İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 7:27 AM
    İYİRMİ ALTINCI DƏRS
    VƏHHABİLİK (8)
    ƏMƏLLƏRİ
    1. Vəhhabilər necə inkişaf etdilər?
    2. İslam aləmində vəhhabilərin rolu və tə’siri necə olmuşdur?
    Keçən dərslərdə vəhhabilərin öz nəzərləri, eləcə də onların sair müsəlmanların əməl və əqidələri ilə əlaqədar olan fikirləri araşdırılıb tənqid edildi. Vəhhabilər müsəlmanların bir çox əməl və rəftarlarını şirk hesab etdiklərinə görə yarandığı ilk vaxtlardan e’tibarən (yə’ni, Məhəmməd ibni Əbdül Vəhhabın dövründə) İslami bina və əsərləri məhv edib aradan aparmaq fikrinə düşdülər; bu məqsədlə də müxtəlif şəhərlərə hücum etdilər, müsəlmanlardan çoxunu müşriklikdə təqsirləndirib qılıncdan keçirdilər. Bu dərsdə vəhhabilərin törətdikləri cinayətlər qısa şəkildə şərh olunacaq.
    On doqquzuncu dərsdə qeyd olundu ki, Məhəmməd ibni Əbdül Vəhhab Nəcd vilayətinin Dir’iyyə şəhərinə daxil olduqda, kiçik Ğuneyzə qəbiləsinin əmiri olan Məhəmməd ibni Səuda bütün Nəcd əyalətinə rəhbər olmaq və’dəsi verərək, onu özü ilə həmfikir edə bildi və daha sonra (h.q.1159-də) qonşu qəsəbə və şəhərlərə hücum etdi; uzun-uzadı çarpışmalardan, camaatın kütləvi şəkildə qətlə yetirilməsindən sonra o, Nəcd vilayətinə tam mə’nada hakim kəsildi.
    Məhəmməd ibni Səud 1179-cu hicri ilində Nəcd əyalətində 30 il hökmranlıq etdikdən sonra öldü və onun oğlu Əbdül Əziz atasının yerinə keçdi. Məhəmmədin ən böyük oğlu olan Əbdül Əziz təqribən 30 il müxtəlif qəbilələrlə vuruşdu və 1208-ci hicri ilində Ehsa və Qüteyd məntəqələrini ələ keçirib Fars körfəzi sahillərinə çatdı. Həmin vaxtlarda yə’ni, 1206 ya 1207-ci hicri ilində Məhəmməd ibni Əbdül Vəhhab dünyadan getdi və böyük oğlu şeyx Əbdüllah onun yerinə keçdi.
    1207-1214-cü hicri illərində vəhhabi ordusu Məkkəni ələ keçirmək uğrunda Məkkə əmiri Şərif Ğaliblə müharibəyə başladı və nəticədə bu müharibə qarşılıqlı sülhlə sona çatdı.
    Əbdül Əziz 1215-ci ildə oğlu Səud və Nəcd əyalətinin köçəri və yerli əhalisi ilə birlikdə Həccə doğru hərəkət etdi, amma yolda özündə ağırlıq hiss edərək Nəcdə qayıtdı və həcc səfərini Səud yerinə yetirdi. O, bu səfərində Əsir, Təhamə, Bəni hərb qəbilələrini özünə müttəfiq edə bildi.
    İRAQA HƏMLƏ
    Vəhhabilər 1214-cü ildə Nəcəfi-Əşrəfə hücum etdilər, lakin Xəzail ərəblərinin şiddətli müqaviməti ilə qarşılaşdılar və 300 nəfər təlafatla geri çəkilməyə məcbur oldular. 1216-cı ildə də Səud ibni Əbdül Əziz atasının göstərişi ilə Kərbəlaya həmlə etdi və camaatı kütləvi şəkildə qırdı. Vəhhabi yazıçılarından olan Səlahəddin Muxtar yazır: «1216-cı ildə əmir Səud böyük qoşunla Nəcd camaatından və Vəhbub, Hicaz və Təhamənin köçərilərindən bir çoxu ilə İraqa doğru hərəkət etdi; Zilqə’də ayında Kərbəlaya çatdı və oranı mühasirəyə aldı. Həmin qoşun şəhərin qala divarlarını dağıdaraq, zorla içəri daxil oldular. Camaatın çoxunu küçədə, bazarda və öz evlərində qətlə yetirdilər və günortaya yaxın şəhərin çoxlu miqdarda qənimət və var-dövlətini ələ keçirərək xaric oldular. Sonra Əbyəz adlı bir yerdə toplaşaraq qənimətləri öz aralarında böldülər.» Vəhhabi tarixçilərindən olan Şeyx Osman ibni Bişr yazır: «Qəbrin (Hüseyn ibni Əlinin məqbərəsinin) günbəzini viran etdilər. Zümrüd, yaqut və sair cəvahiratla bəzədilmiş qəbrin üzərindəki sandığı oğurladılar və şəhərdə mövcud olan mal-dövlət, silah, libas, xalça-palaz, qızıl-gümüş, nəfis Qur’anlar və sair şeyləri qarət edərək günorta zamanı şəhərdən çıxdılar. Bu zaman Kərbəla əhalisindən 2000 nəfərə yaxın öldürmüşdülər».
    Vəhhabilər 1221-ci ildə Nəcəfi-Əşrəfə həmlə etdilər, amma şəhərin bürcləri, keşikçi postları olduğuna və ətrafa xəndək çəkildiyinə görə, digər tərəfdən camaat və dini tələbələri şeyx Cə’fər Kaşiful-ğitanın rəhbərliyi ilə şəhəri müdafiə etdiyinə görə vəhhabilər şəhərə daxil ola bilmədilər, 700 nəfər təlafatla geri çəkilməyə məcbur oldular. Oradan Hilləyə həmlə etdilər. Yenə də camaatın tam hazırlığı və kəskin müqaviməti ilə rastlaşdılar. Bir daha Kərbəlaya hücum etdilər. Bu dəfə Kərbəla camaatı müqavimətə hazırlıqlı idilər. Buna görə də müharibə şəhərdən kənarda baş verdi və Səud öz qoşunu ilə şəhərə daxil olmadan geri qayıtdı. Vəhhabilər bir daha 1225-ci ildə Nəcəf və Kərbəlaya hücum etdilər, bir müddət bu iki şəhəri mühasirədə saxladılar və oraya gələn ziyarətçilərin çoxunun mal-dövlətini qarət edib özlərini də qətlə yetirdilər.
    TAİF VƏ MƏKKƏYƏ HÜCUM
    Vəhhabi ordusu 1217-ci ildə Əbdül Əzizin göstərişi və Osman Məzayiqinin komandanlığı ilə Taif şəhərinə (Məkkənin 12 fərsəxliyində yerləşir) həmlə etdilər və camaatı kütləvi şəkildə qırdılar. Cəmil Sidqi Zəhavi Taifin fəth olunması barədə belə yazır: «Vəhhabilərin ən çirkin işlərindən biri camaatı kütləvi şəkildə qırmaları idi. Onlar böyüyə kiçiyə rəhm etmədilər, südəmər uşaqların başlarını analarının qucağındaca kəsdilər. Qur’an öyrənməyə məşğul bir qrupu öldürdülər, evlərdə bir kəs qalmadığından mağazalara, məscidlərə gedib qarşılarına çıxan hər bir şəxsi, hətta səcdə halında olan namaz qılanları belə öldürdülər. Aralarında çoxlu Qur’an, «Səhihi Buxari», «Səhihi Müslüm» və s. fiqh və hədis olan külli miqdarda kitabları küçə-bazara dağıdıb məhv etdilər. Bu hadisə 1217-ci hicri ilində baş vermişdi.»
    Bundan sonra vəhhabilər Məkkəyə üz tutdular. Bu dəfə vəhhabi ordusu Səudun rəhbərliyi ilə 1218-ci ilin Məhərrəm ayında Məkkəyə daxil olub oranı işğal etdi. Məkkə əhalisi vəhhabilərin törətdikləri ağır cinayətləri, vəhşicəsinə əməlləri və faciələri eşitdiklərindən həmin faciələrin təkrar olunmaması naminə onun hakimiyyətini qəbul etdilər. Bu zaman Səud onlardan tələb etdi ki, qəbirlərin üzərində düzəldilən qübbələri öz əlləri ilə dağıtsınlar. Buna görə də vəhhabilər camaatın bir çoxu ilə bel və külüng götürüb «Cənnətül-Müəlla» qəbristanlığına getdilər və orada çoxlu günbəzləri o cümlədən Əbu Talibin, Əbdülmüttəlibin, Xədicənin, Peyğəmbərin (s) övladlarının günbəzlərini, həmçinin Peyğəmbərin (s), Əbu Bəkrin, Əli (ə) və Xədicənin doğulduğu yerdəki günbəzləri dağıtdılar.
    Məkkənin işğal olunmasından iyirmi gün sonra Səud Cəddəni işğal etmək və Şərif Ğalibi tutmaq üçün (o dövrdə Cəddədə əmir idi) Cəddəyə doğru hərəkət etdi. Səkkiz gün bu şəhəri mühasirədə saxladı, şəhəri müdafiə edən topxananın təzyiqləri altında Cəddəni işğal etmək fikrindən döndü və iranlıların Fətəli şah Qacarın göstərişi ilə Nəcdə hücum etməsi xəbərini eşitdikdə Nəcdə qayıtdı. Səudun Nəcdə qayıtması ilə eyni zamanda Şərif Ğalib ona hədiyyə olunan topxana ilə Məkkəni azad etmək üçün hərəkət etdi və vəhhabilərlə ağır çarpışmadan sonra Məkkəni öz ixtiyarına keçirdi. Amma 1219-cu ildə Məkkə yenidən Səudun vasitəsi ilə mühasirəyə alındı və Məkkə əhalisinin həyat şəraiti o qədər ağırlaşdı ki, hətta az qaldı aclıq və xəstəlikdən kütləvi şəkildə məhv olub aradan getsinlər. Nəhayət Şərif Ğalib 1220-ci ildə vəhhabilərin əqidəsini qəbul edərək Səuda təslim oldu.
    MƏDİNƏYƏ HƏMLƏ
    Səud 1220-ci ildə Mədinəyə həmlə etdi, oranı bir il yarım mühasirədə saxladıqdan sonra işğal etdi. Osmanlı dövləti tərəfindən şəhərə tə’yin olunmuş qazini şəhərdən qovdu və Peyğəmbərin (s) pak qəbrini, eləcə də «Bəqi»də dəfn olunmuş böyük şəxsiyyətlərin qəbrlərini ziyarət etməyi qadağan etdi. Sonra vəhhabilərə göstəriş verdi ki, «Bəqi» qəbristanlığının qəbir və hasarlarını dağıtsınlar. Buna görə də onlarla birlikdə qəbristanlığa həmlə etdi, orada mövcud olan abidələri və qəbirləri dağıdıb, yerlə-yeksan etdi, gördükləri hər bir qiymətli əşyaları qarət etdi.
    SURİYAYA VƏ MƏSQƏTƏ HƏMLƏ
    Vəhhabilər 1225-ci ildə Əbdüllah ibni Səudun sərkərdəliyi ilə Suriyada yerləşən Xoran məntəqəsinə həmlə etdi və camaatın var-yoxunu taladı, əkin sahələrini yandırdı, qadınları əsir etdi, uşaqları qılıncdan keçirib evləri dağıtdı və böyük bir qrupu didərgin saldı.
    Sonrakı il (1226-cı) Məsqəti işğal etmək məqsədi ilə oraya həmlə etdi. Lakin, bu şəhərin əmiri İrandan kömək istədi və oradan kömək üçün Məsqətə tərəf bir ordu yola düşdü və vəhhabilərlə qarşılaşdı. Vəhhabilər çoxlu insan təlafatı verdilər, onların sərkərdələri Seyf ibni Malik və Məhəmməd Seyf də yaralı halda qaçdılar.
    TƏNƏZZÜL VƏ YENİDƏN DİRÇƏLİŞ
    1225-ci ildə Məhəmməd Əli Paşa (Misirin sultanı) Osmanlı sultanının göstərişi və oğlu Əhməd Tulunun sərkərdəliyi ilə Yənbu limanına doğru bir qoşun göndərdi. O, vəhhabi Əbdüllah ibni Səudun başçılığı altında onun qoşunu ilə apardığı bir neçə döyüşdən sonra 1227-ci ildə onunla sülh bağladı, nəticədə Məkkə, Mədinə və Taif şəhərlərini azad etdi. Taifin fatehi Osman Muzayifi və Mədyənin əmiri Mübarək ibni Mizyanı tutub Misirə apardı və orada qətlə yetirdi. Həmin halda Məhəmməd Əli Paşa bir ordu ilə dəniz yolundan Hicaza hərəkət edib Cəddə limanına yan aldı, sonra Cəddədən Məkkəyə getdi və oranı öz qərargahı seçdi. Daha sonra Nəcd əyalətindəki Qunfuzə məntəqəsini işğal etmək üçün həmlə etdi və şiddətli döyüşdən sonra oranı ələ keçirdi. Məhəmməd Əli Paşa təqribən 1230-cu ildə İbrahim paşanın sərkərdəliyi ilə başqa bir qoşunu Nəcdə göndərdi. İbrahim 1332-ci ildə Nəcddə Riclə əyalətini öz əlinə keçirdi və daha sonra vəhhabi hökumətinin mərkəzi olan Dir’iyyəyə hücum etdi, ağır döyüşdən sonra 1234-cü ildə şəhəri aldı. Həmin ilin Şə’ban ayında İbrahim Paşa Məhəmməd Əli Paşanın göstərişi ilə böyük və təmtəraqlı şəhər olan Dir’iyyəni, əhalisini boşaltdıqdan sonra tamamilə dağıdıb yerlə yeksan etdi və sonra Misirə qayıtdı.
    1234-cü ilin axırlarında şəhərdən qaçan vəhhabilərin çoxu xaraba qalmış Dir’iyyəyə qayıtdılar və oranı tə’mir etməyə başladılar. Vəhhabi başçılarından Məhəmməd ibni Muşari (Səud ibni Əbdül Əzizin bacısı oğlu) və Türki ibni Əbdüllah şəhərdən qaçıb gizlənmişdilər və bu zaman onlar da şəhərə qayıtdılar. Qüvvələrini nizama saldıqdan sonra çoxlu həmləyə tədarük görüb əvvəlcədən işğal etdiyi məntəqələrin hamısına yürüş etdilər. O yerləri yenidən işğal etdikdən sonra ilk hücumda törətdikləri əməlləri, o cümlədən İslami tikililərin məhv edilməsi, böyük şəxsiyyətlərin qəbirlərinin dağıdılması və s. kimi işləri təkrar etdilər və 1344-cü ilə qədər təqribən Hicazın hər bir yerinə hakim oldular.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Vəhhabilər Nəcd əyalətinə necə hakim oldular?
    2. Vəhhabilər İraqa həmlə etdikdə hansı işləri gördülər?
    3. Vəhhabilər Məkkə və Mədinəyə nə vaxt həmlə etdilər və oranı necə tutdular?
    4. Vəhhabilər Mədinəyə həmlə etdikləri zaman nə kimi işlər gördülər?
    İYİRMİ YEDDİNCİ DƏRS
    SAİR SÜNNÜ FİRQƏLƏRİ
    1. Təhaviyyə, Cühəmiyyə və Kiramiyyə məzhəblərinin təfəkkürü necədir?
    2. Bu məzhəblərin tə’sisçiləri kimlərdir?
    Keçən dərslərdə qeyd olunan firqə və məzhəblər sünnülərin əsas firqələrini təşkil edir. Bu firqələr həm İslam əqidəvi təfəkkürünün tarixinə tə’sir qoymaq baxımından, həm də ardıcıllarının çoxluğu və ya tarix boyu uzun müddət qaldıqlarına görə daha artıq əhəmiyyətə malikdirlər. Amma bu zaman bu cür tə’sir və əndişəyə malik olmayan başqa firqələr də zahir olmuşdur. Bu dərsdə yalnız qısa tanışlıq üçün həmin firqələr haqda söhbət açacağıq.
    1. TƏHAVİYYƏ
    Təhaviyyə məzhəbi Əbu Cə’fər Əhməd ibni Məhəmməd ibni Səlamət Əl-əzudi Əl-hicri Ət-təhaviyə mənsub edilir. Təha-Ülya Misrin kəndlərindən biridir. Əbu Cə’fər Təhavinin təvəllüd tarixi barəsində tarixçilər arasında ixtilaf vardır. Onlar 229, 230, 238, 239 kimi tarixləri qeyd etmişlər. Lakin onun ən çox ehtimal olunanı 229-cu ildir. 321-ci ildə Misirdə vəfat edib.
    Təhavi Əbul Həsən Əş’ərinin və Əbu Mənsur Maturidinin müasiri idi və onlar kimi Əhli-hədisin ardıcıllarından sayılırdı. Amma bildiyimiz kimi, Əş’əri və Maturidi Əhli-hədis düşüncələrini dirçəltmək üçün onların ideoloji əsaslarına əqli daxil etmək fikrində idilər. Bununla eyni zamanda Əhli-hədisin ideoloji əsaslarına tənqid nəzəri ilə baxırdılar və nəticədə Əhli-hədislə müəyyən nəzərlər barəsində ixtilafa düçar oldular. Amma o, bu iki şəxsin əksinə olaraq, yalnız Əhli-hədisin nəzəriyyələrində mövcud olan anlaşımazlıqları aradan qaldırıb onları islah etmək fikrində idi. Buna görə də Əhli-hədisin bütün ideoloji əsaslarını qəti və danılmaz prinsiplər kimi qələmə verirdi və çalışırdı ki, onun əqidəvi əsaslarını möhkəmlətsin.
    Buna əsasən Təhavi yeni bir e’tiqad ayin tə’sis etməmişdir. Hətta onun ən məşhur kəlam risaləsi olan «Bəyanus-sünnəti vəl-cəmaəti» (o, «Əqiətu təhaviyyə» adı ilə məşhurdur) kitabının müqəddiməsində özünün dediyi kimi, Əhli-sünnənin əqidələri, Əbu Hənifə, Əbu Yusif və Məhəmməd Şeybaninin rə’yləri əsasındadır. Amma, Təhavini məşhurlaşdıran şey Mö’təzilənin fəlsəfi fikirlərinin böhranlı hala düşməsindən sonra Əhli-hədisin əqidələrini yenidən bərpa etməsidir. Demək olar ki, Təhavi bu məzhəbi yeni bir bəyanla bir növ dirçəltmiş və çalışmışdır ki, onun əsaslarında yaranan şəkk-şübhələri və anlaşılmazlıqları müəyyən qədər aradan qaldırsın.
    Təhavi bir çox kitablar yazıb-yaratmışdır. O cümlədən, aşağıdakı kitabların adlarını qeyd etmək olar:
    1. «Şərhu məanil asar»;
    2. «Şərhu muşkilu əhadisi Rəsulillah»;
    3. «Əhkamul-Qur’an»;
    4. «İxtilaful-füqəha»;
    5. «Ən-nəvadirul-fiqhiyyə»;
    6. «Əş-şurutul-kəbir»;
    7. «Əş-şurutul-ovsət»;
    8. «Şərhul-camius-səğir»;
    9. «Şərhul camiul-kəbir»;
    10. «Əl-müxtəsərus-səğir»;
    11. «Əl-müxtəsərul kəbir»;
    12. «Mənaqibu Əbi Hənifə»;
    13. «Ət-tarixul-kəbir»;
    14. «Ər-rəddu əla kitabil-müdəlləsi»;
    15. «Kitabil-fəraiz»;
    16. «Kitabul vəsayə»;
    17. «Hökmu ərazi Məkkə»;
    18. «Əqidətut-təhaviyyə».
    2. ZAHİRİYYƏ
    Zahiriyyə 200, yaxud 202-ci ildə Kaşanda dünyaya gəlmiş və 270-ci ildə dünyadan getmiş Davud ibni Əli İsfahaniyə mənsub edilən firqənin adıdır. Öz zəmanəsinin məşhur fəqihlərindən olan Davud ibni Əli əvvəlcə Hənəfi fiqhində idi, amma Şafei məzhəbinin fəqihlərindən çoxunun, o cümlədən Əbu Sovrun yanında bir müddət təhsil aldığına görə Hənəfi məzhəbindən əl çəkib Şafei məzhəbinə qoşuldu.
    Davud hədislərin və Qur’anın zahiri mə’nalarına əməl etmək yönünə malik olan fiqhi əqidəsini kəlam və əqidə çərçivəsinə saldı və etiqadi məsələlərdə əqlin və düşüncənin rolunu ümumiyyətlə inkar etdi. O, inanırdı ki, ayələrin və hədislərin zahirindən əldə olunanları (dərk etdikləri) qəbul etmək və onlara inanmaq lazımdır. Deyilmişdir ki, zahiriyyə ideologiyası batiniyyə hərəkatının qarşısında yaranmışdır. O zaman şiələrin arasında batiniyyə adı ilə məşhur olan bir ideoloji cərəyan formalaşmışdı. Çünki onlar inanırdılar ki, şəriətin zahiri hökmlərinin hamısı (istər Qur’an ayələri, istərsə də rəvayətlər) müəyyən batini mə’nalara malikdir və batini mə’nalarda dərindən düşünərək onları yozmaq və həqiqəti kəşf etmək lazımdır. Bu ideoloji cərəyanda yunan fəlsəfəsinin təfəkkür prinsipləri mövcud olduğundan, sünnü alimləri onu bid’ətçi bir cərəyan kimi dindən xaric hesab edirdilər. Bu cərəyan xüsusilə Mə’munun xilafəti dövründə (h.q.198-218) çox güclü idi və İran, İraq, Qərbi Hindistandan başlayaraq, Əmman və Şimali Afrikaya qədər olan geniş İslam ərazilərində yayılmışdır.
    Belə bir şəraitdə Zahiriyyə təfəkkürü batinçilərin təfəkkürünü rədd etmək üçün yaranmışdır. Onlar İslami əqidə prinsiplərində hər növ fəlsəfə və əqlin dəxalətini rədd etməklə, onların zahirlərinə əməl etməyi, şəriətin zahirinə əqidə bağlamağı caiz bilirdilər.(Miyan Məhəmməd Şərif, «Tarix və fəlsəfə dər islam», 1-ci cild.)
    Zahiriyyəçilər şəriətin zahiri hökmlərini əxz etmək məsələsində o qədər ifrata varmışdılar ki, ilahi hökmlərin kəşf edilməsində ictihadı belə inkar edirdilər. Zahiriyyəçilər bu əqidədə Ən’am surəsinə 38-ci ayəsinə istinad edirdilər. Buna görə də inanırdılar ki, hər bir şey Allahın kitabında zikr olunubdursa, onun barəsində ictihada yer qalmır və Allahın kitabının zahirinə əməl etmək kifayətdir.
    Hədislərin və ayələrin zahiri mə’nalarını əxz (əməl) etmək nəticəsində ilkin Əhli-hədisin ideoloji bünövrələrində mövcud olan nəticələrdən başqa bir şey hasil olmadı. Yə’ni, onlar Allah-taala barəsində istər-istəməz təşbih və təcsim əqidəsinə gəlib çıxırdılar.
    3. CÜHƏMİYYƏ
    Cəhm ibni Səfvan Səmərqəndi ardıcıllarına Cühəmiyyə firqəsi deyilir. O, 128-ci hicri ilində vəfat etmişdir.
    Cühəmiyyənin müstəqil bir firqə şəkilinə düşüb sair firqələrdən ayrı qeyd olunmasının səbəbi onlar tərəfindən irəli sürülən beş nəzərdir:
    1. Mütləq şəkildə cəbrə inanmaq; Cühəmiyyəçilər inanırdılar ki, insan heç bir şeyə qadir deyildir və istitaət vəsfi onun üçün işlədilə bilməz, əksinə o, bütün işlərdə məcburdur, onun fe’llərini icad edən də məhz Allahdır. Eləcə də, sair varlıqların fe’llərini, istər bitkilərin, istər heyvanların, istər cansızlara aid olan işləri Allah xəlq edir. Fe’llər məcazi mə’nada məxluqa aid edilir. Məsələn, ağacın meyvə verməsi, suyun axması, daşın diyirlənməsi və s.
    2. Tə’til; Cühəmiyyə bütün sifətləri Allahdan inkar edir və inanırdılar ki, Allahı məxluqatın vəsf edildiyi sifətlərlə vəsf etmək olmaz.
    3. Allah elminin hadis olması; Cühəmiyyəçilər Allahın elmini hadis bilir, amma, deyirlər ki, bu, sair varlıqların vəsf edildiyi bir tərzdə deyil.
    4. İman və küfr; Cühəmiyyəçilər inanırdılar ki, iman Allah barəsində mə’rifət kəsb etmək mə’nasınadır. Bunu dildə demək də lazım deyildir. Küfr də Allah barəsində cahil olmaq mə’nasınadır.
    5. Behişt və cəhənnəm. Cühəmiyyəçilər behişt və cəhənnəmin əbədi olmasını inkar edərək deyirdilər ki, insanlar behiştdə Allahın ne’mətlərindən faydalanıb, cəhənnəm əhli cəhənnəm əzabına düçar olduqdan sonra hər bir şey (behişt və cəhənnəm) aradan qalxacaqdır.
    4. KİRAMİYYƏ
    Bu firqənin üzvləri 255-ci hicri ilində vəfat etmiş Məhəmməd ibni Kiram Sistaniyə mənsub edilir. Kiramiyyə təfəkkürünün əsası təcsim üzərindədir. Onlar Allahın cism olmasına inanırlar. Onlar hədd, son, cəhət və s. bu kimi şeyləri Allaha aid edir və həmçinin Allahı hadislərin hülul etdiyi yer hesab edirlər. Onlar deyirlər ki, Allahın sözü, iradəsi və idrakı hadis olmuşdur və Allah bu hadisələrin hülul etdiyi yerdir.
    Bunu da qeyd etmək lazımdır ki, sonuncu iki firqə dində icad etdikləri çoxlu bid’ətlər və inhirafçı nəzəriyyələr səbəbi ilə sünnü alimləri tərəfindən rədd edilmiş və onların əqidələri bid’ət və zəlalət kimi tanıtdırılmışdır.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Təhaviyyə məzhəbinin Maturidiyyə və Əş’ərilərlə olan fərqi nədir?
    2. Təhavi Əhli-hədis məzhəbinə nə kimi xidmətlər etdi?
    3. Zahiriyyə məzhəbinin əsas nəzəriyyələri nədir?
    4. Zahiriyyə ilə batiniyyə məzhəblərinin fərqi nədir?
    5. Cühəmiyyə təfəkkürünün ən mühümlərini bəyan edin.
    6. Nə üçün Kiramiyyə firqəsi bid’ət və zəlalətlə ittiham olundu?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 960 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024