İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İmamiyyə şiələrinin əqidə üsullari

    İmamiyyə şiələrinin əqidə üsullari
    2012-01-12, 12:11 PM

    20. İSLAM ŞƏRİƏT SAHİBİ BARƏDƏ ƏQİDƏMİZ
    Biz inanırıq ki, İslam risalətinin sahibi Həzrət Mühəmməd ibni Əbdüllahdır. O peyğəmbərlərin sonuncusu, mürsəl peyğəmbərlərin ağası, istisnasız olaraq hamısından əfzəl (ən fəzilətli) və üstündür. Habelə, o, bütün bəşəriyyətin ağasıdır. Heç bir fəzilətli şəxs fəzldə ona bərabər ola bilməz. Kəramətdə bir kəs ona çata bilməz. Əqldə heç kəs Ona yaxın bir dərəcədə ola bilməz. özəl əxlaqda heç kəs ona çata bilməz və O əzəmətli əxlaqdadır. Allah-Taala (Peyğəmbərə xitabən) buyurur:
    Həqiqətən sən əzəmətli əxlaqdasan! (Qələm surəsi, 4)
    Bu üstünlüklər bəşərin vücuda gəldiyi dövrdən Qiyamətə kimi ondan savayı heç kəsdə ola bilməz.(Nəhcül-bəlağənin 108-ci xütbəsində İmam Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam) Həzrət Peyğəmbəri belə vəsf edir: Allah onu peyğəmbərlər silsiləsindən (Həzrət İbrahim (əleyhissalam)-ın övladlarından), (hidayət nuru parlayan) nur çırağından, yüksək və ali məqamlı şəriflərdən, Bəthanın (Məkkədə olan yerin) mərkəzindən, zülmət çıraqlarından (Həzrətin babaları sərgərdan qalanların çırağı idi), hikmət çeşmələrindən seçdi (Həzrətin əcdadlarının hamısı din və şəriət sahibləri idi və hamı onlardan hikmət öyrənirdi). Başqa bir yerdə buyurur: O, (Peyğəmbər) Öz tibb avadanlıqları ilə dolanan səyyar (ruhani) təbib idi, (xalq arasında həlakedici ruhi xəstəliklərə şəfa verirdi), öz məlhəmlərini (elm və məarifi) ilə (xalqın zəlalət və nadanlıq yaralarını sağaldaraq) möhkəm və hazır saxlayırdı. Yaranı sağaldır (nəhy əz münkər alovundan, ilahi əzabdan qorxutmaqla), yalnız ehtiyac olan yerlərə: (məarifi dərk etməkdə) kor olan qəlblərə, (haqqı eşitməkdə) kar olan qulaqlara, (haqq, düz danışmaqda) lal olan dillərə dağ basır, müalicə edirdi. Öz (ruhani və mənəvi) dava-dərmanları ilə qəflət, nadanlıq, heyrət və sərgərdançılıq mərkəzlərini axtarıb tapır, xəstələri müalicə edirdi. Lakin hikmət və mərifət nuru ilə işıqlana bilməyən, nurlu elmin təsir etmədiyi insanlar (şüurunu işə sala bilməyən və bütün səyini yeyib-içməyə sərf edənlər) heyvanlar, bərk daşlar kimi idi. (Nəhcül-bəlağə, 108-ci xütbə))
    21. QURANİ KƏRİM BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Bizim etiqadımız budur ki, Quran Allah tərəfindən, Onun Əziz Peyğəmbərinin qəlbinə nazil edilən ilahi vəhydir. Onda hər şeyin bəyanı vardır. Quran Peyğəmbərin əbədi möcüzəsidir ki, bəşər bəlağət və fəsahətdə, habelə ehtiva etdiyi ali həqiqət və məariflər müqabilində aciz qalmışdır. O dəyişdirilə,(Həqiqətən Biz Zikri (Quranı) nazil etdik və mütləq Biz onu qoruyacağıq. (Hicr surəsi, 9)) əvəz edilə, təhrif oluna bilməz.
    Hal-hazırda biz müsəlmanların arasında mövcud Quran olan elə Peyğəmbərə nazil olan Qurandır. Hər kəs bu əqidədən başqa bir şey iddia etsə, dinə zərbə vurub ixtilaf və şübhə salmaq istəyənlərdir və bunların da hamısı hidayətdən sapmışlardır. Çünki, o, Allah kəlamıdır, elə bir kəlam ki,
    Ona nə arxadan, nə də öndən (yəni heç bir tərəfdən) batil söz gəlməz. (Füssilət surəsi, 42)
    Onun möcüzə olmasının dəlillərindən biri budur ki, zamanın keçməsi, elmi-texniki tərəqqinin bu qədər yüksəlişi ilə belə, o öz tər-təzə, təravətli və şirinliyində, özünün ali məqsəd, məram və ideologiyasında qalmaqdadır. Sabit elmi nəzəriyyələr baxımından onda heç bir yanlış, səhv xəta, həqiqi fəlsəfi nöqsan görünməz. Amma böyük filosofların, dahi alimlərin kitablarında, onların elmi məqamları, ideoloqi baxışları nə qədər yüksək olsa da belə, hamısının da olmasa, əksəriyyətinin nəzəriyyəsi zamanın keçməsi, elmin inkişafı ilə köhnəlib, qüvvədən düşür və öz əhəmiyyətini itirir, yaxud səhv olduğu aydınlaşır. (Yəni zamanın keçməsi ilə nəzəriyyələri dəyişilir.) Hətta dahi Yunan filosoflarından olan Sokrat, Aristotel, Əflatun kimi fəlsəfənin atası sayılan və bütün elmi şəxsiyyətlərin fövqündə dayanan şəxsiyyətlər də eyni qayda ilə.
    Həmçinin biz inanırıq ki, Qurani Kərimə ehtiram göstərmək, sözdə və əməldə əzəmətlə yad edib təzim etmək vacibdir. Onun kəlmələri hesab olunan, hətta bir kəlməni də belə murdarlamaq caiz deyildir.
    Təharətli olmayan şəxslərin Quran kəlmələrinə, hərflərinə məss etməsi caiz deyildir.
    Ona təharətlilərdən başqa kimsə məss edə bilməz. (Vaqiə surəsi, 79)
    İstər cənabət, heyz, nifas və s. kimi böyük hədəs səbəbilə, istərsə də yuxu kimi kiçik hədəsdən paklanmayınca (yəni fiqhi kitablarda bəyan olunduğu kimi, birinci halda qüsl, ikinci halda dəstəmaz almayınca) Quran hərflərinə əl vurmaq olmaz.
    Habelə, onu yandırmaq, camaat arasında hörmətsizlik sayılan hər hansı yolla: tullamaq, murdarlamaq, doğramaq, ayaq altına salmaq, yaxud həqir yerdə qoymaq və s. hörmətsizlik etmək olmaz. Əgər bir kəs qəsdən ona qarşı, qeyd olunan əməllərdən biri ilə hörmətsizlik etsə, təhqir etsə, o, İslamı və onun müqəddəslərini inkar edənlər sırasından, dindən çıxanlardan Allaha kafir olanlardan sayılır.
    22. İSLAM VƏ SABİQ ŞƏRİƏTLƏRİN İSBAT OLUNMA YOLU
    Bir kəs bizimlə İslamın səhih din olub-olmaması barəsində mübahisə etsə, biz bu dinin əbədi möcüzəsi–Qurani Kərim ilə onu qane edə bilərik. (Əvvəldə qeyd olunan möcüzə xüsusiyyətlərinə əsasən) Həmçinin bu isbat yolu hər bir azad fikirli insanın əqidəsinin formalaşıb təsbit olunmasında irəli gələcək sual və şəkkin əvvəlində də özümüzü qane edəcək bir yoldur.
    Amma sabiq şəriətlərə gəldikdə isə, (yəhudilik və məsihilik) biz onların əslinin haqq olmasını islami əqidədən kənarda və Qurani Kərimə istinad etmədən isbat etmək istəsək, nə özümüz, nə də bu barədə təhqiqat aparan, şəkk edən şəxs üçün onların səhihliyinə qane edə biləcək bir dəlilimiz yoxdur. Çünki bu dinlərin bizim Əziz Kitabımız kimi əbədi möcüzələri yoxdur. Bu dinlərin tabeçilərinin sabiq peyğəmbərlərdən nəql etdikləri möcüzə və xariqül-adə işlərə gəldikdə isə, onları nəql edənlər, yaxud o işlərə istinadən hökm edənlərin özləri yalançılıqda müttəhim olunurlar. Sabiq peyğəmbərlərə mənsub edilən mövcud Tövrat və İncillərdə isə İslamın təsdiq etdiyindən öncə əbədi möcüzə kimi qəbul ediləcək, öz-özlüyündə qəti, qaneedici bir dəlil olacaq şeylər yoxdur.
    Amma biz müsəlmanlar sabiq şəriətlərdəki nübüvvəti təsdiq edə bilərik. Çünki biz, İslamın haqq olmasını təsdiq etdikdən sonra, onun gətirdiyi və təsdiq etdiyi bütün şeyləri, o cümlədən, icmal şəkildə sabiq peyğəmbərlərin nübüvvətini təsdiq etməliyik.(Bax: Əqidətuna fil-ənbiya və kutubihim)
    Beləliklə müsəlman bir şəxs İslamı qəbul etdikdən sonra (əsl) məsihilik və ondan öncə mövcud şəriətlərin səhihliyində təhqiqat aparmağa ehtiyac duymur. Çünki, İslamı təsdiq etmək sabiq şəriətləri təsdiq etməkdir, ona iman gətirmək elə sabiq nəbi və peyğəmbərlərə də iman gətirməkdir və müsəlman şəxs üçün bu barədə bəhs etmək, o şəriətləri gətirən peyğəmbərlərin möcüzələrinin doğruluğunda təhqiqat aparmaq vacib deyildir. Çünki müsəlman şəxs İslama olan iman səbəbilə, onlara da iman gətirir.
    Amma əgər bir şəxs İslamın səhihliyindən bəhs etsə və səhihliyi onun üçün sübuta yetməsə, (nəzər və mərifət kəsb etməyin vacib olması hökmü ilə) əqlən ona vacibdir ki, məsihi dininin səhihliyi barədə bəhs edib təhqiqat aparsın. Çünki o, İslamdan öncə olmuş dinlərin sonuncusudur. Əgər məsihi dini barəsində təhqiqat aparıb yəqinə yetməsə, növbəti sonuncu din barəsində (yəhudi dinində) təhqiqat aparmalıdır. Bu təhqiqatı o qədər davam etdirməlidir ki, hasısa bir dinin haqq, səhih olması barədə yəqinə çatsın, yaxud da hamısını kökündən inkar etsin.
    Amma yəhudiyyət və məsihiyyətdə olanlar üçün yuxarıdakı məsələl tam əksinədir. Belə ki, bir yəhudinin öz dininə etiqadı onu İslam və məsihiyyətin səhihliyi barədə bəhs etməyə kifayət deyildir. Əksinə əqlin hökmünə görə, bu barədə əlavə məlumat kəsb etməlidir. Həmçinin məsihilər, İsa (əleyhis-salam)-a gətirdikləri imana arxalanıb İslamın səhih, haqq olmasını isbat edə bilməz və bu barədə təhqiqat, aparmalıdırlar. Əlavə təhqiqat aparmadan öz dininə qənaət etsə (və haqqa çatmasa-red.) üzrü qəbul olmaz. Çünki yəhudiyyət və məsihiyyət özlərindən sonra gələcək və bu dinlərin hökmlərini qüvvədən salacaq bir şəriətin varlığını nəfy etmirlər. Həmçinin nə Musa (əleyhis-salam), nə də İsa (əleyhis-salam) məndən sonra peyğəmbər yoxdur deməyibdir.(Bunların əksinə olaraq İsa (əleyhissalam) özündən sonra gələcək peyğəmbəri müjdə vermişdir. Quran bu barədə deyir: Yada sal o zamanı ki, Məryəm oğlu İsa dedi: Ey İsrail övladları! Həqiqətən mən Allahın sizə göndərdiyi peyğəmbərəm. Əlimdə olan Tovratı təsdiq edir, özümdən sonra gələcək, adı da Əhməd olan Peyğəmbəri sizə müjdə verirəm. Amma elə ki, (Peyğəmbəri Əkrəm) onlara aşkar dəlillər gətirdi, bu aşkar sehrdir dedilər. (Səff surəsi, 6))
    Bəs yəhudilər və məsihilər öz dinlərindən sonra gələn şəriət barəsində (yəhudilərin məsihiyyət barəsində, hər ikisinin İslam barədə) təhqiqat aparmadan öz əqidə üsullarına xatircəm olmaları, öz dinlərinə istinad etmələri necə mümkün ola bilər? Əqlin hökmünə görə, onlardan hər biri öz dinlərindən sonra gələn din barədə təhqiqat aparıb, səhih olduğu təqdirdə onu qəbul etməli, əks halda isə öz dinlərində qalıb ona istinad etməlidirlər.
    Amma müsəlmanlara gəldikdə isə (qeyd etdiyimiz kimi), onların İslama etiqad bəslədikdən sonra nə keçmiş dinlər, nə də iddia olunacaq hər hansı gələcək din barədə təhqiqat aparmaları vacib deyil. Çünki keçmiş dinləri İslam təsdiq edir, belədirsə, əlavə dəlil axtarmağın nə lüzumu vardır? Keçmiş din hökmlərində bunu bilmək lazımdır ki, onlar İslam şəriəti vasitəsilə nəsx olunub (qüvvədən salınıb), nəticədə onların hökm və kitablarına əməl etmək vacib deyildir.
    İslamdan sonra iddia oluna biləcək dinlərə gəldikdə isə, Peyğəmbərimiz Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in buyuruğuna istinad etmək kifayətdir. O Həzrət buyurub ki:
    Məndən sonra heç bir peyğəmbər yoxdur(Bax: Səhihi-Müslüm, 3-cü cild, səh.1471, 1842-ci hədis; Müsnədi-Əhməd, 3-cü cild, səh.32; Əl-möcəmül-kəbir 8-ci cild, səh.161, 7617-ci hədis; Sünəni-Beyhəqi, 8-ci cild, səh.144; Əmali (Aeyx Müfid), səh.33) və o doğruçu, əmanətdar, etimad olunacaq şəxsdir.
    (Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Həvayi-nəfs üzündən söz demir, dedikləri ona ilham olunan vəhydən başqa bir şey deyil. (Ən-Nəcm surəsi, 3-4-cü ayələr)
    Belədirsə, bir kəs O Həzrətdən sonra (yalandan) nübüvvət iddiası edərsə, onun sözünün səhih olub-olmamasına dəlil istənilməməlidir (və Peyğəmbərin buyuruğuna əsasən, yalançı olduğu məlum olar-red.).
    Amma risalət sahibinin dövründən uzun zaman fasiləsindən, məzhəb və rəylərin ixtilaflı olmasından, müsəlmanların müxtəlif firqələrə, dəstələrə parçalanmasından sonra hər bir müsəlman şəxsə vacibdir ki, risalət sahibi Həzrət Mühəmməd (əleyhis-salam)-a nazil olan hökmləri dəqiq yetirməsinə yəqini olan yol ilə getsin. Çünki müsəlman şəxs şəriət hökmlərinin hamısını necə nazil olubsa o qaydada da əməl etməyə vəzifəlidir.
    Amma belə bir məsələ qarşıya çıxır ki, müsəlmanların müxtəlif firqələrə ayrıldığı, tayfalara bölündüyü halda haradan bilmək olar ki, hal-hazırdakı hökmlər elə o vaxt nazil olanlardır? Onların arasında vahid formada qılınan namaz, yekdilliklə qəbul edilib əməl olunan ibadət yoxdur, heç bir rəftar və əməldə yeknəsəqlik gözə dəymir. Bu halda nə etməliyik? Hansı təriqət əsasında namaz qılmalıyıq? Nikah, təlaq, irs, al-ver, cəza tədbirlərinin icrası, diyə verilməsi və s. kimi ibadi və müamilə əməllərində hası formada əməl etməliyik?
    Müsəlmanın bu kimi əməllərdə ata-babalarına təqlid etməsi caiz deyildir. Qohum-əqrəbanın, dost-tanışın dedikləri qarşısında da təslim olmaq düz deyil. Bu barədə özü ilə Allah arasında yəqinə çatmalıdır. Kiminsə təklifini qəbul, onun razılığını əldə etmək üçün, kiməsə yaltaqlanmaq, kiminsə göstərişinə görə, yaxud sırf təəssübə görə olmamalıdır.
    Amma bununla belə, insan yəqin etməlidir ki, bu yollardan ən düzgününü, ən şərifini seçərək, Allahın ona vacib etdiyi əməlləri düzgün yerinə yetirməklə, əməllərinin öhdəsindən gəlmişdir. Həmçinin yəqin etməlidir ki, Allah onu, düzgün yolla getdiyi, hökmləri oradan əxz etdiyi üçün cəzalandırmayacaq. Allahın razılığını qazanmaq, itaət etmək yolunda onu ələ salıb məsxərə edənlərin sözü ona təsir etməməlidir.
    Aya, insan belə güman edir ki o, özbaşına buraxılacaq?!(Qiyamət surəsi, 36)
    Yox, insan öz nəfsinə (başqalarından daha) agahdır!(Qiyamət surəsi, 14)
    Həqiqətən bunlar təzikərdir (xatırlatmaqdır); hər kəs istəsə Öz Rəbbinə doğru yol seçər. (Müzzəmmil surəsi, 19)
    İnsan üçün yaranan ilk sual budur ki, Peyğəmbər Əhli-beytinin getdiyi yolu seçsin, yoxsa onlardan qeyrilərinin yolunu? Əgər Əhli-beyt (əleyhimüssalam)-ın yolunu seçərsə, bu halda yenə sual yaranır ki, görəsən burada da səhih yol 12 İmam məzhəbinin yoludur, yoxsa yerdə qalan şiə məzhəblərinin yolu?
    Əgər sünnülərin yolunu tutursa, sual yaranar ki, görəsən dördlük təşkil edən məzhəblərə təqlid etsin, yoxsa, artıq aradan getmiş məzhəblərə? Bu qayda ilə ixtiyarlı və azad fikirli insan öz özündə baş qaldıran suallara cavab axtarıb etimadlı haqq dayağa pənah aparır.
    Məhz buna görə bizlərə vacibdir ki, bundan sonra İmamət, daha sonra isə 12 İmam məzhəbinin növbəti əqidəsi barədə bəhs edək.
    Category: İmamiyyə şiələrinin əqidə üsullari | Added by: Islam_Kitabxanasi
    Views: 776 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024