İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-01, 11:05 PM
    BEŞİNCİ FƏSİL
    QIRX DOQQUZUNCU DƏRS
    Şeyxiyyə firqəsi necə meydana gəlmişdir?
    Şeyxiyyə firqəsinin əqidəsi nədən ibarətdir?
    ŞEYXİYYƏ FİRQƏSİNİN YARANMASI
    Şeyxiyyə firqəsi şiə məzhəbindən ayrılan və Şeyx Əhməd İhsai tərəfindən tə’sis olunmuş kiçik cərəyanlardan biridir.
    Şeyx Əhməd hicrətin 1166-cı ilində İran körfəzinin qərbində, yə’ni Ərəbistan yarmadasının Qətif məntəqəsində yerləşən «İhsa» və ya «Lihsa» şəhərində dünyaya gəlmişdir. O, 1186-cı ildə elm və təhsil əldə etmək məqsədilə Kərbəlaya gəlmiş və orada məşhur şiə alimlərindən olan «Ağa Baqir Behbəhani», «Seyyid Mehdi Bəhrul-ulum», «Şeyx Cə’fər Kaşiful-Ğita» və bu kimi digər görkəmli şəxsiyyətlərdən dərs almışdır. Fiqh, üsul və hədis elmləri ilə yanaşı tibb, astronomiya, riyaziyyat və bu kimi digər dəqiq elmlərə də yiyələnmişdir. Şeyx İhsai hicri tarixi ilə 1221-ci ildə İrana gələrkən «Fətəli Şah» tərəfindən səmimiyyətlə qarşılanır, daha sonra Fətəli Şahın oğlu «Məhəmməd Əli Mirzə»nin də’vəti ilə Kermana gələrək üç il orada qalır. 1241-ci ildə ziyarət məqsədilə Məkkəyə gedir, qayıtdıqda Mədinə yolunda dünyasını dəyişir və elə oradaca dəfn olunur.
    Şeyx Məhəmməd İranda olduğu illər ərzində bir çox şəhərlərə səfər edir. Yiyələndiyi elmlərin sayəsində böyük bir kütlənin diqqətini özünə cəlb edə bilir.
    Bu müddət ərzində ilk dəfə Qəzvin alimləri ilə görüşüb orada tədrisə başlayır. Lakin biruzə verdiyi əqidələrinin bə’zilərinə görə Şəhid Salis kimi tanınan Molla Məhəmməd Təqi Bərğani tərəfindən təkfir və ifşa olunur. Şəhid Salisin verdiyi fətva İran və İraq alimləri tərəfindən qəbul edilir. Şeyx Əhməd İhsainin ölümündən sonra şagirdi «Seyyid Kazim Rəşti» ustadının yerini tutur. O, Şeyx Əhməd Yəzd şəhərində olduğu illərdə ondan dərs almış və şeyxin qabaqcıl şagirdlərindən biri olmuşdur. Seyyid Kazim Kərbəlaya gedib orada ömrünün sonunadək Şeyxiyyə əqidəsinin təbliği ilə məşğul olur və hicrətin 1259-cu ilində vəfat edir. Deyilənlərə görə o, Osmanlı hakimi Nəcib paşanın xəfiyyələri tərəfindən zəhərlənlərək qətlə yetirilmişdir. Onun özündən sonra iki şagirdi qalır. Onlardan biri, yə’ni Məhəmməd Kərim Kermani Şeyxiyyə firqəsinə rəhbərlik edir, digəri isə, yə’ni Məhəmməd Əli Şirazi ondan sonra «Babiyyə» firqəsini yaradır.
    Seyyid Kazim vəfat etdikdən sonra bir müddət canişinlik məsələsində ixtilaf meydana gəlir. Nəhayət, münasib ictimai mövqeyə malik olan Məhəmməd Kərim Xan Kermani firqəyə rəhbərliyi öz üzərinə götürür. Şagirdlər arasında rəğbət qazanmasına ilk növbədə onun müəllimi ilə səmimi münasibətdə olması, digər tərəfdən də Qacar şahlarına yaxın olması səbəb olmuşdur. Çünki Zəhirud-dövlə ləqəbi ilə məşhur olan atası İbrahim xan, Fətəli şahın həm əmisi oğlu, həm kürəkəni, həm də Xorasan və Kerman vilayətinin valisi idi. O da Şeyx Əhmədlə səmimi münasibətdə olmuş və onun şahla görüşünün təşkil olunmasında mühüm rol oynamışdır. Qeyd etmək lazımdır ki, Şeyxiyyə firqəsinin əqidələrinin bir çoxu, o cümlədən «dörd bünövrə» əqidəsi Məhəmməd Kərim xanın uydurmaları olmuşdur.
    Məhəmməd Kərim xanın dövründə Şeyxiyyə firqəsinin mərkəzi Kerman şəhərində yerləşmişdir. Lakin o, öz təbliğatçılarını ətraf şəhərlərə də göndərirdi. Hicrətin 1288-ci ilində vəfat etdikdən sonra oğlu «Hacı Məhəmməd Xan» onun canişini tə’yin olunsa da, iki əsaslı səbəbdən bu məsələ ətrafında ixtilaf meydana gəldi.
    Əvvəla ona görə ki, oğlanları Hacı Rəhim, Hacı Zeynəlabidin, Məhəmməd xan və canişinlik arzusunda olan tərəfdarları arasında böyük ixtilaf və qarşıdurmalar meydana gəlmişdi. Bu səbəbdən də Hacı Kərim xanın ölümündən sonra Şeyxiyyə firqəsi bir neçə yerə bölündü.
    Məhəmməd Baqir Xəndəq Abadinin adı ilə bağlı olan «Baqiriyyə» firqəsinin meydana gəlməsini buna misal çəkmək olar. O, əvvəllər Hacı Kərim Xanın Hindistandakı nümayəndəsi olsa da, sonralar Kerman şeyxiyyələrindən ayrılmışdı. Bu səbəbdən də onun tərəfdarları «Baqiriyyə» adlandırıldı.
    «Azərbaycan Şeyxiyyələri» adlanan başqa bir firqə də Azərbaycanda meydana gəldi. Mirzə Şəfi Siqətul-islam Təbrizinin tərəfdarları olduqları üçün, bu firqə «Siqətul-islamiyyə» kimi məşhurlaşdı.
    Şeyxiyyə firqəsinin «İhqaqiyyə» adlanan bir qolu da Kərbəlada meydana gəldi. Onlar Molla Baqir Üskuyinin tərəfdarları idilər. Yazdığı «İhqaqul-həqq və ibtalul-batil» adlı kitabında Məhəmməd Kərim Xanla müxalif olduğunu bildirdiyi üçün onun tərəfdarları «İhqaqiyyə» ləqəbi ilə şöhrət tapmağa başladı. Bu firqənin davamçıları Kərbəla, Küveyt və İran Azərbaycanında yerləşirlər.
    ŞEYXİYYƏ FİRQƏSİNİN ƏQİDƏLƏRİ
    Şeyxiyyə firqəsi üsulidinin tövhid, nübuvvət, imamət və dörd bünövrədən ibarət olduğunu hesab edir. Göründüyü kimi, bu firqə qeyd olunan əvvəlinci üç məsələdə digərləri ilə həmfikirdir. Lakin onlar üsulidinə «dörd bünövrə» adlandırdıqları başqa bir əqidəni də əlavə etmişlər. Onların əqidəsinə görə, ədalət və məad ayrı-ayrılıqda təsəvvür olunmamalıdır. Çünki Allaha və Onun peyğəmbərinə iman gətirmək, bu iki şeyə iman gətirmək deməkdir. Belə ki, Allaha və Onun peyğəmbərinə e’tiqad bəsləməyin zəruriliyi Qur’ana iman gətirməyə səbəb olur. Hər iki mətləb yə’ni, ədalət və məad da öz növbəsində orada sübuta yetirilmişdir. Demək, Qur’ana e’tiqadı olan hər bir şəxsin təbii olaraq, ədalət və məada da e’tiqadı olacaqdır. Bütün bunlarla yanaşı, «ədalət» Allahın sübutiyyə sifətlərindən biridir. Tövhid bəhsində də Allahın sübutiyyə sifətlərindən bəhs olunduğu üçün istər-istəməz orada ədalət barədə də söhbət açılır.
    İslami dəstələrin bir çoxundan fərqli olaraq, Şeyxiyyə firqəsi məadın cismani olmasını qəbul etmir. Onların fikrincə, cism dağılaraq aradan getdikdən sonra yerdə qalan ünsür lətif bir cismdir ki, «cism huvə rəqləyali*» adlanır. Şeyx Əhməd İhsai deyir: İnsan iki cismə malikdir.
    1. Zaman ünsürlərindən ibarət olan, həmçinin ərəz şəklində həqiqi cism üçün yaradılan bir varlıq. Bu, insanın gündəlik geyinib-çıxardığı paltara bənzəyir. İnsan vəfat etdikdən sonra fani olaraq aradan gedən də məhz həmin cismdir.
    2. Həqiqi cism: Bu, insan vücudu üçün yoğrulan və yaranan təbiətdən ibarətdir. Belə bir cismin zamanla heç bir bağlılığı yoxdur və o «hurqəlya*» aləminə aiddir. Bu səbəbdən də insan vəfat etdikdən sonra yaşadığı aləmdə qalır. Qiyamət günü də məhşərə həmin cism ilə gələcək, savab və əzab da məhz həmin cismə veriləcəkdir.
    «Rukni rabe» (dörd bünövrə) də yalnız Şeyxiyyə firqəsinə aid olan bir əqidədir. Əlbəttə, belə bir əqidə Məhəmməd Kərim xan Kermani tərəfindən meydana gəlmişdir, çünki «Azərbaycan şeyxiyyələri» belə bir əqidəni qəbul etmirlər. Buna görə də yalnız Məhəmməd Kərim xanın tərəfdarları olan Kerman Şeyxiyyələrinə «Rukniyyə» yə’ni, dörd bünövrəyə e’tiqadı olanlar deyilirdi. Dörd bünövrə deyildikdə, imanı kamil olan şiə nəzərdə tutulur ki, mübəlliğ və birinci natiq adı ilə şiələrlə qeybdə olan imam arasında vasitə rolunu oynayır. Çünki o, arada heç bir vasitə olmadan şər’i hökmləri qeybdə olan imamdan alıb onu şiələrə təbliğ və bəyan edir.
    Şiə alimlərinin bə’ziləri belə bir nəzər irəli sürmüşlər ki, dörd bünövrə deyildikdə, «təvəlla və təbərra» yə’ni, şiələrin füruidinin bir hissəsi hesab etdikləri - Əhli-beytin dostları ilə dost, düşmənləri ilə düşmən olmaq – nəzərdə tutulur. Şeyxiyyə ardıcılları isə həmin işə tə’kid olunsun deyə, onu müstəqil bir əqidə üsulu kimi qələmə verirlər.
    Lakin bu nəzəriyyə bir o qədər də əsaslı və düzgün nəzərə çarpmır. Çünki dərsin əvvəlində qeyd etdik ki, Şeyxiyyə firqəsi yiyələndiyi əqidələrə görə, şiə alimləri tərəfindən küfr etməkdə ittiham olunmuşlar. Burada belə bir sual meydana gəlir. Onlar hansı əqidələrinə görə qeyd olunan hökm və fətvalara məruz qalmışlar? Tövhid, Ədalət, Nübuvvət, İmamət və Məad məsələlərində elə bir mühüm ixtilaf nəzərə çarpmır. Zamandan asılı olmayan cismə, təvəlla və təbərraya olan e’tiqada görə isə onların küfrə düçar olduqlarını güman etmək olmaz. Lakin böyük qeybət dövründə İmam Zamanla birbaşa əlaqədə olmaq və onun yer üzündə naibliyinə dair «dörd bünövrə» əqidəsinə verilən birinci tə’rif isə, imamiyyə məzhəbi tərəfindən qətiyyətlə rədd edilir və təbii ki, belə bir əqidəyə sahib olan hər bir şəxs küfrə düçar olmuşdur. Kamil şiə mə’nasını daşıyan dörd bünövrə qeybdə olan imamla şiələr arasında vasitəçi olan Şeyxiyyə rəhbərlərinə verilən addır. Yə’ni, onlar özlərini imamla camaat arasında vasitəçi və şər’i hökmləri onlara çatdıran mübəlliğ hesab edirlər. Şeyxiyyə firqəsi dörd bünövrəni və ya kamil şiəni İmam Zamanın məhzəri yə’ni, həzrətin hər hansı bir şəxsdə zühur və hülul etməsi hesab edir.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Şeyx Əhməd İhsainin tərcümeyi-halını xülasə şəkildə bəyan edin.
    2. Şeyx Əhməd vəfat etdikdən sonra Şeyxiyyə firqəsində nə kimi hadisələr baş verdi?
    3. Şeyxiyyə firqəsi Ədalət və Məadı nə üçün üsulidinin bir hissəsi hesab etmir?
    4. Şeyxiyyənin Məada olan baxışı nədən ibarətdir?
    5. Dörd bünövrə nə deməkdir?
    ƏLLİNCİ DƏRS
    Bəhailik nəyə əsaslanır?
    Əli Məhəmməd Bab kim olmuşdur?
    BƏHAİLİYİN YARANMASI
    Bəhailik Hicrətin 13-cü əsrində Şeyxiyyə firqəsinin tə’siri ilə İranda Babiyyə adlanan başqa bir cərəyanın davamçısı olan Əli Məhəmməd Şirazi (Bab) tərəfindən tə’sis olunmuşdur. Əli Məhəmməd Babın ölümündən sonra «Bəhaullah» ləqəbi ilə şöhrət tapmış Mirzə Hüseynəli Nuri bu firqənin rəhbərliyini öz üzərinə götürdü və bir çox əlavələr etməklə onu yeni məzhəb kimi formalaşdırdı. Bu dərsdə ilk növbədə Əli Məhəmməd Bab və onun canişinlərinin tərcümeyi-halı, daha sonra isə babilik e’tiqadları bardə söhbət açacağıq.
    ƏLİ MƏHƏMMƏD BABIN TƏRCÜMEYİ-HALI
    Bab təxəllüsü ilə məşhur olan Əli Məhəmməd Şirazi Hicrətin 1235-ci ilində(1815 m.) Şirazda dünyaya gəlmişdir. Hələ uşaq ikən atasını itirmiş və ticarətlə məşğul olan dayısının himayəsinə keçmişdir.(Tarixi-Nəbil, Nəbil Zərəndi.)
    Yeddi yaşında ibtidai təhsilə başlamış, dərsə qarşı maraq və istedadı həddindən artıq zəif olduğu üçün elmdə müəyyən nailiyyət əldə edə bilməmişdir. Təhsil aldığı məktəbin müəllimlərindən biri Şeyx Əhməd İhsainin şagirdi Şeyx Abid adlı bir şəxs olduğu üçün, bəlkə də Şeyxiyyə firqəsinin bə’zi əqidələri ilə orada tanış olmuşdur.
    BUŞEHRƏ GƏLMƏSİ
    Şirazda bir neçə il təhsil aldıqdan sonra Əli Məhəmməd Şirazi (Bab) iyirmi yaşına çatmamış dayısının məsləhəti ilə ticarətlə məşğul olmaq üçün Buşehrə gəlir. Bu şəhərin İranın ən isti yerlərindən biri olmasına baxmayaraq, Babi və Bəhai tarixçilərinin nəql etdiklərinə görə, o, günəşi öz ixtiyarına almaq və ulduzların ruhani aləminə nail olmaq üçün yayın qızmar çağında səhərdən axşamadək evinin damında namaz qılar və zikr etməklə məşğul olardı.(Səkkiz cənnət/Mirza Ağa xan Kermani Babi.)
    Buşehr limanı o dövrdə əlverişli coğrafi mövqeyə malik olduğu üçün Hindistan tacirlərinin daimi gediş-gəliş mərkəzinə çevrilmişdi. Bəlkə də Əli Məhəmməd Bab saatlarla qızmar günəşin hərarətinə dözüb onu öz ixtiyarına almağı onlardan öyrənmişdi.
    Ümumiyyətlə, ab-havası mülayim olan Şiraz kimi bir yerdə böyüyüb boya-başa çatmış bir şəxsin Buşehrin qızmar günəşi altında saatlarla ibadət etməsi və hafizəsini gücləndirmək üçün həddindən artıq ruhi məşğələlərlə məşğul olması istər-istəməz Əli Məhəmməd Babın qeyri-adi davranış və təfəkkürə yiyələnməsinə səbəb oldu. Belə ki, dayısı onu fikrindən döndərə bilmədiyini görüb məcburi olaraq, Buşehri tərk edib imam Əli (ə) və imam Hüseyn (ə)-a təvəssül etmək üçün Nəcəf və Kərbəlaya göndərdi.(Miftahu babul-əbvab/Zəimud-dövlə.)
    BABİLİK İDDİASI
    Əli Məhəmməd Kərbəlada Seyyid Kazimin şagirdlərinin bir neçəsi ilə tanış olub onun dərslərində iştirak etməyə başladı və bir neçə müddətdən sonra onların əqidəsinə meyl göstərdi. Seyyid Kazimin özünü Bab yə’ni, zamanın imamı və dörd bünövrəyə iddia etməsi xüsusi olaraq onun diqqətini cəlb etdi. Hicrətin 1259-cu ilində Seyyid Kazim vəfat etdikdən sonra Əli Məhəmməd onun canişini olduğunu iddia edərək özünə «Bab» təxəllüsünü götürdü. Əvvəlki dərsimizdə qeyd etdik ki, Şeyxiyyə tərəfdarlarının bir çoxu Seyyid Kazim Rəştidən sonra Hacı Məhəmməd Kərim Xana üz tutaraq Əli Məhəmməd Şiraziyə heç bir əhəmiyyət vermədilər. Bu səbəbdən də Əli Məhəmməd Bab, Şeyxiyyədən ayrılıb öz əqidəsini təbliğ etmək üçün doğma vətəni Şiraza qayıtdı. İlkin fəaliyyətindən sonra on səkkiz nəfəri ətrafına yığa bilib, «Hurufi-həyy» adlandırdıqları babiyyə firqəsinin əsasını qoyur. (Əbcəd əlifbasında «h» hərfi 8, «ya» hərfi isə 10 rəqəmini bildirir, bu da cəm halda 18 rəqəmini təşkil edir.
    Onlar Əli Məhəmmədin «Babi İmam Zaman» iddiasını qəbul edərək onun əqidəsini təbliğ etməyə və camaat arasında onu «ilk nöqtə» və «Əlahəzrət» kimi tanıtdırmağa başladılar. Beləliklə, Hicrətin 1260-cı ilində Babiyyə firqəsinin bünövrəsi qoyuldu və müxtəlif şəhərlərdə fəaliyyət göstərən babi mübəlliğləri öz ifratamiz çıxışları ilə sadəlövh camaatı özlərinə cəlb edib onlarda babiliyə inam yaratmağa başladılar.
    PEYĞƏMBƏRLİK İDDİASI
    Tərəfdarlarının çoxaldığını və əqidəsinin geniş şəkildə yayıldığını görüb babilik iddiası ilə fəaliyyətə başlayan Əli Məhəmməd bir qədər sonra İmam Zaman Mehdi, daha sonra peyğəmbərlik iddiası edərək Allah tərəfindən ona vəhy olunduğunu bildirdi. Hətta, «Bəyan» adlı kitabın ona Allah tərəfindən nazil olduğunu bildirdi. Hər bir fəsli «Vahid» adlanan bu kitab 19 fəsildən ibarət olmalı idi. Lakin o yalnız kitabın 11 fəslini tamamlaya bildi, onun e’dam olunması qalan 8 fəslin «nazil olmasına» imkan vermədi!
    İmamiyyə alimləri Babiliyin şiə cəmiyyətinə nüfuz etməsini və orada geniş şəkildə təbliğ edilib yayılmasını gördükdə, onların küfr etmələrinə dair hökm verdilər. Eləcə də dövlətdən, ciddi tədbirlərə əl atıb bunların fəaliyyətinə son qoymasını istədilər. Yaranmış belə bir ağır şəraitdə babilər də özlərindən əks-əməl göstərməyə başladılar. Belə ki, Babul, Zəncan və başqa şəhərlərdə dövlət ordusu ilə qarşı-qarşıya durub ciddi müqavimət göstərdilər. Bu qarşıdurmalarda hər iki tərəf böyük itkilər verdi. Qeyd olunan məlumatlara əsasən, yalnız Babul şəhərində qətlə yetirilən babilərin sayı min beş yüz nəfərə yaxın idi.
    BABIN TÖVBƏSİ
    Dövlət və imamiyyə alimləri Əli Məhəmməd Baba təzyiq göstərərək onu təslim olmağa məcbur etdilər. Əvvəl Tehrana, sonra isə oradan Qacar şahın əmri ilə Makuya göndərilərək oradaca həbs olundu. Təbrizə hakim olan Qacar şahın vəliəhdi Nasirəddin Mirzə, şahın göstərişi ilə Əli Məhəmməd Baba öz iddialarını sübuta yetirmək üçün Təbriz alimləri ilə mübahisə etmək imkanı verdi. Əli Məhəmməd hətta verilən ən sadə və ibtidai suallara cavab verə bilmədi, bütün iddialarından əl çəkib tövbə etdi.
    O, tövbənamə yazıb şaha göndərdi. İran İslam şurasının kitabxanasında saxlanılan və şaha müraciət olunan tövbənamənin orjinal nüsxəsində deyilir:
    «Ruhum sənə fəda olsun! Şükr olsun Allaha ki, Öz rəhmət və fəzilətini bütün hallarda kafir və abidlərə şamil edir. Həmd və şükr olsun Allaha ki, Həzrətin vücuduna (Qacar şahı nəzərdə tutur) Öz rəhmət və sevgisindən bəxş etmiş, o da günahkar bəndələrinə qarşı mehriban olub günahlarının üzərinə pərdə çəkərək onları əfv etmişdir. Allah şahiddir ki, bu zəif bəndənin Allahın, islamın və Onun rəhbər (hakim) tə’yin etdiyi şəxslərin narazılığına səbəb olacaq bir iş görmək məqsədi olmamışdır. Özümə qarşı günah etmiş olmuşamsa da, qəlbən Allahın birliyinə, həzrət Məhəmmədin (s) haqq olaraq peyğəmbərliyə göndərilməsinə və onun vilayətinə iman gətirərək Allah tərəfindən nazil olanları zikr etmişəm. Onun rəhmətinə ümid bəsləyirəm və qətiyyətlə iqrar edirəm ki, Onun narazılığına səbəb olan heç bir şey istəməmişəm. Əgər dilimdən və ya qələmimdən Allahın narazılığına səbəb olan bir şey çıxmışsa da, məqsədim Ona qarşı çıxmaq olmamışdır. Amma necə olursa-olsun, Ona tövbə edib bağışlanmağımı istəyirəm və mənim iddia etməyə heç bir elmim yoxdur. Gördüyüm hər bir işə və dediyim hər bir sözə görə Allahdan əfv və bağışlanmaq diləyirəm və mən həzrət Hüccətullahın (İmam Zamanı nəzərdə tutur) naibliyini tamamilə batil hesab edirəm. Mən nə bunu, nə də başqa bir şeyi iddia etməmişəm. Həzrət şahənşahın öz lütf və mərhəməti sayəsində məni əfv edəcəyinə ümid bəsləyirəm. Vəssəlam.
    BABIN AQİBƏTİ
    Babın tövbə etməsi artıq çox gec idi. Çünki o vaxtadək onun tərəfdarları bir çox şəhərləri qarət etmiş və sakinlərini amansızcasına qırmışdılar. Onların işğal etdikləri məntəqələrdə hərc-mərclik baş alıb gedir, heç bir nizam-intizam və əmin-amanlıq hiss olunmurdu. Qacar hökuməti babilərin qarşısını almaq üçün daim onları təzyiq və nəzarət altında saxlamalı olurdu. Bütün bunları nəzərə alaraq, Qacar şahı getdikcə alovlanmaqda olan iğtişaşların qarşısını almaq məqsədilə Babın e’dam olunmasına dair hökm verdi. Hökm Hicrətin 1266-cı ilində Təbrizdə icra olundu. E’damdan sonrakı aqibəti barədə babilər arasında ixtilaf yaransa da, belə bir iddia irəli sürmüşlər ki, onun cənazəsi 18 ildən sonra Fələstinə aparılmış, dəfn edildikdən ora «Məqami-əəla» adlandırılmışdır. E’dam olunmasının qarşısını almaq məqsədilə Babın tövbə etməsi heç bir fayda vermədiyi kimi, onun e’dam olunması ilə də tərəfdarlarının üsyan və qarətlərinin qarşısını almaq mümkün olmadı. Əli Məhəmməd e’dam olunduqdan sonra babilər Bəhailik adı ilə öz fəaliyyətlərini davam etdirdilər.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Əli Məhəmməd Babın tərcümeyi-halını ixtisarla bəyan edin.
    2. Əli Məhəmməd Bab hansı səbəblər üzündən müxtəlif iddialar etmişdir?
    3. Babın tövbə etməsindən hansı nəticəyə gəlmək olar?
    ƏLLİ BİRİNCİ DƏRS
    Bəhailik necə meydana gəlmişdir?
    Bəhailik kim tərəfindən tə’sis olunmuşdur?
    BƏHAİLİYİN YARANMASI
    Bab e’dam edildikdən sonra, ölümündən bir il əvvəl canişin tə’yin etdiyi Sübhi-əzəl ləqəbini daşıyan Mirzə Yəhya Nuri Mazandarani (1246-1330 H.) babilər üzərində rəhbərliyi öz əlinə keçirdi. Lakin Mirzə Yəhyanın Bəhaullah ləqəbi ilə məşhur olan qardaşı Mirzə Hüseynəli onun canişin olması ilə tam müxalif idi. Bu səbəbdən də Sübhi-əzəl qardaşını vəkil tə’yin edir. Bundan belə tərəfdarları onunla əlaqə saxlamaq istədikdə, Mirzə Hüseynəliyə müraciət etməli idilər. Belə bir təklif onun üçün gələcək hədəflərinə çatmaqda münasib şərait yaradırdı. Məhz bu məqsədlə o, Sübhi-əzəlin təhlükəsizliyini tə’min etmək bəhanəsi ilə onu hamıdan gizlədərək bütün işləri öz əlinə alır.
    Babilərin camaata qarşı törətdiyi cinayət və qırğınlar hələ də davam etməkdə idi. İran dövləti öz təzyiqlərini gücləndirdiyi bir halda, Hicrətin 1268-ci ilində gözlənilmədən Nəsrəddin şaha sui-qəsd olunur. Dövlət mə’murları babilərə qarşı apardıqları geniş əməliyyatda onların böyük bir hissəsini ələ keçirə bilirlər. Mirzə Hüseynəli və tərəfdarları da onların arasında idilər. Lakin Rusiya səfirliyi bu məsələyə birbaşa qarışaraq onların e’dam olunmasının qarşısını alır. Bu səbəbdən də Mirzə Hüseynəli və qardaşı Sübhi-əzəl tərəfdarları ilə birlikdə İraqa sürgün olunurlar. Sürgün olunmalarına baxmayaraq, babilər üzərində rəhbərlik uğrunda mübarizə hələ də davam edirdi. Yaranmış ixtilafın qarşıdurmaya gətirib çıxaracağını görən Osmanlı dövləti (o zaman İraq Osmanlı imperatorluğuna tabe idi) onları müxtəlif məntəqələrə - Sübhi-əzəli Kipirə, Bəhaullahı isə Fələstinə sürgün edir. Bəhaullahın Fələstinə sürgün olunması onun babilər üzərində hakim olmasına münasib şərait yaratdı. Çünki, Sübhi-əzəl Kipirə sürgün olunarkən tərəfdarlarının çox az bir hissəsi onunla getdi və orada «Əzəliyyə» firqəsinin bünövrəsini qoydular. Hicrətin 1330-cü ilində Sübhi-əzəlin vəfatından sonra Mirzə Yəhya Dövlətabadi Tehranda Əzəliyyə firqəsinin rəhbərliyini öz üzərinə götürsə də, əksəriyyəti təşkil edən Kipirdəki tərəfdarlarına nicat verə bilmədi. Beləliklə, «Əzəliyyə» çox tez bir zamanda zəifləyib aradan getdi.
    Digər tərəfdən də Bəhaullah qardaşını aradan götürdükdən sonra tərəfdarların əksər hissəsini öz ətrafına yığaraq geniş təbliğata və yeni-yeni dəstələr yaratmağa başladı. Nəhayət, Bəhailik əməli olaraq Babilik üçün canişinlik rolunu ifa etdi.
    * * *
    Bəhaullah ləqəbi ilə məşhur olan Mirzə Hüseynəli Nuri Hicrətin 1285-ci ilində Fələstinin «Əkka*» məntəqəsində Bəhailik firqəsini tə’sis etdi. O, Hicrətin 1233-cü ilində Mazandaran vilayətinin Nur şəhərinin ətraf kəndlərinin birində dünyaya gəlmişdir. O dövrün adəti üzrə ibtidai oxu-yazı mərhələsini başa vurur və dövlət idarələrinin birində işə girir. Qeyri-adi xasiyyət və əhval-ruhiyyəsi onu, dərvişlərə qoşulub onlara xas olan uzun və gen paltarlar geyməyə sövq etdi. Hörüklərini uzadıb dərviş məclislərində iştirak etməyə başladı. Əli Məhəmməd Babın də’vətindən xəbərdar olub qardaşı Mirza Yəhya və onun qohumları ilə birlikdə Babilik cərəyanına qoşulur.
    Bəhaullah, Bəhailik firqəsini təşkil etdikdən sonra Əli Məhəmməd Babın canişini olmağa can atmışdır. Canişinlik məqamından Babilik məqamına çatdı. Sonra İmam Zaman, daha sonra isə mütləq hakimiyyət iddiası etdi. Bir neçə müddətdən sonra peyğəməbrlik iddiası edərək özünün yeni şəriət sahibi olduğunu e’lan etdi. Bütün bunlarla kifayətlənməyib Allahın onun vücuduna hülul etdiyini və özünün Allahın yer üzündəki məzhəri olduğunu iddia etdi. Allahlıq iddiası Bəhaullahın son iddiası oldu.
    «Kitabun-mubin» adlı kitabında yazır: «La ilahə illa ənəl məscunul fərid»
    «Əyyamu tis’ə» adlı başqa bir kitabında öz doğum günü haqda yazır: «Fəya həbbəza hazəl fəcrul-ləzi fihi vulidə mən ləm yəlid və ləm yuləd».
    Bəhaullah neçə cild kitab yazmış, orada öz iddia və əqidələri barədə ətraflı mə’lumatlar vermişdir. Kitablarının ən məşhuru bəhailərin ən müqəddəs hesab etdikləri «Əqdəs» və «İqan» adlı kitablardır. Bəhaullah kitabdakı bütün mənbələrin ona vəhy olunduğunu iddia etmişdir.
    Hicrətin 1310-cu ilində Bəhaullah Əkka şəhərində vəfat edir və elə oradaca dəfn olunur. Hal-hazırda onun qəbri bəhailərin qibləgahı hesab olunur.
    BƏHAULLAHDAN SONRAKI BƏHAİLİK
    Bəhaullahın ölümündən sonra onun «Ğusnu-ə’zəm» kimi tanınan oğlu Mirza Abbas Əfəndi atasının yerini tutaraq bəhailərə rəhbərliyi öz üzərinə götürdü. Bəhailərin yeni rəhbəri özünə Əbdül-Bəha təxəllüsünü götürdü.
    Bəhaullah Əbdül-Bəhadan sonra Məhəmməd Əli Mirzə adlı başqa bir oğlunun onun canişini olmasını vəsiyyət etsə də, vəfat etdikdən sonra canişinlik məsələsi üstündə qardaşları Əbdül-Bəha və Məhəmməd Əli Mirzə arasında böyük rəqabət meydana gəldi. Bəhailərin böyük bir hissəsi Əbdül-Bəhanın rəhbərliyini qəbul etdi, çox az bir qismi də Məhəmməd Əli Mirzəyə meyl etdikləri üçün Bəhaullahın davamçıları tərəfindən küfr etməkdə ittiham olundular.
    Lakin bəhailiyin əsas qolunu təmsil edən Əbdül-Bəha və onun tərəfdarları xarici dövlətlərin, xüsusilə İngiltərənin himayəsi ilə fəaliyyətlərini daha da geniş şəkildə aparmağa başladılar.
    Birinci dünya müharibəsindən sonra İngilis hökuməti Əbdül-Bəhanı bu ölkəyə göstərdiyi xidmətlərinə görə ən yüksək dərəcə və «Ser» ləqəbi ilə mükafatlandırdı.
    O, atasının canişinliyinə dair etdiyi vəsiyyətə əhəmiyyət vermədən Bəhaullahın «Rəbbani» ləqəbini daşıyan qız nəvəsi Şövqi əfəndini öz canişini tə’yin etdi.
    Şövqi ömrünün çox hissəsini qərb ölkələrində keçirmiş və Kanadalı bir qadınla evlənmişdi. Bu səbəbdən də Asiya əhalisindən daha çox Avropa və amerikalılara meyl edirdi. Belə ki, həyat yoldaşının məsləhəti ilə amerikalı Çarliz Meyson Reymi öz canişini tə’yin edərək ona «vəliyyi əmri sani» (ikinci dərəcəli hakim) ləqəbini verdi.
    Şövqinin gördüyü işlərdən biri də Bəhaullah və Əbdül-Bəhanın yazılarında işarə olunan «Beytul-ədli» tə’sis etmək oldu. Beytul-ədl, bəhailərin ibadətgah, yığıncaq və dini mərasimlər keçirdikləri yerə deyilir. İlk olaraq Beytul-ədl ə’zəmi tə’sis edir və «vəliyyi əmri əvvəl» kimi tanınan səkkiz nəfər bəhai mübəlliğini öz başçılığı ilə oraya rəhbər tə’yin edir. Sonra isə tərəfdarları üçün ümumi beytul-ədlin tə’sis olunmasına dair göstəriş verir. Miladın 1957-ci ilində, Şövqi vəfat etdikdən sonra Əkkada yerləşən Beytul-ədl ə’zəm Meysan Reyminin ixtiyarına keçdi və Avropa, Amerika bəhailəri onun rəhbərliyini qəbul etdilər. Lakin digər məntəqələrdə yaşayan bəhailər Meysonun belə bir məqama tə’yin olunmasına razı olmayıb bir neçə hissəyə bölündülər.
    Şövqinin ölümündən sonra bəhai firqəsində baş vermiş parçalanma başqa dövrlərdəkindən daha çox olmuşdur. Onun ölümündən sonra bəhailərin elə bir nüfuzlu rəhbəri olmamışdır və onlar hal-hazırda işğal olunmuş Fələstin ərazilərində (İsrail) yerləşən Beytul-ədl ə’zəm tərəfindən idarə olunurlar.
    İşğal olunmuş Fələstin ərazisində tə’sis olunan İsrail dövləti ilk gündən Şövqi Rəbbaninin rəhbərliyi ilə bəhailiyi rəsmi din kimi tanıdı və öz etiraflarına görə, sonralar onların arasında səmimi dostluq əlaqələri yarandı. (İran bəhailərinin əsasları, 16-cı nömrə, 1331-ci Hicri-şəmsi).
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Əli Məhəmməd Bab vəfat etdikdən sonra Babiyyə firqəsi hansı hadisələrlə qarşılaşdı?
    2. Bəhaullah kimdir?
    3. Bəhaullah vəfat etdikdən sonra Bəhailik kimin tərəfindən idarə olundu?
    4. Beytul-ədl harada yerləşir?
    5. Şövqi Rəbbani vəfat etdikdən sonra Bəhailərə kim rəhbərlik etdi?

    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 809 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024