İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » İmamiyyə şiələrinin əqidə üsullari

    İmamiyyə şiələrinin əqidə üsullari
    2012-01-12, 6:48 AM
    30. İMAMLARIN SAYI 12 NƏFƏRDİR
    Biz inanırıq ki, bizim şəri hökmlərdə müraciət yerimiz olan haqq İmamlar (onların İmaməti aşkar bəyan olmuşdur) 12 nəfərdən ibarətdir ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) onların hamısının adlarını bəyan etmişdir.(Sünnü mühəddisləri Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən çoxlu rəvayətlərdə belə nəql etmişlər ki, o həzrət buyurmuşdur: Məndən sonra xəlifələr on iki nəfərdir və onların hamısı da Qüreyşdəndir. Cabir ibni Səmrət isə belə nəql edir: Atam ilə birlikdə Peyğəmbərin yanında idik. O həzrətdən eşitdim ki, belə buyurur: Məndən sonra on iki xəlifədir. Sonra səsini alçaltdı. Atamdan soruşdum ki, Həzrət nə buyurdu? Atam dedi: Peyğəmbər buyurdu ki, o xəlifələrin hamısı Bəni Haşimdəndir. Müsnədi-Əhməd, 5-ci cild, səh.89, 90, 92; Müstədrəki Hakim, 4-cü cild, səh.401; Məcməüz-zəvaid, 5-ci cild, səh.190; Kənzül-ümmal, 6-cı cild, səh.201 və 206; Səhihi-Buxari, 9-cu cild, səh.101; Səhihi-Müslüm, 2-ci cild, səh.192; Tarixül-xüləfa, səh.10; Sünəni-Termezi, 2-ci cild, səh.35; Yənabiül-məvəddət, səh.444 və s.) Bundan əlavə, hər İmam özündən sonrakı İmamı təyin etmişdir. İmamlar aşağıdakı ardıcıllıqladır:
    Künyəsi Adı Ləqəbi Təvəllüdü Vəfatı
    1. Əbul-Həsən Əliyyibni Əbitalib Mürtəza besətdən 23 il əvvəl 40
    2. Əbu Mühəmməd Həsən ibni Əli Zəkiyy 2-ci hicri ili 50
    3. Əbu Əbdillah Hüseyn ibni Əli Seyyidüş-Şühəda 3 61
    4. Əbu Mühəmməd Əliyyibnil-Hüseyn Zeynül Abidin 38 95
    5. Əbu Cəfər Mühəmməd ibni Əli Baqir 57 114
    6. Əbu Əbidllah Cəfər ibni Mühəmməd Sadiq 83 148
    7. Əbu İbrahim Musəbni Cəfər Kazim 128 183
    8. Əbul-Həsən Əliyyibni Musa Riza 148 203
    9. Əbu Cəfər Mühəmməd ibni Əli Cəvad 195 220
    10. Əbul-Həsən Əliyyibni Mühəmməd Hadi 212 253
    11. Əbu Mühəmməd Həsən ibni Əli Əskəri 232 260
    12. Əbul-Qasim Mühəmməd ibnil-Həsən Məhdi 256 ....
    12-ci İmam zəmanəmizdə Allahın yer üzündəki hüccəti, bizim rəhbərimizdir. Allah-Taala onun zühurunu tezləşdirib, qiyamının müqəddiməsini asan etsin ki, o, yer üzünü haqq-ədalətlə doldursun. Necə ki, zülm və haqsızlıqla dolmuşdur.
    31. HƏZRƏTİ MƏHDİ (Ə) BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Həzrət Fatimə (əleyha salam)-ın övladlarından olan Məhdinin axirəzzəmanda zuhur edib yer üzünün zülm və haqsızlıqla, ədalətsizliklə dolduqdan sonra haqq-ədalətlə dolduracağı müqdəsi mütəvatir hadisələrlə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuşdur. Belə ki, bütün müsəlman raviləri mövcud məsələk ixtilaflarına baxmayaraq, bu rəvayətləri nəql etmişlər.
    Məhdi (əleyhis-salam) barəsində olan əqidə, təkcə şiələrə məxsus deyildir ki, bu əqidəni düzəltməklə zülümkarların zülmü müqabilində özlərinə təsəlli verib desinlər ki, nəhayət Həzrət zühur edib yer üzünü zülm və ədalətsizlikdən qurtaracaq. Necə ki, bəzi insafsız yanlışçılar bu əqidəni yalnız bu səbəbə görə şiələrə məxsus olduğunu iddia edirlər.
    Əgər Məhdi (əleyhis-salam) barəsində olan əqidə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmasaydı və bütün müsəlman firqələri onu 100% qəbul etməyib onun barəsində şəkk və tərəddüddə olsaydılar, onda İslamın əvvəllərində Keysaniyyə, Abbasilər və Ələvilərin Məhdəviyyət iddiası etmələri və nəticədə xalqı bu adla aldadaraq hakimiyyəti, səltənəti ələ keçirmələri qeyri-mümkün olardı.
    Belə ki, onlar bu yalançı məhdəviyyət iddiaları ilə ümumxalq təfəkkürünə təsir etmək, öz nüfuzlarını genişləndirmək istəyirdilər. (Əgər bu əqidə təkcə şiələrə aid olsaydı, sözügedən iddiaçılar bu xas əqidədən istifadə edə bilməzdilər-müt.)
    Biz şiələr İslam dinini haqq bir din kimi qəbul edib, onu ilahi dinlərin sonuncusu olduğuna eitiqad bəsləyir və bəşər cəmiyyətinin islahı üçün yeni bir dinin gələcəyini gözləmirik. Digər tərəfdən görürük ki, zülm, sitəm, fəsad, əxlaqi pozğunçuluq və eybəcərliklər texniki-tərəqqidə olan ölkələri elə tutmuşdur ki, düzlükdən, haqq-ədalətdən bir xəbər yoxdur. Hətta müsəlmanların özləri də İslam dinindən uzaqlaşaraq onun hökm və qanunlarına demək olar ki, heç bir ölkədə, hətta mindən birinə belə əməl etmirlər.
    Bütün bunlarla yanaşı, islami mühitlərin xoşagəlməz istiqamətlərə yönəlişi vəziyyətini müşahidə etməklə labüd olaaraq bilirik ki, dünyəvi islahatçının intizarında olmalıyıq ki, O İslamı özünün həqiqi əzəmət və qüdrətinə qaytarsın, zülmət və fəsad uçurumlarına yuvarlanmış dünyaya nicat versin.
    Digər tərəfdən, bu gün müsəlmanların arasında ixtilafların, azğınçılıqların, bidətlərin, qanunlarda təhriflərin, günbəgün artdığı, puç iddiaların büruz etdiyi bir dövrdə, İslamın öz ilkin dünyəvi əzəmət və qüdrətinə qayıtması mümkün deyildir.
    Bunlara baxmayaraq, İslamın əzəmətini yenidən dirçəltməyə yalnız bir nəfər qadirdir. O da böyük islahatçı və rəhbərdir ki, Allahın geniş inayəti və lütfü sayəsində müsəlmanları müttəhid edəcək, batil əhlinin yaratdığı təhrifləri, İslama qoşulan bidətləri, azğınçılıqları aradan qaldıracaq. Yalnız tam mənada hidayət olunmuş və hidayət edən, əzəmətli, dünyəvi rəhbərliyə, qeyri-adi qüdrət və əzəmətə malik olan bir nəfər rəhbər dünyanı başdan-başa ədalətlə doldurmağa qadirdir.
    Xülasə kimi demək olar ki, fəsad və pozğunçuluğun, ədalətsizlik və haqsızlığın dünyanı başdan-başa tutması (İslamın haqq olmasına, onun ilahi dinlərin sonuncusu olmasına imanla yanaşı), təbiidir ki, belə böyük bir islahatçının (Həzrət Məhdi) intizarında olmağı iqtiza edir ki, o özünün qüdrətli, yenilməz inqilabı ilə yer üzünü hazırkı vəziyyətdən xilas edtsin.
    Məhz bu cəhətdən nəinki bütün İslam firqələri, hətta qeyri-müsəlman xalqları da bu köklü etiqada iman bəsləyirlər. Bunların arasında on iki İmam şiələrinin sair firqələrdən fərqi budur ki, sözügedən islahatçı–Məhdi konkret, məlum bir şəxsdir ki, 256-cı hicri ilində dünyaya gəlmişdir və hal-hazırda da diridir. O, İmam Həsən Əsgəri (əleyhis-salam)-dan sonrakı İmam olub adı da Mühəmməddir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak Əhli-beytindən çatan mütəvatir hədislərdə Həzrət Məhdinin dünyaya gəlib qeybə çəkiləcəyi barədə xəbər verilmişdir.(Həzrəti Peyğəmbərdən və Əhli-beytdən mütəvatir şəkildə nəql olunan çoxlu hədis və rəvayətlərdə deyilir ki, Fatimə əleyha-salamın nəslindən olan həzrəti Məhdi zühur edib yer üzünü, zülm və haqsızlıqla dolduqdan sonra, haqq-ədalətlə dolduracaq. Mərhum Aəhid Seyyid Məhəmməd Baqir Sədr qeyd edir ki, Dünyanı ən gözəl surətdə islah edəcək intizarı çəkilən rəhbər–Məhdi barəsində ümumi halda Peyğəmbərdən, xüsusi halda isə Əhli-beyt İmamlarından çoxlu rəvayətlər gəlib çatmışdır. Bu rəvayətlər o qədər təkidləndirilmişdir ki, onlara əsla şəkk oluna bilməz. Belə ki, sünnü qardaşlarımızın tərəfindən bu barədə Peyğəmbərdən dörd yüz hədis nəql olunmuşdur. Sünnü və şiə hədisləri birlikdə isə altı mindən ötür. Bu da İslamın çoxlu hadisələrində olan və heç bir şəkkə yol verilməyən aşkar məsələlərdən heç də geri qalmır. (Bəhsun hovləl-Məhdi, səh.63))
    Hansısa zamanda İmamət silsiləsinin kəsilməsi səhih deyildir. Bizim gözlərimizdən qeybdə olmasına baxmayaraq, yer üzündə həmişə İmam olmalıdır ki, Allahın müəyyən etdiyi və ilahi sirlərdən olan, Ondan başqa heç kəsin bilmədiyi bir gündə zühur edib haq bayrağını dalğalandırsın.
    Əlbəttə, aydındır ki, bu uzun müddət ərzində Həzrət Məhdi (əleyhis-salam)-ın sağ qalıb yaşaması məsələsi ecazamiz (qeyri-adi və qeyri-təbii) işlərdəndir. Bu, o Həzrətin beş yaşında ikən, yəni əziz atasının şəhid edildiyi gündən(Çoxlu rəvayətlərdə gəlmişdir ki, İmam Həsən Əskəri (əleyhis-salam) 260-cı hicri qəməri ilində vəfat etmişdir. Bu zaman İmam Məhdi (əleyhis-salam)-ın beş yaşı vardı ki, imamət məqamı ona verilmişdi. Buna İmam Həsən Əskəri (əleyhis-salam)-ın xidmətçisi Əbil-ədyanın nəql etdiyi rəvayət dəlalət edir. İmam xəstəlik yatağında olarkən onu Mədainə göndərmişdi ki, bir neçə kitabı oraya aparsın. Onu göndərməzdən əvvəl buyurmuşdu ki, sən on beş gün görünməz olacaqsan, on beşinci gün Sürrəmən-rəaya (Samirraya) daxil olub mənim ölüm xəbərimi eşidəcəksən. Əbul-ədyan o həzrətdən sonrakı İmamın kim olacağı barədə soruşdu. İmam buyurdu ki, səndən mənim cavablarımı istəyən, mənə cənazə namazı qılan, səndə olan pul kisəsində nə qədər pul olduğunu xəbər verən şəxs məndən sonrakı İmamdır. Sonra Həzrətin dediklərinin hamısı gerçəkləşdi. Əbul-ədyan geri qayıtdı, ondan kisədəki pullar haqqında soruşan və qədərini deyən Məhdi (əleyhis-salam) oldu. Bu zaman onun beş yaşı var idi. Əlavə məlumat üçün bax: Kəmalüd-din və təmamün-nemət, 2-ci cild, səh.486; Biharül-ənvar, 50-ci cild, səh.332.) İmamətə çatmasından, yaxud İsa (əleyhis-salam)-ın beşikdə ikən danışmasından və elə bu yaşda ikən peyğəmbərliyə seçilməsindən heç də artıq təəccüblü deyil.
    Elm və tibb nöqteyi-nəzərindən təbii ömrüdən (yaxud təbii təsəvvür olunan ömürdən) çox ömür sürmək qeyri-mümkün bir iş deyil. Amma əsas məsələ budur ki, tibb elmi hələ bəşər ömrünün uzadılmasımda müvəffəq olmamışdır. Tibb elminin qadir olmadığı şeyə, Allah-Taala şəksiz ki, qadirdir. Quranın buyurduğu kimi, həzrət Nuh (əleyhis-salam)-ın uzun ömür sürməsi və İsa (əleyhis-salam)-ın hal-hazırda da diri olması faktiki olaraq baş vermişdir. Əgər nə vaxtsa müsəlmanlar bu barədə şəkk etsələr, onda artıq İslamın fatihəsini oxumalıyıq.
    Çox təəccüblüdür ki, bəzən Qurana etiqad bəsləyənlər soruşurlar ki, görəsən təbii ömürdən artıq ömür sürmək mümkündürmü?!
    Qeyd olunmalıdır ki, dünyəvi islahatçı olan Həzrət Məhdinin zühurunu gözləməyin mənası bu deyildir ki, müsəlmanlar əllərini bir-birinin üstünə qoyub haqqa kömək etmək, Allah yolunda cihad etmək, təbliğat aparmaq, xalqı yaxşı işlərə dəvət edib pis işlərdən çəkindirmək kimi vacibi işlərdən əl çəksinlər (və Həzrətin zühur edib bu işləri şəxsən yerinə yetirməsini arzu etsinlər-müt).
    Əksinə, hər müsəlman şəxs həmişə özünün islami vəzifələrinə əməl etməkdə cavabdeh bilməlidir ki, dini mərifət kəsb etmək üçün, qanuni və düzgün yollarla çalışmalı, bacardığı qədər İmkan daxilində xalqı yaxşılıqa dəvət edib pisliklərdən çəkindirsin. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur:
    Sizin hamınız bir-birinizə yol göstərən (bir-birinizi islah etmək yolunda) məsuliyyət daşıyırsınız.(Cameül-əhadis (Qummi), səh.21; Cameül-əxbar, səh.377; Səhihi-Buxari, 2-ci cild, səh.6, 3-cü cild, səh.196; Müsnədi-Əhməd, 2-ci cild, səh.5; Sünəni-Beyhəqi, 6-cı cild, səh.287; Əvalil-ali, 1-ci cild, səh.129, 364.)
    Deməli, heç bir müsəlman şəxsə rəva deyildir ki, bəşərə yol göstərib onları islah etmək üçün sadəcə Həzrət Məhdinin intizarında oturaraq, özlərinin qəti vəzifəlirində əl çəksinlər. Çünki, islahatçıya etiqad bəsləmək dini vəzifələrin götürülməsinə, vəzifənin təxirə salınmasına əsas ola bilməz.
    32. RƏCƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    On iki İmam şiələrinin Peyğəmbər (əleyhis-salam) Əhli-Beytindən gəlib çatan hədislərə əsaslanan əqidələrindən biri də budur ki, Allah-Taala ölüb dünyadan gedən bəzi şəxsləri dünyada olduqları bədən və surətlə dirildib onlardan bəzilərinə izzət bəxş edəcək, bəzilərini isə zəlil edəcəkdir. Haqqpərəstlərin haqqını batilpərəstlərdən, məzlumların haqqını zalımlardan alacaqdır. Bu hadisə Məhdi (əleyhis-salam)-ın qiyamı zamanı baş verəcəkdir.
    Öldükdən sonra dirilib bu dünyaya qayıdacaq şəxslərin bəziləri imanın, bəziləri isə küfr və fəsadın ən yüksək həddində olanlardır. Onlar dirilib bir müddət yaşadıqdan sonra yenidən öləcəklər ki, qiyamət günü dirilib əməllərinin cəzasına çatsınlar. Allah-Taala Qurani Kərimdə öldükdən sonra (elə bu dünyada) yenidən dirilib rəcətdən sonra işləri islah olmayanların sözlərini qeyd edir. Belə ki, onlar islah olunmaq üçün üçüncü dəfə (bu dünyada) dirilməyi diləyərlər.
    (Kafirlər) dedilər: Pərvərdigara, sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin. Biz də öz günahlarımızı iqrar etdik. Aya (bu əzabdan) çıxmaq üçün bir yol varmı? (Mömin surəsi, 11)
    Deməli Qurani Kərimdə rəcətin (bəzi ölülərin bu dünyada dirilməsi) baş verməsi qeyd olunmuşdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əhli-beytindən də bu barədə çoxlu rəvayətlər gəlib çatmışdır. İmamiyyə şiələrinin hamısı rəcət əqidəsinə inanırlar. Amma kiçik bir qrup rəcətə dəlalət edən ayə və rəvayətləri başqa mənalara yozub demişlər ki, rəcətdən məqsəd Həzrət Məhdi (əleyhis-salam)-ın zühuru zamanı hökumətin Əhli-beyt (əleyhimüssalam)-a–onlardan ölənlərin dirilməməsi şərtilə–qaytarılmasıdır.
    Sünnülər rəcətə etiqad bəsləməyi İslama xilaf olan məsələ hesab edərək onu pisləmişlər. Ravilərinin tərcümeyi-halını yazan sünnü şərhçiləri və yazıçıları hər hansı bir ravinin rəcətə etiqad bəsləməsini həmin ravinin tənəyə məruz qalması və onlara etimad olunmaması əlaməti hesab etmiş, bu qəbildən olan ravilərin rəvayətlərini etibarsız saymışlar. Onlar rəcətə etiqad bəsləməyi küfr və şirk, hətta ondan da böyük günah hesab edirlər. Bu etiqad sünnülərin (öz təsəvvürlərinə əsasən) şiələri məhkum və tənqid etmək üçün ən böyük bəhanələridir.
    Şübhəsiz ki, bu mətləb əsasız və azdırıcı bəhanələr sırasındadır ki, bəzi müsəlman firqələri onun vasitəsi ilə sair firqələrə tənə vurub batil olmasını sübuta yetirmək istəmişlər, amma bu bəhanənin əsaslı olmasını göstərən hansısa dəlil-sübut yoxdur. Çünki rəcətə etiqad bəsləmək pak tovhid, nübüvvət əqidəsinə heç bir xələl gətirmir. Üstəlik bu əqidələri qüvvətləndirir. Çünki rəcət (ölülərin bu dünyada dirilməsi) Qiyamət kimi Allah-Taalanın kamil qüdrət nişanəsi, fövqəl-təbii işlərdəndir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və Onun pak Əhli-Beytinin möcüzələrindən biri ola bilər.
    Əslinə baxanda, rəcət məsələsi eynilə Həzrət İsa (əleyhis-salam)-ın ölüləri diriltməsi kimi möcüzəli işlərdəndir. Rəcətdə isə bu möcüzə daha parlaq və daha kamildir. Çünki rəcət, insanların ölüb çürüdükdən, torpağa çevrildikdən sonra dirilməsidir. Qurani Kərim buyurur:
    (As ibni Vail) dedi: Bu sümüklər çürüdükdən sonra kim onları dirildəcək? (Ey Peyğəmbərimiz) de: bu sümükləri elə ilk dəfə yoxdan xəlq edən Kəs dirildəcək və O, hər şeyi xəlq etməyə alimdir. (Yasin surəsi, 78-79)
    Bəziləri rəcətə tənə vurmaq üçün demişlər ki, rəcət batil növdən olan tənasüxdür. Belə təsəvvür edənlər əsl həqiqətdə tənasüx və cismani məad arasında fərq qoymamışlar. Halbuki, rəcət cismani məad qismlərindəndir. Çünki, tənasüx dedikdə ruhun bir bədəndən başqa bədənə nəql olunması nəzərdə tutulur. Amma cismani məad dedikdə isə, ruhun əvvəlki bədənə xas olduğu xüsusiyyətlərlə bədənə qayıtması nəzərdə tutulur. Rəcətin də mənası elə bu cürdür.
    Əgər rəcət tənasüx mənasında olsaydı, onda ölülərin İsa (əleyhis-salam)-ın əli ilə dirildilməsi, həmçinin cismani məad və qiyamət həşri də tənasüx mənasında olmalı idi (hansı ki belə deyildir).
    Nəticə alırıq ki, rəcət barəsində iki yöndən münaqişə olunur:
    1) Rəcətin gerçəkləşməsi qeyri-mümkündür;
    2) Rəcət barəsində gətirilən rəvayətlər etibarsızdır.
    Bu iki iradın səhih olmasını fərz etsək də belə, rəcətə etiqadın sünnülərin şiələrlə düşmənçilik bəsləməsinə gətirib çıxarması əsassızdır.
    Sair müsəlman firqələri arasında bir sıra etiqadlar var ki, qeyri-mümükün işlərdəndir, yaxud onların barəsində İslam rəhbərləri tərəfindən heç bir rəvayət gəlməyib, amma bu etiqadlar kafir olmağa və ya dindən çıxmağa səbəb olmaz. B mətləb üçün çoxlu misallar gətirmək olar: Məsələn, bəziləri Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in səhv, günah etməsinə,(Bax: Səhihi-Buxari, 2-ci cild, səh.67; Səhihi-Müslüm, 1-ci cild, səh.399, 85, 86, 87 və 89-cu hədislər; Sünəni-Termezi, 2-ci cild, səh.235, 391-395-ci hədislər; Sünəni-Əbi Davud, 1-ci cild, səh.264, 1008-1023-cü hədislər.) Quranın əzəli olmasına,(Bax: Aərhül-məqasid, 4-cü cild, səh.143-146. Burada hənbəlilərin və həşəviyyələrin Quranın əzəli olması barədəki əqidələri qeyd olunub. Bəziləri hətta deyirlər ki, Quranın cildi və qutusu da əzəlidir. Həmçinin qeyd olunur ki, Əbu Hənifə və Əbu Davud arasında altı ay münazirə (deyişmə) davam etmişdir və axırda belə nəticəyə gəlmişlər ki, hər kəs Quranın sonradan xəlq olunmasına etiqad bəsləsə, kafirdir.) o həzrətin özündən sonra canişin təyin etməməsinə və s. etiqad bəsləyirlər (bunların hamısı sünnülərin etiqad üsullarındandır).
    Qeyd olunan iki münaqişənin heç bir əsası yoxdur. Rəcətin qeyri-mümkün olmasını iddia edənlərin cavabında qeyd etdik ki, o, bir növ cismani məaddır, bu fərqlə ki, rəcət bu dünyada baş verir. Cismani məadın mümkünlüyü dəlili elə rəcət üçün də gətirilir və bu işin qeyri-mümkün olması üçün heç bir dəlil yoxdur. Amma rəcət məsələsi bizim üçün adi məsələ deyildir və adi həyatımızda belə bir məsələ ilə rastlaşmamışıq, bizi bu əqidəyə yaxınlaşdıracaq, yaxud uzaqlaşdıracaq səbəb və maniələri tanımırıq. İnsanın beyni və dərrakəsi üçün adi haldır ki, ünsüyyətdə olduğu işləri təsdiq etsin. Elə bu da Qiyamət oyanışını qəribə və təəccüblü iş hesab edib "kim bu çürümüş sümükləri yenidən dirildəcək?" deyənlərin sözləri kimidir. O kəsə deyilir ki, "Bunları elə ilk dəfə yoxdan yaradan kəs dirildəcəkdir və O hər şeyi xəlq etməyə alimdir."
    Bizim isbat, yaxud inkar edilməsinə əqli dəlilimiz olmadığı, yaxud dəlilin olmadığını güman etdiyimiz üçün rəcət məsələsində ilahi vəhy mənbəyindən qaynaqlanan ayə və rəvayətlərin sorağına getməliyik. Quranda bəzi ayələr rəcətin baş verməsinə və ölülərin dirilib bu dünyaya qaytarılmasına dəlalət edir. Məsələn, İsa (əleyhis-salam)-ın ölüləri diriltməsini misal göstərmək olar. O, Bəni-İsrailə xitabən deyir:
    Mən Allahın izni ilə anadangəlmə koru, xora xəstəliyinə tutulanları sağaldır, ölüləri dirildirəm.
    Başqa bir ayədə keçmiş peyğəmbərlərdən birinin uçub-dağılmış, xaraba qalmış bir diyardan keçərkən dedediyini qeyd edir:
    Öldükdən sonra Allah bunları necə dirildəcək?! Allah onu 100 il öldürüb, sonra yenidən diriltdi. (Bəqərə surəsi, 259)
    Yaxud, bəhsin əvvəlində qeyd etdiyimiz Mömin surəsinin 10-cu ayəsini qeyd etmək olar. Bu ayələr aydın şəkildə göstərir ki, rəcət öldükdən sonra elə bu dünyada baş verir və bu ayələri başqa cür yozmaq səhih deyildir. Amma bəzi təfsirçilər bu qəbildən olan ayələri təvil etməklə onların həqiqi mənalarından uzaq, qeyri-məqul şeylə məna etməklə özlərini çətinliyə salmışlar.
    İkinci iradı edənlərin isə (yəni rəcət barəsində olan hədis və rəvayətlərin əsassız olmasını iddia edənlər) heç bir dəlilləri yoxdur. Çünki rəcət məsum İmamlarımızdan çoxlu və mütəvatir hədis və rəvayətlər əsasında gəlib çatan aşkar və zəruri işlərdəndir.
    Rəcətin baş vermə keyfiyyəti və mənası aşkar olduqdan onra özünün fəzl və mərifət sahibi olmasını iddia edən Əhməd Əmin məşhur Fəcrül-İslam kitabında Yəhudi dini şiələrin arasında rəcətə etiqad bəsləməklə zahir olmuşdur deməsi doğurdan da təəccüblü deyildirmi?! Biz də bu yazıçının iddiasına müvafiq olaraq deyirik: deməli yəhudi dini rəcətə etiqad səbəbi ilə Quranda zahir olmuşdur. Necə ki, əvvəldə rəcətin baş verməsini göstərən ayələri qeyd etmişdik.
    Biz məsələni bir az da genişləndirib deyirik həqiqət budur ki, təhrif olunmamış yəhudi və məsihi dini İslamın çoxlu etiqadatlarında zahir olmuşdur. Çünki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sabiq ilahi din və şəriətləri–onların bəzi hökmlərinin İslamın gəlişi ilə qüvvədən salınmasına baxmayaraq–təsdiq edən idi. Deməli, sözügedən yazıçının iddia etdiyi kimi, rəcət məsələsinin təhrif olunmamış yəhudi dinində mövcud olmasını fərz etsək də belə, bu dininin bəzi etiqadlarının İslamda zahir olması heç də eyb və nöqsan deyildir.
    Bundan əlavə, qeyd etmək lazımdır ki, rəcət heç də etiqad bəsləməyin vacib olduğu islami etiqad üsullarından deyildir. Biz şiələrin ona etiqadları isə məsum İmamlarımızdan gəlib çatan səhih rəvayətlərə tabe olmaq xatirinədir. Çünki, bizim əqidəmizə görə onlar yalandan uzaqdırlar və rəcətin mövzusu qeybi işlərdən olub onlar tərəfindən xəbər verilmişdir., baş verməsi heç də qeyri-mümkün deyildir.
    33. TƏQİYYƏ BARƏSİNDƏKİ ƏQİDƏMİZ
    Səhih və mötəbər rəvayətdə İmam Sadiq (əleyhis-salam)-dan nəql olunub ki:
    Təqiyyə mənim və əcdadımın dinidir.
    Hər kəsin təqiyyəsi olmasa, dini də yoxdur.
    Həqiqətdə təqiyyə Əhli-Beyt (əleyhimüs-salam)-ın şüarı idi ki, bu yolla baş verə biləcək təhlükəni özlərindən və öz ardıcıllarından dəf etməklə canlarını qoruyub saxlamış, müsəlmanların müxtəlif şəraitlərdə mənafeyini qoruyub təfriqənin qarşısını alaraq onların bir yerə yığışmaları vasitələrini əldə etmişlər.
    Təqiyyə bir taktikadır ki, İmamiyyə şiələri həmişə onunla tanınmış və sair firqələrə nisbətən xüsusi imtiyaza malik olmuşlar. Hər insan öz etiqadının aşkar olacağı və yaxud o etiqadla təzahür edəcəyi bir vaxtda canı və ya malı xətərə düşərsə, naçar qalıb əqidəsini gizlətməklə canını qoruyub saxlayır. Bu iş də əql və fitrətin tələb etdiyi işlərdəndir.
    Aydındır ki, İmamiyyə şiələri və onların rəhbərləri bütün zamanlarda müxtəlif çətinliklərdə olmuş və təqiblərə məruz qalmışlar. Belə ki, heç bir tayfa və ümmət onlar kimi məhdudiyyətlərə, təzyiqlərə məruz qalmamışdır. Nəticədə çarəsiz qalıb əksər hallarda təqiyyə yolunu seçir, özlərinin təzahürlərini tərk edir, məxsus etiqad və əməllərini gizlətməklə canlarını düşmənlərin şərrindən qurtarırdılar. Onlar belə etməsəydilər müxtəlif dini və dünyəvi zərbələrə məruz qalacaqdılar. Məhz bu səbəbdən yalnız İmamiyyə şiələri bu əqidə ilə sair məzhəb ardıcıllarından seçilir və onunla tanınırlar.
    Qeyd etmək lazımdır ki, təhlükənin, xovfun mövcud olduğu yerlərdə təqiyyənin vacib olub-olmaması nəzərindən xüsusi hökmləri vardır ki, şiə fəqihləri bu barədə fiqh kitablarının məxsus yerlərində bəhs etmişlər.
    Təqiyyə heç də bütün hallarda vacib deyildir; bəzi hallarda caiz olur (müstəhəb, mübah, yaxud məkruh), bəzi hallarda isə təqiyyə etməmək vacibdir. Məsələn, haqqın izhar edilməsi, haqqa təzahür etmək dinə kömək, İslama xidmət, Allah yolunda cihada səbəb olarsa, bu halda can və mal əhəmiyyət kəsb etmir, hamısı İslama fəda edilir.
    Bəzən də təqiyyə etmək haramdır. Məsələn, təqiyyə edilməsi bir möminin qətlə yetirilməsinə,(İmam Baqir (əleyhis-salam)-dan nəql olunub ki: Təqiyyə qan axıdılmasının qarşısını almaq üçündür. Deməli, elə ki, qan axıdıldı, daha təqiyyəyə yer yoxdur.) dində batilə, fəsada rəvac verilməsinə, müsəlmanlara ağır xəsarətlərin, zərərin dəyməsinə, müsəlmanların yollarını azmasına, İslam cəmiyyətində zülmün, təcavüzün yayılmasına səbəb olarsa, bu halda təqiyyə haramdır.
    Xülasə, şiələrin nəzərində təqiyyənin mənası, bəzi düşmənlərin təqiyyənin həqiqət və mahiyyətini dərk etmədən, onun vacib olduğu yerləri bilmədən, dedikləri kimi nəyinsə tar-mar edilib dağıdılması üçün təşkil olunan gizli təşkilat deyildir. Sadəcə olaraq sözügedən şəxslər özlərini zəhmətə salıb bu barədə şiənin səhih nəzərini öyrənmək istəməmişlər.
    Həmçinin təqiyyədən məqsəd din və onun göstərişlərini bir növ sirli işlərdən hesab etmək və onu təqiyyəyə etiqadı olmayan şəxslərə aşkar edilməməsi də deyildir. Şiələrin fiqh, əhkam, ilahiyyat, etiqadiyyat və s. kimi elmlər barəsində yazılan müxtəlif kitabları qeyd olunan məsələni bəyan edir.
    Amma bununla belə, müxaliflər biz şiələrin təqiyyə barəsindəki əqidəmizi əllərində əsas tutaraq onu tərsinə cilvələndirmiş və bizə həmlə etmişlər. Sanki onların qəlblərindəki kin-küdurət və ədavət şölələri yalnız şiələrin təqiyyəni əldən verməklə təhlükəyə düşmənlərindən, Bəni-Üməyyə və Bəni-Abbas xəlifələrinin hakimiyyəti dövründə boyunlarının vurulması və ümumiyyətlə məhv olmasından başqa şeylə sönmək bilmir. Belə ki, nəinki Bəni-Üməyyə və Bəni-Abbas, hətta Osmanlılar dövründə belə şiəlik adı, onların Əhli-beyt düşmənlərinin əli ilə qanlarına qəltan olması üçün kifayət idi.
    Təqiyyə məsələsini şiələrə irad tutan, onun dini nöqteyi-nəzərdən qeyri-qanuni olmasını təsəvvür edənlərə xitabən deyirik ki, əvvəla biz öz məsum İmamlarımızın ardınca gedir, onların hidayəti sayəsində hidayət olunuruq. Onlar bizə, ehtiyac duyulan hallarda təqiyyə şəraitinə keçməyi əmr etmişlər. Onların nəzərində təqiyyə dinin ayrılmaz hissəsidir. (Əvvəldə qeyd etdiyimiz və İmam Sadiq (əleyhis-salam) buyurduğu kimi Təqiyyəsi olmayanın dini yoxdur.)
    İkincisi, təqiyyənin qanuni olmasını elə Quran da buyurur:
    İman gətirəndən sonra Allahı inkar edənlərə Allahın qəzəbi vardır–icbari olaraq Onu inkar edən, qəlbi isə imanla xatircəm olanlardan başqa. (Nəhl surəsi, 106)
    Bu şərif ayə Əmmar Yasirin barəsində nazil olmuşdur. O İslam düşmənlərinin qorxusundan küfrə təzahür etmişdi. (Amma qəlbi imanla dolu idi və bu ayənin hökmü və Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduğu kimi, günahsız hesab edildi.-müt.)
    Başqa bir yerdə buyurulur:
    Möminlər kafirləri özlərinə dost seçməməlidir. Hər kəs onlarla dostluq etsə Allahın fərmanından çıxmışdır. Amma düşmənlərdən təqiyyə etmək məqsədilə olsa, eybi yoxdur (yəni, bu halda onlarla dostluq etməyin eybi yoxdur).(Ali İmran surəsi, 28 )
    Həmçinin buyurulur:
    Firon ailəsindən olan və öz imanını gizlədən mömin bir kişi dedi...(Mömin surəsi, 28 (Bu ayə də müəyyən hallarda təqiyyənin qanuni bir iş olduğunu bəyan edir.))
    Category: İmamiyyə şiələrinin əqidə üsullari | Added by: Islam_Kitabxanasi
    Views: 789 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024