İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 5:07 AM

    QIRX ALTINCI DƏRS
    İmamiyyə məzhəbinin özünə xas olan əqidələri hansılardır?
    İMAMİYYƏ ƏQİDƏSİ(2)
    Bu dərsimizdə İmamiyyə məzhəbinin əqidə, nəzər və təfəkkür-tərzi barədə apardığımız söhbəti davam etdirəcək, onlara qarşı irəli sürülən iradlar barədə araşdırmalar aparacağıq.
    1. BƏDA
    Şiəliyin «Bəda»ya olan e’tiqadı bir çoxlarının e’tirazına səbəb olmuşdur. Onların fikrincə, «Bəda» – Allahın insanları bir şeyə əmr etməsi, sonradan onu ayrı cür düşünərək digər bir şəkildə buyurmasıdır. Belə bir e’tiqad şübhəsiz ki, küfr və şirkdir. Çünki, Allahın öz nəzərini dəyişməsini qəbul etmək, Ona bir növ nöqsan və çatışmazlığı aid etmək deməkdir.
    İmamiyyə alimləri buna cavab olaraq deyirlər: «Bəda» - insan barədə işlənilərsə, hər hansı bir şəxsin əvvəllər e’tiqadı olmadığı bir şey barədə nəzər verib, sonradan yeni bir baxışa yiyələnməsinə deyilir. Bir sözlə, hər hansı bir şəxsin yeni mə’lumat əldə etdiyi və ya təfəkkür-tərzində dəyişikliklər yarandığı üçün nəzərdə tutduğu şeydən yayınmasına aid olunur. Hətta nəzərdə tutduğu əvvəlki işin xeyirli olmadığını başa düşüb ilk rə’yin əsasında yerinə yetirdiyindən peşman olsa da.
    Allah-taalaya gəldikdə isə, burada «Bəda»nın rə’y və nəzərin dəyişilmə mə’nasını daşıması qeyri-mümkündür. Çünki belə bir tərzi-təfəkkür cəhl və çatışmazlığı Allaha aid etməkdən irəli gəlir. İmamiyyə şiələri isə bu fərziyyəni qətiyyətlə rədd edirlər.
    İmam Cə’fər Sadiq (ə) buyurur: Bədanı Allaha aid edib onu «rə’yin dəyişməsi» kimi yə’ni, «Allah gördüyü işdən peşman olmuşdur» kimi mə’nalandıran şəxslər küfr etmişlər.
    Həmçinin buyurur: «Allah-taala dünən bilmədiyi şeyi bu gün başa düşmüşdür» deyən şəxslərə nifrət edirəm.
    İmamlardan gəlib çatan digər rəvayətlər də belə bir yanlış tərzi-təfəkkürlə tam ziddiyyət təşkil edir.
    İmamiyyə alimləri bu kimi rəvayətlərin izahında deyirlər: «Bəda» deyildikdə, Rə’d surəsinin 39-cu ayəsindəki «məhv və sabitlik» nəzərdə tutulur. Orada buyurulur:
    «Allah [həmin kitabda] istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar [bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar]. Kitabın əsli [lövhi-məhfuz] Onun yanındadır.»
    Yə’ni, Allah-taala hər hansı bir mətləbi peyğəmbərinin və ya onun canişininin vasitəsilə camaata aşkar etdikdən sonra, şərait dəyişildiyi və ya məsləhət ayrı cür olduğu üçün bu dəfə onun yerinə başqa bir şeyə hökm verir. İbrahim Peyğəmbərin oğlu İsmailin əhvalatını buna misal çəkmək olar: İbrahim peyğəmbər yuxuda oğlunu qurban etməli olduğunu gördükdə, tə’xirə salmadan ilahi hökmü icra etmək qərarına gəlir. Lakin Allah-taala onun qurban kəsilməsini əsla istəmirdi. Sadəcə olaraq, Ona iman gətirmiş həqiqi təqva sahiblərinin [yə’ni həzrət İbrahimin camaata] Onun qarşısında təslim olmalarını göstərmək istəyirdi.
    İmam Sadiq (ə)-ın öz oğlu barədə dedikləri də məhz bu mətləbə dəlalət edir. Yə’ni, əvvəl hamı İsmailin imam tə’yin olacağını düşünürdü, lakin onun imam olmayacağı mə’lum olsun deyə, atasının sağlığında Allah-taala onun dünyasını dəyişdirdi. İslam dininin zühur etməsi ilə əvvəlki dinlərin hökm və qanunlarının qüvvədən düşməsini (nəsx olmasını) də buna misal çəkmək olar. Allah-taala nəsx olunmuş hökmlərin bəyanında insanlar üçün müəyyən mənafelər nəzərdə tutmuşdu ki, onlar aradan getdikdən sonra, verilmiş ilk hökm növbəti hökmlə nəsx olaraq dəyişdirilmişdir.
    2. İMAMLARIN İSMƏTİ
    İmamiyyə məzhəbinə qarşı söylənilən digər iradlardan biri də onların imamları mə’sum və günahsız hesab etmələridir. İmamiyyə alimləri bu irada cavab olaraq deyirlər: İmam (şəriət gətirməsə də,) peyğəmbərlər tək şəriətin qoruyucusu və onun keşiyində duran mə’sum şəxsə deyilir. Bunun üçün də onlar peyğəmbərlər kimi mə’sum və günahsız olmalıdırlar. İlahi hökmlərin təbliğində nə səhvə, nə də unutqanlığa yol verər, eləcə də heç vaxt günaha düçar olmazlar. Əvvəla ona görə ki, camaat nümunə olaraq şər’i hökmləri onlardan öyrənir. Demək, əgər imam şər’i hökmlərin izahında səhv və ya unutqanlığa yol verərsə, camaat haqdan uzaqlaşaraq zəlalətə düçar ola bilər.
    İkincisi, imamlar xalqa nümunə olduqları üçün onlar öz həyatlarında azacıq da olsa, səhvə yol verməməlidirlər. İmamlar günaha düçar olduqları təqdirdə, bu iş başqaları üçün getdikcə adiləşəcək və təbii bir hala çevriləcəkdir. Əhzab surəsinin 33-cü ayəsində imamların mə’sum olduqları barədə buyurulur:
    «...Siz ey [Peyğəmbərin] ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər.»
    Ayədə istifadə olunun «rics» kəlməsi hər bir xoşagəlməz şeyə deyilir. Təbii ki, günah da onun ən bariz nümunəsidir. Bu səbəbdən də bütün günah və çatışmazlıqlar Peyğəmbər (s) Əhli-beytinin şə’nindən uzaqdır. İsmətin mə’nası da məhz budur.(Həmin mənbə.)
    3. İLAHİLƏŞDİRMƏ (ĞÜLUVV)
    İmamiyyə tərəfdarlarına vurulan ittihamlardan biri də budur ki, guya onlar, Allahın imamların vücudunda təcəlli etdiyinə e’tiqad bəsləyir və onları ifrat dərəcədə ilahiləşdirirlər.
    İmamiyyə alimləri imamları ilahiləşdirən «Ğulat» adlı dəstənin şiələr arasında olmasını qətiyyətlə təkzib etmişlər və yekdilliklə onların küfr etmələrinə dair fətva vermişlər. Misal olaraq, onlardan bir neçəsini qeyd edirik:
    1. İmamiyyənin böyük alimlərindən biri olan Məhəmməd ibni Nö’man Əkbəri (Şeyx Mufid) deyir: «Zahirdə özlərini müsəlman kimi göstərən Ğulat dəstəsi Əmirəl-mö’minin Əlini (ə) və onun nəslindən olan imamları peyğəmbərlik məqamına ucaldır, ilahiləşdirir, olduqca fəzilətli adlarla vəsf edir və haqdan uzaq düşüb kafir olurlar. Əmirəl-mö’minin Əli (ə) onların od vurulub yandırılmasına, digər imamlar isə, islamdan xaric olub küfr etmələrinə dair hökm vermişlər.»(Təshihul-e’tiqad / Şeyx Mufid.)
    2. İmamiyyənin görkəmli müasir alimlərindən olan Seyyid Kazim Yəzdi deyir: «Ğulat, Xəvaric və Nasibilərin murdar və nəcis olmalarında heç bir şəkk-şübhə yoxdur.»(Urvətul-vusqa / Yəzdi.)
    3. İmamiyyənin görkəmli alimlərindən olan mərhum Əbülqasim Xoyi bu barədə deyir: «Kafir o kəsə deyilir ki, ya heç bir dinə mənsub olmasın, ya islmadan qeyri bir dinə iman gətirsin və ya islamı qəbul edib onun bir hissəsini inkar etmiş olsun. Belə ki, onun bu inkarı bir növ peyğəmbərliyin inkar olunmasına qayıtsın. (Mə’adın inkarı da küfrə səbəb olur). Belə olduqda mürtəd, kafir, hərbi kafir, zimmi kafir, xəvaric, nasibi və ğulat arasında heç bir fərq yoxdur.(Minhacus-salihin; Xoyi.)
    4. Müasir dövrün görkəmli fiqh alimlərindən olan mərhum Ayətullah Xomeyni bu barədə deyir: «...Ğulata gəldikdə, bilmək lazımdır ki, onlar Allahın birliyini və ya peyğəmbərləri inkar edərlərsə, kafir hesab olunurlar.»(Təhrirul-vəsilə/Xomeyni)
    Bütün bunlarla yanaşı, digər İmamiyyə alimləri də ğulatın küfr etmələrinə dair fətvalar vermiş və öz risalələrində «Ər-rəddu ələl-ğulat» adlı ayrıca bir fəsl yazmışlar. Yunis ibni Əbdürrəhman, Əli ibni Məhziyar, Fəzl ibni Şazan, Məhəmməd ibni Həsən Səffar, Həsən ibni Əli ibni Fəzzal, Sə’d ibni Ubeydulla Əş’əri, İsmail ibni Əli Nobəxti, İshaq ibni Həsən ibni Bəkr, Məhəmməd ibni Əli Kəracəki və Məhəmməd ibni Həsən Cə’fərinin yazdıqları risalələri buna misal göstərmək olar.
    4. RƏC’ƏT
    İmamiyyə məzhəbi qiyamətdən əvvəl imam Mehdinin (ə.c.) zühur edərək yer üzərində islam dövlətini bərqərar etməsinə, digər imamların və onların sadiq tərəfdarlarının dünyaya qayıdıb bunu müşahidə etdikdən sonra yenidən dünyalarını dəyişmələrinə e’tiqad bəsləməkdə ittiham olunurlar.
    İmamiyyə məzhəbi ilə müxalif olan bə’zi firqələr belə bir e’tiqadı bə’zi dinlərdə mövcud olan «tənasüx*» əqidəsinə oxşatmışlar.
    İmamiyyə alimləri tutulan irada belə cavab verirlər: Allahın qüdrəti ilə insanların vəfat etdikdən sonra yenidən dünyaya qayıtmasına Qur’anın bir neçə ayəsində işarə toxunulur. Bəqərə surəsinin 55-56, 72-73 və 243-cü ayələrində Bəni-israildən olan bir dəstə şəxsin və başqalarının öldükdən sonra yenidən dirilməsini, Üzeyir peyğəmbərin yüz ildən sonra yenidən dirilməsini (Bəqərə-259) və ölülərin İsa peyğəmbərin vasitəsi ilə yenidən dirilməsini (Ali-imran-49) buna misal göstərmək olar. Demək, keçmiş dövrlərdə ölülərin Allahın izn və qüdrəti ilə dirilmələri mümkün olmuşsa, təbii olaraq, gələcəkdə də mümkün ola bilər və bu heç də Allahın istək və iradəsindən xaric deyildir. Lakin belə bir əqidənin «tənasüx»ə bənzədilməsi heç də düzgün sayılmır. Çünki, tənasüx bir şəxsin ruhunun öldükdən sonra başqa birisinin vücuduna daxil olmasına deyilir. Bir halda ki, rəc’ətdə ruh öz sahibinin bədəninə qayıdır və bu, islam və digər dinlər tərəfindən tamamilə qəbul olunmuş bir nəzəriyyədir. Çünki belə bir hal ən azı qiyamət günü müşahidə olunacaqdır. Yuxarıda qeyd olunan ayələrdə bunun yaşadığımız dünyada da baş verməsinin mümkünlüyü göstərilmişdir.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Bəda nədir?
    2. İmamiyyənin Bədaya olan baxışı nədən ibarətdir?
    3. İmamiyyə nə üçün imamları mə’sum hesab edir?
    4. Ğuluvv nədir və İmamiyyənin onlara olan baxışı necədir?
    5. Qur’an ayələrindən istifadə edərək, deyin görək rəc’ət mümkündürmü?
    QIRX YEDDİNCİ DƏRS
    İmamiyyə məzhəbinin əqidə üsulları kimlər tərəfindən meydana gəlmişdir?
    İMAMİYYƏNİN MƏŞHUR KƏLAM ALİMLƏRİ
    Əvvəlki dərslərimizdə qeyd etdik ki, İmamiyyə şiələri öz əqidə üsullarını Peyğəmbər (s) sülaləsi olan imamlardan, onlar da öz növbəsində həzrət Rəsuli-əkrəmdən əxz etmişlər. İmamiyyə alimləri imamlardan əqidə əsaslarını təşkil edən onlarla hədis və rəvayət nəql etmişlər. Bu məzmunda nəql olunmuş hədislər tövhid və əqlin əqidəvi anlayışlarda ifa etdiyi roldan başlayaraq, cəbr və ixtiyar, qəza və qədər, peyğəmbərlik, mə’ad və s. mövzuları əhatə edir. Bu hədislər həm ayrı-ayrı məcmuələr şəklində, həm də İmamiyyə alimlərinin yazdığı kitablarda dərc edilmişdir.
    Şiə alimləri imamların dövründə onların kəlami, fiqhi məsələlərə dair nəql etdikləri hədislərə daha çox diqqət yetirər, fikir mübadiləsinə və yeni nəzəriyyə irəli sürməyə çox az yer verərmişlər. Bə’ziləri isə imamlardan tə’lim alaraq digər firqələrin alimləri ilə elmi mübahisələr də aparmışlar. Bu kimi mübahisələrdən bə’ziləri kitab halına salınaraq müasir dövrə də gəlib çatmışdır. İmamiyyə məzhəbinin 12-ci imamı qeybə çəkildikdən sonra isə, şiə alimləri kəlami bəhslərə qoşularaq, imamların nəzərlərindən istifadə etməklə ortaya çıxan şübhə və sualların aradan qaldırılmasında böyük sə’ylər göstərmişlər. Onlar imamlardan sonrakı dövrlərdə yaranmış firqələrin irəli sürdükləri əsassız nəzəriyyələrə tutarlı cavablar verərək onlardan bə’zilərini rədd etmişlər. Unutmamalıyıq ki, on dörd əsr ərzində islam maarifi sahəsində yazılmış elmi əsərlərin böyük bir hissəsi şiə alimlərinin payına düşür. Bu dövrdə digər firqələr də islam svilizasiyasının daha kamil şəkildə formalaşmasında böyük rol oynamışlar.
    Bu dərsimizdə İmamiyyə məzhəbinin bir neçə kəlam alimi barədə söhbət açacağıq. Bütün sahələrdə fəaliyyət göstərmiş alimlərə gəldikdə isə, bu barədə yazılmış ayrı-ayrı kitablara müraciət etmək lazımdır. Burada adları çəkilən alimlər isə kəlam elminin meydana gəlib geniş vüs’ət tapmasında fəaliyyət göstərmiş ilk şəxsiyyətlərdir.
    1. Zürarət ibni Ə’yun; İmamiyyə məzhəbinin görkəmli fiqh, hədis və kəlam alimlərindən biri olmuşdur. Hicrətin ikinci əsrində yaşamış bu dahi şəxsiyyət haqda İbni Nədim özünün «Əl-fehrest» adlı kitabında yazır: «Zürarə şiə aləminin fiqh, hədis və kəlam sahələrinin ən böyük alimi olmuşdur. O, «istitaət və cəbr» kitabının müəllifidir.
    2. «Mu’minut-taq» ləqəbi ilə məşhur olan Məhəmməd ibni Əli ibni Nö’man Bucəlli; Hicrətin 2-ci əsrində yaşamışdır. Güclü hafizəyə malik olmuş və digər firqələrlə apardığı müzakirələrdə əsaslı dəlillərlə onlara tutarlı cavablar vermişdir. «Əl-imamə», «Əl-mə’rifə», «Ər-rəddu əla Mu’təzilə fi imamətil-məfzul», «Əl-ihticac fi imaməti Əmirəl-mu’minin Əli», «Məcalis məə Əbi Hənifə vəl-murciə» adlı əsərlər onun kəlam sahəsində yazdığı kitablardandır.
    3. Hişam ibni Həkəm; (Hicrətin 199-cu ilində vəfat etmişdir). 7-ci imamın səhabələrindən olmuş Hişam ibni Həkəm 2-ci əsrin görkəmli kəlam alimlərindən sayılır. Qeyri-adi iste’dada malik olduğu üçün daim mübahisə etdiyi şəxslərə qalib gəlirdi. Hişam ibni Həkəm üsulidində dərin düşüncəyə malik idi. Onun Mö’təzilə ilə apardığı elmi mübahisələr və onlara qələbə çalması elm tarixinin maraqlı səhifələrindəndir. (Əl-miləl vən-nihəl/Şəhristani;1-ci cild).
    Rical alimlərindən olan Nəcaşi öz kitabında onun yazdığı 30 kitabın adını çəkir. «Ər-rəddu ələz-zənadiqə», «Əl imamə», «Ət-tohid», «İxtilafun-nas fil imamə», «Əl-cəbr vəl-qədr», «Ər-rəddu ələl-mö’təzilə», «Əl-məcalis fit-tohid», «Əl-məcalis fil-imamə» və başqalarının adını çəkmək olar.
    4. Fəzl ibni Şazan Nişapuri; (Hicrətin 261-ci ilində vəfat etmişdir).
    3-cü əsrin görkəmli fiqh və kəlam alimlərindən olmuşdur. İmam Riza (ə) imam Məhəmməd Təqi (ə) və imam Əliyyən Nəqidən (ə) hədis nəql etmişdir. Kəlami bəhslərə aid onlarla kitab yazmışdır. Nəcaşi öz kitabında onlardan bir neçəsinin adını çəkmişdir. «Ər-rəddu ələs-sənəviyyə», «Ər-rəddu ələl həşəviyyə», «Ət-tohid fi kitabulla», «Əl və’d vəl vəid», «Mihnətul islam», «Ər-rəddu ələl Murciə», «Ər-rəddu ələl-qəramitə», «Mə’rifətul huda fiz-zilalə» və başqalarını buna misal çəkmək olar.
    5. Həsən ibni Musa Nöbəxti; (Hicrətin 310-cu ilində vəfat etmişdir).
    «Firəquş-şiə» adlı kitabın müəllifidir. Üçüncü əsrin axırları-dördüncü əsrin əvvəllərinin məşhur kəlam alimlərindən olmuşdur. Yazdığı kitablardan «Əl-came fil-imamə», «Ət-tohidul-kəbir», «Ət-tənziyə və zikrun mutəşabuhul-Qur’an», «Ər-rəddu ələl-mənziləti bəynə mənzilətəyn fil-vəid», «Ər-rəddu ələl-mucəssəmə», «Ər-rəddu ələl-ğulat» və başqalarının adını çəkmək olar.
    6. Məhəmməd ibni Əli ibni Hüseyn; Şeyx Səduq ləqəbi ilə məşhur olmuşdur. Vəfat tarixi hicrətin 381-ci ilinə təsadüf edir. Şiə məzhəbinin görkəmli alimlərindən biri olmuşdur. Hədis elmində daha çox şöhrət qazana bilmişdir. Kəlam elmində də bir neçə kitab yazmışdır. Onlardan «Ət-tohid», «İkmalud-din və itmamun-ne’mə», «Əl-e’tiqadat», «İləluş-şərae», «Ən-nübuvvə», «Dəlailul-Əimmə və mö’cəzatihim», «İsbatul-vəsiyyə», «İsbatun-nəssi ələl-əimmə» və s. kitabların adını çəkmək olar. Müəllifin «Ət-tohid» kitabı İmamiyyə məzhəbinin kəlam elmində əsas mənbə hesab olunan ən mö’təbər kitablardan biridir.
    7. Əbu Əbdullah Məhəmməd ibni Nö’man; Şeyx Mufid ləqəbi ilə məşhur olmuşdur. Vəfat tarixi Hicrətin 413-cü ilinə təsadüf edir. İbni Nədim onun barəsində deyir: Kəlam elmində özünəməxsus mövqe sahibidir. Olduqca güclü hafizə və iste’dada malik olmuşdur. Onunla görüşdükdə nə dərcədə fəzilətli bir şəxs olduğunun şahidi oldum. Yazdığı kitablardan «Əvailul-məqalat minəl-məzahib vəl-muxtarat» və «Təshihul e’tiqadat»ın adını çəkmək olar.
    8. Əbül Qasim Əli ibni Hüseyn ibni Musa Musəvi; Seyyid Murtəza və Ələmul-huda ləqəbi ilə məşhur olmuşdur. Vəfat tarixi 436-cı ilə təsadüf edir. Beşinci əsrin təkcə şiə məzhəbində deyil, digər firqələr arasında da şöhrət tapmış görkəmli alimlərdən olmuşdur.
    Tanınmış şair Əbul Ə’la Muərri ilk dəfə Seyyid Murtəza barədə deyilənləri eşitdikdə, yaxından tanış olmaq məqsədilə onun evinə gəlir. Evinə qayıtdıqdan sonra ondan Seyyid Murtəzanın necə şəxsiyyət olduğunu soruşduqda, öz təəssüratlarını bu rübai ilə bəyan edir: Məzmunu:
    Bütün eyb və nöqsanların ondan uzaq olduğunu gördüm. Əgər yanına gəlsəydin bütün insanları bir nəfərin vücudunda, ruzigarı bir saatın içində və bütün aləmi bir evdə müşahidə edərdin.
    «Əşşafi» (Qazi Əbdül Cəbbarın «Muğni» adlı kitabına tənqid və cavab olaraq yazılmışdır.), «İnqazul-bəşər minəl qəzai vəl-qədər», «Tənzihul-ənbiya» və «Əz-zəxirətu fi üsuliddin» kitabları onun əsərlərindəndir.
    9. Məhəmməd ibni Həsən Tusi; Şeyx Tusi adı ilə məşhur olmuşdur. Vəfat tarixi Hicrətin 460-cı ilinə təsadüf edir. İmamiyyə alimləri arasında elə bir mövqeyə malik idi ki, bir çoxları ona Şeyxut-taifə ləqəbini vermişdilər. Şiə məzhəbinin ən mö’təbər hesab etdiyi dörd hədis kitabının ikisi yə’ni, «Ət-təhzib» və «Əl-istibsar» kitabları onun payına düşür. «Təmhidul-üsul», «Əl-ğəybə» və «Əl-iqtisad fil-e’tiqad» adlı kitablar da onun yazıb-yaratdığı əsərlərdəndir.
    10. Məhəmməd ibni Məhəmməd ibni Həsən Tusi; Daha çox Xacə Nəsrəddin Tusi kimi tanınırdı. İmamiyyə məzhəbinin 7-ci əsrdə yaşamış görkəmli alimlərindən olmuşdur. Yazıb-yaratdığı əsərlər hal-hazırda təhsil ocaqlarında şiə alimləri tərəfindən geniş istifadə olunur. Xacə Nəsrəddin Tusi fiqh, təfsir, əxlaq kimi dini elmlərlə yanaşı tibb, riyaziyyat, astronomiya və s. elmlərdə də böyük nailiyyətlər əldə etmişdir. Marağa rəsədxanası da məhz onun adı ilə bağlıdır. Monqolların işğal etdikləri məntəqələrdə minlərlə günahsız insanın qanını töküb ölkə və şəhərlərini xarabalıqlara çevirdikləri bir dövrdə, Xacə qaniçən hakimlərin cinayətlərinin qarşısını almaqda böyük rol oynamışdır. «Təcridul-etiqad», «Qəvaidul-əqaid», «Fusulun-nəsiriyyə», «Təlxisul-muhəssəl» və «Cəbr və ixtiyar» barədə yazılmış risalə Şeyx Tusinin məşhur elmi əsərlərindən hesab olunur.
    11. Şeyx Kəmaluddin Meysəm ibni Əli ibni Meysəm Bəhrani; Vəfat tarixi Hicrətin 699-cu ilinə təsadüf edir. 7-ci əsrin görkəmli kəlam və fəlsəfə alimlərindən biri olmuş və «Qəvaidul-məram fil-kəlam» adlı kitabı yazmışdır.
    12. Şeyx Cəmaluddin Həsən ibni Yusif ibni Əli ibni Mutəhhər. Əllamə Hilli kimi məşhur olmuşdur. Vəfat tarixi Hicrətin 126-cı ilinə təsadüf edir. Yazdığı əsərlərdən «Nəzmul-bərahin fi üsuliddin», «Əbhasul-mufidə fi təhsilil-əqidə», «Nəhayətul-məram fi elmil-kəlam», «Kəşful-murad fi şərhi təcridil-e’tiqad», «Ənvarul-mələkut fi şərhil-yaqut», «Kəşful-həqq və nəhcul-sidq», «Minhacul-kəraməti fi isbatil-imamə», «Əl-babul-hadi əşr», «Risalətu fi xulqul-ə’mal», «Nəhcul-mustərşidinə fi üsuliddin» və başqalarının adını çəkmək olar.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. İmamiyyə alimlərinin qeybətdən əvvəlki və sonrakı təbliğ üsullarındakı fərq nədən ibarət olmuşdur?
    2. Zürarət ibni Ə’yunu və Mu’minut-taqın kim olduqlarını xülasə şəkildə bəyan edin.
    3. Şeyx Mufid və Şeyx Səduq kimlərin ləqəbi olmuşdur?
    4. «Ər-rəd ələz-zənadiqə», «Ər-rəddu ələl-həşəviyyə», «Əş-şafi», «Qəvaidul-məram» kim tərəfindən yazılmışdır?
    QIRX SƏKKİZİNCİ DƏRS
    Kisaniyyə hansı firqəyə deyilir və onların əqidəsi necə olmuşdur?
    Vaqifiyyə kimlərə deyilirdi?
    Ələvilər kimlərdir?
    DİGƏR ŞİƏ FİRQƏLƏRİ
    Bu dərsimizdə haqqında söhbət açmadığımız üç firqə - «Kisaniyyə», «Vaqifiyyə» və «Ələvilər» barədə qısa şəkildə söhbət danışacağıq. Bu üç firqədən yalnız biri yə’ni, Ələvilər indi də Türkiyə və Suriyanın bə’zi məntəqələrində öz fəaliyyətlərini davam etdirirlər. Digər iki firqədən isə heç bir əsər-əlamət qalmamışdır.
    1. KİSANİYYƏ
    Kisaniyyənin nə zaman meydana gəlməsi barədə tarixçilər arasında fikir ayrılığı vardır. Üçüncü əsrin görkəmli alimlərindən olan, şiə firqələri barədə ilk dəfə olaraq ayrıca kitab yazan Həsən ibni Musa Növbəxti özünün «Firəquş-şiə» adlı əsərində Kisaniyyə barədə iki yerdə (bir-birindən fərqli olan) mə’lumat verir. Birinci yerdə, Əli ibni Əbu Talibin şəhadəti barədə söhbət açdıqdan sonra deyir: «Əli qətlə yetirildikdən sonra bə’ziləri hələ də onun rəhbərliyinə tabe olaraq, Allah və peyğəmbər tərəfindən onun imamətini vacib hesab edirdilər. Belə bir əqidədə olanlar üç hissəyə ayrıldılar. Onlardan biri Məhəmməd ibni Hənəfiyyənin imamətini qəbul edərək deyirdilər: Bəsrədə (Cəməl döyüşündə) orduya rəhbərlik etdiyi üçün imamət ona çatmalıdır. Sonralar bu dəstə Kisaniyyə adlandırıldı. Çünki onlara rəhbərlik edən Muxtar ibni Əbi Ubeydə Səqəfi, Kisan ləqəbini daşıyırdı.
    Başqa bir yerdə Hüseyn ibni Əlinin şəhadəti barədə söhbət açdıqdan sonra deyir: Bə’ziləri Məhəmməd ibni Hənəfiyyəni imam olaraq qəbul etdi. Onlar belə bir əqidədə idilər ki, Həsən və Hüseyndən sonra Əmirəl-mö’minin Əliyə (ə) ondan yaxın bir şəxs olmamışdır və o, onlardan sonra imamətə hamıdan daha layiq idi. Necə ki, Hüseyn qardaşı Həsəndən sonra bu məqama hamıdan artıq ləyaqətli idi. Bu səbəbdən də Məhəmməd ibni Hənəfiyyə Hüseyndən sonra imam olmalıdır.
    Növbəxtinin verdiyi mə’lumatlardan belə bir nəticəyə gəlmək olur ki, Kisaniyyə Məhəmməd ibni Hənəfiyyənin imamətini qəbul etmişdir. Lakin bu cərəyanın Əli ibni Əbu Talibin və ya Hüseyn ibni Əlinin şəhadətindən dərhal sonra baş verdiyi bir o qədər də dəqiq mə’lum deyildir. Onun «Firəquş-şiə» adlı kitabından bu sualın cavabı aydınlaşmır.
    Firqənin tə’sis olunmasında nəzərə çarpan başqa bir ixtilaf bu cərəyanın başqa-başqa şəxslər tərəfindən tə’sis olunmasından ibarətdir. Növbəxti «Kisaniyyə»nin Muxtar ibni Əbi Ubeydə tərəfindən tə’sis olunduğunu göstərdiyi bir halda, Şəhristani onun Əmirəl-mö’minin Əli İbni Əbu Talibin qulluqçusu və Məhəmməd ibni Hənəfiyyədən dərs almış «Kisan» adlı şəxs tərəfindən yaradıldığını bildirir. Muxtarın tərəfdarlarını isə Kisaniyyənin firqələrindən biri hesab edir. Lakin heç bir tarixi sənəddə Əlinin (ə) Muxtar adlı qulluqçusu olduğu göstərilmir və o həzrət şəhid olduqda Muxtar ibni Ubeydə elə bir ictimai-siyasi mövqeyə də malik deyildi. Əlinin (ə) qulluqçusuna gəldikdə isə, bütün tarixi sənədlər bu şəxsin Qənbər olduğu göstərilir.
    Göründüyü kimi Növbəxtinin verdiyi ikinci mə’lumat yə’ni, Hüseyn ibni Əli şəhid olduqdan sonra şiələrin bir qisminin Məhəmməd Hənəfiyyəyə meyl etmələri həqiqətə daha çox yaxındır.
    Digər tərəfdən də Məhəmməd ibni Hənəfiyyənin şəxsiyyətinə nəzər saldıqda, onun həddindən artıq pəhrizkar və təqva sahibi olduğunun, bir cavan kimi həm atasının, həm də başqalarının e’timadını qazana bilməsinin şahidi oluruq. Bu səbəbdən də həm tarixi sənədlərə, həm də onun şəxsiyyətinə diqqət yetirməklə, belə bir insanın imamət iddiası etməsinə inanmaq olmur.
    Kisaniyyə barədə verilən mə’lumatlar bir-biri ilə o qədər ziddiyyət təşkil edir ki, hətta bə’ziləri onların qondarma bir firqə olduğunu da təsəvvür etmişlər.(Məzhəbu ibtədəəthəs-siyasəti fil-islam/Əbdül vahid Ənsari)
    Lakin Kisaniyyənin Məhəmməd ibni Hənəfiyyəni imam kimi qəbul etmələri göstərir ki, bu, onların əqidələrinin əsas hissəsini təşkil etmişdir. Tarixi mənbələrdə Məhəmməd vəfat etdikdən sonra onların bir neçə hissəyə bölündüyü göstərilir. Onlardan bə’ziləri Məhəmməd ibni Hənəfiyyənin ölmədiyini, Əli ibni Əbu Talibin canişini olaraq, Məkkə ilə Mədinə arasında yerləşən Rəzəvi dağında sakin olduğunu və zühur edərək yer üzündə haqq-ədaləti bərqərar edəcəyini hesab etmişlər. Bə’ziləri ifrata vararaq onu ilahiləşdirmiş, bə’ziləri isə vəfat etdiyinə inanaraq ondan sonra oğlu Əbu Haşim Əbdullaha üz tutmuşdur ki, sonradan Haşimiyyə adlandırılmışlar.
    2. VAQİFİYYƏ
    Növbəxti «Firəquş-şiə» kitabında deyir: Yeddinci imam Musa ibni Cə’fər Kazim vəfat etdikdən sonra şiələr həbs olunaraq bir daha Harun Ər-rəşidin zindanına atıldı və tərəfdarları arasında ixtilaf yarandığı üçün onlar beş dəstəyə bölündülər. Birinci dəstə imam Kazimin (ə) «Sindi be-şahək» zindanında vəfat etdiyini və ondan sonra oğlu imam Əli ibni Musa Rizanın (ə) imamətini qəbul etdi. İkinci dəstə imam Musa ibni Cə’fərin ölmədiyini və heç vaxt ölməyəcəyini, yer üzü zülm və ədalətsizliklə dolduqdan sonra zühur edərək haqq-ədaləti bərqərar edəcəyini, üçüncü dəstə isə onun qaim olduğunu və vəfat etdiyini, lakin yenidən qayıdıb gizli olduğunu hesab edirlər. Tərəfdarları məxfi şəkildə onunla görüşür, onlara haram və halala dair hökmlər verir. Dördüncü dəstə imamın vəfat etdiyini qəbul etmiş, lakin yenidən İsa ibni Məryəm kimi qayıdıb qiyam edərək yer üzündə haqq-ədaləti bərqərar edəcəyini bildirmişlər. Beşinci dəstə belə bir əqidədə olmuşdur ki, imam Kazim (ə) vəfat etmişdir, lakin Allah-taala onu göylərə qaldırmış və qiyamət günü yenidən dünyaya qaytaracaqdır. Birinci dəstədən başqa qalan dörd dəstə imam Musa ibni Cə’fərin imaməti üzərində dayandıqları və onun qeybə çəkildiyini güman etdikləri üçün «Vaqifiyyə» (dayananlar) və ya«Vaqifə» adlandırılmışlar.
    Əbül Həsən Əş’əri özünün «Məqalatul-islamiyyin», «Əbdül Qahir Bağdadi» «Əl-fərqu beynəl-firəq» və Şəhristani «Əl-miləl vən-nihəl» adlı kitablarında bu nəzəriyyəni irəli sürmüşlər.
    3. ƏLƏVİLƏR
    Ələvilər şiə firqələrindən biri hesab olunur və hal-hazırda Suriya, Livan və Türkiyənin bə’zi nahiyələrində yaşayırlar. On üç nəfərdən ibarət olan Ələvi alimlərinin Hicri 1392/8/24 tarixdə verdikləri bəyanata nəzər saldıqda, bu həqiqətin şahidi oluruq ki, şər’i hökmlər və üsulidin məsələləri baxımından ələvilərlə imamiyyə şiələri arasında heç bir fərq yoxdur. Eyni zamanda bə’zi imamiyyə alimləri də belə bir e’tiqadın doğruluğuna dair şəhadət vermişlər. Bu yaxınlarda dünyasını dəyişmiş Livanın görkəmli fiqh alimlərindən olan Şeyx Məhəmməd Cavad Muğniyə Ələvi alimləri ilə apardığı müzakirə və elmi məclislərdən sonra onların əqidələrinin imamiyyə şiələri ilə tamamilə müvafiq olduğunu bir daha e’tiraf etmiş və buna şəhadət vermişdir.(Əl-ələviyyun fi dairətuz-zov’/Əli Əzizul İbrahim.)
    Lakin burada belə bir sual meydana gəlir. Əgər Ələvilərin əqidəsi imamiyyə şiələri ilə tam uyğun gəlirsə, onda nə üçün onlar müstəqil firqə hesab olunurlar?
    Bu sual müxtəlif məzhəb və dinlər barədə kitab yazmış bir çox alimlərin marağını özünə cəlb etmişdir. Onlar daim sə’y etmişlər ki, Ələviləri «Nusəyriyyə» firqəsi ilə eyniləşdirsinlər.
    Nusəyriyyə Hicrətin beşinci əsrində İbni Nusəyr adlı şəxs tərəfindən meydana gəlmişdir. O özünü Ələvi kimi qələmə verdiyi üçün son dövrün ələvi alimləri də özlərini onun davamçıları hesab etmişlər. Lakin Ələvilər Nusəyriyyənin nəzəriyyələrini, əqidə və e’tiqadlarının heç birini qəbul etmədikləri üçün onları Nusəyriyyəyə aid etmək olmaz. Çünki Nusəyriyyə 12-ci imamın imamətini qəbul etmir. Əli ibni Əbu Talibə gəldikdə isə, bu işdə də ifrata vararaq o həzrəti ilahiləşdirmişlər. Həmçinin İbni Mülcəmi lə’nətləyənlərə qarşı çıxaraq, onu həzrət Əlinin maddi aləmlə olan əlaqəsini kəsib, əbədi həyata qovuşdurduğu üçün çox sevirlər. Bütün bunlarla yanaşı, tənasüxə e’tiqad bəsləyib şərabı halal hesab etmişlər.
    Necə olursa-olsun, Ələviləri Nusəyriyyə əqidəsini rədd, şiə əqidəsini isə iqrar etdikləri üçün ayrı bir firqə deyil, məhz imamiyyə firqəsindən hesab etmək lazımdır.(Əl-ələviyyun min darirətuz-zov’, Əli əziz İbrahim/Ələviyyun fit-tarix – Məhəmməd Əhməd Əli.)
    Ələvilərin belə adlandırılmasına gəldikdə isə, deyə bilərik ki, bəlkə də onlar Abbasi xəlifəsinə qarşı çıxmaları və apardıqları uzun sürən mübarizədən sonra dövlət qurmağa nail olmalarına görə bu adla məşhur olmuşlar.
    Hələbdə təşkil olunmuş Həmdanilər və Təbəristanda tə’sis edilən Ələvi dövlətini buna misal çəkmək olar. Demək, Abbasilər öz şiə müxaliflərini Ələvi kimi tanıdıqları üçün bu ad sonralar onlara da verilmişdir.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Kisaniyyənin meydana gəlməsi barədə nə kimi fikirlər irəli sürülmüşdür?
    2. Kisainyyə kimlərə deyilir?
    3. Vaqifiyyə nə üçün belə adlandırılmışdır?
    4. Vaqifiyyədən ayrılmış firqələrin əqidələrini bəyan edin.
    5. «Ələvilərin» əqidəsi nədən ibarətdir?
    6. Bə’ziləri Ələviləri nə üçün Nusəyriyyə adlandırırlar?
    7. Ələvilər ilə Nusəyriyyə arasında nə kimi fərqlər vardır?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 1574 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024