, mənim haqqımda zülm etmişdir». Səmhudi, Darqutni, Qəstəlani və başqaları bu hədisi rəvayət etmişlər.
    b) Qəbirlərin üzərində bina tikilməsi;
    Vəhhabilər tərəfindən şirkin növü sayılan digər bir məsələ ilahi övliyaların qəbirləri üzərində bina tikməkdir. İbni Qəyyim Coziyyə (İbni Teymiyyənin məşhur şagirdi idi) bu xüsusda deyir: «Qəbirlərin üzərində tikilən binaları uçurtmaq vacibdir, dağıdılması mümkün olduğu halda onun bir gün belə saxlanılması caiz deyildir.»(İbni Qəyyim, Zadul məad fi hüda xeyril ibad».) Sən’ani də belə deyir: «Qəbir üzərində tikilən bina büt kimidir. Cahil bütpərəstlərin düzəldərək onu büt və sənəm dedikləri şeyi qəbrə əlaqələri olanlar edir və onun adını qəbir və məşhəd qoyurlar. Büt adını dəyişdirmək, həqiqətdə bir şeyi büt olmaqdan xaric etmir.»(Sən’ani, «Təthirul-e’tiqad».)
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    Vəhhabilərin öz nəzəriyyələrini isbat etmək üçün gətirdikləri ən mühüm sənəd Əbil Həyyac Əsəddən nəql olunan rəvayətdir. O, deyir: «Əli ibni Əbi Talib mənə buyurdu: Mən səni, Peyğəmbərin məni seçdiyi bir iş üçün seçmədimmi? Yə’ni, heç bir təsviri qoyma qalsın, hamısını məhv et, heç bir uca qəbri qoyma qalsın, onu yerlə bərabər et».
    Bu rəvayətə əsasən vəhhabilər inanırlar ki, qəbri yerlə eyni səviyyədə etmək, onun üzərində düzəldilən binaları dağıtmaq Peyğəmbəri-Əkrəmin göstəriş və tövsiyəsidir.
    Bu hədis həm sənəd, həm də dəlalət baxımından münaqişəli və iradlıdır. Sənəd baxımına gəldikdə, bu hədisin rəvayətçiləri silsiləsində Vəki’, Süfyan Suri, Cəlil ibni Sabit, Əbi Vail Əsədi kimi şəxslər vardır ki, hədisşünasların nəzərində mö’təbər sayılmırlar. O cümlədən, İbni Həcər Əsqəlani «Təhzibut-təhzib» kitabında Əhməd ibni Hənbəldən Vəki’nin barəsində belə nəql edir ki, o, beş yüz hədisdə səhv etmişdir. O, həmçinin İbni Mübarəkdən Süfyan barəsində nəql edərək deyir: «Bir gün Süfyan hədis oxuyurdu, bu vaxt onun yanına gəlib gördüm ki, hədisdə müəyyən dəyişikliklər edir (buna tədlis deyilir). Məni görən kimi xəcalət çəkdi». Həmçinin İbni Həcər İbni Əbi Sabit barəsində İbni Həyyandan nəql edir ki, o, müdəllis idi (yə’ni, özünün ürəyi istədiyi kimi hədisləri təhrif edirdi). O, Əbu Vail Əsədini də nasibi və Əlinin (ə) yolundan azanlardan hesab edir.(İbni Həcər Əsqəlani, «Təhzibut-təhzib».)
    Amma dəlalət baxımına gəldikdə isə, qeyd etmək lazımdır «səvvəytəuhu» kəlməsi «dağıdıb yerlə yeksan, eyni səviyyədə etmək» - deyildir. Çünki əgər belə olsaydı, əvvəla bu felin vasitəsiz tamamlığı olmalıydı. Məsələn həzrət (ə) belə buyurmalı idi ki: «Heç bir qəbri yerlə yeksan etməmiş qoyma». «Səvvəytəhu» fe’linin tamamlığı səth, müstəvi şəkilində etmək, onun iki tərəfini bərabər etmək deməkdir. Bu mə’na dəvə beli kimi düzəldilən qəbirlər barəsində səhih ola bilər.
    İkincisi, əgər qəbrin yerlə eyni səviyyədə edilməsi nəzərdə tutulursa da, bu, müsəlmanların qəbri yerdən bir qarış qaldırmaq əsasında olan qət’i sünnəsi ilə uyğun gəlmir.
    Bundan əlavə əgər məqsəd qəbri yerlə eyni səviyyədə düzəltmək olsa, onda ziyarət edənlərin rahatlıq və asayişi üçün düzəldilən binaların dağıdılmasına haradan dəlalət edir?
    Digər məsələ budur ki, əgər qəbir üzərində bina tikmək qadağandırsa, onda Peyğəmbərin səhabələri hansı əsasa görə o həzrətin mütəhhər cənazəsini Aiyşənin otağında dəfn etdilər və dəfn mərasimindən sonra nəinki otağı dağıtmadılar, üstəlik onun divarlarını düzəldib tə’mir etdilər.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Vəhhabilər hansı ayəyə əsasən qəbirlərin ziyarət olunmasını haram hesab edirlər?
    2. Vəhhabilərin ziyarətin haram olması ilə əlaqədar gətirdikləri dəlili araşdırın.
    3. Nə üçün vəhhabilər qəbrin yerlə eyni səviyyədə olmasını iddia edirlər?
    4. Vəhhabilərin qəbirlərin yerlə eyni səviyyədə olması ilə əlaqədar istinad etdikləri hədisi araşdırın.
    İYİRMİ BEŞİNCİ DƏRS
    VƏHHABİLİK (7)
    ƏQİDƏLƏR(6)
    1. İlahi övliyaların qəbirləri üzərində məscid tikmək tövhidlə uyğundurmu?
    2. Qəbirlərin kənarında dua və ibadət etməyin hökmü nədir?
    3. Qəbirlərin üzərində çıraq yandırmaq və onlardan təbərrük etməyin hökmü nədir?
    4. Vəhhabilərin yuxarıdakı hallarda nəzəri necədir?
    V) CALEH BƏNDƏLƏRİN QƏBİRLƏRİ ÜZƏRİNDƏ MƏSCİD TİKMƏK
    Vəhhabilər Peyğəmbəri-Əkrəmdən nəql olunan bir hədisə istinad edərək saleh bəndələrin qəbirləri üzərində, yaxud onun qonşuluğunda məscid tikməyi caiz bilmir və bu işi bir növ qəbrə sitayiş etmək adlandıraraq, onu şirk hesab edirlər.
    Vəhhabilərin istinad etdikləri hədislər aşağıdakılardır:
    Nəsai öz «Sünən» kitabında İbni Abbasdan belə rəvayət edir: «Peyğəmbəri-Əkrəm qəbirlərin ziyarətinə gedən qadınları, eləcə də qəbirləri məscid qərar verənləri və onun üzərində çıraq yandıranları lə’nətləmişdir».
    Buxari «Səhih» kitabında Aiyşədən nəql edir ki, Peyğəmbər (s) buyurdu: «Allah məsihilərə və yəhudilərə lə’nət eləsin, çünki onlar peyğəmbərlərinin qəbrini məscid qərar verirdilər». Ayişə sonra dedi: Əgər belə olmasaydı, Peyğəmbərin qəbrini aşkar edərdilər (və onun qarşısından pərdə asmazdılar), amma mən bundan qorxuram ki, onu məscid qərar versinlər (buna görə də o pərdəni qaldırmıram)».
    Müslüm də öz «Səhih» kitabında rəvayət edir: «Allah yəhud qövmünü məhv etsin, çünki onlar peyğəmbərlərinin qəbrini məscid qərar vermişdilər».
    Vəhhabilər bu kimi rəvayətlərdən nəticə almışlar ki, qəbirlərin üzərində məscid tikmək caiz deyildir. İbni Teymiyyə «Ziyarətul-qubur» risaləsində yazır: Bizim alimlərimiz demişlər ki, qəbirlərin üzərində məscid tikmək caiz deyildir».
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    Bu rəvayətlərin düzgünlüyündə edilən münaqişəni nəzərə almasaq belə, onun dəlalət baxımından vəhhabilərin nəzərini təsdiq etməsi nəzərə çarpmır. Çünki bu hədislərin hamısında qəbirlərin məscid edilməsi ilə əlaqədar xəbərdarlıq edilir. Həqiqətdə belə bir nigarançılıq var idi ki, müsəlmanlar da yəhudi və məsihilər kimi peyğəmbərlərin və saleh bəndələrin qəbirlərini mə’bəd qərar verərək onlara pərəstş etsinlər. Belə olan surətdə şəriət baxımından onların qarşısı alınmalıdır, çünki bu əməlin şirk olmasında heç bir şəkk-şübhə yoxdur. Müddəamızın şahidi Peyğəmbəri-Əkrəmin (s) Allaha xitabən ərz etdiyi duadır: «Pərvərdigara, mənim qəbrimi ibadət olunan büt qərar vermə».(«Müsnədi Əhməd ibni Hənbəl», 3-cü cild.)
    Əgər peyğəmbərlərin qəbirləri məscid və qibləgah formasına düşərsə, qəbir və onun sahibi pərəstiş edilərsə, əlbəttə şirk və haramdır. Amma sualımız budur ki, müsəlmanların hansı biri ilahi övliyaların qəbrinin yanında məscid tikməklə öz qibləsini dəyişdirərək Allah dərgahında ibadət və səcdə etmək əvəzinə, o qəbir və onun sahibinə səcdə və pərəstiş edir?
    Şərif məzarlarda məscid tikilməsini səbəbi ilk növbədə bu işlə həmin məkanlara daha artıq müqəddəslik və hörmət gətirmək və onun savabını həmin yerdə dəfn olunanın sahibinə hədiyyə etmək, eləcə də ibadət və dua mərasimlərini yerinə yetirilməsi şəraitini ziyarətçilər üçün tə’min etməkdir.
    Amma bu işlərin hamısında yeganə niyyət Allah dərgahına yaxınlaşmaqdır, qiblə də məhz Beytullahul-həramdır.
    q) Qəbirlərin üzərində çıraq yandırmaq;
    Yuxarıda, Peyğəmbərin qəbirləri ziyarət edən qadınları, eləcə də qəbirlərin üzərində çıraq yandıranları nifrin etməsi barədə İbni Abbasdan nəql olunan hədis vəhhabilər tərəfindən qəbirlərin üzərində çıraq yandırmağın haram olmasını isbat etməyə bir əsas verir.
    Bu əqidəni araşdırarkən demək lazımdır ki:
    1. Bu hədis sənəd baxımından zəifdir, çünki hədisin sənədində «Bazan» künyəsi ilə tanınan Əbu Saleh vardır və bu şəxs mühəddislərin nəzərində mö’təbər sayılmır. Nəsai onun barəsində deyir: «Siqə (e’timad olunası adam) deyildir.» İbni Ədi demişdir: «Bir kəsi görmədim ki, ondan razı olsun.» Əbu Hatəm deyir: «Onun hədisini dəlil gətirmək olmaz».
    2. Mətninin dəlaləti baxımından demək lazımdır ki, çırağın yandırılması o yerdə qadağan olunur ki, onun heç bir faydası olmasın və nəticəsi yalnız malın tələf edilməsi olsun. Əks halda, əgər fəzanın işıqlandırılması, namaz, dua, Qur’an oxumaq üçün münasaib şərait yaradılması üçün olsa, buna hansı əsasla irad tutmaq olar? Bundan əlavə, Termezi İbni Abbasdan nəql edir ki: «Bir gecə Peyğəmbəri-Əkrəm bir qəbirə daxil oldu və onun üçün çıraq yandırdı».
    Alimlər də məhz bu mə’na əsasında fətva vermişlər. O cümlədən Əzizi «Şərhi camius-səğir» kitabında yazır: «Qəbir üzərində çıraq yandırılması o zaman qadağan olunur ki, onun heç bir şəkildə faydası olmasın, əks halda bu işin heç bir iradı yoxdur». Həmin nəzərin oxşarını Sindi Nəsainin «Sünən» kitabının haşiyəsində və Muğni «Camius-səğir»in haşiyəsində bəyan etmişdir.
    d) Qəbrin kənarında dua oxumaq və namaz qılmaq;
    İbni Teymiyyə «Ziyarətil-qubur» adlı risaləsində yazır: «Səhabələr Peyğəmbərin (s) rövzəsinə və onun qəbrinin kənarına gələndə salam verirdilər. Dua etmək istəyəndə qəbirdən üz döndərib qibləyə tərəf dururdular.» O, daha sonra deyir: «Keçmiş alimlərdən heç biri qəbirlərin kənarında namaz qılmağı müstəhəbb hesab etməmiş, orada yerinə yetirilən dua və namazı başqa yerlərdəkindən əfzəl hesab etməmişlər, əksinə onların hamısı fikir birliyindədirlər ki, məscidlərdə və evlərdə qılınan namaz saleh bəndələrin və peyğəmbərlərin qəbirləri kənarında qılınan namazdan yaxşıdır».
    Bu nəzəri araşdırarkən deməliyik ki:
    Əvvəla: «Peyğəmbəri-Əkrəmin, yaxud sair peyğəmbər və salehlərin qəbrinin kənarında dua və namazın caiz olmasını hər bir məkanda namaz qılıb dua oxumağın caiz olmasının ümumiyyəti ilə isbat etmək olar.
    İkincisi: Şərif məkanlar, o cümlədən peyğəməbərlərin və ilahi övliyaların qəbirləri ibadət üçün daha münasibdir. Çünki, onların orada dəfn olunması onlara şərafət gətirir. Əgər belə olmasaydı, Allah-taala mö’minlərin İbrahim (ə) məqamında namaz qılmalarını tə’kid etməzdi.
    «(Ya Məhəmməd!) Yadına sal ki, biz Kə`bəni insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey mö`minlər!) Sizə də: "İbrahimin durduğu yeri özünüzə namazgah edin!” – dedik...» (Bəqərə-125.)
    Üçüncüsü: Rəvayət olunmuşdur ki: Fatimeyi Zəhra hər cümə axşamları əmisi Həmzənin qəbrinin ziyarətinə gedir, orada namaz qılır və ağlayırdı.(«Sünəni Kübra», 4-cü cild.) Halbuki həzrət Həmzə hicrətin 3-cü ilində şəhid olmuşdu, Peyğəmbər (s) isə hicrətin 10-cu ilində vəfat etmişdir.
    Deməli, Fatimeyi-Zəhra yeddi il əmisi Həmzənin qəbrinin ziyarətinə getmiş və orada namaz qılmışdır. Əgər bu iş caiz olmasaydı nə üçün Peyğəmbər (s) onu bu işdən çəkindirməmişdir?
    e) Qəbrə təbərrük etmək;
    Vəhhabilər saleh bəndələrin qəbrini öpüb təbərrük etməyi və onların üzərlərinə toxunmağı caiz bilmir, həmçinin bunu bütpərəstlərin və müşriklərin əməllərinə oxşadırlar.
    Amma, diqqət yetirmək lazımdır ki:
    1. Qəbrə təbərrük etmək qəbir sahibinin hörmətinə e’tiqad bəsləmək və eləcə də ona məhəbbət və ehtiram göstərmək üçün edilir. Buna görə də əgər qəbirlərə ehtiram və tə’zimi ibadət sayıb, onun haram və şirk olduğunu desək, onda Kə’bəyə ehtiram, tə’zim, təvaf etmək və Həcərül-əsvədə əl sürtüb tə’zim etmək, İbrahim məqamına və Hicrə tə’zim etmək də şirk sayılacaqdır. Eləcə də ata-anaya ehtiram göstərmək, onların qarşısında tə’zim etmək, mələklərin Adəmə səcdə etməsi, həzrət Yusifin ata-anası və qardaşlarının onun qarşısında səcdə etməsi və bu kimi işlərin hamısı onlara ibadət sayılaraq, haram və şirk olardı. Halbuki heç kəs bu fikirdə deyildir.
    2. Peyğəmbərin (s) şərif qəbri üzərində təbərrük etmək və ona toxunmaq böyük şəxsiyyətlərin və səhabələrin adətləri idi. Rəvayət olunub ki, Peyğəmbər (s) dəfn olunandan sonra Fatimeyi-Zəhra qəbrin torpağından götürüb gözünə sürtdü və ağladı.(«İrşadus-sari», 3-cü cild, «Vəfaul-vəfa», 4-cü cild və s.) Həmçinin rəvayət olunmuşdur ki, bir gecə Bilal Peyğəmbəri (s) yuxuda gördü. Peyğəmbər ona xitabən buyurdu: «Bilal! Bu nə cəfadır ki, mənim haqqımda rəva görüb ziyarətimə gəlmirsən?» Bilal ağlar halda yuxudan durdu və Peyğəmbərin (s) qəbrini ziyarət etmək məqsədi ilə Mədinəyə yola düşdü. Peyğəmbərin (s) qəbrini qucaqladı və ağladı.(«Siyəru ə’lamin-nəbla», 1-ci cild, Usdul-ğabə, 1-ci cild, «Şifaus-siqam», səh.39) Həmçinin İbni Münkədərdən rəvayət olunmuşdur ki, o, dili tutularkən özünü üzü üstə Peyğəmbərin (s) qəbrinin üstünə saldı. Bunun səbəbini soruşduqda, dedi: «Narahatlığım (və xəstəliyim) var idi, Peyğəmbərin (s) qəbri ilə şəfa aldım».(«Vəfaul-vəfa», 2-ci cild.)
    Z. Bayram keçirmək;
    Vəhhabilər Peyğəmbərin (s) milad günündə şadlıq və bayram mərasimlərinin keçirilməsini bid’ət hesab edirlər. İbni Teymiyyə deyir: «Bu günün bayram hesab edilməsi yeni bir işdir və İslamda onun əsası yoxdur. Nə əvvəlkilərin, nə Peyğəmbər (s) Əhli-beytinin və nə də başqa şəxslərin arasında bu günün bayram kimi qeyd edilməsi görünməmişdir. Bu əməl məsihilərin həzrət İsa (ə)-la bağlı əlamətdar günlərini qeyd edilməsi kimidir. Əgər Peyğəmbərə (s) tə’zim və məhəbbət göstərmək xeyirli və üstün bir əməl olsaydı, bizdən əvvəl yaşayanlar bu işi görməyə daha layiqli olardı.»(«İqtizaus-siratil-müstəqim».)
    Vəhhabilər bu barədə Peyğəmbərdən (s) nəql olunan bir hədisə istinad edib deyirlər ki, o həzrət (s) buyurmuşdur: «Öz evlərinizi qəbirə oxşatmayın və mənim qəbrimi bayram etməyin, əksinə mənə salavat göndərin ki, sizin salamınız harda olsam, mənə çatacaq.»(Müsnədi Əhməd ibni Hənbəl, 13-cü cild.)
    TƏNQİD VƏ ARAŞDIRMALAR
    1. Yuxarıda qeyd olunan hədis sənəd baxımından münaqişəli olmaqdan əlavə, mətn baxımından da naqisdir. Çünki, «eyd» mövsüm mə’nasınadır və bu cümlədə qəbir sözü xəbər ola bilməz. Çünki «qəbrin bayram edilməsinin» heç bir mə’nası yoxdur. «Eyd» zamanla əlaqədardır və demək olar ki, filan zaman, filan gün bayram olaraq nəzərdə tutulur. Bundan əlavə, əgər hədisin zahiri mə’nasını nəzərə alsaq belə, onun ilk hissəsi müsəlmanlar tərəfindən diqqət mərkəzinə alınmamışdır. Çünki, Peyğəmbəri-Əkrəmin mübarək cənazəsi məhz öz evində dəfn edilmişdir.
    2. Ehtiram və tə’zimin ibadətlə əsaslı fərqi vardır. Çünki ibadət o yerdə olar ki, mə’budun «ilah» və «rəbb» olması nəzərdə tutulsun. Bu da Peyğəmbərin (s) (yaxud sair ilahi övliyaların və böyük şəxsiyyətlərin) əzizlənib ehtiramla yad edilməsi, onların təvəllüdünün bayram tutulmasına aid edilə bilməz.
    3. İslam şəriətində hər hansı işlə əlaqədar aşkar şəkildə qadağan gəlməyibsə, ilk qayda o işin caiz və mübah olmasını tələb edir. Bundan əlavə, Peyğəmbərə (s) və onun Əhli-beytinə qarşı məhəbbət bəsləməklə əlaqədar aşkar Qur’an ayəsi möcuddur.
    «(Ya Peyğəmbər!) De ki: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlarıma məhəbbətdən başqa bir şey istəmirəm”...» (Şura-23)
    Buna əsasən Peyğəmbərin (s) yaxud Əhli-beytinin təvəllüd günləri münasibəti ilə bayram, şənlik keçirmək bu pak və şərafətli ailəyə məhəbbət göstərməyin ən bariz nümunələrindən biridir.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Vəhhabilər ilahi övliyaların qəbirləri üzərində məscid tikməyin haram olmasına nə kimi dəlil gətirirlər? Onun cavabı nədir?
    2. Nə üçün vəhhabilər qəbirlərin üzərində çıraq yandırmağın əleyhinədirlər? Onların dəlilləri düzgündürmü?
    3. Hansı hallarda qəbirlərin kənarında dua və ibadət etmək caiz olmaz?
    4. Vəhhabilərin qəbirlərə təbərrük etmək barəsində nəzərləri nədir?
    5. Qəbirlərə təbərrük etməyin caiz olmasını necə isbat etmək olar?
    6. Vəhhabilərin ilahi övliyaların miladları münasibəti ilə bayram keçirməyin caiz olmamasına dəlilləri nədir?
    7. Bu bayramların keçirilməsinin caiz olmasını necə isbat etmək olar?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 352 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019