İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 6:04 AM
    ÜÇÜNCÜ FƏSİL
    XƏVARİC
    İYİRMİ SƏKKİZİNCİ DƏRS
    XƏVARİC (1)
    YARANMA TARİXİ
    1. Xəvaric kimlərə deyilir?
    2. Xəvaric cərəyanı necə formalaşmışdır?
    3. Xəvaricin əqidəvi əsaslarının ən mühümü hansılardır?
    Siffeyn müharibəsində Müaviyənin ordusu Əmr Asın məkrli hiylələri ilə Qur’anları nizələrin ucuna keçirib Əmirəl-mö’minin Əlinin (ə) ordusuna e’lan etdilər ki, gəlin müharibə və qan axıdılması yerinə Qur’anı öz aramızda hakim edək. Əlinin (ə) zahiri nəzərlərə əsir olan və Müaviyənin zahirdə qurduğu hiylələrə aldanan ordusundan bir qrupu Əli ibni Əbi Talib (ə)-a xitabən dedilər: Bunlar bizi Allahın kitabına də’vət edirlər, sən isə bizi qılınca çağırırsan?!
    Əmirəl-mö’minin Əli (ə) onları Müaviyə və Əmr Asın hiyləli və məkrli planlarından agah etməyə çalışdısa, heç bir nəticə hasil olmadı. O qrup Əli (ə)-dan son dərəcə həyasızlıqla tələb etdilər ki, Müaviyənin xeyməsinə çatmaqda olan Malik Əştərin qayıtmasına göstəriş versin, əks halda üçüncü xəlifə Osman ibni Əffanla etdikləri rəftarı o həzrətlə də edəcəklər.
    Əmirəl-mö’minin Əli (ə) öz batini istəyinin əksinə olaraq, Malikin qayıtmasına göstəriş verməyə məcbur oldu. Atəşkəs e’lan olundu və iki ordu arasında mühakimənin həkəmiyyətə tapşırılması qərara alındı. Müaviyə tərəfindən Əmr As nümayəndə seçildi. Əmirəl-mö’minin Əli (ə) Əbdüllah ibni Abbası öz tərəfindən nümayəndə seçmək istəyəndə, həmin qrup kəskin şəkildə müxalifətçilik edərək dedilər ki, bu şəxs (yə’ni, İbni Abbas) sənin ailəndəndir. Sonra həzrət Əlini (ə) məcbur etdilər ki, Əbu Musa Əş’ərini həkəm tə’yin etsin.
    Həkəmiyyət qərara alındıqdan və iki nümayəndə e’lan edildikdən sonra həkəmiyyətin çıxardığı nəticə həmin qrup üçün çox ağır gəldi. Bu zaman Əlini (ə) tənqid edib dedilər ki, əgər o haqq xəlifədirsə, bəs nə üçün həkəmiyyəti qəbul etdi?! Onlar bununla da kifayətlənməyərək iddia etdilər ki, «İnil hökmü illa lillah» ayəsinin tələbinə görə, hökm yalnız Allaha məxsusdur və heç kəsin həkəmiyyət haqqı yoxdur.
    Bu qrup elə həmin yerdə Əmirəl-mö’minin Əlinin (ə) ordusundan ayrıldı və İslam tarixində «xəvaric» adlanan bir cərəyanı təşkil etdilər. Bu qurupa ona görə xəvaric deyirdilər ki, onlar Əmirəl-mö’minin Əlinin (ə) fərmanından imtina edərək onun əleyhinə qiyam etmişdilər. İslam mədəniyyətində imamın əleyhinə qiyam edən hər şəxs xarici yə’ni, qiyamçı adlanır. «Xəvaric» də «xarici» kəlməsinin cəm formasıdır. Əlbəttə bu qrupu «şurat» kimi təqdim edirdilər. Bu sözün kökü Bəqərə surəsinin 207-ci ayəsində əxz edilib. «Yə’ni, camaatdan bə’ziləri Allahın razlığını kəsb etmək yolunda öz canını satırlar».
    Xəvaric «mariqin» də adlandırılırdı. Mariq «xaric olmuş», «kənara getmiş» mə’nasınadır. Bu tə’bir həm Peyğəmbərdən (s) nəql olunan rəvayətdə, həm də Əlinin (ə) kəlamında qeyd olunmuşdur.
    Peyğəmbərdən (s) Zul-Xuveysirə barəsində belə nəql olunur:
    «Bu kişinin nəslindən bir dəstə yaranacaqdır ki, ox kamandan çıxdığı kimi, onlar da dindən çıxacaqlar».(Şəhristani, «Əl-miləlu vən-nihəl», 1-ci cild, səh.115.)
    HƏRURADA YIĞINCAQ
    Xəvaric Siffeyn müharibəsindən qayıdarkən Əmirəl-mö’minin Əli (ə)-la birlikdə Kufəyə qayıtmadı. Onlar Kufənin Hərura adlı bir kəndində məskən saldılar və orada öz qruplarını təşkilat halına salaraq qərara aldılar ki, qərar çıxaran bir şura seçsinlər. Şibs ibni Rəbini müharibə komandanı və Əbdüllah ibni Kəvva’nı imam camaat təyin etdilər, «əmr be mə’ruf və nəhy əz münkər»i özlərinə şüar qərar seçdilər.
    Xəvaricin Hərurada toplaşdığı vaxtdan sonra Əmirəl-mö’minin Əli (ə) Əbdüllah ibni Abbası onlarla münazirə (elmi mübahisə) aparmaq üçün seçib oraya göndərdi. İbni Abbas onların yanına gedən zaman xəvaricdən bir qrupu onu görərək fəryad etdilər: Vay olsun sənə, ey ibni Abbas! Allaha kafir olmusanmı, necə ki, dostun Əli ibni Əbi Talib oldu?
    İbni Abbas dedi: Mən sizin hamınızla söhbət edə bilmərəm. Öz aranızdan başqalarından daha agah olanını seçin ki, mən onunla danışım.
    İtab ibni Əhvər Sə’ləbi irəli çıxıb ibni Abbasın qarşısında dayandı. İbni Abbas ona dedi: Sənin üçün bir misal çəkmək istəyirəm (yə’ni, bir mətləbi demək istəyirəm). Yaxşı-yaxşı qulaq as, sonra cavab ver. Mənə de görüm «Darul-islam» kimin üçündür və onu kim buyurmuşdur?
    İtab dedi: Bəli. Allah üçün. Onu Allahın Peyğəmbəri və müt’i bəndələrinin əli ilə tikmiş və Özünün seçdiyi peyğəmbərlərə əmr etmişdir ki, millətlərə Allaha xalis ibadət etməyi əmr etsinlər. Bir qrup iman gətirib digər bir qurup isə kafir oldular. Darul-islamda məb’us olan son peyğəmbər Həzrət Məhəmməd oldu.
    İbni Abbas dedi: Bəli, düz dedin. De görüm Məhəmməd (s) Darul-islamı idarə etməyə məb’us olanda onun imarətlərini möhkəmləndirdi, onun hüdudlarını bəyan etdi və ümməti dinin maarifinə və şəriət hökmlərinə əməl etmək yoluna vaqif etdi, yoxsa yox?
    İtab dedi: Bəli. Məhəmməd elə etdi.
    İbni Abbas dedi: De görüm Məhəmməd (s) Darul-islamda əbədi qaldı, yoxsa ondan rehlət etdi?
    İtab dedi: Rehlət etdi.
    İbni Abbas dedi: Peyğəmbər (s) vəfat edərkən Darul-islam kamil binaya, açıq-aşkar vücuda malik olan halda xarab və viran oldumu?
    İtab dedi: Peyğəmbərin (s) rehləti zamanı bu bina kamil, onun hüdudları da müəyyən və aşkar idi.
    İbni Abbas dedi: Düzdür, lakin de görək Məhəmməd (s) özündən sonra bu evin abadlaşdırılması üçün bir kəsi seçdimi?
    İtab dedi: Bəli. Səhabə, Əhli-beyt, vəsi və onun zürriyyəsi (sülaləsi) Peyğəmbərdən (s) sonra bu evi abad edənlərdən idi.
    İbni Abbas soruşdu: Onlar öz vəzifələrinə əməl etdilər, ya etmədilər?
    İtab dedi: Çalışdılar ki, bu evi abad etsinlər.
    İbni Abbas soruşdu: De görüm bu ev (Darul-islam) Peyğəmbərin (s) qoyduğu kimi tam abadlıqdadır, yoxsa xarab olmuş və hüdudları tə’til olmuşdur?
    İtab dedi: Xeyr. Hal-hazırda viran olmuşdur və onun hüdudlarına riayət edilmir.
    İbni Abbas soruşdu: Onu Peyğəmbərin (s) zürriyyəsi xarab etdi, yoxsa ümməti?
    İtab dedi: Ümməti.
    İbni Abbas dedi: Ey İtab! De görüm, sən Allahın və Rəsulunun evini viran edən, onun hüdudlarını tə’til edən bir ümmətdən olduğun halda cəhənnəm odundan qurtarmağa necə ümid bəsləyirsən?
    İtab dedi: «İnna lillahi və inna iləyhi raciun». Vay olsun sənin halına, ey İbini Abbas! Mənə kələk gəldin və məni ağır bir işə saldın. Məndən e’tiraf aldın ki, Allahın evini xarab edən şəxslərdənəm. İndi de görüm bu həlakətdən xilas olmağın yolu nədir?
    İbni Abbas cavab verdi: Sənə vacib olan ilk şey budur ki, bu evin dağıdılmasında kimin çalışdığını görüb, onunla düşmənçilik edəsən, kimin də onu abadlaşdırmaqda çalışdığını görüb onunla dostluq edəsən.
    İtab dedi: Düzdür, Allaha and olsun, indiki zamanda bu evin abadlaşdırılmasını sənin əmin oğlu Əli ibni Əbi Talibdən də artıq istəyən bir şəxs tanımıram. Lakin o, Əbu Musa Əş’ərini onun haqqı olmayan bir şeydə həkəm qərar verdi.
    İbni Abbas dedi: Vay olsun sənin halına! Biz həkəm və münsif qərar verməyi Qur’andan götürmüşük. Nisa surəsinin 35 və Maidə surəsinin 95-ci ayələri bizim dediklərimizə aşkar sübutdur.
    İbni Abbasın kəlamı bura çatanda xəvaric hər tərəfdən fəryad çəkərək dedilər ki, Əmr ibni As sənin nəzərində adil sayılırmı?! Halbuki, cahiliyyət dövründə cahiliyyət rəislərindən və İslam evinə bir yük olduğunu bilirsən. O, əbtər oğlu əbtərdir. Elə kəslərdəndir ki, Məhəmmədlə vuruşmuş və peyğəmbər ümməti arasında fitnə salmışdır.
    İbni Abbas dedi: Ey camaat! Əmr As bizim tərəfimizdən həkəm deyildi. Onun barəsində bizi danlayırsınızmı?! Halbuki o, Müaviyənin həkəmi idi və Əli ibni Əbi Talib məni həkəm seçmək istəyəndə siz imtina edib dediniz ki, biz Əbu Musa Əş’əriyə razıyıq. Siz təqvalı olun, Əmirəl-mö’minin Əli (ə)-a itaət edin. Çünki onun öz haqqından əl çəkməsinə baxmayaraq, amma peymanın vaxtının keçməsini gözləyir ki, yenidən bu qövm ilə müharibə etsin. Əli Allahın ona verdiyi haqqdan əl çəkən bir adam deyildir.
    Bu zaman xəvaric fəryad çəkib dedilər: Heyhat, İbni Abbas! Biz bu gündən sonra Əlinin vilayətinə qayıtmayacağıq! Get ona de ki, özü bizim yanımıza gəlsin və onunla mübahisə edək.
    İbni Abbas Kufəyə qayıdıb bu xəbəri Əli (ə)-a bəyan etdi. Həzrət Əli (ə) səhabədən 100 nəfərlə birlikdə Həruraya getdi. Xəvaric bundan xəbər tutanda Əbdüllah ibni Kəvvanı 100 nəfərlə Əli (ə)-a tərəf göndərdi. Bu iki dəstə bir-biri ilə qarşılaşanda Əli (ə) Əbdüllaha xitabən buyurdu: Ey ibni Kəvva! Söz çoxdur, səhabələrindən bir dəstə ilə gəl səninlə danışım.
    İbni Kəvva dedi: Sənin qılıncından amandayıqmı?
    Həzrət buyurdu: Bəli. Sən mənim qılıncımdan amandasan.
    İbni Kəvva səhabəsindən on nəfərlə birlikdə Əlinin (ə) yanına gəldi. Bu zaman Əli (ə) özü ilə Müaviyə arasındakı müharibəni şərh etdi və Qur’anın nizələrin başına keçirildiyi hadisəni, həkəmiyyətə necə razılaşdıqlarını, xəvaricin bu hadisə ilə müxalifətini ona xatırlatdı.
    İbni Kəvva özünün on nəfər yoldaşı ilə Əlinin (ə) tərəfinə keçdi və xəvaricin dəstəsindən çıxdı. Lakin qalanları öz e’tiqadlarında qalaraq «La hökmə illa lillah və la taətə limən əsəllah» şüarını verdilər.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Xəvaric cərəyanı necə formalaşdı?
    2. Xəvariclər «inil-hökmü illa lillah» şüarını kim üçün işlədirdilər?
    3. Xəvaric nə üçün özlərini şurat adlandırırdılar?
    4. Xəvaric cərəyanının tanınmış şəxsiyyətləri kimlər idi?
    5. İbni Abbasın İtab ibni Ə’vərlə mübahisəsi nə ilə nəticələndi?
    İYİRMİ DOQQUZUNCU DƏRS
    XƏVARİC (2)
    İLK XƏVARİCLƏRİN AQİBƏTİ
    1. Əmirəl-mö’minin Əlinin (ə) zamanında xəvaricin fəaliyyəti nədən ibarət idi?
    2. Əli (ə) xəvariclə necə rəftar etdi?
    Keçən dərsdə xəvaric cərəyanının necə formalaşmasını şərh etdik və İbni Abbasın İtab ibni Ə’vərlə münazirəsini açıqlamaqla, bu qrupun əqidəvi əsasları və təfəkkür-tərzinin bir qismini aydınlaşdırdıq.
    Bu dərsdə xəvaricin işinin davamı, Əmirəl-mö’minin Əlinin (ə) onlarla necə qarşılaşması və o həzrətin xilafəti dövründə onların aqibəti, bu qrupun nəzər və əqidələrindən bir hissəsi bəyan olunacaq.
    NƏHRAVANDA TOPLANTI
    Əmirəl-mö’minin Əlinin (ə) ibni Kəvva ilə münazirəsindən, ibni Kəvvanın onlardan ayrılmasından sonra xəvaric öz əqidələrində israr edərək qərara almışdılar ki, Nəhravanda düşərgə salsınlar. Sonra Əbdüllah ibni Vəhəb Təmili Rasibi və Hərqus ibni Züheyr Bəcəlini özlərinin iki əmiri seçdilər və Şüreyh ibni Ovfa Əbəsinin evində yığıncaq təşkil edib qərara aldılar ki, Bəsrədəki köməkçilərinə məktub yazıb onları Nəhravana də’vət etsinlər. Bəsrə xəvaricləri məktubu aldıqdan sonra Müs’ər ibni Fədəki Təmiminin başçılığı altında Nəhravana doğru yola düşdülər. Onlar malik olduqları mənfi fikirlə yolda rastlaşdıqları hər kəsdən Əmirəl-mö’minin Əli (ə)-a olan nəzərini soruşur, əgər o həzrətlə müvafiq olsaydı, əziyyət verir və yaxud da öldürürdülər. O cümlədən Peyğəmbər səhabəsi və Əmirəl-mö’minin Əlinin (ə) köməkçilərindən olan Əbdüllah ibni Xəbbabı, onun həyat yoldaşı və onlarla səfər edən bir neçə qadını faciəli şəkildə qətlə yetirdilər.
    Bu faciələrin, eləcə də xəvaricin müharibəyə hazırlıq xəbəri Əli (ə)-çatdıqda Haris ibni Mürrə Əbdini göndərdi ki, bu xəbərlərin düzgün olub-olmamasını araşdırsın. Amma o, Nəhrəvana çatdıqda xəvaric tərəfindən qətlə yetirildi. Harisin ölüm xəbəri Əli (ə)-a çatdıqda bir qoşun hazırlayıb Nəhrəvana yola düşdü. Nəhrəvanın yaxınlığında həmin tərəfdən gələn bir kişidən xəvaric barəsində soruşduqda kişi cavab verdi: Xəvaric sənin gəlişindən xəbərdar olduqda, qaçmaq məqsədilə çayı keçdilər.
    Əli (ə) soruşdu: Onların çayı keçmələrini özün gördünmü?
    Dedi: Bəli.
    Həzrət dedi: Məhəmmədi haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, onlar heç vaxt çayı keçməyəcək və Kəsranın qızı Puranın qəsrinə çatmayacaqlar. Allah onları mənim əlimlə öldürəcək, onlardan on nəfərdən çox sağ qalmayacaqdır. Mənim dəstəmdən də on nəfərdən artıq şəhid olmayacaqdır. Bu imzlanmış bir əhd və labüd bir qəzadır.
    ƏLİNİN (Ə) XƏVARİCLƏ OLAN MÜNAZİRƏSİ
    Əli (ə) Nəhrəvana çatdıqda xəvaric nizələrini o həzrətə tərəf tuşlayıb «la hökmə illa lillah» şüarını verirdilər. Həzrət Əli (ə) dedi: Allahın hökmünü icra etməkdən başqa sizdən heç nə istəmirəm. Bizim qardaşlarımızı öldürənləri təhvil verin ki, onların barəsində Allahın hökmünü icra edim. Sizinlə bundan artıq işim yoxdur və mənim əsas məqsədim Şam əhli ilə qarşılaşmaqdır. Bəlkə Allah sizin qəlblərinizi xeyrə döndərə.
    Xəvaric dedi: Onların (İbni Xəbbab, Haris və sairlərinin) qatilləri bizim hamımızıq. Bizim hamımız onların və sizin qanınızı mübah hesab etmişik.
    Əli (ə) buyurdu: Ey camaat! Mən Əli ibni Əbi Talibəm, mənə deyin görüm hansı əsasla mənimlə müxalifətçilik edib intiqam almaq istəyirsiniz?
    Dedilər: Bizim ilk dəlilimiz budur ki, biz Bəsrə əhli ilə müharibədə (Cəməl döyüşündə) sənin tərəfində vuruşduq, amma sən onlara qələbə çaldıqda onların mal-dövlətlərini bizə mübah etdin. Lakin, qadın və övladlarını bizə vermədin.
    Əli (ə) dedi: Ey camaat! Bəsrə əhli bizimlə vuruşdular, müharibəyə başlayanlar da onlar idilər. Allah məni onlara qalib etdiyi zaman sizə qarşı döyüşənlərin mal-dövlətlərini sizin aranızda bölüşdürdüm. Lakin qadın və uşaqlara əl vurmağı sizə qadağan etdim, çünki qadınlar sizinlə vuruşmamışdılar və onların övladları İslam fitrətində dünyaya gəlmişdilər. Buna görə də onların qadın və uşaqlarına əl vurmağı sizlərə qadağan etdim. Siz bilirsiniz ki, Rəsuli-Əkrəm Məkkəni fəth edən zaman Məkkə əhlinə minnət qoyub onların qadın və uşaqlarını əsir götürmədi. Peyğəmbər müşriklərə minnət qoyubsa, mənim müsəlmanlara minnət qoymağımı, onların qadın və uşaqlarını əsir götürməməyimdən təəccüblənməyin.
    Xəvaric dedi: Sənə olan başqa bir iradımız da bundan ibarətdir ki, Siffeyn müharibəsində, səninlə Müaviyə arasında əhdnamə yazılan zaman sən öz katibinə dedin ki, belə yazsın: «Bu, mö’minlərin əmiri Əli ibni Əbi Taliblə Müaviyə ibni Əbi Süfyan arasında olan bir əhdnamədir». Müaviyə sənin mö’minlərin əmiri olmağına e’tiraz etdikdə, sən o ünvanı pozdurub dedin ki, belə yazılsın: «Bu Əli ibni Əbi Taliblə Müaviyə ibni Əbu Süfyan arasında olan bir əhdnamədir». Əgər sən mö’minlərin əmiri deyilsənsə, onda kafirlərin əmirisən. Halbuki biz mö’minik və sən bizim əmirimiz olmamalısan.
    Əli (ə) buyurdu: Ey camaat! Siz öz sözlərinizi dediniz, indi cavabı eşidiniz. Mən Hüdeybiyyə sülhündə Peyğəmbərin (ə) katibi idim. O həzrət (s) mənə buyurdu ki, belə yazım: «Bu Allahın Rəsulu Məhəmməd ilə Məkkə əhli arasında bir sülhnamədir». Əbu Süfyan (yaxud Məkkə müşriklərinin nümayəndəsi olan Süheyl ibni Əmr) dedi: Əgər mən sənin Allahın Rəsulu olduğunu qəbul etsəydim, səninlə müharibə etməzdim. Belə isə özünün və atanın adından başqa bir şey yazma». Buna görə də Peyğəmbər (s) mənə əmr etdi ki, risalət ünvanını pozub belə yazım: «Məhəmməd ibni Əbdillah ilə Məkkə əhli arasında olan bir sülhnamədir». Mənim xilafət ünvanını götürməyim eynilə Peyğəmbərin risalət ünvanını götürməyinə oxşayır və Peyğəmbər də bu işdə mənim üçün nümunədir.
    Xəvaric dedi: Digər bir iradımız da budur ki, sən həkəmlərə dedin: «Allahın kitabına nəzər edin, əgər məni Müaviyədən fəzilətli bilsəniz, xilafətə məni seçin, yox əgər Müaviyəni fəzilətli bilsəniz xilafətə onu seçin.» Demək, sən özün-özünə arxayın deyilsən ki, deyirsən Müaviyə məndən əfzəldir. Belə ki, bizim sənin əfzəl olmağın barəsindəki şəkkimiz, sənin özünə olan şəkkindən daha çox olacaqdır.
    Əli (ə) buyurdu: Mən bu işlə Müaviyə ilə insafla rəftar etmək istəyirdim, əks halda həkəmlərə deyə bilərdim ki, mənim xeyrimə hökm edin və Müaviyəni boşlayın. Müaviyə də bu işə razı olmazdı. Eləcə də əgər Rəsuli-Əkrəm (s) Nəcran məsihiləri ilə mübahilədə «gəlin mübahilə edək və Allahın lə’nətini sizə qərar verək» desəydi, məsihilər bu işə razı olmazdı. Məhz bu səbəbdən onlarla insafla rəftar etdi. Mən də Peyğəmbər kimi Müaviyə ilə insafla davrandım, Əmr Asın mənim nümayəndəmə hazırladığı hiylədən agah deyildim.
    Xəvaric dedi: Sənə digər bir iradımız da vardır. Sən öz haqqın olan bir işi həkəmlərə həvalə etdin.
    Əli (ə) buyurdu: Rəsuli-Əkrəm (s) Bəni Qureyzə barəsində Sə’d ibni Məazı həkəm qərar verdi. Halbuki istəsəydi belə etməyə bilərdi. Sonra Sə’d onların kişi və qadınlarının qətlinə, övladlarının əsirliyinə, mal-dövlətlərinin qarət edilməsinə hökm verdi. Rəsuli-Əkrəm (s) özü görməli olduğu bir şeydə digərini həkəm qərar verdi. İndi deyin, mənim əleyhimə deyə biləcəyiniz başqa bir dəliliniz vardırmı?
    Xəvaric sakit oldular və deməyə heç bir söz tapmadılar. Amma, öz aralarında dedilər: Düz deyir. O, bizim bütün dəlillərimizi batil etdi. Bu zaman camaat hər tərəfdən fəryad çəkib dedi: Ya Əmirəl-mö’minin! Tövbə, tövbə!
    Bu hadisədə xəvaricdən 8000 nəfər tövbə edərək Əmirəl-mö’minin Əli (ə)-a tərəf gəldilər. O həzrət də onların tövbələrini qəbul etdi. Amma dörd min nəfərə kimi qaldı və Əbdüllah ibni Vəhəb Rasibinin sərkərdəliyi ilə, tarix kitablarında müfəssəl şəkildə deyildiyi Nəhrəvan müharibəsində Əmirəl-mö’minin Əlinin (ə) qarşısında cəbhələşdilər və nəhayətdə sayları 10 nəfərdən az olan bir dəstə istisna olmaqla, hamısı qətlə yetirildi.
    Nəhrəvana gəlməyən xəvaric dəstəsi, eləcə də Nəhrəvanda Əlinin (ə) vasitəsi ilə öldürülənlərin övladları xəvaricin siyasi və əqidəvi cərəyanının davam etməsinə səbəb oldu.
    Xəvaric tədriclə öz əqidə və fikirlərinin bə’zilərini yaymaqla, xüsusilə «günaha mürtəkib olmaq şirk və küfrdür» məsələsinə e’tiqad bağlayaraq, bir məzhəb və məktəbə çevrildi, sair məzhəblərin, o cümlədən Mürciə məzhəbinin müqabilində dayandı. Belə ki, onlar günaha mürtəkib olanın dindən çıxaraq əzaba layiq olmasına inanmırdılar. Xəvaric cərəyanı da sair əqidəvi cərəyanlar kimi müxtəlif firqələrə bölündü ki, gələcək dərslərimiz də onların firqələri ilə tanış olacağıq.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Xəvaric Nəhrəvanda nə işlər törətdi?
    2. Əmirəl-mö’minin Əli (ə) ilk əvvəldə xəvariclə müharibə etmək fikrində idimi? Nə üçün?
    3. Əli (ə)-la xəvaricin arasındakı müzakirədən nə nəticə alınır?
    4. Xəvaric cərəyanı necə davam etdi?
    OTUZUNCU DƏRS
    XƏVARİC (3)
    FİRQƏLƏR
    1. Xəvaric neçə dəstə və firqəyə bölünür?
    2. Bu firqələrdən hansı indiyə kimi davam etməkdədir?
    Xəvaric cərəyanı özünün ifratçı nəzəriyyələrinə, sabit və aydın bir ideoloji fikirdən məhrum olduqlarına görə çox tez bir zamanda müxtəlif firqələrə bölündü.
    Bu firqələrin arasında səkkizi digərlərinə nisbətən daha mühümdür. O səkkiz firqənin özü də müxtəlif firqələrə bölünmüşlər ki, onların hamısı tarixi hadisələr nəticəsində aradan getmiş və yalnız Əbaziyyə firqəsi indiyə qədər öz həyatını davam etdirə bilmişdir. Bu firqənin ardıcılları da hal-hazırda Əmmanda və kiçik bir qrupları Tanzaniya, Liviya, Əlcazir və Tunisdə yaşayırlar.
    Xəvaricin səkkiz əsas firqəsi aşağıdakılardan ibarətdir:
    1. Mühəkkimə, yaxud Həruriyyə;
    Bu firqə həkəmiyyət zamanı Əmirəl-mö’minin Əlinin (ə) qarşısında dayanan və ondan sonra Həruraya yığışan şəxslərdən ibarətdir. Bu firqə həkəmiyyətlə müxalifət etdiklərinə görə Mühəkkimə, Hərurada bir yerə toplaşdıqlarına görə isə Həruriyyə adı ilə məşhurlaşıb.
    Əbdüllah ibni Vəhəb Rasiqi, Urvət ibni Cərir, Yezid ibni Asimə, Hərqus ibni Züheyr və İtab ibni Ə’vər bu qrpun rəhbərlərindən idi.
    Bu qrupun İslami firqələrin heç birində görünməyən və sair firqələrdə bid’ət sayılan əqidələrindən biri də budur ki, nəinki imaməti Qüreyşdən başqasına caiz bilmirlər, üstəlik inanırdılar ki, camaat hər kəsi öz rə’yilə seçsə və o, camaatın istəyi və rə’yi əsasında əməl etsə imamdır, əgər yolunu dəyişdirsə, yaxud haqdan (camaatın dərk etdikləri tərzdə) dönsə, onun işdən çıxardılması və yaxud qətlə yetirilməsi vacib olacaqdır. Bundan əlavə inanırdılar ki, ümumiyyətlə imamın olmaması da caizdir.
    Bu qrupun törətdiyi bid’ətlərdən biri də bu idi ki, Əmirəl-mö’minin Əlinin (ə) həkəmiyyət məsələsində xəta etdiyinə inanır və deyirlər ki, Əli (ə) o iki kişinin (Əmr As və Əbu Musa) hökmünü təsdiq etdi, halbuki hökm yalnız Allaha məxsusdur. Əlinin (ə) barəsində bu kimi sözləri elə bir halda davam etdirirdilər ki, o həzrət həkəmiyyətə məcbur edilmişdi və buna görə də «La hökmə illa lillah» şüarının cavabında buyururdu: «Bu kəlmə batil məqsədlə deyilən haqq bir kəlmədir. Bəli, hökm yalnız Allaha məxsusdur, lakin onlar deyirlər ki, rəhbərlik Allahdan başqasına məxsus deyildir. Halbuki camaatın həmişə rəhbərə ehtiyacı vardır. İstər yaxşı əməl sahibi olsun, istərsə də pis əməl sahibi (yə’ni, rəhbərin varlığının zərurəti elə bir həddədir ki, əgər saleh şəxs olmasa, saleh olmayan bir şəxs də rəhbərliyi öhdəsinə almalıdır)»(«Nəhcul-Bəlağə», 40-cı xütbə)
    Bu qrupun əqidə üsulları sair xəvaric firqələrinin əqidə və düşüncələrinin əsası oldu. Onların e’tiqadi əsaslarının bə’zisində müəyyən fərqlər də var idi. Nəcdad firqəsindən başqa hamısı Əli ibni Əbi Talibi, Osman ibni Əvfanı, Cəməl səhabələrini, həkəmeyni və həkəmiyyətə razı olan hər bir şəxsi kafir hesab edir və bundan əlavə böyük günah edənləri də kafir sayırdılar. Mühəkkimə firqəsinin ideoloji əsasları 28-29-cu dərslərdə bu iki firqənin mübahisələrində bəyan olundu.
    2. Əzariqə;
    Bu firqə ardıcılları Əbi Raşid Nafe ibni Əzrəq Hənəfinin ardıcıllarıdır. Onlar öz müxaliflərini kafir deyil, müşrik hesab edirdilər (Mühəkkimə isə kafir hesab edirdi).
    İbni Əzrəq öz müxaliflərinə qarşı çox barışmaz və məntiqsiz bir adam idi. O, Qur’ani-Kərimin çox səthi təfsir və tə’biri əsasında öz əqidə prinsiplərinə Qur’andan dəlil gətirməyə çalışırdı. Onun ifratçı əqidələrindən biri də bu idi ki, bütün cəmiyyətlər, o cümlədən islam cəmiyyəti Darul-küfrdür və hamısı cəhənnəm əhlidir, yalnız öz imanlarını (Əzariqənin özünün başa düşdükləri kimi) izhar edənlərdən başqa; eləcə də mö’minlərdən (yə’ni, ibni Əzrəqin ardıcıllarından) heç birinə namaz üçün başqalarının də’vətini qəbul etmək, yaxud başqasının kəsdiyi heyvan ətindən yeməsi və onlarla izdivac etməsi caiz deyildir. Həmçinin, heç kəs irs aparmır, çünki, sairləri (xəvaricdən başqaları) kafir və bütpərəstlər kimidir, onlara qılınc və yaxud İslamın qəbul edilməsindən başqa bir təklif irəli sürülmür.
    İbni Əzrəq hətta bitərəflik mövqeyini də qəbul etmir və inanırdı ki, bu qrup ya müsəlman olmalı, ya da İslam ölkəsindən (yə’ni, xəvaricin yerləşdiyi yerdən) çıxarılmalı, əks halda isə öldürülməlidir.
    Əzariqənin sair bid’ətləri kimi aşağıdakıları qeyd etmək olar:
    Müxaliflərin arvad və uşaqlarının qətlinin halal olması, müşriklərin uşaqlarının ataları ilə birlikdə cəhənnəm əhli olacaqlarına hökm etmək, Allahın be’sətdən qabaq kafir olan, yaxud peyğəmbərlikdən sonra kafir olacağını bildiyi bir şəxsin peyğəmbərliyə seçməsini caiz olması və s.
    3. Nəcdat;
    Bu firqənin üzvləri Nəcdət ibni Amir Hənəfinin ardıcıllarıdır (h.q.69). Bu firqə Nafe ibni Əzrəqin özündən göstərdiyi çox tələbkar və şiddətli reaksiyaların ardınca yaranmışdır. Çünki başda Əbu Füdeyk Təmimi və Ətiyyə ibni Əsvəd Hənəfi olmaqla xəvaricdən bir qurupu bu kimi ciddi tələbkarlıqdan cana doyaraq Yəmaməyə getmişdilər.
    Orada Nəcdəti mö’minlərin əmiri seçib Nafenin ardıcıllarını kafir hesab etdilər. Amma çox keçmədən bu firqənin özü üç kiçik firqəyə bölündü. Birinci firqə Ətiyyənin rəhbərliyi altında olub Ətəviyyə adlandırıldı, digər bir qrup Əbu Füdeykin rəhbərliyi ilə yarandı ki, Nəcdətin çox qatı müxaliflərindən idi və axırda da Nəcdət onun köməkçilərinin vasitəsi ilə öldürüldü. Üçüncü qrup isə Nəcdətə vəfadar qalanlar idi.
    Nəcdatın ardıcılları şərab içən şəxsə hədd (şallaq) vurulmasını ləğv etdilər və dedilər ki, hər kəs haram bir şeyə nəzər etsə, yaxud bir yalan desə, ya ona israr etsə müşrikdir. Amma əgər bir kəs zina və oğurluq etsə, şərab içsə və bu işə israr etməsə müsəlmandır; bu şərtlə ki, xəvaricdən olsun.
    4. Mücaridə;
    Bu firqə Əbdülkərim ibni Əcrüdün vasitəsi ilə yaradıldı. O, Ətiyyət ibni Əsvədin səhabələrindən idi və onunla olan bə’zi nəzər ixtilaflarına görə ondan ayrılmışdı. Buna əsasən onun nəzərləri Nəcdətə çox yaxın idi.
    Bu firqə həddi-büluğa çatmayan bir uşağı, həddi-büluğa çatmayıb İslam dininə dəvət olunmayanacan, İslam, küfr və şirk hökmünə şamil etmirlər. Həmçinin Əzariqənin əksinə olaraq, bitərəf şəxsləri təqvalı olması şərti ilə qəbul edir, onlardan bizarlıq etmirdilər.
    Onların çox qəribə əqidələrindən biri bu idi ki, «Yusif» surəsinin Qur’anın bir hissəsi olmasını qəbul etmirdilər. Çünki orada eşq və aşiqlik məsələsi irəli çəkilmişdir və onların nəzərinə görə bu, Allah kəlamına yaraşmayan bir işdir.
    5. Süfriyyə;
    Süfriyyə Ziyad ibni Əsfərin ardıcıllarıdır. Onların nəzərinə görə, şəriətdə hədd vurulması nəzərdə alınan böyük günahlardan birini görən şəxs bu günaha mürtəkib olsa, kafir və ya müşrik olmur. Lakin, o böyük günahın adı ona qoyulacaqdır. Məsələn zinakar, oğru, qəsb edən və s. Amma şəriətdə hədd nəzərdə alınmayan bir günaha mürtəkib olsa, ona kafir deyiləcək. Namazı tərk etmək və yaxud da müharibədən qaçmaq kimi günahlar.
    6. Beyhəsiyyə;
    Bu firqənin üzvləri ibni Beyhəs Heysəm ibni Cabirin ardıcıllarıdır. Əbu Beyhəs inanırdı ki, bir kəsə yalnız o zaman müsəlman demək olar ki, Allaha, Onun peyğəmbərinə və ilahi övliyalara mə’rifət kəsb edib Allah düşmənlərindən bəraət (bezarlıq) etsin və eləcə də müqəddəs şəriətdə gələnlərin (Allahın haram etdiyi və Onun barəsində əzab qərar verdiyi şeylər) hamısını iqrar etsin.
    7. Süalibə;
    Bunlar Sə’ləbə ibni Amirin ardıcıllarıdır. Sə’ləbə ilk əvvəllər Əbdülkərim ibni Əcrüdlə yanaşı idi, amma uşaqların hökmü barəsində aralarında ixtilaf yarandıqdan sonra ondan ayrıldı. Çünki Sə’ləbə müsəlman uşaqlarını müsəlman hesab edirdi. Buna görə də Ücaridə Sə’ləbədən bezarlıq etdi, Sə’ləbə və onun dostları yeni bir firqəni yaratdılar.
    8. Əbaziyyə.
    Bu firqənin banisi Əbdüllah ibni Əbaz Təmimidir. Doğum və vəfat tarixi mə’lum deyildir. Amma, Müaviyə ibni Əbu Süfyanın dövründə olmuş, Mərvanın xilafətinə qədər (h.q.65-87) yaşamışdır. Əbdüllah ibni Əbazdan əlavə Əbu Şə’saadı ilə tanınan Cabir ibni Zeydi də bu firqənin banisi kimi qeyd edirlər. Bu firqənin tədqiqatçılarından bə’ziləri inanırlar ki, İbni Əbaz öz ideoloji əsaslarını Cabirdən əxz etmişdir. Cabir h.q.18-ci ildə dünyaya gəlmiş, h.q.93-cü ildə isə dünyadan getmişdir. O, Peyğəmbər (s) səhabələrinin çoxundan elm öyrənmişdir. Bə’zi tədqiqatçılar bu iki nəzəri bir yerə belə cəm edirlər ki, Əbaziyyə firqəsinin iki rəhbəri olmuşdur, biri Cabir kimi əqidəvi rəhbər, digəri isə Əbaz kimi siyasi rəhbər.
    Hər halda Əbaziyyə firqəsi, dərsin əvvəlində qeyd olunduğu kimi, yalnız xəvaricdən qalan yeganə firqədir ki, hazırkı dövrə qədər gəlib çıxmışdır və onun ardıcılları İslam dünyasının müəyyən məntəqələrində vardır.
    Əbazi yazıçılardan bə’ziləri deyir: «Əbazi firqəsi yalnız iki məsələdə, yə’ni həkəmiyyətin səhv olması və imamətin Qüreyşdən olmayan şəxsə caiz olması kimi iki məsələdən başqa sair üsul e’tiqadlarında islam firqələri ilə çox da fərqlənmir. Belə ki, Allahın sifəti, Allahın görünməsi, tənzih, tə’vil, Qur’anın hadis olması kimi məsələlərdə Mö’təzilə və şiələrlə müvafiqdir; şəfaətdə Mö’təzilə ilə eyni əqidədədir, yaxud qəzavü-qədər və fe’llərin xəlq olunmasında Əşərilərlə eyni rə’ydədir.(Əli Yəhya Müəmmər, «Əl-əbaziyyətü beynəl-firəqil-islamiyyə».) Əlbəttə, Əbaziyyə qeyd olunanlardan başqa bə’zi üsuliddin məsələlərində sair xəvaric firqələri ilə eyni əqidədədir. O cümlədən, imamət məsələsində nəssin inkarı, böyük günahlara mürtəkib olanların cəhənnəmdə əbədi qalması və onlara şəfaətin çatmaması, kəbirə günahlara mürtəkib olanları müşrik hesab etmək və s.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Həruriyyə kimlərə deyilir?
    2. Əmirəl-mö’minin Əli ibni Əbi Talib (ə) «La hökmə illa lillah» şüarı barəsində nə buyurdu?
    3. İbni Əzrəqin nə kimi nəzərləri vardır?
    4. Nəcdatın kiçik firqələrə parçalanmasının səbəbi nə idi?
    5. Kimlər «Yusif» surəsini Qur’anın bir hissəsi olmasını qəbul etmirdilər və nə üçün?
    6. Beyhəsiyyənin iman və küfr barəsindəki nəzəri nədir?
    7. Süalibə Ücaridədən necə ayrıldı?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 405 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019