İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » İmamiyyə şiələrinin əqidə üsullari

    İmamiyyə şiələrinin əqidə üsullari
    2012-01-12, 12:11 PM
    ÜÇÜNCÜ FƏSİL:
    İMAMƏT
    –İmamət
    –İmamIn isməti
    –İmamIN xaraKteriK xüsusiyyətləri və elmi
    –İmamlara itaət
    –Əhli-beytə məhəbbət
    –İmamlar
    –İmamlar Allah tərəfindən olan hÖKmlədir
    –İmamlaIn sayI
    –Məhdi
    –RəCət
    –Təqiyyə
    23. İMAMƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Biz inanırıq ki, İmamət üsuli–dinin(İmamiyyə şiələrinin etiqadına əsasən, imamət üsuli dinin 4-cü əsas rüknüdür və əhəmiyyətinə görə nübüvvətdən sonra gəlir. Həmçinin əqidə qaydası kimi şərt olunması da mümkündür, belə ki, şiələr bunun vasitəsi ilə sair islami məzhəblərdən seçilmişlər. imamət Əhli beyt (əleyhissalam) tabeçilərinin məzhəbinin ideoloji əsası sayılır. İmamət lüğətdə bir şəxsin, camaatın ona tabe olub iqtida etmələri üçün irəli keçməsinə deyilir. Tabe olunan şəxs İmam, tabe olanlar isə məmum adlanır Deməli, İmam, insanın söz və əməldə iqtida etdiyi, tabe olduğu şəxsə deyilir (əimmətun kimi cəm bağlanar). İmam kəlməsi Qurani Kərimdə 12 yerdə zikr olunub. Yeddi yerdə tək halda (İmam: Bəqərə 124, Hud 17, Hicr 79, İsra 71, Furqan 74, Yasin 12, Əhqaf 12), qalan 5 yerdə isə cəm halında (əimmətun: Tovbə 12, Ənbiya 73, Qəsəs 5, və 41, Səcdə 12) gəlmişdir. İlahiyyat elmi istilahında isə imamət dedikdə, ilahi bir məqam, mənsəb başa düşülür ki, Allah onu Peyğəmbəri seçdiyi kimi Özünün bəndələrə olan əzəli elmi ilə seçir, Peyğəmbərə əmr edir ki, İmamı ümmətə tanıtdırıb ümməti, ona itaət etməyə çağırsın. Bəndələrin İmamı seçməyə haqları və səlahiyyətləri yoxdur. Sənin Rəbbin istədiyini xəlq edir, onlar üçün xeyirli şəxslər seçir. (Qəsəs surəsi, 68)) ayrılmaz bir hissəsidir və iman yalnız İmamətə etiqad bəsləyəndən sonra kamil olar. Bu barədə heç kəsə–nə qədər böyük şəxsiyyətli olsa da belə–ata-babalara, qohum-əqrəbaya, sair möminlərə təqlid etmək əsla caiz deyildir, əksinə, tovhid və nübüvvət bəhsində qeyd olunduğu kimi, şəxsi etiqada əsaslanmalıdır.
    Əgər İmamət üsuli-dindən hesab olunmazsa, yenə də onda təqlid etmək caiz deyildir. Amma başqa bir cəhətdən–vacibi şəri vəzifələrin yerinə yetirilməsində qəti yəqinlik tapmağın vacib olduğu üçün ona etiqad bəsləmək lazımdır.
    Bizim hamımız bir tərəfdən Müqəddəs Şəriət Sahibi tərəfindən müəyyən vəzifələri, göstərişləri yerinə yetirməyə vəzifəliyik. Digər tərəfdən də, o vəzifələrin hamısı bizim üçün aydın deyildir. Belə olan halda elə bir kəsin ardınca getməliyik ki, onun dediklərinə əsasən, vəzifəmizin düzgün surətdə yerinə yetirildiyinə, şəri məsuliyyətin boynumuzdan götürüldüyünə yəqinimiz olsun. Tabe olmalı olduğumuz belə bir şəxs İmamiyyə şiəsinin əqidəsinə görə, İmam, başqalarının əqidəsinə görə isə hər hansı başqa şəxslərdir.
    Həmçinin, bizim əqidəmizə görə, İmamət də nübüvvət kimi ilahi lütfdür. Deməli, hər zamanda bir İmam olmalıdır ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişini olub insanları hidayət etsin, onları dünya və axirət səadətinə doğru istiqamətləndirsin. Bu İmam elə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in insanlar üzərində malik olduğu ümumi vilayətə malik olmalıdır ki, özünün son dərəcə idarəçiliyi ilə cəmiyyətin məsləhətini və ümumi işlərini lazımınca idarə etsin, onların arasında ədaləti bərqərar etsin, zülmü və haqsızlığı aradan qaldırıb kökünü kəssin.
    Bu hesabla, İmamət nübüvvətin bir növ davamıdır. peyğəmbərlərin seçilib göndərilməsindəki dəlillər elə Peyğəmbərdən sonra İmamın təyin olunmasında da gətirilir.
    Məhz buna görə bizim etiqadımız budur ki, İmamət mənsəbi və məqamı Allah tərəfindən və Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in, yaxud hər hansı (özündən öncə olan) İmamın dili ilə təyin olunmalıdır. Bu iş heç camaatın seçməsi ilə ola bilməz.(İmamla Peyğəmbərin fərqi bundadır ki, Peyğəmbərə vəhy gəlir, İmam isə hökmləri Peyğəmbərdən ilahi bir qüvvə ilə əxz edir. Peyğəmbər Allah tərəfindən, İmam isə Peyğəmbər tərəfindən olan təbliğatçıdır. Bu, İmamiyyə məzhəbinin inancıdır. Sair məzhəblərdə isə, imamət din və dünya işlərində ümumi rəhbərlik, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən fürui-din hökmlərində xəlifədir. Əlavə məlumat üçün bax: ərəbcə lüğət kitabları; Əslüş-şiə və üsuluha, səh.210, 221; Əqaidül-Cəfəriyyə, səh.27; Əl-miləlü vən-nihəl, (Aəhristani), 1-ci cild, səh.31; Aərhül-məqasid, 5-ci cild, səh.232. ) Camaatın istədikləri şəxsi İmamətə seçmək, yaxud İmamətdən çıxarıb, nəticədə İmamsız keçinməyə haqqı yoxdur. Əksinə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən gələn mötəbər hədisdə buyurulur ki:
    Hər kəs öz zəmanəsinin İmamını tanımadan ölsə, cahiliyyət dövründə ölən adamlar kimi ölmüşdür. (İslam alimləri arasında imamət məsələsində iki nəzəriyyə mövcuddur. Birinci nəzrəriyyəyə görə, imamət (ümmətə rəhbərlik) rəyvermə, seçkə yolu ilədir. İkinci nəzəriyyəyə görə isə Allah tərəfindən təyin olunan ilahi bir məqamdır. Aiələr birinci nəzəriyyəni batil hesab edib deyirlər ki, o, Allah tərəfindən təyin olur və Peyğəmbərin vasitəsi ilə xalqa təqdim olunur və o, özündən sonrakı şəxsə itaət etməyi vəsiyyət edir. Necə ki, o Həzrət Qədir Xumda bu işi görmüşdü. Ondan sonra isə, hər İmam özündən sonrakı İmamı xalqa təqdim edir. Yaxud da möcüzənin onun əli ilə zahir olması ilə məsələ aydınlaşır. Çünki, imamətin ilk şərti ismətdir. Bu da gizlin və batini işlərdəndir ki, Allahdan başqa heç kəs onu bilməz. İmamiyyə şiələrindən başqa yerdə qalan məzhəblər isə deyirlər ki, imamətdə Peyğəmbərin canişin təyin etməsi, camaatdan canişinə itaət etmələri barədə əhd-peyman alması şərt deyildir. Bəzi vaxtlar beyətlə olur, məsələn, şura üzvləri bir kəslə beyət edib onu İmam təyin edirlər. Bu da İmamda ismətin şərt olmaması əsasındadır. Bütün müsəlmanların da beyət etmələri şərt deyildir: bəzi hallarda hətta bir nəfərin də beyət etməsi kifayətdir. Əgər məsələ beyətlə həll olmazsa, İmamı seçmək üçün növbə başqa işlərə çatır. Məsələn, zorakılıq və istila. Əgər İmam ölsə və imamət üçün lazımi şərtlərə malik olan bir kəs beyət alınmadan və canişin təyin edilmədən öz qüdrəti ilə, zorla camaatı özünə tabe etdirsə, xilafət onun üçün təsbit olunur. Hətta o fasiq, cahil, zalım və zorakılıq edən də olsa belə. Bundan əlavə, onların fikrincə, İmamı, hətta fasiq olsa da belə, xilafətdən çıxarmaq caiz deyildir. Amma bir xəlifədən güclüsü gəlib onu zorla xilafətdən çıxarsa, əvvəlki İmam öz məqamından çıxarılır və sonra gələn şəxs İmam olur. Görəsən aqil bir şəxs özünə icazə verərmi ki, imaməti fasiq, zalım, cahil şəxsin heç bir əsas olmadan, yalnız qüdrətli və güclülüyü ilə təyin edən bir məzhəbə meyl etsin?! Özü də əvvəlki İmama tabe olan, qüvvəsi ondan çox olan bir şəxsin zorakılıq yolu ilə İmam olmasını?! örəsən bu, Peyğəmbərin buyurduğu Hər kəs zəmanəsinin İmamını tanımadan ölsə, cahiliyyət ölümü kimi ölmüşdür hədisindəki İmam ola bilərmi? Bəs Allah-Taalanın buyurduğu ayədəki məzhəb harda qaldı? Aya haqqa doğru hidayət edən şəxs tabe olmaq üçün daha ləyaqətlidir, yoxsa özü hidayət olunmayan və kiminsə hidayətinə ehtiyaclı olan bir şəxs? Sizə nə olar? Necə mühakimə yürüdürsünüz? Yunis surəsi, 35 Əlavə məlumat üçün bax: Nəhcül-həqq və kəşfüs-sidq, səh.168; Aərhül-məqasid, 5-ci cild, səh.233; Ət-təmhid, səh.186; Əslüşşiə və üsulüha, səh.221; Əqaidül-Cəfəriyyə)
    Deməli heç bir zamanda caiz deyildir ki, yer üzü itaəti vacib olan və Allah tərəfindən təyin edilən İmamdan xali qalsın–istər insanlar onun İmaməttini qəbul easinlər, istərsə də etməsinlər; istər (dini işlərdə) ona köömək etsinlər, istərsə də kömək etməsinlər; istər ona tabe olsunlar, istərsə də tabe olmasınlar; istər gözlərdən qeybdə olsun, istərsə də aşkarda.
    Çünki, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in Sur mağarasında, yaxud Əbutalib dərəsində gizlənməsi səhih olduğu kimi, İmamın da qeybdə olmasının heç bir eybi, iradı yoxdur. Əqlən İmamın uzun müddət, yaxud qısa müddət qeybdə olmasının heç bir fərqi yoxdur.
    Allah-Taala Quranda buyurur:
    Hər bir qövm üçün bir hidayətçi, rəhbər (İmam) vardır.(Bax: Əl-Kafi, 1-ci cild, səh.377; Əl-məhasin, 1-ci cild, səh.176; Üyunü-əxbarir-Riza (əleyhis-salam), 2-ci cild, səh.58; Kəmalüd-din, səh.413; Əl-ğənyətu (Nömani), səh.130; Ricalül-Kəşiyy, 2-ci cild, səh.724; Müsnədi-Tiyalisi, səh.259; Hilyətül-övliya, 3-cü cild, səh.224; Əl-möcəmül-kəbir, (Təbərani), 10-cu cild, səh.350; Müstədrəki-Hakim, 1-ci cild, səh.77; Nəhcül-bəlağənin şərhi (İbni dbil-Hədid), 9-cu cild, səh.155; Yənabiül-məvəddət, 3-cü cild, səh.155; Məcməüz-zəvaid, 5-ci cild, səh.224; MüsnədiƏhməd, 4-cü cild, səh.96.)
    Yenə buyurur:
    Heç bir ümmət yoxdur ki, onlar üçün (günah əməllərin nəticələrindən və Haqqa itaət etməməyin nəticəsi olan ilahi əzabdan) bir qorxudan şəxs gəlməsin. (Rəd surəsi,7)
    24. İMAMLARIN MƏSUM OLMASI BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Biz inanırıq ki, İmam, gərək Peyğəmbir kimi uşaqlıqdəan ömrünün sonuna kimi hər bir günahdan, zahiri və batini, habelə səhvən və ya qəsdən olan aludəliklərdən pak və uzaqdırlar. Həmçinin, İmam gərək səhv, xəta və unutqanlıqdan da uzaq, bu kimi işlər müqabilində ismətli (məsum) olsun. Çünki, İmamlar da eynilə Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) kimi dinin qarşıya çıxan müxtəlif hadisələrdəki keşikçiləri, qüvvətləndiriciləridir. Bu səbəbdən də bizim İmamların isməti barəsindəki dəlillərimiz eynilə Peyğəmbərin ismətinə etiqad barəsində gətirdiyimiz dəlillərdir.(Fatir surəsi, 22)
    Allah-Taalanın qüdrətindən heç də uzaq deyil ki, bütün məxluqat üçün olan imtiyazları bir nəfərdə cəm etsin və onu bütün gözəl sifətlərin mənbəyi, toplandığı yer qərar versin. (Və əgər məsum olmasalar, Peyğəmbərin xəlifəsi olmağa layiq olmazlar. Digər tərəfdən isə, məsum olmamları təsəlsülə səbəb olar. Çünki Peyğəmbərdən sonra camaat məsum olmadıqları üçün, İmama ehtiyaclıdırlar. Belə ki, onları təkamülə və düz yola hidayət etsin. Əgər bu hidayətçi məsum olmazsa, başqasın ehtiyac duyular. Bu da sonsuz İmamların olmasını tələb edər. Bax: Məqalat, 37-ci kəlam; Təcridül-etiqad, səh.222)
    25. İMAMIN XÜSUSİYYƏTLƏRİ VƏ ELMİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Bir inanırıq ki, İmam da Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) kimi şücaət, səxavət, nəfsi aludəliklərdən qorumaq, doğruçuluq, ədalətlilik, gözəl tədbir və idarəçilik, ağıllı, bilikli və gözəl əxlaq kimi kamal sifətlərdə insanların hamısından üstün olmalıdır.
    Dəlilimiz də elə Peyğəmbərin bu sifətlərə malik olmasının zəruriliyindəki gətirilən dəlillərdir.
    İmamın elm və biliyinə gəldikdə isə, o, bütün ilahi hökm, məarif və məlumatları Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən, yaxud özündən qabaqkı İmamdan əxz edir.
    Qarşıya çıxan hər bir yeni məsələni labüd olaraq, Allah-Taalanın onlara əta etdiyi ilham–müqəddəs nəfəs, xas mənəvi qüvvə ilə dərk edirlər. Buna əsasən, hər vaxt İmam bir məsələyə diqqət yetirib onu, olduğu kimi bilmək istəsə, (dərhal elm tapar və) bu elm də heç vaxt xətaya və səhvə düçar olmaz. Bunların heç birində əqli dəlilə, kiminsə təlqin etməsinə, yol göstərməsinə ehtiyacı yoxdur,(Əbu Yunisin divanındandır. Bax: Dəlailül-ecaz, səh. 196, 424, 428.)hərçənd ki, İmamın elmi arta bilər, məhz bu səbəbdən də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) çox vaxt belə dua edərdi: İlahi, mənim elmimi artır!(Çünki əgər ona bir şey öyrədib təlqin edən bir şəxsə ehtiyacı olsa, təbiidir ki, o şəxs İmama öyrətdiyi məsələdə ondan bilikli olmalıdır. Deməli, o şəxs İmam olmalıdır, İmam da ona tabe olmalı, sözündən çıxmamalıdır. Elə həmin fərdi o şəxsin özü də onu öyrədən başqa bir şəxsə ehtiyaclı olmalıdır. Belə olduqda, təsəlsül–sonsuzluq irəli gəlir. Luna görə də İmam zəmanəsinin bütün insanlarından bilikli olmalı, hər hansı bir şəxsin ona bir şey öyrətməsindən ehtiyacsız olmalıdır.)
    Psixologiya elmində isbat olunmuşdur ki, hər bir insanın həyatında elə anlar olur ki, bəzi şeylər barəsində ilhamın bir mərtəbəsi olan həds yolu ilə elm tapır. Bu sirli qüvvəni Allah-Taala insana bəxş etmişdir və hər kəsin ruhi fərqlərinə–zəif və ya qüvvəli olmasına görə müxtəlifdir. Belə olan hallarda insan beyni təfəkkür etmədən, dəlil və bürhan gətirmədən, müqəddimə qurmadan, başqasının yolgöstərməsi olmadan hansısa elmi mətləbi dərk edir. Hər insan öz həyatında belə anları xeyli müşahidə etmişdir.
    Bu məsələnin psixoloqi baxımdan mümkün və isbat olunduğu halda, belə bir məsələ də mümkündür ki, bir insan bu ilham qüvvəsinin ən yüksək və ən kamil dərəcəsinə çatsın. Necə ki, qədim və müasir filosoflar bu qüvvənin insanda varlığının danılmaz olduğunu bildiriblər.
    Beləliklə deyirik ki, (dediyimiz də zatən mümkün olan bir işdir, İmamda qüdsiyyə bir qüvvə kimi təbir olunan ilham qüvvəsi özünün ən yüksək dərəcəsinə çatmışdır. Buna əsasən, İmam, qeyd olunan tam mənəvi paklıq və səfa mərhələsində elə bir istedada malikdir ki, hər an ilham yolu ilə hər bir şey barəsində məlumat əldə edə bilir; hər zaman bir məsələyə diqqət yetirsə və o məsələni bilmək istəsə, ilaham olunmuş qüdsiyyə qüvvəsi ilə fikirləşmədən, müqəddimə qurmadan və kiminsə təlqininə ehtiyac duymadan kifayət qədər elm tapır. Cisimlərin güzgüdə aşkar olduğu kimi, şeylərə və hadisələrə elm də İmamın pak ruhunda qaranlıq bir şey olmadan aşkar olur.
    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in başqalarına nisbətən elmi və ruhi üstünlükləri onun tarixini oxumaqla aydın olduğu kimi, İmamların həyat tarixlərini mütaliə etməklə qeyd olunan məsələnin həqiqəti aşkar olur. Tarix göstərir ki, məsum İmamlar uşaqlıq dövranından təkamül vaxtına qədər heç kəsin yanında tərbiyə almamış, heç bir müəllimin yanında dərs oxumamış, heç kəsin yanında yazıb-oxumaqla məşğul olmamışlar. Tarixdə İmamların məktəbə getmələri, bir an da olsun belə, müəllim yanında şagirdlik etmələri qeyd olunmayıb, amma bununla belə elə heç kəsin çata bilmədiyi yüksək məqama, elm və kəmal dərəcəsinə çatmışlar.(Həzrət Əli (əleyhis-salam) buyurur: Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) mənə min elm babı (qapısı) öyrətdi ki, hər birindən min bab açılır. Bu min-min elm babı ilə Qiyamətə kimi olmuş və olacaq şeyləri, baş verəcək hadisələrin bilirəm. Habelə mənaya, bəlaya və fəsli-xitab elmini bilirəm. Əl-kafi, 1-ci cild, səh. 239; Yənabiül-məvəddət, 1-ci cild, səh.75)Onlardan edilən heç bir sual cavabsız qalmayıb, bilmirəm(Hişam ibni Həkəm İmam Sadiq (əleyhis-salam)-dan belə nəql etmişdir ki, həzrət buyurur: Həqiqətən Allah Öz höccətini yer üzündə elə qərar verməyib ki, ondan bir şey soruşanda bilmirəm desin. Əl-kafi, 1-ci cild, səh.173; Ət-tənbih, səh.32.) kəlməsi onların dilinə gəlməmişdir, sual edənlərdən heç kəsə hansısa kitaba müraciət edib, yaxud bir az fikirləşib cavab verdikləri görünməmişdir.(Həzrət Əli (əleyhis-salam)-dan belə nəql olunmuşdur ki, camaata xitabən buyurardı: Ey camaat, nə qədər ki, mən sizin aranızdayam, məndən bilmədiklərinizi soruşun. Çünki mən, göyün yollarına yerin yollarından daha yaxşı agaham. Nəhcçül-bəlağə, 184-cü xütbə. Ey iman gətirənlər, Allaha, Onun Rəsuluna və siz (möminlərdən) olan ixtiyar sahiblərinə itaət edin. Və hər hansı bir məsələdə ixtilaflı olsanız, onu Allaha və Rəsuluna təqdim edin–əgər Allaha və qiyamət gününə iman gətirmisinizsə. Bu, sizin üçün daha yaxşı və ən yaxşı təvildir. Nisa surəsi, 59)
    Amma elə bir tarixçi tapmaq olmaz ki, İslam fəqihlərinin, ravi və alimlərinin tərcümeyi-halını yazsın, amma təlim-tərbiyə, şagirdlik dövranlarını, onların məşhur ustadlarının və elm və rəvayətləri necə əxz etmələrini, hansısa məsələdə şəkk və ya tərəddüdə qalmalarını yazmasın. Bu təbii bir qaydadır ki, insanlar zaman və məkandan aslı olmayaraq bu qayda ilə yaşayırlar.
    26. İMAMLARA İTAƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Biz inanırıq ki, İmamlar Allah-Taalanın itaətlərini bizə vacib etdiyi ulul-əmr təbəqəsindəndir.(Və beləliklə sizi orta ümmət qərar verdik ik, camaata şahidlər olasınız və Peyğəmbər də sizlərə şahid olsun. Bəqərə surəsi, 143) Habelə, onlar insanların əməllərinə şahid,(Haqq olan İmamlar yalnız onlardır. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən mütəvatir surətdə nəql olunan hədisdə deyilir: Hər kəs zəmanəsinin İmamını tanımadan ölsə, cahiliyyət dövrondə ölənlər kimi ölmüşdür. (Bax: Əqidətuna fil-imaməti)) Allahın dərgahına açılan qapılar, Ona doğru istiqamitləndirən yollardır;(Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-dan belə nəql olunub: Həqiqətən əgər Allah-Taala istəsəydi, Özünü birbaşa bəndələrinə tanıtdırardı, amma bizi Öz mərifəti üçün qapılar, sirat (aydın yol), vasitə, əta olunmuş vəch qərar vermişdir. Hər kəs bizim vilayətimizdən üz döndərsə, yaxud başqalarını bizdən fəzilətli hesab etsə, şəksiz ki, düz yoldan dönmüşdür. Əl-kafi, 1-ci cild, səh.184.) onlar Allah elminin xəzinələri, vəhyi bəyan edənlər tovhidin rüknləri, mərifətullah xəzinədarlarıdır.(İmam Baqir (əleyhis-salam)-dan belə nəql olunmuşdur: Bizik Allahın elm xəzinədarları; bizik Allahın vəhyini bəyan edənlər; bizik asimanlardan aşağıda və yerin üstündə olanlar üçün baliğə höccət! Əl-kafi, 1-ci cild, səh.192. Həmçinin, İmam Sadiq (əleyhis-salam)-dan belə nəql olunmuşdur: Bizik Allah əmrinin valiləri, Allah elminin xəzinədarları, Allah vəhyinin xəzinələri! Əl-kafi, 1-ci cild, səh.192.)Buna görə də Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in buyuruqlarına uyğun olaraq onlar, ulduzların səma əhlinin (şeytanlardan) əmin-amanlıq vasitəsi olduğu kimi, yer əhli üçün əmin-amanlıq vasitəsidir.
    Peyğəmbərin başqa buyruğuna əsasən:
    Onlar bu ümmət arasında Nuhun gəmisinə bənzər; hər kəs o gəmiyə minsə nicat tapar və hər kəs o gəmidən ayrılsa qərq olar, düz yoldan sapar. (Kəmalüd-din, səh.239, 59-cu hədis; Əmali, (Aeyx Tusi), səh.60; Üyunül-əxbar (İbni Qüteybə), 1-ci cild, səh.310; Müstədrəki-Hakim, 2-ci cild, səh.342, 3-cü cild, səh.150; Hilyətül-övliya, 4-cü cild, səh.306; Tarixü-Bəğdad, 12-ci cild, səh.91, 6507-ci hədis; Məqtəlül-Hüseyn (Xarəzmi), 1-ci cild, səh.104; Əlmöcəmül-kəbir (Təbərani), 12-ci cild, səh.24. 12388-ci hədis; Əlmöcəmüs-səğir (Təbərani), 4-cü cild, səh. 75, 4003 və 4004-cü hədislər; Zəxairül-üqba, səh.20; Əl-xəsaisül-kübra, 2-ci cild, səh.266; Ehyaül-məyyiti bi fəzaili Əhlil-beyt, (Siyuti), səh.45, 24-cü hədis; Fəraidüs-səmtin, 2-ci cild, səh.242, 516-cı hədis; Kənzül-ümmal, 12-ci cild, səh.95, 34151-ci hədis, Məcməüz-zəvaid, 9-cu cild, səh.168; Əs-səvaiqül-muhriqə, səh.234.)
    Və onlar Allahın buyurduğu o kəslərdir ki:Ô
    (İmamlar) Allahın əziz və seçilmiş bəndələridir ki, Allahın buyruğundan qabağa keçməzlər, yalnız Allahın əmrləri əsasında əməl edirlər.(Ənbiya surəsi, 27)
    İmamlar o kəslərdir ki, Allah hər növ ricsi (zahiri və batini çirkinlikləri, şirk, günah və s. kimi Allahın xoşlamadığı şeyləri) onlardan aarıb onları pak-pakizə qərar vermişdir.(Allahın iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər bir aludəliyi və napaklığı uzaq edib, sizi pak-pakizə qərar versin. Bütün müfəssirlər yekdil olaraq bu fikirdədirlər və Məsum İmamlarımızdan və əksər səhabələrdən nəql olunub ki, Təthir ayəsi (Əhzab surəsinin 33-cü ayəsi) Həzrət Rəsuli Əkrəm, Əli, Fatimeyi Zəhra Həsən və Hüseyn (əleyhimüssəlam) barəsində nazil olmuşdur. Əlavə məlumat üçün bax: Nəhcül-həqq, səh.173; Aəvahidüt-tənzil (Həskani), 2-ci cild, səh.10-196; Əd-dürrül-mənsur, 5-ci cild, səh.198; Müşkilül-asar, 1-ci cild, səh.332; Məcməüz-zəvaid, 9-u cild, səh.121; Müsnədi-Əhməd ibni Hənbəl, 1-ci cild, səh.330 və 4-cü cild, səh.107 və 6-cı cild, səh. 292; Əs-səvaiqül-muhriqə, səh.85; Təfsiri-Təbəri, 22-ci cild, səh.5; Üsdül-ğabə, 4-cü cild, səh.29; Xəsaisün-Nəsai, səh.4; Əl-Ğədir, 1-ci cild, səh.49, 3-cü cild, səh.195 və 5-ci cild, səh.416; Ehqaqül-həqq, 2-ci cild, səh.501-553, 3-cü cild, səh.531-551, 5-ci cild, səh.54, 58, 60; Dəlailüs-sidq, 2-ci cild, səh.103; Səhihi-Müslüm, 4-cü cild, səh.1884; Sünəni-Termezi, 5-ci cild, səh.351; Təfsiri-ibni Kəsir, 3-cü cild, səh.493.)
    Biz inanırıq ki, İmamların əmri Allahın əmri, nəhyi Allahın nəhydir; onlara itaət etmək Allaha itaət, əmrlərindən boyun qaçırmaq Allahın əmrlərindən boyun qaçırmaqdır; onlarla dost olmaq Allahla dost, düşmən olmaq Allahla düşmən olmaqdır.(Belə ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Qədir hədisində Əli (əleyhis-salam)-ın barəsində Allaha belə dua etmişdir: İlahi, onu dost tutanları dost tut, onunla düşmən olanlarla düşmən ol, ona kömək edənə kömək et, onu xar etmək istəyənləri xar et; və o necə dövr edirsə, eləcə haqqı onunla birgə dövr etdir!)
    Onların əmr və fərmanlarını rədd etmək əsla caiz deyil. Çünki onların əmr və fərmanlarını rədd etmək, Peyğəmbərin əmr və fərmanını rədd etmək, onun da əmrini rədd etmək öz növbəsində Allahın əmrini rədd etməkdir.(Çünki, İmam Peyğəmbər tərəfindən (və Allahın əmri ilə) seçilir və Peyğəmbər də İmam Əli (əleyhis-salam) barəsində buyurmuşdur ki: Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Bu hədisdən məlum olur ki, İmama tabe olmaq elə Peyğəmbərə tabe olmaqdır, onu rədd etmik isə Peyğəmbəri rədd etməkdir. Peyğəmbəri də rədd edən Nisa surəsinin 80-cı ayəsinə əsasən, Allahı rədd etmişdir. )
    Deməli onların müqabilində təslim olub əmrlərinə itaət sözlərinə əməl etmək vacibdir.
    Buna əsasən biz inanırıq ki, şəriət hökmləri və göstərişləri onların mərifət qaynağından başqa bir şeylə sirab ola bilməz və hökmləri onlardan başqasından əxz etmək caiz deyil. Şəri məsuliyyətlər onlardan qeyrisinə müraciət etməklə boynumuzdan götürülməz, şəri vaciblərin düzgün yerinə yetirilib-yetirilməməsi barədə xatircəmlik yalnız onlara tabe olmaqla hasil olur.(Əbu Həmzə Somali İmam Səccad (əleyhis-salam)-dan belə nəql edir: O həzrət bizdən soruşdu: Məkanlardan xphansı daha fəzilətlidir? Dedim: Allalh, Onun Rəsulu və Rəsulunun övladı daha yaxşı bilər. Buyurdu: Məkanların ən fəzilətlisi Rükn ilə Məqam arasındadır. Əgər bir kəs Nuhun öz qövmündəki qədər ömür sürsə (950 il) və gündüzlərini oruc tutub gecələrini bu məkanda ibadətlə keçirsə, sonra isə bizim vilayətimizə etiqad bəsləməyən xhalda Allahın görüşünə getsə (yəni ölsə), bu əməllərin ona heç bir faydası olmaz. Bax: Mən la yəhzürül-fəqih, 2-ci cild, səh. 159; İqabül-əmal, səh.243, 2-ci hədis; Əmali (Aeyx Tusi), səh.132; Vəsailüş-şiə, 1-ci cild, səh.122, 308-ci hədis; Hakim Həskani Aəvahidit-tənzil kitabında (2-ci cild, səh.141) Əbi Əmamə Bahilidən belə nəql etmişdir: Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: Həqiqətən Allah Taala peyğəmbərləri müxtəlif şəcərələrdən xəlq etmişdir. Mən və Əli isə vahid bir şəcərdən xəlq olunmuşuq. Mən onun kökü, Əli budağı, Həsən və Hüseyn isə meyvələri, şiələrimiz isə yarpaqları kimidir. Hər kəs bu ağacın şaxələri ilə əlaqədə olsa, nicat tapar; və hər kəs ondan yayınsa, azğınlığa düşər. Əgər bir kəs Səfa və Mərva arasında Allaha min il ibadət etsə və nəticədə köhnəlmiş su tuluğuna bənzəsə, amma bizim məhəbbətimiz qəlbində olmasa, Allah onu sinəsi üstə cəhənnəm oduna atar. Sonra Həzrət Aura surəsinin 23-cü ayəsini tilavət etdi: Ya Peyğəmbər camaata de ki, mən bu risalətim müqabilində sizdən, Əhli-beytimə aşkar məhəbbət bəsləməkdən başpqa bir şey istəmirəm.) Onlar Həzrət Nuhun nicat gəmisidir; hər kəs o gəmiyə minsə xilas olar və hər kəs onlara qarşı müxalifətçilik etsə azğınçılıq, aludəlik tufanlarında, puç iddia və maddi çarpışmalar dəryasında qərq olar.
    İndki əsrdə İmamların Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in qanuni və həqiqi canişinləri və ilahi hökumətə layiqli olmaları barədə bəhs etmək çox da mühüm məsələ deyildir. Çünki bu məsələnin dövrü tarixin keçməsi ilə ötüb keçmişdir. Onun isbatı ilə İmamlarımızın əsri bir daha geri qayıtmaz ki, haqq öz əhlinə qayarılmış olsun. Amma bu gün mühüm məsələ, qeyd olunduğu kimi, budur ki, Allahın şəri göstəriş və hökmlərini əxz etmək, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in gətirdiklərini səhih yolla əldə etmək üçün məsum İmamlara müraciət etmək lazımdır.
    Amma hökmləri əldə etkək üçün İmamların mərifət qaynaqlarından sirab olmayan, onların parlaq nurlarından istifadə edib nurlanmayan müctehid və ravilərə müraciət etmək, şübhəsiz ki, səhih və düz yoldan uzaqlaşmaq deməkdir. Və insan belə müctehidlərə və ravilərə tabe olarsa, Allahın ona vacib etdiyi şəri vəzifələrini düzgün şəkildə yerinə yetirməsinə əmin olmaz. Çünki müxtəlif müsəlman firqələri arasında şəri hökmlərdəki rəy müxtəlifliyini nəzərə alsaq (belə ki, bu ixtilafların həll edilib vahid bir nəticə alınmasının əsla mümkün olmadığı bir şəraitdə), müsəlman şəxs istədiyi hansısa məzhəbi və ya rəyi seçməkdə azad ola bilməz; bunun üçün ardıcıl təhqiqatlar aparmalıdır ki, xas bir məzhəbi seçməkdə qəti dəlil və hüccət əldə etsin, bu məzhəbin düzgün ilahi hökmlərə nail olmasına yəqin etsin, vacibi şəri vəzifələrinin öhdəsindən layiqincə gəlmiş olsun. Müsəlman şəxs ona vacib olan şəri hökmlərin varlığını yəqin etdiyi kimi, o vəzifələri layiqincə yerinə yetirməsi barədə də yəqinə çatmalıdır. Çünki, insana yüz faiz şamil olan vəzifə, yüz faiz yerinə yetirilmək barədə yəqini tələb edir.
    Mövcud qəti dəlillər Əhli-beytə müraciət etməyin vacibliyindən söz açır, göstərir ki, Həzrət Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən sonra Allah hökmlərinin əsl mərcədirlər. Məsələn, o Həzrətin buyurduqlarından biri belədir:
    Mən sizin aranızda iki ağır şey əmanət qoyub gedirəm. Əgər onlara arxalanıb istinad etsəniz, məndən sonra heç vaxt zəlalətə düşüb yolunuzu azmayacaqsınız. Onlardan biri digərindən daha böyükdür. Biri Allahın kitabı (Quran)-dır ki, bir ip (rabitə ipi) kimi asimandan yerə tərəf çəkilmişdir. Digəri isə mənim Əhli-Beytim, itrətimdir. Agah olun ki, bu iki əmanət Kövsər hövuzunda mənim yanıma gələnə qədər bir-birindən ayrılmayacaqdır. (Sünəni-Termezi, 5-ci cild, səh.663, 3788-ci hədis; Müsnədi-Əhməd, 3-cü cild, səh.14, 17, 29 və 5-ci cild, səh182, 189; Sünəni-Darəmi, 2-ci cild, səh.431; Əl-müsənnəf (İbni Əbi Aeybə), 11-ci cild, səh.452, 11725-ci hədis; Əssünə (İbni Əbi Asim), 2-ci cild, səh.336, 754-cü hədis və səh.628-630, 1548, 1549, 1553 və 1555-ci hədislər; Təbəqati-ibni Səd, 2-ci cild, səh.194; Müşkilül-asar, 4-cü cilə, səh.368; Müstədrəki-Hakim, 3-cü cild, səh.109 və 148; Hilyətül-övliya, 1-ci cild, səh.355; Əl-möcəmül-kəbir, 5-ci cild, səh.153, 154, 169, 170; Əl-möcəmüs-səğir, 1-ci cild, səh.131; Əl-mənaqib (İbni Kəğazili), səh.234,235; Məsabihüs-sünnə, 4-cü cild, səh.190; Camiül-üsul, 1-ci cild, səh.287; Üsdül-ğabə, 2-ci cild, səh.12; Zəxairül-üqba, səh.16; Ehyaül-məyyit bi fəzaili Əhlil-beyt (əleyhimüss-salam), səh.30, 32; Məcməüz-zəvaid, 1-ci cild, səh.170, 9-cu cild, səh.162; Kənzül-ümmal, 1-ci cild, səh.172, 173, 185, 186, 187; Səhihi-Müslüm, 4-cü cild, səh.1873, 36 və 37-ci hədislər; Təfsiri-Razi, 8-ci cild, səh163; Təfsiri-ibni Kəsir, 4-cü cild, səh.122)
    İstər şiə, istərsə də sünnü raviləri bu hədisin səhihliyi barədə rəy birliyindədir.
    Bu şərif hədisə diqqətlə nəzər saldıqda, mənasındakı qaneedici və dəhşətə gətirən məfhumunu görmək olar. Belə ki, ma in təməssəktum ifadəsində məqsədin nə olduğu, onun yüksək və ali mənası məlum olur. Diqqət yetirmək lazımdır ki, bu hədisə uyğun olaraq Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in bizim aramızda qoyub getdiyi iki ağır, qiymətli əmanət həmişə birlikdə olub; çünki onu bir şey kimi qərar verib və onlardan biri ilə kifayətlənməyi buyurmayıb, əksinə açıq-aşkar şəkildə buyurmuşdur ki, bu ikisinə birlikdə arxalanmaq o Həzrətdən sonra yolu azmamağa zəmanət verir.
    Sonrakı cümlə bu mətləbi necə də gözəl bəyan edir! Lən yəftəriqa hətta.. (Bu iki əmanət Kövsər hövuzunun kənarında mənim yanıma varid olana qədər bir-birindən ayrılmayacaqdır.) Nəticə kimi demək olar ki, hər kəs bu iki əmanəti bir-birindən ayırıb təkcə birinə arxalansa və onu əldə əsas tutsa heç vaxta hidayət yolunda hərəkət etməyəcək. Məhz buna görə də Peyğəmbər Əhli-beyti nicat gəmisi, yer əhlinin bəlalardan, aludəliklərdən amanda qalmaq vasitəsi kimi təbir etmişdir. Hər kəs onların əmr və fərmanlarından boyun qaçırsa azqınlıq bataqlığında, girdablarda qərq olacaq, həlak olmaqdan amanda qalmayacaq.
    Bu hədisin Əhli-beytin sözlərini əxz etməyib onları getdiyi yolla getmədən, təkcə onlarla dostluq edib məhəbbət bəsləmək kimi təfsir edilməsi haqq sözdən qaçmaqdır. Bu təfsirə pənah aparmanın əsil amili də yersiz təəssüb, səhih yoldan, sadə və aşkar bir ərəb sözünün məna və məfhumundan qəflətdə olmaqdır.
    27. PEYĞƏMBƏR ƏHLİ BEYTİNƏ MƏHƏBBƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Allah-Taala buyurur:
    Ey Peyğəmbər xalqa de: mən sizdən, bu risalətin müqabilində (sizi hidayət etdiyim üçün) Əhli-beytimə–ən yaxın adamlarıma aşkar məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm.(Aura surəsi, 23 İbni Abbasdan nəql olunub ki, bu ayə nazil olanda soruşdular ki, ya Rəsuləllah, məhəbbət bəsləməyin vacib olduğu yaxın adamların kimlərdir? Həzrət buyurdu: Əli, Fatimə, Həsən və Hüseyn. Əlavə milumat üçün bax: Əd-dürrül-mənsur, 6-cı cild, səh.7; Təbərinin təfsiri, 25-ci cild, səh.14; Müstədrəki-Hakim, 2-ci cild, səh.444; Müsnədi-Əhməd, səh.199; Yənabiül-məvəddət, səh.15; Əs-səvaiqül-muhriqə, səh.11 və 102; Zəxairül-üqba, səh.25. (Hamısı mötəbər sünnü kitablarıdır.))
    Bizim əqidəmizə görə Peyğəmbər Əhli-beytinə tabe olub onlara arxalanmağın vacibliyindən əlavə, hər bir müsəlman şəxsə vacibdir ki, onları dost tutub sevsin. Çünki, qeyd olunan ayə bizi nübüvvət Əhli-beyti ilə dost olub onları sevməyi Rəsuli Əkrəmin istədiyi yeganə şey kimi təqdim edir.
    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən mütəvatir şəkildə nəql olunub ki: Əhli-beytlə dost olub məhəbbət göstərmək iman əlaməti, düşmənçilik və kinə bəsləmək isə münafiqliyin əlamətidir.(Bax: Fəzailü-Əhməd, səh.176 və 248; Zəxairül-üqba, səh.18; Künuzül-həqaiq, səh.134; Ehyaül-məyyit bi fəzaili Əhlil-beyt (əleyhimüs-salam), səh.35, 13-cü hədis; Müsnədi-Əhməd, 1-ci cild, səh.84 və 95; Səhihi-Müslüm, 1-ci cild, səh.86 və 131; Əttacül-camiü lil-üsul, 3-cü cild, səh.335; Sünəni-Termezi, 2-ci cild, səh.301; Sünəni-Nəsai, 8-ci cild, səh.117; Əs-səvaiqül-muhriqə, səh.263; Əl-məhasin, 1-ci cild, səh.176 və 274; Əmali (Aeyx Səduq), səh.384.); Hər kəs onları dost tutsa Allah və Peyğəmbər onu dost tutar hər kəs onlarla düşmənçilik etsə Allah və Peyğəmbər onunla düşmən olar. (Bax: Əmali (Aeyx Səduq), səh.384; Kənzül-ümmal, 12-ci cild, səh.97, 34168-ci hədis, səh.103, 34196-cı hədis və səh.116, 34286-cı hədis; Məqtəlül-Hüseyn (Xarəzmi), 1-ci cild, səh.109; Zəxairül-üqba, səh.18; Əssəvaiqül-muhriqə, səh.263.)
    Üstəlik Əhli-beytlə dostuq, məhəbbət İslam dininin zəruriyyətlərindən olan vacibdir və bu məsələ barədə heç bir şək-şübhə yeri yoxdur. Əhli-beytlə düşmən kimi tanınan kiçik bir qurup istisna olmaqla (onlara nasibilər yəni Peyğəmbər Əhli-beyti ilə düşmənçilik edənlər deyilir), bütün müsəlman firqələri məzhəb və nəzəriyyələrindəki ixtilaflara baxmayaraq, hamılıqla bu əqidədədirlər. Deməli nasibilər İslamın inkarolunmaz zəruri məsələlərini inkar edənlərdən sayılırlar. İslamın zəruri məsələlərini (namaz və zəkat kimi) inkar edənlər isə Peyğəmbəri Əkrəmi inkar edənlər sırasındadır. Belə kəslər dildə kəlmeyi-şəhadəti (Allahın təkliyi və Peyğəmbərin risalətinə şəhadət verməyi) deməsinə baxmayaraq həqiqətdə o Həzrətin peyğəmbərçiliyini inkar etmişdir.
    Məhz bu səbəbə gördədir ki, Peyğəmbər Əhli-beyti ilə düşmənçilik münafiqlik, dostluq isə iman əlamətidir. Onlara qarşı ədavət bəsləmək Allaha və Onun Peyğəməbərinə ədadəvət bəsləməkdir.
    Şəkk yoxdur ki, Allah-Taala Peyğəmbər Əhli-beyti ilə dostuluğu əsassız yerə vacib etməmişdir. Bu dostluğun vacib olmasının səbəbi budur ki, onlar Allah dərgahında uca məqamlı və Ona yaxın olub hər növ günah və şirkdən, Allahın razılığı və kəramətindən uzaq olmağa səbəb olan bütün işlərdən pak-pakizə olduqları üçün həqiqi mənada bu dostluq məhəbbətə layiqdirlər.
    Allah-Taalanın, Onun əmr və fərmanlarından boyun qaçırıb üsyankarlıq, günah edən, yaxud Ona layiqincə itaət etməyən bir kəslə dostluq etməyi vacib etməsini təsəvvür etmək qeyri-mümkündür. Çünki, Allah-Taalanın kiminləsə qohumluğu, dostluğu yoxdur. İnsanların da hamısı istisnasız olaraq Onun yaratdığı bəndələrdir. Allah yanında ən əziz şəxs–ən təqvalı və pərhizkarlığı ən çox olan şəxslərdir.(Hücürat surəsinin 13-cü ayəsinin məzmunudur.) Deməli əgər bir kəslə dost olmağı bütün insanlara vacib edirsə labüddür ki, o, insanların hamısından ən təqvalı, ən fəzilətlidir. Əks halda, başqası bu məhəbbət və dostluğa layiqli olar, yaxud kiminsə layiq olmadığı təqdirdə səbəbsiz olaraq nahaq yerə bir kəslə dost olmağı vacib edərdi. Bu kimi işlər də Allah barəsində şübhəsiz ki, səhih deyil.
    28. İMAMLAR BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Biz, məsum İmamlar barəsində ğülat(Ğülat–İmamlar barəsində həddi aşıb onları ilahiləşdirənlərə deyilir ki, bunların özləri də bir neçə firqədən ibardətdir.) və hülulilərin( 
    Hülulilər Allahın ruhunun İmamlara nüfuz edib onların simasında zahir olduğunu iddia edənlərə deyilir. 
    ) əqidələrini əsassız və batil hesab edirik. Onlar iddialarında həddi-hüdudu aşmışlar.
    Ağızlarından çıxan söz çox böyükdür!(Kəhf surəsi, 5)
    Bizim əqidəmiz budur ki, bütün İmamlar bizim kimi insan növüdür, bizə vacib olan vəzifə və məsuliyyətlər istisnasız olaraq onlara da vacib, bizə qadağan olunanlar onlar üçün də qarağandır. Fərqimiz yalnız bundadır ki, onlar Allah yanında əziz bəndələrdir ki, Allah Öz kəramətini onlara məxsus etmiş, onlara dəyərli vilayət məqamı, fövqəl-adə şəxsiyyət bəxş etmişdir. Çünki onlar elm, bilik, təqva, şücaət, alicənablıq, iffət və s. kimi insani kamal mərhələlərinin ən yüksək zirvəsində olub, bütün layiqli və fəzilətli əxlaqi səciyyələrə malikdirlər. Belə ki, bu məxsus gözəl sifətlərdə heç kəs onlara çata bilməz, onlarla müqayisə edilə bilməz.
    Məhz bu səbəbə görə Peyğəmbərdən sonra insanların işlərində, şəriət hökmlərində, qarşıya çıxan məsələlərdə, habelə dinin bəyanı və şəriət qanunları, Quranın təfsir və təvili ilə əlaqədar olan bütün məsələlərdə onların İmamı, hidayətçisi rəhbəri, müraciət yerləri olmağa layiq olmuşlar.
    İmam Sadiq (əleyhis-salam) buyurur:
    Bizim adımızdan nəql olunan və əql və təbii qanunlar baxımından mümkün olan bir şeyi dərk etməsəniz, inkar etməyin, bizdən nəql olunmuşdur, deyə qəbul edin, başqalarına da çatdırın. Amma hər gah əql baxımından təbii qanunların xilafına olarsa, onu inkar edin, bizdən nəql olunan hədis kimi qəbul etməyin və onu söyləməyin. (Müxtəsərü-bəsairid-dərəcat, səh.92.)
    29. İMAM ALLAH TƏRƏFİNDƏN TƏYİN OUNMALIDIR
    Biz inanırıq ki, nübüvvət məqamı kimi İmamət də yalnız Allah tərəfindən insanlar üçün təyin olunur. Bu təyinetmə də ya Rəsuli Əkrəmin, ya da onun tərəfindən bəyan olunan İmamın dili ilə çatdırılır.
    Bu barədə İmam və Peyğəmbər arasında heç bir fərq yoxdur. Belə ki, camaatın, Allahın bütün insanların hidayəti və rəhbərliyi üçün təyin etdiyi şəxs barədə öz fikirlərini yürütməyə (etiraz etməyə) haqları yoxdur. Necə ki, onu təyin və təqdim etmək, seçmək haqları yoxdur. Çünki bütün insanlara rəhbərlik edib yol göstərmək kimi son dərəcə məsuliyyətli İmamət vəzifəsinin öhdəsindən gəlmək üçün layiqli, mənəvi qüdsiyyə qüvvəsinə malik olan bir şəxsi yalnız Allah tanıya bilər. Deməli yalnız Allah onu təyin etməlidir.(Qeyd olunduğu kimi İmam da hər cəhətdən Peyğəmbər kimidir, amma fərqləri bundadır ki, Peyğəmbərə Allahdan vəhy gəlirdi, İmamlara isə yox. )
    Biz inanırıq ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) özündən sonra İslami ümmət içərisində canişinini, rəhbəri təyin etmişdir. Yəni əmioğlusu Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam)-ı möminlərin əmiri, vəhyin əmanətdarı, inasnların İmamı və rəhbəri kimi seçib müxtəlif yerlərdə xalqa təqdim etmişdir. Belə ki, Qədir günündə onu xilafətə təyin edərək camaatdan, möminlərin əmiri kimi onun üçün beyət aldı, buyurdu:
    Agah olun! Mən hər kəsin mövlası və rəhbəriyəmsə bu Əli də onun mövlası və rəhbərdir. İlahi, onu sevəni sən də sev, onunla düşmən olanla sən də düşmən ol, ona kömək edənə kömək et, onu xar etmək istəyənləri xar et. Hara getsə, haqqı hər yerdə onun mehvərində dövr etdir! (Bax: Əl-müsənnəf (İbni Əbi Aeybə), 12-ci cild, səh.67 və 68; Sünəni-İbni Macə, 1-ci cild, səh.43; Sünəni-Termezi, 5-ci cild, səh.633; Əs-sünnə, (İbni Əbi Asim), səh.591; Müsnədi-Əhməd, 1-ci cild, səh. 118-119, 4-cü cild, səh.281, 368, 370 və 372; Xəsaisün-Nəsai, səh.102; Ənsabül-əşraf (Bilazəri), 2-ci cild, səh.156; Kəşfül-əstar (Bəzar), 3-cü cild, səh.190-191; Əl-möcəmül-kəbir (Təbərani), 3-cü cild, səh.21, 4-cü cild, səh.173; Əl-möcəmüs-səğir, 1-ci cild, səh.65; Müstədrəki-Hakim, 3-cü cild, səh.109; Tarixi-Bəğdad, 7-ci cild, səh.377 və 14-cü cild, səh.236; Əl-mənaqib (İbni Məğazili), 16-cı cild, səh.27; Aəvahidüt-tənzil, (Həskani), 1-ci cild, səh.157; Tarixi-Dəməşq (İbni Əsakir), 2-ci cild, səh.37-84; Təzkirətül-xəvass, səh.36; Üsdül-ğabə, 1-ci cild, səh.367, 4-cü cild, səh.28; Zəxairül-üqba, səh.67; Əl-isabə, 1-ci cild, səh.304 və s.)
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əli (əleyhis-salam)-ın İmamətini ilk dəfə, risalətin ilk çağlarında, öz yaxın adamlarını İslama dəvət etdiyi məclisdə aşkar buyurmuşdu:
    Bu, mənim qardaşım, məndən sonra canişinim və xəlifəmdir. Ona qulaq asıb əmrlərinə itaət edin. (Bax: Əmali (Aeyx Səduq), səh.523; Elamül-vəra səh.167; Ehqaqül-həqq, 4-cü cild, səh. 297; Müsnədi-Əhməd, 1-ci cild, səh.111, 159; Xəsaisün-Nəsai, səh. 66, 87; Tarixi-Təbəri, 2-ci cild, səh.319; Təfsiri-Təbəri, 19-cu cild, səh.74; Aəvahidüt-tənzil, 1-ci cild, səh.420; Nəhcül-bəlağənin şərhi (İbni Əbil-Hədid), 3-cü cild, səh.267; Yənabiül-məvəddət, 1-ci cild, səh.104; Əl-kamil, 2-ci cild, səh.62; Məcməüz-zəvaid, 8-ci cild, səh.302 və s.)
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu sözü Əli (əleyhis-salam)-ın barəsində, hələ həddi-büluğ yaşına çatmadığı bir vaxta buyurmuşdu.
    Habelə, Əli (əleyhis-salam) barəsində dəfələrlə buyurmuşdur:
    Ya Əli, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir, bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.
    Bundan əlavə, çoxlu rəvayət və Quran ayələri də Əli (əleyhis-salam)-ın rəhbər və vilayətinə dəlalət edir, o cümlədən:
    Şəksiz sizin rəhbər və mövlanız yalnız Allah, Onun Rəsulu və iman gətirib rüku halında zəkat verənlərdir.(Maidə surəsi, 55)
    Bu ayə Əli (əleyhis-salam) namaz qılıb rüku halında öz üzüyünü sailə verəndə nazil olmuşdur.(Bax: Təfsirü Fəratil-Kufi, səh.40-41; Əmali (Aeyx Səduq), səh.107; Təfsiri-tibyan (Aeyx Tusi), 3-cü cild, səh.559; Əl-ehticac (Təbərsi), 2-ci cild, səh.489; Təfsiri-Təbəri, 6-cı cild, səh.186; Əsbabün-nüzul (Vahidi), səh.113; Əl-mənaqib (İbni Məğazili), səh.312, 313; Əl-mənaqib (Xarəzmi), səh. 264; Təzkirətül-xəvass, səh.24; Təfsiri-Razi, 12-ci cild, səh.26; Kifayətüt-talib, səh.250; Zəxairül-üqba, səh.88; və s.)
    Bu kitab müxtəsər yazıldığından bu barədə olan hədis və ayələrin istidlalının müfəssəl bəyanı mümkün deyil.
    Sonra İmam Həsən və İmam Hüseyn (əleyhiməs-salam)-ı növbəti İmam kimi təqdim etdi,(Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən mütəvatir şəkildə nəql olunub ki, Həsən və Hüseyn barəsində buyurmuşdur: Bu iki oğlum iki İmamdır–qiyam etsələr də, sülh etsələr də.) İmam Hüseyn də İmam Səccad (əleyhis-salam)-ı habelə hər İmam özündən sonrakı İmamı təyin və xalqa təqdim edirdi. Bu, İmam Məhdi (ə.c)-a qədər davam etdi. Ondan sonra İmam olmayacaq.
    Category: İmamiyyə şiələrinin əqidə üsullari | Added by: Islam_Kitabxanasi
    Views: 700 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024