İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1)

    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1)
    2012-01-12, 6:28 AM
    3- VILAYƏT MƏQAMINI TANIMAQ
    Zühurun intizarında olmaq İmam Zaman (ə.c)-ın vilayət qüdrətini intizarda olan şəxsin qəlbində və canında möhkəmlədir, onu bu əqidədə sabitqədəm və möhkəm saxlayır ki, bir gün Allah tərəfindən olan ilahi qüdrət o həzrətin əli ilə aşkar olsun və bütün dünya tağutçularını – zəif xalq kütlələrinin qanını zəli kimi soran insanları – öz yaramaz əməllərinin cəzasına çatdırsın və əzəmətli vilayət qüdrətini bütün dünyada aşkar etsin. O kəs imamət və vilayət məqamına malikdir ki, Allahın qüdrətini zahir və aşkar edə bilsin.
    Bu, intizarda olan bir şəxsin etiqad və düşüncəsidir. Buna əsasən, zühurun intizarında olmaq daim dinin əsl maarif və əqidələrinə etiqadlı olmaqla yanaşıdır. Çünki intizar, etiqad mərifətinin toxumlarını müntəzirçilərin zehnlərində cücərdir və bu mətləbləri onlara başa salır. Nəhayət dünyanın hər bir yeri vilayət və qüdrətin hakimiyyəti dairəsində sahmana düşər, vilayətin böyük qüdrəti dünyanın bütün zalım qüdrətlərini dizə çökdürər, dünyanın maddi mədəniyyəti ilahi vilayətin sonsuz qüvvələri müqabilində tab gətirə bilməz və aləm dünya islahatçısının qəribə və heyrətləndirici qüvvələri müqabilində olaraq onun ixtiyarına keçər.
    4- İddiaçıları tanımaq
    Tarix boyunca çoxlu insanlar məhdiçilik iddiası ilə qiyam etmiş və özlərini insanların islahatçısı və rəhbəri kimi tanıtdırmışlar. Bu hiylə ilə çoxlu insanların qanını, canını və malını hədərə vermiş və bir qrup insanları azğınlığa doğru çəkmişlər. Amma intizar yolunda sədaqətlə qədəm götürən, öz vücudunu vilayətin parlaq nuru ilə işıqlandıran bir şəxs bu şeytansifət ovçuların hiylələrinə uymayıb, onların toruna düşmür:
    Mərifət yolunun azdırıcılarını tanımaları və onların barəsində mərifət kəsb etmələri belə insanların yüksək imamət məqamı ilə tanış olmaları sayəsindədir. Buna görə də onlar abi-həyat (dirilik suyunun) yolunu ilğım qarşısında satmaz və xilafət qəsbkarlarını imamətlə dəyişməzlər.
    3-TƏKAMÜLƏ ÇATMIŞ MÜNTƏZİRLƏRLƏ, YAXUD İMAM ZAMAN (ə.c)-IN BÖYÜK SƏHABƏLƏRİ İLƏ TANIŞLIQ
    İnsanların intizar yoluna cəzb olunmasına səbəb olan digər amillərdən biri də onların təkamülə çatmış müntəzirlərin və İmam Əsr (ə)-ın səhabələrinin məqamı ilə tanış olmalarıdır.
    İntizarın müntəzərlər üçün ərməğan gətirdiyi təsirlərdən biri də budur ki, nəinki onlar yalnız əqidə və etiqad baxımından Əhli-beytin ¢ əzəmətli vilayət məqamına arifdirlər, üstəlik özləri də vilayət günəşinin saçdığı nurlardan bir baca hesab olunurlar. Yəni, intizar yolunda olan təkamül nəticəsində (özlərinin mə`nəvi tutumları həddində) vəhy xanədanının məqamından mənəvi və ruhi qüdrət kəsb etməklə onlara həvalə edilən məmuriyyətləri lazımınca yerinə yetirirlər. Belə şəxslər İmam Zaman (ə)-ın seçilmiş köməkçiləridirlər və o həzrətin vilayət məqamına doğru öndə gedənlərdən sayılırlar.
    Allah taala Qurani-Kərimdə belə buyurur:
    فَاسْتَبِقُواْ الْخَيْرَاتِ أَيْنَ مَا تَكُونُواْ يَأْتِ بِكُمُ اللّهُ جَمِيعًا
    "Xeyir işlərdə bir-birinizlə ötüşün, hər yerdə olsanız, Allah sizin hamınızı bir yerə toplayacaqdır.”(Bəqərə” surəsi, ayə 148.)
    Bu ayə İmam Zaman (ə)-ın seçilmiş səhabələri və böyük şəxsiyyətləri olan 313 nəfər barəsindədir. Zühur günündə böyük Allah onları Öz evinin kənarında bir yerə toplayacaqdır ki, onlar o həzrətə kömək etsinlər.
    Bəzən müəyyən insanların zehnində belə bir sual yarana bilər: Görəsən, xeyir işlərdə yarışmaq, bir-birindən irəli keçmək dedikdə məqsəd nədir? Həzrət Məhdi ¶-ın seçilmiş köməkçilərindən olan həmin 313 nəfər hansı fəzilətlərə və xislətlərə malik olduqlarına görə başqalarından öndə gedirlər və o həzrətin məqamını dərk edirlər?!
    İmam Baqir (ə) qeyd etdiyimiz ayənin təfsirində belə buyurmuşdur:
    اَلْخَيْرَاتُ: اَلْوِلاَيَةُ اَهْلَ الْبَيْتِ.
    "Ayədə qeyd olunan xeyrat dedikdə məqsəd biz Əhli-beytə məxsus olan vilayət haqqıdır.” ("Əl-ğeybət”, Nömani, səh.314.)
    ONLARIN QÜDRƏTLƏRİNƏ BİR İŞARƏ
    İnsan vilayəti qəbul etməkdə nə qədər çox çalışsa, öz ruhunu daha da güclü edəcək, qeyri-adi qüdrəti artacaqdır. Elə bir həddə çata bilər ki, ruhi qüdrət nəticəsində maddi varlıqlara, hətta qeyri-maddi varlıqlara belə hakim olsun.
    Mərhum Əllamə Seyyid Bəhrul-ülum astma xəstəliyinə tutulmuşdu və bir gün Əbu Əbdillah (ə)-ın məxsus ziyarətlərindən birini yerinə yetirmək üçün Nəcəfi-Əşrəfdən xaric olmuşdu. Camaat təəccüb edirdi ki, o bu cür xəstəliklə və belə bir qızmar havada necə səfərə gedə bilər?!
    Onun həmsəfərlərinin arasında mərhum Şeyx Hüseyn Nəcəf də var idi ki, Seyyidlə müasir olan məşhur alimlərdən biri idi. Onlar öz miniklərinə mindikləri və yola düşdükləri zaman havada bir bulud əmələ gələrək onlara kölgə salır, sərin bir yel əsməyə başlayır və hava o qədər sərinləyir ki, özlərini bir sərdabda imişlər kimi hiss edirlər.
    Nəhayət onlar "Xan Şur” adlı bir yer gəlib yçatırlar. Həmin yerdə böyük alim Şeyx Hüseyn Nəcəfin tanışlarından biri gəlir və o, seyyid Bəhrul-ülumdan ayrılaraq, öz tanışı ilə hal-əhval tutmağa başlayır. Həmin bulud Seyyidin başı üzərinə kölgə salır, nəhayət Seyyid karvansaraya daxil olur. Günəşin qızmar istisi Şeyx Hüseyn Nəcəfin başına saçdığı zaman halı dəyişilir və öz miniyindən yerə düşür. Yaşlı olduğuna və bədəninin zəifliyinə görə huşdan gedir.
    Onu götürüb karvansaraya – mərhum Seyyid Bəhrul-ülumun yanına gətirirlər. Ayıldıqdan sonra o cənab ərz edir: "Seyyidəna, lima lən tudrikənər-rəhmətu?” - "Nə üçün rəhmət bizi əhatə etmədi?”
    Seyyid buyurdu: "Lima təxəlləftum ənha?” – "Nə üçün o rəhmətdən ayrıldınız?” (Bu cavabda incə bir mə`na vardır.)(Əl-əbqəriyyul-hisan”, cild 2, səh.69.)
    İmam Əsr (ə)-ın köməkçiləri maddi aləmdə belə təsərrüf edərdilər. O həzrətin xüsusi köməkçilərindən olan 313 nəfər də çox qəribə və möcüzəli buludlardan istifadə edəcək, zühurun əvvəlində özlərini buludlar vasitəsilə o həzrətə çatdıracaqlar. Müfəzzəl deyir:
    قَالَ اَبُو عَبْدِ الله عليه السلام: إِذَا اُذِنَ الْإِمَامُ دَعَا الله بِاسْمِهِ الْعِبْرَانىّ فَاُتيحَتْ لَهُ صَحَابَتُهُ الثَّلاَثَمِاَةِ وَ ثَلاَثَةَ عَشَرَ قَزَعٌ كَفَزَعِ الْخَرِيفِ وَهُمْ اَصْحَابُ الْاَلْوِيَّةِ، مِنْهُمْ مَنْ يُفْقَدُ عَنْ فِرَاشِهِ لَيْلاً فَيُصْبِحُ بِمَكَّةَ،وَ مِنْهُمْ مَنْ يُرَى يَسِيرُ فِى السَّحَابِ نَهَارًا يُعْرَفُ بِاسْمِهِ وَ اسْمِ اَبِيهِ وَ حِلْيَتِهِ وَ نَسَبَهِ، قُلْتُ: جُعِلَتُ فِدَاكَ اَيُّهُمْ اَعْظَمُ اِيمَانًا؟ قَالَ: اَلَّذِى يَسِيرُ فِى السَّحَابِ نَهَاراً وَ هُمْ الْمَفْقُودُونَ وَ فِيهِمْ نُزِلَتْ هذِهِ الآيَةِ أَيْنَ مَا تَكُونُواْ يَأْتِ بِكُمُ اللّهُ جَمِيعًا
    İmam Sadiq (ə) buyurdu: "Hər vaxt imama (zühur üçün) izn verilsə, Allah taalanı ibri dilində çağıracaqdır. Bu zaman 313 nəfərdən ibarət olan köməkçiləri ona kömək etmək üçün hazırlaşacaqlar. Onlar bir-birinə birləşmiş iki payız buludları kimidir və bir yerə toplanarlar; onlar Məhdi (ə)-ın bayraqdarlarıdırlar. Onlardan bəziləri gecə ikən öz yataqlarından yoxa çıxacaq və Məkkədə sübh edəcəklər. Onlardan digər bir dəstəsi də görünəcəkdir ki, gündüz buludların üstündə seyr edəcəklər, onlar adları, atalarının adları, xüsusiyyətləri və məzhəbləri ilə tanınacaqlar. Hətta soruşdum: "Bu iki dəstədən hansı biri iman cəhətindən daha əzəmətlidir?” İmam Sadiq (ə) buyurdu: "Onlar ki, gündüz buludların üstündə seyr edəcəklər. Məhz onlar öz yerlərindən yoxa çıxacaqlar.("Biharul-ənvar”, cild 52, səh.368; "Ğeybətu Nömani”, səh.168; "Təfsiri Əyyaşi”, cild 1, səh.67) Onların barəsində də bu ayə nazil olmuşdur: "Hər yerdə olsanız, Allah sizin hamınızı bir yerə toplayacaqdır.” (Bəqərə” surəsi, ayə 148.)
    ZÜHUR ZAMANI İLƏ TANIŞLIQ
    İmamın zühur etdiyi dövrdə dünyaya hakim olan vəziyyətlə və o zaman baş verən əzəmətli dəyişikliklərlə tanış olmaq insanı intizar məsələsinə doğru çağırır. Zühur dövründə dünyanın hər bir yerində və insanlarda baş verən dərin dəyişikliklər insanı və dünyanı tamamilə başqa bir formada cilvələndirəcəkdir.
    1. Batinin və ruhun paklaşdırılması
    Etiqadi məsələlərdən biri də pak fitrətin pak olmayan fitrətlə necə bir-birinə qarışmasıdır. Rəvayətlərdə qeyd olunmuşdur ki, fitrət dedikdə məqsəd nədir və nə üçün bir-birinə qarışır, necə bir-birindən ayrılıb təmizlənir. Bu məsələnin ətraflı izahı bizim kitabın kiçik həcmilə uyğun deyildir. Buna görə də yalnız aşağıdakı məsələləri qeyd edirik:
    Zühur əsrinin xüsusiyyətlərindən biri insanların batinlərinin paklaşdırılması, nəfsin rəzil xüsusiyyətlərdən təmizlənməsidir ki, bu da insanın vücudunda kök salan aludəliklərin aradan qaldırılmasından ibarətdir.
    Sual: Nə üçün biz deyirik ki, həzrət Bəqiyyətullahın ¶ zühuru dövründə insanlar batini və ruhi rəzilətlərdən paklanacaqlar?
    Bu suala cavab verməzdən qabaq, mətləbin izahı üçün aşağıdakı hadisəni qeyd edirik:
    Şeybə ibni Osman Peyğəmbəri-Əkrəm (s)-in ən qəliz və qatı düşmənlərindən biri idi və o həzrəti qətlə yetirmək fikrinə düşmüşdü. Belə ki, Hüneyn müharibəsində də iştirak etmişdi ki, Peyğəmbər (s)-i şəhadətə çatdırsın. Camaat o həzrətin ətrafından dağıldığı, Peyğəmbər (s) yalqız qaldığı bir vaxtda arxadan ona çatdı, lakin oddan olan bir şölə ona tərəf yönəldi, belə ki, ona taqəti olmadı və buna görə də öz məqsədinə nail ola bilmədi.
    Peyğəmbər ona üz tutub buyurdu: Şeybə yaxına gəl! Bu zaman Peyğəmbəri-Əkrəm (s) öz əlini onun sinəsinə qoydu. Bu işin nəticəsində o həzrətə qarşı məhəbbət Şeybənin qəlbinə doldu. Belə ki, Peyğəmbəri-Əkrəm (s) onun nəzərində ən sevimli bir şəxs oldu. Bu zaman o həzrətin hüzurunda müxaliflərlə mübarizəyə başladı, belə ki, əgər atasıyla qarşılaşsaydı belə hökmən Peyğəmbər (s)-ə kömək etdiyi üçün onu (atasını) qətlə yetirərdi.(Səfinətul-bihar”, cild 1, səh.202, Həbəbə maddəsi. )
    Görün, Peyğəmbəri-Əkrəm (s)-in pak əlləri Onun ən qatı düşmənlərindən birinin napak fitrətini bir anda aludəliklərdən necə təmizləyir, onu kafirlər cərgəsindən ayıraraq Peyğəmbər (s)-in ordusuna daxil edir.
    Peyğəmbəri-Əkrəm (s) öz mübarək əllərini onun sinəsinə çəkməklə əqlini kamilləşdirmiş, onun batinində baş verən xoşagəlməzliklərə, zəlalət və azğınlığa şəfa verərək paklamışdır. Bu müqəddiməni bəyan etdikdən sonra zühur əsrini şərh edirik.
    İmam Baqir (ə) buyurur:
    اِذَا قَامَ قَائِمُنَا وَضَعَ يَدَهُ عَلَى رُؤُوسِ الْعِبَادِ،فَجَمَعَ بِهِ عُقُولَهُمْ وَاَكْمَلَ بِهِ اَخْلاَقَهُمْ
    "Bizim Qaim qiyam edən zaman öz əlini Allah bəndələrinin başına qoyacaqdır. Bu əməldən sonra onların ağıllarını bir yerə yığacaq (buna görə də onların əql qüvvələri kamilləşəcək) və onların əxlaqlarını təkmilləşdirəcəkdir.” (Biharul-ənvar”, cild 52, səh.336)
    İmam Zaman (ə.c) özünün bu rəftarı ilə ayrı-ayrı şəxslərin batinlərini paklayacaq, bütün Allah bəndələrini ruhi və mənəvi aludəliklərdən xilas edəcəkdir.
    2. Zühur əsrində əqli qüvvələrin təkamülə çatması
    İndi isə yuxarıda qeyd olunan rəvayətdəki mühüm və maraqlı məsələni izah edirik:
    1-Həzrət Vəliyi-Əsr ¶ əlini yalnız özünün köməkçilərinin və səhabələrinin başına deyil, bütün Allah bəndələrinin başına qoyacaqdır. Yəni, o dövrdə Allaha bəndəlik edən bütün insanlar, hətta müharibədə o həzrətin köməkçilərindən olmasalar da belə. Misal üçün: yaşlıları da, uşaqları da bu böyük nemətdən bəhrələndirəcəkdir.
    2-İnsanların hamısının ağıllarını pərakəndəlikdən xilas edəcək, beləliklə onlar fikrin təmərküzləşmə qüdrətinə, düzgün düşüncəyə malik olacaqlar ki, bu da xariqüladə idrakların və elmlərin mənşəyi olacaqdır. Onların əql qüvvələrinin kamilləşməsi bu mənayadır ki, öz dövrlərinin imkanında olan bütün qüdrətlərdən istifadə edə biləcəklər.
    Bəli, ilahi əlin dünya insanlarının başında qoyulduğu, qeybət dövründə əzab-əziyyətlərə və məşəqqətlərə qatlaşan insanlara nəvaziş edildiyi bir dövrdə insanların beynində gizlənmiş olan xariqüladə qüvvələr əqli təkamül nəticəsində zahir olacaq və özünün ən yüksək mərhələsinə -elm, əməl və mədəniyyət baxımından heyrətləndirici bir həddə çatacaqdır.
    Əqlin heyrətləndirici təkamüly və beynin qüdrətilə tanış olmaq üçün aşağıdakı məsələni qeyd edirik:
    "Hər bir insan –istər fitri istedada malik olsun, istərsə də adi səviyyədə – öz beynində olan imkanların milyardda birindən artığını öz həyatında işlətmir. Əgər beynin bütün tutumunun və qüdrətinin milyardda birini istifadə edərsə – istər istedadlı olsun, istərsə də adi bir insan – onların arasında olan fərq kəmiyyət fərqi deyil, keyfiyyət fərqi olacaqdır.”(Təvanaihaye xod ra beşenasid”, səh.347.)
    Yəni, hətta yüksək dərəcəli və heyrətli qüdrətdən istifadə edən fitri istedadlı insanlar belə, yalnız öz beyinlərindəki hüceyrələrin milyardda birindən istifadə edə bilirlər. Lakin onlar öz beyin hüceyrələrinin milyardda birindən bəhrələnməkdə başqalarından daha üstündürlər.
    "Bir neçə il öncə müasir riyaziyyatçılardan biri mühüm bir mətləbi camaata çatdırmış və təxmini olaraq hesablamışdır ki, insanın beyni praktik olaraq on vahid məlumatı öz beynində ehtiyat saxlaya bilər. Əgər bu rəqəmi sadə dillə bəyan etmək istəsək, deməliyik ki, bizlərdən hər birimiz Moskvada yerləşən ən böyük dünya kitabxanasındakı milyonlarla cild kitabın məlumatını öz hafizəsində saxlaya bilər. Bu söz ilk baxışda çox heyrətli nəzərə çarpır.”(Yenə orada, səh.44.)
    Diqqət yetirmək lazımdır ki, insan beyninin qüdrəti dünya islahatçısının parlaq nurlarının saçması nəticəsində təkamülə çatsa və insan öz beyninin milyardda birindən deyil, bütün qüvvələrindən istifadə etsə və beləliklə elm və mədəniyyət dünyanın hər yerini bürüsə, görəsən dünyanın görünüşü necə olacaqdır?!
    Əgər insan əqli təkamül nəticəsində öz ruhunun müxtəlif qüdrətlərindən istifadə etsə, cismini də öz ruhuna tabe etdirə və "tərəvvöh” qüdrətinə malik ola bilər. Yəni özünün maddi cismini enerjiyə və dalğaya çevirməyə qadir olar. İnsan bu işə qadir olduğu zaman bir çox kəramətli işləri həyata keçirəcəkdir.
    Qeybət dövründə də teyyül-ərz qüdrətinə malik olan azsaylı insanlar cisimlərindəki maddiyyat və təcəssüm halətini götürməklə özlərini dalğa və enerji şəklinə salır və bir anda yer kürəsinin başqa bir nöqtəsində zahir olurlar. Onlar malik olduqları bu qüdrətlə özlərinin ruha çevrilmiş cisimlərini istədikləri nöqtəyə doğru hidayət edir və orada təcəssüm tapa bilirlər.
    3. Dünyada dərin dəyişiklik
    Əzəmətli zühur dövründə yer üzündə çox dərin dəyişikliklər baş verəcəkdir. Bu da Quranın buyurduğu ayədir ki:
    يَوْمَ تُبَدَّلُ الاَرْضُ غَيْرَ الْاَرْضِ
    "Yer tam başqa vəziyyətdə və yeni şəraitdə qərarlaşar” (İbrahim” surəsi, ayə 48.) Yalnız yer deyil, bütün zaman da yeni dəyişikliklərə məruz qalacaqdır.
    "Bu gün bə`zi alimlər inanırlar ki, maddə səs dalğalarından təşkil olunmuşdur. Dalğaları kabel, səs dalğaları, təsvir və s. Vasitəsilə dünyanın ən uzaq nöqtəsinə nəql etdirmək olar. Nəticədə maddədən ibarət olan orqanizm dalğalara çevrilər və qeyd olunan vasitəsilə kainatın hər bir yerinə göndərilə bilər. Mənim nəzərim budur ki, yaxın gələcəkdə, hətta kosmik səfərlərdən qabaq elə yollar tapıla bilər ki, insan dalğalara çevrilib fəzaya göndərilsin və bir-birindən ayrılmış olan hissələr orada bir yerə yığışsın.
    İndi oxucular bu barədə mühakimə yürüdə bilərlər: insan ruhdan və maddədə təmərküzləşmiş zərrələrdən başqa bir şey deyildir, dalğaların tezliyini aşağı gətirməklə onu istənilən şəklə salmaq olar.("Ruh zində mimanəd”, səh.158)
    Elə bir günü görmək olarmı ki, insan öz bədənini elektrik cərəyanına çevirib uzaq bir məsafəyə nəql etdirsin və orada bədəni təşkil edən atomların bir yerə yığışması nəticəsində yenidən öz surətinə düşsün.(Yenə orada, səh.188.)
    Rəvayətlərdə qeyd olunduğu kimi, əqli qüvvələrin ümumi təkamülü nəticəsində ruhun maddəyə qələbə çalması ümumi bir şeyə çevriləcək, insanlar öz cisimlərinə hakim olacaq və bu halətdən yaxşı şəkildə istifadə edə biləcəklər. Naməlum və əzəmətli olan belə bir gündə camaatın həyatı və onların maddi vasitələrə olan ehtiyacları tamamilə başqa vəziyyətdə olacaqdır.
    Əhli-beyt vilayətinin zühuru nəticəsində insanın elm və biliyi mümkün olan ən yüksək həddə çatacaq, insanlar elmin bütün mərhələlərindən çox asan və rahat şəkildə bəhrələnəcək, gizli sirlər aşkar olunacaq, tərbiyə və təkamül yolu onların üzünə açılacaqlar.
    Bəlkə də bu mətləblərin qəbul edilməsi bizim üçün çətin olsun, elmi məsələlərdə olacaq bu qədər inkişafları qəbul edə bilməyək. Halbuki bildiyimiz kimi, əgər insanın beyni şeytanın və cəhalətin əsarətindən azad olarsa, bunun ardınca insan bütün yönlərdə təkamülə çatacaq, belə ki, onun üçün dünyada heç bir naməlum sirr qalmayacaq və bütün çətin elmi məsələlər aşkar olacaqdır.
    Həzrət Əli (ə) öz vücudunun ruhundan qaynaqlanan bir kəlamda belə buyurur:
    يَاكُمَيْل،مَا مِنْ عِلْمٍ اِلاَّ وَاَنَا اَفْتَحُهُ وَمَا مِنْ سِرٍّ اِلاَّ وَالْقَائِمُ يَخْتِمُهُ
    "Ey Kumeyl, elə bir elm yoxdur ki, mən onu dərk etməyim və elə bir sirr yoxdur ki, Qaim onu sona çatdırmasın.” ("Biharul-ənvar”, cild 77, səh.269. )
    Bəli, həzrət Bəqiyyətullah (ə)-ın mübarək əllərindən doğan parlaq nurlar zülmə məruz qalan, əzab-əziyyət və işgəncələrə dözən insanların beyninə təkamül bağışlayacaq, çox qəribə qüdrətlərdən istifadə etmək qüdrəti icad edəcək, insanlar vəhy xanədanının həyat məktəbindəki sirləri qəbul etməyə hazır olacaq və elm və kamalın ən yüksək mərhələsinə nail olacaqlar.
    Bu əzəmətli gündə gizlin sirlər aşkar olacaq, dünyanın heç bir yerində zülmətdən əsər-əlamət qalmayacaqdır.
    BƏHSİN NƏTİCƏSİ
    İntizar ümidvaredici və nicat bağışlayan bir halətdir ki, müntəzirləri qeybətin qaranlıq dövründə heyrət səhrasından xilas edərək nur və səfa vadisinə doğru çəkir. İntizar qəm-qüssəlilərə yeni bir həyat bağışlayacaq, onlara güc-qüvvə verəcək, qəmgin qəlbləri ümidvar edəcək, şadlıq və parlaqlıqla dolu olan bir dünya yaradacaqdır.
    İntizar maneələri, zülmətləri aradan aparır, təkamülə çatmış insanların vücudlarında parlaq nur icad edir. İntizar şiənin əsl etiqad və maarif toxumlarını müntəzirlərin qəlblərində cücərdir, ən kamil mənəvi həyatı ən fəzilətli insanlar üçün ərməğan gətirir.
    Əgər özümüzdə intizar halətini icad etmək və gücləndirmək istəyiriksə, vilayətin əzəmətli məqamı ilə ünsiyyətdə olmalı, intizarın qəribə təsirləri barəsində məlumat kəsb etməli, təkamülə çatmış müntəzirlərin xüsusiyyətlərindən agah olmalı və həzrət Bəqiyyətullahil-Əzəm ¶-ın zühuru dövründəki xeyir-bərəkətlərlə öz qəlbimizi və ruhumuzu tanış etməliyik ki, o əzəmətli günün gəlib çatmasının intizarı bütün vücudumuzu əhatə etsin.
    Ruze məhşər ke ze hovləş suxənan mi quyənd,
    Rast quyənd, vəli çun şəbe hicrane tu nist.
    (Qiyamət gününün qorxunc səhnələrindən çox danışırlar; bəli, düz deyirlər,
    Lakin sənin hicranının gecəsi kimi deyildir.)
    Category: İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) | Added by: Islam_Kitabxanasi
    Views: 745 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024