İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İmamiyyə şiələrinin əqidə üsullari

    İmamiyyə şiələrinin əqidə üsullari
    2012-01-12, 12:12 PM
    İKİNCİ FƏSİL:
    NÜBÜVVƏT
    –Nübüvvət
    –Nübüvvət lütfdür
    –Peyğəmbərlərin möcüzəsi
    –Peyğəmbərlərin isməti
    –Peyğəmbərə xas olan sifətlər
    –Peyğəmbərlər və onlarIn Kitabları
    –İslam
    –İslamIn şəriət sahibi
    –Qurani Kərim
    –İslam və sabiq şəriətlərin isbat olunması yolları
    13. NÜBÜVVƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Bizim əqidəmiz budur ki, nübüvvət Allah-Taala tərəfindən təyin edilən bir vəzifə, Rəbbimizə məxsus olan bir elçilikdir ki, Allah-Taala bu vəzifəni Özünün saleh, insaniyyətdə kamil həddə çatmış övliyalarından olan bəndələrinə həvalə edir ki, sair insanları dünya və axirət səadətləri, məsləhət və mənafelərinə doğru hidayət edib, pis əxlaqlardan, yanlış adətlərdən paklayıb, saflaşdırsınlar, onlara mərifət və hikmət öyrətsinlər, xeyir və səadət yollarını bəyan etsinlər, nəticədə insaniyyət özünə layiq olan kamal həddinə çatıb, dünya və axirətdə (Allah dərgahında) yüksək dərəcələrə yüksəlsin.
    Həmçinin inanırıq ki, mənası gələcəkdə qeyd olunacaq lütf qaydasına əsasən vacibdir ki, Öz bəndələrinə qarşı lətif olan Xaliq, bəşərin düz yola hidayət olunması və cəmiyyətdə islahat işləri aparmaq üçün peyğəmbərlər göndərsin. O peyğəmbərlər də Allahın (yer üzündəki) səfirləri, canişinləri (xəlifə) olsunlar. Habelə, inanırıq ki, Allah-Taala camaata peyğəmbər təyin etmək, seçmək hüququ verməmişdir; onların peyğəmbər seçmək üçün heç bir ixtiyarları yoxdur. Bu işlərin hamısı Allahın əlindədir, çünki O,
    Öz risalətini harada qərar verməsini daha yaxşı bilir. (Əşairələrin əqidəsinə görə əməllərdəki gözəllik (hüsn) və çirkinlik (qübh) hər ikisi şəri məsələdir. Əql isə bir şeyin yaxşı, yaxud qəbahətli olmasını hökm edə bilməz. Bu barədə hökm edən yalnız şəriətdir: şəriətin təhsin etdiyi, bəyəndiyi şey gözəl, qəbahətli saydığı şeylər isə qəbahətlidir. Bax: Nəhcül-həqq, səh.83; Əl-miləlü vən-nihəl, 1-ci cild, səh.89; Aərhüt-təcrid (Quşçu), səh.375.)
    Həmçinin Allah-Taalanın xalqın hidayətçisi, bəşir (ilahi nemətlərə müqdə verən) və nəzir (ilahi əzabdan qorxudan) şəxs kimi göndərdiyi adam (peyğəmbər) və onun gətirdiyi hökmlər, sünnət və şəriət barədə xalqın təhəkküm (mühakimə, hökmetmə) haqqı yoxdur.(Ənam surəsi, 124)
    14. NÜBÜVVƏT İLAHİ LÜTFDÜR
    İnsan çox sirli bir varlıq olub, zatında, təbiətində, nəfs və əql, hətta hər tək-tək fərdlərin şəxsiyyəti cəhətindən mürəkkəb quruluşa malikdir. (Belə ki, onun təbiətində bir-biri ilə zidd olan yönlər qoyulmuşdur–red.) Bir tərəfdən onun zatında fəsada, digər tərəfdən isə xeyirxah və gözəl əməllərə sövq edən qüvvələr qoyulmuşdur.( 
    İmam Əliyyibni Əbitalib (əleyhissalam) bir xütbədə asimanların, yerin, həmçinin Adəm peyğəmbərin yaranışını vəsf edib Peyğəmbərin besəti barədə buyurur: ...və həzrəti Sübhan (Adəmi yer üzündə məskunlaşdırdıqdan sonra onun) nəslindən peyğəmbərlər seçib Onlardan əhd-peyman aldı (ki, Allahdan onlara əmr olunanları yerinə yetirib camaatı Allahı tanımağa dəvət etsinlər və bu yolda heç vaxt səhlənktrlıq etməsinlər və) vəhyə vəfalı qalıb ilahi risaləti təbliğ etsinlər. İnsanların əksəriyyəti Allahın onlarla bağladığı əhdi pozub Onun haqqında cəhlə vardılar (və Onu yeganə bilmədilər). Ona şəriklər qoşdular, şeytanlar Onu tanımaq, ilahi mərifət kəsb etmək yolundan azdırıb (və aldatdı), bəndələrin Ona ibadət və pərəstiş etməkdən yayındırdı. Belə olduqda, Allah Öz bəndələri arasından peyğəmbərlər seçib bir-birinin ardınca göndərdi ki, Allahın onların fitrətlərində olan əhdi-peymanını, unudulmuş neməti (fitri tovhidi) onların yadına salsınlar, insanlara təbliğ etməklə höccət gətirsinlər. Onların (küfr qübarı, zəlalət və azğınçılıqla örtülmüş) gizli əql xəzinələrini kəşf edib işə salsınlar, müqəddər edilmiş nişanələri, ayələri: başları üzərində ucaldılmış tavanı (atmosfer qatını), ayaqları altında qərar verilmiş döşəməni (həyati əhəmiyyət kəsb edən münbit yer qabığını), onları diri saxlayan məişət (qanunlarını), öldürüb fani edən əcəlləri, qocaldıb əldən salan xəstəlikləri, təqib edən qəbirləri xatırlatsın. Mütəal Allah (heç vaxt) bəndələrini göndərilən bir peyğəmbərdən, yaxud nazil edilən bir kitabdan, yaxud hətmi (labüd) höccətdən, yaxud da mətin yoldan xali etməmişdir. Elə peyğəmbərlər göndərmişdi ki, saylarının az, təkzib edənlərinin isə sayının çox olması onların işinin (ilahi risalətin təbliğat işinin) qarşısını ala bilmədi. Hər bir peyğəmbərə, ondan sonrakı peyğəmbərin adı əvvəlcədən deyilmiş, yaxud sonra gələn peyğəmbər əvvəlkini xalqa təqdim edtmişdi. Bu qayda ilə qərinələr, əsrlər gəlib keçdi, oğullar ataların yerini tutdu, peyğəmbərlər bir-birini əvəz etdi. Nəhayət, Allah-Taala Öz peyğəmbəri Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-i seçdi ki, onun vasitəsi ilə (xalqa verdiyi) vədləri həyata keçirsin, nübüvvəti tamamlasın. Elə Peyğəmbər ki, əvvəlki peyğəmbərlərdən onun barəsində əhd-peyman alınmışdı (ki, onun peyğəmbərliyini təsdiq edib besətini, peyğəmbər olmasını öz ümmətlərinə xəbər versinlər, nəticədə onun) əlamət və nişanələri hamıya aşkar, milad vaxtı mübarək və kəramətli idi. Bu zamanda yer əhli dağınıq, müxtəlif tayfalarda, dinlərdə, bidətlərdə, yollarda olub haq yoldan azmışdılar. Onlardan bəziləri Allahı Onun məxluquna oxşadır, bəziləri Onun adlarını özlərinin düzəltdikləri bütlərə qoyur, yaxud Ondan qeyrisinə işarə edirdilər. Allah-Taala onları Peyğəmbərin vasitəsi ilə düşdükləri zəlalətdən haq yola hidayət edib, nadanlıqdan və cəhalətdən xilas etdi. (Nəhcül-bəlağə, 1-ci xütbə)  
    )
    Digər tərəfdən, insan zatında olan özünü sevmək, həvayi-nəfsə itaət etmək, xudbinlik, şöhrətpərəstlik, hamıya qələbə çalmaq, təkəbbür, hamıdan üstün olmaq, dünya həyatı və onun bər-bəzəklərinə hərislik və s. kimi qərizələr və emosional xüsusiyyətlər əsasında xəlq edilmişdir. Allah-Taala buyurur:
    And olsun Əsrə ki, bütün insanlar xəsarətdədirlər.(Əş-şəms surəsi, 7-8.)
    Həqiqətən insan elə ki özünü qəni görür, tüğyan edir.(Əsr surəsi, 1-2.)
    Həqiqətən nəfs (əmmarə nəfsi) insanı pisliklərə sürükləyir. (Ələq surəsi, 6-7)
    Və s. kimi onun qərizələr və emosional xüsusiyyətə malik bir nəfsin varlığını göstərən sair ayələri qeyd etmək olar.
    Digər tərəfdən, Allah-Taala insanda əql qüvvəsi də yaratmışdır ki, bu qüvvə insanı xeyir işlərə, saleh əməllərə doğru hidayət edir. Həmçinin Allah onun batinində vicdan qüvvəsi xəlq etmişdir ki, onu pis, çirkin əməllərdən, zülmdən və s. çəkindirib, qəbahətli, pis işlərin aqibətindən agah edir.
    İnsanın bu iki daxili qüvvəsi–nəfs və əql arasında daimi çəkişmələr davam etməkdədir. Hər kəsin əqli nəfsinə qələbə çalsa, ən yüksək məqamlara, insaniyyətin kamal həddinə çatar, mənəvi və ruhi cəhətdən kamilləşmiş bir insan olar. Amma hər kəsin nəfsi əqlinə qələbə çalsa, ən alçaq dərəcələrdə olar, insaniyyət yolundan uzaqlaşar və heyvanlıq dərəcəsinə enər.
    İnsandakı bu iki düşmən qüvvələrdən ən güclüsü nəfsani ehtiraslar və onların qoşunudur. Məhz buna görə də insanların əksəriyyəti şəhvətə, nəfsani ehtiraslara itaət edib, onun çağırışlarına müsbət cavab verdiklərinə görə zəlalətdə qərq olaraq düz yoldan, hidayətdən uzaq düşürlər.
    (Ya Peyğəmbər) İnsanların əksəriyyəti–sənin istədiyinə baxmayaraq–iman gətirməzlər (Yusif surəsi, 53)
    Bundan əlavə, insan (əqlinin) qüsurlu olduğuna görə, bütün həqiqətlərdən, onu əhatə edən varlıqların və öz nəfsindən yaranan işlərin sirlərindən və s. lazımi qədər məlumatı olmadığından, ona faydalı və yaxud zərərli olan şeyləri, onu səadətə və ya bədbəxtliyə aparan yolları–istər təkcə özünə, istərsə də hər hansı insan növünə və cəmiyyətinə aid olan işlərdə–ayırd edə bilmir. Üstəlik onun elmi təbiət, maddi aləm barəsində artdıqca həmişə öz nəfsi barəsində cəhalətdə olub, cəhli artır, yaxud cəhlini daha yaxşı dərk edir.
    Buna əsasən, insan, səadət dərəcələrinə çatmaq üçün səadət və aşkar hidayət yolunu göstərə bilən bir hidayətçiyə daha çox ehtiyac duyur ki, bu şəxsin (hidayətçinin) vasitəsilə əqlini qüvvətləndirib əql və nəfsani qüvvələrlə mübarizəyə hazırlaşdığı bir vaxtda, özünün inadkar düşməninə, nəfsani istəklərə sövq edən qüvvələrə qələbə çalsın.
    İnsan bu yolda ən çox nəfsinin onu aldatdığı (əksər hallarda da nəfsin işi aldatmaqdır) pis əməllərini gözəl, yaxşı əməllərini cilvələndirib azğınlığa yuvarlanmasını təriflədiyi bir vaxtda belə bir şəxsə (hidayətçiyə) ehtiyac duyur ki, onun əlindən tutub, xeyirli, gözəl işlərə tərəf çəksin. Çünki nəfs, əql üçün yaxşı və xeyirli işləri pis və zərərli işlərdən seçmək üçün bir mərifət olmadığı vaxtda yaxşı şeyləri pis, pis şeyləri yaxşı cilvələndirir, məsləhətli, səadətli və nemət dolu yolu ona səhv göstərir.
    Allahın ismət bəxş etdiyi şəxslər istisna olmaqla insanlardan hər biri də nəfs və əql arasındakı bu mərəkədə qərq olur.
    Bu səbəbdən də nəinki vəhşi və cahil, hətta hər mütərəqqi və ziyalı şəxs özünü bütün xeyirli və məsləhətli yollara çatdırıb dünya və axirətdə ona faydalı, yaxud zərərli olan şeylər–istər şəxsən özünə aid olan, istərsə də cəmiyyətdə olan işlərə aid olsun–barəsində mərifət kəsb etməsi olduqca çətin bir işdir. Hətta bu yolda özü ilə həmfikir olan şəxslərdən kömək alsa da, böyük miqyaslı konfranslar, şuralar və s. təşkil etsələr də belə.
    Deməli, Allah-Taalanın bəndələrə qarşı olan rəhmət və lütfü vacib edir ki:
    Onların öz içindən olan peyğəmbər seçsin ki, Onun ayələrini xalqa tilavət edib nəfslərini (aludəliklərdən) paklaşdırsın, kitab və hikməti (elmi) onlara öyrətsin, (Yusif surəsi, 103) bəndələri fəsad törədən işlərdən çəkindirib qorxutsun, səadəti və mənafeyi olan şeylərə müqdə versin.
    Allahın bəndələrinə lütf göstərməsinin vacibliyinin səbəbi odur ki, lütf Onun mütləq kamalındandır və O, Öz bəndələrinə qarşı Lətif (lütf sahibi), Kərim (kəramət sahibi) və Cəvaddır (ehsan edəndir). Əgər məhəllin (bəndələr) lütf və ehsan üçün qabiliyyəti olsa, Allah hökmən Öz lütfünü onlara çatdırmalıdır. Çünki, Onun rəhmət dairəsində paxıllığa, kərəm və ehsanında nöqsana yol yoxdur.
    Allahın lütfü barəsində deyilən vacibdir sözünün mənası bu deyil ki, kimsə Onu bu işi görməyə əmr etsin və əmrə itaət etmək də Ona vacib olsun. Amma qeyd olunan vacibin mənası vacibül-vücudda deyilən mənadır. (Yəni bu işi görmək Onun Zatındadır və Ondan ayrılması qeyri-mümkündür.)
    15. PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏLƏRİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Biz inanırıq ki, Allah-Taala Öz bəndələri üçün bir hidayətçi və peyğəmbər seçirsə, onu xalqa hökmən təqdim etməli, xalqı onlara tərəf yönəltməlidir. Bu da yalnız o vaxt ola bilər ki, Allah bu şəxslərin ilahi risalətinə dair bir dəlil, höccət bəyan etsin, peyğəmbərlər də onu xalqa göstərsinlər.(Cümə surəsi, 2-ci ayə.) Beləliklə də Öz lütfünü bəndələrinə tamamlayıb rəhmətini kamil etsin.
    Bu dəlil və höccət də yalnız kainatın Xaliqi və Müdəbbiri tərəfindən baş verə bilən bir iş, başqa sözlə, bəşərin qüdrətindən xaricdə olmalıdır. Allah bu möcüzəli işləri göndərdiyi hidayətçi peyğəmbərin əli ilə icra edir ki, Öz peyğəmbərini tanıtdırıb xalqı da ona tərəf hidayət edə bilsin. Bu dəlil möcüzə (ərəb dilində möciz, yaxud möcizə, yəni aciz edən) adlanır. Çünki bu iş bəşəri, onun tayını gətirməkdə, o işlə qarşılaşmaqda aciz edir.
    Peyğəmbərin camaata möcüzə göstərib, onun vasitəsilə höccət gətirməsi labüd bir məsələ olduğu kimi, möcüzənin ecazlı olması da camaat arasında elə aşkar olmalıdır ki, nəinki dövrün adi camaatı, hətta alimləri, mütəxəssisləri belə onu gətirməkdə aciz olsun. Habelə, möcüzə nübüvvət iddiası ilə eyni zamanda olmalıdır ki, onun iddiasına bir dəlil olsun. Əgər qeyd olunan alim və mütəxəssislər aciz qalsalar, məlum olar ki, bu iş bəşər qüdrətinin fövqündə dayanır və fövqəl-təbii, xariqül-adə bir işdir. Həmçinin məlum olar ki, möcüzəni gətirən şəxs, Xaliqlə ruhi əlaqədə olduğu üçün, adi bəşərdən üstün bir şəxsdir.
    Hər kəsdə bu şərtlər ödənsə, yəni xarüqül-adə möcüzə baş versə və o bununla eyni zamanda nübüvvət iddiası etsə, qayda üzrə camaat onu təsdiqləyib iman gətirməli, söz və əmrlərinə itaət etməlidirlər. Bəziləri iman gətirir, bəziləri isə qəbul etməyib kafir olur.
    Məlum olduğu kimi, hər peyğəmbərin möcüzəsi öz dövrünün elm və fənlərinə mütənasib olmuşdur. Məsələn, Musa (əleyhis-salam)-ın möcüzəsi əqdahaya dönərək sehr və caduya üstün gələn əsası idi. Çünki o Həzrətin dövründə sehr ən çox yayılmış işlərdən idi. Elə ki, Musa (əleyhis-salam) əsanı gətirdi, sehrkarların əməllərinin hamısı batil oldu və hamısı anladı ki, bu iş onların qüdrətləri dairəsindən xaricdə, onların işlərindən çox-çox yüksəkdədir, bəşərin mislini gətirə bilməyəcəyi ecazlı işlərdəndir ki, onun müqabilində elm və ustalıqları zəifləyib aradan gedir.(Allah peyğəmbərləri ilahi nemətlərə müjdə verən (mübəşşir) və ilahi əzabdan qorxudan (münzir) kimi göndərmişdir ki, bəndələrin Allaha qarşı heç bir dəlil və höccətləri olmasın (və qiyamət günü deməsinlər ki, ey Allah, əgər bizə bir peyğəmbər göndərsəydin, Sənə itaət edərdik). Və Allah Əziz (izzətli, məğlubedilməz) və Həkimdir (hikmət üzündən iş görən). Nisa surəsi, 165)
    Həmçinin, İsa (əleyhis-salam)-ın möcüzəsi xora xəstəliyinə tutulanlara, anadangəlmə korlara şəfa vermək, ölüləri diriltmək idi. Çünki o Həzrət möcüzə gətirəndə, tibb elmi xalq arsında ən mühüm işlərdən sayılırdı. O vaxtın cəmiyyətində alimlər və təbiblər yüksək məqama və mənsəbə malik idilər. Onların elmi İsa (əleyhis-salam)-ın göstərdiyi işlər müqabilində aciz qaldı.(Və biz Musaya vəhy etdik ki, əsanı at. Elə ki əsanı yerə atdı, (əjdaha oldu) və onların düzəltdiklərini uddu. Haqq öz yerinə düşdü və onların əməlləri batil oldu, məğlub olub kiçildilər. Sehrkarlar səcdəyə düşdülər. (Əraf surəsi, 117-120-ci ayələr))
    Bizim Peyğəmbərmizin də əbədi möcüzəsi Qurani Kərimdir ki, Ərəbistanda fəsahət və bəlağət intibahının çiçəkləndiyi, özünün ən yüksək mərhələsinə çatdığı bir vaxtda özünün fəsahət və bəlağəti (söz ustalığı) ilə möcüzə idi. O dövrdə bəlağət ustaları bəyanlarının gözəl, fəsahətlərinin ali dərəcədə olduğu üçün xalq arasında hörmətə layiq görülürdülər. Belə bir şəraitdə Quran ildırım kimi gəlib onları zəlil etdi, dəhşətə gətirdi və başa saldı ki, onunla qarşılaşa bilməzlər. Onlar da Həzrətin möcüzəsi müqabilində zəlil və bacarıqsız onunla qarşılaşmaqdan aciz oldular, onun ayağının tozuna belə çatmadılar.((Biz İsanı) Bəni İsrailə rəsul kimi göndərdik. (O dedi:) Mən öz Rəbbim tərəfindən sizə bir ayə (möcüzə) gətirmişəm. Mən palçıqdan sizin üçün quş şəkli düzəldib ona öz nəfəsimi üfürürəm, o da Allahın izni ilə quş olur. Allahın izni ilə anadangəlmə koru və xora xəstəliyinə tutulanlara şəfa verir, ölüləri dirildirəm. Mən yeyib və ehtiyat saxladığınız şeylərdən sizi xəbərdar edirəm. Bu işlərdə sizin üçün (Allahın haqq və mənim rəsul olmağıma) nişanələr vardır, əgər iman gətirsəniz. Ali-İmran surəsi, 49 (Ya Peyğəmbər) de: əgər ins və cinn bu Quranın tayını gətirmək üçün əlbir olsalar da heç vaxt onun mislinin gətirə bilməzlər. Hətta əgər onların bəziləri bəzilərinə arxa olsalar da. (İsra surəsi, 88) Yoxsa deyirlər ki, ona iftira bəsləyib?! De: Onun misli olan on surə gətirin və Allahdan başqa bacardığınız kəsləri çağırın–əgər doğru deyirsinizsə. (Hud surəsi, 13).)
    Onların bu işdə aciz qalmalarına dəlalət edən işlərdən biri də budur ki, Quran onları mübarizəyə çağırır, heç olmasa onun kimi on surə(De: Əgər siz Öz bəndəmizə nazil etdiyimiz (Quran) barədə şəkk-şübhədə olsanız, onun kimi bir şəxsdən bir surə gətirin və Allahdan savayı şahidlərinizi də çağırın:–əgər doğru deyirsinizsə. (Bəqərə surəsi, 23) Yoxsa deyirlər ki, Ona iftira bağlayır?! De: bunun misli olan bir surə gətirib, Allahdan başqa hər kəsi bacarırsınızsa, çağırın:–əgər doğru deyirsiniszə. (Yunis surəsi, 38))gətirmələrini istəyir, amma onlar gətirə bilməyib aciz qalırlar. Sonra Quran heç olmazsa bir surə(Bax: Aərhül-məqasid, 5-ci cild, səh.50; Əl-ğənyətu fi üsulid-din, səh.161.) gətirmələrini istəyir, onlar yenə də aciz qalaraq bir iş görə bilmirlər.
    Quranın onları mübarizəyə tələb etdiyi halda, aciz qaldıqlarını, sonra isə dillə deyil, qılınc-nizə ilə mübarizəyə qalxmalarından məlum olur ki, Quran möcüzədir və onu Həzrət Mühəmməd ibni Əbdillah (səlləllahu əleyhi və alihi və səlləm) özünün nübüvvət iddiası ilə bir zamanda gətirmişdir. Deməli, o, Allahın Rəsuludur, haqqı gətirmiş, özü də onu təsdiq etmişdir.
    Allahın salam və rəhməti ona və onun məsum övladlarına olsun!
    16. PEYĞƏMBƏRLƏRİN İSMƏTİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Bizim əqidəmiz budur ki, peyğəmbərlərin hamısı və İmamlar (əleyhimüssalam) məsumdurlar. Bu məsələ barəsində bəzi müsəlman firqələri bizimlə müxalif olub isməti nəinki İmamlar barəsində, hətta peyğəmbərlərə belə, vacib bilmirlər.(Seyyid Mürtəza (r.ə) Tənzihül-Ənbiya kitabında buyurur: Əshabi-hədis və həşəviyə firqələri peyğəmbərlərin nübüvvətdən əvvəl kəbirə günaha mürtəkib olmalarını mümkün hesab etmişlər. Bəziləri hətta nübüvət vaxtında belə, şəriətin əda olunmasına aid olan işlərdəki yalandan başqa bütün kəbirə günahlara mürtəkib olmalarını caiz hesab etmişlər. Bəziləri də bunları peyğəmbərlik dövründə, amma gizlində mürtəkib olmalarını, bəziləri isə bütün hallarda caiz bilmişlər. Amma mötəzilə firqəsi peyğəmbərlərin bütün kəbirə və təhqiramiz səğirə günahlara mürtəkib olmalarını həm nübüvvətdən əvvəl, həm də sonra uzaq bilmişlər. Lakin təhqiramiz olmayan səğirə günahları hər iki halda (nübüvvətdən əvvəl və sonra) caiz bilmişlər. Sonra bu firqə ardıcıllarının da öz aralarında ixtilaf düşmüşdür. Bəziləri öz Peyğəmbərimizə də bilərəkdən kiçik günaha mürtəkib olmasını caiz bilmişlər. Bəziləri isə demişlər ki, peyğəmbərlər günah bildikləri şeyə yaxın düşməzlər, amma təvil əsasında günah edə bilərlər. Nəzzam, Cəfər ibni Mübəşşir və onlara tabe olanlar demişlər ki, peyğəmbərlərin günahı yalnız səhvən və ya qəflət üzündən baş verə bilər. Buna görə də qiyamətdə, onların ümmətlərindən, məqamlarının uca və mərifətlərinin qüvvəli olması səbəbi ilə götürülməsinə baxmayaraq, cəzalandırılacaqlar Bax: Tənzihül-Ənbiyanın müqəddiməsi.)
    İsmət(Lüğətdə ismətin mənası: ismət bir səciyyədir ki, insan onun səbəbi ilə bir şeydən qorunur, sanki onun vasitəsilə istəmədiyi şeyə düşməkdən imtina edir. Bu fel növü deyildir. Ərəb dilində itəsəmə fülanün bil-cəbəli yəni filankəs dağa sığındı. Məhşur Lisanül-ərəb lüğətində deyilir: İsmət hifz etmək deməkdir. Allahın köməyi ilə ismətli olmaq yəni Onun lütfü ilə günahdan, məsiyətdən uzaq olmaq. Allah bir kəsə ismət bəxş etmişdir–dedikdə, insanın Onun səbəbi ilə, itaətdə ikrahlı şeydən amanda qalması kimi bir tovfiq nəzərdə tutulur. Bu, suda qərq olan insana ip vermək kimidir ki, o da bu ipdən tutub xilas olur. Allah-Taala bu mənanı Ali-İmran surəsinin 103-cü ayəsində bəyan etmişdir: Hamılıqla Allah ipindən tutun və heç vaxt dağılışmayın! (Allah ipi–yəni Allah dini). İmam Zeynül Abidin (əleyhissalam)-dan məsum sözünün mənası barədə soruşduqda buyurdu: Məsum–Allah ipindən yapışan şəxsdir. Allahın ipi də Qurandır ki, bu ikisi (Quran və Məsum) qiyamətə kimi bir-birindən ayrılmazlar. Quran İmama, İmam da Qurana doğru hidayət edir. Məhz bu mənanı bu Allah kəlamı yetirir ki: Həqiqətən bu Quran ən möhkəm yola hidayət edir. (İsra surəsi, 9). Biharül-ənvar, 25-ci cild, səh.194; Məqalat (Aeyx Müfid), 4-cü cild, səh.34; Lisanül-ərəb, 12-ci cild, səh.403, ə-sə-mə maddəsi.)–kiçik və böyük günahlardan, (Allaha qarşı) üsyankarlıqdan (günahdan), xəta və unutqanlıqdan pak və uzaq olmaqdır (amma Peyğəmbərdən bu işlərin baş verməsi əqlən qeyri-mümkün sayılmır), üstəlik xalq arasında adət olan bizi kiçik şeylərdən (yolda bir şey yemək ucadan gülmək və s. kimi) həmçinin camaat arasında xoşagəlməz sayılan hər bir işdən uzaqdırlar.
    İsmətin vacib olması dəlili budur ki, əgər Peyğəmbərin günah (məsiyət) və xəta etməsi, unutqan olması caiz olsaydı və bu qəbildən olan bir fel baş versəydi, bu halda ondan üsyankarlıq və xəta kimi baş verən işə tabe olmaq ya vacibdir, ya da vacib deyil. Əgər vacibdirsə, deməli günah və məsiyətə Allah tərəfindən icazə verilir, üstəlik bunu vacib də bilməliyik.(Aydındır ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-ə (qeydsiz-şərtsiz) itaət etmək Allahın əmri ilə vacibdir. Biz hər bir Peyğəmbəri, yalnız Allahın izni ilə itaət olunsun deyə, göndərdik. (Nisa surəsi, 64)) Bu da həm din, həm də əql baxımından batil bir işdir.
    Yox əgər bu işlərdə onlara tabe olmaq vacib deyilsə, deməli, Peyğəmbərə qeydsiz-şərtsiz itaət etməyin vacibliyi şərtinin həmişə peyğəmbərlik məqamı ilə birgə olmasına zidd çıxarıq.
    Həqiqətdə isə əgər bu fərz doğru olsa və biz ondan baş verən hər bir feldə, danışdığı hər bir sözdə məsiyət, yaxud xəta ehtimalı versək onda heç bir şeydə ona tabe olmaq vacib deyil. Bu halda besətin heç bir mənası və faydası olmaz: peyğəmbər də sair insanlar kimi olar və onların kəlam və əməlləri üçün həmişə etimad olunası yüksək qiymət verilməz. Həmçinin onun əmrləri üçün hökmən, qeydsiz-şərtsiz itaət, sözlərinə və əməllərinə mütləq şəkildə etimad da aradan gedər.(Və belə olan hallarda isə Qurani Kərimdəki ayələrlə ziddiyyət təşkil edər, halbuki, bu ayələr Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in itaətinə təşviq edir, o cümlədən: Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə (Allah) onu (ağaclarının) altlarından çaylar axan cənnətlərə daxil edər. (Nisa surəsi, 13); Hər kəs Allaha və Rəsuli Əkrəmə itaət etsə o, Allahın nemət verdiyi kəslərlə birlikdə olacaq. (Nisa surəsi, 69); Hər kəs Rəsuli Əkrəmə itaət etsə, şübhəsiz ki, Allaha itaət etmişdir. (Nisa surəsi, 80) Aübhəsiz ki, sizin üçün Allahın Rəsulunda (söz, əməl və rəftarında) gözəl nümunələr vardır.; O kəslər üçün ki, Allaha qiyamət gününə ümidləri var və Allahı çox-çox yad edərlər. (Əhzab surəsi, 21) Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, şübhəsiz ki, böyük feyzə çatacaq. (Əhzab surəsi, 71))
    Peyğəmbərlərin isməti barəsindəki bu dəlil eynilə İmam barəsində də tətbiq olunur. Çünki İmam barəsində əqidəmiz budur ki, o, Allah tərəfindən Rəsuli Əkərəmin canişinliyinə və xalqı hidayət etmək üçün seçilmişdir (bu barədə İmamət bəhsində müfəssəl danışılacaq).
    17. PEYĞƏMBƏRİN XÜSUSİYYƏTLƏRİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Bizim etiqadımız budur ki, Peyğəmbərin məsum olması vacib olduğu kimi, xilqət və əqli cəhətdən ən kamil, ən fəzilətli sifətlərə–şücaətli, siyasətcil, idarəçilik, səbir, huşyarlıq, zəkalılıq və s. malik olmalıdır. Hətta bu sifətlərdə bir kəs onun mərtəbəsinə çata bilməz. Əks halda onun bütün məxluqata ümumi rəhbər olması səhih olma, bütün aləmi idarə etməyə gücü çatmazdı.
    Həmçinin Peyğəmbərin hətta mövludu (doğumu) da pak-pakizə, besətdən qabaq əmanətdar, sadiq (doğruçu) və rəzil sifətlərdən pak olması da vacibdir ki, qəlblər ona doğru xatircəmliklə yönəlsin, nəfslər ona doğru meyl etsin, habelə bu əzəmətli və ilahi məqama layiq olsun.
    18. PEYĞƏMBƏRLƏR VƏ ONLARIN KİTABLARI BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Biz inanırıq ki, bütün nəbi və mürsəl peyğəmbərlərin hamısı haqq olmuşlar. Habelə, onların da ismət və paklıqlarına iman gətiririk. Onların nübüvvətini inkar etmək, nalayiq söz demək, istehza etmək və s. kimi işlər dinsizlik və küfrdür. Çünki bu əməllər onları təsdiqləyən və onlar barəsində bizə xəbər verən öz Peyğəmbərimizin inkarına gətirib çıxarır.
    Onların içərsində adları və şəriətləri məlum olanlar–Adəm,(Bəzi peyğəmbərlərin adları Quranda bir neçə dəfə gəlmişdir, o cümlədən: Adəm peyğəmbərin adı–18, Nuh–43, İdris–2, Hud–10 , Saleh–9, İbrahim–69, Lut–27, İsmail–11, Əlyəsə–2, Zul-kəfl–2, İlyas–2, Yunis–4, İshaq–17, Yəqub–16, Yusif–27, Aüəyb–11, Musa–163, Harun–20, Davud–16, Süleyman–17, Əyyub–4, Zəkəriyyə–7, Yəhya–5, İsmaili Sadiqil-vəd –(İbrahim əleyhissalamın oğlu İsmaildən başqadır) 1, İsa–26 və Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in mübarək adı 4 dəfə Mühəmməd, bir dəfə isə Əhməd adı ilə zikr olunmuşdur. Bütün peyğəmbərlər içərisində 5 nəfəri ulul-əzm şəriət sahibləri olmuşlar. Bütün nəbi və mürsəl peyğəmbərlərin içərisində ən fəzilətlisi–onların sonuncusu Mühəmməd ibni Əbdillah (səlləllahu əleyhi və alihi və səlləm)-dir. Əlavə məlumat üçün bax: Biharül-ənvar, 11-ci cild, səh.77; Əl-xisal; Əmali; Kənzül-ümmal, 32276-32277-32282-ci hədis-lər. Əl-mizan təfsiri, 2-ci hissə; Mizanül-hikmət, 7-ci hissə və s.) Nuh, İbrahim, Davud, Süleyman, Musa, İsa və Quranda adları zikr olunan peyğəmbərlərə xüsusi şəkildə iman gətirmək vacibdir. Hər kəs onlardan birini inkar etsə, ümumi halda hamısını, xüsusilə də bizim Peyğəmbəri inkar edir.
    Həmçinin onlara nazil olan kitablar və s.-yə də iman gətirmək vacibdir.
    Hal-hazırda xalq arasında mövcud olan Tovrat və İncilə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu iki kitab, Musa və İsa (əleyhiməssalam)-ın zamanından sonra tamahkarların, həvayi-nəfsə tabe olanların əlində oyuncağa çevrilmiş, nazil olduqları ilkin şəkildən çıxarılaraq təhrif olunmuşdur; bəzi şeylər artırılıb, bəzi şeylər isə əsgildilmişdir. Hal-hazırdakı Tovrat və İncilin əksəriyyəti, bəlkə də hamısı Həzrət Musa və İsa (əleyhis-salam) tabeçiləri tərəfindən yazılıb, toplanmışdır.
    19. İSLAM BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Biz inanırıq ki, həqiqətən Allah yanında din yalnız İslam dinidir.(Ali-İmran surəsi, 19 və Hər kəs İslamdan başqa bir dini seçsə, heç vaxt ondan qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. (Ali-İmran surəsi 85))Bu haqq ilahi şəriət, şəriətlərin sonuncusu və ən kamili olub, bəşərin səadəti ilə ən müvafiq, dünya və axirət mənafe və məsləhətlərini özündə ən çox cəm edən bir şəriətdir, dünya durduqca əbədi qalmağa səlahiyyəti var. Dəyişdirilə, başqası ilə əvəz edilə bilməz. Bəşərin ehtiyaclı olduğu fərdi, ictimai və siyasi qanunların hamısını özündə ehtiva edir.
    İslam dini, ilahi şəriətlərin ən sonuncusudur və biz zülm və fəsada qurşanmış bugünkü bəşəriyyətin islahı üçün başqa bir dinin gəlişini gözləmirik. Deməli, hökmən bir gün gələcəkdir ki, İslam dini qüvvətlənib öz ədalətli qanunları ilə bütün cəmiyyətlərə hakim olacaq.(Biz Zəburda zikrdən sonra yazmışıq ki, həqiqətən yer üzünü, Mənim saleh bəndələrim irs aparacaqlar. (Ənbiya surəsi, 105.))
    Əgər İslam şəriəti öz qanunları ilə yer üzündə kamil, səhih surətdə tətbiq olunlrsa, bəşəriyyət arasında ümumi, cahanşümul olar, onların səadətləri ktmilləşər. Hələlik yuxu kimi görünən rifah və izzət-şövkətdə, bolluq, rahatlıq və gözəl əxlaqda olar, dünyada zülmün kökü kəsilər, bütün insanlar arasında mehr-məhəbbət artar, dostluq, qardaşlıq bərqərar olar, yoxsulluq və fəqirlik vücud səhifələrindən məhv olub gedər.
    Hal-hazırda isə biz, özlərini müsəlman adlandıranlar arasında acınacaqlı halları görürüksə, səbəbi budur ki, İslam dini yarandığı ilk zamandan indiyə qədər özünün həqiqi mənasında tətbiq olunmamış, onun həqiqi ruhu aşılanmamışdır. Müsəlmanları bu çirkin, acınacaqlı vəziyyətə salan şey İslam dininə arxalanmaq, ona tabe olmaq deyil, əksinə, müsəlmanların İslam təlimlərindən üz döndərmələri, onun qanunlarına hörmətsizlik göstərmələri, öz aralarında zülmün, düşmənçiliyin yayılması–istər padşahların, istər rəiyyətin, istər məxsus şəxslərin, istərsə də avam xalq tərəfindən–tərəqqi yolunda əngəllər törətmiş, qüvvələrini, mənəviyyatlarını həddindən artıq zəiflədərək tənəzzülə uğratmış, bəla və müsibətləri öz arxasınca çəkib gətirmişdir. Allah-Taala da onları, etdikləri günahlar səbəbi ilə həlakətə salmışdır:
    Bunun səbəbi budur ki, həqiqətən Allah hər hansı bir qövmə verdiyi bir neməti–onların özləri o neməti dəyişməyincə–dəyişən deyil. (Ənfal surəsi, 53)
    Bu Allahın məxluqatdakı sünnəti-dəyişilməz qanunudur ki:
    Həqiqətən günahkarlar səadətə çatmazlar.(Yunis surəsi, 17)
    Sənin Rəbbin bir yeri (qəryəni)–oranın əhalisi islahatçı olduğu halda–zülm ilə həlak etməz.(Hud surəsi, 117)
    Rəbbinin cəzalandırması bax belədir! Bir yeri cəzalandırsa–o yerin əhalisi də zalımlar olsa–cəzası çox dərdli və şiddətlidir. (Hud surəsi, 102)
    Dinin yalnız vərəq üzərində yazılar olaraq əməl olunmadığı, onun ruhoxşayan təlimlərinə ən aşağı səviyyədə belə əməl olunmadığı halda onun bu ümməti hazırkı acınacaqlı haldan xilas etməsini necə gözləmək olar?
    İman və əmanətdarlıq, sədaqət və ixlas, din qardaşı yolunda candan keçmək, gözəl rəftar, özün üçün sevdiklərini müsəlman qardaşın üçün də istəmək və s. kimi gözəl səciyyələr İslam dininin ən ilkin əsllərindəndir. Halbuki müsəlmanlar onları elə qədim zamanlardan bugünkü günə qədər boşlamışlar. Nə qədər vaxt keçirsə bir o qədər də çox pərakəndə firqələrə, dəstələrə parçalanır, dünya malı, maddiyyata görə bir-birinin canına düşür, puç xəyallara qapılaraq bir-birini əzişdirir, dərk etmədikləri fikir və rəylərə, yaxud ümumiyyətlə onlara aid olmayan işlərə görə bir-birini kafir hesab edirlər. Nəticədə dinin göhvərindən, özlərinin və cəmiyyətlərinin məsləhət və mənafelərindən yayınaraq Quranın əzəli, yaxud sonradan yaranan olması, əzab və rəcət, həmçinin cənnət və cəhənnəmin hal-hazırda yarandığı, yoxsa sonradan yaranacağı və s. kimi çox da mühüm olmayan məsələlər, aralarındakı anlaşılmazlığı daha da dərinləşdirmiş, bir-biri ilə çəkişməyə başlamış və bir-birini kafir hesab etmişlər. Bu çəkişmələrin hamısı onların, düzgün yoldan–sünnətdən azıb fəlakətə, fənaya doğru sürükləndiklərinə dəlalət edir.
    Zamanın keçməsi ilə onların haqq yoldan sapmaları daha da dərinləşmiş, cəhalət və zəlalət onlara hakim olmuş, əsassız və lazımsız məsələlər, puç xəyallar, xurafat, müharibə, yersiz öyünməklə özlərini məşğul etmiş, nəticədə dibi görünməyən bir quyuya düşmüşlər. Bunların baş verdiyi bir vaxtda İslamla barışmaz düşmən və müsəlmanların qəflət dəryasına qərq olduqları bir vaxtda oyaq olan Qərb, müsəlmanların sakin olduqları bu ölkələri istila altına alıb öz müstəmləkəsinə çevirmişdir. Allahdan başqa heç kəs bu müsibətin müddətini və sonunu bilmir.
    Sənin Rəbbin bir yeri (qəryəni)–oranın əhalisi islahatçı olduğu halda–zülm ilə həlak etməz. (Hud surəsi, 117)
    Bu gün müsəlmanların bu acınacaqlı vəziyyətdən xilas olmaqları üçün yeganə yol budur ki, özlərinə qayıdıb etdikləri süstlüklərin, səhlənkarlıqların hesabını etsinlər, dinin gözəl, qiymətli təlimləri ilə öz nəfslərini və gələcək nəsilləri paklaşdırmağa səy göstərsinlər, aralarındakı zülm və zorakılığı aradan qaldırsınlar, özlərinə bu böyük bəladan nicat versinlər. Məhz bundan sonra, yer üzü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolmalıdır. Necə ki, bunu Allah Öz Rəsuluna vədə vermişdir.(Biz Zəburda zikrdən sonra yazmışıq ki, həqiqətən yer üzünü Mənim saleh bəndələrim irs aparacaqlar. Həqiqətən bunda ibadət edən qövm üçün bəlağ vardır. (Ənbiya surəsi, 105-106) Həzrəti Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən və Məsum İmamlarımızdan mütəvatir şəkildə nəql olunan hədislərdə deyilir ki, Həzrəti Fatimə əleyha salamın nəslindən olan Məhdi axır zamanlarda zühur edib yer üzü zülm və ədalətsizliklə doülduqdan sonra, haqq-ədalətlə dolduracaqdır. (Bu barədə Məhdi haqqında əqidəmiz bölməsində müfəssəl söhbət olunacaq.))
    Bu da yalnız dinlərin sonuncusu olan İslam dinindən gözlənilir. Dünyaya sülh, səfa gəlməsi, islah olunması İslamsız mümkün deyil.
    Həmçinin bir İmamın varlığı da labüd və zəruridir ki, O İslama daxil olan xurafatları, ona artırılan bidət, zəlalət və s.-ni dindən paklasın, bəşərə nicat versin, onları düşdükləri ümumi fəsaddan, daimi zülümdən və düşmənçilikdən, qiymətli əxlaqiyyatın, ruhun təhqirindən xilas etsin.
    Allah Onun zühurunu tezləşdirib, bizim üçün asan etsin!
    Category: İmamiyyə şiələrinin əqidə üsullari | Added by: Islam_Kitabxanasi
    Views: 689 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024