İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamiyyə şiələrinin əqidə üsullari

    İmamiyyə şiələrinin əqidə üsullari
    2012-01-12, 12:13 PM
    MÜQƏDDİMƏ
    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
    Həmd və səna olsun Allaha, Onun salam və salavatı olsun bəşərin ən yaxşısı Həzrət Mühəmmədə və hidayət yolunun çıraqları olan Əhli-beytinə.
    Bu etiqadi kitabı yazmaqda məqsədim yalnız Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əhli-beytinin vasitəsi ilə gəlib çatan İslam etiqadiyyatının xülasəsini qələmə almaqdır.
    Bu müxtəsər kitabı dəlil və bürhansız İmamlardan (əleyhis-salam) gəlib çatan və əsas etibarı ilə etiqadi hədisləri qeyd etmədən yazmışam ki, bu əqidə üsullarını öyrənmək istəyən ibtidai savadlı şəxslər, tələbə və alimlər ondan kifayət qədər faydalana bilsinlər. Bu kitabı Əqaidül-İmamiyyə (12 İmam şiələrinin əqidə üsulları) adlandırdım.
    Bu kitab, 1363-cü hicri qəməri ilində Müntədin-nəşr dini universitetində ali kəlam (ilahiyyat) bəhslərinə bir müqəddimə kimi istifadə olunsun deyə, silsiləvari mühazirələr kimi yazılmışdır.
    Bu əqidə üsullarının çoxunu tədris etdiyim vaxt, dərsləri hamının istifadə edə biləcəsi tərzdə deyil, o vaxtın çıxış və mühazirə formasında, pərakəndə vərəqlərdə yazılmışdı. Nəhayət bu il, yəni o dövrdən 8 il keçdikdən sonra, cənab Məhəmməd Kazim Kətbi məndən xahiş etdi ki, qeyd olunan mühazirələrə yenidən nəzər salıb müxtəsər və münəzzəm bir kitab hazırlayam ki, xalqın istifadəsi üçün yararlı olsun və hamı ondan istifadə edə bilsin. Beləliklə, İmamiyyə şiələrinə vurulan ittihamların çoxu dəf edilsin. Xüsusilə də Misir və başqa ölkələrdəki müasir yazıçılar qələmləri ilə şiəlik və şiə əqidəsinə qarşı kəskin hücuma başlamışlar. Onların bu hücumları ya Əhli-beyt məktəbi barədə lazımi qədər agahlığın olmaması üzündən olur, ya da özlərini qəsdən bixəbərliyə vururlar. Bu şəxslər həqiqətlərə təcavüz və nadanlıqdan nəşət tapan bir sıra məsələlərlə oxucuları olan müsəlmanlar arasına nifaq və ixtilaf toxpumu səpir, bu yolla da müsəlmanların vəhdətini pozur, qəlblərində ədavət, düşmənçilik və kin-küdurət yaradaraq onları bir-birinin canına salırlar.
    Bütün zamanlarda, xüsusilə də hazırkı zəmanəmizdə bizim müsəlmanlar arasında vəhdət yaradıb sıralarını möhkəmləndirməyə, vahid bayraq altında bir yerə yığmağa qadir olmağımız mümkün deyilsə də, amma heç olmazsa, firqələri bir-birinə yaxınladıb kinələrin üstünü örtmək, ədavətləri nisbətən azaltmağımızın zəruriliyi heç kəsə məxfi deyildir.
    Mən belə bir təklif irəli sürürəm, amma yüz faiz təəssüflə bilirəm ki, müsəlmanlar arasında ittihad yaradılması barəsindəki təkliflərin heç birini əməli olaraq həyata keçirə bilmərik. Misirli yazıçı doktor Əhməd Əmin kimilərin müsəlmanlar arasında təfriqə yaratmaları nəticəsində irəli gələn hazırkı vəziyyətlə belə, irəli sürdüyüm təkliflər onların inad və tərsliklərini daha da artırmaqdan başqa bir iş görə bilmir.
    Əgər bu yazıçılar və s. kimi şəxslərin ardıcıl və inadkar səylərinin bir qrup sadə insanları aldatmasının, əsassız mətləblərinin onlara təsir etməsindən, yaxud şiələrə ədavət izhar etmələri ixtilafların, kinələrin coşmasından keçdikdə, çox da mühüm deyildir. Hər halda mən bu kitabı nəşr olunmaq üçün təqdim edəndə həqiqət axtaranlara faydalı olmasını ümid edirəm, təki bu insanlıq və İslama xidmətdə şərikli olaq. Bu kitabı bir neçə hisədə tənzim etdim.
    1. ELM VƏ MƏRİFƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Biz inanırıq ki, həqiqətən Allah-Taala bizə təfəkkür, idrak qüvvəsi verib, əql bəxş etdiyinə görə, bizə əmr etmişdir ki, Onun xəlq etdiyi mövcudat barəsində fikirləşək, şüurumuzu işə salıb dərindən təfəkkür edək, hikmətində, kainatdakı nişanələrində dərindən düşünüb, onun kainatda (afaq) və insanın daxili aləmində (ənfüs) təfəkkür edək. Belə ki, Allah-Taala buyurur:
    Biz afaq və ənfüsdə (kainat və insanın mürəkkəb quruluşunda) olan ayələrimizi (əlamət, nişanə, möcüzə) onlara göstərəcəyik ki, Onun haqq olması onlar üçün aydın olsun.(Fussilət surəsi, 53)
    Başqa bir yerdə, ata-babaların yanlış və batil adət-ənənələrinə kor-koranə, qeyri-aqilanə təqlid etməyi məzəmmət etmişdir:
    Onlara deyiləndə ki, Allahın nazil etdiyinə tabe olun, yox! Biz ata-babalarımızın getdiyi yolla gedəcəyik, deyə cavab verirlər Onların ata-babaları bir şey düşünməyib və hidayət yolunu tapmamış olsalar da (onlara tabe olacaqlarmı)?! (Bəqərə surəsi, 170)
    Bunun kimi öz gümanları əsasında əməl edib haqqa tabe olmayanları da məzəmmət edir:
    (Yolunu azanlar və müşriklər) Zənn və gümandan başqa bir şeyə tabe olmurlar. (Ənam surəsi, 116)
    Həqiqətdə isə, bizim etiqadımız budur ki, əqlimiz xilqətdə təfəkkür edib kainatın Xaliqini tanımağı, ( 
    Allah barəsində mərifət nəzəriyyəsi məsələsini islam alimləri müfəssəl şəkildə bəyan etmişlər. Habelə, şiə alimləri də Allah barəsində mərifət kəsb etməyin (mərifətullahın) vacib olması barədə fikir birliyindədirlər. Çünki bu (mərifətullah), dinin kamilliyi olmaqla yanaşı, ilkin, zəruri vacibatdan sayılır. Bu barədə mərhum Əllamə Hillinin ifadəsinə nəzər salmağımız kifayətdir. O, Hadi-əşərin şərhində buyurur: Bütün alimlər Allah, Onun sübuti və səlbi sifətləri (yəni Onun üçün səhih olan, Ondan uzaq olan sifətlər) barədə, habelə nübüvvət, imamət, məad barəsində təqlid əsasında deyil, möhkəm və kəsərli dəlil-sübut yolu ilə mərifət kəsb etməyin vacib və zəruri olmasında fikir birliyindədirlər. Bu məsələnin əhəmiyyətinə sübut olaraq bu şərif elm barəsində bütün müsəlmanlar arasında yazılan həddindən artıq kitabları göstərmək olar. Biz isə, qeyd olunanlar barədə təfəkkür və düşüncənin vacibliyi dəlillərini qeyd edirik: 1-Əqli dəlil. Əqli dəlil dedikdə, ehtimal verilən təhlükəni, zərəri dəf etmək nəzərdə tutulur. Belə ki, əql bu barədə arxayınlıq, xatircəmlik əldə etmək, mümkün qədər bəhs aparıb istidlal, dəlil-sübut gətirməyi lazım bilir. Yalnız bu yolla həqiqəti aşkar etmək olar; elə bir həqiqət ki, xətər və təhlükədən (cəhənnəm əzabından, ilahi əzabdan) uzaqlıq, mənafeyi (ilahi nemətlər və behişti) cəlb edib əbədi səadətə çatmaqla əldə olunur. Səbəbi də budur ki, etiqad üsullarına gətirilən məntiqi və əqli dəlillər nəticəsində ehtimali təhlükə dəf olunur və təhlükəni dəf etmək də əqlən vacibdir. 2-Əxlaqi dəlil. Əxlaqi dəlildən məqsəd budur ki, Nemət Sahibinə şükür etmək vacibdir, şükür də Onun barəsində mərifət kəsb etmədən qeyri-mümkündür. Burada vacib dedikdə, şükür etməməyin əql sahibləri nəzərində məzəmmətə layiq olması nəzərdə tutulur. Digər tərəfdən isə, edilən şükür, Aükür Sahibinə layiq olmalıdır. Müxtəlif ideologiya və məzhəb sahiblərindən olan aqillər bu əxlaqi qanunun düzlüyünü təsdiq edirlər. Deməli, bu əxlaqi vacibi yerinə yetirmək üçün bu barədə bəhs aparmaq və mərifət kəsb etmək iki əsas prinsipdir. 3-Nəqli dəlil. Bu dəlil də qeyd olunan müqəddimələrdən sonra gəlir ki, dinin vacib etdiyi şəri dəlilləri (çoxlu Quran ayələri və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnətindən ibarət olan İslam şəriəti mənbələri) ehtiva edir. İslam alimlərinin etiqad bəslədiyi bu üç dəlildən əlavə, qeyri-müsəlman filosoflarının da–istər onların mərifət bazislərinin əsası əqli bədihiyyata əsaslanan olsun, istərsə də təcrübi mərifətlərə–nəzərində müştərək nöqtə mərifətin səhih dəlillə əldə olunmasıdır. (Bax: Aeyx Əhməd, İslami əqidədə mühazirlər, səh.47-52.) 
    )Onun barəsində mərifət kəsb etməyi bizə öz əqlimiz, nübüvvət iddiası edən şəxs və onun möcüzəsi barədə təfəkkür etməyi vacib etdiyi kimi zəruri edir və bu barədə əqlimizdən başqa heç kimə təqlid etməyi–şəxsin məqam və mənziləti nə qədər böyük olsa da belə–səhih hesab etmir.
    Çoxlu Quran ayələrində insanın təfəkkür, elm və mərifətə təşviq etdirilməsi həqiqətdə əql sahiblərinin müvafiq olduqları ideya və fikir azadlığını, müstəqilliyi bəyan edir. Həqiqətdə Quran bizim ruhumuzu qeyd olunan həqiqətlərlə agah olmaq, onlar barədə təfəkkür etmək üçün mərifət və təfəkkür istedadını hərkətə gətirir, insan zəkasını ayıldıb çiçəkləndirməklə onu, əqlin fitri tələbinə cəlb edir.(Bax: Mühazirələr, səh.47-52; Ənkəbut surəsinin 20-ci ayəsi: De: yer üzündə seyr edin və baxın görün (O) xilqəti necə başladı! Habelə, Yunis surəsinin 10-cu ayəsi: De: baxın görün yerdə və göylərdəki nədir? Ğaşiyə surəsinin 17-21-ci ayələri də bu qəbildəndir: Onlar dəvəyə baxmırlar ki, necə yaradılıb? Və səmaya baxmırlar ki, necə ucaldılıb? Və dağlara baxmırlar ki, necə bərkidilib? Və yerə baxmırlar ki, necə hamarlanıb? Bunları xatırlat, sən yalnız xatırladansan. Öz nəfsləri barədə təfəkkür etmirlərmi? (Rum, 8) Bəs bil ki, Allahdan başqa heç bir məbud yoxdur. (Mühəmməd, 48) Yoxsa Ondan (Allahdan) başqa şeyləri özlərinə məbud seçirlər?! De: Öz dəlillərinizi gətirin! (Ənbiya surəsi, 24))Belə olan halda insanın etiqadi məsələlər qarşısında laqeyd qalması, onlara əhəmiyyət verməməsi və özünə bir yol seçməməsi, kiminsə dediklərini təqlid üzündən qəbul edib ona arxalanması səhih deyil. Əksinə, Quran ayələrinin təsdiqlədiyi əqli fitrətin tələbinə əsasən, hər insana vacibdir ki, üsulid-din adlanan etiqad əslləri barədə(Bu kitabda qeyd olunanların hamısı etiqad üsullarından ibarət deyil, çünki onlardan bəzilərinə (qəzavü-qədər, rəcət və s.) üsuli dindəki kimi etiqad bəsləmək, əqli təhqiqat və təfəkkür vacib deyil, əksinə bu barədə hətta Peyğəmbər və İmamlar səviyyəsində olmayan amma sadiq və doğruçu şəxslərin də sözlərini əsas tutub təqlid etmək, inanmaq olar. (Müəllifdən)) təhqiqat aparsın, dərindən düşünsün. Bu üsulların ən mühümü tovhid, nübüvvət, İmamət və məaddan ibarətdir.
    Hər kəs bu kimi etiqad üsullarında ata-babalarına, yaxud başqa şəxslərə təqlid etsə, hökmən səhvə düçar olub haqq yoldan uzaqlaşar, inhirafa yuvarlanar və heç vaxt üzrlü sayılmaz.
    Bu barədə əsas etiqadımız iki mətləbdən ibarətdir:
    1-Etiqad üsulları barəsində mərifət kəsb etməyin vacibliyi; belə ki, bu barədə başqalarına təqlid etmək caiz deyildir.
    2-Qeyd olunan vacib, şərən vacib kimi qəbul edilməzdən öncə əqlin hökmü ilə olan vacibdir.
    Yəni rəvayətlərin əqli dəlilləri təsdiqləməsinə baxmayaraq, etiqad üsullarında mərifət və baxış dini rəvayətlərə əsaslanmamalıdır.
    Əqlən etiqad üsulları barədə mərifət kəsb etməyin vacibliyi dedikdə əqlin bu üsullarda mərifətin, agahlığın zəruriliyini, onlar barədə təfəkkürün vacib olduğunu dərk etməsi nəzərdə tutulur.
    2. FÜRUİ-DİNDƏ TƏQLİD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Fürui-dinə gəldikdə isə, (fürui-din insanın əməlləri, gördüyü işlərlə əlaqədar olan şəriət hökmləridir) hər bir müsəlmanın onları təfəkkür və istidlal yolu ilə əldə etməsi vacib deyildir. Əksinə, fürui-dində, əgər namaz, oruc, zəkat və s.-nin vacibliyi kimi yəqinlik hasil olmuş zəruriyyətlərdən olmazsa, aşağıdakı üç yoldan birini seçməsi vacibdir:
    1-Ya hökmlərin istixracında ictihad(İctihad kəlməsi cəhd kökündən alınmışdır, mənası da hər hansı bir əməli yerinə yetirmək üçün qüvvə sərf etmək deməkdir. Amma şiə fəqihlərinin istilahında (terminologiyasında) isə müəyyən olunmuş qayda-qanunlar əsasında şəri hökmün çıxarılması, istinbat edilməsi nəzərdə tutulur. Daha yaxşı olardı ki, belə təbir olunsun: ictihad–şəri hökmlərin, yaxud əməli vəzifələrin (şəri və ya əqli) dəlillərinin əldə edilməsi üçün bir səciyyə, mələkədir (bacarıq və qüdrət). Müctehid də öz növbəsində iki qismdir: mütləq müctehid, mütəccəzzi müctehid. Mütləq müctehid dedikdə, bütün fiqhi məsələlərdə hökmlərin istinbatı qüdrətinə malik olan müctehid nəzərdə tutulur. Mütəccəzzi müctehid isə, bəzi fiqhi bablarda şəri hökmü istinbat edə bilən, bəzi bablarda isə bu işə qadir olamayan müctehidə deyilir.) məqamına çatıb hökmləri dəlil və istidlal əsasında çıxarmalıdır (əgər ictihad və nəzər əhlidirsə);
    2-Yaxud ehtiyata əməl etməyin lazım olduğu hallar barəsində kifayət qədər agahlığı vardırsa, öz əməllərində ehtiyata(Ehtiyat dedikdə, o əməl başa düşülür ki, onun vasitəsi ilə məchul (hökmü bəlli olmayan) hadisələr, məsələlər müqabilindəki vəzifələri yerinə yetirilmiş olur. Buna mütləq ehtiyat deyilir. Bunun müqabilində isə nisbi ehtiyat durur, yəni müctehidlərin fətvaları arasındakı ehtiyat. Belə ki, icmal şəkildə onların birinin ələm olması məlum olur.) əməl etməlidir; Belə ki, müctehidlərin fətvalarını cəm etməklə həqiqi vəzifəsi olduğu əməlləri yerinə yetirmiş olsun.
    3-Müctehid üçün lazım olan şərtlərə malik olan(Təqlid–əməl, söz və hökmünün mükəlləf şəxs üçün höccət və istinad nöqtəsi sayılan müctehidin fətvası ilə mütabiq (uyğun, müvafiq) olmasıdır. Müqəllid (təqlid edən) iki qismdir: a) Aəri hökmlərin mənbə və mənşəyini tanımaq üçün heç bir agahlığı olmayan müqəllid; b) Qismən də olsa, bu barədə agahlığı olub istinbat qüdrəti olmayan müqəllid.), şəriətdə deyildiyi kimi, aqil, adil, nəfsini aludəliklərdən, günah və tüğyanlardan qoruyan, dini hifz edən, dinin qoruyucusu, həvayi-nəfs ilə müxalif, Mövlasının (Allahın) əmrlərinə müti olan müctehidə təqlid etsin.(Əsgərinin təfsiri, səh.300; Əl-ehticac, 2-ci cild, səh.511, 337-ci hədis.)
    Hər kəs müctehid və ya ehtiyata əməl edən olmasa və həmçinin, cameüş-şərait müctehidə təqlid etməsə, ömrü boyu namaz qılıb oruc tutsa da belə, bütün ibadət və itaətləri batil sayılır və ondan heç bir vəchlə qəbul olunmaz. Amma onun əvvəlki (təqlid etmədiyi dövrdəki) ibadət və itaətləri sonradan təqlid etdiyi müctehidin rəy və fətvaları ilə müvafiq olarsa və öz ibadi əməllərini qürbətən iləllah niyyəti ilə yerinə yetirmiş olarsa, bu halda səhih sayılır.
    3. İCTİHAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Bizim etiqadımıza görə, fürui-din hökmlərində ictihada çatmaq İmam Zaman (əleyhis-salam)-ın qeybdə olduğu əsrlərdə(İmam Mühəmməd əl-Məhdi ibnil-İmam-əl-Həsən-əl-Əsgəri (əleyhissalam) üçün iki qeybət dövrü vardır: 1-Qeybəti-suğra (kiçik qeybət dövrü). Atası İmam Həsən Əsgəri (əleyhissalam)-ın vəfat etdiyi ildən (h.q. 260) başlayıb və 329-cu ilə kimi davam edib. Bu dövr ərzində onun 4 xas naibi olmuşdur: 1-Osman ibni Səid Əl-Əmr əl-Əsədi. O, əvvəlcə İmam Hadin (əleyhissalam)-ın, sonra İmam Həsən Əsgəri (əleyhissalam)-ın vəkili, daha sonra isə İmam Məhdi (əleyhissalam)-ın naibi olmuşdur. 2-Məhəmməd ibni Osman ibni Səid əl-Əmr Əl-Əsədi. O da əvvəlcə İmam Hadi (əleyhissalam)-ın, sonra İmam Həsən Əsgəri (əleyhissalam)-ın, daha sonra isə (305-ci ildə vəfat etdiyi vaxta qədər) İmam Məhdi (əleyhissalam)-ın naibi olmuşdur. 3-Hüseyn ibni Ruh. Məhəmməd ibni Osmanın vəfat etdiyi vaxtdan bu müqəddəs məqamda olmuşdur. 4-Əliyyibi Məhəmməd Əs-Səmri (xas naiblərin axırıncısı) 329-cu il 15 şəbanda vəfat etdiyi vaxta qədər 3 il müddətində naib olmuşdur. İkincisi isə qeybəti-kübradır (böyük qeybətdir). 329-cu il şəban ayının 15-də dördüncü naibin vəfatı ilə başlanır. O, lillahil əmru huvə baliğuhu ayəsində əmr-in kimə həvalə edildiyi barədə soruşduqda, İmam (əleyhissalam) onu bu günə kimi davam etməkdə olan qeybəti-kübranın başlanğıcı kimi bildirmişdir. Bu qeybət dövründə İmamın naibliyi məsələsi fiqhi kitablarda qeyd olunan şərtlər əsasında cameüş-şərait müctehidə havalə olunur. Bax: Seyyid Aəhid Sədr, Əl-məalimül-cədidətü-lil-üsul kitabı, səh.23; İmam Zaman (əleyhissalam)-ın qeybəti barədə əlavə məlumat almaq üçün bax: Seyyid Məhəmməd Sədr, Tarixül-qeybətis-suğra, səh.395, 3-cü fəsil (4 xas naibin həyatından bəhs edir).) bütün müsəlmanlara vacibdir. (Buna vacibi-kifai deyilir, yəni bu iş hamıya vacibdir. Amma bir neçə nəfər öhdəsinə alsa, başqalarından götürülər.)
    Hər bir müsəlmana, hər bir əsrdə vacibdir ki, bu məsələyə diqqət yetirsin. Lakin kifayət qədər qüdrəti olan bir neçə adam ictihad dərəcəsinə çatmaq üçün hərəkət etsə və bu rütbəyə çatsa sair müsəlmanlar təqlid üçün layiqli dərəcəyə çatan, cameüş-şərait olan belə bir şəxslə kifayətlənib ona təqlid etməli, fürui-din məsələlərində, şəri hökmlərdə ona müraciət etməlidirlər.
    Amma belə bir adam tapılmazsa, bu halda ictihad rütbəsinə çatmaq, hamıya vacibdir. Əgər bu işi yerinə yetirmək hamı üçün qeyri-mümkün, yaxud xeyli ağır olarsa bu məqama çatmaq üçün özündən ciddiyyət göstərən bir neçə şəxsi təhsil üçün lazımi vəsaitlərlə təmin etməlidirlər. Və müsəlmanların bu işə ciddiyət göstərməyib vəfat etmiş müctehidə təqlid etmələri caiz deyildir.(Ölü müctehidə təqlid etmək iki mənada işlənir: a) ibtidai; b) bəqai. İbtidai təqlid dedikdə, məqsəd budur ki, mükəlləf şəxs vəfat etmiş müctehidin sağlığında heç bir şeydə ona təqlid etməmiş, vəfatından sonra təqlid etmək istəsin. Bu cür təqlid əsla caiz deyildir, hətta əgər ölü müctehid diri müctehidlərin hamısından bilikli (ələm) də olsa. Bəqai təqlid dedikdə məqsəd budur ki, insan bir müctehidə, onun diriliyində təqlid etsin, o vəfat edəndən sonra isə əvvəlki təqlidində qalsın. Bu cür təqlid o vaxt səhih ola bilər ki, vəfat etmiş müctehid diri müctehidlərin hamısından ələm olsun, yaxud vəfat etmiş müctehidin diri müctehidin məsələlərdəki fətvaları ilə müxalif olub-olmaması məlum olsun.)
    İctihad dedikdə Əşrəfül-ənbiya vəl-mürəsəlin Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in gətirdiyi fəri hökmlər və qayda-qanunlar barədə mərifətin kamil olması üçün şəri dəlillərdə dərindən təfəkkür və təhqiqat aparıb nəzər və rəy çıxarmaq nəzərdə tutulur.
    Bu hökmlər zaman və məkanın dəyişməsi ilə əsla dəyişilmir:
    Həzrəti Mühəmmədin halal buyurduqları Qiyamətə kimi halal, haram buyurduqları isə Qiyamətə kimi haramdır. (Üsuli-kafi, 1-ci cild, səh.58, 19-cu hədis; Əl-məhasin, 1-ci cild, səh.420, 963-cü hədis.)
    Şəri dəlillər dedikdə, Qurani Kərim, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnəsi, icma (müctehidlərin müəyyən məsələ barəsindəki birliyi) və əql nəzərdə tutulur. (Bunlar üsuli-fiqh kitablarında təfsilatı ilə qeyd olunub.)
    Qeyd etmək lazımdır ki, ictihad məqamı çoxlu elm və məarif öyrənməyi tələb edir. Bunlar da yalnız səylə çalışıb özündən ciddiyyət göstərənlərə, onları kəsb etmək üçün qüvvə sərf edənlərə müyəssər ola bilər.(Müctehidin ictihad üçün dərindən yiyələnməli olduğu elmlər aşağıdakılardır: lüğət elmi, sərf (ərəb dilinin qrammatikası), nəhv (ərəb dilinin sintaktikası), üsul elmi, kəlam elmi, məntiq, Qurani Kərimdəki şəri hökmlərə dəlalət edən ayələrin təfsirini və hökmlərə aid olan hədisləri bilmək, hədisləri söyləyən şəxslərin (ravilərin) şəxsiyyətini, adil və ya fasiq olmalarını araşdıran elmləri (rical elmi, dirayə elmi və s.) bilmək. Əlavə məlumat üçün bax: Fazili Tuni, Əl-vafiyətu fi üsulil-fiqh, səh.250; Seyyid Müslüm Həmuz Hələbi, əl-Quranu vəl-əqidətu, səh.247-252.)
    4. MÜCTEHİD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Təqlid üçün cameüş-şərait (bütün şərtlərə malik olan) müctehid barədə əqidəmiz budur ki, o, qeybət dövründə İmam (əleyhis-salam)-ın naibi, vəkilidir.(Əl-hamiş, 6-cı cild, səh.241 (Əqidətüna fil-ictihad)) O mütləq və tam ixtiyarlı hakim, rəhbərdir. İmam üçün olan ixtiyarların hamısı–bütün hadisə və məsələləri araşdırıb yekun hökm vermək, camaat arasında hökumət etmək kimi ixtiyarlar onda da vardır. İmam Sadiq (əleyhis-salam)-dan gələn hədisə əsasən(Ehticac, 2-ci cild, səh.260, 232-ci hədis; Üsuli kafi, 1-ci cild, səh.54, 10-cu hədis.)hər kəs ona (cameüş-şərait müctehidə) qarşı çıxsa, İmama qarşı çıxmış olur, İmama qarşı çıxan kəs də Allaha qarşı çıxmış olur. Bu da şirk (müşriklik) kimidir.
    Cameüş-şərait müctehid təkcə şəri fətvalarda mərcə deyil, həm də onun ümumi vilayəti vardır(Vilayəti-fəqih dedikdə, cameüş-şərait müctehidin qanuni və mütləq hakimiyyəti nəzərdə tutulur. Bu da əslində imamət vəzifəsinin bir növ davamı olub heç də sonrakı əsrlərdə icad olunan məsələ deyildir. Əksinə, bu nəzəriyyənin əsl kökləri islamın əvvəllərinə–Məsum İmamların dövrlərinə gedib çıxır.). Belə ki, qarşıya çıxan bütün hadisələrdə son hökm, yekun rəy üçün ona müraciət edilir. Bu məqam müctehidə məxsus olan məqamlardandır və onun icazəsi olmadan bu məqamın ondan qeyrisinin öhdəsinə qoyulması caiz deyildir. Həmçinin hüdud, təzir (günahkarların, müqəssirlərin cəzalandırılması, tənbih edilməsi) də müctehidin əmri və hökmü olmadan caiz deyildir.(Buna, Ömər ibni Hənzələnin İmam Sadiq (əleyhissalam)-dan nəql etdiyi rəvayət dəlalət edir. O deyir: həzrətdən, aralarında borc, yaxud miras münaqişəsi olan iki nəfər şiənin zalım soltana, yaxud qaziyə müraciət etmələrinin düzgün olub-olmaması barəsində soruşdum. Buyurdu: İstər haqq, istərsə batil işdə onlara müraciət edən adam, həqiqətdə, tağuta müraciət etmişdir. Allah-Taala buyurmuşdur: İstəyirlər ki, tağuta müraciət edib onları hakim qərar versinlər, halbuki tağuta qarşı kafir olmağa əmr olunmuşlar. Soruşdum ki, bəs o iki nəfər nə etməlidir? Buyurdu: Sizin aranızda bizim hədislərimizi nəql edən, bizim halal və haramımızda nəzər verən hökmlərimizi tanıyıb bilən bir şəxsə müraciət etsinlər, onun etdiyi hökmə razı olsunlar. Mən onu sizin üçün hakim təyin edirəm. Belə ki, o, bizim hökmümüz əsasında hansısa bir hökm versə və şikayət edənlər o hökmü qəbul etməsələr, şübhəsiz ki, Allah hökmünü yüngül sayıb, bizə qarşı çıxmışdır. Bizə qarşı çıxan da Allaha qarşı çıxmışdır. Bu iş də Allaha şərik qoşmaq səviyyəsindədir. (Bax: Vəsailüş-şiə, 27-ci cild, səh.136, 33416-cı hədis; Üsuli kafi, 1-ci cild, səh.54, 10-cu hədis; Əl-ehticac, 2-ci cild, səh.260, 232-ci hədis; Nisa surəsi, 60-cı ayə.) İmam (əleyhis-salam)-ın xas hüquqlarından sayılan əmvalın( 
    Əmval dedikdə, xums və zəkat nəzərdə tutulur. Zəkat–dinin zəruriyyətlərindəndir. Bəzi rəvayətlərdə nəql olunub ki, zəkat verməkdən boyun qaçıranlar kafirdir, zəkat verməyən şəxsin namazı qəbul olunmaz. Zəkat 9 şeydə vacibdir: 1-dəvə, 2-inək, 3-qoyun, 4-qızıl, 5-gümüş, 6-buğda, 7-arpa, 8-kişmiş, 9-xurma. Zəkat qeyd olunan 9 şeydən hər il müəyyən miqdara (həddi-nisaba) çatdıqda, müəyyən şərtlər daxilində alınır. Bunlardan qeyrisində isə vacib deyildir. Amma ticarət malında, atda, yerdən göyərən paxlalı bitkilərdə və s. zəkat vermək müstəhəbdir. Zəkat 8 yerə sərf olunur: fəqir, miskin, zəkat yığanların əmək haqqı, müəllifətül-qülub (islama meylli olanlara o puldan verib müsəlman etmək), qul azad etmək, borcluların borcunu ödəmək, Allah yolunda xərcləmək (bəzi alimlərin fikrincə, Allah yolunda dedikdə hər bir xeyir işə şamil olur, amma bəzi alimlər isə ümumi məsləhətin, mənafeyin olduğu yerlərə məxsuslandırmışlar) yolda qalanlara (yəni səfərə gedən və pulu qurtaran, yaxud nəqliyyat vəsaiti tələf olub aradan gedənlər), belə ki, o, öz vətəninə gedib çata bilməz, hətta öz vətənində varlı olsa da belə. İmamiyyə məzhəbində olan zəkat hökmləri qalan 4 məzhəbin hökmləri ilə tamamilə müvafiqdir. Haqq İmamiyyə məzhəbində xums Allah-Taalanın Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) övladlarına, onlara haram olan sədəqə (zəkat) əvəzinə vacib etdiyi bir haqdır. Bu da Quran ayəsinin hökmü ilədir: Və bilin ki, hər hansı bir şeyi qənimət olaraq əldə etsəniz həqiqətən onun beşdən biri (xumsu) Allah, Onun Rəsulu və Rəsulunun yaxın adamları üçündür. (Ənfal surəsi, 41) Xums 7 şey üçün vacibdir: 1-İmamın icazəsi ilə hərbi kafirlərlə müharibədə əldə olunan qənimətlər; 2-Qızıl, gümüş, mərmər və s, kimi mədəndən çıxarılan qiymətli şeylər; 3-Dəfinə; 4-Dənizdən çıxarılan ləl-cəvahirat; 5-Haramla qarışmış halal mal; belə ki, o malın sahibi və miqdarı məlum olmamaqdan əlavə, halal maldan ayrılması da mümkün deyil (əks halda maldan ayrılıb sahibinə qaytarılmalıdır). 6-Zimni kafirin müsəlmandan aldığı torpaq sahəsi; 7-Özünün və ailəsinin bir illik xərclərindən artıq qalan ticarət malları. Bu (xüms) məsrəf olunması baxımından 6 yerə bölünür: 1-Allah üçün, 2-Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) üçün, 3-İmam üçün; (bu üç qism İmam Məhdi (əleyhissalam)-a məxsusdur) 4-yetimlər üçün, 5- miskinlər üçün, 6-yolda qalanlar üçün. 
    ) məsrəfində də müctehidə müraciət olunur. Bu ümumi məqam, mənzilət və rəhbərliyi cameüş-şərait müctehidə İmam (əleyhis-salam) vermişdir ki, qeybət zamanı o Həzrətin naibi olsun. Məhz bu səbəbə görə də İmamın naibi adlandırılıb.
    Category: İmamiyyə şiələrinin əqidə üsullari | Added by: Islam_Kitabxanasi
    Views: 1088 | Downloads: 0 | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024