İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İmamiyyə şiələrinin əqidə üsullari

    İmamiyyə şiələrinin əqidə üsullari
    2012-01-12, 12:12 PM
    BİRİNCİ FƏSİL:
    İLAHİYYAT
    –Allah-Taala
    –Tövhid
    –Allahin sifətləri
    –Allahin ədaləti
    –Təklif
    –Qəzavü-qədər
    –Bəda
    –Din hökmləri
    5. ALLAH-TAALA BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Bizim etiqadımız budur ki, Allah-Taala Vahid (sifətdə yeganə) və Əhəddir (Zatda yeganədir). Onun oxşarı və misli, tayı-bərabəri yoxdur. Qədimdir (əzəlidir, kimsə Ondan öncə mövcud olmamışdır) və heç zaman məhv olmamış, məhv olmayacaqdır. O, Əvvəl və Axırdır. Alim (elmli), Həkim (hikmət sahibi, əbəs iş görməyən), Adil (ədalətli), Həyy (diri), Qadir (qüdrət sahibi), Qəniyy (ehtiyacsız), Səmi (eşidən) və Bəsir (görən)-dir. Məxluqatın sifətləri ilə vəsf olunmaz. O nə cismdir, nə də surət.(Surət–hər şeyin gerçəkləşməsi, vücuda gəlməsi üçün zəruri olan hissə, onun təşkiledicisidir ki, onsuz həmin şeyin vücuda gəlməsi heç hansı vəchlə mümkün deyildir. Məsələn, insan iki yöndən təşkil olunmuşdur: biri maddə (cismiyyət), biri isə surət (ruh, təfəkkür və iradə qüvvəsi). Onun maddəsinin, yəni cismiyyətinin vücudunun davamlı, qalarlı olması və nəticədə insan hesab olunması əsas etibarı ilə surətindən, yəni təfəkkür qüvvəsindən asılıdır. Allah-Taalanın isə Müqəddəs Zatında insandakı və sair varlıqlardakı kimi mürəkkəblik (bir neçə şeyin–surətlə maddənin birləşib bir şey vücuda gətirməsi) mövcud olmadığından, Onda nə cism var, nə də surət.) Nə cövhərdir (substansiya), nə ərəz (aksidensiya). Onun ağırlığı, yüngüllüyü, hərəkəti, sükunu, zamanı, məkanı yoxdur. Ona heç bir şeylə işarə olunmaz.( 
    İmam Əli (əleyhissalam)-dan Zələbin cavabında belə nəql olunmuşdur: örmədiyim Rəbbə ibadət edənlərdən olmadım, (Zələb elə güman etdi ki, Həzrət gözlə görməyi deyir, buna görə də) dedi: Onu necə görürsən? Həzrət buyurdu: özlər Onu müşahidə etməklə görməzlər, lakin qəlblər imanın həqiqəti (nuru) ilə (Allahın vəhdaniyyət, rübubiyyət və sair sifətlərini təsdiq etməklə) görər. Hər şeyə yaxındır (hər şeyə əhatəsi var), amma onlara yapışmamışdır; onlardan da uzaqdır, amma onlardan ayrı deyildir (çünki, yaxınlıq yapışmaqla, uzaqlıq ayrı olmaqla cismin xüsusiyyətlərindəndir); danışandır (sözü yaradan, icad edəndir), amma düşünüb təfəkkür etmədən (çünki, təfəkkür edib düşünmək bilməməzlik nəticəsindədir və Allah belə şeylərdən pak və münəzzəhdir!); iradə edəndir, amma qərara gəlmədən və hazırlaşmadan (çünki, qərara gəlmək hansısa bir işin görülməsinin müqəddiməsi olan iradədir və bu da cismin xüsusiyyətlərindəndir ki, bir işi görüb-görməməkdə tərəddüd edir. Amma Allah taala Lətafətin lətifidir amma lütf ilə vəsf olunmaz; əzəmətin əzimidir lakin əzm ilə vəsf olunmaz. kibriyanın böyküdür. Amma kibrilə vəsf olunmaz. Cəlalətin cəlilidir amma qəlizliklə vəsf olunmaz. Rəuful-rəhmətdir amma riqqətilə vəsf olunmaz. Mömindir amma ibadətlə yox; Dərk edə bilir amma cismilə yox; Danışandır, amma sözlə yox; Əşyalarda vardır amma onlarla qarışmadan; onlardanda xaricdədir amma ayrılıqla yox; Hər şeyin fövqündədir amma Onun fövqündə bir şey var deyilməz. Hər şeyin yanındadır amma Onun yanı var deyilməz. Hər bir əşyada var amma bir şeyin başqa bir şeyə daxil olması kimi yox. Onlardan da xaricdədir, amma bir şeyin başqa bir şeyin xaricində olduğu kimi yox. Tövhidi-Səduq, səh.304, Zələb hədisi; Əmaliye-Səduq, səh.280, 55-ci məclis; Biharul-ənvar, 4-cü cild, səh.27.  
    )
    Həmçinin Onun şəriki, oxşarı, ziddi, həyat yoldaşı, övladı yoxdur (ola da bilməz). özlər Onu görə bilməz, lakin O, gözləri görür.
    Hər kəs Onu məxluqata oxşatsa (məsələn, Onun üçün üz, əl, göz və s. təsəvvür etsə), yaxud Onun dünya aləminin asimanına nazil olmasına, yaxud cənnət əhli üçün ay kimi zahir olmasına və s. etiqad bəsləsə,( 
    Kiramiyyə firqəsi deyir ki, O, yuxarı səmtdədir! Bax: Əl-fərqu beynəl-firəq, səh.131; Əl-miləlü vən-nihəl, 1-ci cild, səh.99; Həmçinin, Əşairə firqəsi (Əl-isabətü fi üsulid-diyanəti, səh.36-55) və Vəhhabiyyət firqəsi (İbni Teymiyyənin Əl-əqidətül-həməviyy kitabı, 1-ci cild, səh.429, Əl-hədiyyətüs-sinniyyə səh.96, Məhəmməd ibni Əbdül-vəhhabın 5-ci risaləsində) bu əqidədədir. Həmçinin, bəzi firqələrin batil nəzərinə görə (sufilərin iddia etdiyi kimi) Allah ariflərin bədənləri ilə müttəhid olur! Özünü arif hesab edən Bilzərai Səbhətül-mərcan kitabında deyir: Məxluqat Bari-Taalanın (Allahın) məzhəridir (təzahür yeridir). O, məxluqun hər bir cüzündə seyr edir. Əllamə Hilli (rəhmətullahi əleyh) bu sayaq xurafatların, batil əqidələrin ardınca deyir: Məşhəddən (şəhadət yeri) təbərrük edən bu şeyxlərə baxın, görün ki, Allah barəsindəki etiqadları necədir! Bir dəfə Allahla məxluqun ittihadını, başqa bir dəfə Allahın məxluqatla qarışmasını iddia edirlər. İbadətləri isə rəqs, qina (haram musiqi) və əl çalmaqdır. (Sonra buyurur:) Bir qrup sufi, İmam Hüseyn (əleyhissalam)-ın hüzurunda idi. Bir nəfərdən savayı hamısı məğrib namazını qıldılar. O isə bir yerdə oturdu və namaz qılmadı. Bir saatdan sonra xiftən namazını qıldılar. O yenə namaz qılmadı. Bəziləri onun namaz qılmamasının səbəbini soruşdular, dedi: Namaza nə ehtiyac var? Bəndə ilə Allahın arasında pərdə olması caizdirmi? Dedim yox! Dedi: Namaz bəndə ilə Rəbb arasında pərdədir!! Nəhcül-həqq, səh.58 Bax: Mənaqibül-arifin (Əflaki), Əsrarüt-tovhid, səh.186; Əl-ənvarü fi kəşfil-əsrar, (Aeyx Ruzbəhan Bəqli) Ehyaül-ülum (Qəzzali), 2-ci cild.  
    ) şəksiz ki, kafir hökmündədir. Bu kimi şəxslər hər bir eyb və nöqsandan pak-pakizə olan Xaliqin həqiqətini anlamırlar. Hətta zehnlərimizdə Ona aid etdiyimiz ən dəqiq mənalar belə, bizim özümüz kimi məxluq (xəlq olunmuş) olub bizə qayıdır (İmam Baqir (əleyhis-salam)-ın təbiri ilə).
    Həkimin təbirindən gözəl nə ola bilər! Bu zərif və incə nöqtədə hikmətli, elmi, dəqiq və son dərəcə ölçülüb-biçilmiş təbir vardır.
    Həmçinin, O (Allah) Qiyamət günü məxluq üçün zahir olacaq və bəndələr Onu görəcək( 
    Əşairə məzhəbinin etiqadına görə, Qiyamət günü Allah-Taala məxluqat üçün görünəcəkdir. Bax: Əbil-həsən Əşəri, Əl-ibanətü fi-üsülad-diyanət, səh.5-6; Əl-miləlü vən-nihəl, 1-ci cild, səh.85-94 Təftazaninin Aərhül-əqaidinə Kəstəlinin haşiyəsi, səh.70; Əl-ləvamiül-ilahiyyə, səh.82-98. Bağdadi belə əlavə edir: Sünnü alimlərinin hamısı bu fikirdədir ki, axirətdə Allah-Taala möminlər üçün görünəcək. Onların etiqadlarına görə, hər bir halda, hər bir diri üçün əql yolu ilə Onu görmək mümkündür, yalnız möminlər üçünsə, axirətdə görünməsi vacibdir. Əl-fərqü beynəl-firəq, səh.335-336. Mücəssəmə firqəsi (nəuzu billah, Allahı cisim hesab edənlər) istisna olmaqa, sair sünnülər belə güman edirlər ki, məhşər əhlinin hamısı qiyamətdə Allahı görəcəklər (Allah belə işlərdən pak və münəzzəhdir!) gözlərinin şüaları onun cisminə (nəuzu billah!) müttəsil olacaq, Ona nəzər edəcəkl, Onun barəsində mübahisə etməyəcəklər, necə ki, buludsuz havada ay və günəş barəsində mübahisə etmirlər. Amma münaqişəli məsələ budur ki, görəsən cismiyyətdən uzaq olduğu halda, Onu görmək mümkündürmü? Yoxsa bu qeyri-mümkün bir işdir?! Əşairə firqəsi birinci nəzəriyyəni (mümkünlüyü), biz isə Məsum İmamlarımıza tabe olaraq ikinci nəzəriyyəni (Allahı görməyin heç bir vəchlə mümkün olmamasını) qəbul edirik. Əlavə məlumat üçün bax: Seyyid Əbdül-Hüseyn Aərəfüddin, Kəlimətun hövlər-röyət. O, bu kitabda münaqişədən əsl məqsədi aydınlaşdırmış, möhkəm və kəsərli dəlillərlə sünnülərin iddialarını rədd etmişdir. Bunlardan əlavə, sünnülər bəzi qondarma hədislərə əsasən, nəuzu billah, deyirlər ki: Allah Adəmi Öz surətində yaratdı; Onun bədən üzvlərin var (barmaq, bilək, ayaq). Ayağında olan əlamətlərlə tanınır; Qiyamət günü cəhənnəmin nərəsinin qabağını almaq üçün ayağını cəhənnəmə qoyacaq, cəhənnəmə deyəcək: Bəsdir! Bəsdir!; Həmçinin deyirlər ki, (nəuzu billah!) Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Allahı görüb səcdəyə düşdü; Allah qiyamət günü yuxarıdan enib bəndələrin içinə gələcək ki, onları mühakiməyə çəksin; Müsəlmanlar qiyamət günü öz rəblərini, ayı gördükləri kimi görəcək, bu görüşdən heç də yorulmayacaqlar və s. bu kimi yüzlərlə xurafat! Bax: Səhihi-Buxari, 8-ci cild, səh.62; 9-cu cild, səh.156; Səhihi-Müslüm, 4-cü cild, səh.2183; Sünəni ibni Macə, 1-ci cild, səh.64; Müsnədi-Əhməd, 2-ci cild, səh.264; Əl-müvəttə, 1-ci cild, səh.214, 30-cu hədis; Əslüş-şiə və üsulüha, 24-cü səhifədə haşiyə.    
    Mərhum Aeyx Müzəffər öz fəlsəfi mühazirələrində qeyd edir ki, biz ilahiyyat bəhslərində 3 mərhələni keçməliyik: 1-Vacibül-vücud əslinin isbatı; 2-Vacibül-vücud əslini isbat etdikdən sonra, onun sirfül-vücud olmasının isbatı; 3-Əvvəldəki iki məsələni isbat etdikdən sonra Onun vəhdaniyyətinin isbat olunması mərhələsini keçməliyik, çünki, onun Sırf, mütləq vücud olması sübut edildiyi təqdirdə, vahid olması labüddür. Səbəbi də budur ki, hər şeyin sırfı, xalisi vahid olmalıdır. Əks təqdirdə isə sırf olmaz. Və hər bir həddən arı olsa, Onda çoxluq məsələsi məqul olmaz, çünki hədlərin vasitəsi ilə bir-birindən seçilən yalnız əşyalardır. Tovhid məsələsi Vacibül-vücudun vəhdətinə, vücudunun sırf (xalis) olmasına etiqadla həsr olunmur. Həm də Allah Taala xəlq etməsində, məxluqata feyz verməsində də vahiddir. Hər bir əşya, varlıq Onun feyzindən, nurunun təcəllisindən vücuda gəlir. Sonra Aeyx Müzəffər (r.ə) sələflərinin tovhid barəsindəki dəlillərini belə qeyd edir: Aləm vahiddir, deməli onun Xaqiqi də vahid olmalıdır. Xaqliqin vəhdəti (vahid olması) ilə məxluqun (aləm) vəhdəti (vahid olması) arasında qarşılıqlı asılılıq (təlazüm) mövcuddur. Belə ki, əgər bir-birindən ayrı olan iki aləm fərz olunsa, labüd olaraq onun üçün iki xaliq fərz olunmalıdır. Bu isə fəlsəfədə deyilən vahiddən yalnız vahid törənər prinsipidir. Tovhid xütbəsindən sonra Aeyx Müzəffər İmam Əli (əleyhissalam)-ın Tovhid xütbəsində, Onun tovhidinin kamalı, Ona ixlaslı olmaqdır kəlamına belə işarə edir: ixlas üçün ümumi nəzər budur ki o, ibadətdə ixlasdır Amma bu məna kəlamın əvvəli və sonrası ilə mütənasib deyildir. Deməli ixlası hər bir nöqsandan, vacibül-vücud olmasına xələl yetirən hər bir şeydən pak və münəzzəh mənasında götürməliyik. Bu halda onun mənası daha da geniş olub əməl və ibadətdəki ixlasa da şamil olur. Tovhid sözün əsl mənasında o zaman həqiqi tovhid olar ki, O, Zatında, sifətlərində, fellərində (işlərində), ibadət olunmasında hər bir cəhətdən vahid və yeganə olsun. Deməli, ixlasdan məqsəd, Onun bütün cəhətlərdə yeganə və şəriksiz olmasıdır. Bax: Əl-fəlsəfətul-islamiyyə (Aeyx Müzəffərin Nəcəfi-Əşrəfdəki tələbələrə söylədiyi mühazirələr), 10-cu dərs, səh.91; 11-ci dərs, səh.93; 14-cü dərs, səh.103.  
    ) deyənlər də, hətta cismiyyəti Ondan nəfy etsələr də belə kafirlər dəstəsindən sayılır. Bu kimi puç iddialar edənlər Qurani Kərimin ayələri və hədislərin zahiri mənalarına əsaslanıb onları dərk etməyə qadir deyildirlər və əqli qanunları inkar edirlər. Nəticədə məhz bu yanlış təsəvvürlər səbəb olur ki, Quranda işlədilən dəqiq və incə məcazi mənaları, istiarə və kinayə qanunlarının tələbinə uyğun olaraq, ayə və hədislərin zahirində təsərrüf etməyə qadir olmasınlar.
    6. TOVHİD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Bir Allahı hər bir cəhətdən yeganə bilməliyik. (Tovhid vəhdət kökündən olub təkləndirmək, yeganə bilmək mənasınadır.) Onu Zatında yeganə bildiyimiz, Zatında vahid, vücudu isə vacib (vacibül-vücud–varlığı başqasından deyil, özündən olan və heç nəyə ehtiyacı olmayan) olmasına etiqad bəslədiyimiz kimi, sifətlərində də yeganəliyinə inanmalıyıq. Həmçinin buna da inanmağımız vacibdir ki, Onun sifətləri Zatının eynidir (bu barədə bəhs ediləcək). Bizim etiqadımıza görə, Onun Zati sifətlərində heç bir misli, tayı-bərabəri yoxdur. O, elm və qüdrətdə misilsiz, xəlq etmək və ruzi verməkdə şəriksiz olub, kamal sifətlərində tayı-bərabəri yoxdur.
    Habelə, vacibdir ki, ibadət olunmaq üçün layiqli olmaqda da yeganə bilək. Ondan qeyrisinə ibadət etmək, habelə, ibadətin hər hansı bir növündə–istər vacibi olsun (namaz və s. kimi ibadət növü), istərsə də qeyri-vacib–şərik qoşmaq heç bir vəchlə caiz deyildir.
    Hər kəs ibadətdə Ondan qeyrisini şərik qoşsa, müşrik sayılır. Məsələn, ibadətdə riyakarlıq edib Allahdan qeyrisinə yaxınlaşmaq, özünü göstərmək istəyən şəxs kimi. Bu şəxsin hökmü bütə pərəstiş edənlərin hökmüdür, aralarında heç bir fərq yoxdur.(Mərhum Aeyx Müzəffər öz fəlsəfi mühazirələrində qeyd edir ki, biz ilahiyyat bəhslərində 3 mərhələni keçməliyik: 1-Vacibül-vücud əslinin isbatı; 2-Vacibül-vücud əslini isbat etdikdən sonra, onun sirfül-vücud olmasının isbatı; 3-Əvvəldəki iki məsələni isbat etdikdən sonra Onun vəhdaniyyətinin isbat olunması mərhələsini keçməliyik, çünki, onun Sırf, mütləq vücud olması sübut edildiyi təqdirdə, vahid olması labüddür. Səbəbi də budur ki, hər şeyin sırfı, xalisi vahid olmalıdır. Əks təqdirdə isə sırf olmaz. Və hər bir həddən arı olsa, Onda çoxluq məsələsi məqul olmaz, çünki hədlərin vasitəsi ilə bir-birindən seçilən yalnız əşyalardır. Tovhid məsələsi Vacibül-vücudun vəhdətinə, vücudunun sırf (xalis) olmasına etiqadla həsr olunmur. Həm də Allah Taala xəlq etməsində, məxluqata feyz verməsində də vahiddir. Hər bir əşya, varlıq Onun feyzindən, nurunun təcəllisindən vücuda gəlir. Sonra Aeyx Müzəffər (r.ə) sələflərinin tovhid barəsindəki dəlillərini belə qeyd edir: Aləm vahiddir, deməli onun Xaqiqi də vahid olmalıdır. Xaqliqin vəhdəti (vahid olması) ilə məxluqun (aləm) vəhdəti (vahid olması) arasında qarşılıqlı asılılıq (təlazüm) mövcuddur. Belə ki, əgər bir-birindən ayrı olan iki aləm fərz olunsa, labüd olaraq onun üçün iki xaliq fərz olunmalıdır. Bu isə fəlsəfədə deyilən vahiddən yalnız vahid törənər prinsipidir. Tovhid xütbəsindən sonra Aeyx Müzəffər İmam Əli (əleyhissalam)-ın Tovhid xütbəsində, Onun tovhidinin kamalı, Ona ixlaslı olmaqdır kəlamına belə işarə edir: ixlas üçün ümumi nəzər budur ki o, ibadətdə ixlasdır Amma bu məna kəlamın əvvəli və sonrası ilə mütənasib deyildir. Deməli ixlası hər bir nöqsandan, vacibül-vücud olmasına xələl yetirən hər bir şeydən pak və münəzzəh mənasında götürməliyik. Bu halda onun mənası daha da geniş olub əməl və ibadətdəki ixlasa da şamil olur. Tovhid sözün əsl mənasında o zaman həqiqi tovhid olar ki, O, Zatında, sifətlərində, fellərində (işlərində), ibadət olunmasında hər bir cəhətdən vahid və yeganə olsun. Deməli, ixlasdan məqsəd, Onun bütün cəhətlərdə yeganə və şəriksiz olmasıdır. Bax: Əl-fəlsəfətul-islamiyyə (Aeyx Müzəffərin Nəcəfi-Əşrəfdəki tələbələrə söylədiyi mühazirələr), 10-cu dərs, səh.91; 11-ci dərs, səh.93; 14-cü dərs, səh.103)
    Qəbirlərin ziyarəti və matəm mərasimlərinin keçirilməsi məsələsinə gəldikdə isə, İmamiyyə məzhəbinə tənə vurub bu məzhəbdəki həqiqətlərdən xəbərsiz olan bəzi kəslərin puç təsəvvürlərinin əksinə olaraq,(Mərhum müəllifin bu ifadələrində şiələrlə qatı düşmən olan bəzi firqələrin icad etdikləri şübhələrə işarələr vardır. Belə ki, onlar iddia edirlər ki, qəbirləri ziyarət etmək haram işlərdəndir. Bunu Nəsainin Sünən kitabında (4-cü cild, səh.95) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql etdiyi qondarma Allah lənət etsin qəbirləri ziyarət edən qadınlara, qəbirlərin üstündə məscid (məqbərə) tikib çıraq asanlara hədisinə istinad edərək haram sayırlar. Bu, eyni ilə Kənzül-ümmalda (16-cı cild, səh.388) nəql edilmişdir. Həmçinin ibni Macə öz Sünən kitabında onu başqa ifadə ilə belə nəql etmişdir: Rəsulullah qəbirləri ziyarət edənləri lənətləmişdir. (1-ci cild, səh.502.) bu işlər əsla Allah-Taaladan qeyrisinə sığınmaq deyildir. Çünki, xəstələrin əyadətinə getmək, cənazələrin dəfn mərasimində iştirak etmək, din qardaşlarının görüşünə getmək, yoxsullara kömək və s. kimi işlərin özü Allah-Taalanın dəgahına yaxınlaşmağın bir yoludur.
    Şəkk yoxdur ki, xəstələrin əyadətinə getmək öz-özlüyündə bəyənilmiş, saleh əməllərdəndir ki, bu iş vasitəsi ilə bəndə Allah dərgahına yaxınlaşır. Bu iş heç də xəstənin özünə pərəstiş olmayıb bu əməli Allahdan qeyrisi üçün ibadət, yaxud şirk kimi cilvələndirmir. Habelə, sair əməllər də, o cümlədən, qəbirlərin ziyarəti, matəm mərasimlərinin təşkil edilməsi, cənazələrin dəfnində iştirak etmək, din qardaşlarının ziyarəti və s. də bu qəbildəndir.
    Qəbirlərin ziyarəti, matəm mərasimlərinin keçiriməsi və sair şəri saleh əməllərin bəyənilmiş şəri əməllərdən olması fiqh elmində isbat olunur və bizim bəhsimizə aid deyildir.(Bütün müsəlmanlar qəbirlərin ziyarətinin caiz olması məsələsində fikir birliyindədirlər, üstəlik bu işi müstəhəb də bilir, qeyd edirlər ki, bu iş Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in dövründə də müsləlmanların adət-ənənələrindən sayılırdı. Beyhəqi əs-Sünənül-Kübra kitabında (başqaları da öz kitablarında) nəql edir ki, hər vaxt Peyğəmbəri Əkrəm Ayişənin yanında qalanda, gecənin axır saatlarında Bəqiyə gedər, buyurardı: Salam olsun sizlərə, ey mömin insanlar diyarı! Allah, vədə verdiyi şeyləri sizə əta etdi. O, bu hədisi 5-ci hissə, səh.229-da, Nəsai öz Sünən, Əbu Davud öz Sünən kitabında qeyd etmişlər. İbni Macə özünün Sünən kitabında belə nəql edir: Peyğəmbəri Əkrəm anasının qəbrini ziyarət edib ağladı, onun ətrafındakılar da ağladılar. Bundan əlavə çoxlu hədislərdə qeyd olunur ki, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Ayişəyə, qəbirləri ziyarət edərkən necə dua etməyi öyrətdi. Beyhəqi Sünnə kitabında (4-cü cild, səh.78) yazır: Peyğəmbərin qızı Fatimə hər cümə günü əmisi Həmzənin qəbrini ziyarət edir, qəbrin yanında namaz qılıb ağlayardı. Sonra deyir: Sabit hədisdə Ənəs ibni Malik nəql edir ki, Peyğəmbər bir qəbrin yanından keçəndə gördü ki, bir qadın o qəbrin yanında durub ağlayır. Peyğəmbər buyurdu: Allah qarşısında təqvalı ol və səbr et! Hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in o qadının qəbrə getməsini qadağan etməsi yoxdur. Bununla da Ayişədən nəql olunan hədis qüvvətləndirilir. Amma bu barədə nəql olunan ən aşkar dəlil Ümmi Ətiyyənin hədisi və onunla müvafiq olan sair hədislərdir. O hədis belədir: Biz qadınlara cənazələri müşayiət etmək qadağandır (nəhy olunub) və bu iş bizə vacib deyil. Əs-sünənil-kübra, 4-cü cild, səh.77. (Səhihi-Müslimdə Hişamdan iki yolla nəql edilmişdir.) Sünəni ibni Macə, 1-ci cild, səh.505, 1577-ci-hədis. Əlavə məlumat almaq üçün Seyyid Möhsün Amulinin Kəşfül-irtiyab fi ətbai Məhəmməd ibni Əbdül-Vəhhab kitabına müraciət edə bilərsiniz.)
    İmamlarımızın qəbirlərini ziyarət etmək, bəzilərinin puç əqidələrinin əksinə olaraq, heç də ibadətdə şirk deyil. Hlbelə, onlardan məqsəd İmamlara pərəstiş deyildir. Məqsəd yalnız onların işlərini diriltmək, xatirələrini canlandırmaq, onlar barəsində ilahi şəairləri əzəmətləndirməkdir:
    Və hər kəs ilahi şəairləri əzəmətlə yad etsə, şübhəsiz ki, o, qəlblərin təqvasındandır.(Bu işlərin şəri olmasını isbat etmək üçün, misal olaraq, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnə və sirəsində (adət-ənənə və rəftar) bu qəbildən olan saleh əməllərə üstünlük verilməsini qeyd edirik: Buxari öz Səhih kitabında Peyğəmbər səhabələrinin fəziləti fəslində (4-cü cild, səh.204) Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql etmişdir: Cəfər kimilərə gərək bütün ağlayanlar ağlasın. Həmçinin, o həzrət camaatı Həmzəyə ağlamağa çağıraraq buyurdu: Həmzə kimilərə gərək bütün ağlayanlar ağlasın. (Bax: Təbəqati ibni Səd, 2-ci cild, səh.44 Məğaziye Vaqidi, 1-ci cild, səh.317; Müsnədi Əhməd, 2-ci cild, səh.40;) Həmçinin Nəsai öz Sünən kitabında, cənaiz bölməsində, Əbu Davud öz Sünən kitabının qəbirlərin ziyarəti bölməsinin 3234-cü hədisində və İbni Macə Sünən kitabında belə nəql etmişlər: Peyğəmbər anasının qəbrini ziyarət edib ağladı, ətrafındakıları da ağlatdı. Həmçinin, səhih hədislərə görə, həzrəti Zəhra (əleyha salam) atasının matəmində, Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam)-ın qızı Zeynəb qardaşları Həsən və Hüseyn əleyhiməssalama ağlamışdır. İmam Sadiq (əleyhissalam)-dan belə nəql olunub ki, İmam Hüseyn (əleyhissalam) buyurub: mən ibrət yolunda (qətilül-ibərəti) qətlə yetiriləcəyəm, məni yad edən elə bir mömin şəxs tapılmaz ki, ağlamasın. (Kamilüz-ziyarət, səh.108) Həmçinin, həzrət buyurur: Bizə edilən zülmlərdən qəmli nəfəs çəkmək təsbih, bizə qüssəli nəfəs ibadətdir, sirrimizi gizlətmək Allah yolunda cihaddır. (Biharül-ənvar, 44-cü cild, səh.278, 4-cü hədis) İmam Riza (əleyhissalam) buyurur: Hər kəs bizim müsibətimizi yad edib ağlasa və (başqalarını da) ağlatsa, gözlər ağlayan gün (Qiyamət günü) onun gözləri ağlamaz; və hər kəs bizim əmrimizin dirçəldirildiyi bir məclisdə otursa (iştirak etsə), qəlblərin öldüyü gün (Qiyamət günü) onun qəlbi ölməz. (Aeyx Səduq, Əmali, 17-ci məclis.))
    Bütün bu işlərin saleh əməl və şəriətdə müstəhəb olmaları sübut olunub. Hər vaxt insan bu işlərin vasitəsi ilə Allahın razılığını cəlb etmək, dərgahına yaxınlaşmaq istəsə, onların savabına layiq olacaq, xeyir cəzasına çatacaq.
    7. ALLAH-TAALANIN SİFƏTLƏRİ BARƏDƏ ƏQİDƏMİZ
    Biz şiələr inanırıq ki, elm, qüdrət, qəni olmaq, iradə (istək), həyat və s. Allahın sübuti, həqiqi sifətləri olub kamal və cəmal adlandırılır. Bütün bu sifətlər Onun Zatının eynidir və Zatına artırılan, ariz olan sifətlər deyil. Bu sifətlərin vücudu Zatının vücudundan başqa bir şey deyildir. Deməli, misal üçün, Onun qüdrəti vücud baxımından elə həyatıdır və həyatı da elə qüdrətidir. Yəni O, diri (Həyy) olduğu ilə eyni zamanda qadirdir və qadir olduğu halda həyydir. Onun sifətləri və sifətlərinin vücudunda ikilik məsələsi əsla yoxdur. Sair kamal sifətləri də eynilədir, lakin o sifətlər öz məna və məfhumlarında bir-birindən fərqlənir, həqiqət, gerçəklik və vücudlarında isə bir-birindən heç də fərqlənmir. Çünki, əgər o sifətlər vücudlarında bir-birindən fərqli olsalar (sifətlərin də Zat kimi və əzəli və vacibül-vücud olması fərz edilir), bu halda sifətlərin sayına uyğun olaraq vacibül-vücudun çoxluğu lazım gələr və Allahın Zatının həqiqi vəhdətinə xələl yetişər. Bu da tovhid əqidəsinə ziddir.(Həcc surəsi, 32)
    Sübuti izafi (nisbi) sifətlərə gəldikdə isə, (xaliqiyyət, raziqiyyət, bütün varlıqların səbəbi, ilkinlik və s. kimi) bu sifətlər də özünün həqiqi mənasında vahid həqiqi bir sifətə qayıdır, o da Allahın bütün varlıqlara nisbətən qəyyum(Aeyx Müzəffər (rəhmətullahi əleyh) bu mənaya işarə edib deyir: Onun sifətləri üçün xarici, vaqei həqiqət yoxdur deyib sifətlərini şərti hesab edənlərə gəldikdə isə, biz bunu səhih hesab etmirik. Çünki Allah-Taala Özünü Əlim (elmli), Həkim (hikmətli), Qadir kimi sifətlərlə vəsf etmişdir. Və O, sırf şəkildə qüdrət, elm və həyatdır. øNəinki O bir Zatdır ki, Onun üçün qüdrət, elm və həyat vardır!π Lakin bu sifətlərdən insan zehnində düşünülən məfhumlar cəhətindən bir-biri ilə fərqlidir. Çünki bu sifətləri ifadə edən sözlər müxtəlif mənaları daşıyır; vücud baxımından, habelə cəhət baxımından sifətlərdə heç bir fərq yoxdur və alimlərin qeyd etdiyi kimi, o sifətlərin çoxluğu da etibarlı deyil. Əksinə bu barədə məfhum baxımından çoxluq vardır ki, bu məfhumlar da elə bir həqiətdən söz açır ki, o, həqiqətlərin hamısıdır. Onda Əmirəl-möminin Əli (əleyhissalam)-ın Hər kəs Onu vəsf etsə, (sifətləndirsə), şübhəsiz ki, çoxaldacaq deməklə, Allahı çoxlu sifətlərlə vəsf etməmişdirmi? Amma həzrət Allahın Zatına artırılan sifətlərlə vəsf etməyi buyurmuşdur. Belə ki, bu vəsfetmə Zatın və əzəli varlığın çoxluğuna gətirib çıxarar. Nəticədə vacibül-vücud olmaqdan xaric olar. Əl-fəlsəfətul-islamiyyə, Aeyx Müzəffərin mühazirələri, səh.102.)olmasıdır. Bu qəyyumluq da vahid bir sifətdir ki, ondan əsər-əlamət, nəzərlər müxtəlifliyini şərt etməklə bir neçə sifət çıxır.
    Cəlal sifətləri adlanan səlbi sifətlərə gəldikdə isə, hamısı vahid bir mövzunun səlbinə qayıdır: o da imkanın(Hər bir şeyin qaimi, hafizi, hər bir şeyin varlığına səbəb olan şeyi varlığa əta edən)Ondan səlb edilməsidir. Allah mümkünül-vücud deyilsə, imkanın səlb olunmasının (yaxud imkanın səlbinin) mənası cismiyyətin, surətin, hərəkət və sukunətin, ağırlıq və yüngüllüyün və s. kimi (mümkünül-vücuda xas olan) sifətlərin, ümumiyyətlə hər bir nöqsanın, çatışmamazlığın səlb olunmasıdır. Digər tərəfdən, Allahın mümkünül-vücud olmaması həqiqətdə vacibül-vücud olmasıdır. Onun vacibül-vücud olması isə kamal sifətlərindəndir. İmkanın səlbi əsl həqiqətdə vücudun vacibliyinə qayıdır və vücudun vacibliyi də kamal sübuti sifətlərdəndir. Deməli, cəlal (səlb) sifətləri də axırda kəmaliyyə (sübuti) sifətlərinə qayıdır və Allah-Taala bütün çəhətlərdən vahiddir, Müqəddəs Zatında çoxluğa yol yoxdur. Həmçinin, Onun Səməd və Vahid həqiqətində heç bir mürəkkəblik (tərkib) yoxdur.
    Onun sübuti sifətlərinin səlbi sifətlərə qayıtmasına etiqad bəsləyənlərin sözləri çox təəccüb doğurur. Çünki, Onun sifətlərinin eynilə Zatı olmasını dərk etmək, qavramaq bu şəxslərə çox çətin gəlir, nəticədə sübuti sifətlərin labüd olaraq səlbi sifətlərə qayıtmasını təsəvvür edirlər ki, Allahın Zatının vəhdətinə və çoxluğun Ona yol tapmamasına əmin olsunlar. Bununla da ən qəbahətli bir əmələ düçar olmuşlar. Çünki, vücudun eyni, xalis vücud olan, bütün imkan cəhətlərindən və hər bir nöqsandan pak və münəzzəh olan bir Zatı yoxluğun eyni, sırf səlb güman etmişlər.(Bəzi varlıqların vücudu zəruridir, bunlara vacibül-vücud deyilir. Bəzilərinin isə yoxluğu, olmaması zəruridir, bunlara da mümtəniül-vücud deyilir. Bəzilərinin isə nə varlığı, nə də yoxluğu zəruridir. Bunlara mümkünül-vücud deyilir. ) Allah bizi bu cür fikir inhirafından, qələm sapqınlığından amanda saxlasın!
    Həmçinin, Allahın sübuti sifətlərinin Zatına artırıldığına, əlavə olduğuna inananların da sözləri təəccüb doğurur. Bu təriqət ardıcılları əzəli varlığın çoxluğuna, vacibül-vücud üçün şəriklərin varlığına etiqad bəsləyirlər, yaxud onun mürəkkəb olduğunu söyləyirlər, halbuki Allah-Taala bu kimi işlərdən uzaqdır.( 
    Mərhum müəllifin bu kəlamında Aeyx Səduqun sözünə işarələr vardır. Aeyx Səduq deyir: Allahı nə qədər Zatının sifətləri ilə vəsf etsən, bu halda hər bir sifətdən məqsədimiz onun ziddini inkar etməkdir. Biz deyirik: Allah həmişə eşidən (səmi), görən (bəsir), bilən (əlim), qadir (qüdrətli), həkim (hikmət sahibi), əziz (məğlub olmayan, yenilməz), Həyy (diri), Qəyyum, Vahid, Qədim (əzəli). Bunlar Onun Zatının sifətləridir. Amma onun həmişə Fail (iş görən), Xəllaq (çox xəlq edən), iradə sahibi (istədiyini edən), məşiyyət sahibi, razılıq və qəzəb sahibi, ruzi verən, bəxşiş edən, mütəkəllim (danışan) olduğunu demirik. Çünki bu qeyd olunanlar Onun fellərinin (işlərinin) sifətləri olmaqla sonradan vücuda gəlirlər. Deməli, Allahı bu sifətlərlə vəsf etmək düzgün deyil. (Əl-etiqadat, səh.8) Amma məlumdur ki, Aeyx Səduqun məqsədi budur ki, bir neçə səlbi sifətin vahid bir məhəllə müntəbiq olması mümkündür. Belə ki, həyatın mənası ölümün yoxluğu, elmin mənası cəhlin soxluğu, qüdrətin mənası acizliyin olmamasıdır və s. Bu cür səlbi sifətlər bir Zata müntəbiq olurlar. Deməli, məlum olur ki, Allah-Taala bir sıra səlbi sifətlər məcmuəsidir. (Allahın Zatı belə şeylərdən pak və münəzzəhdir!) Aeyx Müzəffər bu sözlərin ardınca deyir: Biz Aeyx Səduqa bir mühəddis kimi hörmət bəsləyirik, amma bu cür sözlər danışdıqda, onun rəylərini qəbul etmirik. Biz demək istəyirik ki, Allah barəsində nə həqiqi çoxluq, nə heysiyyət (cəhət) çoxluğu, nə də şərti (etibari) çoxluq yoxdur. Çünki, şərti və heysiyyət baxımından olan çoxluğun dəyəri yoxdur. Bizim imanlı olduğumuz fikir tərzini isə, Farabi öz kəlamında belə deyir: O, (Allah) qüdrətli olduğu cəhətdən elə alimdir, diri olduğu cəhətdən elə qadirdir, alim olduğu cəhətdən də elə diridir. Bu sifətlərdə həqiqi və heysiyyət (cəhət) çoxluğu yoxdur; çünki elm cəhəti həyat (dirilik) cəhətindən başqa bir şey deyil. Deməli, bizim təsəvvür etdiyimiz çoxluq yalnız və yalnız düşündüyümüz məfhum səbəbi ilədir. Məfhum dedikdə isə, həqiqəti göstərməyən intizam mənası deyil, əksinə həqiqətlər göstərən məfhumu nəzərdə tuturuq. Və onların da çoxluğu vəhdətin eynidir. Biz deyirik ki, O, qadir olduğu cəhətdən elə alimdir və bu cəhətlər həqiqi, vaqei cəhətlərdir. Amma onların hər biri üçün müstəqil bir vücud yoxdur, əksinə bu mənadadır ki: vücudun özü eynilə elm, o da eynilə qüdrətdir. (Nəinki qüdrət bu vücudun səbəbi ilə mövcuddur ki, nəticədə bu cəhətin (heysiyyətin) müqabil tərəfi olsun.) Bu sifətlərin gerçək, vaqei həqiqətlər olmasına baxmayaraq, çox olduqları ilə eyni zamanda, hamısı vahiddir və bu məfhumların çoxluğu həqiqi bir mənanı inikas etdirir. Lakin əslində isə, hətta məna cəhətindən də çoxluq yoxdur. Bunlar qeyd olunan nəzəriyyə tərəfdarlarının təfəkküründən gizlin olan dərin, incə mənalardandır. Bax: Əl-fəlsəfətül-İslamiyyə (Aeyx Müzəffər), səh.101-102; Təshihül-etiqad (Aeyx Müzəffər), səh.41; Aeyx Səfiyəddin Tureyhi, Mətarihün-nəzər fi şərhil-babil-hadi əşər, üçüncü fəsil, səh.131-162.  
    )
    Mövlamız Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) buyurur:
    Ona ixlasın kamal həddi sifətləri Ondan (Onun Zatına əlavə olmasını) nəfy etməkdir. Çünki bütün sifətlər (məsələn, elmin insanla münasibəti kimi) şəhadət verir ki, o sifət movsufdan (vəsf olunandan) ayrıdır və hər vəsflənən şəhadət verir ki, o, sifətdən qeyridir. Deməli hər kəs Allahı (Zatına əlavə olunan sifətlə) vəsf etsə, sifəti Onunla yanaşı bilmişdir; və hər kəs Ona bir şey qoşsa, Onu çox fərz edər; və hər kəs Onu çox fərz etsə, hissə-hissə (analiz) edər; və hər kəs Allahın Müqəddəs Zatını hissə-hissə etsə, Ona qarşı cəhalətdə olar. (Aeyx Müzəffər (rəhmətullahi əleyh) bu məsələ barədə belə izahat verir: 1) Əşairə firqəsinin nəzərinə görə, Allahın sifətləri Zatına artırılmışdır. Lakin deyirlər ki, bu sifətlər Onun, yəni vacibül-vücudun vacib sifətlərindəndir. 2) Kiramiyyə firqəsi isə inanır ki, Allahın sifətləri Zatına artırılmışdır, amma bu sifətlər Zatın vacibi sifətləri deyildir. Çünki əgər vacib olsaydılar özləri də vacibül-vücud olar, nəticədə vacibül-vücudun çoxluğu yaranardı. 3) Bir nəzəriyyəyə görə sifətlərin vücudu eynilə Zatın vücududur, yəni cəhətlərin çox olması ilə eyni zamanda vücudda müttəhiddirlər. (İnsanın sifətlərindəki cəhət çoxluğu kimi. Belə ki, insan nəfsi öz vəhdətində vücud baxımından elə bütün qüvvələrdir.) 4) Bir nəzəriyyəyə görə bu çoxluq şərtidir, yəni nə vücudda, nə də cəhətdə çoxluq yoxdur. Lakin bu cəhətlər insan beyninin məhsuludur. Bu şərti olmanın da mənşəyi Zatın özüdür. Biz bu nəzəriyyələrin səhih olmadığına görə, heç birini qəbul etmirik. Bu yanlış fikirlər sifətlərin Zatla eyniyyət təşkil etməsindəki incəlikləri dərk etməmək üzündən baş vermişdir. Əşairə firqəsinin tərəfdarları sifətlərin Zatla eyniyyət təşkil etməsi məfhumunu yaxşı anlaya bilməmiş, güman etmişlər Onda heç bir sifət mövcud deyil. Kiramiyyə firqəsinin ardıcılları isə demişlər ki, əgər sifətlər Ona vacib olsaydı, vacibül-vücudun çoxluğu lazım gələrdi. Cəhətlər çoxluğuna inananlar isə demişlər ki, Bu, tovhid əqidəsinə xələl yetirmir. Aərti olmağa inananlar isə demişlər ki, cəhətlər çoxluğu qeyri-məquldur.)
    Category: İmamiyyə şiələrinin əqidə üsullari | Added by: Islam_Kitabxanasi
    Views: 832 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024