İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İmamiyyə şiələrinin əqidə üsullari

    İmamiyyə şiələrinin əqidə üsullari
    2012-01-12, 12:12 PM

    8. ALLAHIN ƏDALƏTİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Bizim etiqadımıza görə Allahın kamal, sübuti sifətlərindən biri Onun adil (ədalətli), heç kəsə zülm etməməsidir. Onun mühakiməsində, hökmündə zülmə yol yoxdur. Ona itaət edənlərə, əmrinə tabe olanlara savab verəcək, fərmanları müqabilində üsyan edənləri isə cəzalandıracaqdır. Öz bəndələrini, onların taqətləri olmadığı şeylə vəzifəli etməz, layiqli olduqlarından artıq cəzalandırmaz.(Nəhcül-bəlağə, 1-ci xütbə (Bu xütbədə həzrət yer və göylərin yaranışından söz açır); Əl-ehticac, 2-ci cild, səh.473, 113-cü hədis.)
    Biz inanırıq ki, Allah-Taala bir yaxşı işi, ondan daha yaxşısı olmadığı halda, həmin yaxşı işi tərk etmir, qəbahətli, pis və bəyənilməz iş də görmür. Çünki O, yaxşı işi görməyə, pis işi tərk etməyə qadirdir və O, yaxşının yaxşı, pisin pis olmasına elmlidir. Habelə, yaxşı işi tərk, qəbahətli işi görməyə ehtiyacı da yoxdur. Yaxşı iş Ona zərər yetirmir ki, onu tərk etməyə möhtac olsun. Həmçinin, pis iş görməyə ehtiyacı yoxdur ki, onu yerinə yetirsin. Digər tərəfdən, O, hikmət sahibi (həkim)dir, deməli labüd olaraq işləri də hikmətli, ən kamil nizamla uyğun olmalıdır.(Ədalət bir kəsə, onun öz haqqı qədər əvəz verməkdir, zülm isə bu haqqı verməkdən imtina etmək, verməməkdir. Allah-Taala son dərəcə adil, kəramətli, bəxşiş və yaxşılıq edən, rəhimli olub əməllərə əvəz verməyi vəd etmiş, hətta yaxşı, bəyənilən arzuları fikirdən keçirmək üçün də yaxşı mükafat zəmanət vermişdir. Həmçinin, vəd etmişdir ki, yaxşı işlər üçün əlavə əvəz də verəcəkdir. Yaxşı və saleh əməllər görənlər üçün yaxşı və artıq əvəz veriləcək. (Yunis surəsi, 26) Allah Quranda xəbər vermişdir ki, xeyir əməl sahibləri üçün layiq olduqlarından on qat artıq savab veriləcəkdir. Bəndəyə, yaxşı iş gördüyü halda, əlavə olaraq 10 qat savab veriləcək. Bir bəndə pis iş görərsə, layiq olduğundan artıq cəzalandırılmaz. (əl-Ənam surəsi, 160) Sonra isə əfvi zəmanət verib bağışlamaq vədəsi verib buyurur: Və həqiqətən Sənin Rəbbin camaatın zülmlərinə qarşı məğfirət sahibidir. (Rəd surəsi, ayə 6.) Başqa bir yerdə buyurur ki: Həqiqətən Allah, Ona şərik qoşulmasını bağışlamır və şirkdən başqa bütün günahları, istədiyi bəndələr üçün bağışlayacaq. (ən-Nisa surəsi, 48) Allah bəndələri ilə ədalət bərqərar etməyi əmr edib zülmdən çəkindirir, buyurur: Həqiqətən Allah, ədalət bərqərar etməyə, ehsan verməyə əmr edir. (ən-Nəhl surəsi, 90) Təshihul-etiqad (Aeyx Müfid), səh.103.)
    Əgər Allah-Taala zülm etsə və qəbahətli, çirkin iş görsə (O, belə şeylərdən çox-çox uzaqdır!) bunun səbəbi aşağıda qeyd olunan dörd işdən biri ola bilər:
    1. Bu iş barədə cahil olsa və qəbahətli olmasını dərk etməsə;
    2. Bu iş barədə alim olub bunu görməyə məcbur olsa və tərk etməkdə aciz olsa;
    3. Bu iş barəsində alim olub görməyə məcbur da olmasa, amma ona ehtiyacı olsa;
    4. Bu işə alim olub məcbur da deyil. Bu halda yalnız həvayi-nəfs üzündən, əbəs yerə görə bilər.
    Bu hallardan heç biri Allah barəsində yol verilə bilməz, qeyri-mümkündür. Əks halda nöqsanlıq olardı. Halbuki, Onun Müqəddəs Zatı sırf kamaldan ibarətdir. Deməli hökm edib deməliyik ki, O, zülm etməkdən, qəbahətli iş görməkdən pak və münəzzəhdir.
    Amma bəzi müsəlmanlar Onun qəbahətli iş görməsini caiz (mümkün) bilmişlər.(İmamiyyə şiələri Allahın ədalətli olmasına etiqad bəsləməyi əqidə üsullarından (üsuli dindən) bilirlər. Bu qanun əslində müstəqil bir əsl deyil, Haqq-Taalanın sifətləri sırasındadır. Onun vacibül-vücud olub cəmal və kəmal sifətlərini özündə cəm etməsi tovhdin xüsusiyyətlərindəndir. Amma Əşairə məzhəbi Onun ədalətli olması məsələsi ilə müxalifət etdiyindən, əqlin hökm etdiyi gözəllik və pisliyi inkar edib deyirlər: gözəllik yalnız şəriətin gözəl bildiyi, pislik isə yalnız şəriətin pis hesab etdiyidir. Əgər Allah-Taala Onun əmrinə itaət edən bir şəxsi cəhənnəmdə, fərmanlarından boyun qaçırıb müxalifət edənləri isə cənnətdə əbədi saxlasa, bu iş Onun üçün qəbahətli sayılmaz, çünki O, Öz mülkündə tam ixtiyar sahibidir. O, etdiyi işlər barəsində hesab verməz, lakin onlar (etdiyi işlərdən) sual olunarlar. (Ənbiya surəsi, 23) Ədliyyə məzhəb ardıcılları isə deyirlər ki, bu nəzəriyyələrdə hakim yalnız əqldir və şəri hökmlərin əsla rolu yoxdur. Olsa da, yalnız onları təkid edir. Əql bəzi işlərin gözəl, bəzi işlərin isə qəbih olmasını hökm etməkdə tam müstəqildir. Əql hökm edir ki, qəbahətli, çirkin işləri görmək Allah üçün qeyri-mümkündür. Çünki O, hikmət sahibidir, qəbahətli iş isə hikmətlə ziddir. Deməli, Onun əmrinə itaət edənlərə əzab vermək zülmdür. Zülm isə qəbahətli işdir və Allah-Taaladan baş verməz. Bu məzhəb ardıcılları bu yolla ədalətlilik sifətini Allah üçün isbat edir, başqa sifətləri deyil, yalnız ədaləti ayrıca şəkildə qeyd edirlər. Ədliyyə məzhəbi ardıcılları Əqli gözəllik və pislik qaydası vasitəsi ilə bəzi kəlam müddəalarını (lütf, nemət verənə şükrün vacibliyi, möcüzədə nəzərin vacibliyi kimi qanunları) isbat edir, cəbr və ixtiyar kimi çətin məsələləri də məhz bu əsasda qoyurlar. Ətraflı məlumat üçün bax: Aeyx Kaşifül-Ğita, Əslüş-şiə və üsuluha, səh.120; Aeyx Tureyhi, Mətarihun-nəzər, 4-cü fəsil, səh.164.) Habelə, bəziləri demişlər ki, Allah, itaətində müti olan bəndələri cəzalandırıb, üsyanlarları, hətta kafirləri belə cənnətə daxil edə bilər, Öz bəndələrinə, onların taqət və qüdrətləri dairəsinə sığmayan itaətlər vacib edə bilər və yerinə yetirmədikləri təqdirdə onları cəzalandıra bilər. Bu firqə ardıcılları Ondan zülm, zorakılıq, yalan, hoqqabazlıq kimi işlərin, hikmət üzündən olmayan, məqsədsiz, faydasız, əbəs və məqsədyönlü olmayan işlərin baş verməsini caiz bilmiş və bu ayəyə istinad etmişlər.
    O, etdiyi işlər barəsində hesab verməz, lakin onlar (etdiyi işlərdən) sual olunarlar. (Qeyd olunanlar Əşairə məzhəbinin əqidə üsullarındandır. Onlar deyirlər ki, Allah-Taala bütün qəbahətli, çirkin işləri–zülm, şirk, zorakılıq, düşmənlik və s. kimi görüb onlara razı oldu və sonra onları bəyəndi. (Bunlar hamısı Allaha iftiradır!) Bu batil təfəkkür tərzindən müfəssəl məlumat almaq üçün bax: Əllamə Hilli, Nəhcül-həqq, səh.85; Aərhül-əqaid və haşiyətuhu, səh.109, 113; Əl-miləlu vən-nihəl, 1-ci cild, səh.85, 88, 91; İbni Cəzm, Əl-fəsl, səh.66, 69; Quşçu, Aərhut-təcrid, səh.373.)
    Allah-Taala barəsində batil əqidədə olub Ona zalım, cair, səfeh, oyun-oyuncaqçı, yalançı, hiyləgər, qəbahətli işlər görüb yaxşı işlərdən uzaq olan (bu sayaq işlər Ona əsla yaraşmaz) sifətlər təsəvvür edənlərin fikirləri eynilə küfürdür. Halbuki, Allah-Taala Quranda buyurur:
    Allah bəndələr üçün heç vaxt zülm istəməz.(Əl-Ənbiya surəsi, 23-cü ayə.)
    Allah fəsadı sevmir.(Əl-Mömin surəsi, 31-ci ayə.)
    Biz göyləri, yeri və bunların arasında olanları oyun-oyuncaq oynayanlar kimi yaratmadıq.(Əl-Bəqərə surəsi, 205-ci ayə.)
    Mən cinni və insanı Mənə ibadət etmələrindən başqa iş üçün yaratmadım. (Əd-Duxan surəsi, 38-ci ayə.)
    İlahi, Sən pak və münəzzəhsən, bunları batil yerə xəlq etməmisən!
    9. TƏKLİF (BƏNDƏLƏRİ VƏZİFƏLİ ETMƏK) BARƏDƏ ƏQİDƏMİZ
    Bizim etiqadımız budur ki, Allah-Taala Öz bəndələrini, yalnız onlar üçün dəlil, hüccət göndərib dini əmrlərlə agah etdikdən sonra vəzifəli edə bilər.(Əz-Zariyat surəsi, 56-cı ayə)
    İmkanı olduğu halda vəzifəsini, hökmünü öyrənməyən şəxsə–müqəssir cahilə gəldikdə isə, o, Allah dərgahında təqsiri barədə sorğu-suala çəkiləcək, təqsirli olması səbəbi ilə cəzalandırılacaqdır. Çünki, hər insana vacibdir ki, ehtiyac duyulan şəri hökmləri öyrənsin.
    Bizim etiqadımız budur ki, Allah-Taala labüd olaraq Öz bəndələrini (şəriət hökmlərinə əməl etməyə) vəzifəli etməli, onlara şəriət qanunlarını, xeyir və mənafeylərinə müvafiq olan şeyləri göstərməlidir ki, beləliklə onları əbədi xeyir və səadət yoluna hidayət etsin, pis aqibət, zərər və əxlaqi pozğunluqlardan çəkindirsin–hətta bəndələrin Ona itaət etməyəcəyini bildiyi halda belə. Çünki, bu yolgöstərmələr, hidayət Onun Öz bəndələrinə qarşı etdiyi lütf və rəhmətdir. Hansı ki, bəndələr dünya və axirətdəki əksər məsləhətli işlərin və onlara çatmaq yollarını anlamır, onlara üz verəcək çoxlu zərərli şeyləri dərk etmirlər. Allah-Taala isə, Öz Zatında Rəhman və Rəhim (sonsuz rəhmət və kərəm sahibi)-dir. Rəhmət və s. kimi sifətlər Onun Zatı ilə eyniyyət təşkil edən mütləq kamalındandır və rəhmətin Ondan ayrılması heç bir vəchlə mümkün deyildir. O, bu lütf və rəhməti bəndələrinin itaətsizliyi, əmr və fərmanlarından boyun qaçırmaları ilə kəsməz.
    Həmçinin qüdrətləri, taqətləri dairəsindən xaric olan qədər, habelə bilmədikləri şeyləri onlara vacib etməz. Çünki, qüdrəti və taqəti olmayan, öyrənməkdə təqsiri olmayan adamlara hansısa vəzifəni vacib etmək zülmdür.
    10. QƏZAVÜ-QƏDƏR BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Bir qrup insanlar (mücəbbirə, yaxud sırf icbara etiqad bəsləyənlər(Qeyd etmək lazımdır ki, təklifin həqiqəti iradə (istək) sahibinin başqasından zəhmət və məşəqqəti olan bir iş tələb etməsi, istəməsidir. Belə olan halda təklif iradə və istəyə qayıdır. Bu da qeyd edilən zəhmət və məşəqqət kəlmələrindən başa düşülür. Seyyid Mürtəza Ələmül-Hüda qeyd olunan sözlərdən sonra Təklif əqlin kamal həddinə çatmasından, dəlil gətirilməsindən sonra əqlə uyğundur sözünü təshih edərək əlavə edir: Allah-Taala əqlləri kamilləşdirmiş, sair şərtlər də hasil olmuşdur. Bu halda hökmən onları vəzifəli etməlidir. )) bu əqidədədirlər ki, məxluqun fellərini (işlərini) görən məhz Allah olub insanları günah işlərə məcbur etməklə eyni zamanda onlara əzab da verəcək, bəndələri Öz itaətinə vadar etməklə eyni zamanda onlara savab da verəcəkdir. Onların fikrincə bəndələrin felləri həqiqətdə Allahın felləridir və bəndələrə məcazi mənada aid edilir. Çünki bəndələr bu fellərin baş vermə vasitəsi və yeridir. Bu əqidənin nəticəsində əşyalar və hadisələr arasındakı səbəb-nəticə qanunu inkar olunur, yalnız Allahın həqiqi səbəb olduğu və Ondan başqa heç bir səbəbin olmadığı iddia olunur.
    Bu məzhəb ardıcılları əşyalar və hadisələr arasındakı təbii asılılığı, səbəbiyyəti inkar edirlər. Çünki onlar güman etmişlər ki, bu məsələ Onun şəriki olmayan Xaliq olmasının tələbidir.
    Bu sözləri Allaha aid edənlər, şübhəsiz ki, Ona zülm nisbəti vermişlər, halbuki Allah heç bir zaman, heç bir vəchlə zülm etməz.
    Başqa bir qrupun (müfəvvizə, mütləq ixtiyara inananların) nəzərinə görə, Allah-Taala bütün felləri məxluqun (bəndələrin) ixtiyarına buraxmış, Öz qüdrətini, hakimiyyətini (qəzavətini), təqdirini onlardan götürmüşdür. Səbəbi də budur ki, fellərin Allaha aid edilməsi Ona qarşı bir növ nöqsanlıq gətirir. Habelə, mövcudatın da özünəməxsus səbəbləri vardır, hərçənd ki, bu səbəblərin hamısı ilk səbəbə–Allaha qaytarılır.
    Hər kəs bu kimi şeylərə etiqad bəsləsə sanki Allahı Onun Öz hakimiyyətindən(Səbəb-nəticə qanununu inkar edənlərdən biri də Əşairə məzhəbi ardıcıllarıdır. Onlar da səbəbi yalnız Allahda həsr edərək deyirlər ki, məsələn od heç nəyi yandırmır, əksinə, Allahın adəti oda yaxınlaşan paltarı yandırmaq əsasındadır, odun isə yandırmaqda heç bir dəxaləti yoxdur. Elə bu əsasda inanırlar ki, bəndələrin felləri Allah-Taala tərəfindən görülür, bəndələrin isə heç bir dəxaləti yoxdur, yəni bir felin vücuda gəlməsində bəndənin heç bir rolu yoxdur. (Bax: Bidayətül-məarifil-ilahiyyə, 1-ci cild, səh.159) Amma şiə məzhəbi kitablarına baxanlar üçün heç də gizli deyildir ki, şiələr Əşairələrin əksinə olaraq cəbri batil hesab etdikləri kimi, təfizi (Mötəzilələrin dediyi mütləq ixtiyarı) da batil hesab edirlər. İmam Hadi (əleyhsalamdan)-dan bəndələrin felləri barədə soruşub dedilər ki, bu fellər Allaha aid edilirmi? Həzrət buyurdu: Əgər O, bu fellərin xaliqi olsaydı, heç vaxt onlardan bezarlıq etməzdi, halbuki Allah buyurur: Həqiqətən Allah və Onun Rəsulu müşriklərdən bezardır. (Ət-tövbə surəsi, 3) Allah onların zatlarının xilqətindən deyil, şirk və qəbahətli işlərindən bezarlıq edir. Bax: Təshihül-etiqad (Aeyx Müfid), 5-ci cild, səh.43; Biharül-Ənvar, 5-ci cild, səh.20. Müfəvvizə ardıcılları (əksəriyyəti mötəzilədir) cəbri tamamilə rədd edib deyirlər ki, fellərin hamısı bizlərə həvalə edilmişdir və Allahın izn və iradəsinin heç bir dəxaləti yoxdur. Bu batil əqidənin yaranma səbəbində iddia olunur ki, məqsəd əvvəlki firqənin əksinə olaraq günah, küfr, qəbahətli və çirkin işlərin Ona aid edilməsindən qaçmaqdır. Təfviz insanlardan fellərin haramlığını aradan qaldırır, istədikləri hər işi onlar üçün rəva bilir. Bu da eynilə dinsizlərin sözləridir. Bax: Təshihül-etiqad (Şeyx Müfid), 5 -ci cild, səh.47; Bidayətül-məarifil-ilahiyyə, 1-ci cild, səh.166) çıxarmış, yaradılışda Ondan qeyrilərini şərik qoşmuşdur.
    Bizim bu barədəki etiqadımız məsum İmamlarımızdan (əleyhimüs-salam) gəlib çatan rəvayətlərdir ki, sırf ixtiyar və sırf icbar deyil, bu ikisinin arasında orta mövqedə olan bir əqidədir. Elə bir əqidə ki, kəlam əhlindən olan bu sayaq cədəlçilər (sofistlər) bunu dərk edib anlamaqda acizdirlər. Belə ki, onların bəziləri ifrata varmış, bəziləri isə təfritə düçar olmuşlar. Elm və fəlsəfə isə onların yarandığı vaxtdan neçə-neçə əsr sonra onların sofistikalarını aşkara çıxara bilmişdir.(Bu barədə İsbəğ ibni Nəbatənin uzun bir hədisdə rəvayət etdiyini nəql etmək yerinə düşərdi. O deyir: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam) Siffeyn müharibəsindən qayıdanda yolda bir qoca kişi soruşdu: Ya Əli, xəbər ver görək bizim Aama qayıtmağımız Allahın qəzavü-qədəri ilədir, ya yox? Əli (əleyhissalam) buyurdu: And olsun çərdəyi yaran, canlıları xəlq edən Kəsə (Allaha)! Hər bir yerə (yüksəkliyə) çıxırıqsa, hər bir vadiyə daxil oluruqsa hamısı Allahın qəzavü-qədəri ilədir. Qoca dedi: Mənim çəkdiyim zəhmətlər Allah yanındadır, lakin mən özüm üçün heç bir muzd görmürəm. İmam (əleyhissalam) buyurdu: Sus! Allaha and olsun ki, O, seyr etdiyimiz və qayıtdığımız yollarda sizə böyük əcr və muzd vermişdir. Siz bu hallarda nə bir şeyə məcbur edilmiş, nə də məcburiyyət üzündən bir şey etmisiniz. Qoca dedi: Qəzavü-qədərin bizim işlərimizə şərik olduğu halda, bu necə ola bilər? İmam (əleyhissalam) buyurdu: Vay olsun sənə, bəlkə sən hökmən (hətmi) qəzavü-qədəri güman edirsən? Əgər belə olarsa, savab və cəza məsələsi aradan gedər, xoş vədlər və əzab vədəsi, əmr və nəhy batil bir iş olardı; günah iş üçün Allah tərəfindən məzəmmət, saleh əməl üçün tərif, mədh gəlməzdi; yaxşı əməl sahibləri mədh olunmaq üçün günahkarlardan üstün, pis əməl sahibi məzəmmət olunmağa əməlisalehdən daha layiqli olmazdı. Sənin dediklərin bütlərə sitayiş edənlərin, şeytanların qoşunlarının, zorakılıq edənlərin, haqdan azanların sözləridir. Onlar da bu ümmətin qədəriyyələri (Allahın qəzavü-qədərini inkar edənlər) və məcusiləridir. Həqqətən Allah-Taala ixtiyarı əmr, təfvziri nəhy, asanı vəzifəli etmişdir; Onu kimsə məğlub edib məsiyət edə bilməz, ikrah üzündən itaət olunmaz, peyğəmbərləri əbəs yerə göndərməz, yeri, göyləri və bu ikisinin arasında olanları batil yerə xəlq etməyib. Bu (batil və əbəs yerə xəlq edilməsi), kafir olanların gümanlarıdır, vay olsun kafir olanlara oddan! (Sad surəsi, 27) Qoca dedi: Bəs onda bizim əsasında hərəkət etdiyimiz qəzavü-qədər hansıdır? İmam (əleyhissalam) buyurdu: O, Mütəal Allah tərəfindən olan əmr, hökmdür. (Sonra bu ayəni tilavət etdi:) Allah hökm etmişdir ki, Ondan başqa heç kəsə ibadət etməyin. (İsra surəsi, 23) Qoca sevinc bürümüş halda bu şeri oxudu: Sən o İmamsan ki, sənə itaət etməklə Qiyamət günü Rəhmandan behişt arzularıq. Dinimdə şübhəli məsələni mənə anlatdın, Allah bizim əvəzimizdən sənə xeyir əvəzi versin! Bax: Nəhcül-bəlağənin şərhi, 18-ci cild, səh.227. (İbni Əsakir bu hədisi Tarixi-Dəməşqdə İbni Abbasa istinad vermişdir.) Aeyx Səduq, Tovhid, səh.380; Təcridül-etiqad, səh.200; Əqaidül-islam fil-Quranil-Kərim, səh.455.)
    Bizim məsum İmamlarımızın hikmət dolu elm xəzinəsindən agah olmayan bəzi savadsızların, bu kəşfi (nə cəbr, nə də ixtiyar) qərbin son əsrlərdəki mütəfəkkirlərinin kəşfi hesab etmələri doğrudan da qəribədir. Çünki, bizim İmamlarımız (əleyhimüs-salam) hələ 10 əsr onlardan öncə bu məsələni bəyan etmişlər.
    İmam Sadiq (əleyhis-salam) bu iki məsələ arasındakı orta haqq yolu məşhur bir cümlədə belə bəyan etmişdir:
    İslamda nə sırf cəbr vardır, nə də sırf təfviz, əksinə, (haq yol) bu ikisinin arasında olan bir yoldur. (Aeyx Müfid Təshihül-etiqad kitabında buyurur: Bu iki məsələ (cəbr və təfviz) arasındakı orta mövqe belədir: Allah-Taala insanları onların öz felləri əsasında bacarıqlı, əməlləri əsasında qadir etmişdir və bu barədə hədd-hüdud, qayda-qanun müəyyən etməklə, zəcr, təhdid, vədə və cəza ilə onları qəbahətli işlərdən nəhy etmişdir. Onları qadir etməklə heç də bu əməllərə məcbur etməmiş, onları, əksər əməllərdən çəkindirməklə heç də tam ixtiyarlı etməmişdir. Bu əməllərdə onlar üçün hədd-hüdud qərar vermiş, yaxşı əməllərə əmr edib, pis və qəbahətli işlərdən çəkindirmişdir. Bu da elə cəbr və təfvizdən fərqlənən orta mövqedir.)
    Necə də gözəl söz ustası! Necə də dəqiq və incə məna! Xülasə şəkildə demək olar ki, bizim fellərimizin həqiqətdə bizdən baş verdiyini, bu fellərin təbii səbəbkarının biz olduğunu (onların da bizim qüdrət və ixtiyarımızla olduğunu), digər tərəfdən isə, bu işlərin Allah tərəfindən müqəddər olunduğunu, Onun səltənəti dairəsində olduğunu nəzərə alsaq (səbəbi də budur ki, yalnız Allah bizə varlıq bəxş edir, hər şeyi yalnız O əta edir), O bizi hansısa feli görməyə əsla məcbur etmir ki, üsyan etdikdə bizi cəzalandırması zülm kimi təsəvvür olunsun. Çünki hansısa feli görməkdə qüdrət və ixtiyar bizimlədir. Həmçinin O, fellərimizi vücuda gətirmək işini bizim tam ixtiyarımıza verməyib ki, onları Öz səltənəti dairəsindən çıxarmış olsun. Əksinə xəlq, hökm və əmr(Əl-kafi, 1-ci cild, səh.160, 13-cü hədis; Əl-ehticac, 2-ci cild, səh.490; Ət-tovhid, səh.362; Əl-etiqad (Aeyx Səduq), səh.101; Təshihül-etiqad, 5-ci cild, səh.46.) Ona məxsusdur. O, hər bir şeyə Qadir, bəndələrə Mühit (əhatə edən)-dir.(Əmr: metafizika, bəsitlər aləmi, həqiqi vəhdət; xəlq: tədrici təkamül, çoxluq, hərəkət və zaman)
    Ümumiyyətlə, bizim bu barədəki əqidəmiz budur ki: qəzavü-qədər məsələsi Allahın sirlərindəndir. Hər kəs bu məsələni lazımınca başa düşsə və təfritə, yaxud ifrata varmasa, çox yaxşı; amma əks təqdirdə özünü həddindən artıq zəhmətə salıb dəqiqliklərə varması vacib deyildir. Fəhmi, dərki çatmadığı yerdə məsələnin dərinliyinə gedərsə yoldan azar, əqidəsi korlanar. Çünki bu məsələ ən dəqiq və ən incə, hətta yalnız çox cüzi sayda fərdlərin dərk etdiyi dəqiq və çətin fəlsəfi bəhslərdəndir. Məhz bu səbəbə görə də çoxlu mütəkəllimlər bu yerdə inhirafa düşmüşlər.(Əbu Hənifə İmam Musəbni Cəfər (əleyhissalam)-dan bəndələrin felləri barəsində, bu fellər kimdən baş verir? deyə, soruşdu. İmam (əleyhissalam) buyurdu: Aübhəsiz ki, bəndələrin felləri labüd olaraq 3 haldan birində ola bilər: 1-Ya fəqət Allah tərəfindəndir; 2-Ya bəndə və Allah arasında müştərəkdir; 3-Ya da fəqət bəndə tərəfindəndir. Əgər yalnız Allah tərəfindən olarsa, gözəl işləri tərifləmək və pis işləri məzəmmət etmək Onun üçün daha yerində olar, Ondan qeyrisinə heç bir tərif aid olmaz, İşlərində də heç bir məzəmmət olmaz. Amma əgər Allah ilə bəndə hər ikisi feldə şərik olarsa, onda həm yaxşı işlərdəki tərif, həm də pis işlərdəki məzəmmət hər ikisinə aid olar. Bu iki hal batil olduğu üçün, bu işlərin bəndələrdən baş verməsi isbat olunur. Belə olan halda əgər Allah onları üsyankarlıq və cinayətlərinə görə cəzalandırsa, elə cəza vermək Ona layiqdir; yox əgər bağışlasa O, (bağışlamaq üçün daha layiqli olub) təqva və məğfirət əhlidir. Təshihül-etiqad (Aeyx Müfid), 5-ci cild, səh.44.)
    Bu məsələ barəsində təhqiqat aparmaq adi insanların qüdrəti dairəsindən xaricdir və bu barədə ümumi şəkildə məsum İmamların sözlərinə etiqad bəsləmək kifayətdir. Onlar buyururlar: İslamda sırf cəbr və sırf ixtiyar deyil, bu ikisinin arasında olan məsələdir.
    Bu məsələnin etiqad (üsuli din) əsillərindən olmadığına görə də dəqiq və müfəssəl şəkildə təhqiqat aparmaq vacib deyildir.
    11 BƏDA BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    İnsanda bədanın mənası budur ki, hansısa bir şey barəsində əvvəldə mövcud olmayan bir rəy meydana gəlir, onun fikri, görmək istədiyi bir işdən dönür. Çünki, onun rəyini və o rəy əsasında əməl edəcəyini dəyişəcək bir şey qarşıya çıxır, nəticədə görmək istədiyi feli tərk etməli olur. Bu da öz mənafe və məsləhəti barədə bilməməzliyindən, yaxud əvvəlki fellərindən peşman olmasından irəli gəlir.
    Amma bədanın qeyd edilən bu mənası Allah-Taala barəsində qeyri-mümkündür. Çünki, bədanın bu mənası nöqsan və cəhldən (bilməməzlikdən) irəli gəlir və bunların da hər biri (İmamiyyə məzhəbinin əqidəsinə görə) Allah barəsində qeyri-mümkündür.
    İmam Sadiq (əleyhis-salam) buyurur:
    Hər kəs Allahda peşmançılıq səbəbilə nəzər dəyişikliyi baş verdiyini güman etsə, bizim nəzərimizə görə, Əzim Allaha kafir olmuşdur. (Mərhum Aeyx Müzəffər özünün fəlsəfi mühazirələrində bu dəqiq fikri aşağıdakı şəkildə xülasələndirmişdir: Hər iki firqə–cəbr və təfviz tərəfdarları yalnız bir cəhətə nəzər salmış, başqa bir cəhətdən isə qafil qalmışlar. Lakin insan bu məsələyə eyni zamanda iki cəhətdən baxmalıdır, əgər yalnız bir cəhətdən baxarsa, mütləq yanılacaqdır. Belə ki, mövcudata vücud verilməsi cəhətinə nəzər salır və belə təsəvvür edir ki, məxluq (insanlar) hər bir işdə məcburdurlar. Digər tərəfdən, əgər yalnız əməllərdə ixtiyari olaraq gördükləri əməllərə nəzər salıb təsəvvür edirlər ki, insanlar bütün işərdə tam azaddırlar. Lakin əgər Allah-Taalanın mövcudata olan feyzi hətta bir anlığa kəsilərsə, bütün varlıqlar, hətta fellər də ani olaraq məhv olub mütləq yoxluqa çevrilər. Cəbrin mənası: Vücudun başlanğıcı olan bir fail (ma minhül-vücud) elə onun vücuda gəlməsi səbəbidir (ma bihil-vücud), o da Allahdır. Təfvizin mənası: İnsan başlanğıc (ma minhül-vücud) və səbəbdir (ma minhül-vücud). Lakin onlar bu məsələyə diqqət yetirməyiblər. Çünki bəndə (insan) ma bihil-vücudun failidir; Allah isə ma minhül-vücuddur. Deməli ma bihil-vücud nahiyəsindən cəbr yoxdur, ma minhül-vücud nahiyəsindən isə təfviz yoxdur. Beləliklə, Əhli-beyt (əleyhimüssalam)-dan gəlib çatan hədis öz həqiqi mənasında səhihdir: Nə cəbr, nə də təfviz–bu ikisinin arasında qərarlaşan bir işdir.)
    Yenə də buyurur:
    Hər kəs güman etsə ki, Allahda dünən bilmədiyi hər hansı bir şey barəsində (bu kimi) nəzər və rəy dəyişikliyi hasil olubdur, bu halda mən ondan bizarlıq edirəm. (Kəmalüd-din, səh.69.)
    Amma məsum İmamların (əleyhis-salam) hədislərində gələn bəzi kəlamlarda, nəzər dəyişilməsinin qeyd olunan mənasının Allah barəsində səhih olması başa düşülə bilər. Məsələn, İmam Sadiq (əleyhis-salam) buyurur ki:
    Allahda oğlum İsmail barəsində olan bəda (rəy dəyişikliyi) heç bir şey barəsində baş verməyib. (Yenə orada, səh.70)
    Məhz bu səbəbə görə də İslam firqələrinin bəzi müəllifləri (İmam Sadiq (əleyhis-salam)-ın sözünü yanlış təfsir edərək) Peyğəmbər Əhli-beytinin ardıcılları olan haqq İmamiyyə məzhəbinə bədanın qeyd olunan mənasını irad tutaraq onlara tənə vururlar.
    Bu barədə səhih mətləb, Allahın Quranda buyurduğu kimidir:
    Allah istədiyini məhv edir, istədiyini də öz yerində təsbit edir və yalnız Onun yanındadır Ümmül-Kitab.(Ət-tovhid, səh.336, 10-cu hədis; Kəmalüd-din, səh.69; Təshihül-etiqad, 5-ci cild, səh.66. Aeyx Müfid bu hədisin mənasını belə izah etmişdir: İmam (əleyhissalam) bu sözlə Allah-Taala tərəfindən oğlu barəsində olan qətl hökmünün götürülməsinin aşkar olunmasını istəmişdir. İmam (əleyhis-salam) bu məsələdən xovflu idi. Allah da bu işi dəf etməklə ona lütf etdi. Elə bu zəminədə İmam Sadiq (əleyhissalam)-dan rəvayət olunub ki, Qətl məsələsi İsmail üçün iki dəfə qərar verilmişdi. Mən Allahdan bu işin dəf edilməsini istədim, O da dəf etdi. Bəzi vaxtlar bir şey (hökm) müəyyən şərtlə bağlı olur, şərt dəyişdikdə, məsələnin hökmü də dəyişir.)
    Bunun mənası belədir ki, Allah bəzi vaxtlar hansısa bir şeyi Öz peyğəmbəri, yaxud övliyasının dili ilə aşkar edir, yaxud zahirən müəyyən bir məsləhətli iş bu cür izhar etməyi tələb edir. Sonra isə onu aradan aparır, ilk dəfə zahir olduğundan başqa şəkildə baş verir. Allah da öncədən buna elmli olur. Məsələn, həzrət İsmail yuxuda görür ki, atası onu Allah yolunda qurbanlıq edir.(Rəd surəsi, 39)
    Deməli, İmam Sadiq (əleyhis-salam)-ın buyuruğunun mənası budur ki, Allah-Taala heç bir məsələni, oğlu İsmailin məsələsi kimi aşkar etməyib. Çünki zahirən camaat arasında təsəvvür olunurdu ki, o Həzrətin oğlu İsmail böyük övlad olduğundan, ondan sonrakı İmam da o olacaqdır. Allah onun canını aldı ki, camaat onun sonrakı İmam olmamayacağını bilsin.(Saffat, surəsi, 102-107-ci ayələr)
    Bədanın bu mənası sabiq şəriət hökmlərinin bizim əziz Peyğəmbərimizin vasitəsi ilə qüvvədən salınmasına (nəsxə) çox yaxındır. Hətta bizim Peyğəmbərin gətirdiyi şəriət hökmlərinin bəzisi də sonradan qüvvədən salınaraq başqası ilə əvəz edilmişdir.(İmam Sadiq (əleyhissalam)-ım bu işinin, həmçinin oğlunun dəfn mərasimində buyurduqlarının əksinə olaraq, bir qrup şiə onun oğlu İsmailin İmam olmasına inanmışlar. Onlar İsmailiyyə firqəsi adlanır və 12 İmam şiələrindən fərqləri budur ki, onların fikrincə, İmam Sadiq (əleyhissalam)-dan sonra imamət oğlu İsmailə verilmişdir. Həmçinin güman edirlər ki, İmam öz həyatında oğlunun özündən sonrakı İmam olacağını bəyan etmişdir. Hətta onların özləri də İsmail barəsində ixtilafdadırlar. Belə ki, bəziləri deyirlər ki, o atasının sağlığında vəfat edib (və bu məsələ tarixi baxımdan şəkk-şübhəsi olmayan bir məsələdir), amma onun bu vaxt vəfat etməsinə baxmayaraq, İmamamətin davamı İsmailin övladlarında qalır. Birincisi də İsmailin oğlu Məhəmməddir. Bir qrupu da deyir ki, İsmail ölməmişdir, amma atası onu Abbasi xəlifələrindən gizlədərək təqiyyə etmişdir. Belə ki, onun ölümü barədə xəbər yaymışdır və bu barədə dövrün xəlifəsi Mənsurun Mədinədəki valisi Məhəmməd ibni Süleyman da şəhadət vermişdir. Bu qrup, imamətin Məhəmməd ibni İsmaillə tamamlanmasını iddia edənlərlə (bunlara vaqiflər deyilir, yəni imamət bununla sona çatır) imamətin Məhəmməd ibni İsmaildən də o tərəfə (onun övladlarına) keçməsinə iddia edənlər arasında orta mövqe tuturlar. imamətin Məhəmməd ibni İsmaildən onun övladlarının keçməsini iddia edənlər imaməti yeddi zahiri və yeddi gizlin (yeddi-yeddi) qərar verib (həftənin günləri, fələk, yer və göylərin sayı kimi) deyirlər ki, birinci yeddi aşkar İmam Həzrət Əli (əleyhissalam)-dan başlayıb İsmaildə sonra çatır. izlin yeddilik isə Məhəmməd ibni İsmaildən başlayaraq oğlu Cəfər Müsəddəqə, sonra onun oğlu Məhəmməd Həbibə, daha sonra isə Afrikanın şimalında zahir olan Əbdüllah Məhdidir ki, onun övladları Fatimilər dövlətini təşkil ediblər. Bax: Firəqüş-şiə, səh.63. Əl-füyulül-muxtarətü minəl-üyundan seçilmiş fəsillər, səh. 308; Əşşiətu beynəl-əşairəti vəl-mötəziləti, səh.78; Tarixül-məzahibil-islamiyyə, səh.54; Əl-miləlü vən-nihəl (Aəhristani), 1-ci cild, səh.149; Əl-fərqu beynəl-firəq, səh.62.)
    12. DİN HÖKMLƏRİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Bizim etiqadımız budur ki, Allah-Taala vacib, haram və s. kimi bütün hökmləri bəndələrin əməllərində olan məsləhətə uyğun olaraq qərar vermişdir. Tam məsləhətli olan işləri vacib, son dərəcə fəsad törədən işləri, əməlləri haram, müəyyən qədər məsləhətli işləri müstəhəb s. qərar vermişdir.
    Sair hökmlər də eyni qayda ilə. Bu hökmlər Onun Öz bəndələrinə lütfü və ədaləti sayəsindədir.
    Hər bir hadisə, iş barəsində mütləq Allahın qərar verdiyi bir hökm olmalıdır.(Mərhum Aeyx Məhəmməd Kaşiful Ğita bu barədə buyurur: Təkvin (təbiət) aləmindəki bəda, təşri aləmindəki (şəriət qanunlarındakı) nəsxə bənzəyir. Bir şəriət hökmünün nəsx edilib (qüvvədən salınıb) yenisi ilə əvəz edilməsində müəyyən məsləhət və sirr vardırsa (bəziləri sirli, bəziləri isə tam aşkar) təkvin aləmində də Allahın nəyisə gizlədib sonradan aşkar etməsində də eynilə bu məsləhət və sirr mövcuddur. Bundan əlavə, bədanın bir qismi mücərrəd aləmlərlə əlaqədə olan bəzi nəfslərin bir şey, hadisə barəsində agahlıq əldə edib, lakin onun şərtləri və vücuda gəlməsindəki maneələrdən agah olmamasından irəli gəlir. Məsələn, Həzrət İsa (əleyhissalam) agah olmuşdu ki, bir gəlin toy gecəsi öləcək, amma bu ölümün o gəlinin fəqirə sədəqə vermədiyi təqdirdə baş verəcəyindən agah deyildi. Təsadüfən bu gəlinin anası onun əvəzindən sədəqə verdi (nəticədə bəda hasil oldu, gəlin ölmədi). İsa (əleyhissalam) da onun toy gecəsi öləcəyindən xəbər vermişdi. Amma o ölmədi. Bu barədə o həzrətdən soruşduqda buyurdu: Yəqin ki, siz o gəlinin əvəzindən sədəqə vermisiniz. Çünki sədəqə bəzən hökmən baş verəcək bəlanı qaytarır. Əgər bəda məsələsi olmasaydı, sədəqə, dua, şəfaət, peyğəmbərlər və övliyaullahların bir an da olsun belə, Allahın əmri ilə müxalifət etmədikləri halda, Allahdan bərk qorxub ağlamaqları və s. üçün heç bir dəlil, sübut olmazdı. Onların bu işlərinin səbəbi heç kəsin agah olmadığı qeyb elmindən irəli gəlir.) Hadisələrdən heç biri–hətta bizim məlumat əldə etmək üçün yolumuz olmadığı halda da belə–şəri hökmdən xali deyil.
    Həmçinin, biz inanırıq ki, Allah-Taalanın bizi fəsad gətirən işləri görməyə, yaxşı işləri tərk etməyə əmr etməsi Onun üçün qəbahətlidir. (Və qəbahətli işlər Ondan baş verməz!)
    Amma bəzi müsəlman firqələrinin inancına görə, qəbih (çirkin) iş elə Allahın nəhy etdiyi işlər, yaxşı iş də elə Onun əmr etdiyi işlərdir. Fellərin isə öz-özlüyündə (zatən) nə məsləhəti var, nə də fəsadı. Həmçinin fellər zatən nə yaxşıdır, nə də pis.(Allah Taala buyurur: Biz bu Kitabda (Quranda) heç nəyi ifrat etməmişik. (Ənam surəsi, 38.) Hədisdə də qeyd olunur ki, iki şəxsin ixtilaflı olduğu elə bir məsələ yoxdur ki, onun əsli Allah kitabında olmasın. (Əl-kafi, 1-ci cild, səh.78, 6-cı hədis) Həmçinin Heç bir hadisə yoxdur ki, onun barəsində Allah hökmü olmasın. (Biharül-ənvar, 93-cü cild, səh.91.)) Bu nəzəriyyə əqli zərurətlə müxalif olan bir nəzəriyyədir. Həmçinin onlar Allahın pis və qəbih işlər görməsini, yaxşı və məsləhətli işləri tərk etməyi əmr etməsinə inanırlar. Əvvəldə qeyd olunduğu kimi, bu əqidədə əql meyarları ilə ölçülməyən, hesab-kitabsız sözlər vardır. Çünki bu əqidə Allah-Taalada cəhl (elmsizlik) və acizliyin olmasına gətirib çıxarır. Allah isə belə şeylərdən (cəhl və acizlik) çox-çox uca, pak və münəzzəhdir.
    Xülasə: Etiqad üsullarında səhih kəlam budur ki, həqiqətət Allah-Taalanın bizə bir şeyi vacib, başqa bir şeyi haram etməsində heç bir şəxsi mənfəəti, məsləhəti yoxdur. Əksinə, bütün əmr və nəhylərdə olan mənfəət və məsləhətlər elə bizim özümüz üçündür. Əmr və nəhy olunmuş hansısa əməllərdə mənafeyi, məsləhəti nəfy etməsinin (aradan götürməsinin) mənası yoxdur. Çünki Allah-Taala əbəs yerə bir şeyi əmr etməz, boş yerə nəyisə nəhy etməz və O, Öz bəndələrindən ehtiyacsızdır.
    Category: İmamiyyə şiələrinin əqidə üsullari | Added by: Islam_Kitabxanasi
    Views: 844 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024