İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-01, 8:16 PM
    ALTINCI FƏSİL
    SUFİLİK
    ƏLLİ DÖRDÜNCÜ DƏRS
    Sufilik nədir?
    Sufi kimlərə deyilir?
    SUFİLİK
    Müqəddimə
    Sufilik islam aləmində bir neçə firqənin meydana gəlməsinə səbəb olan dördüncü ideoloji cərəyandır. Sufilik, kəlami cərəyan kimi tanınmadığı üçün yuxarıda haqqında söhbət açdığımız firqələrdən biri hesab olunmur. Lakin həm varlıq aləmi və insan həyatına olan baxışa, həm də insanın fərdi və ictimai davranışına aid olan özünəməxsus dünyagörüşünə malikdir. İslam aləmində xüsusi tərzi-təfəkkür və ideologiyaya malik olduğu üçün onun haqqında ayrı-ayrılıqda söhbət açılır. Sufiliyin islam tarixində qoyduğu müsbət təsirlərə də göz yummaq olmaz. Monqolların islam ümmətinə divan tutduqları illərdə və islam aləminin qarşılaşdığı faciəli dövrlərdə bu cərəyan müsəlmanları vəhdətə və bir-birlərinə mə’nəvi dayaq olmağa çağırmış, İslam dininin uzaq və əlçatmaz ölkələrdə təbliğ olunmasında mühüm rol oynamışdır. Ticaniyyə, Şazliyyə və Sənusiyyə kimi sufi firqələri barədə qısa araşdırma apardıqda, onların İslam dinini Afrikanın qərb və mərkəzi ölkələrində yaydıqlarının şahidi oluruq. Nurbəxşiyyə, Kubrəviyyə və digər Sufi firqələri İslam dininin şərqdə yə’ni, Pakistan, Çin (qərb hissəsi), Hindistan və Cənubi-şərq ölkələrində də yayılmasında aparıcı rol oynamışlar.
    Lakin Sufiliyin İslam mədəniyyəti və sünnəsində yanlış e’tiqadlar yaratmasına və bidətçi adət-ən’ənələr meydana gətirməsinə də göz yuma bilmərik. Şəriət və Sufilərin özlərinə məxsus mərasimlərini, Peyğəmbərin (s) sünnəsində mövcud olmayan adət-ən’ənələrini, danışıqda istifadə etdikləri mübhəm ifadələri, rəftar və danışıq tərzlərini buna misal göstərmək olar. Bu bir həqiqətdir ki, bu kimi bid’ətlər islam ictimaiyyəti və mədəniyyətinə yol tapa bilmiş və öz mənfi tə’sirini göstərə bilmişdir. Şəriət və dini hökmlərə bir-birindən fərqli baxışlara yiyələnsələr də, şübhəsiz ki, bu kimi bid’ətlərin meydana gəlməsinin əsas səbəbkarı onların özləri olmuşdur. Qeyd etmək lazımdır ki, sufi firqələrinin şəriət məsələlərinə yanaşma tərzi müxtəlifdir və onların hamısını haqq yoldan azmaqda ittiham etmək olmaz.
    SUFİ SÖZÜNÜN LEKSİK MƏ’NASI
    Sufi və Sufilik kəlməsinin meydana gəlməsi və onlara belə bir adın verilməsi haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Bə’ziləri deyirlər: Sufilik – Suffə əhlinə mənsub olan addır və bu söz oradan meydana gəlmişdir. Suffə əhli, Hicrətdən sonra Peyğəmbər məscidinin kənarında qurulmuş kiçik düşərgədə yerli əhalinin yardımı ilə yaşayan, olduqca yoxsul müsəlmanlara verilən addır. Lakin belə bir ehtimal tamamilə səhvdir. Çünki Suffə sözünün mənsubiyyət forması sufi deyil, «səffiyy» kəlməsidir. Bə’ziləri Sufi kəlməsinin Səfa sözündən götürüldüyünü, digərləri də onu olduqca təqvalı və zahidanə həyat tərzi keçirən ərəb qəbilələrindən olan Bəni-Sufəyə verilən ad hesab etmişlər. Başqalarının fikrincə, Sufə sözü ilk dəfə ömrünü Allaha xidmət üçün vəqf edən Ğovs ibni Mərrəyə verilən ləqəbdir. Bu səbəbdən də Allaha qovuşmaq istəyən zahidlər ona oxşadılaraq belə adlandırılmışlar. Bə’ziləri isə Sufinin Sufanə kəlməsindən götürüldüyünü zənn etmişlər. Sufanə nazik və kiçik bitki növüdür. Sufilər bitkilərdən hazırlanmış az yeməklərlə kifayətləndikləri üçün onlara belə bir ad verilmişdir. Lakin bu ehtimal da olduqca batil və əsassızdır. Çünki Sufani kəlməsinin mənsubiyyət forması Sufi deyil, Sufaniyydir. Verilən nəzəriyyələrdən həqiqətə daha yaxın olanı Sufi kəlməsinin yun mə’nasını daşıyan Sovf kəlməsindən götürülməsidir. Belə bir mə’naya əsasən Sufi «yun paltar geyinən» mə’nasını daşıyır. Çünki o zamanlar yun paltar ən ucuz və ümumi kütlənin geydiyi libaslar olmuşdur. Yoxsul və gəliri az olan təbəqə, dünya malına və onun bərbəzəyinə göz yuman, zahidanə həyat tərzi keçirən abidlər də adətən yun paltarlar geyinərdilər. Bu səbəbdən də onlara Sufi adı verilmişdir. Əbu Nəsr Sirac özünün «Əl-ləm’ fit-təsəvvuf» (Sufi məsləkinin ən qədim kitabı sayılır) adlı kitabında deyir: «Yun paltarlar geyindikləri üçün onları Sufi adlandırırıq. Peyğəmbərlərin, əməli-saleh insanların, həvari və zahidlərin geydikləri də yun paltarlar olmuşdur.»
    Sirac daha sonra belə bir sual verir. Nə üçün Peyğəmbərin (s) zamanında yaşayan dərviş və zahid insanlara Sufi deyilmirdi? Özü sualın cavabında deyir: «Peyğəmbərin (s) tərəfdarlarına səhabə deyilirdi. Mə’lum məsələdir ki, Allah peyğəmbərinin səhabəsi olmaq sufilikdən olduqca üstün və şərəflidir.» Söhbətinin davamında deyir: «Sufi kəlməsi Həsən Bəsrinin dövründən istifadə olunmağa başladı. Onun ifadəsinə diqqət yetirin: Kə’bəni təvaf edərkən (bir nəfər) sufi gördüm, ona bir qədər pul vermək istədim. Bundan imtina edib dedi: Özümdə bir dirhəmdən az var və o mənə kifayət edər.»
    Həsən Bəsrinin Hicrətin 110-cu ilində vəfat etdiyini nəzərə alaraq, deyə bilərik ki, Sufi kəlməsi ən azı ikinci əsrin əvvəllərində işlənmişdir.
    SUFİNİN TƏ’RİFİ
    Sufi kəlməsinin leksik mə’nası mə’lum olduqdan sonra bu kəlmənin kimlərə deyilməsini də aydınlaşdırmaq lazımdır. Sufi kəlməsinin leksik mə’nası haqda aparılan araşdırmalardan belə bir qənaətə gələ bilərik ki, bu söz maddi və dünyəvi həyatı tərk edib mə’nəvi saflığa nail olmaq istəyən, bu yolla Allaha yaxınlaşmaq üçün özünü müxtəlif çətinliklərə vadar edən şəxslərə deyilir. Onlar olduqca az və ucuz yemək və geyimlərlə kifayətlənər, dünyanın bütün maddi ləzzətlərinə göz yumarlar. Sufilik ilk vaxtlarda olduqca sadə mə’na daşımışdır. Belə ki, adətən bir guşəyə çəkilib gününün əksər hissəsini Allaha ibadət və Onu zikr etməklə keçirən şəxslərə deyilmişdir. Lakin getdikcə daha da genişlənməyə və şaxələnməyə başlamış, özünəməxsus rəftar, davranış, ibadət və ibadi mərhələlərdən ibarət olmuşdur. İslam sufiliyinin meydana gəlməsinə səbəb olan amillər haqda növbəti dərsimizdə söhbət açacağıq. Lakin bu dərsimizdə Sufilərin gözəl bəyanatlarından istifadə edərək onu bir qədər geniş şəkildə izah edəcəyik. Verilən izahlara diqqət yetirsək, onların hansı istiqamətə yönəlməsi müəyyən qədər mə’lum olar.
    Cüneyd Bağdadi Sufilik haqda belə deyir: Sufilik heç bir bağlılıq olmadan Allahla olmaq deməkdir.»
    Həmçinin deyir: «Sufilik cəm halda edilən zikr, dinləmə ilə birgə olan şur və davam etdirilən işdən ibarətdir.» Və ya deyir: «Sufi pak və napak olmayanların üzərində addım atdıqları yerə bənzəyir, Sufi hər şeyə kölgə salan bir buluddur, Sufi hər şeyi sirab edən bir qətrədir.»
    Süfyan Suri deyir: «Sufi aram və rahatlıq, yoxsulluqda bəxşiş deməkdir.»
    Şəbli deyir: «Sufilik Allahla qəm-qüssəsiz ünsiyyət yaratmaq deməkdir. Sufi isə məxluqatdan [xarici aləmdən ayrılıb] xaliqə [Allaha] birləşmiş bir şəxsdir.»
    Zunnun Misri deyir: «Sufilər Allahı hər şeydən üstün tutan kəslərdir. Allah da onları hər şeydən üstün tutmuşdur.»
    Mə’ruf Kərxi deyir: «Sufilik həqiqəti tapmaq və yaradılmışların əlindən ümidsizliyi almaq deməkdir.»
    Ruvəym ibni Əhməd Bağdadi sufilik haqda soruşduqda deyərdi: « Allahın iradəsi ilə nəfsin öz istəklərindən ayrı düşməsinə deyilir.» Həmçinin deyərdi: Sufilik üç xislətdən ibarətdir: Yoxsulluğa əl atmaq, güzəşt və aliaçıqlığı biruzə vermək, riyakarlıqdan uzaq olmaq.(Əl-lum’ə fit-təsəvvuf/Əbu Nəsr Sirac)
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Sufi və sufilik üçün verilmiş mə’naları ixtisarla bəyan edin.
    2. Sufilik, şiəlik və sünnilikdən ayrı cərəyandırmı?
    3. Sufilik islam aləmində nə kimi rol oynamışdır?
    4. Sufi kimlərə deyilir?
    5. Sufilik necə meydana gəlmişdir?
    ƏLLİ BEŞİNCİ DƏRS
    Sufilik islam dünyasında necə meydana gəlmişdir?
    Sufilik islam dünyasının öz daxilindən qaynaqlanan bir cərəyandır, yoxsa xaricdən?
    SUFİLİYİN İSLAM ALƏMİNDƏ MEYDANA GƏLMƏ SƏBƏBLƏRİ
    Sufiliyin islam dünyasında meydana gəlməsi barədə nəzərə çarpacaq dərəcədə ixtilaflar mövcuddur. Bə’zilərinin fikrincə, Sufilik bir əcnəbi cərəyan olaraq, əvvəllər digər dinlərdə mövcud olmuş, lakin sonralar islam dünyasına yol tapmışdır. Belə bir nəzəriyyəyə əsaslananlar öz növbəsində bir neçə dəstəyə bölünürlər:
    Birinci dəstə sufiliyin Məsihi rahibliyindən, ikincisi Yoqa məktəbindən və hinduizim dinindən nəş’ət tapdığını, üçüncüsü Buddizmin tərkidünyalıq cərəyanından, dördüncüsü Əflatunun yeni əqidəsindən və nəhayət beşincisi onun İran mənşəli bir məslək olduğunu hesab edir. Bütün bu nəzəriyyələrin qarşısında sufiliyi islami bir məktəb hesab edən yeganə dəstə də mövcuddur. Onlar belə bir əqidədədirlər ki, islami tə’lim, əqidə, irfani baxış, habelə islam dünyasına hakim olan ictimai və xüsusi şərait sufi təriqətinin meydana gəlməsinə səbəb olmuşdur. Xarici amillərin heç biri sufi təriqətinin meydana gəlməsində tə’sir göstərməmişdir. Demək, sufiliyin islam dünyasında meydana gəlməsini xarici və daxili amillər çərçivəsində araşdırmalıyıq. Baxaq görək onların hər biri sufiliyin meydana gəlməsində nə dərəcədə tə’sir göstərə bilmişdir.
    DAXİLİ AMİLLƏR
    Daxili amillər iki hissədən ibarətdir:
    1. İslamın əqidəvi əsasları;
    2. İslam cəmiyyətinin ictimai-siyasi şəraiti.
    Tədqiqatçıların bə’ziləri hər iki amili sufi təriqətinin meydana gəlməsində təsirli hesab etsələr də, bə’ziləri onlardan yalnız birinə üstünlük vermişlər. Bu səbəbdən də hər iki dəstəyə şamil olan amilləri ayrı-ayrılıqda nəzərdən keçirməliyik.
    1. Əqidəvi əsaslar:
    Sufiliyin meydana gəlməsində islamın əqidəvi əsaslarını ən başlıca amil hesab edən şəxslər belə bir əqidədədirlər ki, tövhid və islam irfanı bu amilin əsasını təşkil edir. Həmin nəzəriyyənin xülasəsi bundan ibarətdir: «Qur’an tövhid barədə söhbət açdıqda heç vaxt Allah və yaradılışı (xilqəti) bina və onu tikən bənna ilə müqayisə etmir. Qur’an Allahın xaliq və eyni zamanda Onun müqəddəs zatının hər yerdə və hər şeyə şamil olduğunu bildirir.
    «...Hansı tərəfə yönəlsəniz [üz tutsanız] Allah oradadır...»(Bəqərə-115.)
    «...Biz ona şah damarında da yaxınıq!...» (Qaf-16.)
    «...Əvvəl də, axır da, zahir də, batin də Odur...» (Hədid-3.)
    Bu və bu qəbildən olan digər ayələr bu mövzuya dəlalət edir. Mə’lum məsələdir ki, bu qəbildən olan ayələrin təqdim etdiyi tövhid ümumi kütlənin təsəvvürlərində mövcud olan tövhiddən daha üstündür (və bu islam irfanında haqqında söhbət açılan tövhiddir).
    Həmçinin insanın Allaha yaxınlaşmaq üçün qət etməli olduğu mərhələlərə gəldikdə, kifayətdir ki, «liqaullah», «rizvanullah», vəhy, ilham, mələklərin peyğəmbərlərlərdən qeyriləri ilə apardıqları söhbətlər – mələklərin həzrət Məryəm ilə etdikləri söhbətlər kimi – və Peyğəmbərin (s) me’racına aid olan ayələri nəzərdən keçirməliyik. Qur’ani-kərimin bə’zi ayələrində nəfsi əmmarə*, nəfsi ləvvamə* və nəfsi mutməinnə* barədə söhbət açılır.
    Həmçinin səy və məşəqqətlər yolu ilə haqqa hidayət olanlara işarə edərək buyurulur:
    «Bizim uğrumuzda cihad edənləri öz yollarımıza [Bizə tərəf gətirib çıxardan behişt yollarına] qovuşduracağıq...» (Ənkəbut-69.)
    Nəfsin saflaşmasının insanın nicat tapması üçün yeganə yol olduğuna işarə olunaraq buyurulur:
    «Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!
    Onu [günaha] batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.» (Şəms 9-10.)
    Qur’anda dəfələrlə bütün eşqlərdən üstün olan İlahi eşq və sevgidən söhbət açılır. Burada habelə bütün canlı və cansız əşyaların Allaha şükr və zikr etməsindən, insanın yaradılışına və ilahi ruhun onun vücuduna üfürülməsinə toxunulur. Belə ki, insan əgər öz düşüncə və idrakını kamil edə bilərsə, onların şükr və zikr etmələrini özü dərk etməlidir.(İslam və İranın bir-birlərinə olan qarşılıqlı xidmətləri/Mürtəza Mütəhhəri.)
    Yuxarıda qeyd olunan ayələrlə yanaşı, bu fikrə əsaslanan şəxslər islamın zühur etdiyi illərdə mö’minlərin yalnız savab naminə iman gətirməmələrinə dəlalət edən bir çox hədis və rəvayətlərə də toxunmuşlar. Bu rəvayətlərdə və həmin dövrdə oxunan dua və xütbələrdə belə şəxslərin yüksək mə’nəvi baxışlarından, saf niyyət və təqvaya malik olduqlarından xəbər verilir. Misal olaraq nəql olunmuş rəvayətlərdən birinə diqqət yetirək: «Günlərin bir günündə Peyğəmbər (s) sübh namazından sonra rəngi saralıb-solmuş və gözləri çuxura düşmüş arıq bir cavanla rastlaşır. Zəifliyindən öz müvazinətini saxlaya bilmirdi. Peyğəmbər (s) ondan soruşur: Özünü necə hiss edirsən? Cavan deyir: Yəqinə çatdığımı hiss edirəm. Buyurur: Yəqinə çatmağının əlamətləri nədir? Deyir: Yəqinə çatmağımın əlaməti bundan ibarətdir ki, gecələri ibadət, gündüzləri oruc tutmağa, dünyanın və onun naz-ne’mətlərindən ayrılmağa vadar olmuşam; sanki məhşər günü insanların oraya toplandığını və onların arasında dayandığımı görürəm; cənnət əhlinin ne’mətlərdən bəhrələndiklərini və cəhənnəm əhlinin əzab çəkdiyini müşahidə edirəm. Sanki gözümlə cəhənnəm odunu görüb, qulaqlarımla onların səsini eşidirəm. Peyğəmbər (s) cavanı bura qədər dinlədi və üzünü səhabələrə tutub buyurdu: O, qəlbini Allah nuruna qərq edən bir bəndədir. Sonra cavana dedi: Öz əhval-ruhiyyəni qoruyub saxla. Cavan dedi: Dua et ki, Allah mənə şəhadət ruzisini nəsib etsin. Çox keçmədi ki, o, iştirak etdiyi döyüşlərin birində şəhidlik məqamına nail oldu.»
    Peyğəmbərin (s) hikmətamiz buyuruqları və etdiyi münacatlar isə yüksək mə’nəviyyat, ilahi eşq və irfanla doludur. Bu dualar əksər hallarda ariflərin istinad mənbəyinə çevrilmişdir. Əmirəl-mö’minin Əli ibni Əbu Talibin (ə) etdiyi dua və münacatlar da belə bir xüsusiyyətə malikdir. Belə ki, bir çox arif və sufi silsilələrinin o həzrətə çatdıqlarını hesab edənlər az deyildir.(İslam və İranın qarşılıqlı xidmətləri.)
    Bu səbəbdən də bir tərəfdən islam dinində mövcud olan bir çox irfani mənbələr və tövhidi baxışlar, mə’nəvi saflığa və bu yolla Allaha yaxınlaşmağa nail olmaq üçün dünyanın naz-ne’mətlərindən əl çəkmək, maddi zənginliyi kənara qoymaq, ibadət və münacatlarla İlahi dərgaha üz tutmaq islam sufiliyinin meydana gəlməsində ən başlıca amil ola bilər. Digər bir cəhətdən də sufilər öz əqidələrinin, rəftar və davranışlarının e’tibarını göstərmək üçün digər din və ideoloji məktəblərdən də ehtiyacsız deyillər.
    2. İCTİMAİ-SİYASİ ŞƏRAİT
    Sufiliyin meydana gəlməsində təsirli olan digər amillərdən biri də müsəlman ümmətinin müxtəlif dövrlərdəki ictimai-siyasi şəraiti olmuşdur.
    İslamın zühur etdiyi ilk illərdə müsəlmanların olduqca sadə və yoxsul həyat tərzi keçirməsi insanların böyük əksəriyyəti üçün islam həyat tərzinin nümunəsi ola bilər. Bu səbəbdən də Peyğəmbərin (s) məişət və həyat tərzi hər bir sufi üçün örnək və nümunə olmuşdur. Çünki sufilər dünyanın maddi ləzzətlərindən daim uzaq olmaq istəmişlər. Onlar Peyğəmbərin (s) və səhabələrin həyat tərzi, rəftar və davranışlarını başqaları ilə müqayisə etmişlər. Tarixə nəzər saldıqda görürük ki, sufilərin bə’ziləri Peyğəmbər (s) və onun səhabələrinin ucuz və sadə paltar geydiklərini əldə əsas tutaraq, imam Cə’fər ibni Məhəmməd Sadiq və Əli ibni Musa Rizanın (ə) ağ və nəfis paltarlar geyinmələrinə etiraz etmişlər. İslam həyat tərzindən belə bir nəticəyə gəlmişlər ki, Allahın razılığını qazanıb «Liqaullaha – Allahla görüşə» nail olmaq üçün maddi-dünyəvi ləzzətlərdən əl çəkib yalnız zikr, dua, ibadət və münacata qapılmaq lazımdır.
    Sufilər Peyğəmbərin (s) sadə həyat tərzi və sünnəsinin sonralar saray və imarətlərdə eyş-işrət içində yaşayan və hakimiyyətlərinin davam gətirməsi üçün zülm və haqsızlıqlara yol verən Əməvi və Abbasi əmirlərinin şahanə həyat tərzinə çevrildiyini gördükdə, öz əqidələrində daha da möhkəm qalaraq haqq olduqlarını iqrar etmişlər. Sufiliyin keçid mərhələsinə nəzər saldıqda, bunun şahidi oluruq ki, islam dünyası qan içən monqol işğalçıların təcavüzünə mə’ruz qaldığı bir halda, daha da inkişaf etmiş, asayiş və əmin-amanlıq bərqərar olunduqda isə, tənəzzülə uğramışlar. Bu isə islam dünyasında baş verən ictimai-siyasi cərəyanların sufiliyin yaranıb-yayılmasında nə qədər təsirli olduğuna dəlalət edir. Çünki bəla və müsibətlərlə dolu olan bir şəraitdə xalqın əksəriyyəti dövrün e’tibarsızlıq və vəfasızlığının şahidi olub dərd və bəlalarına dərman etmək üçün Allah dərgahına üz tuturdu və məhz bu məsələ sufilərin rəftar və baxışlarının formalaşmasına səbəb olurdu.
    Yuxarıda qeyd olunanlar sufiliyin islami cərəyan olduğunu hesab edənlərin irəli sürdükləri nəzəriyyə idi. Onların fikrincə sufilik islamın əxlaqi-əqidəvi, siyasi-ictimai amillərindən mütəəssir olmuşdur. Növbəti dərsimizdə sufiliyin xarici amillər üzündən meydana gəldiyini hesab edən şəxslərin irəli sürdükləri fərziyyələrə toxunacaq və söhbətimizi irəli sürülmüş hər iki nəzəriyyənin müqayisə olunması ilə yekunlaşdıracağıq.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Sufiliyin islam dinində meydana gəlməsinə dair irəli sürülən ümumi nəzəriyyələr hansılardır?
    2. İslam irfanı nə zaman Sufilik adını daşımağa başlamışdır?
    3. Peyğəmbərin (s) məsciddəki cavanla apardığı söhbətdən hansı nəticəyə gəlmək olar?
    4. İslamın zühur etdiyi illərdə müsəlmanların keçirdikləri sadə və yoxsul həyat tərzi nə üçün sufiliyin meydana gəlməsinə səbəb olmuşdur?
    ƏLLİ ALTINCI DƏRS
    Sufilik islam dünyasında necə meydana gəlmişdir?
    Sufilik islam dünyasının öz daxilindən qaynaqlanan bir cərəyandır, yoxsa xaricdən?
    SUFİLİYİN MEYDANA GƏLMƏSİNDƏ TƏSİRLİ OLAN AMİLLƏR
    Xarici amillər:
    Sufiliyin islami kök olduğunu və ondan nəş’ət tapdığını hesab edənlərin qarşısında, bu cərəyanın xarici amillərin təsiri ilə meydana gəlməsini güman edənlər də var. Onların fikrincə, Sufilik əvvəllər başqa millətlərdə, digər dinlərdə mövcud olmuş və müsəlmanlar onlarla tanış olduqdan sonra bə’ziləri bu cərəyana qoşulmuş və islami üsulları sufiliklə tətbiq edərək ona islami rəng vermişlər. Mə’lum məsələdir ki, sufi və sufilik ifadələri müsəlmanlar tərəfindən meydana gəlmişdir. Lakin sufiliyin həqiqi mahiyyəti digər dinlərə aiddir.
    Sufiliyin xarici amillər tərəfindən meydana gəlməsini hesab edən şəxslərin özləri bir neçə dəstəyə bölünürlər:
    1. Bə’ziləri sufiliyin köklərini hind mənşəli dinlərdə axtarırlar.
    2. Bə’ziləri sufiliyin Yunan fəlsəfəsindən, xüsusilə yeni Əflatun məktəbindən nəş’ət tapdığını güman edirlər.
    3. Bə’zilərinin fikrincə sufilik İranda meydana gəlmişdir.
    4. Bə’ziləri isə onun rahiblik və məsihi irfanından qaynaqlandığını hesab edirlər.
    Bu dərsimizdə yuxarıda qeyd olunan dörd baxışla tanış olacağıq.
    1. SUFİLİYİN MEYDANA GƏLMƏSİNDƏ HİND MƏNŞƏLİ DİNLƏRİN ROLU
    Dinlərlə tanışlıq dərslərindən mə’lum oldu ki, Hind mənşəli dinlər yə’ni, hinduzim, buddizm və cinizm islam dinindən çox-çox əvvəllər mövcud olmuşdur. Hər üç dinin əsas hissəsini, daha dəqiq desək, mahiyyətini ruhun saflanması və son mərhələdə Niruvana, ya Mütləq fənaya çatmaq təşkil edir. Bir tərəfdən islam dininin şərqdə geniş yayılıb Hind və Çinə çatması, digər tərəfdən də müsləlmanların fəth olunmuş məntəqələrdə ticarət əlaqələri qurmaları, həmçinin hind ayinlərinə dair tərcümə olunmuş kitabların müsəlmanlar arasında geniş yayılması onların hind mənşəli din ayinləri ilə tanış olub onlardan mütəssir olmalarına səbəb olmuşdur.
    Digər amillərdən biri də islamdan 1000 il əvvəl «Budda» məzhəbinin İranın şərqində yə’ni, Bəlx, Buxara və ətraf məntəqələrdə yayılması və həmin məntəqələrdə Somiə adlandırdıqları ibadətgahların tikilməsi olmuşdur. Bəlxdə tikilən ibadətgahlar daha çox məşhur olmuşdur. Bu isə islamın zühur etdiyi ilk əsrlərdə, bəlkə də sufiliyin ən fəal mərkəzlərindən olduğu bir dövrə təsadüf edir.
    İbrahim Ədhəm, Şəqiq Bəlxi, Bayəzid Bəstami, Əbu Səid Əbul Xeyr, Hatəm Əsəm, Davud Bəlxi, Əhməd Xəzrəviyyə və sufiliyin digər görkəmli şəxsiyyətləri bu məntəqədə yaşamışlar. Diqqəti cəlb edən məsələlərdən biri də bə’zi sufilərin, xüsusilə İbrahim Ədhəmin tərcümeyi-halının Məhaviranın tərcümeyi-halı ilə oxşar olmasıdır. Deyilənlərə görə İbrahim Ədhəm, Bəlx əmirlərindən birinin oğlu olmuş, əvvəllər qəsrlərdə yaşamış, lakin sonralar var-dövlətdən üz çevirib «Fəna fillaha*» çatmaq üçün dağ və çöllərə üz tutmuşdur.
    Budda ilə Sufilik arasında olan başqa oxşarlıq «Fənaya» doğru qət etdikləri mərhələlərin bir-biri ilə eyni olmasıdır. Bu iki ayindəki məqamların hər ikisi heç bir fərq olmadan eyni nəticəyə çatır. Yə’ni, sufi ariflərin «Fəna fillah» adlandırdıqları son mərhələni, Buddalar «Niruvana» və «Mütləq fəna»ya çatmaq adlandırırlar.
    2. YUNAN FƏLSƏFƏSİNİN SUFİLİYİN MEYDANA GƏLMƏSİNDƏ TƏSİRİ
    Cufiliyin kökünü Yunan fəlsəfəsində axtaranlar, əksər hallarda onun məhz Yunan fəlsəfəsindən mütəssir olduğunu güman edirlər. Əflatun idologiyasına mənsub olan Yunan fəlsəfəsi varlığın vəhdət nəzəriyyəsinə əsaslanır. O (Əflatun) bu fikirdə idi ki, həqiqət təkdir və varlığın mənşəyi vahid həqiqətin özüdür. Mütləq varlıq Odur, digər varlıqlar isə Onun təcəllisidir. Yə’ni, O, bütün varlıqların mənşəyi olduğu bir halda, onların heç biri deyildir. Əflatunçular Allahı müxtəlif tə’bir və ifadələrlə vəsf etsələr də, bu barədə söylənilən hər bir vəsf və ifadəni səhv hesab edirlər. Hətta Allahı vücud adlandırmağı belə düzgün saymırlar. Çünki O, bütün mövcud olan varlıqlardan daha üstündür. Onlar Allaha yalnız mə’nəvi (ruhi) seyr ilə çatmağı, əql və hissin buna kifayət etmədiyini zənn edirlər. Bunun isə üç mərhələdən ibarət olduğunu bildirirlər:
    a) Seyr məqamları;
    b) Məhəbbət;
    v) Mə’rifət. (Agahlıq).
    Seyr məqamları həqiqətə çatmaq və bu yolda göstərilən səy və cəhətlərdən ibarətdir. Bu məqam hasil olunası yə’ni, insanın özünün əldə edə biləcəyi bir dərəcədir. Məhəbbət, həqiqəti müşahidə etməklə insanda yaranmış hissə deyilir. Kamil mə’rifət isə, tam həqiqətə çatmaq deməkdir. Hər bir varlıq belə bir kamala çatmaq istər, yə’ni maddi aləmdən yaxa qurtarıb əsl vətənə qayıdış. Bu da hər şeyin mənşə və başlanğıcına qovuşmaq deməkdir. Dünyaya göz yumub Ona üz tutmaq və Onu öz vücudunda dərk etmək lazımdır.
    Bunlar Əflatunçuların fəlsəfi ideologiyalarının bir nümunəsi idi. Tərcümə olunmuş Yunan fəlsəfəsi müsəlmanlar arasında geniş yayılmış, islamda zahidlik cərəyanı onun tə’siri altına düşmüş və sonralar yeni Əflatun ideoloji ünsürləri bu sadə cərəyanı sufiliyə çevirmişdir. Nəticədə, Sufi ədəbiyyatında vəhdəti-vücud, dərk edən və dərk olunan, vəhdət aləminin ilkin mənşədən vücuda gəlməsi, insan ruhunun cismdə həbs olunaraq maddi əşyalarla aludə olması, ruhun əsl vətənə qayıdış meyli, eşq, müşahidə və təfəkkür, nəfsin saflığı, ruhi məstlik və s. ifadələrin geniş istifadə olunduğunun şahidi oluruq.
    3. SUFİLİYİN İRANLA BAĞLILIĞI
    Sufiliyin İranla bağlı olduğunu hesab edən şəxslər Zərdüşt və Mani ayinlərini onun mənşəyi olduğunu qeyd edirlər. «Dinlərlə tanışlıq» dərslərində Zərdüşt ayininin «Ahuraməzda» pərəstişinə əsaslandığı mə’lum oldu. Onların əqidəsinə əsasən, varlıqları vücuda gətirən nurdur və nur bütün yaxşılıqların mənşəyidir. Demək, Əhrimənin yaratdığı zülmətdən yaxa qurtarmaq üçün Ahurəməzdaya tərəf getmək və xeyirxah işlər görməklə işıqlığa qovuşmaq lazımdır.
    Mani, Zərdüşt tə’limlərindən bəhrələnərək belə bir fikir irəli sürmüşdür ki, aləm iki şeydən - nur və zülmətdən ibarətdir. İnsan vücudunu təşkil edən ruh nur, cism isə zülmətdir. Bu iki ünsür bir-birinin müqabilində durur. Bir tərəfdən xeyirxahlıq nur və ruh, digər tərəfdən isə pislik, zülmət və cismdir. Ruh cism zindanında əsir olmuşdur və oradan nicat tapmalıdır. Maninin tərəfdarları iki hissəyə bölünmüşlər:
    a) Kamillər;
    b) Eşidənlər.
    Birinci dəstəyə aid olanlar daha çox agahlığa malik olmuş və özlərini bə’zi cismani çətinliklərə vadar edərək nəfslə mübarizə etmişlər. Kamala çatmaq üçün «Aləmin xaliqinə eşq», «kamil insana pərəstiş» və «qardaşlıq birliyi» kimi üsul və qaydalara riayət etməyi lazım bilmişlər.
    Sufiliyin əksər hissəsinin iranlı olduqlarını və onların Zərdüşt və Mani əqidələri ilə tanış olduqlarını nəzərə alaraq deyə bilərik ki, onlar insanilik, hökmlər, mə’nəvi seyr və nəfsi mübarizəni islam əxlaq və e’tiqadına əlavə edərək sufiliyi meydana gətirmişlər.
    4. SUFİLİYİN MƏSİHİ RAHİBLİYİNDƏKİ KÖKLƏRİ
    İslam dini zühur etdiyi və müsəlman ümməti təşkil olunduğu ilk gündən müsəlmanlar məsihi ayini ilə tanış olmuş və məsihi ölkələri ilə ticarət əlaqələri bərqərar etmişlər. Bu səbəbdən də onların adət-ən’ənələri ilə, o cümlədən rahibliklə yaxından tanış idilər. Zahidanə həyat tərzi sürən və maddi varlıqlara göz yuman sadiq müsəlmanlar məsihi rahibliyini islam təqvası ilə əlaqələndirərək sufilik cərəyanını meydana gətirmişlər. Yun paltarlar geymək, xanəgah ibadətgahlarında zikr və münacatlarla məşğul olmaq rahiblərin Somiə adlandırdıqları ibadətgahlarda keçirdikləri həyat tərzi ilə çox oxşardır.
    Nəticə:
    Bu dərslərdə irəli sürülən nəzəriyyələri nəzərə alaraq deyə bilərik ki, əvvəla sufiliyin bir çox e’tiqadi üsulları, rəftar və davranışları islam dinindən götürülmüş və sufilik irfanının kökləri Peyğəmbər (s) və övliyaların tə’limlərindən qaynaqlanmışdır. (Bu haqda növbəti dərsimizdə söhbət açacağıq). Həmçinin təqva və pəhrizkarlıq, maddi aləmin e’tibarsızlığına olan e’tiqad, mə’nəvi saflıq üçün edilən səylər, Allahın razılığını qazanmaq məqsədilə ruhun ilahi dərgaha ucalması islam tə’limlərinin əsas hissəsini təşkil edir.
    Digər tərəfdən də sufilərin istifadə etdikləri ifadələrin bir çoxu Qur’an ayələrindən, Peyğəmbərin (s) hədis və dualarından götürülmüşdür. Bunun üçün də qətiyyətlə sufiliyin xarici amillərdən meydana gəldiyini deyə bilmərik.
    Eyni zamanda sufilərin etdikləri dua və münacatların, istifadə etdikləri ibadət və davranışların islam mənbələrindən, Qur’an ayələrindən, Peyğəmbər (s) və övliyaların həyat tərzindən götürüldüyünə şübhə edə bilmərik. Xanəgahlarda dini mərasimlərin keçirilməsi, yun paltarlar geyinib insanlardan uzaq düşərək bir guşədə ibadət və münacata qapılmaq, ailə və övlada qarşı e’tinasız olmaq islam tə’limləri və Peyğəmbər (s) sünnəsi ilə fərqli deyil, tamamilə müxalifdir. Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, sufilik qeyri-islami rahiblik cərəyanından mütəssir olaraq islam zahidliyi ilə qeyri-islami nəfsi mübarizənin tərkibindən meydana gəlmişdir. (58-ci dərdə sufilərin istifadə etdikləri bə’zi ibadət və əməllərdən danışacağıq.)
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Sufiliyin Hind mənşəli dinlərdən mütəəssir olduğunu hesab edənlərin nəzəri nədən ibarətdir?
    2. Tədqiqatçıların bə’ziləri nə üçün Sufiliyin Əflatun fəlsəfəsindən meydana gəldiyini hesab edirlər?
    3. Sufiliklə Zərdüşt dini arasında nə kimi oxşarlıq vardır?
    4. Sufiliklə məsihi rahibliyi arasında müştərək cəhətlər vardırmı?
    5. Bu dərsdə araşdırılan dörd nəzəriyyə və əvvəlki dərsdə qeyd olunan nəzəriyyələrdən hansı nəticəyə gəlmək olar?
    ƏLLİ YEDDİNCİ DƏRS
    İrfanla sufilik arasında nə kimi əlaqə vardır?
    İRFAN VƏ SUFİLİK
    Sufilik barədə araşdırma apardıqda onun irfanla olan əlaqəsindən də danışmaq lazımdır. Çünki sufilər iddia edirlər ki, onların rəftar və davranışları irfan əsasında olmuşdur və nail olduqları hər bir şeyi irfan yolu ilə əldə etmişlər. Sufilər 3-cü əsrdən sonra sufi və ariflərin istifadə etdikləri ifadələrin eyni mə’na daşıdığını hesab etmişlər. Bu səbəbdən də iddialarının nə dərəcədə doğru və düzgün olmasını bilmək üçün bir qədər araşdırma aparmalıyıq. İlk növbədə (54-cü dərsdə haqqında söhbət açılan) «sufi» və «sufiliklə» müqayisə etmək üçün «irfan» və «arif» kəlmələrinin izahına diqqət yetirməliyik. Artıq bundan sonra «hər bir sufi həm də arifdirmi?» sualının cavabı mə’lum olacaqdır. Daha sonra irfanın sufiliyin əsasını təşkil etməsi və ya sufiliyin irfandan meydana gəlib-gəlməməsi haqda araşdırma aparacağıq. Başqa sözlə desək, irfana üz tutan hər bir şəxs mütləq sufi də olmalıdır, ya yox?
    İRFAN VƏ ARİF HAQQINDA İZAH
    «Kəlam» və «fəlsəfə» elmi həqiqətə çatmaq üçün iki müxtəlif üsul hesab olunur. Filosof və mütəkəllimlər (kəlam alimləri) özlərinə məxsus vasitələrdən istifadə edərək qarşılaşdıqları mövzuların açıqlanmasında (həqiqi mahiyyətinə yol tapmaqda) bu iki vasitədən istifadə edirlər. İrfanın da həqiqətə çatmaq üçün özünəməxsus üsulu vardır. Lakin burada istifadə olunan vasitə fəlsəfə və kəlamda istifadə olunan vasitələrdən bir qədər fərqlidir. Belə ki, əgər fəlsəfə və kəlamda əql və istdidlaldan istifadə olunurdusa, irfanda həqiqətə çatmaq üçün işraq, zövq, vüsul və ittihad kimi daxili hisslərdən istifadə olunur. Bu səbəbdən də irfani bəhslər nəzəri deyildir. Burada həqiqətə çatmaq üçün ilk növbədə mə’nəvi və ruhi saflığa nail olmaq lazımdır. Çünki irfan ilahi əzəməti qəlbin gözü ilə müşahidə etməkdən ibarətdir.
    Arif həqiqəti bilmək yox, onu dərk etmək və Allahın vücudunun əzəmətində fani olmaq istəyir. Bunun üçün də o, yüksək ruhiyyə və qəlbi saflığa yiyələnməli olur. İnsanın qəlb və ruhu maddi şeylərə aludə olmamalı, heyvani hisslərdən uzaqlaşaraq tədriclə yüksələrək ilahiləşməlidir ki, Haqq dərgahına yaxınlaşa bilsin. Bütün bunlara sırf elmi yolla nail olmaq mümkün deyildir. Elm və agahlıqla yanaşı mə’nəvi seyr də tələb olunur. Bu səbəbdən də irfan iki hissəyə - «nəzəri» və «əməli » irfana bölünür. Verilən izahlardan belə bir nəticəyə gəlmək olar ki, arif o kəsə deyilir ki, ruhi və mə’nəvi saflıqla qarşısındakı maneələri kənara qoyub həqiqəti öz vücudu ilə dərk etmiş olsun.
    İRFAN VƏ SUFİLİYİN FƏRQİ
    İrfan və arifə dair verilən izahlardan sonra, onları sufiliklə müqaiysə edib irfanla sufiliyin bir-birindən fərqli olduğunu müəyyənləşdirə bilərik.
    Sufilik – kamal və həqiqətə çatmaq üçün dünya və maddi şeylərdən uzaq düşüb nəfsi paklıq və zahidanə həyat tərzi keçirmək deməkdir. Belə bir izahla sufilik barədə ayrı-ayrılıqda söhbət açmaq olar. Sufilər haqqa çatmaq üçün əsirlər boyu dünyaya, maddi şeylərə və nəfsani istəklərə göz yumaraq bir guşəyə çəkilib zikr, ibadət və münacatlara qapılmışlar. Lakin nəzəri irfan və irfani təfəkkür tərzi meydana gəlməklə, sufilərin böyük bir əksəriyyəti ona üz tutmuş, nəzər və rəftarlarını onunla əsaslandıraraq özlərini arif kimi qələmə verməyə başlamışlar. Bir halda ki, irfan barədə də ayrı-ayrılıqda söhbət açmaq olar. Belə ki, islam irfanı Qur’an, Peyğəmbər (s) və müqəddəs övliyaların buyuruq və həyat tərzindən ibarətdir. Ən yüksək fəzilətə sahib olan arif isə Peyğəmbərin (s) özü olmuşdur. Demək, arif sufilərə xas olan şeylərə əməl etməkdən də (yun paltarlar geyinmək, təklikdə ibadətə qapılmaq və s.) həqiqəti öz vücudunda dərk edə bilər. Sufi ilə arifi bir-birindən fərqləndirən xüsusiyyətlərə gəldikdə isə, deyə bilərik ki, Mövləvi və Hafiz kimi dahi ariflər sufiləri dayaz düşüncəli, yalnız zahiri görünüşə (yun paltarlar geyinməyə və s.) diqqət yetirən, sadəlövh, təəssübkeş insanlar, arifləri isə dərin düşüncəyə malik olan ziyalı və qəlbləri ilahi nurla alovlanan bir şəxsiyyət hesab etmişlər.
    Əbu Əli İbni Sina zahid, abid və arif sözünü belə izah edir: Dünya malına göz yumanlar zahid, ibadətə hər şeydən çox diqqət yetirənlər abid, qəlbi daim ilahi nurla alovlanan, fikir və düşüncəsi yalnız Onun dərgahına ucalan şəxslər isə arif adlanır.
    Verilən izahdan belə bir nəticəyə gəlmək olur ki, ariflər üçün verilən ad, yalnız zahidanə həyat tərzi keçirən və dünya malına göz yuman şəxslərə şamil olunmur.
    Nəzərə çarpan ikinci əsaslı fərq bundan ibarətdir ki, ariflər bütün Qur’an ayələrini və şər’i hökmləri qəbul edir, bə’zi sufi təriqətlər isə şər’i hökmlərin zahirinə əməl etməyi lazım bilmirlər. Bə’ziləri isə, yüksək ruhani məqama çatdıqdan sonra əməli olaraq həyata keçirilməsini qəbul edir. Bu səbəbdən də «sufi arif» o şəxsə deyilir ki, sufiliyə e’tiqadı olmaqla yanaşı, bütün şər’i hökmlərə də əməl etsin. Hərçənd ki, bu dəstəyə aid olan sufilər azlıq təşkil edir.
    Yuxarıda qeyd olunanlardan belə bir qənaətə gəlmək olur ki, bə’zi ariflər sufidir, amma bütün sufilər arif deyildir. Tarixə nəzər saldıqda da biz bu həqiqətin şahidi oluruq. Belə ki, tarix boyu bir çox görkəmli ariflər heç vaxt sufi tərzi-təfəkkürü, rəftar və davranışları ilə müvafiq olmamışlar. Onlardan bə’ziləri hətta bu barədə kitablar da yazmışlar. Molla Sədra kimi məşhur olan Sədrul Mutəəllihin Şirazi, Molla Möhsin Feyz Kaşani, Qazi Əbu Səid Qumi, Şeyx Bəhai, Mir Findirski, Mirdamad, Mirzə Hüseynqulu Həmədani, Mirza Cavad Məliki Təbrizi, Mirzə Məhəmməd Şahabadi və irfani kamala nail olmuş bir çox dahi arifləri buna misal çəkmək olar. Onlar yazdıqları kitabların heç birində sufilərin yun paltarlar geymək, cəmiyyətdən və ailədən uzaq düşərək xanəgahlarda ibadətə qapılmaq kimi ən’ənələri haqda söhbət açmamışlar. Digər tərəfdən də tarixə nəzər saldıqda irfandan heç bir bəhrə əldə etməyən və yalnız yun paltarlar geyərək ömürlərini xanəgahlarda ibadətlə keçirən və bundan razı olan bir çox sufi təriqətləri ilə qarşılaşırıq. Onlar uzun illər boyu dar düşüncəyə malik olduqları üçün daim Mövləvi və Hafiz kimi böyük şəxsiyyətlər tərəfindən tənqid və istehza olunmuşlar.
    * * *
    Deyilənlərdən belə mə’lum olur ki, hər bir arifin eyni zamanda sufi olmasına heç bir zərurət yoxdur. Sufi olmadan da arif olmaq tamamilə mümkündür. Lakin bə’ziləri nəzəri irfanla tanış olduqdan sonra sufiliyi qəbul etmişlər. Buradan belə bir sual meydana gəlir. Sufiliklə həqiqi irfana nail olmaq olarmı? Bu sual bid’ətin islam dinində haram və Allahın qəzəbinə səbəb olması üçün böyük əhəmiyyət kəsb edir. Sufilərin, meydana gətirdikləri bid’ətlərlə Allaha yaxınlaşması və şəriətdə olmayan bir çox rəftarlarla həqiqəti özlərində dərk etməsi mümkündürmü? Allahın qəzəbinə səbəb olmaqla, Ona yaxınlaşmaq olarmı? Bu suallara o zaman cavab tapmaq olar ki, sufilərin həyat tərzinə nəzər salıb, onların əməllərinin islam şəriəti ilə müvafiq olub-olmamasını yoxlayaq. Bu haqda növbəti dərsimizdə söhbət açacağıq.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. İrfanı izah edin.
    2. İrfanın fəlsəfə və kəlam elmi ilə fərqi nədən ibarətdir?
    3. İrfanla sufiliyin fərqi nədədir?
    4. İrfanla sufilik arasında nə kimi əlaqə vardır və nə üçün?
    5. Ariflərdən bə’ziləri sufilərə nə kimi nöqsanlar tutmuşlar?
    ƏLLİ SƏKKİZİNCİ DƏRS
    Sufilik nəyə əsaslanır?
    Sufiliyin qayda və məramları nədən ibarətdir?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 1224 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024